Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-74/2021 04.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1976-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, epidemiya əleyhinə və karantin rejimlərini pozaraq yeni növ koronavirus (COVİD19) infeksiyasının yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki, o, səhhətində yaranmış narahatlıqlara görə 26 noyabr 2020-ci il tarixdə müraciət etdiyi Şəki Rayon Mərkəzi X4 Şəxsin əməkdaşları tərəfindən yaşadığı ünvanda götürülən test nümunəsinin 27 noyabr 2020-ci il tarixdə pozitiv (+) olması müəyyən edildikdən sonra Şəki şəhərində yerləşən modul tipli xəstəxanada 27 noyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək olan müddətdə müalicə almış və müalicəsinin davam etdirilməsi üçün yaşadığı evə yerləşdirildiyi vaxtdan, yəni 30 noyabr 2020-ci il tarixdən başlamaqla 14 gün müddətində yaşadığı ünvan 1 ünvanında karantin nəzarətinə götürülməklə karantin nəzarətində olmasına, karantin rejimi qaydalarını pozmayaraq həmin qaydalara əməl etməsi barədə xəbərdarlıq edilməsinə, həmçinin, bununla bağlı 27 noyabr 2020-ci il tarixdə İTS.GOV.AZ ünvanından istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ismarıc göndərilməsinə baxmayaraq o, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəmənin 08.11.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, Şəki Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzadan 02 ay 18 gün vaxtından əvvəl şərti azad olunmasına, 04.04.2019-cu il tarixdə cəzasını çəkib qurtarmasına baxmayaraq, cinayətə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, yoluxmuş olduğu yeni növ koronavirus (COVİD-19) infeksiyasının hava-damcı yolu ilə yayılması, digər şəxslərlə sosial məsafənin qorunması, infeksiya yoluxmuş şəxslərin digər şəxslərlə birbaşa təmasda olmaması kimi xüsusatları bildiyi halda, 03 dekabr 2020-ci il tarixdə, saat 09 radələrində yaşadığı ünvan 1 ünvanından çıxaraq Şəki şəhəri X5 prospektində yerləşən, Şəki şəhər bələdiyyəsinə gedərək Şəki şəhəri ərazisində 23.2 kilometr məsafədə hərəkət etməklə epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla yoluxmuş olduğu yeni növ korovavirus (COVİD19) xəstəliyinin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmiş, həmin tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Şəki şəhəri, Heydər Əliyev prospekti ilə X5 prospektinin kəsişməsində olması müəyyən edilmiş və onun yaşadığı ünvana qaytarılması təmin edilmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 26 noyabr 2020-ci il tarixdə səhhətində nasazlıq hiss etdiyindən 103 təcili-tibbi yardım xidmətinə müraciət edib və elə həmin gün Şəki Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları onun yaşadığı ünvan 1 ünvanına gəlib ondan test üçün nümunə götürmüşlər. 27 noyabr 2020-ci il tarixdə Şəki MRX-nin həkimi onun mobil telefonuna (***-***-**-**) zəng edib, ona “COVİD-19” testinin nəticəsinin pozitiv olduğunu, yaşadığı ünvanı tərk etməməyini və xəstəxananın həkimlərinin özlərinin gəlib onu yaşadığı evdən götürüb Şəki şəhərindəki “COVİD-19” pandemiyasına yoluxmuş şəxslərin müalicə olunduqları modul tipli xəstəxanaya yerləşdirəcəklərini bildirmişdir. 27 noyabr 2020-ci il tarixdə Şəki MRX-nin həkimləri yaşadığı ünvana gəlib, onu X7 maşını ilə Şəki şəhərindəki COVİD-19 pandemiyasına yoluxan şəxslərin müalicə aldığı modul tipli xəstəxanaya yerləşdirmişlər və o, həmin xəstəxanada bir neçə gün müalicə almışdır. Onun işlətdiyi mobil telefonuna “COVİD-19” testinin nəticəsinin pozitiv olmasına və buna görə də 14 gün müddətində yaşadığı ünvanı tərk etməməyi haqqında mesaj gəlmişdir. 30 noyabr 2020-ci il tarixdə həkim ona müalicəsini ev şəraitində davam etdirməsinin mümkün olduğunu deyib və həmin gün Şəki MRX-nin əməkdaşları onu X7 maşını ilə yaşadığı ünvana aparmışlar. Ona evinə aparılmazdan əvvəl modul tipli xəstəxanada evdə müalicə aldığı müddətdə yaşadığı evi tərk etməməli olduğu bildirilmişdir. Bir neçə gün ərzində yaşadığı ünvanı tərk etməmişdir. 03 dekabr 2020-ci il tarixdə gündəlik tələbat malları almaq üçün pulu olmadığına görə yardım istəməkdən ötrü Şəki şəhər bələdiyyəsinə müraciət etmək məqsədi ilə yaşadığı evdən çıxıb, təxminən 2-3 kilometr məsafədə yerləşən Şəki şəhər bələdiyyəsinə getmiş, həmin vaxt ağzında maska olmuş, əlcək isə taxmamış, yolda heç kimlə təmasda olmamış, piyada getmiş, bələdiyyəyə çatıb orada bələdiyyənin mühafizəçisinin olduğu növbətçi otağının qarşısına yaxınlaşdıqda mühafizəçi ondan gəlməsinin səbəbini soruşmuş, o, Şəki bələdiyyəsinə maddi yardım istəmək üçün gəldiyini və bələdiyyənin səlahiyyətli əməkdaşlarından biri ilə görüşmək istədiyini bildirmişdir. Mühafizəçi ona pandemiya ilə əlaqədar bələdiyyədə vətəndaşların qəbulunun məhdudlaşdırıldığını, daha sonra müraciət etməsini bildirmişdir. O, əsəbiləşmiş və oradan uzaqlaşarkən istifadəsində olan mobil telefon vasitəsilə DİN-in 102 xidmətinə zəng edərək bu haqda məlumat vermişdir. Bir neçə dəqiqə sonra ona özünü polis əməkdaşı olaraq təqdim edən şəxs zəng edib olduğu yerdə qalmağını xahiş etmiş, o olduğu yerdə, yəni Şəki şəhəri H.Əliyev prospekti ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində dayanıb gözləmiş, bir qədər sonra polis əməkdaşları gələrək protokol tərtib etmiş və o da imza etmişdir. Daha sonra onu evinə aparımışlar. Həmin gün, o, ilk dəfə idi ki, yaşadığı evi tərk etmişdir. Karantin qaydalarından məlumatlı olsa da, lakin xəstəliyi yüngül keçirdiyindən və əməlinin ictimai təhlükəliliyini dərk etmədiyindən laqeyd yanaşmışdır. O, etdiyi hərəkətdən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəki şəhər bələdiyyəsinin mühafizəçisi vəzifəsində işləyir. 03 dekabr 2020-ci il tarixdə işdə olan zaman Təqsirləndirilən şəxs növbətçi otağın qarşısına gələrək Bələdiyyəyə maddi yardım istəmək üçün gəldiyini və bələdiyyənin səlahiyyətli əməkdaşlarından biri ilə görüşmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs pandemiya səbəbindən bələdiyyədə vətəndaşların qəbulunun məhdudlaşdırıldığını, inzibati binada çox vətəndaş olduğuna görə daha sonra müraciət etməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona heç bir şey demədən çıxıb getmişdir. Təqsirləndirilən şəxs bələdiyyəyə gələn zaman tibbi maskadan istifadə etsə də, əlcəkdən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. İlk dəfə hal şahidi olaraq istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. 03 dekabr 2020-ci il tarixdə Şəki şəhəri H.Əliyev prospekti ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində olduğu zaman tanımadığı bir nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək, yaxınlıqda bir nəfər şəxsin “COVİD-19” virusuna yoluxmasına baxmayaraq yaşadığı evi tərk etməklə karantin qaydasını pozduğunu, bu məqsədlə keçiriləcək baxışda iştirak etməyini xahiş etmiş, o, razılaşmış və baxış keçiriləcəyi yerə yaxınlaşmışdır. Polis əməkdaşı özünü təqdim edərək Şəki ŞRPŞnin İB-nin müstəntiqi, polis baş leytenantı Araz Vəlizadə olduğunu, baxışda iştirak etməsinin səbəbini, yəni əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs “COVİD-19” virusu xəstəsi olduğunu, karantin rejimini pozaraq yaşadığı evi tərk etməsinin müəyyən edilməsini, bu məqsədlə hazırda Təqsirləndirilən şəxs aşkar olunduğu yerə baxış keçiriləcəyini demişdir. O, baxışda iştirak etmiş müstəntiq tərəfindən tərtib edilən protokolu imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmaqla elan olunan Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, plastik qapı-pəncərə sexində usta işləyir və bu yolla əldə etdiyi qazancla dolanır. 03 dekabr 2020-ci il tarixdə təxminən saat 11 radələrində istirahət etmək üçün Şəki şəhəri ərazisində gəzən zaman Şəki şəhəri H.Əliyev prospekti ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində olduğu vaxt tanımadığı bir nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək, yaxınlıqda bir nəfər şəxsin “COVİD-19” virusuna yoluxmasına baxmayaraq yaşadığı evi tərk etməklə karantin qaydasını pozduğunu, bu məqsədlə keçiriləcək baxışda iştirak etməyini xahiş etmiş, həmin vaxt o, vətəndaşlıq borcunu yerinə yetirmək məqsədi ilə həmin polis əməkdaşına razılığını bildirmiş və baxış keçiriləcəyi yerə yaxınlaşmışdır. Həmin vaxt baxışda iştirak etmək üçün ondan başqa, əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Şahid1 da baxışda hal şahidi olaraq iştirak etmək üçün gəlmiş, sonra bir nəfər polis əməkdaşı özünü təqdim edərək Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Araz Vəlizadə olduğunu bildirmişdir. Bundan sonra isə onların baxışda iştirak etmələrinin səbəbini, yəni əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs “COVİD-19” virusu xəstəsi olduğunu, karantin rejimini pozaraq yaşadığı evi tərk etməsinin müəyyən edilməsini, bu məqsədlə hazırda Təqsirləndirilən şəxs aşkar olunduğu yerə baxış keçiriləcəyini bildirib baxışda iştiraklarına dair etirazlarının olub-olmadığını soruşmuş və həmin zaman o və digər hal şahidi Şahid2 etirazlarının olmadığını bildirmişlər. Daha sonra müstəntiq Araz Vəlizadə onlara hüquq və vəzifələrini izah edərək, Təqsirləndirilən şəxs əvvəllər tanıyıbtanımadıqlarını, onunla aralarında ədavət və düşmənçiliklərinin olub olmadığını soruşduqda, o və Şahid1 Təqsirləndirilən şəxs tanımadıqlarını, onunla aralarında ədavət və düşmənçiliklərinin olmadığını bildirmişdirlər. Həmin vaxt müstəntiq Təqsirləndirilən şəxs də eyni sualı verdikdə Təqsirləndirilən şəxs onu və Şahid1 tanımadığını, onlarla aralarında ədavət və düşmənçiliklərinin olmadığını bildirmişdirlər. Bundan sonra müstəntiq baxış keçirməyə başladığını bildirmişdir. Belə ki, müstəntiq Təqsirləndirilən şəxs yaşadığı evdən çıxdıqdan sonra aşkar olunduğu yerin Şəki şəhəri H.Əliyev prospekti ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsi olduğunu bildirib onun nə vaxt “COVİD-19” testini verdiyini, nəticəsinin nə olduğunu, əgər “pozitiv” çıxıbsa yaşadığı evi tərk etməsinin səbəbini, yaşadığı evin ünvanını, xəstəliyi ilə əlaqədar ona xəbərdarlıq edilib edilmədiyini, mobil telefonuna bu barədə ismarıc gəlib-gəlmədiyini soruşduqda, Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar Şəki MRX-nin əməkdaşlarının onun yaşadığı ünvana gələrək ondan test nümunəsi götürdüklərini, 27 noyabr 2020-ci il tarixdə həmin testin nəticəsinin “pozitiv” çıxmasını, həmin gün mobil telefonuna 14 günlük karantin ilə əlaqədar yaşadığı evi tərk etməməsi barədə xəbərdarlıq ismarıcın gəlməsini, hazırda ünvan 1 ünvanında yaşadığını, yaşayış evini isə siqaret almaq üçün tərk etdiyini bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs karantin rejimi qaydasına görə yaşadığı evi tərk etməməli olduğunu bilib-bilmədiyini, həmçinin, onun üçün siqaret almalarından ötrü özü ilə birlikdə yaşamayan başqa ailə üzvlərindən xahiş edə bilib-bilməyəcəyini soruşduqda, Səbuhi karantinlə bağlı yaşadığı evdən çıxmamalı olduğunu bildiyini, ona siqaret alıb gətirmələri üçün özü ilə yaşamayan ailə üzvlərindən xahiş edə biləcəyini, lakin siqareti özü almaq istədiyinə görə evdən çıxıb siqaret almağa getdiyini bildirmişdir. Bundan sonra isə müstəntiq Araz VTəqsirləndirilən şəxs mobil telefonuna gələn ismarıcı təqdim etməsini xahiş etdikdə o, mobil telefonuna gəlmiş həmin ismarıcı telefonunun yaddaşından sildiyini və buna görə də həmin ismarıcı göstərə bilməyəcəyini müstəntiqə bildirmişdir. Bundan sonra isə müstəntiq Araz VTəqsirləndirilən şəxs adlı vətəndaşa “COVİD-19” virusu xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etməsini, buna görə də həmin virusun ətrafda olan şəxslərə yoluxaraq yayılmasına real təhlükə yaratdığını bildirmişdir. Daha sonra isə müstəntiq tərəfindən protokol tərtib edilərək oxunmuş, heç bir tələb, təklif və ya qeydlərinin olmadığını bildirmişlər. O da digər iştirakçılarla birlikdə həmin protokol imzalamışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 05 may 2021-ci il tarixli, 020-5364-1221 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “COVİD-19” virusuna yoluxduğu və 26 noyabr 2020-ci il tarixdə, saat 14:37:29-dan 10 dekabr 2020-ci il tarixə, saat 14:37:29-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən 27 noyabr 2020-ci il tarixdə, saat 12:12:19-da Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. Şəki Rayon Mərkəzi X4 Şəxsin 11 dekabr 2020-ci il tarixli, 2927 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə COVİD-19 infeksiyasına görə müayinə olunmuş, 27 noyabr 2020-ci il tarixdə testin nəticəsinin (+) pozitiv olması təsdiqlənmiş və təlimat qaydalarına görə 27 noyabr 2020-ci il tarixdən 14 gün müddətinə evdə təcrid tədbirinə cəlb edilmişdir. 03 dekabr 2020-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs karantin qaydasını pozaraq yaşadığı evi tərk etmiş, Şəki şəhəri H.Əliyev prospekti ilə M.Ə.Rəsulzadə prospektinin kəsişməsində saxlanılmışdır. 23 iyun 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CMnin 139-1.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Psixiatriya Xəstəxanasının 15 dekabr 2020-ci il tаrixli, 784 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində qeydiyyatda deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserinin 17 fevral 2021-ci il tarixli, 89 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuş, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. DİN-in BƏSİİ-dən daxil olmuş 28 dekabr 2020-ci il tarixli tələbnamədən və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 noyabr 2010-cu il tarixli 1(101)-1460/2010 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 22.09.1993-cü il tarixdə CM-nin 143.4 və 42-1-ci maddələrinə əsasən Şəki Rayon Məhkəməsinin hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum edilmiş, hökmün icrası 02 il təxirə salınmışdır. 02.04.1996-cı il tarixdə CM-nin 243, 106.1, 38 və 39-cu maddələrinə əsasən Tərtər Qarnizonu Hərbi Tribunalının hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin 16.03.2001-ci il tarixli qərarı ilə əməli CM-nin 333.6-cı maddəsinə tövsif edilməklə cəzası 08 ilə endirilmiş, 02.04.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 08.11.2010-cu il tarixdə CM-nin 234.4.1, 234.4.2, 234.4.3, 93.1.4-cü maddələrinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 09 il müddətinə azadlıqdan məhrum edilmiş, Şəki Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzadan 02 ay 18 gün vaxtından əvvəl şərti azad olunub, 04.04.2019-cu il tarixdə cəzasını çəkib bitirmişdir. Şəki Mənzil İstismar Sahəsi tərəfindən təqdim olunmuş 18 fevral 2021-ci il tarixli arayışdan və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Bağbanlar küçəsi, ev 61 mənzil 36-da yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, o, yeni növ koronovirus (COVİD-19) infeksiyasına yoluxduğunu bilə-bilə, Şəki şəhərində yerləşən modul tipli xəstəxanada müalicə aldıqdan sonra müalicəsinin davam etdirilməsi üçün yaşadığı evə yerləşdirilməsinə baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının tələblərini pozaraq, təcrid olunduğu yaşayış evindən çıxaraq bələdiyyə binasına getməklə yoluxmuş olduğu yeni növ koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs (COVİD-19) virusuna yoluxduğuna görə xəstəxanadan çıxdığı vaxtdan etibarən olduğu yer üzrə təcrid olunmalı olduğu barədə məlumat verilmişdir. Ümumiyyətlə, koronavirus (COVİD-19) xəstəliyinin yayılması ilə bağlı məlumatlar hər gün mütəmadi olaraq kütləvi informasiya vasitələrində, mətbuatda, televiziyada, habelə sosial şəbəkələrdə işıqlandırıldığından və gündəmdə olduğundan təqsirləndirilən şəxsin təcrid olunmalı olduğunu və insanların arasında olduğu zaman maskadan istifadə etsə belə başqa şəxsləri yoluxdurması təhlükəsinin real olduğunu bilməməsi ağlabatan hesab edilmir. Odur ki, Təqsirləndirilən şəxs xəstə olduğunu bildiyi və təcrid olunma ilə bağlı xəbərdarlıq edildiyi halda evdən çıxması digər şəxsləri virusa yoluxdurma üçün real təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 139-1.1-ci maddəsinin əlamətlərinə uyğundur, qanunla nəzərdə tutulan törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Təqsirləndirilən şəxs CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirici halı kimi qəbul edir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 15-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təsnifatına əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ağır cinayət hesab olunur. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və cinayətlərin residivini məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-yə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (maddə 65.1 və 65.2). CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzanın əvvəli hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 04 avqust 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə təqdim edildiyi vaxtdan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-74/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-74/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver