Məhkəmə qərarları › İş №1(075)-75/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-75/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-75/2025 30.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəki şəhər Şərbablar küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Şəki şəhərində tanışı X3 120 manata aldığı ümumi təmiz çəkisi 41,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə qurudulmuş marixuana satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 18:47 radələrində ünvan 5ndə Şəki ŞRPŞ-nin CAB-ın əməkdaşları tərəfindən saxlanılaraq orada videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 41,25 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisədən bir ay öncədən başlayaraq hərdən bir marixuanadan istifadə edir. O, narkotik vasitəni Bəxtiyar adlı şəxsdən 4-5 dəfə alıb istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə aldığı narkotik vasitəni 120 manata Şəki şəhərində yerləşən “Nuxa” restoranının yanında Bəxtiyardan almışdır. Həmin tarixdə 18 radələrində 3 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, üstündə narkotik vasitə olub-olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bundan sonra o, üzərində olan həmin narkotik vasitəni üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sarı rəngli sellofan bükümdə marixuananı təqdim etmişdir. O, heç kəsə narkotik vasitə satmadığı bildirdi. Sonda o, əməlindən peşman olduğunu, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq, ona azadlıqdan məhrumetmə olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Əsas vəzifəsinin cinayətkarlığa qarşı mübarizə aparmaqdan, baş verə biləcək cinayətlərin qarşısını almaqdan, baş vermiş cinayətlərin açılmasını təmin etməkdən, xüsusəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarət olduğunu bildirmişdir. 05 fevral 2025-ci il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Şəki şəhəri Hava Bürosu yaxınlığında yerləşən fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik vasitə saxlaması və gəzdirməsi barədə Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yoxlanılması, narkotik vasitənin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid2 tərəfindən Şöbə rəisinə məruzə edilmiş, Şöbə rəisinin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik Şahid2 həvalə edilmişdir. Qrupa onunla bərabər Şahid2 və Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Bundan sonra həmin gün saat 18:47-dən başlayaraq Şahid2 və Şahid1 ilə birlikdə Şəki şəhəri, Ziya Bünyadov küçəsində tədbir keçirməyə başlamışlar. Keçirilən əməliyyat-axtarış tədbiri zamanı Şahid3 tərəfindən çəkiliş aparılırmışdır. Əməliyyat-axtarış tədbiri zamanı Şəki şəhəri, S.Rəhmann küçəsinin yaxınlığında araklıq küçə olan Ziya Bünyadov küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Ona özlərini təqdim etdikdən sonra, üzərinə baxış keçiriləcəyini bildirib üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Azər də cibində olan bir ədəd, qara rəngli “Realme” markalı mobil telefonu, sarı rəngli bir ədəd alışqanı, xırda pulları və əynindəki qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd sarı rəngli sellofan bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Azərdən bükülüdəkinin nə olduğunu soruşduqda o, həmin bükülüdəkinin narkotik vasitə marixuana olduğunu, özü istifadə etmək üçün alıb üstündə saxladığını bildirmişdir. Ondan həmin narkotik vasitə, yəni marixuanaya bənzər kütləni kimdən aldığını soruşduqda Azər, həmin marixuananı Şəki şəhər sakini Bəxtiyar adlı şəxsdən mobil telefonla əlaqə saxlayaraq görüşüb aldığını bildirmişdir. Həmin narkotik vasitə marixuanaya bənzər kütləni sellofan bükümü ilə birlikdə çəkilən zaman 18,25 qram gəlmişdir. Həmin narkotik vasitə marixuanaya bənzər kütləni boş zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Həmin vaxt Azərin üzəri onunn tərəfindən axtarılmış, lakin heç nə aşkar olunmamışdır. Azərin təqdim etdiyi mobil telefon, alışqan və xırda pullar onun özünə qaytarılmışdır. Hadisə yerində protokol tərtib etmək çətinlik yaratdığına görə birlikdə Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, düz yazıldığı üçün protkol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan başqa əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair aparılmış araşdırma materialının aidiyyəti üzrə Təhqiqat bölməsinə verilməsi səbəbilə Şöbə rəisinə məruzə olunmuş və həmin materialın icrası X8yə həvalə edildiyi üçün Təqsirləndirilən şəxs həmin təhqiqatçının xidməti iş otağına aparmışlar. X8 xidməti iş otağında Azərə hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, sonuncu vəkillərdən Emil müəllimi seçdiyi üçün təhqiqatçı həmin vəkili xidməti iş otağına dəvət edib Azərə təqdim etmişdir. Təhqiqatçı tərəfindən Azər şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələrini izah edilməklə bərabər proses iştirakçılarına etiraz etmək hüququnu da izah edib, video çəkiliş keçirilməklə üstündan aşkar olunub qablaşdırılıb götürülmüş narkotik vasitə marixuanaya bənzər kütləyə baxış keçirməyə başlamışdır. Təhqiqatçsı zərfi açaraq içərisində olan bir ədəd sarı rəngli sellofana və sarı rəngli selofanın içərisində olan şəffaf sellofan bükümdə olan narkotik vasitə marixuanaya bənzər kütlənin haradan əldə etdiyini soruşduqda, Azər həmin narkotik vasitə marixuanaya bənzər kütləni Bəxtiyar adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən sorğu-sual edilən zaman Azər bildirmişdir ki, həmin narkotik vasitə marixuanaya bənzər kütləni xx.xx.2025-ci il tarixdə saat 16-17 radələri arasında Şəki şəhərində Bəxtiyar adlı tanışından 120 manata almışdır. Azər bir ay ərzində Şəki şəhər sakini Bəxtiyardan 5-6 dəfə narkotik vasitə marixuana aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütləni şəxsi istifadəsi üçün Bəxtiyar adlı şəxsdən aldığını özünün satmaq niyyətinin olmadığını bildirmişdir. Həmçinin həmin vaxt təhqiqatçı Azərdən üstündə olan əşyaları təqdim etməsini xahiş etmişdir. Azər də üzərində olan bir ədəd, qara rəngli “Realme” markalı mobil telefonu, sarı rəngli bir ədəd alışqanı, xırda pulları çıxarıb stolun üstünə qoymuşdur. Azərin təqdim etdiyi mobil telefon gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyini nəzərə alaraq götürülmüş, alışqan və xırda pullar onun özünə qaytarılmışdır. Açılmış zərf içrisində olan narkotik vasitə marixuanaya bənzər kütlə ilə birlikdə digər boş zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Həmçinin Azərin təqdim etdiyi mobil telefon isə başqa bir boş zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Həmin zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonda isə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş, düz tərtib olunduğu üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sədrlik edənin suallarına cavab olaraq Şahid3 bildirmişdir ki, ilkin saxlanma zamanı şəxsin üzərində aşkarlanmış narkotik vasitənin çəkisini çöl şəraitində avtomobilin üzərində ölçdüklərinə görə ilkin olaraq, çəki 18,2 qram qeyd edilmişdir. Lakin dəqiq çəki ekspertiza tərəfindən müəyyən edilmişdir ki, 41,25 qramdır. Məhkəmə iclasında digər şahidlər Şahid2 və Şahid1 Şahid3 ifadəsi ilə oxşar məzmunlu olan ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol iç cibindən 1 sarı sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edildi. Kütlənin çəkisi 18,2 qram oldu. Ona verilən suallara cavabında 01 ədəd bükümdə olan narkotik vasitəni öz istifadəsi üçün Bəxtiyar adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şəxsinin üstünün yoxlanılması həmin gün 18:47-dən ünvan 5 ünvanında keçirilmişdir. (i.v. 10-11, İ cild) Təqdim olunan əşyaya baxış keçirmə və götürmə haqqında xx.xx.2025-ci il tarixli və CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi protokollardan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən aşkar edilmiş bir ədəd “Realme” markalı mobil telefonu, qara rəngli gödəkçənin sol iç cibindən 1 sarı sellofan büküm təqdim edilmiş və zərfə baxış keçirilən zaman bir ədəd bükümdə olan yaşıl rəngli, narkotik vasitəyə bənzər kütlə müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bir ədəd bükümdəki maddənin narkotik vasitə marixuana olduğunu və Bəxtiyar adlı Şəki sakinindən əldə etmişdir. Həmin büküm zərfdə qablaşdırılaraq iştirakçılar tərəfindən zərf imzalanmış və möhürlənmişdir. (i.v 47-49, İ cild) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/89 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki digər 01 ədəd zərfin içərisində olan sarı rəngli sellofana bükülmüş 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 41,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. a) Marixuananın ( 1 №li ob.) təmiz çəkisi - 41,25 qram, tədqiqata sərf edilən miqdar-0,05 qram (hər bir obyektdən 0,02 qram olmaqla), qalıq – 41,20 qramdır. (i.v. 108-111, İ cild) Gəncə şəhəri Narkoloji dispanserinin məcburi narkoloji-tibbi yoxlamanın xx.xx.2025ci il tarixli 352 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (i.v. 135, İİ cild) Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarxili məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın dispenser müşahidəsində yoxdur. (i.v. 55, İİ cild) Şəki şəhər “Arxüstü” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 228-229, İİ cild) xx.xx.2025-ci il tarixdə 234.1-ci maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. (i.v. 171-172, İ cild) Həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə Şəki rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal həbsdən azad edilmişdir. (i.v. 208-210, İ cild) Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 211, İ cild) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X4 Azərbaycan Respublikasında məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 23, İİ cild) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən vəsiqə və medallardan görünür ki, o, İİ Qarabağ müharibəsi veteranıdır, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medallarla təltif edilmişdir. Məhkəmə iclasında əsillərinə baxış keçirildi, sənədərin surətləri çıxarıldı, iş materiallarına əlavə edildi, əsilləri sahibinə geri qaytarıldı. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısına əsasən qurudulmuş halda marixuana aşağı həddi 5 qram olduqda xeyli, aşağı həddi 500 qram olduqda külli, aşağı həddi 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. İbtidai istintaq zamanı ilkin izahatlarda narkotik vasitənin 18,2 qram olduğu, sonradan isə ekspert rəyinə əsasən 41,25 qram olduğu qeyd olunur. Şahidlər ifadələrində bildirir ki, ilkin olaraq çöl şəraitində şəxs tutularkən ölçü aparıldığından düzgün çəkilməmişdir. Ekspert rəyində Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitənin 41,25 qram olduğu müəyyən olunmuşdur. Hər bir halda məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxsin üzərindən aşkar ounmuş narkotik vasitə 5 qramdan çox olduğundan cinayət məsuliyyəti yaradır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Məhkəmə, Azərbaycan Respubikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Vətən mühribəsi iştirakçısı olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra Şəki rayon prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina olunması haqqında xx.xx.2025ci il tarixli qərarı ilə tutulmadan azad edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə köçürülməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Şəki şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar - Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 41,20 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar