Məhkəmə qərarları › İş №1(075)-76/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-76/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-76/2021 30.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulana qədər həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs, qəsdən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr olan marixuana, tiryək və heroini əldə etmə, saxlama, daşıma, göndərmə və satma, həmçinin qəsdən, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi qadağan olunmuş əşya hesab edilən narkotik vasitələrin cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və naməlum vaxtda qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 4.60 qram olan narkotik vasitə - qurudulmuş marixuana, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, təmiz çəkisi 4.322 qram olan narkotik vasitə - tiryək və kustar üsulla hazırlanmış, təmiz çəksi 1.253 qram olan narkotik vasitə - heroini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraq məqsədilə həmin narkotik vasitələrin X11 cəza çəkən X27 ötürülməsi üçün göndərmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, cinayətkar məqsədlər üçün aldığı bir cüt ayaqqabının sol tayının daban hissəsinə 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 3.83 qram olmaqla, ayrıayrılıqda təmiz çəkiləri 1.42 qram, 0.84 qram, 0.61 qram və 0.96 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, həmin ayaqqabının sağ tayının daban hissəsinə 03 ədəd sellofan bükülüdə olmaqla, ayrıayrılıqda təmiz çəkiləri 0.77 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 4.322 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1.253 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini xüsusi üsulla gizlədib qablaşdıraraq bir ədəd şalvar və bir qutu “West” markalı siqaretdən ibarət sovqatlarla birgə 02.04.2021-ci il tarixdə, saat 12 radələrində Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən “İki qardaş” adlı mağazanın qarşısında Amil Abışovun keçmiş arvadı, cinayətkar qəsddən məlumatı olmayan Şahid1 ilə görüşüb ona vermiş, sonuncu da həmin narkotik vasitələri sovqatlarla birlikdə alıb onların yanına ərzaq məhsulları alıb qoyaraq cinayətkar qəsddən məlumatı olmadan həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin X19 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X11 cəza çəkən Amil Abışova göndərmiş, X15 daxil olmuş sovqata həmin müəssisənin əməkdaşları tərəfindən 08.04.2021-ci il tarixdə, saat 15:45 radələrində axtarış-baxış keçirilən zaman sovqatın içərisində olan bir cüt ayaqqabının sol tayının daban hissəsindən 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 3.83 qram olmaqla, ayrıayrılıqda təmiz çəkiləri 1.42 qram, 0.84 qram, 0.61 qram və 0.96 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin ayaqqabının sağ tayının daban hissəsinə 03 ədəd sellofan bükülüdə olmaqla, ayrıayrılıqda təmiz çəkiləri 0.77 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 4.322 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və 1.253 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və naməlum vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı narkotik vasitələri özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraq məqsədilə həmin narkotik vasitələrin X11 cəza çəkən X27 ötürülməsi üçün göndərməsinə baxmayaraq o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə, yəni 08.04.2021-ci il tarixdə, saat 15:45 radələrində X12 əməkdaşları tərəfindən daxil olmuş sovqata axtarış-baxış keçirilən zaman sovqatların içərisində olan narkotik vasitələrin aşkar olunaraq götürülməsinə görə Cəzaçəkmə Müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətmək yolu ilə Cəzaçəkmə Müəssisəsinə ötürülməsinə cəhd cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.2 və 29,317-1.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Mingəçevir şəhərində yaşamışdır. Onun Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olub Rusiya Federasiyasına işləməyə getmiş Taleh adlı qonşusu ilə münasibətləri normal olmuşdur. Taleh Rusiya Federasiyasından arabir onunla telefonla danışmışdır. Təxminən 2021-ci ilin mart ayının sonlarında Taleh mobil telefonuna WhatsApp proqramı ilə özünün Rusiya Federasiyasına məxsus, hazırda xatırlamadığı mobil nömrə ilə zəng edib bir nəfər şəxsin gətirib ona ayaqqabı və şalvar verəcəyini, həmin ayaqqabı və şalvarı X11 cəza çəkən dostuna çatdırılması üçün sonuncunun arvadına vermək lazım olduğunu bildirmişdir. Taleh ondan bir blok siqaret də alıb göndərilənlərə əlavə etməyi xahiş etmiş, o da etiraz etməmişdir. Taleh ilə danışdığı günün səhəri bir nəfər 35 yaşlarında tanımadığı şəxs dükanlarında ona yaxınlaşmış, Nurlan olduğunu soruşduqdan sonra, adının “Fariz” olduğunu bildirmiş və 2 ədəd sellofan torbanı ona verib getmişdir. Həmin torbaların birinin içərisində qutuda ayaqqabı, digərinin içərisində isə şalvar olmuşdur. Talehin xahişinə görə o, 1 qutu (blok) West markalı siqaret alıb həmin sellofan torbanın içərisinə əlavə etmiş, 01 aprel 2021-ci ildə, axşam radələrində Talehin verdiyi ***-***-**-** mobil nömrəyə zəng edib “Vüsalə” adlı xanımla danışmış, lakin Vüsalə görüşə bilməyəcəyini demişdir. 02.04.2021-ci ildə, saat 12 radələrində həmin nömrəyə yenidən zəng edib Mingəçevir şəhərində olan “İki qardaş” mağazasının yanında görüşərək içərisində ayaqqabı, şalvar və 1 qutu (blok) siqaret olan 2 ədəd torbanı Vüsaləyə vermişdir. Həmin vaxta kimi Vüsaləni tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. X12 əməkdaşları tərəfindən aşkar edilmiş, Amil Abışova göndərilmiş sovqatın içərisindəki bir cüt ayaqqabının daban hissələrinə yerləşdirilmiş narkotik vasitələrdən xəbəri olmamışdır. Həmin ayaqqabıların içliyinin onun atasına məxsus ayaqqabı mağazasından nümunə olaraq götürülmüş içliklərlə oxşarlıq təşkil etməsinin səbəbi bu cür içliklərin bir mənbədən hazırlanıb paylanması və hər yerdə satışda olması ilə əlaqədardır. O özü ayaqqabı təmiri və tikişi ilə məşğul olmamış, belə bir işi bacarmamışdır. Əlində və qolunda fiziki məhdudiyyət olduğundan bu qəbildən olan işlərlə məşğul olması mümkünsüz olmuşdur. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, buna təşəbbüs göstərməmişdir. Narkotik vasitələrdən istifadə etmir. Eyni zamanda onun Amil Abışovla heç bir münasibəti və tanışlığı da olmamışdır. Cəzaçəkmə Müəssisəsində saxlanılan hər hansı şəxsə, o cümlədən, Amil Abışova qadağan olunmuş əşyanı yoxlamadan gizlətmək yolu ilə ötürməyə cəhd etməmişdir. O, hər hansı qanunsuz hərəkətə yol verməmiş və cinayət əməli törətməmişdir. Taleh onların qonşuluğunda yaşamaqla, təxminən 34-35 yaşlı olmuş, qonşular da Talehi tanımışdır. Telefonunu itirdiyinə görə Talehin nömrəsini deyə bilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru X13 ifadəsində göstərmişdir ki, CM-nin 126.2.4-cü maddəsi ilə 6 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Amil Abışova gələn sovqatın içərisində narkotik vasitələr olacağına dair onlarda əvvəlcədən əməliyyat məlumatı olmuşdur. 08 aprel 2021-ci ildə Amil Abışova həyat yoldaşı Şahid1 adından X17 göndərilmiş sovqat X15 daxil olmuş, əməliyyat məlumatı olduğundan bu sovqata baxış xüsusi diqqətlə keçirilmişdir. Sovqata baxışı X12 X33 böyük nəzarətçisi, kiçik gizir Şahid3 və nəzarətçi, ədliyyə kiçik giziri Şahid2, məhkum Amil Abışovun iştirakı ilə keçirmiş, öncədən əməliyyat məlumatı olduğundan baxışda həmçinin hal şahidlərinin, yəni məhkum X4 və məhkum X2 iştirakları təmin olunmuşdur. Baxış zamanı Amil Abışova göndərilən sovqatın 1 cüt ayaqqabıdan, 1 ədəd şalvardan, kofe və digər əşyalardan ibarət olması müəyyən edilmiş, həmin əşyalara ayrı-ayrılıqda baxış keçirən zaman 1 cüt ayaqqabının hər iki daban hissəsində xüsusi olaraq gizlədilmiş 7 ədəd sellofan bükümlərdə, narkotik vasitəyə oxşar kütlələr müəyyən edilmişdir. Həmin faktla əlaqədar dərhal ona və Şahid4 məlumat verilmişdir. O və Şahid4 baxış keçirilən otağa gəlib həqiqətən də hər iki ayaqqabının daban hissəsində xüsusi olaraq gizlədilmiş 07 ədəd sellofan bükümlərdə, narkotik vasitəyə oxşar kütlələrin olmasının şahidi olmuşlar. O, şəxsən özü ayaqqabıların dabanında olan narkotik vasitələri hal şahidlərinə təqdim etmişdir. İbtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsinin arasında olan ziddiyətləri izah edə bilmir. İbtidai istintaqda da ifadəsi onun sözləri ilə yazılmış, oxuyub imza etmişdir. İbtidai istintaqda narkotik vasitələri xüsusi üsulla, yalnız ayaqqabının təmiri ilə məşğul olan şəxs tərəfindən yerləşdirilməsinin mümkün olmasına dair ifadəni mənbəyinin açıqlanması mümkün olmayan əməliyyat məlumatı əsasında vermişdir. X7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində X13 göstərmişdir ki, 15 ildir ki, Ədliyyə orqanlarında çalışır. 7 ildir ki, X11 işləyir. 1 ildir ki, X11 əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyir, ədliyyə mayorudur. Yevlax rayon sakini X28 Şəki PM-nə məhkum kimi daxil olduqdan sonra tanımışdır. Həmin vaxta kimi onu tanımamış, arasında ədavət və düşmənçilik olmamışdır. Amil Abışov CMnin 126.2.4-cü maddəsi ilə 06 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 08 aprel 2021-ci il tarixdə Amil Abışova həyat yoldaşı Şahid1 adından X17 göndərilmiş sovqat X15 daxil olmuş, hər bir daxil olan sovqata baxış keçirilməsi nəzərdə tutulduğundan, həmin sovqata da qaydalara uyğun baxış keçirilmişdir. Baxışı X12 X33 böyük nəzarətçisi, kiçik gizir Şahid3 və nəzarətçi, ədliyyə kiçik giziri Şahid2 keçirmişdir. Baxış zamanı Amil Abışova göndərilmiş 01 ədəd kağız qutunun içərisində 01 cüt ayaqqabı, 01 ədəd şalvar, kofe və digər əşyaların olması müəyyən edilmişdir. Həmin əşyalara ayrıayrılıqda baxış keçirən zaman 01 cüt ayaqqabının hər iki daban hissəsində xüsusi olaraq gizlədilmiş 07 ədəd sellofan bükümlərdə, narkotik vasitəyə oxşar kütlələrin olması müəyyən edilmişdir. Bundan sonra həmin faktla əlaqədar dərhal ona məlumat verilmiş, məlumatla bağlı baxış keçirilən otağa gəldikdə, həqiqətən də hər iki ayaqqabının daban hissəsində xüsusi olaraq gizlədilmiş 07 ədəd sellofan bükümlərdə, narkotik vasitəyə oxşar kütlələrin olması müəyyən edilmişdir. Həmin vaxt narkotik vasitəyə oxşar kütlələrin aşkar edilməsi ilə əlaqədar X12 növbətçi köməkçisi, ədliyyə mayoru Şahid4 da növbədə olduğu üçün ona verilmiş məlumat əsasında həmin xüsusi otağa gəlmişdir. Həmin vaxt Amil Abışov həmin 07 ədəd sellofan bükümlərdə, narkotik vasitəyə oxşar kütlələrdən məlumatının olmadığını bildirmişdir. Bundan sonra bu barədə müəssisə rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən qanuni qaydada sənədləşdirmə aparılması barədə göstəriş verilmişdir. Bundan sonra isə baxışda iştirak etmək üçün 2 nəfər hal şahidi qismində X11 cəza çəkən 2 nəfər məhkumu, yəni X10 və X5 dəvət etmiş, həmin hal şahidlərinə Azərbaycan Respublikasının CPM-nin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, onlardan Amil Abışovu tanıyıb-tanımadıqları, onunla hər hansı bir ədavət və düşmənçiliklərinin olub-olmadığı soruşulmuşdur. Onlar da Amil Abışovu tanımadıqlarını, onunla hər hansı bir qohumluqlarının, ədavət və düşmənçiliklərinin olmadığını bildirmişlər. Bundan sonra baxışda iştirak edən şəxslərə baxışın keçirilməsinin səbəbi izah edilmiş, baxışda Amil Abışovun özü də şəxsən iştirak etmiş, Amil Abışova göndərilmiş sovqatın içərisindən aşkar olunan narkotik vasitələrə oxşar kütlələr onlara da təqdim edilmiş, hal şahidləri də sovqatın içərisindən aşkar olunan şübhəli, narkotik vasitələrə bənzər bükülüləri görmüşlər. Bundan sonra sovqatın içərisindən aşkar olunan vasitələr, Şahid4, Şirxan Abdurrahmanov, Amil Abışov, hal şahidləri, yəni məhkumlar X4 və X3 iştirakları ilə kağız zərfdə qablaşdırmış, zərf iştirakçılar, yəni Şahid4, Şirxan Abdurrahmanov, hal şahidləri və onun tərəfindən imzalanmışdır. Bununla bağlı tərəfindən protokol tərtib edilmiş, protokolu hal şahidləri X10, X8, iştirakçılar Şahid4 və Şahid2 imzalamışlar. Amil Abışov da protokolla tanış olaraq imza etmişdir. Bundan sonra narkotik vasitələrə bənzər maddələr ekspertizaya təqdim edilmiş, ekspertiza tədqiqatından sonra müəyyən edilmiş ki, həmin vasitələr 05 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1.42 qram, 0.84 qram, 0.61 qram, 0.96 qram, 0.77 qram olmaqla, ümumi təmiz çəkisi 4.60 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4.322 qram olan maddənin xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1.253 qram olan maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmişdir. Bundan sonra Şəki ŞRPŞ-nə narkotik vasitənin keçirilməsi ilə bağlı məlumat verilmiş və toplanmış material qanuni tədbir görülməsi üçün narkotik vasitələrlə birgə Şəki ŞRPŞ-nə göndərilmişdir. Bundan başqa o, ifadəsində X15 Şəki ŞRPŞ-nin İstintaq Bölməsi tərəfindən verilmiş sorğuya əsasən həmin vaxt çəkilmiş, əldə edilməsi mümkün olan bütün görüntüləri, X12 kamera görüntülərini istintaqa təqdim etdiyini, gün ərzində X15 çoxlu sayda sovqat və banderol gətirildiyini, onların hər biri ayrı-ayrılıqda yoxlanıldığını, ilkin yoxlama zamanı bəzən şübhəli əşyalar müəyyən olunsa da, sonradan həmin əşyaların qanunsuz olmadığının müəyyən edildiyini, hər bir əşya yoxlanılarkən hal şahidlərinin dəvət edilməsinin iş rejimin pozulmasına və vaxtın hədər olmasına səbəb olduğunu, ona görə də məhkuma gətirilən sovqata baxış keçirdikdə həmin sovqatın və ya banderolun içərisində şübhəli əşya və ya vasitə olmasına əmin olduqdan sonra hal şahidlərini də baxışa dəvət etdiklərini, Vüsal Zeynalova tərəfindən Amil Abışova ilk dəfədir sovqat göndərildiyini, həmin əməliyyat məlumatı tam məxfi olduğuna görə bu barədə tam və ətraflı məlumat verə bilmədiyini, lakin əməliyyat məlumatında Amil Abışova yaxın zamanlarda göndəriləcəyi sovqatın içərisində narkotik vasitə olması barədə məlumatlar olduğunu, həmin məlumatda Amil Abışova keçmiş həyat yoldaşının adından göndəriləcəyi, özünün xəbəri olmadığını, konkret olaraq kim tərəfindən göndəriləcəyi barədə məlumat olmadığını, narkotik vasitə faktı aşkar edildikdən sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 narkotik vasitədən məlumatının olmadığının müəyyən edildiyini, sonradan daxil olmuş əməliyyat məlumatında X38 Quliyevə işlədiyi ayaqabı sexindən istifadə etməklə ayaqqabının daban hissəsinə narkotik vasitələri xüsusi olaraq gizlədərək həmin ayaqqabıları Şahid1 verməsi barədə məlumatlar əldə edildiyini, həmin narkotik vasitələrin xüsusi üsulla, yalnız ayaqqabının təmiri ilə məşğul olan şəxs tərəfindən yerləşdirilməsinin mümkün olduğunu, çünki həmin narkotik vasitələr daban hissəsinə xüsusi olaraq yerləşdirildikdən sonra ustalıqla içlik hissəsi ilk baxışda həmin daban hissəsində hər hansı bir əşyanın olması müşahidə olunmayacaq dərəcədə işləndiyini, həmin videomüşahidə kamerasında texniki problemlər olduğundan saatı bir qədər geridə qaldığını, baxışın 14:30 radələrində deyil, saat 15:45 radələrində olduğunu, sovqata ilkin baxışın nəzarətçilər tərəfindən keçirildiyini, şübhəli hər hansı bir əşya aşkar edildikdə ona və digər səlahiyyətli şəxslərə məlumat verildiyini, həmin vaxt ilkin baxışı Şahid3 ilə Şahid2 keçirsə də protokol tərtib olunan zaman Şahid3 digər xidməti vəzifənin yerinə yetirilməsi ilə əlaqədar olaraq baxışda iştirak etmədiyini, buna görə Şahid3 adının baxış protokolunda qeyd edilmədiyini, ayaqqabının sol tayında 04 ədəd sellofan büküm, yəni 01 ədəd sellofan bükümdə 1.42 qram, 01 ədəd sellofan bükümdə 0.84 qram, 01 ədəd sellofan bükümdə 0.61 qram və 01 ədəd sellofan bükümdə 0.96 qram narkotik vasitə marixuananın, sağ tayında 03 ədəd sellofan büküm, yəni 01 ədəd sellofan bükümdə 0.77 qram narkotik vasitə marixuana, 01 ədəd sellofan bükümdə 4.322 qram narkotik vasitə tiryək və 01 ədəd sellofan bükümdə 1.253 qram narkotik vasitə heroinin aşkar edilərək götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X12 baş inspektoru, rəisin növbətçisi, köməkçisi vəzifəsində işləyir, ədliyyə mayorudur. 08 aprel 2021-ci il tarixdə Amil Abışova göndərilmiş sovqat X15 daxil olmuş, sovqata X12 X33 böyük nəzarətçisi, kiçik gizir Şahid3 və nəzarətçi, ədliyyə kiçik giziri Şahid2 tərəfindən baxış keçirmiş, gələn sovqatlara baxış keçiriləndə sovqat göndərilən məhkumun özünün də iştirakının təmin olması nəzərdə tutulduğu üçün baxışda X11 cəza çəkən Amil Abışov da iştirak etmişdir. Baxış zamanı sovqatın içində olan 01 cüt ayaqqabının hər iki daban hissəsində xüsusi olaraq gizlədilmiş 07 ədəd sellofan bükümlərdə, narkotik vasitəyə oxşar kütlələrin olması müəyyən edilmiş, bu barədə ona məlumat verilmiş, məlumat ilə əlaqədar olaraq baxış keçirilən otağa gəldikdə otaqda Şahid3, Şahid2, məhkum Amil Abışov və X11 əməliyyat şöbəsinin rəisi Elxan Hacıyəhyayev olmuş, onlar ayaqqabıların içliyinin aralayıb daxilində gizlədilmiş narkotik vasitələri ona göstərmişlər. Daha sonra isə hal şahidi qismində baxışda iştirak etmək üçün X11 cəza çəkən X10 və X8 dəvət edilmiş, onlar gəldikdən sonra Amil Abışova göndərilmiş sovqatın içərisindən aşkar olunan narkotik vasitələrə oxşar kütlələr onlara da təqdim edilmişdir. Bundan sonra sovqatın içərisindən aşkar olunan narkotik vasitələr kağız zərfdə qablaşdırılaraq götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Ona məlumat verildikdə artıq narkotik vasitələr aşkar olunmuş, o, baxış keçirilən otağa gəldikdə ayaqqabıların içliyi aralanmış vəziyyətdə olmuş və bükümləri görmüşdür. Hal şahidləri ondan sonra gəlmiş və artıq aşkar olunmuş narkotik vasitələrin olunması faktını təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X12 rejim nəzarətçisi şöbəsində xidmət edir, ədliyyə kiçik giziridir. 08 aprel 2021-ci il tarixdə Amil Abışova həyat yoldaşı Şahid1 adından X17 göndərilmiş sovqat X15 daxil olmuş, əvvəldən sovqatın gələcəyi barədə məlumat olduğundan sovqata xüsusi diqqətlə yanaşılmışdır. Baxışı X12 X33 böyük nəzarətçisi, kiçik gizir Şahid3 ilə birlikdə keçirmişlər. Baxış keçirilən zaman Amil Abışovun iştirakı da təmin olunmuş, baxış zamanı Amin Abışova göndərilmiş 01 ədəd kağız qutunun içərisində 01 cüt ayaqqabı, 01 ədəd şalvar, kofe və digər əşyaların olması müəyyən edilmişdir. Həmin əşyalara ayrı-ayrılıqda baxış keçirən zaman 01 cüt ayaqqabının hər iki daban hissəsində xüsusi olaraq gizlədilmiş 07 ədəd sellofan bükümlərdə, narkotik vasitəyə oxşar kütlələrin olması müəyyən edilmiş, faktla əlaqədar dərhal X12 Əməliyyat Şöbəsinin rəisi Elxan Hacıyəhyayevə və baş inspektor Şahid4 məlumat verilmiş, baxışda iştirak edən məhkum Amil Abışov narkotik vasitələrdən məlumatının olmadığını qeyd etmişdir. Daha sonra baxış keçirilən Elxan Hacıyəhyayev və ardınca Şahid4 gəlmiş, hər ikisinə ayaqqabılardan aşkar olunan narkotik vasitələr nümayiş etdirilmiş və daha sonra hal şahidləri dəvət olunmuşdur. Hal şahidi qismində müəssisədə cəza çəkən X10 və X8 baxış keçirilən otağa gəlmiş, hal şahidlərinə Azərbaycan Respublikasının CPM-nin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, baxışın keçirilməsinin səbəbi izah edilmiş, baxışda Amil Abışov şəxsən iştirak etmişdir. Bundan sonra Amil Abışova göndərilmiş sovqatın içərisindən aşkar olunan narkotik vasitələrə oxşar kütlələr hal şahidlərinə də təqdim edilmiş, hal şahidləri də sovqatın içərisindən aşkar olunan şübhəli, narkotik vasitələrə bənzər bükülüləri görmüşlər. Bundan sonra sovqatın içərisindən aşkar olunan narkotik vasitələr kağız zərfdə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Narkotik vasitələri aşkar edəndə otaqda, o, Şahid3 və Amil Abışov olmuş, Elxan Hacıyəhyayev, Şahid4, Səhrab Məlikov və Süleyman Abdullayev baxış keçirilən otağa sonradan gəlmiş və onların hər birinə ayrı-ayrılıqda aşkar olunan narkotik vasitələr nümayiş etdirilmişdir. Amil Abışov özünü normal aparıb, xəbəri olmadığını bildirmişdir. Baxış təxminən saat 15:30 radələrində keçirilmiş, lakin aktın nə vaxt yazılması dəqiq yadında deyil. Hesab edir ki, akt əvvəlcədən, yəni aşkar olunan vaxt tərtib olunmuşdur. Aktda narkotik vasitələrin dəqiq miqdarının göstərilməsi, ekspert rəyindən köçürülməsi ilə əlaqəlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Amil Abışov ilə 2009-cu il tarixdə ailə həyatı qurmuş, həmin evlilikdən bir övladı vardır. Amil Abışov ilə 2010-cu il tarixdə boşanmış, boşandıqdan sonra onunla əlaqəsi olmamışdır. Amil Abışov övladı ilə arabir zəng edib danışmış, lakin ona bir neçə dəfə zəng etsə də, o, cavab verməmişdir. Amil Şəki türməsindən zəng edib bir nəfər tanışının ona ayaqqabı, şalvar göndərmək istədiyini, həmin əşyaların çatdırılmasında ona köməklik göstərməsini xahiş etmişdir. 01 aprel 2021-ci il tarixdə Amil yenidən zəng edib mobil nömrəsini bir nəfər tanışına verdiyini, həmin şəxsin sabah ona ayaqqabı, şalvar verəcəyini deyib həmin əşyaları ona göndərməsi xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona zəng edib onda Amilə çatası əşyalar olduğunu demiş, onlar Mingəçevir şəhərində olan “İki qardaş” uşaq geyimləri mağazasında 02 aprel 2021-ci il tarixdə, saat təxminən 12-də görüşmüş, Nurlanın ona 02 ədəd sellofan paket vermiş və getmişdir. Torbaların içərisinə baxmış, birinci torbada ayaqqabı qutusu olduğunu hiss etmiş, qutunu azca araladıqda həqiqətən də içərisində ayaqqabı olduğunu, ikinci torbaya baxdıqda isə orada 01 ədəd qara rəngli şalvar və 1 blok West markalı siqaret olduğunu görmüşdür. Mağazadan bir neçə kofe və bir neçə ədəd şirniyyat alaraq təxminən saat 02-də X25 getmiş, həmin əşyaları poçt vasitəsilə Amilə çatması üçün Şəki rayonunda yerləşən türməyə göndərmişdir. Poçtun işçisi ayaqqabını qutuda göndərməyin mümkün olmadığını deyib, qutudan çıxarmış, həmin vaxt ayaqqabılar keyfiyyətli və gözəl göründüyündən poçt işçisi bahalı ayaqqabıya oxşadığını bildirmiş, o, isə özünün almadığını demişdir. Daha sonra çıxıb evə getmişdir. Həmin günün axşamı Amil yenidən zəng etdikdə ona sovqatı göndərdiyini bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə azadlıqdan məhrum edilmiş və hazırda Ədliyyə Nazirliyi X11 cəza çəkir. Onu müəssisənin əməkdaşları hal şahidi qismində baxış keçirilməsində iştirak etmək üçün dəvət etmiş, o isə razılıq vermişdir. Baxış keçirilən xüsusi otağa daxil olduqda orada müəssisənin əməkdaşlarından 3-4 nəfər olduğunu görmüş, lakin orda olan şəxsləri tanımamışdır. Ona hüquq və vəzifələri izah edildikdən sonra baxışda iştirak etmişdir. Onlar otağa daxil olanda artıq narkotik vasitələr olan sellofan bükülülər masanın üzərində olmuş, həmin vaxt orada olan ayaaqabıları onlara göstərərək narkotik vasitələrin həmin ayaqqabıların dabanından aşkar olunduğunu bildirmişlər. Lakin onlar sözügedən narkotik vasitələr olan sellofan bükülülərin ayaqqabıdan aşkar olunmasını görməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Səhrab Məlikməmməd oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X12 08.04.2021-ci il tarixli məlumat məktubunda qeyd edilmişdir ki, X11 cəza çəkən X6 adına ünvan 3 ünvanında yaşayan Şahid1 adlı şəxs tərəfindən göndərilmiş sovqata həmin müəssisənin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda keçirilmiş baxış zamanı sovqatın içərisində olan bir cüt ayaqqabının hər iki daban hissəsinə xüsusi üsulla gizlədilmiş 7 ədəd sellofan bükülüdə narkotik vasitə - 1.253 qram heroin, 4.322 qram tiryək və 4.60 qram marixuana aşkar olunaraq götürülmüşdür. (İ cild, iş v. 5) 08.04.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, X6 adına ünvan 3 ünvanında yaşayan Şahid1 tərəfindən göndərilmiş sovqatın içərisində olan bir cüt ayaqqabının hər iki daban hissəsindən aşkar olunaraq götürülmüş narkotik vasitələr X12 əməkdaşları Şahid4 və Şahid2 tərəfindən, həmin müəssisədə cəza çəkən məhkumlar Səhrab Məlikov və Süleyman Abdullayev hal şahidi qismində dəvət edilməklə, onların iştirakı ilə kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. (İ cild, iş v. 11) "xxxx" MMC X26 qeydə alınmış 02.04.2021-ci il tarixli poçt göndərişinə (bağlama qəbulu) aid qəbzin surətindən müəyyən edilir ki, Şahid1 02.04.2021-ci il tarixdə, saat 15:27-də həmin Poçt Filialından X11 cəza çəkən X6 adına bağlama göndərmişdir. (İ cild iş v. 231) “Baxış keçirilməsi haqqında” 25.05.2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, X9 istintaqa təqdim edilmiş, həmin müəssisədə cəza çəkən X6 adına daxil olmuş sovqatın yerləşdirildiyi qutuya və digər əşyalara baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmişdir ki, qutunun üzərində “kimdən” sözünün qarşısında Şahid1, “haradan” sözünün qarşısında “Mingəçevir şəhəri, D.Əliyeva 16-36” sözləri, “kimə, hara” sözlərinin qarşısında “X32, Şəki Türməsi, Şəki şəhəri" sözləri yazılmışdır. Həmin qutunun digər üzündə yapışdırıcı lentlə kağızın yapşıdırılması müəyyən edilmişdir. Həmin kağızın üzərində “Mingəçevir, D.Əliyeva 16-36, X32” sözləri, kağızın aşağı hissəsində möhür vurulması, möhürün üzərində “Azərbaycan, AZ 4500, 02.04.2021, Mingəçevir MXŞ” sözləri yazılması, digər üzərində isə "BB017409514AZ" sözləri, qəbul yeri Mingəçevir PK, çəkisi 3210" sözləri olması müəyyən edilmişdir. X9 daxil olmuş bir cüt ayaqqabıya baxış keçirən zaman isə həmin ayaqqabının üzərinin nahamar formada, üzərinin təmiz, qara rəngli, içliyinin çıxarılmış formada olması və daban hissəsinin açıq aşkar görülməsi müəyyən edildi. Həmin ayaqqabının daban və içlik hissəsinə baxış zamanı narkotik vasitələrin, həqiqətən də, peşəkarlıqla oraya yerləşdirildikdən sonra içlik hissəsin təmir edilməsi, yalnız bunu ayaqqabı təmiri ilə məşğul olan və bu sahədə biliklərə malik olan şəxs tərəfindən edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bundan sonra isə həmin ayaqqabı sellofan torbaya qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. (İİ cild iş v. 50-54) “Mobil telefona baxış keçirilməsi haqqında” 10.04.2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şahid1 istifadəsində olan mobil telefonun proqramında müxtəlif mobil nömrələrin olması müəyyən edilmişdir. Həmin nömrələrin içərisində (050) ***-**-** mobil nömrəsindən ona 02.04.2021-ci il tarixdə, saat 11:40, 12:01, 12:02 və 12:04 radələrində zəng edilməsi müəyyən edilmişdir. Həmin danışıqlara baxış keçirdikdə birinci zəngdə 54 saniyə, ikinci zəngdə 13 saniyə, üçüncü zəngdə 15 saniyə, dördüncü zəngdə isə 02 saniyə danışığın olması müəyyən edilmişdir. Baxış zamanı Şahid1 həmin zənglər zamanı Təqsirləndirilən şəxs ilə danışdığını, ona “İki qardaş” geyim mağazasında olduğunu bildirdiyini, sonuncu zəngdən sonra isə Nurlanın həmin mağazaya gəldiyini, təxminən, bir neçə dəqiqə sonra, yəni 12:10 radələrində isə Nurlandan həmin sellofan torbaları götürdüyünü bildirmişdir. Həmçinin, baxış zamanı Şahid1nin mobil nömrəsindən 08.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olduğu ehtimal edilən (050) ***-**-** mobil nömrəsinə zəng edildiyi müəyyən edilmişdir. Şahid1 həmin gün Amil Abışovun qardaşı Cabbar Abışovun onların evinə gəldiyini və göndərilən sovqatın içərisindən narkotik vasitə aşkar olunduğunu bildirməsindən sonra həmin mobil nömrəni axtaran zaman əlinin toxunmasına görə zəng getdiyini və dərhal söndürdüyünü bildirmişdir. Bundan başqa 02.04.2021-ci il tarixdə, saat 15:22-də (02424) 5-21-54 nömrəsindən və saat 18:33-də (012) ***-**-** nömrəsindən Şahid1 məxsus mobil nömrəyə zəng gəldiyi müəyyən edilmişdir. Baxış zamanı Şahid1 (02424) 5-21-54 mobil nömrəsindən Amil Abışov zəng edən zaman telefona cavab vermədiyini, Amilin Abışovun 18:33-də yenidən zəng etdiyini və sovqatı göndərib-göndərmədiyini soruşduğunu, o da göndərdiyini dediyini bildirmişdir. Baxış zamanı Şahid1 məxsus mobil nömrə ilə (012) ***- **-** mobil nömrə arasında 01 dəqiqə 31 saniyə danışığın olması müəyyən edilmişdir. Baxış zamanı 02.04.2021-ci il tarixdə yalnız 3 dəfə zəng gəlməsi, yəni (012) ***-**-** nömrəsindən, (02424) 5-21-54 mobil nömrəsindən və (050) ***-**-** mobil nömrəsindən zəng gəlməsi müəyyən edildi. Bundan sonra telefon tarixçəsinə, mobil telefonun digər proqramlarına ayrı-ayrılıqda baxış keçirilmiş, lakin qeyd olunanlardan başqa iş üçün əhəmiyyət kəsb edəcək xüsusatlar aşkar edilməmişdir. (İ cild iş v. 63-67) “Diskə baxış keçirilməsi haqqında” 10.04.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair diskə baxış keçirilərkən “505307634 sms.txt” adlı fayl açıldıqda içərisində iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. “**********34.txt” adlı fayl açıldıqda içərisində Şahid1 ifadəsində göstərdiyi kimi, Təqsirləndirilən şəxs onun (055) ***-**-** mobil nömrəsinə 01.04.2021-ci il tarixdə saat 19:48:20-də zəng etməsi və 171 saniyə danışıq olması, həmçinin Təqsirləndirilən şəxs həmin nömrəyə 02.04.2021-ci il tarixdə, saat 11:41-də zəng edərək 55 saniyə danışması, həmin gün saat 12:01-də zəng edib 13 saniyə danışması, saat 12:02-də zəng edib 15 saniyə danışması, saat 12:04-də zəng edib 04 saniyə danışması müəyyən edilmişdir. “abuneciler.xls” və “antenna.xls” adlı fayllar açıldıqda içərisində iş üzrə əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. (İ cild iş v. 79) X12 03.05.2021-ci il tarixli, 17/33-1939 nömrəli sorğuya cavab məktubundan və ona əlavə edilmiş telefon danışıq kartoçkasının surətindən, “Qeydə alınmış telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, X11 cəza çəkən məhkum X32 03.02.2021-ci il tarixdən 16.04.2021-ci il tarixədək olan müddət ərzində (02424) 5-21-57, (02424) 5-21-59 və (02424) 5-21-54 nömrələrindən ayrı-ayrı vaxtlarda (051) ***-**-** mobil nömrəsinə cəmi 14 dəfə zəng vuraraq danışmışdır. X6 telefon danışıq kartoçkasında Şahid1 ifadəsində olan (055) ***-**-** mobil nömrəsinə və Təqsirləndirilən şəxs ifadəsində olan (050) ***-**-** mobil nömrəsinə zənglərin olmaması müəyyən edilmişdir. (İİ cild iş v. 3-4, 111) Şəki Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə mənbəyini, onun digər şəxslərlə cinayət əlaqəsini müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə 01.01.2021-ci il tarixdən 10.04.2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısının, SMS mətnlərinin, anten məlumatlarının, həmçinin, həmin nömrələrin istifadəçiləri barədə məlumatların əldə edilməsi barədə qərar qəbul edilmişdir. (İ cild iş v. 218-219) “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 27.05.2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 02.04.2021-ci il tarixdə ona iki ədəd sellofan torbanın içərisində ayaqqabını və şalvarı əvvəllər tanımadığı Fariz adlı şəxsin verdiyini dediyinə görə, onun dediyi əlamətlərə uyğun 4 nəfər Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, lakin Təqsirləndirilən şəxs bu şəxslərin heç birinin Fariz adlı həmin şəxs olmadığını bildirmişdir. (İİ cild iş v. 89-91) Şəki şəhər-rayon Polis Şöbəsinin 23.06.2021-ci il tarixli müraciətə cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi “Taleh” və “Fariz” adlı şəxslərin kimliyi, onların olduqları yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq hər hansı məlumat əldə edilməmişdir. (İİ cild iş v. 141) “Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında” 10.04.2021-ci il tarixli protokoldan və qeyd olunan protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə saat 21:45-dən başlayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasında Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müdafiəçinin və hal şahidlərinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərində daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və onun müdafiəçisi də protokola imza etmişlər. (İ cild iş v. 107-115) “Baxış keçirilməsi haqqında” 12.04.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 10:15-dən başlayaraq Təqsirləndirilən şəxs atası Elxan Quliyevin işlətdiyi, Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “Elmanado” ayaqqabı təmiri və satışı mağazasına baxış keçirilmiş, baxış zamanı həmin mağazadan ayaqqabı tikilməsi və təmiri zamanı istifadə edilən 1 ədəd içlik, 2 ədəd ayaqqabı altlığı, 5 ədəd mismar, 1 ədəd balaca içlik, 1 ədəd ip və 3 ədəd yapışdırıcı nümunələri götürülmüşdür. (İ cild iş v. 130-139) Məhkəmə Ekspertizası Mərkəzinin X31 08.04.2021-ci il tarixli, 17/257 nömrəli ekspert arayışından müəyyən olunur ki, üzərində “X6 adına gəlmiş sovqatın içərisindən aşkar olunaraq götürülmüş narkotik...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 05 (beş) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1.42 qram, 0.84 qram, 0.61 qram, 0.96 qram və 0.77 qr. - ümumi təmiz çəkiləri 4.60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4.322 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Digər 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1.253 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Marixuanaların ümumi təmiz çəkisi - 4.60 qram, tədqiqata sərf edildi – 0.10 qram, qalıq - 4.50 qram. Tiryəkin təmiz çəkisi - 4.322 qram, tədqiqata sərf edildi – 0.100 qram, qalıq 4.222 qram. Heroinin təmiz çəkisi - 1.253 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 1.203 qram. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 107.91 manat təşkil edir). Məhkəmə Ekspertizası Mərkəzinin X31 24.10.2021-ci il tarixli, 17/804 nömrəli ekspert rəyindən müəyyən olunur ki, üzərində “X6 adına gəlmiş sovqatın içərisindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış və imzalar olan zərfin içərisindəki 05 (beş) ədəd sellofan bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1.40 qram, 0.82 qram, 0.59 qram, 0.94 qram və 0.75 qram - ümumi təmiz çəkilər 4.50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4.222 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 1 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 1.203 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 05 (beş) ədəd şəffaf sellofan bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların ümumi təmiz çəkisi - 4.50 qram, tədqiqata sərf edildi – 0.10 qram (hər obyektdən 0.02 qram) qalıq - 4.40 qram. Tiryəkin təmiz çəkisi - 4.222 qram, tədqiqata sərf edildi – 0.100 qram, qalıq 4.122 qram. Heroinin təmiz çəkisi - 1.203 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 1.153 qram. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manat təşkil edir). “Polimer materialların tədqiqi”, “Lifli materialların tədqiqi”, “Metal və daşların tədqiqi” üzrə ekspertizaların 21.06.2021-ci il tarixli, 6/2308-6/2309-6/2310 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 (bir) cüt ayaqqabının altlığının materialı kimyəvi tərkibinə görə müqayisə üçün təqdim olunmuş 2 (iki) ədəd ayaqqabı altlıqlarının materialından fərqlənir. Tədqiqata təqdim edilmiş 1 (bir) cüt ayaqqabının ağ rəngli içliyinin materialı və müqayisə üçün təqdim olunmuş 1 (bir) ədəd ağ rəngli içliyin materialı kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) cüt ayaqqabının qara rəngli yarımiçliyinin materialı və müqayisə üçün təqdim olunmuş 1 (bir) ədəd qara rəngli yarımiçliyin materialı kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) cüt ayaqqabıda olan yapışdırıcı maddə izləri kimyəvi tərkiblərinə görə müqayisə üçün təqdim olunmuş 3 (üç) ədəd butulkada olan yapışdırıcı maddələrdən fərqlənirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qara rəngli ip müqayisə üçün təqdim olunmuş 1 (bir) ədəd qara rəngli ayaqqabı tayından götürülmüş ip nümunəsi ilə rənglərinə görə uyğun olub, lakin təbiətinə və tərkibinə görə fərqlənirlər. Təqdim edilmiş ayaqqabılar üzərində mismar aşkar edilmədiyi üçün müqayisəli tədqiqat aparılmamışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 240.00 manat təşkil edir). (İİ cild iş v. 142-145) Məhkəmə-narkoloji ekspertizasının 14.06.2021-ci il tarixli, 695 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ cild iş v. 130) Mingəçevir Ruhi-Əsəb xəstəlikləri Dispanseri tərəfindən verilmiş 20.04.2021-ci il tarixli, 305 nömrəli və 28.04.2021-ci il tarixli, 321 nömrəli müraciətə cavab məktublarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Quliyev X16 Ruhi-Əsəb xəstəlikləri Dispanserində psixiatrik müşahidədə olmamışdır və həmin müəssisəyə müraciət etməmişdir. (İ cild iş v. 220, İİ cild iş v. 47) Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 27.04.2021-ci il tarixli, 562 nömrəli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Quliyev X16 şəhər rayonlararası Narkoloji Dispanserində qeydiyyatda deyildir və həmin müəssisəyə müraciət etməmişdir. (İ cild iş v. 223) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 10.04.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 10.04.2021-ci il tarixdə, saat 21:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild iş v. 91-92) Şəki Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 10.04.2021-ci il tarixdən hesablanmışdır. (İ cild iş v. 173-176) Şəki Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni 10 iyul 2021-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək uzadılmışdır. 21.04.2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild iş v. 216) Mingəçevir şəhər 14 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 19.04.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Quliyev X16 şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, onun himayəsində 2015-ci ildə anadan olmuş X30 və 2016-cı ildə anadan olmuş X18 adlı iki azyaşlı uşağı vardır. (İ cild iş v. 214) Mingəçevir şəhər 14 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun barəsində İcra Nümayəndəliyinə hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. (İ cild iş v. 215) Məhkəmə iş üzrə toplanmış sübutlara cəm halında hüquqi qiymət verərək, işin faktiki hallarını nəzərə alaraq və aşağıda qeyd olunanlara istinad edərək hesab edir ki, CM-nin 29,317-1.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, toplanmış sübutlarla təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməldə onun təqsirini təsdiq etmək mümkün deyil, əksinə toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etmişdir. Bu hal həm ibtidai, həm də məhkəmə istintaqı zamanı toplanmış sübutlarda öz əksini tapmış, onların aradan qaldırılması mümkünsüzdür. İttiham ona görə verilmişdir ki, təqsirləndirilən şəxs qanunsuz olaraq, istehlak miqdarında artıq miqdarda narkotik vasitələri əldə edib, saxlayıb, gəzdirib, daşımış, həmçinin qanunsuz olaraq satmış, eyni zamanda cəzaçəkmə müəssisəsində cəza çəkən məhkuma ötürmüşdür. İttiham tərəfin sübutları ondan ibarətdir ki, təqsirləndirilən şəxs istehlak miqdarından artıq miqdarda narkotik vasitələri qanunsuz əldə edib, saxlayıb, gəzdirib, daşımış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraq məqsədilə həmin narkotik vasitələri cəzaçəkmə müəssisəsində cəza çəkən məhkuma ötürmək üçün məhkumun keçmiş arvadına vermişdir. Məhkəmənin qənaətinə görə ittiham tərəfin iddiaları ziddiyyətli və verdiyi ittiham əsassızdır. Məhkəmə ilk növbədə onu qeyd etmək istəyir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda cinayətin predimeti olan narkotik vasitə barəsində ekspertiza keçirmədən, aşkar olunmuş kütlənin həqiqətən narkotik vasitə olduğunu təsdiq edən mötəbər sübut olmadan təqsirləndirilən şəxsə ittiham vermiş, ittiham aktı da bu qaydada toplanmış sübutlar əsasında təsdiq edilərək cinayət işi ilə birlikdə məhkəməyə göndərilmişdir. Beləliklə, təsdiq olunur ki, şəxs kifayət qədər qanuni əsaslar olmadan təqsirləndirilən şəxs qismində cəlb edilib məhkəmə məsuliyyətinə verilmişdir. İttiham tərəfin iddiasına görə guya təqsirləndirilən şəxs narkotik vasitəni ayaqqabının dabanına özü yerləşdırmişdir. Lakin ittiham tərəfi iddiasını özü də təkzib etmişdir. Məhkəmə qeyd edir ki, ilk növbədə təqsirləndirilən şəxsin əl və qol hərəkətində məhdudiyyət mövcuddur, onun ayaqqabının dabanına nə isə yerləşdirilməsinin mümkünlüyü sübuta yetirilməmiş, bununla bağlı heç bir istintaq hərəkəti icra edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs ilk gündən ayaqqabının olduğu sellofan paketi “Fariz” adlı şəxsin ona verdiyini, ondan əvvəl isə keçmiş qonşusu Taleh adlı şəxsin zəng edib Farizin gətirib ona ayaqqabı və şalvar verəcəyini, özünün də bir blok siqaret alıb paketə qoyub cəzaçəkmə müəssisəsində cəza çəkən Amil adlı şəxsə göndərmək üçün sabiq arvadı Vüsaləyə çatdırmağı deməsini bildirmişdir. İstintaq orqanı özü təqsirləndirilən şəxsin Vüsalə və Amili əvvəllər tanımadığı, eləcə də Vüsalə və Amilin həmin narkotik vasitədən məlumatları olmadığı nəticəsinə gəlmiş, onlar barəsində əməllərində cinayət tərkibi olmaması əsası ilə cinayət işi başlanmasını rədd etmişdir. Belə olan halda, yəni təqsirləndirilən şəxs “Taleh” adlı şəxsin “Fariz” adlı şəxsin vasitəsilə göndərdiyi sellofan paketdəki ayaqqabının dabanından aşkar olunduğu iddia olunan narkotik vasitənin yalnız məhz təqsirləndirilən şəxsə aid olduğu və təqsiri olduğu qənaətinə necə gəlmişdir? Təqsirləndirilən şəxsin özü narkotikdən məlumatı olduğunu inkar etmiş, iş materiallarında heç kimin onun məlumatı olması barədə ifadəsi yoxdur, dolayısı yolla sübuta yetirilməmişdir, bağlamanı cəzaçəkmə müəssisəsinə göndərən və bağlamanın göndərildiyi şəxslər təqsirli olmamış, arada sellofan paketi birindən alıb başqasına verən vasitəçi şəxsin necə təqsirli olduğu isə başa düşülmür. “Taleh” adlı şəxs ümumiyyətlə müəyyən edilməmiş, bir nəfər “Fariz” adlı şəxs müəyyən edilib yoxlanılmış və barəsində cinayət işi başlanması rədd edilmişdir. Əgər şəxs özü narkotikdən məlumatı olmasını inkar edirsə, nə Taleh, nə də Fariz adlı şəxslər müəyyən edilməyərək təqsirləndirilən şəxsin bundan məlumatlı olduğunu demirsə, bağlamanı cəzaçəkmə məntəqəsinə göndərən və bağlamanın göndərildiyi cəzaçəkən şəxs də bunu bildirməyib, hətta təqsirləndirilən şəxsi tanımadıqları deyirlərsə təqsirləndirilən şəxsin narkotikdən məlumatlı olduğu qənaəti haradan ortaya çıxmışdır? Təqsirləndirilən şəxs kimə özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaq istəmiş, kimin yanında hörmət qazanmaq kimi digər şəxsi marağı olmuşdur? Tanınmayan adamın hörmət qazanması necə baş verəcəkdir? İbtidai istintaqın göstərdiklərindən görünür ki, narkotik vasitənin ayaqqabının daban hissəsindən aşkar olunduğu iddia edilib, təqsirləndirilən şəxsin atasının da ayaqqabı hazırlanması sexi və satışı mağazası olması səbəbindən ibtidai istintaq orqanı bu alibinin üzərində dayanmış, cəzaçəkmə məntəqəsinə göndərilən ayaqqabı ilə sexdə və mağazada olan ayaqqabıların, onların mal-materiallarının eyniliyini yoxlayıb araşdırmış, ekspertiza keçirib rəy almış, əksər və əhəmiyyətli uyğunsuzluqlar diqqətsiz buraxılaraq respublika ərazisindəki bu kimi sexlərə eyni yerdən paylanan ayaqqabı içliyinin eyni olmasına istinad edilmişdir. Belə ki, eyniləşdirilən ayaqqabıların materialları, altlıqları, üzlüyü, işlədilmiş iplər, yapışqanlar və s. heç biri uyğun olmamış, hətta mağazada eyni tipli və formalı ayaqqabı müəyyən edilməmiş, yalnız ayaqqabıların içliyinin materialları eynilik təşkil etmişdir. Bu qədər uyğunsuzluğun yalnız içliklə üstələnməsi, digər sadalananlarla da təqsirləndirilən şəxsin ittihamının təkzib olunması heç də ibtidai istintaq orqanının həqiqəti ortaya çıxardığı anlamına gəlmir. Məhkəmə istintaqında səsləndirilən ayaqqabı içliyinin respublikadakı bütün bu kimi sexlərə eyni yerdən paylanması ifadəsinin ittiham tərəfindən təkzib edilməməsi də əhəmiyyətli hesab edilməlidir. Məhkəmə ibtidai araşdırma orqanınin Taleh və Fariz adlı şəxslərin, ümumiyyətlə mövcud olmadığı, Təqsirləndirilən şəxs tərəfindən uydurulduğu qənaətini də uğursuz hesab edir. Ona görə ki, təqsirləndirilən şəxs həmin şəxsləri tanımadığı şəxslər kimi təqdim etməmiş, əsas sima olan Taleh adlı şəxs qonşusu olduğunu bildirmiş, hazırda Rusiya Federasiyasında olub oradan zəng etdiyini demişdir. İbtidai araşdırma orqanı bu halın araşdırmaq əvəzinə təqsirləndirilən şəxs tərəfindən uydurulması qənaətinə gəlməklə, əsassız nəticə hasil etmişdir. Təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilmədiyi həm də maddi sübutun qeyriqanuni yolla əldə olunmasında ifadə olunmuşdur. İş üzrə maddi sübut olan narkotik vasitələr götürülərkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, dabanından narkotik vasitə aşkar olunduğu iddia edilən ayaqqabının olduğu bağlama açılarkən axtarış, baxış və götürülmə qanunun tələb etdiyi nə hal şahidlərinin iştirakı, nə də video çəkilişlə aparılmamışdır. Həmin otaqda video müşahidə olduğu bildirilib çəkiliş lenti təqdim edilsə də orada görünüş son dərəcə qənaətbəxş olmamış, yalnız formada olan şəxsin bədəninin arxa tərəfdən az hissəsi toran şəkildə görünmüş, orda hal şahidlərinin iştirak etmədiyi bir daha təsdiq olunmuşdur. Eyni zamanda müşahidə kamerasının çəkilişi video çəkilişi əvəz edə bilməz, əsasən də ona görə ki, proses iştirakçilarının hüquq vəzifələri və s. əhəmiyyətli prosessual hərəkətlər qanuna uyğun icra edilməmişdir. Cəzaçəkmə müəssisəsində izahatı alınmış hal şahidləri baxış keçirilməsi üçün bağlamanın olduğu otağa daxil olarkən nəinki bağlamanın açıldığını görmüş, hətta onlar gələndə narkotik vasitələr də stolun üstündə olmuş, onlara göstərilib ayaqqabının daban hissəsindən aşkar edildiyi bildirilmişdir. İbtidai istintaq və məhkəmə istintaqında da hal şahidləri eyni cür ifadələr vermişdir. Bu qaydada aşkar edilmiş narkotik vasitənin təqsirləndirilən şəxsə aid olduğunu demək qanunun normalarına əhəmiyyətsiz yanaşmaqdan başqa şey deyildir. X41 Şahid1 tərəfindən göndərilən poçt bağlamasının içərisində narkotik vasitə olması barədə əməliyyat məlumatının olduğu iddia edildiyi halda bağlamanın cinayət prosessual pozuntu ilə yəni, video çəkiliş və ya hal şahidinin iştirakı olmadan keçirilməsi narkotik vasitənin həqiqətən aşkar olunmasına şübhələr yaratmışdır. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non necanti insumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. CPM-nin 1-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda göstərilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-nin 234.2 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, ittihamın təsdiqi kimi məhkəməyə təqdim edilmiş sübutlar isə ziddiyyətli və şübhəlidirlər. CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olması barədə tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlir. CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və X22 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmadı. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik presumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı CM-nin 234.2-ci və 29,317-1.1-ci maddələri ilə təqsiri sübuta yetirilməmiş Təqsirləndirilən şəxs ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İnsan Hüquqlarının və X22 Haqqında Konvensiya (bundan sonra Avropa Konvensiyası) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəaları Azərbaycan Respublikasının ərazisində müvafiq surətdə tətbiq edilməlidir. Avropa Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən, Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X22 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və X22 haqqında” Avropa Konvensiyasının müddəalarına və Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Cinayət işi üzrə məhkəmənin gəldiyi nəticə sübutlarla əlaqədar olduğundan Avropa Məhkəməsinin həmin məsələlərlə bağlı presedentlərinə müraciət edilmişdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsi Korbely Macarıstana qarşı iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ethiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı o, cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Avropa Məhkəməsinin Barbera, Messegue və Yabardo İspaniyaya qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafıq yəni, qanuni yolla əldə olunmalıdır. Eyni zamanda məhkəmə həmin qərarında onu da qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Təqsirləndirilən şəxsə CM-nin 234.2-ci və 29,317-1.1-ci maddələri ilə verilmiş ittiham, qanuna uyğun yolla və kifayət edən həddə əldə edilmiş sübutlar üzərində qurulmamışdır. Ona görə də həmin sübutlara görə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarıla bilməz. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci və 29,317-1.1-ci maddələri ilə bəraət verilməsi ilə eyni vaxtda onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, CPM-nin 356.5-ci maddəsinə əsasən cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq, qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon X36 Hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr - təmiz çəkisi 4.40 qram olan marixuana, təmiz çəkisi 4.122 qram olan tiryək, təmiz çəkisi 1.153 qram olan heroin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs(lər), narkotik vasitələrin əldə olunma mənbəyi müəyyən edilənədək Şəki şəhər-rayon X36 Hissəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon X36 Hissəsində saxlanılan 1 cüt ayaqqabı, 1 ədəd poçt qutusu, baxış zamanı götürülmüş 1 ədəd ağ rəngli ayaqqabı içliyi və 1 ədəd qara rəngli ayaqqabı yarımiçliyi Şəki şəhər-rayon X36 Hissəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 196.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı çəkilən xərclər cinayət prosesini həyata keçirən orqan tərəfindən öz təşəbbüsü ilə və ya bu Məcəllənin 196.1-ci maddəsində göstərilən şəxslərin ərizələri üzrə cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda ödənilməlidir. Göstərilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti və ya cinayət təqibi üzrə təqsirli bilinmiş şəxsin (şəxslərin) hesabına ödənilir. Həmin Məcəllənin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunanlara əsasən ekspertiza xərci olan cəmi 417.01 manat dövlət büdcəsi hesabına aid edilməlidir. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının CPM-nin 344-349, 350, 352-353, 356, 357, 358, 384, 42.1, 42.1.4-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 29,317-1.1-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış Təqsirləndirilən şəxs onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon X36 Hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr - təmiz çəkisi 4.40 qram olan marixuana, təmiz çəkisi 4.122 qram olan tiryək, təmiz çəkisi 1.153 qram olan heroin, 1 cüt ayaqqabı, 1 ədəd poçt qutusu, baxış zamanı götürülmüş 1 ədəd ağ rəngli ayaqqabı içliyi və 1 ədəd qara rəngli ayaqqabı yarımiçliyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs(lər), narkotik vasitələrin əldə olunma mənbəyi müəyyən edilməsi üçün Şəki şəhər-rayon X36 Hissəsində saxlanılsın. Ekspertiza xərci olan cəmi 417.01 manat dövlət büdcəsi hesabına aid edilsin. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar