Məhkəmə qərarları › İş №1(075)-75/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-75/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-75/2024 18.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1990-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev 73, mənzil 21-də qeydiyyatda olan və barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 29 noyabr 2019-cu il tarixdən başlayaraq 25 noyabr 2008-ci il təvəllüdlü X3 və 29 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat, cəmi 320,00 manat sabit pul məbləğində alimentin Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızının xeyrinə tutulmasına dair Abşeron Rayon Məhkəməsinin 2(012)-533/2020 saylı 19 may 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Rayon Məhkəməsinin 3(075)-653/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 31 oktyabr 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 8360,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs, CM-nın 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdi ki, o, Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızı ilə ailə quraraq evlənmiş və birgə nikahdan iki övladları anadan olmuşdur. Əvvəllər bir-birlərini başa düşüb, aralarında heç bir narazılıqları olmasa da, bir müddət sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuş, nikahları pozulmuş, əlaqələri faktiki olaraq kəsilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-533/2020 saylı 19 may 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 29 noyabr 2019-cu il tarixdən başlayaraq 25 noyabr 2008-ci il təvəllüdlü X3 və 29 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızına ödənilməsi qət edilmiş və icra icra orqanının tələblərinə baxmayaraq, maliyyə çətinlikləri olduğu üçün təqdimat verilənədək alımenti ödəyə bilməmiş və həmin vaxta 8360 manat aliment borcu yaranmışdır. Əvvəllər müxtəlif restoranlarda administrator işləmiş, müxtəlif işlər görməklə fərdi əməklə məşğul olmuş, aylıq 300-400 manat qazancı olmuşdur. İcra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Şəki Rayon Məhkəməsinin 3(075)-653/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün inzibati qaydada həbs edilmiş, bundan sonra da əmək fəaliyyəti ilə məşğul olub, əmək haqqı alsa da, lakin qazancı az olduğundan, dolanışığı üçün kifayət etmədiyindən alimenti ödəməmişdir. Alimenti ödəməməsinin səbəbi maddi imkanının az olması ilə bağlı olmuşdur. Qətnamələrin icrası icra məmuru tərəfindən dəfələrlə ondan tələb edilmiş, lakin borcunu ödəməyə imkanı olmadığı üçün icra məmurunun tələbini yerinə yetirə bilməmiş, barəsində hazırki cinayət işi başlanıb istintaqı aparılmışdır. Hal-hazırda onun icra sənədi üzrə zərərçəkmişə olan borcu tam ödənilmişdir, heç bir borcu qalmamışdır. Əməlindən peşimançılığını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, verilmiş ittiham üzrə zərərçəkmiş şəxslərə olan borcunun tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin bu barədə məhkəməyə ərizə təqdim edib barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə xahiş etməsini nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, etdiyi xahiş məzmunlu ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahdan övladları 25 noyabr 2008-ci il təvəllüdlü X5 və 29 noyabr 2013-cü il təvəllüdlü X6 anadan olmuşlar. Bir müddət birlikdə mehriban yaşasalar da sonradan aralarında yaranmış mübahisələrə görə nikahları pozulmuş, ayrılmışlar. Övladlar onun himayəsində qalmış, aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin 2(012)- 533/2020 saylı 19 may 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh kimi Təqsirləndirilən şəxs həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 noyabr 2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat vəsaitin ona verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Şəki rayon İcra və Probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcludan alımenti ödəməsi tələb edilmiş, Təqsirləndirilən şəxs isə alimenti ödəməkdən imtina edərək yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Şəki Rayon Məhkəməsinin 3(075)-653/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün inzibati qaydada həbs edilmişdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs müəyyən vaxt verib bildiriş təqdim etməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarını yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçıraraq icra etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində cinayət işi açılaraq istintaq edilib məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs qohumları icra sənədi üzrə ona olan 8360 manat məbləğində borcu tam ödəmişdir. Ona görə də hazırki cinayət əməlinə görə təqsirləndirilən şəxsi bağışlayıb iş üzrə barışmış, onun Təqsirləndirilən şəxs heç bir şikayəti qalmamışdır. O, bu barədə məhkəməyə ərizə təqdim edib, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid elan olunmuş ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 29 noyabr 2019-cu il tarixdən başlayaraq 25 noyabr 2008-ci il təvəllüdlü X3 və 29 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızının xeyrinə tutulmasına dair Abşeron Rayon Məhkəməsinin 2(012)-533/2020 saylı 19 may 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Rayon Məhkəməsinin 3(075)-653/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 31 oktyabr 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə 8360 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. O, borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisinə ünvanlanmış 15 yanvar 2024cü il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi hərəkətləri barədə məlumat verilərək, cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasının məqsədə müvafiq olduğu bildirilmişdir. (İş.v-7-8) Abşeron Rayon Məhkəməsinin 2(012)-533/2020 saylı, 19 may 2020-ci il tarixli qətnaməsinin və icra vərəqəsinin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2019-cu il tarixdən başlayaraq 25 noyabr 2008-ci il təvəllüdlü X3 və 29 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızına verilməsi qət edilmişdir. (İş.v 9-13) xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(012)-533/2020 saylı qətnaməsi ilə bağlı borclu Təqsirləndirilən şəxs 29 noyabr 2019-cu il tarixdən başlayaraq 25 noyabr 2008-ci il təvəllüdlü X3 və 29 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızına verilməsi barədə icra sənədi üzrə icraat başlanmışdır. (İş.v 15) xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(012)-533/2020 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün vaxt verilmiş, verilmiş müddətdə tələbi üzrsüz səbəbdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin icra ödənişinin ondan tutulacağı bildirilmişdir. (İş.v-16) xx.xx.2021-ci tarixli xəbərdarlıq məktublarının təsdiq olunmuş surətlərindən görünür ki, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(012)-533/2020-006 saylı icra sənədinə əsasən ödəməli olduğu, lakin ödəməkdən boyun qaçırdığı borcunu müvafiq olaraq 10 gün müddətinə kimi ödəməzsə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanması üçün icra işinin materiallarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim ediləcəyi barədə xəbərdarlıq edilmişdir. (İş.v-30, 46) Borclunun axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 19 may 2020ci il tarixli, 2(012)-533/2020 saylı icra sənədi üzrə ödəməli olduğu pulu ödəmədiyi, icra sənədində göstərilən ünvanda, yəni ünvan 1ə axtarış elan olunmuşdur. (İş.v 32) Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(075)-273/2021 saylı İnzibati xəta haqqında iş üzrə qərarının təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (İş.v-42-43) Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli izahatlarının təsdiq olunmuş surətlərindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(012)-533/2020 saylı icra sənədi üzrə ödəməli olduğu borcu ödəyəcəyini bildirmişdir. (İş.v-45) Sorğulara cavab məktublarından görünür ki, borcun ödənilməsi üçün məcburi icra tədbiri görülməsindən ötrü Təqsirləndirilən şəxs əmlak vəziyyəti yoxlanılmış, lakin borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(075)-653/2023 saylı İnzibati xəta haqqında iş üzrə qərarının təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (İş.v-90-91) Şəki Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli, 193 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, S.Rəhman küçəsi, ev 73, mənzil 21 ünvanında qeydiyyatdadır. (İş.v-64) Şəki Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli xasiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, S.Rəhman küçəsi, ev 73, mənzil 21 ünvanında pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (İş.v-101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v-138) İttiham elan etmək üçün şəxs barəsində axtarış elan etmə və tutulması haqqında xx.xx.2024-cü il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(012)-533/2020-006 saylı icra sənədi üzrə ödəməli olduğu pulları ödəmədiyi, icra sənədlərində göstərilən ünvanda, yəni ünvan 1ə axtarış elan olunmuşdur. (İş.v-152) 27 iyun 2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokolun təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə təxminən saat 19:30 radəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində saxlanaraq qərarda göstərilən Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (İş.v-162) 28 iyun 2014-cü il tarixli qərardan görünür ki, CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İş.v-177-178) Şəki Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(075)-75/2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» dəyişdirilərək onun barəsində "xxxx" qətimkan tədbiri seçilmişdir. Şəki ŞRPŞ tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmiş 24 sentyabr 2024-cü il tarixli, 313209/2-22200/24 nömrəli məktubdan görünür ki, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, S.Rəhman küçəsi, ev 73, mənzil 21 ünvanında pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs 23 sentyabr 2024cü il tarixdə tutularaq X2 təhvil verilmişdir. Zərərçəkmiş şəxs Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızının məhkəməyə təqdim etdiyi ərizəsində göstərilir ki, icra sənədi üzrə borc ona tam örənmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 8360 manat aliment borcunu tam ödənmişdir. Bu səbəbdən də ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, verilmiş ittiham üzrə tərəfindən zərərçəkmiş şəxslər Abdullayeva (Məmmədova) Aygül Qulammirzə qızına ödəməli oduğu 8360 manat aliment borcunun tam həcmdə ödənildiyini, zərərçəkmiş şəxsin onunla barışdığını qeyd edərək, barəsində olan cinayət işinin icraatına xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi məhkəmədə iş üzrə təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan pul zərərçəkmiş şəxsə tam ödənilmiş və bu səbəbdən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışaraq ona qarşı heç bir şikayət, tələb və iddiası olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Ona görə də onun əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışının gedişində müəyyən olundu ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan pul zərərçəkmiş şəxsə tam ödənilmiş və bu səbəbdən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, habelə CM-nın 306-ci maddəsinin Qeydində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-nin 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 43.3-cü maddələrinə əsasən 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır: Göründüyü kimi müdafiə tərəfi də məhkəməyə ərizə ilə müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cinayətin xarakterini, həmçinin səciyyələndirən halları, təqsirləndirilən şəxsin həm hadisədən əvvəl, həm də sonrakı davranışını nəzərə alaraq, bu hallara uyğun olan obyektiv və ədalətli qərar qəbul edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ödəməli olduğu pulu ödəməsi və bunu əks etdirən barışıq ərizəsinin zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında məhkəməyə təqdim edilmələri, təqsirləndirilən şəxsin əməllərindən peşimançılıq bildirməsi kimi davranışları müsbət tərəfdən qiymətləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində CMin 306-ci maddəsinin Qeydi tətbiq edilməli və onun barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 346-347 və 356-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin Qeyd hissəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şəki rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar