Məhkəmə qərarları › İş №1(075)-76/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-76/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-76/2023 24.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, Ağər Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, bundan sonra Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, tutulan günə kimi ünvan 2mış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə, ümumi təmiz çəkisi 47,373 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, 26 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Cümə» məscidinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X3 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 16:29 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins gödəkçənin sol iç cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf rəngli sellofan bükümdə, ümumi təmiz çəkisi 47,373 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə olan tiryəkdən istifadə edir. 3-4 ay əvvəl, təxminən 2023-cü ilin yanvar ayında dostunu görmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində yerləşən Montin bazarının yaxınlığındakı kafedə oturub çay içən vaxt yaxınlıqdakı stolda oturmuş bir nəfər kişi ilə təsadüf tanış olmuşdur. Onun adı Tahir olmuşdur. Birlikdə çay içib söhbət edən zaman Tahir ona, üstündə tiryək olduğunu və satmaq istədiyini bildirmişdir. O, Tahirdən tiryəki neçəyə satdığını soruşduqda, sonuncu ona bir ədəd sellofan bükülüdəki tiryəki göstərib hamısını 150 manata satdığını bildirmişdir. O, tiryəkdən arabir istifadə edirdi. Fikirləşmişdir ki, həmin tiryəki alıb Şəki şəhərində münasib bir yerdə gizlədib, ürəyi istəyəndə arabir istifadə edər. Özünü Tahir kimi təqdim etmiş şəxsə 150 manat verib sellofan bükülüdə olan tiryəki götürüb Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə gələndən sonra «Köhnə bazar» deyilən ərazinin yaxınlığından keçən «Qurcana» çayının kənarına çəkilmiş hasardan daş çıxarıb həmin tiryəki orada gizləmişdir. Ürəyi istəyəndə gizlətdiyi tiryəkin üstündən bir qədər götürüb çaya qatıb istifadə edib, qalan hissəsini yenidən həmin yerdə gizlədirdi. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində gizlətdiyi yerdən tiryəki götürüb əynindəki cins gödəkçənin sol iç cibinə qoymuşdur ki, üstündən bir az götürüb istifadə etsin. Şəki şəhərindəki «Köhnə bazar» deyilən ərazidə yerləşən Cümə məscidinin yaxınlığından keçmək istəyən zaman iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə Polis Şöbəsinə getməsini bildiklərindən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Bundan sonra vəkillə təmi olunduqdan sonra, videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçiriləcəyini bildirilmiş və o, da etiraz etməmişdir. Baxış zamanı əynindəki göy rəngli cins gödəkçənin sağ iç cibindən «Nokia» markalı mobil telefonunu, gödəkçənin sol iç cibindən içərisində tiryək olan sellofan bükülünü və siqareti çıxarıb stolun üstünə qoyub təhqiqatçıya üstündə başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı üstünü axtarmış, heç nə aşkar olunmamışdır. O, üzərində çıxmış əşyaların hamısının ona məxsus olduğunu, sellofan bükülüdəki maddənin tiryək olduğunu, özü istifadə etmək üçün Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. O, özünü Tahir kimi təqdim etmiş şəxslə əvvəllər görüşməmişdir. Həmçinin o, əvvəllər də istifadə etdiyi narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. O, narkotik vasitə istifadə edir, digər formada kiməsə verməmiş və belə bir məqsədi də olmamış, həmin tiryəki özü qəbul etmək üçün əldə etmişdir. Bundan başqa o, göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə yaxud təsirə məruz qalmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Şəki Şəhər- Rayon Polis Şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. “Asif” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitə qəbul etməsi və saxlaması barədə 26 aprel 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zaman, “Asif” adlı şəxsin, xx xxxxxx 1980-cı il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumat Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 tərəfindən rəsmiləşdirilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, həmin qrupa rəhbərlik etmək Şahid2 həvalə edilmişdir. Həmin gün saat təxminən 15 radələrində Şahid2la birlikdə əməliyyat tədbirləri keçirən zaman Şəki şəhərində, 20 yanvar küçəsində yerləşən Cümə məscidinin yaxınlığından Təqsirləndirilən şəxs müəyyən edilib ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, həmçinin ona narkotik vasitə əldə etməsi və saxlayaraq daşıması ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis Şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Təhqiqatçı xidməti iş otağında Asifə hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş və onu vəkillə təmin edilmişdir. Bundan sonra Asifin də razılığı ilə videoçəkiliş aparmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Asifə üstündə olan əşyaları çıxarıb masanın üzərinə qoyulması təklif edilmişdir. Asif də əyniqdəki göy rəngli cins gödəkçənin sağ iç cibindən «Nokia» markalı mobil telefonu, gödəkçənin sol iç cibindən içərisində sellofan bükülünü və siqareti çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Asifin üstünü axtarmış, heçnə aşkar olunmamışdır. Asif mobil telefonu, tiryək olan sellofan bükülünü və siqareti təqdim edib, hamısının ona məxsus olduğunu, sellofan bükülüdəki maddənin tiryək olduğunu, təxminən 3-4 ay əvvəl Bakı şəhərində özü istifadə etmək üçün tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Sellofan bükülü açıb iştirakçılara göstərdikdə bükülünün içərisində narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Həmin maddə zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs ətrafıdnda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, onun üstündən aşkar olunmuş narkotik vasitəni harada və kimlərdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müəvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında 26 aprel 2023-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükümdə içrəsində nakrotik vasitə tiryəkə bənzər kütlələr aşkar edilib götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmışdır. İnvitro MMC-nin xx.xx.2023-cü il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki. Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda “Morfin” , ‘‘Marixuana”, ‘‘Metadon" qəbulu faktı aşkar edilmişdir. “Məhkəmə-kimyəvi” ekspertizanın 27 aprel 2023-c2 il tarixli 17/370 nömrəli rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi subut ….» sözləri, adları və imzaları yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 47,373 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryəkin təmiz çəkisi- 47,373 qr., tədqiqata sərf edildi-0,100 qr., qalıq-47,273 qram təşkil edir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısın” na daxildir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin 11 may 2023-cü il tarixli 374 nömrəli məktubdan görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs «Kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, Asılılıq sindiromu» diaqnozu ilə qeydiyyatdadır. İş üzrə verilmiş əməlliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 3-13-109/12233/2023 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitə qəbul edir. O, cümlədən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman kənar şəxslərin məlumatı və iştiraklarının olmaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş naroktik vasitənin mənbəyini, narkotik maddəni başqa şəxslərə satıbzsatmamasını, digər cinayət əməllərini töpədib-törətməməsini, həmçinin başqa şəxslərlə birlikdə narkotik maddə qəbul edib-etməməsini keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-narkoloji ekspertizanın 15 may 2023-cü il tarixli 855 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəki Rayon Psixatriya xəstəxanasının 11 may 2023-cü il tarixli məktubundan görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. “Ambulator məhkəmə psixiatrik” ekspertizanın 19 iyun 2023-cü il tarixli 364 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik keçirməmiş və hal-hazırda keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri» baxmayaraq o, cinayət törədən vaxt və hazırda öz əməlinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxsun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni Bakı şəhərində “Tahir” adlı şəxsdən almasını bildirsə də əldə etdiyi mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilib həmin xüsusat üzrə cinayət işinin başlanması rəd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı zərfin içərisində ümumi çəkisi tədqiqatdan sonra qalmış 47,273 qram narkotik vasitə olan tiryək iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı məlumat mövcuddur. Belə ki, o, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, bundan sonra o, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi 06 ay azadılmış, Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Şəki şəhər “Topqarağac” məhəllə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şaki şəhəri, S.Mümtaz küçəsi ev 1/3 ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə xarakterizə olunur. Şəki Rayon Məhkəməsinin 1(075)-70/2021 saylı, 28 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 7(075)-277/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki ) gün hissəsi 06 (altı) ay azaldılmışdır. Şəki Rayon Məhkəməsinin 7(075)-83/2022 saylı, 25 may 2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək cəzadan şərti olaraq 2 (iki) ay 2 (iki) gün vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CMnin 18.2.1-ci maddəsinə əsasən onun barəsində cinayətin təhlükəli residivini yaradır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsində nəzərdə tutulmuş Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə-narkoloji ekspertizanın 15 may 2023-cü il tarixli, 855 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan narkotik vasitə olan təmiz qalıq çəkisi 47,273 qram olan tiryək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə də maddi sübut kimi tanındığından, həmin cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, qeyd olunan maddi sübut Şəki ŞRPŞ-də saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 47,273 qram olan tiryək məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2022-ci il tarixli ekspertiza tədqiqatının dəyəri 69,10 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 47.273 qram olan tiryək məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat (altməş doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar