Məhkəmə qərarları › İş №1(075)-75/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-75/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-75/2023 31.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fazil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X10 oğlunun iştirakları ilə, xx xxxxxxx 2007-ci ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta məktəb şagirdi, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını qanunsuz olaraq fərdi yaşayış evinə və qanunsuz olaraq saxlanc yerinə daxil olub özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 10 yanvar 2023-ci il tarixdə, saat 14 radələrində Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsini əhatə edən mişar daşları ilə hörülmüş hasarın üzərindən keçməklə evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra həmin fərdi yaşayış evinin plastik materialdan olan giriş qapısını həmin həyətdən əldə etdiyi dəmir ling ilə açmaqla fərdi yaşayış evinin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağına qanunsuz daxil olaraq həmin otaqda olan, saxlanc yeri hesab edilən qadın çantasının içindən 100 (bir yüz) manat pulu, giriş qapısından sol tərəfdə yerləşən digər yataq otağında çarpayının üzərindəki yataq dəstinin altından isə 70 (yetmiş) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 170 (bir yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Şəki rayonu, Kiçik Dəhnə kənd tam orta məktəbdə 9-cu sinifdə oxuyur. Atası Qanuni nümayəndə müxtəlif yerlərdə iş olduqca fəhlə işləyir, anası Gövhər Musayeva isə Oğuz rayonunda yerləşən parnikdə günü 14 manata fəhlə işləyir. X8 isə həqiqi hərbi xidmətdə, bacısı Rəvanə Musayeva 11-ci sinif şagirdidir. xx.xx.2023-cü il tarixdə dərsdən evə qayıtdıqdan sonra çantasını evə qoyub darvaza qapısına küçəyə çıxdıqa qonşu Zərərçəkmiş şəxs ilə həyat yoldaşının avtomobilə əyləşib "Dəhnə şadlıq" sarayına digər qonşu Akif əminin oğlunun toy məclisinə getdiklərini görmüşdür. Onların getməsini gördüyündə fikirləşmiş ki, Zərərçəkmiş şəxs evinə gedib oradan pul oğurlasın. Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır, qonşu kimi onların evinə gedib-gəlir və onlara lazım olan işlərin görülməsinə köməklik edir. Ona görə də Zərərçəkmiş şəxs evində pul olmasından xəbəri olmuşdur. Su çəni qoyulan yerin yaxınlığından hasarın üzərinə çıxıb oradan Akif əmiyə məxsus evin həyətinə düşmüşdür. Evin giriş qapısının bağlı olduğuna görə açmaq üçün alət axtararkən pilləkənlərin yaxınlığında bir ədəd ling olmasını görmüş, həmin lingi götürüb qapıya yaxınlaşmış və lingi qapının kilid hissəsinə salıb açmışdır. Həmin vaxt qapının kilid hissəsi qırılmış və qapının bir tayı cəftədən çıxıb yerə düşmüşdür. Qapıdan daxil olduqda ilkin olaraq qapıdan sağ tərəfdə yerləşən otağa daxil olmuş və ətrafa nəzər yetirdiyində asılqandan bir ədəd qadın çantasının asıldığını görmüşdür. Həmin qadın çantasını götürüb baxdığında içərisində 01 ədəd 100 manat pul əskinazı olmasını görərək götürmüşdür. Bundan sonra həmin otaqdan çıxıb giriş qapısından sol tərəfdə yerləşən sonuncu otağa daxil olmuş, otaqda olan əşyalara baxıb pul axtaran zaman çarpayıda yataq dəstinin altında 70 manat pul olmasını görüb götürmüşdür. Ümumilikdə evdən 170 manat pulu götürüb tələsik halda evdən çıxmış, qapını açdığı lingi götürüb həyətdə olan gölməçənin içinə atmış və gəldiyi hasarın üzərindən də küçəyə çıxıb yaşadığı evə getmişdir. Evə getdikdən sonra valideyinləri Akif əmiyə məxsus evdən oğurluq etməsini bilməsinlər deyə oğurladığı 170 manat pulu balaca şüşə bankaya qoyub yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləyə aparıb mal axurunda gizlətmişdr. Hadisə zamanı yanında və ətrafda heç kim olmamış, oğurluq edərkən onu heç kim görməmişdir. Səmimi peşmançılığını, yaşının az olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, onlardan şikayəti olmadığını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində yoldaşı Şahid1 ilə birlikdə yaşamaqla təsərrüfatla məşğul olub dolanışıq əldə edir. 10 yanvar 2023-cü il tarixdə Böyük Dəhnə kəndində yaşayan bibisi oğlu Akifin oğlunun toy mərasimində iştirak etmək üçün yoldaşı Gülüzar ilə birlikdə evdən çıxmışlar. Evdən çıxarkən qapının önündə avtomobilə əyləşərkən qonşu Təqsirləndirilən şəxs darvazanın qapısı yaxınlığında dayanıb onlara baxdığını görmüşdür. Təqsirləndirilən şəxs qonşu kimi onlara gedib-gəlmiş, bəzi işlərdə və ya mağazadan lazım olan əşyaları alıb gətirməkdə köməklik etmişdir. Təxminən saat 15 radələri olarkən həyat yoldaşı Şahid1 ilə birlikdə şadlıq sarayından çıxıb yaşadıqları evə gəlmişlər. Onun işi olduğuna görə həyat yoldaşı Şahid1 darvaza qapısı önündə düşürüb getmişdir. Bir qədər sonra qızının həyat yoldaşı X2 mərkəzində yerləşən çayxanaya onun yanına gəlib yaşadıqları evin qapsının qırılaraq evdən oğurluq olması barədə məlumat vermişdir. Şahid1 ilə evin bütün hissələrinə nəzər yetirən zaman sağ tərəfdə yerləşən otaqda paltar asılqanında olan qadın çantasını açıb baxdıqda 100 manat pulun yerində olmadığını görmüş, sonra giriş qapısından sol tərəfədə yerləşən otağa daxil olduqlarında çarpayıda yataq dəstinin altına qoyduqları bir ədəd 20, bir ədəd 50 manat nəğd pul əskinazlarının yerində olmadığını görmüş, eyni zamanda evin bir çox yerinə baxılaraq axtarış aparıldığı və əşyaların dağınıq hala salındığını müəyyən etmişlər. İlkin olaraq evlərində olan oğurluq hadisəsinin törədilməsində qonşu uşağı Təqsirləndirilən şəxs olmasından şübhələnmişdir. Ona görə Təqsirləndirilən şəxs yanına çağırıb evdən oğurluq edib-etməməsini soruşmuş, həmin şəxs oğurluq hadisəsi ilə heç bir əlaqəsi olmadığını, hadisədən xəbərdar olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs etdiyi hərəkəti etiraf etməsə də onun evdən oğurluq etməsindən şübhələnmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadığı evə gəlib baxış keçirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsində ona məxsus evdən 170 manat pul oğurlamasını etiraf etmiş, sonra polis əməkdaşları ilə birlikdə oğurladığı pulu yaşadıqları evin həyətyanı sahəsində yerləşən tövlədə gizlətdiyi yeri göstərib təqdim etmişdir. Oğurlanan pul ona qaytarılması üçün polis şöbəsinə təhvil verilmiş, hazırda heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs ondan üzr istəmiş, barışmışdır. Qeyd olunanları, həmçinin yaşını nəzərə alıb məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ildə Şəki rayonu, Kiçik Dəhnə kənd sakini X7 ilə ailə həyatı qurmuşdur. Kiçik Dəhnə kənd sakini Təqsirləndirilən şəxs oğurluq etdiyi Zərərçəkmiş şəxs onun həyat yoldaşının atasıdır. xx.xx.2023-cü il tarixdə evdə olarkən qayınanası Şahid1 ona zəng edərək yaşadıqları evin qapısının qırılması və evdən oğurluq olması barədə məlumat verərək kənd mərkəzinə gedib qayınatası Zərərçəkmiş şəxs bu barədə məlumat veməsini xahiş etmişdir. Qayınanasının xahişinə əsasən Kiçik Dəhnə kənd mərkəzində yerləşən çayxanaya gedib qayınatası Zərərçəkmiş şəxs yaşadıqları evdən oğurluq olması barədə məlumat vermiş və onunla birlikdə onların evinə gəlmişlər. Evə daxil olduqda evin iki laylı plastik qapısının birinin qırılaraq yan tərəfə qoyulduğu və evdə olan əşyaların dağınıq halda olduğunu görmüşlər. Qayınatası Akif ilə qayınanası Şahid1 evin bütün hissələrinə baxdıqdan sonra evdən 170 manat nəğd pulun oğurlanmasını bildirmişdir Zərərçəkmiş şəxs hadisənin törədilməsində qonşu Təqsirləndirilən şəxs şübhə etdiyinə görə həmin şəxsi yanına çağırıb ona məxsus evə girib-girmədiyini soruşsa da həmin şəxs evə girmədiyini bildirmişdir. Sonra qayınatası Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əmədaşları gəlib hadisə yerinə baxış keçirmişlər, Sonradan Təqsirləndirilən şəxs polis şöbəsində Zərərçəkmiş şəxs məxsus evə daxil olub oradan 170 manat pulu oğurlamasını etiraf etmişdir. Bütün bunlardan başa onun hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2002-ci ildə Şəki rayonu, Kiçik Dəhnə kand sakini Qanuni nümayəndə ilə ailə həyatı qurmuş və birgə nikahlarından iki oğlan və qız övladları olmuşdur. Böyük oğlu həqiqi hərbi xidmətə getmiş, kiçik oğlu Təqsirləndirilən şəxs kənd orta məktəbinin 9-cu sinifində, qızı isə 11-ci sinifdə oxuyur. Oğlu Sənan hər gün səhər saat 09-da dərsə gedir, saat 13-də isə dərsdən çıxıb yaşadıqları evə qayıdır. Həyat yoldaşı Qanuni nümayəndə müxtəlif yerlərdə fəhlə işi olduğunda işləyir, özü isə Oğuz rayonunda yerləşən tütün parnikində günü 14 manata fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs səhər dərsə getmiş, saat 13 radələri olarkən yaşadıqları evə qayıdıb yeməyini yemiş, sonra isə gedirəm oynamağa deyib evdən çıxıb getmişdir. Bundan bir neçə saat sonra qonşu Zərərçəkmiş şəxs yaşadıqları evə gəlib Dəhnə Şadlıq sarayında toyda olduqlarını, evə qayıtdıqdan sonra evlərindən oğurluq olmasını müəyyən etdiklərini, həmin oğurluq hadisəsinin törədilməsində Sənandan şübhələndiklərini bildirmişdir. Zərərçəkmiş şəxs və onun arvadı Şahid1 Sənanın oğurluq etməsinə inanmadığını bildirmişdir. Sənanı çağırıb ondan Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edib-etməməsini soruşanda o, oğulruq etmədiyini bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs ilə yaxın qonşuluqda yaşayır, qonşu kimi yaxşı münasibətləri, get-gəlləri olmuş, bu səbəbdən oğlu Sənanın onların evindən oğurluq edə biləcəyinə inanmamışdır. Sənan oğurluq etmədiyini bildirdikdən sonra qonşu Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Ondan sonra polis əməkdaşları gəlib oğlu Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən oğlu Təqsirləndirilən şəxs qonşu Zərərçəkmiş şəxs məxsus evə qanunsuz olaraq daxil olub 170 manat pul götürməsini etiraf etmişdir. Sənan oğurluq etməsini polis əməkdaşlarına dedikdən sonra polis əməkdaşları onların yaşadıqları evə gəlib həyətyanı sahədə yerləşən tövləyə baxış keçirərkən Sənan oğurlayıb tövlədə şüşə bankada gizlətdiyi 170 manat pulu və bir ədəd lingi polis əməkdaşlarına təqdim etmişdir. Hazırda oğlu onlara söz vermişdir ki, bir daha elə hərkət etməyəcəkdir. Sənanın əməlinə görə qonşuları Akif və Gülüzardan üzr istəmişdir. Sənan azyaşlı uşaqdır, səhv etmiş, gələcəkdə bu kimi hərəkətlərə yol verməyəcəyinə inanır. Təqsirləndirilən şəxs qonşunun evindən oğurluq etsə də onların bundan heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin plastik giriş qapısının açılaraq evdə daxil olunduğu və giriş qapısından sağ tərəfdə olan otaqdan asılqanda olan qadın çantasının içindən 100 manat pul, giriş qapısından sol tərəfəd yerləşən otaqda çarpayıda yataq dəstinin altından 70 manat pul naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürlüməsi haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus evə qanunsuz olaraq daxil olub oradan oğurladığı 170 manat pulu götürüb yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə şüşə bankada gizlətmiş, həmin gizlətdiyi 170 manat pulu və Zərərçəkmiş şəxs məxsus evin plastik giriş qapısını açarkən alət kimi istifadə etdiyi dəmir lingi təqdim etmişdir. “Əşyanın tanımaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, məlum hadisə zamanı təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs alət kimi istifadə etdiyi bir ədəd dəmir lingi Zərərçəkmiş şəxs təqdim edilmiş, həmin şəxs özünə məxsus lingi tanımışdır. Azərbaycan Respublikası Daxili X3 Tədqiqatlar idarəsinin xx.xx.2023-cü il tarixli 23/42 nömrəli ekspertiza rəyin nəticə hissəsində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd şəffaf yapışqan lent kəsiklərin üzərində olan əl izlərindən 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirləməsi üçün yararlı olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-ın KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik müəyyən edilmədi. “Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində təyin edlməsi haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 aprel 2023-cü il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 177.2.3-cü mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddələr ilə оnа ittihаm elаn edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 471 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 288 №-li məktubundan görünür ki, Musayev X4 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertizası Mərkəzi” X12 X6 Şöbəsinin 18 aprel 2023-cü il tarixli, 237 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik keçirməmiş və hal-hazırda da heçbir psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində və Respublikamızın digər rayonları ərazisində digər cinayətlərin törədilməsində iştiraklarının olub-olmaması, onun Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Zərərçəkmiş şəxs məxsus evdən oğurluq hadisələrini törədərkən heç kimlə əlbir olmadığını, onun oğurluq etməsindən ailə üzvləri və digər hər hansı bir şəxsin məlumatı olmadığını,onun heç bir yerdə işləmədiyini, onun maraq dairəsi, yaxın münasibətədə olduqları şəxslərin dairəsi müəyyən edilməmiş, bu istiqamətdə tərəfimizdən müvafiq tədbirlər davam etdirilir. Gələcəkdə əhəmiyyətli məlumat əldə olunarsa Sizə əlavə olaraq məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 29 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi AzeMis Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2007-ci il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən 09 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə odan üzr istəməklə barışıq əldə etmiş, 170 manat pulu Şəki şəhər-Rayon Polis Şöbəsinə təhvil vermiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam təsdiq edilir. İbtidai araşdırma orqanı iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etmişdir. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsində göstərilir ki, uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin qanunun 4-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin qnaunun 5-ci maddəsində göstərilir ki, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2008-c i il tarixli 4 nömrəli qərarının 1-ci bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, Məhkəmələr bu koteqoriyalı işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yetkinlik yaşına çatmayan şəxslərin qanuni hüquqlarının müdafiəsinə, onların barəsində ədalətli cəzaların təyin edilməsinə, onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına, bu cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirməlidirlər. Həmin qərarın 18-ci bəndinin 2-ci abzasında göstərilir ki,Yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Məhkəmə CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti törətdiyi anda yetkinlik yaşına çatmamasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq keçirməsini təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. Həmin Məcəllənin 88.2.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara tərbiyəvi xarakterli məcburi tədbirlər olaraq valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmamaqla barışıq əldə etməsini, yetkinlik yaşına çatmamasını nəzərə alaraq, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunmasını mümkün hesab edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1, 88.2.2-ci maddələri tətbiq olunmaqla, atası Qanuni nümayəndə nəzarətinə verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd dəmir ling və 170 manat kağız pul əskinazları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və CPM-in 321.2.1, 344-347, 348.1, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 88.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının CMnin 177.2.3-cü mаddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 88.2.2-ci maddəsi tətbiq olunmaqla yetkinlik yaşına çatanadək atası Qanuni nümayəndə nəzarətinə verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - 01 ədəd dəmir ling və 170 manat kağız pul əskinazları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Qərardan 20 (iyirmi) gün müddətində Şəki Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Şəki Аpellyаsiyа Məhkəməsinə apelyаsiyа şikаyəti və аpelyаsiyа prоtesti verilə bilər. Qərardan аpellyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar