Məhkəmə qərarları › İş №1(075)-76/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-76/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-76/2024 10.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1978-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, yivli odlu silah hesab edilən üzərində olan zavod nömrəsi silinmiş, 9 mm kalibirli Makarov konstruksiyalı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd tapançanı, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, hər birinə 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 02 ədəd darağı və döyüş sursatı hesab edilən, zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. tapançaların ştat patronları olan, həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı 08 ədəd patronları əldə edib özündə saxlayıb, gəzdirərək daşımış, 05 may 2024-cü il tarixdə Şəki Şəhər Rayon X3 Polis Bölməsinin əməkdaşları tərəfindən həmin gün Şəki rayonu, Çayqaraqoyunlu kəndinin girişində saxlanılaraq Şəki rayonu, Turan qəsəbəsi ərazisində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 16:51 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərindəki göy rəngli sellofan torbada olan qara rəngli sellofan torbanın içərisindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, yivli odlu silah hesab edilən üzərində olan zavod nömrəsi silinmiş, 9 mm kalibirli Makarov konstruksiyalı, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd tapança, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdən saz, təyinatı üzrə istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş,hər birinə 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 02 ədəd daraq və döyüş sursatı hesab edilən, 2009-cu ildə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. tapançanın ştat patronları olmaqla, həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı 08 ədəd patronlar patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək bir neçə dəfə müxtəlif müddətlərdə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, 23 dekabr 2021-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 4-cü bəndinə əsasən ona təyin olunmuş azadlıqdan mərhum etmə cəsasının çəkilməmiş 06 ay müddəti azaldılmış və 25 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Tutulmamışdan üç gün əvvəl, yəni 02 may 2024-cü il tarixdə Ağdaş rayonu ərazisindən keçən Qəbələ rayonuna gedən dəmir yolunun kənarından «teksun» yağının qutularını, dəmir qırıqlarını yığmağa getmişdi.Dəmir yolunun kənarındakı zibillik olan əraziyə yaxınlaşanda yerdə bir ədəd qara rəngli sellofan torba olduğunu görmüşdür. Həmin sellofan torbanı yerdən götürüb açanda içərisində 01 ədəd Makarov markalı tapança, tapançanın üzərində içərisində bir ədəd boş daraq və yanında içərisində 08 ədəd patron olan daraq olduğunu görimüşdür. Tapancanı, içərisində patron və boş olan tapançanın daraqlarını sellofanla birlikdə götüb evinə aparıb evdə yatdığı otaqdakı şkafa qoyub gizlətmişdir. Sonradan pulu olmadığı üçün tapdığı həmin tapançanı satmaq qərarına gəlmişdir. 05 may 2024-cü il tarixdə saat 14 radələrində Ağdaş rayonundan çıxıb yol maşınları ilə Şəki rayonu, Çayqaraqoyunlu kəndinin girəcəyində gəlib yolda düşmüşdür. Yolun kənarında dayanıb Oğuz rayonuna getmək üçün maşın gözləyən zaman yanına bir polis maşını gəlmişdir. Həmin vaxtı tapdığı tapança da əlindəki sellofan torbanın içərisində olmuşdur. Bu vaxt Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib kim olduğunu, hardan gəlib-hara getdiyini soruşmuşlar. O, da özünü təqdim edib Ağdaşdaş şəhərindən gəlib Oğuz rayonuna getmək istədiyini demişdir. Sonra polis əməkdaşları ondan əlindəki sellofan torbada nə olduğunu soruşan zaman torbada tapança olduğunu bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu X4 dəvət etdikləri üçün polis əməkdaşlarının avtomobilinə əyləşib onlarla birlikdə Sarıca PB-nə getmişdir. Polis Bölməsinə gəldikdən sonra Təhqiqatçı üstünə videoçəkilişlə şəxsi axtarış aparılacağını və bunun üçün şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. O, şübhəli şəxs qismində saxlanıldıqdan sonra hüquqlarını müdafiə etməsi üçün dövlət büdcəsi hesabına ona vəkil təyin edilmişdir. Vəkil gəldikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunla qadağan edilmiş əşya aşkar edilməmiş. Lakin Təhqiqatçı masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi təklif etdikdə bir ədəd Makarov markalı tapancanı, içərisində 8 ədəd patoron olan bir ədəd darağı və bir ədəd boş olan darağı təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş 1 ədəd tapança, 8 ədəd patronları və bir ədəd boş olan darağı əldə edib saxlamaqda hər hansı məqsədi olmamışdır. O, həmin silahı heç bir yerdə istifadə etməmiş və həmin silahı istifadə etmək üçün heç kimə verməmişdir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, halhazırda Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. 05 may 2024-cü il tarixdə saat 15:20 radələrində Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri, polis serjantı Şahid2 idarə etdiyi Sarıca PB-nə məxsus xidməti Şevrolit markalı, ** PL *** dövlət nömrə nişanlı avtomobildə Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisində birlikdə xidmət aparan zaman həmin kəndin giriş hissəsində xidməti ərazilərinin sakini olmayan bir şəxsin əlində sellofan torba ilə yolun kənarında dayandığını görmüşlər. Şahid2 xidməti avtomobili onun yanında saxlamış və hər ikisi avtomobildən düşüb həmin şəxslə söhbət edən zaman həmin şəxs özünü onlara Ağdaş rayon sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onlarla söhbət özünü çox həyacanlı apardığına görə Anardan əlindəki sellofan torbada nə olduğunu soruşmuşdur.Təqsirləndirilən şəxs əlindəki torbada tapança olduğunu bildirmişdir. Ona görə polis serjantı Şahid2la birlikdə onu X4 dəvət etmişlər. Polis Şöbəsində onun üstünə şəxsi axtarış keçirilməsi Təhqiqat Bölməsinin təhqiqatçısı Xəyal Səlimliyə həvalə edildiyi üçün onu təqiqatçının otağına aparmışlar. Təhqiqatçı həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməkdə iştirak etmək üçün Sarıca PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 də xidməti otağına dəvət etmişdir. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış və onun üzərində şəxsi axtarış aparılacağını və axtarış zamanı video çəkilişdən istifadə ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına özünün könüllü olaraq seçdiyi Şəki Regional Vəkil bürosunun vəkili Müdafiəçi qismində dəvət olunmuşdur. Müfadafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsun üzərində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs bir ədəd tapancanı, bir ədəd içərisində 8 ədəd patoron olan darağı və bir ədəd boş olan daraqları təqdim edib həmin tapançanı, daraqları və patronları üç gün əvvəl Ağdaş rayonundan Qəbələ rayonuna gedən dəmir yolunun kənarındakı zibilik ərazidən dəmir yığan zaman zibilikdən tapdığını, satmaq üçün Oğuz rayonuna apardığını bildirmişdir. Həmin tapança, patronlar və bir ədəd boş olan daraq zərfə qoyularaq qablaşdırılmış, şəxsi axrtarışla bağlı protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 05 may 2024-cü il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindəki göy rəngli sellofan torbada olan qara rəngli sellofan torbadan bir ədəd tapançaya bənzər əşya, içərisində 8 ədəd patron olan bir ədəd darağa və bir ədəd içərisi boş olan darağa bənzər əşya aşkar edilib götürülmüşdür. Məhkəmə ballistik ekspertizasının 06 may 2024-cü il tarixli, 24/899 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 09 mm kalibirli, Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmilərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar, zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x18 mm kalibirli olmaqla, həmin kalibirli Makarov (PM, Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, hər birinə 08 ədəd 9x18 kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağlarıdır, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yaralıdırlar. Ekspermental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİNnin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında sizə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməlliyyat və Statistika İnformasiya İdarəsindən Şəki ŞRPŞ-nə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-12/2-87417/2024 nömrəli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə keçən, texniki cəhətdən saz və atəş üçün yararlı, nömrəsi silinmiş «Makarov» markalı tapança Azərbaycan Respublikası DİN-in Kollegiyasının xx.xx.2019-cu il tarixli, Q5-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərkəzləşdirişmiş kriminal-axtarış uçotlarının təşkili və aparılması barədə» Təlimatın 7-ci bəndinin tələbinə cavab vermədiyi üçün (nömrəsiz) mərkəzləşdirilmiş axtarış uçotları yoxlanılması mümkün olmamışdır. Ağdaş Rayon Mərkəzi Xəstəxana»sı X5 daxil olmuş 31 may 2024-cü il tarixli,18-1- 22/2-772/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Ağdaş Rayon Mərkəzi Xəstəxana»sı X6 polikilinka şöbəsində «isterik tip şəxsiyyət pozuntusu» diaqnozu ilə ruhi qeydiyyatdadır. Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər X2 10 may 2024-cü il tarixli, 319 nömrəli məhkəmə psixiatrik ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs şəxsiyyətin isterik pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq ohəmin xəstəlik əlamətləri, az ifadəli olması səbəbindən o, içtimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və içtimai təhlükəlliyini dərk etmiş və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubilkası CM-nin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxsda hal-hazırda anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 24 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 05 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, bundan başqa Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 09 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən təyin olunmuş azadlıqdan mərhum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmış,xx.xx.2023-cü il tarixldə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-də barəsində aparılan araşdırma üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi təqsirli bilinərək, Azərbaycan Respublikası CPM-nin 40.2 və Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin soyuq silah hesab edilən, 9 mm kalibirli Makarov konstruksiyalı 01 ədəd tapança, 08 ədəd patronlar və 02 ədəd daraqları qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 1(002)-263/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən cəzadan vaxtından əvvəl 05 ay 10 gün azad edilməsi ləğv edilmiş və CM-nin 67.1-ci maddəsilə ona qəti olaraq 02 il 09 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş Şəhər İnzibati Dairtəsi üzrə Nümayəndəliyi tərəfindn verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzadan azad edildiyi vaxtdan iki il keçmədən hazırkı cinayət əməlini törətmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 05 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəki Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 4(075)-38/2024 saylı qərarı ilə onun barəsində əvvəli 05 may 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hazırkı iş üzrə Şəki Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətində daxil edilməklə onun cəzasının əvvəli 05 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Şəki ŞRPŞ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd Makarov konstruksiyalı tapança, 05 ədəd patron və 02 ədəd daraqlar xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (bir) il (06) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli 05 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Şəki ŞRPŞ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd Makarov konstruksiyalı tapança, 05 ədəd patron və 02 ədəd daraqlar xüsusi müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həm də həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar