Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-73/2022 01.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi X2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə,
1. Təqsirləndirilən şəxs: xx xxxx 1985-ci il təvəllüdlü, Rusiya Federasiyası, Dağıstan MRda anadan olmuş, evli, 4 azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, işsiz, Şəki rayonu, Köbər Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri tədbiri seçilmiş
Təqsirləndirilən şəxs1,
2. Təqsirləndirilən şəxs: xx xxxxxx 1994-cü il təvəllüdlü, Şəki rayonu, Köbər Zəyzid kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, işsiz, Şəki rayonu, Köbər Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə
MÜƏYYƏN ETDİ:
Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib əmlakı talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Şəki şəhər sakini Zərərçəkmiş şəxs məxsus Şəki rayonu, Köbər Zəyzid kənd ərazisində yerləşən Şəki-Oğuz avtomobil yolunun kənarındakı “Muradbulaq” adlanan kafeyə çəkilmiş 2000 manat dəyərində damarlı, ayrı ayrı izolyasiyalı, 7 simli, keçirici hissəsinin metalı aliminium olan elektrik kabelini əvvəlcədən cinayətkar niyyətlərini həyata keçirmək üçün götürdükləri kəlbətin və balta ilə vahid niyyətlə 09 may 2022-ci il tarixdə saat 22:30 radələrində 60 metr, 12 may 2022-ci il tarixdə saat 22:30 radələrində 120 metr və 14 may 2022-ci il tarixdə saat 23:00 radələrində 120 metr olmaqla ümumilikdə 300 metr uzunluqda kəsib gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 2000 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib əmlakı talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Şəki şəhəri sakini Zərərçəkmiş şəxs məxsus Şəki rayonu, Köbər Zəyzid kənd ərazisində yerləşən Şəki-Oğuz avtomobil yolunun kənarındakı “Muradbulaq” adlanan kafeyə çəkilmiş 2000 manat dəyərində damarlı, ayrı ayrı izolyasiyalı, 7 simli, keçirici hissəsinin metalı aliminium olan elektrik kabelini əvvəlcədən cinayətkar niyyətlərini həyata keçirmək üçün götürdükləri kəlbətin və balta ilə vahid niyyətlə 09 may 2022-ci il tarixdə saat 22:30 radələrində 60 metr, 12 may 2022-ci il tarixdə saat 22:30 radələrində 120 metr və 14 may 2022-ci il tarixdə saat 23:00 radələrində 120 metr olmaqla ümumilikdə 300 metr uzunluqda kəsib gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 2000 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Dağıstan MR-da anadan olmuş, 3 yaşından Şəki rayonu, Köbər Zəyzid kəndində gəlmişlər, orta məktəbə də həmin kənddə getmişdir. Azərbaycan dilində yazıb oxuya bilir, rus dilində bilmir. İki dəfə ailə həyatı qurmuş, hər iki evlilikdən 2 uşağı vardır. Birinci həyat yoldaşı ilə boşandığından ona aylıq 240 manat aliment verir. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləlik etməklə dolanır. Göstərmişdir ki, 09 may 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə yaşadığı kənddə “dükan qabağının kruqu” adlanan yerdə mağazanın qarşısında ikisi söhbət etmişlər. Söhbət zamanı alimentin vaxtı çatdığını, lakin 240 manat pulun olmadığını, həmin pulu necə vərəcəyini bilmədiyini demişdir. Söhbət zamanı Orxan telefonun sınmasını deyib yeni telefona ehtiyacının olmasını bildirmişdir. Həmin vaxt söhbət zamanı kəndin yaxınlığında olan, Şəki Oğuz avtomobil yolunun kənarında “Murad bulağı” adlanan yerin yaxınlığında istifadəsiz qalmış kafe olmasını, həmin kafenin uzun müddətdir ki, istifadəsiz qalmasını, kabellərinin qırılmış vəziyyətdə olmasını deyib həmin kabelləri oradan kəsib götürməklə pul əldə edə biləcəyini danışmışlar. Həmin vaxt bu fikirlə Orxan və o, da razılaşmış və oradan götürdüyü kabellərin satışından əldə etdiyi pulu yarıya böləcəklərini danışmışlar. Bundan sonra təxminən 22:30 radələrində evdən kabelləri kəsməkdən ötrü kəlbətin və balta götürmüş və Orxanla görüşüb həmin kabellərin olduğu yerə getmişlər. Həmin kabellərin olduğu dirəklərin yaxınlığında getdikdən sonra kabeli kəsməkdən ötrü Orxan dirəyə qalxmışdır. Orxanın qalxdığı birinci dirəkdə ayaq qoymaq üçün yer olmuş və onun vasitəsilə Orxan həmin dirəyə qalxmışdır. Dirəyə qalxdıqdan sonra Orxan gətirdiyi kəlbətinlə kabeli dirəyə bağlandığı məftili kəsmiş və kabeli həmin dirəkdə olan hissəsi yerə düşmüş və Orxan dirəkdən enmişdir. Daha sonra isə həmin dirəyin yanında olan ikinci dirəyə yaxınlaşıb boyu çatdığı yerdən balta ilə kabeli kəsmiş və həmin kabelləri birlikdə yumru formada edərək kəndə qayıtmışlar. Həmin vaxt təxminən 60 metr kabel kəsmişlər. Kəndə qayıtdıqdan sonra Orxanın işinin olmasına görə həmin kabeli yaşadığı evin həyət hissəsində bir hissəsini yandırıb içərisindəki aliminumu götürmüşdür. Lakin həmin vaxt yandırmağın yaxşı olmadığını görüb digər hissəsini soyaraq təmizləmişdir. Bildirmişdir ki, həmin gün xx.xx.2022-ci il tarixdə kabellərin hamısını yaşadığı evin həyətində ailə üzvlərin olmadığı yerdə təmizləmişdir. Həmin gün təmizlədikdən sonra gec olduğuna görə səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə alüminumları un kisəsinə yığıb Şəki-Oğuz yoluna çıxmaqla yoldan keçən tanımadığı şəxs ilə Şəki şəhərinə gəlmiş və onları Şəki şəhərində Çöl yol adlanan hissədə olan metal qəbulu yerinə 50 manat 60 qəpiyə satmışdır. Metal qəbulu yerinə şəxsiyyət vəsiqəsi verməmiş və həmin şəxsdə sənəd istəməmiş, yalnız adını soruşduqda isə ona öz adını deyil, adının Yaqub olmasını demişdir. Buna səbəb isə satmağının bilinməməsi olmuşdur. Metalları satdıqdan sonra kəndə qayıtmışdır. Həmin gün yağış yağdığına görə yenidən kabellərin davamını kəsməyə gedə bilməmişlər. 12 may 2022-ci il tarixdə 22:30 radələrində Orxan ilə yenə də kabellərin davamını kəsmək üçün həmin yerə getmişlər. Ora gedən zaman əvvəlki kimi özü ilə kəlbətin və balta götürmüşdür. Orada üç dirək arasında olan təxminən 120 metrə yaxın kabeli kəsmiş və onu evə gətirmişdir. Həmin kabelləri evinin zirzəmisində ailə üzvlərinin görməməsi üçün saxlamışlar. Bundan sonra isə Orxan ilə sağollaşaraq yatmışdır. Səhərisi günü, yəni xx.xx.2022-ci il tarixdə gün ərzində oğurladığı 120 metr kabelin bir hissəsini qabığından çıxarmaqla təmizləmişdir. Kabelləri təmizlədikdən sonra səhərisi günü, yəni 14 may 2022-ci il tarixdə səhər radələrində oğurladığı kabellərdən təmizlədiyi hissəsini *0066 vasitəsilə çağırdığı taksi ilə un kisəsinə yığıb onları Şəki şəhərində Qoxmuq körpüsü adlanan ərazidə olan tanımadığı metal qəbulu sexinə təxminən 42 manata satmışdır. Satdığı aliminiumun çəkisi təxminən 21 kq olmuş və hər kq-nı 2 manata satmışdır. Aliminumu 42 manata satdıqdan sonra şəhərdə tanışının yas yerinə getmiş və kəndə qayıtmışdır. Bundan sonra həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində yenidən həmin kabellərin yerləşdiyi əraziyə gedib özü ilə götürdüyü kəlbətin və balta ilə üç dirək arasında olan təxminən 120 metr kabeli kəsmişlər. Həmin kabellərin uzunluğu təxminin dirəklərin arasında olan məsafəyə görə demişdir. Həmin gecə də təxminən 120 metr kabeli kəsdikdən sonra onu evinə zirzəmiyə aparmışdır. Bundan sonra isə səhərisi günü kabelləri soyaraq kisəyə yığmış, lakin sonuncu 120 metri soyub bitirə bilməmişdir. Sonuncu oğurluqdan sonra hamısını birlikdə soymaq qərarına gəlmişdir, lakin onlar satmaqda biraz ehtiyat etmişdir. Əvvəlki satdığı kabellərdən Orxana pul verməmişdir. Orxana yekunda bütün kabelləri təmizləyib satdıqdan sonra pul verəcəkmiş və özünə götürdüyü 92 manat pulu həmin hesabdan çıxacaqmış. Bundan başqa Orxana Redmi 6 markalı mobil telefonu 40 manat pul müqabilində vermişdir. Yekunda əldə olunacaq puldan həmin telefonun 40 manat hissəsini çıxacaq və qalan ona aid payı verəcəkdir. Buna görə də həmin kabelləri tam soymaq üçün evinin həyət hissəsində, ailə üzvlərinin görmədiyi yerdə soymuşdur. Sonradan isə polis əməkdaşları polis şöbəsinə dəvət etdikdə artıq etdiyi əməlin bilinməsini başa düşmüşdür. Bildirmişdir ki, polis şöbəsində isə Orxan ilə etdiyi əməli tam etiraf etmiş kabellərin qalmış hissəsinin həyətində olmasını demiş və onları təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Həmin əmlakın sahibini, Zərərçəkmiş şəxs tanımamış, onunla arasında ədavət, düşmənçilik, borc münasibətlərinin olmadığını qeyd etmişdir. 3 dəfə oğurluq etdikdə onları heç kim görməmişdir. Kabelləri gücləri çatmadığına görə onları hissə-hissə aparmaq qərarına gəlmişlər. Aralarında heç bir vəzifə bölgüsü olmamış, hər ikisi eyni rolda iştirak etdiklərini bildirmişdir. Göstərmişdir ki, o, iki dəfə ailə həyatı qurmuşdur. Hər iki nikahdan 2 uşağı olmaqla 4 uşağı vardır. Əvvəlki nikahdan olan 2 uşağına aliment ödəyir. Sonda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiklərini, onunla barşdıqlarını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bakı şəhərində fəhlə işləyərək qazanc əldə edir. Sonuncu dəfə Bakıdan 2022-ci ilin aprel ayının sonlarında gəlmişdir. Bildirmişdir ki, Bakı şəhərində fəhlə işləyən vaxt telefonu cibindən yerə düşdüyünə görə ekranı qırılmış və zəngə cavab verə bilsə də, ekranda heç bir görüntü olmamışdır. Təxminən 09 may 2022-ci il tarixdə axşam saat 20:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə yaşadığı kənddə “dükan qabağının kruqu” adlanan yerdə mağazanın qarşısında ikisi söhbət etmişlər. Söhbət zamanı Şirəli alimentin vaxtı çatdığını, pulunun olmadığını deyib söhbət etmiş, həmin vaxt isə o, mobil telefonunun sınmasını, düzəltməyə pulunun olmadığını demişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 kəndin yaxınlığında olan, Şəki Oğuz avtomobil yolunun kənarında “Murad bulağı” adlanan yerin yaxınlığında istifadəsiz qalmış kafe olmasını, həmin kafenin uzun müddətdir ki, istifadəsiz qalmasını, kabellərinin qırılmış vəziyyətdə olmasını deyib həmin kabelləri oradan kəsib götürməklə pul əldə edə biləcəklərini demişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 ona Redmi 6 markalı mobil telefonu istifadə etməyi 40 manat pul müqabilində verdikdə ona kabellərdən gələn puldan həmin pulun götürməsini demiş və belə razılaşmışlar. Həmin vaxt həmin kabelləri kəsib sataraq pul əldə etmək barədə razılaşmışlar. Göstərmişdir ki, bundan sonra təxminən 22:30 radələrində Şirəli evdən kabelləri kəsməkdən ötrü kəlbətin və balta götürmüş və onunla görüşüb həmin kabellərin olduğu yerə getmişlər. Həmin kabellərin olduğu dirəklərin yaxınlığında getdikdən sonra kabeli kəsməkdən ötrü dirəyə qalxmışdır. Qalxdığı birinci dirəkdə ayaq qoymaq üçün yer olmuş və onun vasitəsilə həmin dirəyə qalxmışdır. Dirəyə qalxdıqdan sonra Şirəlinin gətirdiyi kəlbətinlə kabelin dirəyə bağlandığı məftili kəsmiş və kabelin həmin dirəkdə olan hissəsi yerə düşmüş və dirəkdən enmişdir. Daha sonra isə həmin dirəyin yanında olan ikinci dirəyə yaxınlaşıb boyları çatdığı yerdən Şirəli balta ilə kabeli kəsmiş və həmin birlikdə yumru formada edərək kəndə qayıtmışlar. Kəndə qayıtdıqdan sonra o, öz evinə, Şirəli isə kabelləri götürüb öz evinə getmişdir. Bildirmişdir ki, oğurluq etməmişdən əvvəl kabelləri soyaraq, təmizləyərək satmağı Təqsirləndirilən şəxs1 öz öhdəsinə götürmüşdür. Həmin kabellərin içərisində aliminum olduğunu bilmişlər və kabelləri kəsməmişdən əvvəl əlini dəmir dirəyə vurub onda elektrik olmamasını yoxlamışlar. Bundan sonra xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə hava yağışlı olmasına görə kabelləri kəsməyə getməmişlər. xx.xx.2022-ci il tarixdə 22:30 radələrində Şirəli ilə yenə də kabellərin davamını kəsmək üçün həmin yerə getmişlər. Həmin yerə gedən zaman əvvəlki kimi özü ilə kəlbətin və balta götürmüşdür. Həmin gün orada üç dirək arasında olan təxminən 120 metrə yaxın kabeli kəsmiş və onu Şirəlinin evinə gətirmişlər. Kabelləri onun evinin yanına gətirdikdən sonra özü kabelləri evinə aparmış və evinə getmişdir. Bundan sonra isə yenə bir gün fasilə verdikdən sonra 14 may 2022-ci il tarixdə saat 23:00 radələrində yenidən həmin kabellərin yerləşdiyi əraziyə gedib özü ilə götürdüyü kəlbətin və balta ilə üç dirək arasında olan təxminən 120 metr kabeli kəsmişdir. Fasilə verməyi səbəbi həm hava şəraiti və həmdəki tutulmamağa görə olmuşdur. Həmin kabellərin uzunluğu təxminin dirəklərin arasında olan məsafəyə görə düşünmüşdür. Həmin gecə də təxminən 120 metr kabeli kəsdikdən sonra onu da Şirlənin evinə aparmışlar. Onlar sonuncu dəfə oğurluq etdikdən sonra artıq həmin ərazidən kabel oğurlamamağa qərar vermişlər. Şirəli isə həmin kabellərdən bir hissəsini satdığını, bir hissəsini təmizlədikdən sonra satacağını bildirmişdir. Şirəli pul əvəzinə mobil telefon verdiyinə görə Şirəlidən kabelləri neçəyə satdığını soruşmamışdır. Belə ki, Şirəli kabelləri satdıqdan sonra telefona görə 40 manat pul çıxdıqdan sonra yerdə qalan pulu ortaqlı böləcəkmişlər. Bundan başqa həmin ərazidə hər səfərində təxminən 30-40 dəqiqə vaxt ərzində oğurluq etmişlər. Göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə işləmək üçün getmişdir. xx.xx.2022-ci il tarixdə isə polis şöbəsinə dəvət edildikdə artıq etdiyi əməlin bilinməsini bilmiş və Bakı şəhərindən çıxaraq Şəki polis şöbəsinə gəlmişdir. Bildirmişdir ki, o, və həmkəndlisi Təqsirləndirilən şəxs1 pula ehtiyacları olduğuna görə Şəki-Oğuz yolunun kənarında olan, Şəki rayonu, Köbər Zəyzid kənd ərazisində Muradbulağı adlanan yerin yaxınlığında tanımadığı şəxsə məxsus olan elektrik kabelini 3 dəfə olmaqla oğurlamışlar. Kabellərin sahibi Zərərçəkmiş şəxs tanımamışlar. Onunla arasında ədavət, düşmənçilik, borc münasibətləri olmadığını qeyd etmişdir. Onlar 3 dəfə oğurluq etdikdə heç kim görməmişdir. Bütün əmlakları gücü çatmadığına görə onlari hiss hissə aparmağı qərarına rəlmişlər. Aralarında heç bir vəzifə bölgüsü olmamışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiklərini, onunla barşdıqlarını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rabitəbank ASC-nin Şəki filialının müdiri vəzifəsində çalışır. Şəki rayonu, Köbər Zəyzid kənd ərazisində yerləşən, Küngüt meşəbəyliyi adlanan ərazidə “Muradbulaq” adlanan kafenin torpaq sahəsini uzunmüddətili icarəyə götürmüşdür. Həmin kafe təxminən 1 ilə yaxındır ki, fəaliyyət göstərməmişdir. Kafe fəaliyyət göstərən zaman 2012-ci il tarixdə həmin kafeyə İşıq İdarəsinə müraciət etməklə elektrik xətti çədirmişdir. Həmin şəbəkəninn çəkilməsi ilə əlaqədar rəsmi rüsumuda köçürmüşdür. Həmin vaxtdan sonra kafe uzun müddət işləyib elektrik xətti ilə fəaliyyət göstərsə də sonradan dediyi kimi istifadəsiz qalmışdır. Kafe istifadəsiz qalsa belə vaxtaşırı həmin kafeni yoxlamışdır. 14 may 2022-ci il tarixdə səhər radələrində şəxsi işi ilə əlaqədar olaraq Şəki şəhərindən İsmayıllı rayonuna getmişdir. Yolda olan zaman kafeyə çatmamış yolun sağ hissəsində kafeyə gələn elektrik xəttinin kəsilmiş vəziyyətdə olmasını görmüşdür. Kəsilmiş hissəsinin dəmir elektrik dirəyində olmamasını görüb kəsilməsini düşünmüş, lakin tələsdiyi üçün avtomobili saxlamamış və yoluna davam etmişdir. Həmçinin həmin vaxt nə qədər kabel kəsilməsini dəqiq bilməmişdir. Həmin gün Şəki şəhərinə təxminən 21:00 radələrində qaranlıq vaxtı qayıtdığı üçün yenə də xətlərin olduğu yerdə saxlamamış səhər gəlib baxmağı qərara almışdır. Buna görə də həmin vaxtda nə qədər məftilin kəsilməsini dəqiq bilməmişdir. Bundan sonra isə axşam evə gedərək yatmışdır. Səhərisi günü oyandıqdan sonra həmin kabellərin kəsildiyi əraziyə gəlmişdir. Kafe Küngüt meşəbəyliyi ərazisində yerləşsə də həmin kabellərin olduğu yer Şəki rayonu, Köbər Zəyzid kənd ərazisindədir. Səhər həmin əraziyə gəldikdə sonuncu dirəkdə məftilin kəsildikdən sonra qalmış hissəsinin sallanmış formada olmasını görmüşdür. Bundan sonra həmin yerə baxdıqda ümumilkdə 300 metr məsafə də kabellərin kəsilməsini müəyyən etmişdir. Kabelləri kəsən şəxsləri tapmaq üçün orada olan tanımadığı şəxsdən soruşsa da kimsə həmin kabelləri kəsən şəxsi görmədiyini bildirmişdir. Bundan sonra isə həmin gün bazar günü olduğuna görə səhərisi günü, yəni xx.xx.2022-ci il tarixdə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, hadisə xx.xx.2022-ci il tarixədək ona məlum olmayan vaxtda və şəraitdə Şəki rayonu, Köbər Zəyzid kənd ərazisində baş vermişdir. Ona məxsus olan SİP markalı, 16-lıq, 3 faz, çoxməftilli elektrik məftili 300 metrə uzunluğunda oğurlandığını, həmin məftilin oğurlanması nəticəsində 2000 manat ziyan dəydiyini, həmin şəxsləri tanımadığını, arasında ədavət və düşmənçilik, borc münasibətləri olmadığını qeyd etmişdir. Göstərmişdir ki, təqsirləndirilən şəxslər ona vurulmuş ziyanı tamamilə ödəmişlər. Hazırda təqsirləndirilən şəxslərin hər ikisindən hər hansı şikayəti və tələbi yoxdur. Onların işinə qanuna müvafiq qaydada baxılaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Şəki şəhəri, S.Mümtaz küçəsində “Lukoil” X4 yaxınlığında metal qəbulu ilə məşğul olmaqla pul qazanır, topladığı metalları isə Bakı şəhərinə satır. Təxminən 1 il olar ki, metal qəbulu ilə məşğuldur. 11 may 2022-ci il tarixdə günortadan sonra təxminən 15:30 radələrində əvvəllər tanımadığı şəxs metal qəbulu yerinə gəlib aliminumu hansı qiymətə qəbul etdiyini soruşduqda hər kiloqramını 2.30 manata qəbul etdiyini demişdir. Bundan sonra isə o, küçəyə çıxaraq gəldiyi qara rəngli avtomobili qəbul yerinə çağırmışdır. O, avtomobili çağırdıqdan sonra qara rəngli vaz- 21015 markalı avtomobil qəbul məntəqəsinin həyətinə gəlmişdir. Daha sonra isə həmin şəxs avtomobilin yük yerindən 01 ədəd politelin torba və 01 ədəd göy rəngli sellofanın içərisində aliminium məftil gətirib vermişdir. Torbalar çəkildikdə ümumi çəkisinin 22 kiloqram olması müəyyən edilmişdir. Daha sonra isə həmin şəxsə 50 manat 60 qəpik pul vermişdir. Həmin vaxt qeyd dəftərinə məftili qəbul etməyi ilə əlaqədar qeyd edərəkən həmin şəxsdən adının nə olmasını soruşduqda o, adının Yaqub olmasını bildirmişdir. Daha sonra isə o, həmin avtomobilə əyləşib çıxaraq getmişdir. Bir neçə gün sonra isə həmin şəxs polis əməkdaşlar və vəkili ilə birlikdə sexə gələn zaman onun həmin məftilləri oğurluq etdiyini bilmişdir. Lakin həmin vaxta kimi onun oğurluq etməsindən məlumatı olmamışdır. Həmin şəxs gələn zaman isə satdığı məftilləri bir torbada yığıb təhvil vermişdir. Bildirmişdir ki, həmin şəxs ona xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində məftil satmış, həmin şəxsi və avtomobilin sürücüsünü tanımır. Məftillərin özünə məxsus olduğunu bildirmiş və məftillərin oğurluq olması barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus “Mersedes 190” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayon ərazisində taksi işləyir. Təxminən 1 il olar ki, həm fərdi, həm də *0066 taksi xidməti ilə işləyir. 14 may 2022-ci il tarixdə səhər radələrində *0066 taksi şirkətindən Şəki rayonu, Köbər Zəyzid kəndindən Şəki şəhərinə sifariş daxil olmuşdur. Həmin sifariş əsasında Köbər Zəyzid kəndinə getmişdir. Kəndə getdikdən sonra kənd sakini, həmin vaxta kimi tanımadığı Şirəli adlı şəxin sifariş verməsini bilmişdir. Şirəli və anası Şəki şəhərinə gedəcəklərini demişlər. Bundan sonra isə Şirəli evdən bir torbada məftil götürüb avtomobilin yük yerinə qoyub məftillərin özünə məxsus olduğunu, onları satıb onun pulunu verəcəyini bildirmişdir. Göstərmişdir ki, 1 ildir ki, taksi işləyir və gündə neçə nəfər şəxs sərnişin qismində avtomobilində əyləşir. Hər bir şəxsin şübhələnmədiyi halda avtomobilə qoyduğu əmlakı ilə maraqlanmır. Kənd yeri olmasına görə Şirəlinin özünə məxsus olmasını düşündüyü üçün heç nə deməmişdir. Daha sonra isə həmin kənddən çıxıb Şəki şəhəri, Qax astanofkası adlanan yerdə metal qəbulu sexinə gəlmişlər. Avtomobili məntəqənin qarşısında saxladıqdan sonra avtomobildən düşməmiş və Şirəli avtomobildən düşüb yük yerindən torbanı götürdükdən sonra aparıb onu həmin metal qəbulu məntəqəsinə satmış və daha sonra isə gəlib avtomobilə əyləşmişdir. Daha sonra isə onları yas yerinə aparmış və təxminən 5 manat pul almışdır. Daha sonra isə gündəlik işləri ilə məşğul olmağa davam etmişdir. Bildirmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə səhər radələrində olmuşdur. O, həmin vaxt Şirəlinin oğurluq etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki rayonu Aydınbulaq kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışır. Həmkəndlisi Şahid5 uzunmüddətdir ki, tanıyır. Onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçiliyi yoxdur. Şamilgil kasıb ailə olduğuna görə həkimdə və digər işlərinə kənddə getmək lazım olanda aparır, pulları olduğu halda pul vermiş, olmadığı halda isə verməmişlər. Bundan başqa lazım olan halda X15 kəndində ailə həyatı quraraq yaşayan qızını da həkimə aparıb gətirir. Özünə məxsus Vaz 21015 markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Bildirmişdir ki, 11 may 2022-ci il tarixdə günortadan sonra təxminən 15:00 radələrində Şamil zəng edib arvadını və qızını həkimə aparmağını xahiş eləmiş və o etiraz etməmişdir. Bundan sonra özünə məxsus Vaz-21015 markalı avtomobili ilə əvvəlcə Şamil və onun arvadını götürdükdən sonra birbaşa Köbər Zəyzid kəndinə getmişdir. Həmin kəndə getdikdən sonra Şamilin kürəkəni Şirəli qızlarını avtomobilə əyləşdirmiş və arvadı da avtomobilə əyləşmişdir. Daha sonra isə yük yerini açmağını xahiş eləmişdir. Həmin vaxt səbəbini soruşduqda o, həyətində yığdığı dəmir məftili Şəki şəhərində satacağını demişdir. Bundan sonra isə avtomobilin yük yerini açmış və o, avtomobilin yük yerinə məftillər olan torba qoymuşdur. Daha sonra isə o, da avtomobilə əyləşdikdən sonra tanımadığı, özünün isə dediyi əvvəllər metal satdığı yerə getməyini demişdir. Həmin yerə Şirəli Çöl yolda olan X13 Məntəqəsindən bir qədər irəlidə metal qəbulu yeri olmasını demiş və onun dediyi istiqamətdə gedib metal qəbulu yerinin girişində saxlamışdır. Avtomobili saxladıqdan sonra isə o, avtomobildən düşüb metal qəbulu yerinə girmişdir. Daha sonra isə Şirəli avtomobilin yük yerindən qoyduğu məftilləri götürüb orada satdıqdan sonra Şəki rayonu, Kiçik Dəhnə kəndində olan həkimə getmişdir. Həmin kəndə getdikdən sonra Şamilin arvadı və qızı diş həkimindən müayinədən keçdikdən sonra onları Köbər Zəyzidə, Şamil və arvadını isə Aydınbulaq kəndinə gətirmişdir. Buna görə də Şamil 10 manat, Şirəli isə 15 manat pul vermişdir. Bundan sonra isə evinə getmişdir. Bildirmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində baş vermişdir. Həmin vaxt Şirəlinin oğurluq etdiyini bilməmişdir. Şahid5 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Şahid3 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Şəki şəhəri, F.Abdurahmanov küçəsində yerləşən Rahim Alxasova məxsus metal qəbulu məntəqəsində işçi olaraq işləyir. Təxminən həmin məntəqədə 1 il olar ki, işləyir. Əsas işi metal qəbul etmək və onların Bakı şəhərinə hazırlanaraq satılmasıdır. Göstərmişdir ki, 14 may 2022-ci il tarixdə səhər radələrində saat 09:20 radələrində tanımadığı şəxs metal qəbulu sexinə gəlib aliminium satmaq istədiyini bildirmiş hansı qiymətə alacaqlarını soruşduqda kiloqramını 2 manata alacağını demişdir. Daha sonra isə “Mersedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yük yerindən gətirdiyi 01 ədəd politelin torbanı tərəzinin üzərinə qoymuş və gətirdiyi torbanın 21 kiloqram olması müəyyən edilmişdir. Daha sonra isə gətirdiyi həmin aliminiumun hər kiloqramı 2 manatdan olmaqla ümumilikdə 42 manat pul vermişdir. Həmin vaxt ondan dəftərə qeyd etmək üçün şəxsiyyət vəsiqəsini soruşduqda o, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demiş ad və soyadının X7 olması, mobil nömrəsinin ***- ***-**-** mobil nömrəsi olmasını bildirmişdir. Bundan sonra isə çıxıb getmişdir. Bir neçə gün sonra həmin şəxs polis əməkdaşları və vəkili ilə birlikdə sexə gələn zaman onun həmin məftilləri oğurluq etdiyini bilmişdir. Lakin həmin vaxta kimi onun oğurluq etməsindən məlumatı olmamışdır. İş materillarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Şəki rayonu, Köbər Zəyzid kənd ərazisində Şəki-Oğuz avtomobilin yolunun sol kənarındakı elektrik dirəklərində olan Zərərçəkmiş şəxs ümumilikdə 300 metr naqil oğurlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs1 evinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 evindən oğurladığı naqillərin bir hissəsi aşkar olunaraq götürülmüşdür. İşdə olan şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə saat 19:05-də MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 21:55-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə saat 20:05-də MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs, Şəki rayonu, Köbər Zəyzid kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki rayonu, Köbər Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayonu, Köbər Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli metal qəbulu məntəqəsinin videomüşahidə kamerasının videogörüntülərə baxış protokolundan görünür ki, “1-03-R- **********2300” adlı video faylı açdıqda həmin faylın 11 may 2022-ci il tarixdə saat 15:29 radələrindən başlamaqla video görüntüsünün olması, görüntüdə metal qəbul edilməsi və qeydlərin olması yerinin olması, bir neçə nəfər şəxsin olması müəyyən edildi. Həmin video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs1 oxşayan şəxsin həmin tarixdə saat 15:29:32-də əlində politelin torba və göy rəngli sellofan ilə həmin yerə gəlməsi, həmin yerə gəldikdən sonra əlindəki torbaları tərəziyə qoyması, bundan sonra metal qəbul edən şəxs tərəfindən torbaların çəkiləri müəyyən edildikdən sonra dəftərə qeyd aparılması və Təqsirləndirilən şəxs1 oxşar şəxsə pul verməsi və həmin şəxsində pulu götürdükdən sonra saat 15:31-də çıxıb getməsi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 video olan şəxsin özünün olması, oğurluq etdikdən sonra naqilləri təmizləyib həmin metal sexinə satdığını pul əldə etdiyini bildirdi. “2-06-R-**********2300” adlı video fayl açıldıqda həmin video faylın metal qəbulu sexinin yerləşdiyi küçə hissəsinin görüntüsü qeyd etməsi, həmin görüntüdə xx.xx.2022-ci il tarixdə saat 15:25:30-da Təqsirləndirilən şəxs1 oxşa şəxsin metal qəbulu sexinə daxil olduqdan sonra saat 15:28:05-də gəldiyi istiqamətə gələrək Vaz-21014 markalı, qara rəngli avtomobili çağırması, həmin avtomobilin metal qəbulu sexinə daxil olması, saat 15:31:36-da isə həmin avtomobilin metal qəbulu sexindən çıxaraq avtomobilin yoluna çatdıqdan sonra sağa dönərək hərəkətinə davam etməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 video olan şəxsin onun olmasını, həmin yerə tanımadığı avtomobillər gəlməsini, ilk əvvəl metal sexinə daxil olub metal qəbul edib etmədiklərini maraqlandıqdan sonra küçədə gözləyən avtomobili çağırması, həmin avtomobilin metal qəbulu sexinə daxil olduqdan sonra metalları satıb onunla birlikdə getdiyini bildirdi. “3-08-R-**********2300” adlı video fayl açıldıqda metal qəbulu sexinin həyət hissəsinin görüntüsü qeyd etməsi müəyyən edildi. Həmin görüntüyə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 oxşar şəxsin xx.xx.2022-ci il tarixdə saat 15:26-da metal qəbulu sexinə gəlib orada bir nəfər şəxs ilə danışdıqdan sonra həmin yerdən getməsi və 1 dəqiqə sonra, yəni saat 15:27-də yenidən metal qəbulu sexinə qayıtması, onun ardınca qara rəngli Vaz-21015 markalı avtomobilin gəlməsi, həmin avtomobilin metal qəbulu sexinin həyət hissəsində saxlanıldıqdan sonra sürücü və ön sərnişin oturacağından bir nəfər şəxsin avtomobildən düşməsi, daha sonra isə Təqsirləndirilən şəxs1 oxşar şəxsin avtomobilin yük yerindən torbaları götürüb metal qəbulu yerinə aparmas və bir neçə dəqiqə sonra geri gəlib həmin avtomobilə əyləşməsi, avtomobildən düşən 2 nəfər şəxsində avtomobilə əyləşməsi, daha sonra isə avtomobilin saat 15:31-də metal qəbulu sexini tərk etməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 video olan şəxsin onun olmasını, həmin yerə tanımadığı avtomobillər gəlməsini, ilk əvvəl metal sexinə daxil olub metal qəbul edib etmədiklərini maraqlandıqdan sonra küçədə gözləyən avtomobili çağırması, həmin avtomobilin metal qəbulu sexinə daxil olduqdan sonra metalları satıb onunla birlikdə getdiyini, avtomobili idarə edən şəxsi tanımadığını, digər şəxsin isə, yəni ön oturacaqda oturan şəxsin isə qaynatası olmasını, onun oğurluqdan məlumatının olmadığını, sadəcə kənddən birlikdə çıxmasını, onun qonaq getdiyini, metalları satdıqdan sonra şəhərdə sağollaşaraq ayrıldıqlarını, ona metal satışından əldə etdiyi puldan vermədiyini, sadəcə kənddən birlikdə çıxmaqlarını bildirdi. Baxış zamanı “Qax astanovkasi Metallom” adlı qovluqda olan 03 ədəd fayla aşağıdakı kimi baxış keçirilməyə başlanıldı: “1-02-R-**********00” adlı videoya baxış keçirən zaman videogörüntünün metal qəbulu yerinin görüntüsünün qeydə alıması, Təqsirləndirilən şəxs1 oxşar şəxsin xx.xx.2022-ci il tarixdə saat 09:20-də metal qəbulu yerinə gəlməsi, qısa müddət orada gözləməsindən sonra gedərək saat 09:21-də 01 ədəd politelin torba ilə geri qayıtması, torbanı gətirdikdən sonra isə saat 09:24-də həmin yerdən çıxıb getməsi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin vaxt metal satıb pul əldə etdiyini, görüntüdə olan şəxsin özünün olmasını bildirdi. “2-01-R- **********00” adlı videoya baxış keçirən zaman görüntünün metal qəbulu sexinin giriş hissəsini qeydə alması, Təqsirləndirilən şəxs1 oxşar şəxsin saat 09:19-da Mersedes markalı avtomobil ilə gəlib giriş qapısında düşdüyünü, daha sonra həmin avtomobilin yük yerindən 01 ədəd politeliin torba götürüb metal qəbulu sexinə daxil olduğunu, saat 09:24də metal qəbulu sexindən çıxaraq pulqabına nəsə qoyması müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin Mersedes markalı avtomobili tanımadığını, görüntüdə olan şəxsin özünün olmasını, həmin vaxt metal satıb pul əldə etdiyini, görüntüdə olduğu kimi pul qabına pul qoymasını bildirdi. “2-01-R-**********01” adlı videoya baxış keçirən zaman görüntünün metal qəbulu sexinin giriş hissəsini qeydə alması, lakin tarixdə və saatdan göründüyü kimi görüntünün xx.xx.2022-ci il tarixdə saat 09:28-dən başlayaraq video qeydiyyatın olması, Təqsirləndirilən şəxs1 isə həmin metal sexindən saat 09:24-də çıxaraq getməsi, buna görə iş üçün əhəmiyyət kəsb edən görüntülərin olmaması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Mingəçevir Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 242 saylı məktublarından görünür ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs, Şəki rayonu, Köbər Zəyzid kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şəki şəhər Mərkəzi Xəstəxanasının PHŞ-in həkin narkoloqu tərəfindən göndərilən siyahıya əsasən Mingeçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmurlar və müraciət etməmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 6/3276-9/4258 kompleks məhkəmə fiziki kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd təxmini uzunluqları 20,0-29,0 sm istifadə olunmuş üzəri qara izolyasiyalı, üzərində markalama göstəricisi olmayan, ümumi diametri təxminən 24,3 mm, 4(3+1) damarlı, ayrı ayrı izolyasiyalı, damarların diametri 3x10,0 mm, 1x7,7 mm olan 7 simli (21x2,7, 7x1,6mm) kabel nümunəsinin keçirici hissəsinin metalı alüminium əsaslı ərintidən hazırlanmışdır. Təqdim olunmuş hər iki kabel ölçüsünə və metal tərkibinə görə eynilik təşkil edir. Ekspertizaya təqdim olunmuş 02 ədəd təxminən təxmini uzunluqları 20,0-29,0 sm istifadə olunmuş üzəri qara izolyasiyalı, üzərində markalama göstəricisi olmayan, ümumi diametri təxminən 24,3 mm, 4(3+1) damarlı, ayrı ayrı izolyasiyalı, damarların diametri 3x10,0 mm, 1x7,7 mm olan 7 simli (21x2,7, 7x1,6mm) nümunəsinin keçirisi hissəsinin metalı alüminium əsaslı ərintidən hazırlanmış kabelin istifadədə olması nəzərə alınmaqla 300 metrinin 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1500,00 (300x5 man) manat müəyyən edilir. Ekspertiza xərci 150 manatdır. İş materiallarında olan X10 daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus 35/10 kv-luq Zəyzid Y/ST-dan çıxan 10 kv-luq A.Küngüt h/x-nin ******* inventar kodlu transformator yarımstansiyasından qidalanır. Obyektin qidalanması üçün transformator məntəqəsindən obyektə birbaşa kabel xətti çəkilmişdir, həmin xətt abonentin balans mənsubiyyətindəndir. Elektrik xəttinin üzərində başqa enerji istehlakçısı yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə oğurluq cinayəti törətmələri düzgün tövsif edilib. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onlar cinayət törətməkdə təqsirlidirlər və onlara Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, habelə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulması və xx.xx.2022-ci il tarixdə Şəki ŞRPŞ-nin MSY-dən azad edilməsi ona cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, habelə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulması və xx.xx.2022-ci il tarixdə Şəki ŞRPŞ-nin MSY-dən azad edilməsi ona cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd kəlbətin, 01 ədəd balta Təqsirləndirilən şəxs1, 02 ədəd içərisində kəsilmiş naqilin təmizlənmiş hissələri olan politelin torba, Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülmüş oğurlanmış naqilin qalmış bir hissəsi, elektrik dirəyində qalmış naqildən ekspertizaya təqdim olunması məqsədilə kəsilərək götürülmüş naqil parçası qanuni sahibi olan Zərərçəkmiş şəxs qaytarılmalıdır. 150.00 (yüz əlli) manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. Zərərçəkmiş şəxs dəymiş 2000 manat ziyanın tamamilə ödənilməsi və iş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, bir il, altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlandığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla-cəmi dörd gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq bir il, beş ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş bir il, beş ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan Şəki rayonu, Köbər Zəyzid kəndində olan yaşayış evini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, bir il, altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlandığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla-cəmi dörd gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq bir il, beş ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş bir il, beş ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan Şəki rayonu, Köbər Zəyzid kəndində olan yaşayış evini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd kəlbətin, 01 ədəd balta Təqsirləndirilən şəxs1, 02 ədəd içərisində kəsilmiş naqilin təmizlənmiş hissələri olan politelin torba, Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülmüş oğurlanmış naqilin qalmış bir hissəsi, elektrik dirəyində qalmış naqildən ekspertizaya təqdim olunması məqsədilə kəsilərək götürülmüş naqil parçası qanuni sahibi olan Zərərçəkmiş şəxs qaytarılsın. 150.00 (yüz əlli) manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. Zərərçəkmiş şəxs dəymiş 2000 manat ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu, məhkuma isə təqdim olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Cahid İmanov