Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-74/2025 05.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X23 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, İİ qrup əlil, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 172.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, qəsdən, təkrarən tamah və sair şəxsi niyyətlə etibardan suistifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 3200 (üç min iki yüz) manat pul müqabilində onun oğlu Şahid5 xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 15 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Şəki şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən Şəki Mərkəzi Rayon Xəstəxanasının inzibati binasında Zərərçəkmiş şəxs3 arvadı, onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid6 vasitəsi ilə 500 manat pulunu, 21 dekabr 2022-ci il tarixdə, saat 12:30 radələrində Şəki şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən Şəki Mərkəzi Rayon Xəstəxanasının həyətində 200 manat pulunu, 2023-cü ilin mart ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 300 manat pulunu, 2023-cü ilin may ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 17 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 1000 manat pulunu, 04 noyabr 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 11 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 400 manat pulunu, 2023-cü ilin dekabr ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 15 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 200 manat pulunu, 2024-cü ilin yanvar ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 150 manat pulunu, 2024-cü ilin fevral ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 150 manat pulunu, 2024-cü ilin mart ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 150 manat pulunu, 2024-cü ilin aprel ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 150 manat pulunu, ümumilikdə cəmi 3200 (üç min iki yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Cunud kəndində yaşayan Zərərçəkmiş şəxs2 5610 (beş min altı yüz on) manat pul müqabilində özünün mülkiyyətində olan Şəki şəhəri, 119A kvartalda yerləşən 0,03 ha torpaq sahəsini guya ona satacağını vəd verməklə inandırıb etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək aldadıb, 27 mart 2023-ci il tarixdə, saat 14:30 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətində beh pulu adı ilə 150 (yüz əlli) manat pulunu, həmçinin əməlini pərdələmək məqsədi ilə 28 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 mülki etibarnamə verib həmin tarixdə, saat 14 radələrində Şəki şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən Şəki “Asan Xidmət” mərkəzinin inzibati binasında 5350 (beş min üç yüz əlli) manat pulunu, 2024-cü ilin aprel ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 11 radələrində sonuncunun əri, onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində yerləşən “İnsaf” mağazasında quraşdırılan ödəmə terminalından onun kart hesabına göndərdiyi 110 (yüz on) manat pulunu alıb ələ keçirməklə və sonradan verdiyi mülki etibarnaməni ləğv etdirib həmin torpaq sahəsini başqa şəxsə sataraq Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdar təşkil edən 5610 (beş min altı yüz on) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 4200 (dörd min iki yüz) manat pul müqabilində onun oğlu Şahid4 Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinə və ya Kənd Təsərrüfatı Nazirliyinin Şəki şəhərində yeni açılan şöbəsində işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 03 noyabr 2023-cü il tarixdə, saat 16 radələrində özünün yaşadığı ünvan 1 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs1 əri, onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid3 vasitəsi ilə 3000 manat pulunu, 04 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində özünün yaşadığı ünvan 1 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs1 oğlu, onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid4 vasitəsi ilə 600 manat pulunu, 16 noyabr 2023-cü il tarixdə, saat 16 radərində özünün yaşadığı ünvan 1 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs1 oğlu, onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid4 vasitəsi ilə 600 manat pulunu, ümumiilikdə cəmi 4200 (dörd min iki yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun uzaq qohumu və atasının dostu olmuş, ailəvi olaraq bir-birilərinin evinə gedib-gəlmişlər. Heç vaxt Zərərçəkmiş şəxs3 borc və ya onun oğlu Şahid5 xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasına köməklik edəcəyi adı ilə 3200 manat pulunu almamışdır. Şəki şəhər sakini Şahid3 4200 manat borc pul almışdır. Belə ki, 2023-cü ilin dekabr ayının sonlarında arvadının gözünün müalicəsi ilə əlaqədar pul lazım olduğu üçün qohumu Seyranla görüşüb söhbət edən zaman ona arvadının gözünü əməliyyat etdirəcəyini bildirib ondan 4200 manat borc pul istəmişdir. Seyran da özünün pulunun olmadığını, lakin ona pul tapmaqda köməklik edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Seyran ona zəng vurub Əlosətə ona borc pul verməsini dediyini, Əlosətin özünün evlərinə gəlib istədiyi pulu ona verəcəyini bildirmişdir. 2023-cü ilin dekabr ayının ortalarında Şahid3 oğlu Şahid4 və Zərərçəkmiş şəxs3 oğlu Şahid5la birlikdə evlərinə gəlmiş, birlikdə evlərində çay içib söhbət etmişlər. Sonra Əlosət evində sayıb ona Tehranın, Babəkin yanında 4200 manat pul vermişdir. Pulu Əlosətdən alıb ona 3-4 aydan sonra pulunu qaytarıb vercəyini demişdir. 2024-cü ilin fevral ayında Babək evlərinə gəlib ona atasının verdiyi pul istədiyini bildirmişdir. Həmin vaxt Babəkə 11 fevral 2024-cü il tarixdə qızına ad günü məclisi keçirəcəyini, qızının ad gününü keçirib pullarını verəcəyini demişdir. Qızının ad günü məclisinin səhəri günü Babək tək evlərinə gəldiyi üçün 4200 manat pulu sayıb evində Babəkə vermişdir. Babək pulu ondan alıb çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə Əlosət ona zəng edib ondan pulunu istəmişdir. Söhbət zamanı Əlosətə ondan aldığı 4200 manat pulu xx.xx.2024-cü il tarixdə oğlu Babəkə verdiyini bildirmişdir. Sonra Babəkə zəng vurub onunla Şəki “ASAN xidmət” mərkəzinin həyətində görüşmüşdür. Həmin vaxt Babəkin yanında Seyranın oğlu Tehran da olmuşdur. Söhbət zamanı Babəkə pulu ondan aldığını, nə üçün ancaq pulu almasını atasına demədiyini demişdir. Babək də ona pul lazım olduğunu, ona görə atasına ondan pulu almasını demədiyini, vaxtı gələndə pulu özünün atasına verəcəyini bildirmişdir. Sonra Babəkə atasına zəng vurub pulu ondan almasını deməsini bildirmişdir. Babək də bundan sonra yanında atasına zəng vurub ona borc verdikləri 4200 manat pulu ondan aldığını demişdir. Həmçinin Babəkin pulu ondan almasını təsdiqləmək üçün onun danışığını videoya çəkmişdir. Həmin videoda Babək özünü təqdim edirək, atasının ona borc kimi verdiyi 4200 manat pulu ondan aldığını təsdiq etmişdir. Bundan sonra Əlosət və oğlu Babək ona zəng vurub ondan pul istəməmişlər. 2024-cü ilin avqust ayında Babəkin anası Fəridə ev telefonlarına zəng vuraraq əri Əlosətdən borc aldığı 4200 manat pulu nə üçün vermədiyini bildirən zaman ona da əri Əlosətdən aldığı 4200 manat pulu 2024-cü ilin fevral ayında oğlu Babəkə qaytarıb verdiyini, pulu qaytarmasını əri Əlosətin də bildiyini demişdir. Zərərçəkmiş şəxs1 onun oğlu Babəki işə düzəltmək adı ilə ondan pul almamışdır, 4200 manat Fəridənin ərindən borc kimi almışdır. Fəridə ilə heç vaxt görüşməmiş və onunla oğlu Babəki işə düzlməsinə köməklik edəcəyi barədə heç vaxt söhbət etməmiş, ona görə ondan pul almamışdır. Fəridənin əri Əlosətlə görüşmüş, ondan arvadının müalicəsi üçün 4200 manat borc pul almışdır. Zərərçəkmiş şəxs3 onun oğlu Şahid5 xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasına köməklik göstərəcəyi adı ilə aldadaraq ondan heç vaxt pul almamışdır. Əlosətdən 4200 manat pul almış, onun pulunu da sonradan qaytarmışdır. Zərərçəkmiş şəxs3 ilə uzaq qohumluq əlaqələri olmuş, Seyran və onun ailəsi ilə aralarında heç bir narazılıqları, ədavət və düşmənçilikləri olmamışdır, Əvvəllər Zərərçəkmiş şəxs1 Canəli qızı və onun ailə üzvləri ilə aralarında narazıçılıq, ədavət və düşmənçilikləri olmamışdır. Əlosətdən 4200 manat borc pul alıb sonradan həmin pulu Əlosətin oğlu Babəkə qaytarıb vermişdir. Babək də ondan 4200 manat pulu almasını evlərində atasına və anasına deməmiş və bu səbəbdən onlarla aralarında pul borcu ilə bağlı narazılıq yaranmışdır. Bundan başqa Şəki şəhəri 119 A kvartalında mülkiyyətində 3 sot torpaq sahəsi olduğu üçün həmin torpaq sahəsini satışa çıxarmış və bu barədə maklerlərə məlumat vermişdir. Sonradan 2023-cü ilin qış ayında Səbuhi adlı makler ona zəng vurub torpaq sahəsini istəyən olduğunu və torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Ona görə Səbuhi ilə görüşüb ona torpaq sahəsini göstərmiş, sonra ondan Səbuhi torpaq sahəsinin sənədlərini istəmişdir. Həmin vaxt Səbuhiyə bələdiyyədən ona torpaq sahəsi verilməsi barədə sənədi olduğunu, may ayında həmin torpaq sahəni öz adına sənədləşdirib çıxarış alacağını demişdir. Sonra Səbuhi ondan satmaq istədiyi torpaq sahəsinin qiymətini soruşan zaman ona torpaq sahəsini 11.000 manat satışa çıxardığını demişdir. Səbuhi də torpaq istəyən olduğunu, iki günə kimi ona xəbər verəcəyini demişdir. İki-üç gündən Səbuhi ona zəng vurub torpaq sahəsini almaq istəyən olduğunu, həmin şəxsin ona 500 manat beh verəcəyini, pulun qalan hissəsini isə yaxın vaxtlarda verəcəyini bildirmişdir. Razılaşdığı üçün bir azdan Səbuhi sonradan adı ona məlum olan Sitarə və əri Mikayılla evinin qarşısına gəldikləri üçün evinin qarşısında həyətdə onlarla görüşmüşdür. Səbuhi Sitarə və əri Mikayılın yanında ona torpaq almaq üçün 500 manat beh pul vermişdir. Həmin vaxtı Səbuhi ona Sitarə və əri Mikayılın bir həftə ərzində ona 5000 manat pul verəcəklərini, qalan 5500 manat pulu isə torpaq sahəsini Sitarənin adına keçirən zaman verəcəklərini bildirdikdə onların təklifi ilə razılaşmışdır. Bir müddət sonra yəni xx.xx.2023-cü ildə Səbuhi ona zəng edərək Sitarənin 5000 manat pulu gətirdiyini və ASAN xidmətə gəlməsini bildirdiyi üçün həmin gün Şəki “ASAN xidmət” mərkəzinə gedib Səbuhi və Sitarə ilə orada görüşmüşdür. Sitarənin yanında əri də olmuşdur. Səbuhi Şəki “ASAN xidmət” mərkəzinin çayxanasında Sitarə və ərinin yanında sayıb ona 5000 manat pul vermişdir. Sonra Səbuhi ona Sitarənin pulunun qalan hissəsini torpaq sahəsini onun adına keçirən zaman verəcəyini, hələlik torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını etibarnamə ilə Sitarəyə verməsini, qalan 5500 manat pulu alan zaman isə torpaq sahəsini Sitarənin adına rəsmiləşdirmələrini təklif edən zaman razılaşmış və Sitarəyə torpaq sahəsindən istifadə etməsi barədə etibarnamə vermişdir. Sonradan Sitarə pulunun qalan hissəsini verməmişdir. Ona görə Səbuhiyə zəng edib pulunun qalan hissəsini vermələrini, verə bilmədikləri halda torpağı başqasına satmaq istədiyini demişdir. Bir il ərzində Sitarə pulunun qalan hissəsini verməmişdir. Bir ildən sonra Sitarənin əri Mikayıl pulları olmadığını bildirərək torpaq sahəsinin sənədlərini və onlara verdiyi etibarnaməni qaytarıb özünə vermişlər. Mikayıl sənədlərini qaytaran zaman ondan pulunu istəmişdir. Həmin vaxt Mikayıla ondan pul almadığını, pulu Səbuhidən aldığını və Səbuhi ilə görüşüb söhbət etmələrini demişdir. Mikayıldan torpaq sahəsinin sənədlərini alandan sonra Sitarənin adına verdiyi etibarnaməni ləğv etdirmiş və təxminən bir aydan sonra həmin torpaq sahəsini başqa bir şəxsə 6000 manata satmışdır. Sonradan Sitarə dələlərlə ondan pulunu istəsə də, ona pulu Səbuhinin beh kimi verdiyini, pulun qalan hissəsini vaxtında vermədikləri, sonradan isə torpağını almadıqları üçün verdikləri behi də geri qaytarmayacağını bildirmişdir. Zərərçəkmiş şəxslərdən aldığı pulları geri qaytara bilməmiş və bu səbəbdən onlarla aralarında barışıq əldə edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə ifadəsindən fərqli bildirərək zərərçəkmiş şəxslərin pullarını alaraq onlara ziyan vurduğuna görə peşmançılıq çəkdiyini, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmiş və onun himayəsində iki azyaşlı uşağının olmasının və xəstə olmasının nəzərə alınaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında oğluna Şəki şəhərində torpaq sahəsi almaq üçün Şəki şəhərində torpaq alqı-satqısı ilə məşğul olan Şahid7 müraciət etmişdir. Səbuhi də ona və əri Mikayıla Şəki şəhərində “ASAN Xidmət” mərkəzinin aşağı hissəsində bir neçə torpaq sahəsi göstərmişdir. Əri ilə həmin torpaq sahələrindən 3 sot olan torpaq sahəsinin olduğu yeri bəyənmiş və Səbuhiyə həmin 3 sot torpaq sahəsini almaq istədiklərini bildirmişlər. Söhbət zamanı Səbuhidən həmin torpaq sahəsinin qiymətini soruşmuşdur. Səbuhi ona həmin torpaq sahəsinin 5500 manata satışa çıxarıldığını demiş, Səbuhiyə hazırda pulu olmadığını, bir neçə günə bankdan kredit götürüb həmin torpaq sahəsini alacağını bildirdikdə Səbuhi onun təklifi ilə razılaşmışdır. Səbuhi torpaq sahəsi tapdığına görə ona 200 manat zəhmət haqqı vermiş, sonra Səbuhi onu və ərini torpaq sahəsinin sahibi Təqsirləndirilən şəxs ilə görüşdürmüşdür. Söhbət zamanı Telman ona və ərinə torpaq sahəsinin qiymətini Səbuhiyə dediyini, torpaq sahəsini 5500 manata satmaq istədiyini bildirmiş və ondan beh pulu istəmişdir. Həmin vaxt Telmana hazırda dediyi məbləğdə pulu olmadığını, sabah kredit alıb verəcəyini bildirmiş və həmin gün Səbuhi və əri Mikayılın yanında Telmana beh kimi 150 manat pul vermişdir. Səhəri gün isə "xxxx" ASC-nin Şəki filialından 6000 manat kredit almış, Səbuhiyə və Telmana zəng vurub məlumat vermişdir. Səbuhi də ona Şəki “ASAN Xidmət” mərkəzində görüşmələrini təklif etmişdir. Ona görə 28 mart 2023-cü il tarixdə saat 14 radələrində əri Mikayılla Şəki “ASAN Xidmət” mərkəzinə getmişlər və orada Səbuhi və Telmanla görüşmüşlər. Səbuhi və ərinin yanında 5500 manat pulu sayıb Telmana vermişdir. Söhbət zamanı Telman da ona torpaq sahəsini bələdiyyədən qazi olduğu üçün verildiyini, həmin torpağı 5 ildən tez sata bilməyəcəyini, ona görə ona iki illik etibarnamə verəcəyini, bir il bitəndən sonra torpağı alqı-satqı yolu ilə onun adına keçirəcəyini demişdir. Telmanın dediklərinə inandığı üçün razılaşmışdır. Bundan sonra Telman mülkiyyətində olan 3 sot torpaq sahəsi üzərində olan huquqları etibarnamə ilə iki il müddətinə ona vermişdir. Bir il tamam olandan sonra əri Mikayılla dəfələrlə Telmanla əlaqə saxlayıb torpağı alqı-satqı yolu ilə adına keçirməsini bildirsələr də Telman hər dəfə onlara problem olmadığını, Şəki “ASAN Xidmət” mərkəzinə gəlmələrini dediyi üçün əri ilə birlikdə bir neçə dəfə Şəki “ASAN Xidmət” mərkəzinə getmişlər. Səbuhi də həmin vaxt yanlarında olmuşdur. Lakin bir neçə saat “ASAN Xidmət” mərkəzində gözləsələr də Telman gəlməmiş, zəng edən zaman hər dəfə bir bəhanə gətirərək, onlara gah qazilərdən birinin özünü yandırdığı üçün gələ bilməyəcəyini, gah qazinin yasında olduğunu, gah da işi ilə bağlı Bakı şəhərinə getdiyini bildirmişdir. 2024-cü ilin aprel ayında Telman ərinə zəng edib onlara satdığı torpağın sənədlərini istəmişdir. Əri də Telmana inanıb onlara satdığı torpağın bütün sənədlərini qaytarıb Telmanın özünə vermişdir. Sonradan Səbuhiyə zəng edib torpaq sahəsini almalarının bir ilinin bitdiyini və həmin torpaq sahəsinin sənədləşməsinə köməklik etməsini xahiş etmişdir. Bu zaman Səbuhi ona Telmanın həmin torpaq sahəsini başqa adama satdığını bildirmişdir. Ona görə səhəri gün əri ilə Şəki “ASAN Xidmət” mərkəzinə gedib orada Səbuhi ilə görüşüb ASAN xidmətdə aldıqları torpaq sahəsinin kimin adına olmasını yoxladan zaman Telmanın ona verdiyi etibarnaməni ləğv etdirib torpaq sahəsini başqa bir şəxsə satdığını öyrənmişdir. Bundan sonra Telmana zəng edib 5500 manata ona satdığı torpağın pulunu aldığı halda torpağı niyə başqa adama satdığını soruşmuşdur. Telman da ona hazırda pulu olmadığını, evini satıb pulunu verəcəyini bildirmişdir. Sonradan Telman ona torpaq sahəsi satacağı adı ilə aldadıb 5500 manat pulunu aldığına, torpaq sahəsini başqa şəxsə satdığına və pulunu qaytarmadığına görə onun barəsində Şəki ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs Şəki şəhəri, 119A kvartalında yerləşən 0,03 ha torpaq sahəsini almaq üçün xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30 radələrində yaşadığı evin həyətində beh kimi 150 manat, xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində Şəki “ASAN Xidmət” mərkəzində 5350 manat pul vermişdir. Bundan başqa Telman ərindən torpağın sənədlərini geri alanda torpağı onun adına sənədləşdirməsi üçün əlavə olaraq 110 manat pul istədiyi üçün əri Mikayıl Telmanın ona verdiyi kart hesabına 110 manat pul köçürmüşdür.Telman ona 3 sot torpaq sahəsi satacağı adı ilə aldadıb ümumilikdə 5610 manat pul almışdır. 3 sot torpaq sahəsi almaq üçün Telmana 150 manat beh verən zaman və pulun qalan 5350 manat olan hissəsini verən zaman yanında əri Mikayıl və Səbuhi olmuşdur. Onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 Firuddin oğlu eyni məzmunda ifadə verərək Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, 2023cü ilin mart ayında valideynləri, yəni anası Sitarə və atası Mikayıl ona Şəki şəhərində torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişlər. Ona görə atası və anası Sitarə Şəki şəhərində torpaq alqı-satqısı ilə məşğul olan Şahid7 müraciət edib onun vasitəsi ilə Şəki şəhər sakini Təqsirləndirilən şəxs 3 sot torpaq sahəsi almağa razılaşmışlar. Telman həmin gün 3 sot torpaq sahəsini 5500 manata anasına satmağa razılaşmış və beh kimi anasından 150 manat pul almışdır. Sonra anası razılaşdıqları kimi Bank of Baku bankının Şəki filialından 6000 manat kredit alıb 28 mart 2023-cü il tarixdə saat 14 radələrində Şəki Asan xidmətində Səbuhi və Telmanla görüşmüşlər. Anası Asan xidmətin yeməkxanasında Səbuhinin və atasının yanında 5500 manat pulu sayıb Telmana vermişdir. Telman da pulu anasından alıb anasına torpağı ona bələdiyyədən qazi olduğu üçün verdiklərini bildirmişdir. Həmin torpağı 5 ildən tez sata bilməz. Bir ildən sonra torpağı sata biləcək. Ona görə həmin torpaq sahəsindən istifadə etmək üçün anasına iki illik etibarnamə vermişdir. Bir il bitəndən sonra söz vermişdir ki, torpağı alqı-satqı yolu ilə anasının adına keçirəcəkdir. Anası və atası Telmanın dedilərinə inandıqları üçün razılaşmışlar. Bundan sonra Telman mülkiyyətində olan 3 sot torpaq sahəsi üzərində olan hüquqları etibarnamə ilə iki il müddətinə anasına vermişdir. Həmçinin torpaq sənədlərinin əsillərini də anasına vermişdir. Bir il tamam olduqdan sonra atası və anası dəfələrlə Telmanla əlaqə saxlayıb torpağı alqı-satqı yolu ilə anasının adına keçirməsini bildirmişlər. Telman da anasına və atasına hər dəfə Şəki ASAN xidmətinə gəlmələrini demişdir. Anası və atası bir neçə dəfə Telmanın sözü ilə Şəki ASAN xidməə getmişlər. Səbuhi də həmin vaxt valideynlərinin yanında olmuşdur. Lakin valideynləri bir neçə saat ASAN xidmətdə gözləsələr də Telman ora gəlməmişdir. Atası və anası ona zəng edən zaman o, hər dəfə bir bəhanə gətirib, anası və atasına gah qazilərdən birinin özünü yandırdığını, ona görə gələ bilməyəcəyini, gah qazinin yasında olduğunu, gah da işi ilə bağlı Bakı şəhərinə getdiyini bildirmişdir. 2024-cü ilin aprel ayında Telman atasına zəng edib onlara satdığı torpağın sənədlərini istəmişdir. Atası da Telmana inanıb onlara satdığı torpağın bütün sənədlərini qaytarıb Telmanın özünə vermişdir. Telman sənədləri alandan sonra ona demişdir ki, o, sənədləri hazırlayacaq, sənədlərin hazırlanması üçün 110 manat pul lazımdır, tez həmin pulu ona ver, o da sənədləri tez hazırlayıb onların adına keçirsin. Atası da Telmana inaıb onun kart hesabına 110 manat pul köçürmüşdür. Bir aydan sonra atası Səbuhiyə zəng vurub ona torpağın sənədləşməsinə köməklik etməsini xahiş edəndə Səbuhi atasına Telmanın anasına etibarnamə verdiyi torpaq sahəsini başqa adama satdığını bildirmişdir. Səhəri gün atası və anası Şəki “ASAN Xidmət” mərkəzinə gedib orada Səbuhi ilə görüşüb ASAN xidmətdə aldıqları torpaq sahəsinin kimin adına olmasını yoxladan zaman Telmanın ona verdiyi etibarnaməni ləğv etdirib torpaq sahəsini başqa bir şəxsə satdığını öyrənmişlər. Bundan sonra atası Telmana zəng edib 5500 manata ona satdığı torpağın pulunu aldığı halda torpağı niyə başqa adama satdığını soruşmuşdur. Telman da atasına hazırda pulu olmadığını, evini satıb pulunu verəcəyini bildirmişdir. Sonradan Telman atasına torpaq sahəsi satacağı adı ilə aldadıb 5500 manat pulunu aldığına, torpaq sahəsini başqa şəxsə satdığına və pulunu qaytarmadığına görə onun barəsində Şəki ŞRPŞ-yə ərizə ilə müraciət etmişlər. Təqsirləndirilən şəxs Şəki şəhəri, 119A kvartalında yerləşən 0,03 ha torpaq sahəsini almaq üçün xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30 radələrində yaşadıqları evin həyətində beh kimi 150 manat, xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində Şəki “ASAN Xidmət” mərkəzində anasından 5350 manat, həmçinin həmin torpaq sahəsinin sənədlərini hazırlamaq üçün atasından 110 manat pul istəmiş, atası da 2024-cü ilin aprel ayının ortalarında təxminən saat 11 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində yerləşən İnsaf mağazasında quraşdırılan terminaldan Telmanın kart hesabına 110 manat pul köçürmüşdür. Telman onlara 3 sot torpaq sahəsi satacağı adı ilə aldadıb anasından və atasından cəmi 5610 manat pul almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, oğlu Şahid4 ali təhsilli olmasına baxmayaraq işsiz olduğu üçün özünə iş axtarmışdır. 2023-cü ilin noyabr ayında oğlu Şahid4 söhbət zamanı ona dostu Şahid5 Telman adında qazi tanışı olduğunu, Telmanın dostu Tehranı xəstəliyi ilə əlaqədar hərbi xidmətdən saxlanılmasına köməklik etdiyini və Tehranın tanışı Telmanın onun da işə düzəlməsinə köməklik edə biləcəyini demişdir. Evdə məsləhətləşdikdən sonra əri Əlosət və oğlu Babək Tehranla görüşüb söhbət etmək üçün Telmanın evinə getmişlər. Tehran həmin gün evlərinə gəlib ondan 3000 manat pul alıb aparıb həmin pulu atasına, atası da həmin 3000 manat pulu oğlu Babəkin və Tehranın yanında Telmana vermişdir. Səhəri gün isə Telman oğlu Babəkə zəng vurub əlavə 600 manat pul istədiyi üçün əri Əlosət oğlu Babəkə 600 manat pul vermişdir. Oğlu Babək də dostu Tehranla həmin pulu aparıb evlərində Telmana vermişdir. İki-üç gündən sonra Telman əri Əlosətə zəng edib oğlunun işi üçün əlavə 600 manat pul istəmiş, əri də ona hazırda pulu olmadığını, pensiyasını alanda ona dediyi pulu verəcəyini demiş, Telman da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə əri pensiya pulunu almış və oğlu Babəkə 600 manat pul vermiş, oğlu Babək də dostu Tehranla həmin pulu aparıb evlərində Telmana vermişdir. X8 zəng vurub ona Sosial Müdafiə Fondunun Şəki şöbəsində iş yeri olmadığı üçün onu həmin idarəyə işə düzəldə bilməyəcəyini, lakin Kənd Təsərrüfatı Nazirliyinin Şəki şəhərində yeni şöbəsinin açıldığını, orada iş yerləri olduğunu, istəyirsə onu Kənd Təsərrüfatı Nazirliyinin Şəki şəhərində açılan aqro şöbəsinə işə düzəldə biləcəyini demişdir. X24 aralarında olan söhbəti ona və ərinə danışdıqdan sonra əri ilə məsləhətləşmiş və X15 Nazirliyinin Şəki şəhərində açılan aqro şöbəsinə işə düzəlməsinə etiraz etməmişlər. Bir müddət keçəndən sonra əri oğlunun işi ilə maraqlanmaq üçün Telmana zəng etmiş, Telman da ərinə narahat olmamasını, yaxın vaxtlarda oğlunun işini həll edəcəyinə söz vermişdir. Əri Əlosət sonradan da bir neçə dəfə oğlunun işi ilə bağlı Telmana zəng etmişdir. Telman hər dəfə bir bəhanə gətirib oğlunun işini həll edəcəyinə söz versə də oğlunun işini həll etməmişdir. Sonuncu dəfə əri onunla danışanda Telmanın onu aldatdığını başa düşmüş və ondan 4200 manat pullarını geri qaytarmasını tələb etmişdir. Sonradan Telman yalanının üzə çıxacağını başa düşüb oğlu Babəki ASAN xidmətə çağırıb orada Babəki inandırmaq üçün özünə söyüş söyüb onu aldatmadığını, bundan əvvəl də bir şəxsdən pul alıb onun da Kənd təsərrüfatı Nazirliyinə işə düzəlməsinə köməklik etdiyini, həmin şəxsin də sonradan pul verib işə düzəldiyini bildirdiyi üçün problemə düşdüklərini, indi məhkəmədən problemlərini həll edib qurtardıqlarını, ona görə telefonda çəkəcəyi videoda ona verdikləri 4200 manatı geri aldığını bildirməsini demişdir. Oğlu Babək də əvvəl razı olmasa da, sonradan razılaşmış və Telmanın çəkdiyi videoda pulu Telmandan geri aldığını bildirmişdir. Telman sonradan həmin videonu əri Əlosətə göstərib yalandan ərinə bildirmişdir ki, guya oğlunun işə düzəltməsi üçün aldığı pulu oğlu Babəkə qaytarıb vermişdir. Əri evə gələndən sonra oğlu Babəkdən Telmanın ona pul verib-vermədiyini soruşan zaman oğlu atasına Telmanın ona pul vermədiyini, lakin Telman ona əvvələr başqa bir şəxsi pulla işə düzəltdiklərini, həmin şəxsin də sonradan pulla işə düzəldiyini bildirdiyinə görə problemləri yarandığını, yenidən problemləri yaranmaması və özlərini qorumaq üçün çəkəcəyi videoda pulu geri aldığını bildirməsini xahiş etdiyini, yalan deməməsini təsdiqləmək üçün özünə söyüş söydüyünü, bu səbəbdən Telmana inandığını və çəkdiyi videoda pulu Telmandan geri aldığını bildirdiyini demişdir. Bundan sonra əri Əlosət xəstə olduğu üçün ona Telmanın oğlu Babəkə işə düzəltmək adı ilə onları aldadıb 4200 manat pullarını alıb ələ keçirməsi ilə bağlı DTX-nin Şəki şəhər şöbəsinə ərizə ilə müraciət etməsini bildirdiyinə görə DTX-nin Şəki şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Telman söhbət zamanı ərinə və oğluna qazi olduğunu, hamının ona hörmətlə yanaşdıqlarını, oğlu Babəki də əvvəlcə Sosial Müdafiə Fondunda, sonradan isə Kənd Təsərrüfatı Nazirliyində işləyən tanışları vasitəsi ilə işə düzəldəcəyini bildirsə də oğluna və ərinə tanışlarının kim olduğunu deməmişdir. Oğlu Babəkin işə düzəlməsi üçün birinci dəfə xx.xx.2023-cii il tarixdə 3000 manat pulu əri Əlovsət oğlu Babəklə birlikdə Telmanla onun evində görüşüb həmin pulu ona vermişdir. Bundan başqa oğlu Babək işə düzəlməsi üçün Telmana yaşadığı evdə xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə yenidən 600 manat pul vermişdir. Onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid4 və Şahid3 eyni məzmunda ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-cü ilin dekabr ayının 12-də Şəki MRX-da əməliyyat olunduğu üçün xəstəxanada stasionar müalicə almışdır. Həmin vaxtı onunla bir otaqda sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs müalicə almış, Telmanı orada görüb tanımış, əvvəllər tanımamışdır. Oğlu Şahid5 xəstəxanaya yanına gələndə Telman oğlunu görmüş və ondan oğlunun nə işlə məşğul olduğunu soruşmuşdur. Həmin vaxt Telmana oğlunun işləmədiyini, xəstə olduğu üçün onu hərbi xidmətə aparmadıqlarını demişdir. Telman da ondan oğlunun pensiya alıb-almadığını soruşan zaman ona oğlunun pensiya almadığını bildirmişdir. Bu zaman Telman ona qazi və hər yerdə tanışlarının olduğunu və oğlunun pensiyaya çıxmasına köməklik edə biləcəyini demişdir. Həmin vaxt Telmandan oğlunun pensiyaya çıxmasına köməklik etməsini xahiş etmişdir. Telman da ona oğlunun pensiya işini həll edəcəyini, ancaq bu işlərin həll olunması üçün 1500 manat pul vermək lazım olduğunu bildirmişdir. Razılaşdığı üçün həmin pulu verməyə razılaşmışdır. Sonradan Telman ondan oğlu Tehranın xəstəliyi ilə bağlı sənədləri istədiyi üçün arvadına oğlunun xəstəliyi ilə bağlı sənədləri və 500 manat pul gətirib Telmana verməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə də arvadı xəstəxanadan evlərinə gedib oğlu Tehranın xəstəliyi ilə bağlı sənədləri və 500 manat pulu gətirib Şəki MRX-nın cərrahiyə şöbəsində otaqda Telmana vermişdir. Həmin vaxt otaqda başqa xəstələr olsa da onlar arvadının Telmana pul və sənədləri kağıza bükülmüş vəziyyətdə verdiyi üçün həmin kağızın içərisində ona nə verdiyini bilməmişlər. Telman pulu və sənədləri arvadından alandan sonra otaqdan çıxıb harasa getmişdir. Bir neçə saatdan sonra geri qayıdıb ona və arvadına sənədləri vermiş, narahat olmamalarını, oğlunun işini yaxın vaxtlarda həll edəcəyini demişdir. xx.xx.2022-cü il tarixdə xəstəxanadan çıxıb evlərinə getmiş, Telman isə xəstəxanada qalmışdır. Xəstəxanadan çıxan zaman Telman ona yaxınlaşıb Tehranın müayinələrdən keçməsi üçün 200 manat pul lazım olduğunu bildirdiyi üçün xx.xx.2022-ci il tarixdə təxminən saat 12:30 radələrində arvadı Şəki MRX-na gedərək xəstəxananın həyətində Telmana 200 manat pul vermişdir. Bundan başqa iki aydan sonra Telman evlərinə gəlib ona və arvadına Tehranın sənədlərini Şəki MRX-da komissiyadan keçirməsi üçün 300 manat pul istədiyi üçün yaşadığı evdə ona 300 manat pul vermişdir. Təxminən iki aydan sonra Telman yenə evlərinə gəlib oğlunun pensiya çıxmasını daimi etmək üçün 1000 manat pul istədiyinə görə evində ona 1000 manat pul vermişdir. Bir müddətdən sonra Telman evlərinə gəlib ona və arvadına Tehrana 3000 manat sığorta pulu düşdüyünü, həmin pulu almaq üçün bankdan 400 manat pul istədiyini bildirdiyinə görə evində arvadının yanında Telmana 400 manat pul vermişdir. Bundan başqa Telman bir dəfə də ona və arvadına uşağının xəstə olduğunu təcili Bakı şəhərinə aparacağını ona nə kimi köməklik edəcəklərini bildirdiyi üçün ona 200 manat pul vermişdir. Bundan sonra Telman 2024-cü yanvar ayından aprel ayına kimi olan müddətdə yəni pensiya verilən vaxtlarda evlərinə gələrək oğlunun sənədlərini gətirmək üçün Bakı şəhərinə getmək, həkimlərə vermək adı ilə hər dəfə ondan 150 manat pul istədiyi üçün ona dediyi məbləğlərdə olmaqla, cəmi 600 manat pul vermişdir. Oğlu Tehranın işinin həlli üçün Telmana cəmi 3200 manat pul vermişdir. Telman sonuncu dəfə pulu ondan alanda ona narahat olmamasını, aprel ayında oğlunun sənədlərinin təsdiq olunacağını, növbəti aydan oğlunun pensiya alacağını demişdir. Növbəti aydan sonra Telmanın telefonuna zəng etsə də ona zəng çatmamışdır. Ona görə Telmanla əlaqə saxlaya bilməmişdir. Sonradan Telmanın onu oğlunun pensiyaya çıxaracağı adı ilə aldatdığını başa düşdüyü üçün onun barəsində Dövlət Təhlükəsizlik Xidmətinin Şəki şöbəsinə ərizə ilə müraciət etmişdir. Telman söhbət zamanı oğlunu tanışlarının vasitəsi ilə pensiyaya çıxmasına köməklik edəcəyini demiş, lakin Telman ona tanışlarının kim olduğunu deməmişdir. Telman oğlu Tehranın pensiyaya çıxmasına köməklik edəcəyi adı ilə aldadıb ondan arvadı vasitəsilə xx.xx.2022-ci il tarixdə təxminən 16 radələrində Şəki MRX-da cərrahiyyə şöbəsində otaqda 500 manat, 21 dekabr 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində Şəki MRX-nın həyətində 200 manat pul almışdır. Bundan başqa Telman oğlunun pensiya işini həll etmək adı ilə onu aldadıb yaşadığı evdə ondan 2023-cü ilin yanvar ayının ortalarında təxminən saat 12 radələrində 200 manat, 2023-cü ilin mart ayının ortalarında təxminən saat 16 radələrində 300 manat, 2023-cü ilin may ayının əvvəllərində təxminən saat 17 radələrində 1000 manat, 04 noyabr 2023-cü il tarixdə təxminən saat 11 radələrində 400 manat, 2023-cü ilin dekabr ayının ortalarında təxminən saat 15 radələrində 200 manat, bundan başqa 2024-cü ilin yanvar ayından etibarən hər ay 2024-cü ilin aprel ayı da daxil olmaqla 150 manat olmaqla, 600 manat, cəmi 3200 manat puİ almışdır. Telmana 700 manat pulu arvadı Tamara Şəki MRX-da vermişdir.Həmin vaxt arvadının yanında heç kim olmamışdır. Pulun qalan hissəsini özünün evində vermişdir. Pulu Telmana verəndə arvadı yanında olmuşdur. Onlara dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Şəki şəhərində torpaq alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırmış, Şəki şəhərində torpaq satmaq istəyən şəxs ona satmaq istədikləri torpaq sahəsini göstərmiş, həmin şəxsdən satmaq istədiyi torpaq sahəsinin çıxarışı olub-olmamasını soruşmuş, həmin şəxs ona torpağın çıxarışı olduğunu bildirib həmin çıxarışın surətini ona təqdim edəndən sonra həmin torpağı satmağın ona mümkün olduğunu bilmiş və ondan torağın qiymətini öyrənmiş, torpaq almaq istəyən müştəri olanda isə satışa çıxarılan torpaq sahəsini həmin şəxsə göstərmişdir. Torpaq alan müştəri baxdığı torpaq sahəsini bəyəndikdən və satış qiyməti ilə razılaşdıqdan sonra torpaq alan müştərini torpaq satanla görüşdürmüşdür. Tərəflər razılaşdıqdan sonra Şəki “ASAN Xidmət” mərkəzində notarial qaydada alqı-satqı müqaviləsi bağlamış, gördüyü işlərə görə tərəflər də ona pul vermişlər. 2023-cü ilin mart ayının sonlarında Şəki rayon sakini sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 əri Mikayılla birlikdə ona müraciət edərək, 3 sot torpaq sahəsi almaq istədiklərini bildirmişlər. Ona görə həmin şəxslərə Şəki şəhəri 119 A kvartalında satışa çıxarılan torpaq sahələri ilə tanış etmişdir. Sitarə Şəki şəhəri 119 A kvartalda Şəki şəhər sakini Təqsirləndirilən şəxs satışa çıxardığı 3 sot torpaq sahəsini bəyənib həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və ondan torpağın qiymətini soruşmuşdur. Telman həmin torpağın qiymətini ona 5500 manata dediyi üçün Sitarəyə torpağı sahibinin 5500 manata satdığını demişdir. Sitarə və əri həmin torpağı 5500 manata almağa razı olduqları üçün onları Telmanla görüşdürmüşdür. Söhbət zamanı Telmanla Sitarə torpağın alqı-satqısında razılaşmışlar. Sitarə Telmana pulunu bir-iki günə kimi bankdan kredit götürüb verəcəyini deyən zaman Telman Sitarədən beh pulu istəmiş, Sitarə də razılaşmış və Telmana 150 manat beh pulu vermişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Sitarə ona zəng vurub pulu hazırladıqlarını bildirdikləri üçün Sitarə və əri ilə Şəki “ASAN xidmət” mərkəzində onlarla görüşmüş, sonra Telmana zəng vurub onu sənədləşmə işləri aparması üçün Şəki “ASAN xidmət” mərkəzində çağırmışdır. Telman gələndən sonra Sitarə onun yanında sayıb Telmana 5350 manat pul vermişdir. Telman Sitarəyə satdığı torpaq sahəsini bələdiyyədən aldığını və həmin torpaq sahəsini Nazirlər Kabinetinin qərarına əsasən 5 ildən tez satılmasının mümkün olmadığını bildiyi üçün Sitarəyə pulu Telmana bank yolu ilə ödəməsini təklif etmişdir. Bu zaman Telman onun təklifi ilə razılaşmayıb ona sosial yardım aldığını, hesabına həmin pul köçürüləcəyi halda ona verilən yardımın kəsiləcəyini, ona görə pulu ona nəgd şəkildə vermələrini, ona iki illik etibarnamə verəcəyini, bir ildən sonra həmin torpaq sahəsini sənədləşdirə biləcəklərini bildirmiş, Sitarə də razılaşmışdır. Bundan sonra Telmanın 3 sot torpaq sahəsini etibarnamə ilə Sitarəyə verilməsi üçün Telmanın arvadı razılıq ərizəsi vermişdir. Daha sonra Telman 3 sot torpaq sahəsini iki il müddətinə notarial qaydada etibarnamə ilə Sitarəyə vermişdir. Həmin vaxt Telman ona məxsus 3 sot torpaq sahəsinin çıxarışını, torpağın plan ölçü sxemini, arvadının ərizəsinin və etibarnamənin əslini Sitarəyə vermişdir. Bir ildən sonra Sitarə ona zəng vurub Telmandan aldıqları torpaq sahəsini səndləşdirməkdə köməklik etməsini xahiş etmişdir. X3 verdiyi etibarnaməni ləğv etdirib başqa şəxsə satdığını öyrənmişdir. Ona görə zəng vurub bu barədə Sitarəyə məlumat vermişdir. Bundan sonra Telmana zəng vurub ona Sitarəyə 3 sot torpağı 5500 satıb pulunu aldığını, nə üçün Sitarəyə verdiyi etibarnaməni ləğv etdirib torpağı başqasına satdığını demiş, Telman da ona torpağı satdığını, Sitarənin pulunu verəcəyini bildirmişdir. Lakin sonradan Telman Sitarənin pulunu vermədiyi üçün Sitarə də ondan polis şöbəsinə şikayət etmişdir. Telman sonradan ona zəng edib ondan soruşulan zaman Sitarənin ona pul verdiyini deməməsini, özünün bu məsələni həll edəcəyini bildirmiş, həmin vaxt Telmana yalan danışa bilməyəcəyini, Sitarəyə 3 sot torpaq sahəsi satıb ondan 5500 manat pul aldığını və onun pulunu qaytarmasını bildirmişdir. Telman ona müraciət edəndə 3 sot torpaq sahəsini ona göstərib 5500 manata satdığını demişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, 2024cü ilin may ayında sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs başqa bir tanıdığı hazırda adını unutduğu maklerlə evinə gəlmişlər. Söhbət zamanı həmin adını unutduğu makler ona Telmanın arvadının gözünün təcili əməliyyat olunması üçün 3 sot torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Həmin ərəfədə qızına torpaq sahəsi almaq istədiyi üçün Telmandan torpaq sahəsinin qiymətini soruşmuşdur. Təqsirləndirilən şəxs da ona topaq sahəsini 8000 manata satmaq istədiyini bildirmişdir. Sonra Telmanla onun satmaq istədiyi 3 sot torpaq sahəsinə gedib baxmışdır. Təqsirləndirilən şəxsla həmin torpaq sahəsini 7000 manata razılaşıb ondan almışdır. Telman və arvadı ASAN xidmətdə ona bir illik etibarnamə vermişlər. Sonradan qızı ona aldığı torpaq sahəsinin yerləşdiyi ərazini bəyənmədiyi üçün həmin torpaq sahəsinə çıxarış alıb sonradan başqa bir şəxsə satmışdır. Sonradan isə eşitmişdir ki, ondan əvvəl Təqsirləndirilən şəxs həmin torpaq sahəsini başqa bir qadına satmış, ona da iki illik etibarnamə vermiş, daha sonra isə həmin etibarnaməni ləğv etdirib həmin torpaq sahəsini ona satmışdır. O, Təqsirləndirilən şəxs torpaq sahəsini ona 7500 ABŞ dollarına satması barədə dediklərinin yalan olduğunu, 3 sot torpaq sahəsini Təqsirləndirilən şəxs 7500 ABŞ dollarına deyil, 7000 manata aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilərək cinayət işinin başlaması haqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəki Şəhər- Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən HK-1/1674-24 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli qərar əsassız olduğundan ləğv edilərək material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Məhəmməd qızının zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - Cinayət İşinin töfsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Şəki Mənzil İstismar sahəsi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı-X10, qızları-X13 və X11 ilə birlikdə ünvan 4 ünvanında yaşamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs İİ qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 404 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. xx.xx.2024-cü il tarixdə ambulator müraciət etmişdir. Dz: Dəqiqləşdirilmiş həyacan pozuntusu F-41.9. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 8 aprel 2025-ci il tarixli, 18- 1-71/2-720/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs оğlu “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Poliklinka şöbəsinin narkoloji kabinetinə müraciət etməmiş, qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və məhkumluğu yoxdur. - Diskə baxış keçirilməsi haqqında 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şahid5 təqdim etdiyi 01 ədəd diskə Şahid5 və Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmiş, həmin diskdə Şahid5 təqaüdə çıxarılması ilə bağlı Şahid5, sonuncunun atası Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs arasında olan danışıqların səs yazılarının olduğu müəyyən olunaraq həmin danışıqların mətni protokola əlavə edilmişdir. - Şəki Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(075)-74/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. - Şəki Şəhər-Rayon Polis Şöbəsinin 28 oktyabr 2025-ci il tarixli, 3-13109/2- 23754/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2025-ci il tarixdə Şəki şəhəri ərazisində tutularaq qərarda göstərilən X4 təvil verilmişdir. - X5 xx.xx.2025-ci il tarixli, 3-16-17/37/2-109841/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2025-ci il tarixdə Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün həmin tarixdə X4 gətirilmişdir. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, AZ-İ № 185845 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuş, doğum haqqında şəhadətnamədə atası kimi Təqsirləndirilən şəxs, anası kimi X1 qeyd edilmişdir. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, AZ-İ № 185825 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuş, doğum haqqında şəhadətnamədə atası kimi Təqsirləndirilən şəxs, anası kimi X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təkrar törədildikdə və 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün məhkəmə istintaqı zamanı qismən etiraf ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həmçinin İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.2 və 58.3-cü maddələrinə əsasən məhkəmə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən Təqsirləndirilən şəxs iş üzrə zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməsi, cəzanın məqsədinə nail olunmamasını, eyni zamanda Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına xidmət etdiyini, təqsirləndirilən şəxsin barəsində şikayət və tələbin olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli 28 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 172.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 oktyabr 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-74/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-74/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver