Məhkəmə qərarları › İş №1(075)-77/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-77/2021

27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-77/2021 27.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X14, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X15, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs5 Firuddin oğlunun və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs6 və onun müdafiəçisi Şəki şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi7, Təqsirləndirilən şəxs7 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə Təqsirləndirilən şəxs : xx.xx.1979-cu il tarixdə Göyçay rayonu Yalman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ehtiyatda olan zabit, əvvəllər Göyçay Rayon Məhkəməsinin 12.06.2018-ci il tarixli hökmü ilə AR CM-nin 263-1.2-ci maddəsi ilə 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş, Göyçay rayonu Yalman kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, 11.02.2021-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, barəsində 12.02.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs : xx.xx.1965-ci il tarixdə Şəki rayonu Baş Kəldək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şəki rayonu Aşağı Kəldək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs : xx.xx.1993-cü il tarixdə Şəki rayonu Oraban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Oraban kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs : xx.xx.1992-ci il tarixdə Şəki rayonu Oraban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Oraban kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs : xx.xx.1977-ci il tarixdə Şəki rayonu Aşağı Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Aşağı Kəldək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs : xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Oğuz rayonu Muxas kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs : xx.xx.1977-ci il tarixdə Şəki rayonu Aşağı Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu Aşağı Küngüt kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən, tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib külli miqdarda və qəsdən, təkrarən, tanışları Təqsirləndirilən şəxs4, X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-ci il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”sı ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin iyul ayı ərzində, Şəki rayonu Aşağı Kəldək kənd yolunun giriş hissəsində, “Toyuq ferması” adlanan ərazinin yaxınlığında, Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində olan, ümumilikdə 26 ədəd ağacın, yəni diametri 54 sm 01 ədəd 1100 manat olan yaş köküstə qoz və 25 ədəd qovaq ağacının yəni, diametri 52 sm olan 01 ədəd 1000 manat, diametri 60 sm olan 01 ədəd 1400 manat, diametri 62 sm olan 01 ədəd 1500 manat, hər biri 1700 manat olmaqla diametri 66 sm olan 02 ədəd cəmi 3400 manat, hər biri 1800 manat olmaqla diametri 68 sm olan 02 ədəd cəmi 3600 manat, hər biri 1900 manat olmaqla diametri 70 sm olan 05 ədəd cəmi 9500 manat, hər biri 2100 manat olmaqla diametri 74 sm olan 02 ədəd cəmi 4200 manat, diametri 76 sm olan 01 ədəd 2200 manat, diametri 80 sm olan 01 ədəd 2400 manat, hər biri 2500 manat olmaqla diametri 82 sm olan 02 ədəd cəmi 5000 manat, diametri 86 sm olan 01 ədəd 2700 manat, hər biri 3000 manat olmaqla diametri 92 sm olan 02 ədəd cəmi 6000 manat, diametri 98 sm olan 01 ədəd 3300 manat, hər biri 3400 manat olmaqla diametri 100 sm olan 02 ədəd cəmi 6800 manat, diametri 104 sm olan 01 ədəd 3600 manat olan yaş köküstə qovaq ağaclarının kəsməsi nəticəsində təbiətə, ümumilikdə 57700 (əlli yeddi min yeddi yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs4, X5 və Təqsirləndirilən şəxs3 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-ci il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”sı ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin sentyabr ayının əvvəllərində, Şəki rayonu X9 mülkiyyətinə aid, həmin kəndin ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman orada olan, 30, 36, 36, 38, 38, 40, 40, 42, 44, 46 sm diametri olmaqla ümumilikdə 10 ədəd köküstə yaş qoz ağacının kəsməsi nəticəsində təbiətə, ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-ci il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”sı ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin iyul ayı ərzində, Şəki rayonu Aşağı Kəldək kənd yolunun giriş hissəsində, “Toyuq ferması” adlanan ərazinin yaxınlığında, Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində olan, ümumilikdə 26 ədəd ağacın, yəni diametri 54 sm 01 ədəd 1100 manat olan yaş köküstə qoz və 25 ədəd qovaq ağacının yəni, diametri 52 sm olan 01 ədəd 1000 manat, diametri 60 sm olan 01 ədəd 1400 manat, diametri 62 sm olan 01 ədəd 1500 manat, hər biri 1700 manat olmaqla diametri 66 sm olan 02 ədəd cəmi 3400 manat, hər biri 1800 manat olmaqla diametri 68 sm olan 02 ədəd cəmi 3600 manat, hər biri 1900 manat olmaqla diametri 70 sm olan 05 ədəd cəmi 9500 manat, hər biri 2100 manat olmaqla diametri 74 sm olan 02 ədəd cəmi 4200 manat, diametri 76 sm olan 01 ədəd 2200 manat, diametri 80 sm olan 01 ədəd 2400 manat, hər biri 2500 manat olmaqla diametri 82 sm olan 02 ədəd cəmi 5000 manat, diametri 86 sm olan 01 ədəd 2700 manat, hər biri 3000 manat olmaqla diametri 92 sm olan 02 ədəd cəmi 6000 manat, diametri 98 sm olan 01 ədəd 3300 manat, hər biri 3400 manat olmaqla diametri 100 sm olan 02 ədəd cəmi 6800 manat, diametri 104 sm olan 01 ədəd 3600 manat olan yaş köküstə qovaq ağaclarının kəsməsi nəticəsində təbiətə, ümumilikdə 57700 (əlli yeddi min yeddi yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və qardaşı Təqsirləndirilən şəxs4 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib külli miqdarda və qəsdən, təkrarən, tanışları Təqsirləndirilən şəxs1, X5 və qardaşı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və qardaşı Təqsirləndirilən şəxs4 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-ci il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”sı ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin iyul ayı ərzində, Şəki rayonu Aşağı Kəldək kənd yolunun giriş hissəsində, “Toyuq ferması” adlanan ərazinin yaxınlığında, Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində olan, ümumilikdə 26 ədəd ağacın, yəni diametri 54 sm 01 ədəd 1100 manat olan yaş köküstə qoz və 25 ədəd qovaq ağacının yəni, diametri 52 sm olan 01 ədəd 1000 manat, diametri 60 sm olan 01 ədəd 1400 manat, diametri 62 sm olan 01 ədəd 1500 manat, hər biri 1700 manat olmaqla diametri 66 sm olan 02 ədəd cəmi 3400 manat, hər biri 1800 manat olmaqla diametri 68 sm olan 02 ədəd cəmi 3600 manat, hər biri 1900 manat olmaqla diametri 70 sm olan 05 ədəd cəmi 9500 manat, hər biri 2100 manat olmaqla diametri 74 sm olan 02 ədəd cəmi 4200 manat, diametri 76 sm olan 01 ədəd 2200 manat, diametri 80 sm olan 01 ədəd 2400 manat, hər biri 2500 manat olmaqla diametri 82 sm olan 02 ədəd cəmi 5000 manat, diametri 86 sm olan 01 ədəd 2700 manat, hər biri 3000 manat olmaqla diametri 92 sm olan 02 ədəd cəmi 6000 manat, diametri 98 sm olan 01 ədəd 3300 manat, hər biri 3400 manat olmaqla diametri 100 sm olan 02 ədəd cəmi 6800 manat, diametri 104 sm olan 01 ədəd 3600 manat olan yaş köküstə qovaq ağaclarının kəsməsi nəticəsində təbiətə, ümumilikdə 57700 (əlli yeddi min yeddi yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən, tanışları Təqsirləndirilən şəxs1, X5 və qardaşı Təqsirləndirilən şəxs4 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-ci il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”sı ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin sentyabr ayının əvvəllərində, Şəki rayonu X9 mülkiyyətinə aid, həmin kəndin ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman orada olan, 30, 36, 36, 38, 38, 40, 40, 42, 44, 46 sm diametri olmaqla ümumilikdə 10 ədəd köküstə yaş qoz ağacının kəsməsi nəticəsində təbiətə, ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və qardaşı Təqsirləndirilən şəxs3 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib külli miqdarda və qəsdən, təkrarən, tanışları Təqsirləndirilən şəxs1, X5 və qardaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və qardaşı Təqsirləndirilən şəxs3 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-ci il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”sı ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin iyul ayı ərzində, Şəki rayonu Aşağı Kəldək kənd yolunun giriş hissəsində, “Toyuq ferması” adlanan ərazinin yaxınlığında, Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində olan, ümumilikdə 26 ədəd ağacın, yəni diametri 54 sm 01 ədəd 1100 manat olan yaş köküstə qoz və 25 ədəd qovaq ağacının yəni, diametri 52 sm olan 01 ədəd 1000 manat, diametri 60 sm olan 01 ədəd 1400 manat, diametri 62 sm olan 01 ədəd 1500 manat, hər biri 1700 manat olmaqla diametri 66 sm olan 02 ədəd cəmi 3400 manat, hər biri 1800 manat olmaqla diametri 68 sm olan 02 ədəd cəmi 3600 manat, hər biri 1900 manat olmaqla diametri 70 sm olan 05 ədəd cəmi 9500 manat, hər biri 2100 manat olmaqla diametri 74 sm olan 02 ədəd cəmi 4200 manat, diametri 76 sm olan 01 ədəd 2200 manat, diametri 80 sm olan 01 ədəd 2400 manat, hər biri 2500 manat olmaqla diametri 82 sm olan 02 ədəd cəmi 5000 manat, diametri 86 sm olan 01 ədəd 2700 manat, hər biri 3000 manat olmaqla diametri 92 sm olan 02 ədəd cəmi 6000 manat, diametri 98 sm olan 01 ədəd 3300 manat, hər biri 3400 manat olmaqla diametri 100 sm olan 02 ədəd cəmi 6800 manat, diametri 104 sm olan 01 ədəd 3600 manat olan yaş köküstə qovaq ağaclarının kəsməsi nəticəsində təbiətə, ümumilikdə 57700 (əlli yeddi min yeddi yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, təkrarən, tanışları Təqsirləndirilən şəxs1, X5 və qardaşı Təqsirləndirilən şəxs3 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-ci il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”sı ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin sentyabr ayının əvvəllərində, Şəki rayonu X9 mülkiyyətinə aid, həmin kəndin ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman orada olan, 30, 36, 36, 38, 38, 40, 40, 42, 44, 46 sm diametri olmaqla ümumilikdə 10 ədəd köküstə yaş qoz ağacının kəsməsi nəticəsində təbiətə, ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-ci il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”sı ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin iyul ayı ərzində, Şəki rayonu Aşağı Kəldək kənd yolunun giriş hissəsində, “Toyuq ferması” adlanan ərazinin yaxınlığında, Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində olan, ümumilikdə 26 ədəd ağacın, yəni diametri 54 sm 01 ədəd 1100 manat olan yaş köküstə qoz və 25 ədəd qovaq ağacının yəni, diametri 52 sm olan 01 ədəd 1000 manat, diametri 60 sm olan 01 ədəd cəmi 1400 manat, diametri 62 sm olan 01 ədəd 1500 manat, hər biri 1700 manat olmaqla diametri 66 sm olan 02 ədəd cəmi 3400 manat, hər biri 1800 manat olmaqla diametri 68 sm olan 02 ədəd cəmi 3600 manat, hər biri 1900 manat olmaqla diametri 70 sm olan 05 ədəd cəmi 9500 manat, hər biri 2100 manat olmaqla diametri 74 sm olan 02 ədəd cəmi 4200 manat, diametri 76 sm olan 01 ədəd 2200 manat, diametri 80 sm olan 01 ədəd 2400 manat, hər biri 2500 manat olmaqla diametri 82 sm olan 02 ədəd cəmi 5000 manat, diametri 86 sm olan 01 ədəd 2700 manat, hər biri 3000 manat olmaqla diametri 92 sm olan 02 ədəd cəmi 6000 manat, diametri 98 sm olan 01 ədəd 3300 manat, hər biri 3400 manat olmaqla diametri 100 sm olan 02 ədəd cəmi 6800 manat, diametri 104 sm olan 01 ədəd 3600 manat olan yaş köküstə qovaq ağaclarının kəsməsi nəticəsində təbiətə, ümumilikdə 57700 (əlli yeddi min yeddi yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-ci il tarixli “Yaşıllıqların götürülməsi Qaydası”sı ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin iyul ayı ərzində, Şəki rayonu Aşağı Kəldək kənd yolunun giriş hissəsində, “Toyuq ferması” adlanan ərazinin yaxınlığında, Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində olan, ümumilikdə 26 ədəd ağacın, yəni diametri 54 sm 01 ədəd 1100 manat olan yaş köküstə qoz və 25 ədəd qovaq ağacının yəni, diametri 52 sm olan 01 ədəd 1000 manat, diametri 60 sm olan 01 ədəd 1400 manat, diametri 62 sm olan 01 ədəd 1500 manat, hər biri 1700 manat olmaqla diametri 66 sm olan 02 ədəd cəmi 3400 manat, hər biri 1800 manat olmaqla diametri 68 sm olan 02 ədəd cəmi 3600 manat, hər biri 1900 manat olmaqla diametri 70 sm olan 05 ədəd cəmi 9500 manat, hər biri 2100 manat olmaqla diametri 74 sm olan 02 ədəd cəmi 4200 manat, diametri 76 sm olan 01 ədəd 2200 manat, diametri 80 sm olan 01 ədəd 2400 manat, hər biri 2500 manat olmaqla diametri 82 sm olan 02 ədəd cəmi 5000 manat, diametri 86 sm olan 01 ədəd 2700 manat, hər biri 3000 manat olmaqla diametri 92 sm olan 02 ədəd cəmi 6000 manat, diametri 98 sm olan 01 ədəd 3300 manat, hər biri 3400 manat olmaqla diametri 100 sm olan 02 ədəd cəmi 6800 manat, diametri 104 sm olan 01 ədəd 3600 manat olan yaş köküstə qovaq ağaclarının kəsməsi nəticəsində təbiətə, ümumilikdə 57700 (əlli yeddi min yeddi yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, “Yaşıllıqların mühafizəsi” haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı 30 avqust 2016-ci il tarixli "Yaşıllıqların götürülməsi Qaydası" ilə müəyyən edilmiş əsaslar olmadan 2020-ci ilin sentyabr ayının əvvəllərində, Şəki rayonu X9 mülkiyyətinə aid, həmin kəndin ərazisində yerləşən 30, 36, 36, 38, 38, 40, 40, 42, 44, 46 sm diametri olmaqla ümumilikdə 10 ədəd köküstə yaş qoz ağaclarını kəsməsi nəticəsində təbiətə, ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Yalman kəndində yaşayır. 2020-ci ilin iyul ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs3 ona zəng edib Şəki rayonu ərazisində doğranmış qovaq ağaclarının olduğunu, daşınması üçün yük avtomobilinə ehtiyac olduğunu demişdir. Ağacları Göyçay rayonuna daşımaq üçün Röyalla, daha sonra isə Nurəddinlə 400 manata razılaşmışlar. Röyal ağacların həyətdən toplanmış ağac olduğunu demişdir. O, Təqsirləndirilən şəxs2lə əlaqə saxlamış, Nurəddin ona ağacların doğranmış vəziyyətdə olmaqla, qiymətinin 1500 manat olduğunu demişdir. Həmin vaxt yanında olan tanışı Şahid1 ağacları 1450 manata satacağı halda, özünün ala biləcəyini demişdir. Bəhruz Röyala ağaclara görə 1450 manat vermiş, ağacların “Kamaz” markalı avtomobillə daşınmasına görə 400 manat pul verəcəyini bildirmişdir. Röyal həmin pulu götürüb Şəki şəhərinə gəlib Nurəddinə vermişdir. Nurəddin də pulu aldıqdan sonra ağacları özünün “Kamaz” markalı avtomobilinə yükləmiş və ağaclar Bəhruzun sexinə gətirilmişdir. Ağaclar sexə gətirildikdən sonra Bəhruz 400 manat pul vermiş, həmin pulun 140 manatını yük avtomobilini idarə etməsinə görə İlkinə vermiş, qalan 260 manatı Röyal ilə ikisi hər birinə 130 manat olmaqla, bərabər bölmüşlər. İkinci reysdə Nurəddin kəsilmiş ağacları pulu verilmədən Göyçay rayonuna göndərmiş, Bəhruz isə həmin ağaclara görə 1700 manat pul vermişdir. Həmin puldan 400 manat götürüb İlkin və Röyal ilə bölmüş, qalan pulu isə Röyal Nurəddinə vermişdir. Üçüncü reysdən alınan 400 manat puldan 130 manat pul ona çatmalı olmuş, lakin avtomobil sındığına görə Röyal pulu avtomobilin təmirinə xərcləmişdir. Xəyala “ağac tap” deməmiş, ağacların kəsilməsində iştirak etməmiş, “ağacları kəsin” deyə göstəriş verməmiş, yalnız kəsilmiş ağacların daşınmasında iştirak etmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs7 Röyaldan onun nömrəsini alıb zəng edib satılıq qoz ağaclarının oldunu olduğunu demişdir. Bu zaman yaxınlıqda olan, Göyçay rayon sakini, həmin rayonun ərazisindəki Kürdəmic kəndində yeşik sexi olan “Seymur” adlı şəxs yeşik üçün “çiliyə” lazım olduğunu, lakin baxmadan almayacağını demişdir. Seymurla 1750 manata razılaşmışlar. Həmin pulun 1450 manatı Fazilə, qalanı isə ona çatmalı idi. Röyal ilə birlikdə ona məxsus “VAZ-2107” markalı avtomobillə birlikdə Şəki rayonu Aşağı Küngüt kəndinə gəlmişlər. Həmin kəndə gəldikdə Təqsirləndirilən şəxs7 çayxanada onları gözləmiş, orada çay içdikdən sonra Fazil ilə Seymur odunlara baxmağa getmişlər. Bir müddət sonra Fazil Seymur ilə birlikdə geri qayıtmışdır. Onlar qayıtdıqdan sonra Seymur axşamı burda qalmaq lazım olduğunu demişdir. Həmçinin, Fazil bələdiyyənin icazə vermədiyini, ekologiya idarəsində işləyən “Namiq” adlı şəxsdən icazə almaq lazım olduğunu bildirdikdən sonra o, icazə almaq üçün Namiq Yusifova zəng edib X11 avtomobilinə odun yığacağını dedikdə Namiq ona “denən, bir sarı versin obyektə” demişdir. Namiq “obyekt” dedikdə, Şəki-Oğuz yolunda olan özünə məxsus kafeni, “sarı” dedikdə isə 50 manat pul nəzərə tutmuşdur. Bundan sonra Seymur ilə birlikdə həmin gecəni orada, Şəki qonaq evində qalmışlar. Ertəsi gün isə Şəki rayonu Aşağı Küngüt kəndinə gəlmişlər. Bundan sonra isə o, Göyçay şəhərinə qayıtmış, Seymur isə orada qalmışdır. Seymurdan ağacların onun “Kamaz” markalı avtomobili ilə daşınmasına görə 250 manat pul almış, həmin puldan yanacağa sərf edildikdən sonra qalan hissəsini Röyal ilə öz aralarında bölmüşlər. O, ağacların kəsilməsində bilavasitə iştirak etməmiş, ağacların haradan kəsildiyini bilməmiş, qanunsuz ağac kəsməyə icazə olmadığını bilsə də, ağacların həyətyanı sahədən olduğunu hesab etmişdir. Onun himayəsində iki azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin iyul ayının əvvəllərində Şəki rayonu Aşağı Kəldək kənd yolunda qovaq ağaclarını görüb onları kəsərək satmaq qərarına gəlmişdir. Lakin ağacların yerləşdiyi ərazinin xüsusi mülkiyətdə olan torpaq sahəsi olduğunu bilmişdir. Oğuz rayon Muxaç kənd sakini Xəyala ağacları satdığını demiş, müştəri tapmasını xahiş etmişdir. Xəyal qovaq ağaclarının bir neçəsinin şəklini çəkib öz mobil telefonu ilə Elnura atmışdır. Daha sonra Elnurla bir maşını 1450 manata razılaşmışlar. Ağacların kəsilməsi, yeşik üçün 62 sm uzunluğunda doğranıb Kamaza yüklənməsi onluq, həmin ağacların daşınması və sexə satılması isə Elnurluq olmuşdur. Təxminən 2020-ci ilin iyul ayının əvvəllərində ağacları kəsməyə başlamışlar. Həmin ərazidə təxminən bir ay iş getmişdir. Ağacları Xəyal kəsib doğramış, Xəyalın gətirdiyi fəhlələr isə maşına yığmışlar. Birinci reys zamanı Xəyal ağacları kəsdikdən sonra Şəki rayonu Oraban kənd sakin İlkin həmin ağacları Göyçaya Elnura vermək üçün aparmışdır. İlkinin pulunu isə Elnur özü verəcəkdi. Bunlardan başqa Bələdiyyə sədrinin, Ekologiyanın müdirinin xəbərləri olmuşdur. Ağacların olduğu yerin bir hissəsi Aşağı Kəldək kəndində olan, “Toyuq ferması”nda yaşayan Cəbrayıl rayon sakini Faiqin bələdiyyədən icarə əsasında götürdüyü yerdə yerləşdiyinə görə ona da hər reysinə görə 200 manat vermişdir. Birinci Kamaza görə Xəyala 250 manat pul vermişdir. İkinci və üçüncü maşınlara görə isə Xəyalın pulunu Elnur vermişdir. Belə ki, Elnur ona hər maşına görə göndərməli olduğu 1450 manat puldan 1200 manat göndərmişdir. Ümumilikdə Elnura üç Kamaz ağac göndərmişdir. Hesab edir ki, 13-15 ağac kəsilmişdir. Elnurun ağacları satdığı adamları tanımır. Üçüncü reys Kamaz tam dolmadığı üçün Habillə bir ağacın kəsməsi üçün 60 manata razılaşlar. Niyyəti həmin ağacın da Kamaza yığılması olmuş, lakin sonradan fikrini dəyişib evə aparmaq istəmişdir. Lakin Habil ağacı kəsdikdən sonra doğramadan Bələdiyyə sədri gəlmiş və buna görə ağac elə həmin yerdə qalmışdır. Habil ondan ağacın kəsilməsinə görə icazə sənədi istəməmiş, lakin icazə aldığını Habilə demişdir. Habilə razılaşdıqları pulu verməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində eyni zamanda göstərdi ki, törətdiyi cinayət əməlini könüllü etiraf edib həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur və digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs6 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin iyul ayının əvvəllərində tanışı Şəki rayon sakini Nurəddin kəsilməli qovaq ağacların olduğunu deyib satmaq üçün müştəri tapmasını xahiş etmişdir. O da Göyçay rayon sakini Elnura Nurəddinin ağac satdığını demiş və Nurəddinin nömrəsini Elnura, Elnurun nömrəsini Nurəddinə vermişdir. Bir müddət keçdikdən sonra Elnur zəng edib Nurəddin dediyi ağacların şəklini atmağı xahiş etmiş, o da kəsiləsi ağacların yox, başqa bir ağacın şəklini çəkib ona atmışdır. Bundan sonra isə Nurəddin ilə ağacların kəsilməsinə görə 450 manata danışıb razılaşmışdır. Birinci ağacı kəsən kimi polislər gəlmiş və onu şöbəyə aparmışlar. O, Röyala zəng etmiş, onu bir az müddət saxladıqdan sonra buraxmışlar. Qayıdandan sonra Şəki rayonu Aşağı Kəldək kənd yolunun sağ tərəfində olan ağacları kəsməyə başlamışdır. Nurəddin ağacların Kamaza yüklənməsi üçün fəhlə tapmağını da xahiş etmişdir. Buna görə həmkəndliləri Şahid4 Maarif oğlu, Şahid3 və Şahid5 Eyvaz oğluna 150 manat pul müqabilində Şəki rayonundan kəsdiyi ağacları Kamaza yükləməklərini təklif etmiş və onlar da razılaşmışlar. Bundan başqa ağacları kəsən zaman 62 sm olmaqlarına nəzarət etmək üçün 10 manat pul müqabilində həmkəndlisi X4 gətirmişdir. Kəsdiyi ağacları Nurəddin bir-bir göstərmişdir. Ağacların icazəsiz kəsilməsinə görə məsuliyyət olduğunu bilir. Buna görə də Nurəddinə kəsdiyi ağacların yolun kənarında olduğunu, icazə alıb-almadığını, yəni sənədi olubolmadığını soruşduqda Nurəddin ekologiyadan və bələdiyyədən sənəd aldığını, onlar ilə danışıb razılaşdığını, heç bir problemin olmayacağını demişdir. Ağacları kəsən zaman Əmrah əvvəlcədən hazırladığı 62 sm uzunluqdakı çubuqla ağacların ölçüsünə nəzarət etmişdir. Şamo, Rüstəm və Murad isə onları Elnura məxsus olduğunu bildiyi Kamaz markalı avtomobilə yükləməyə başlamışlar. Təxminən bir həftə işləyib 10-11 ağac kəsmiş, ümumilikdə 450 manat pul almışdır. Sonra onun elektrikli mişarı xarab olmuşdur. O da Röyala köməklik edilməsini xahiş etmiş, lakin Röyal Nurəddinin köməklik göstərməyəcəyini demişdir. O da artıq gəlməmiş, orada Nurəddingilin özlərinin gətirdiyi drujbaçı işləmişdir. Lakin bir müddət sonra Röyal ondan xahiş etmiş, o, yenidən gəlib üçüncü maşının tamamlanması üçün işləmişdir. Ağacların qanunsuz kəsilməsinin məsuliyyəti olduğunu bilir, lakin Nurəddin ona Ekologiya və Bələdiyyə ilə danışıb razılaşdığını demiş, heç bir sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs6 ifadəsində eyni zamanda göstərdi ki, o, satmaq niyyəti ilə ağac kəsməmiş, Nurəddinin sifarişi əsasında maddi imkansızlığı üzündən ağac kəsmişdir. Qeyd etdiklərini nəzərə almağı və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, sürücüdür. Göyçay rayonu Yalman kənd sakini Elnur adlı Kamaz sürücüsünü uzun müddətdir tanıyır. Elnura məxsus Kamaz markalı avtomobil bir müddətdir ki, nasaz olduğuna görə ondadır. Qardaşı İlkin avtomobil təmiri ilə məşğul olduğuna görə Elnur avtomobili evdə saxlamış və İlkin vaxt olduqca həmin avtomobili təmir etmişdir. Təxminən iyul ayının əvvəllərində Elnur zəng edib Şəki rayonu Kəldək yolunda kəsilmiş ağacların olmasını, tanışı Nurəddin ilə danışdığını, həmin ağacları Göyçay rayonuna gətirmək lazım olduğunu bildirmişdir. Elnurun ağaclarını daşımasını qardaşı İlkinə demişdir. Həmçinin, Elnur özünün Şəkiyə gəlməməsi və burda nəzarət etməyinə görə sonda ona qalacaq pulda şərik olacağını, yəni pulu bərabər böləcəyini bildirmişdir. Elnur ilə danışan zaman o, sexlə də danışıb razılaşdığını, sonda 100-130 manat pul qalacağını demişdir. Elnur İlkin ilə danışıb hər reys üçün 70 manata razılaşmışdır. İlkin Elnura məxsus Kamaz ilə Şəki rayonu Kəldək yolundan 3 reys olmaqla, kəsilmiş ağacları Göyçay şəhərinə aparmışdır. Həmin ağaclar Şəki rayonu Aşağı Kəldək yolundan “Toyuq ferması” adlanan yerdə kəsilmişdir. Həmin ağacları rayonun Aşağı Kəldək kənd sakini olan Nurəddin kəsdirmiş və Elnura zəng edərək ağacı satmış, həmin ağacları isə qardaşı İlkin daşımışdır. Ağacların kəsilməsində iştirak etməmiş, yalnız bir neçə dəfə Elnur zəng edib kəsilmiş ağaclara baxıb 62 sm olubolmamasını yoxlamağını bildirmişdir. İlk reysdə ağaclar 62 smdən aşağı kəsildiyi üçün kəsilmiş ağaclar yaramamış və həmin ağacları Elnur odun kimi satmışdır. Sonrakı reysdə isə Elnur zəng edib xahiş etmişdir ki, həmin ağaclara nəzarət etsin. Həmin yerə getdikdə ağaclar kəsilmiş vəziyyətdə olmuş, bundan sonra isə həmin ağacları 62 sm uzunluğunda hazırlanmış çubuqla həmin uzunluqda olub-olmamasına baxdıqdan sonra ağacların 62 sm düzgün kəsildiyini görüb Elnura demiş və çıxaraq getmişdir. 30.07.2020-ci il tarixdə Bələdiyyə sədri tərəfindən kəsilmiş ağaclar və Kamaz aşkar edilmişdir. Bundan başqa 2020-ci ilin avqust ayının sonlarında Elnur zəng edib drujbaçı tapmağı xahiş etmişdir. Fazil ilə danışıb ağac olacağı təqdirdə müştəri olduğunu demişdir. Bir neçə gün sonra, təxminən sentyabr ayının əvvəllərində Fazil zəng edib 11 qoz ağacının olmasını bildirmiş və o da bu barədə Elnura demişdir. Bir neçə gün sonra Elnur zəng edib sex ilə danışdığını, lakin sexin müdirinin ağaclara baxmaq istədiyini demişdir. Elnurun zəng etməsinə görə Göyçay şəhərinə getmişdir. Göyçayda o, Seymur və Elnur birlikdə avtomobil ilə Şəki rayonu Aşağı Küngüt kəndinə gəlmişlər. Yolda olan zaman Elnur ağaclar üçün Seymurdan pul almışdır. Lakin nə qədər aldığını xeyli vaxt keçdiyinə görə xatırlamır. Həmin kəndə gəlib çayxanada Fazil ilə görüşmüşlər. Görüşdükdən sonra birlikdə yenidən həmin ağaclar olan yerə Seymurun ağaclara baxması üçün getmişlər. Seymur ağaclara baxdıqdan sonra razılaşmış və Elnur kənd bələdiyyəsi ilə danışmaq üçün Fazili göndərmişdir. Fazil bir müddətdən sonra bələdiyyənin razılıq vermədiyini demişdir. Bundan sonra Elnur mobil telefon ilə bildiyinə görə Ekologiyanın müdiri Namiq müəllimə yığıb icazə almışdır. Bundan sonra isə Fazil ağacları kəsməyə Seymur isə gözləmək üçün Şəki şəhərindəki hazırda xatırlamadığı oteldə qalmağa getmişdir. Səhəri günü isə Elnur Göyçaya qayıtmışdır. Elnur əvvəlcədən pul verəcəyini desə də sonda borclarının çox olduğunu, buna görə pul qalmadığını, pulu sonra verəcəyini demişdir. Təqsirləndirilən şəxs3 ifadəsində eyni zamanda göstərdi ki, o, ağacların kəsilməsində iştirak etməmiş, əməlindən səmimi peşman olmuşdur. O, idarə etdiyi yük avtomobili ilə ətraf ərazilərdə və respublika daxilində yük daşıma fəaliyyəti ilə məşğul olaraq ailəsinin maddi ehtiyaclarını ödəyir və həmin fəaliyyət növündən başqa digər gəlir mənbəyi yoxdur. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, avtomobil təmir etməklə ailəsini dolandırır. Həmçinin, bəzi vaxtlar Kamaz sürücüsü işləyir. Göyçay rayonu Yalman kənd sakini Elnur adlı şəxsi də sürücü olduğuna görə tanımışdır. 2020-ci ilin iyul ayının əvvələrində Elnur və yaxud qardaşı Röyal əlaqə saxlayıb Şəki rayonu Kəldək yolundan kəsilmiş ağacların olduğunu, onu Göyçay rayonuna daşımaq lazım olduğunu demişdir. Elnur həmişə ona işləmək üçün şərait yaratmışdır. 2020-ci ilin iyul ayında 4 dəfə kəsilmiş ağacları Göyçay şəhərinə aparmışdır. Lakin ağacların kəsilməsində, ağacların avtomobilə yüklənməsində iştirak etməmişdir. Belə ki, avtomobili gün ərzində gətirib həmin ağacların kəsildiyi yerdə saxlayıb getmiş, ağaclar kəsilib yükləndikdən sonra isə Nurəddin zəng etmiş, o da avtomobili idarə edib Göyçay şəhərinə getmiş və orada hazırda xatırlamadığı, lakin getsə göstərə biləcəyi yerə aparmışdır. Həmin vaxt isə Elnurdan reys üçün 30 manat pul almışdır. 30.07.2020-ci il tarixdə ağacların kəsildiyi yerə getmişdir. Orada olan zaman bələdiyyə sədri Natiq gəlmiş və ağaclar kəsildiyi üçün irad bildirmişdir. Ağacların kəsilməsi ilə əlaqəsi olmadığından və avtomobil yükləndiyi üçün avtomobili idarə edib Göyçay rayonuna gedib həmişəki yerə yükü boşaltmış və geri qayıtmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində Şəki şəhərindəki evində olan zaman Elnur zəng edib Şəki rayonu Aşağı Küngüt kəndində özünün avtomobilinin kəsilmiş ağaclarla yüklənməsini deyib onu Göyçay şəhərinə sexə aparılmasını, həmin vaxt sexin müdiri olan “Seymur” adlı şəxs də gedəcəyini bildirmişdir. Bundan sonra yaşadığı evdən çıxıb Şəki rayonu Aşağı Küngüt kəndinə getmişdir. Kəndə gedən zaman avtomobilin kəndin giriş hissəsində Kamazın kəsilmiş ağaclarla yüklənməsini görmüşdür. Seymur da yanında əyləşmiş və Göyçay şəhərinə getmişlər. Göyçay şəhərinə getdikdən sonra Seymurun sexinə, yəni Kürdəmiç kənd yolunda olan sexinə getmişlər. Orada Kamazın boşaldılması üçün saxlamış və sonra Seymur ilə nahar etmişlər. Nahar etdikdən sonra yol maşınları ilə evinə qayıtmışdır. Təqsirləndirilən şəxs4 ifadəsində eyni zamanda göstərdi ki, onun himayəsində iki azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. O, idarə etdiyi yük avtomobili ilə ətraf ərazilərdə və respublika daxilində yük daşıma fəaliyyəti ilə məşğul olaraq ailəsinin maddi ehtiyaclarını ödəyir və həmin fəaliyyət növündən başqa digər gəlir mənbəyi yoxdur. Qeyd etdiklərini nəzərə almağı və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs5 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur. 30 iyul 2020-ci il tarixdə səhər radələrində tanışı Nurəddin yanına gəlib rayonun Aşağı Kəldək kənd yolunda, “Toyuq ferması”nın yaxınlığında yaxınlığında ağac kəsmək lazım olduğunu bildirmişdir. Həmin vaxt həmin ərazinin yolun kənarında olduğunu, oradan ağac kəsməyin qanunsuz olduğunu dedikdə Nurəddin bələdiyyədən arayış aldığını bildirmişdir. Nurəddinə həmin arayışı göstərməsini desə də, o, arayışı təqdim etməmişdir. Həmin əraziyə getdikdən sonra Nurəddin yolun kənarında olan bir ədəd ağacı kəsməyi demiş, özü çıxıb getmişdir. Nurəddin ilə həmin göstərdiyi ağacı kəsməyə 60 manata razılaşmışlar. Bundan sonra drujba ilə Nurəddinin göstərdiyi ağacı kəsməyə başlamış və bir qədər kəsdikdən sonra yolun kənarına ağacı aşırmışdır. Ağacın bir hissəsini 62 sm uzunluqda doğramışdır. Bu zaman bələdiyyə sədri Natiq əraziyə gəlmişdir. Natiq niyə ağacları kəsməyi bildirdikdə, ağacları Nurəddinin kəsdirdiyini, kəsməyinə dair arayışın olduğunu demişdir. Lakin Natiq müəllim Nurəddinə arayış vermədiyini deyib ağac kəsməyi dayandırmağı tələb etmişdir. Onun sözünə görə artıq ağacı kəsməyi dayandırmışdır. Bir müddət sonra isə Nurəddin özü də həmin əraziyə gəlmişdir. Təqsirləndirilən şəxs5 ifadəsində eyni zamanda göstərdi ki, o, maddi imkansızlığı üzündən satış məqsədi olmadan ağac kəsmişdir. Törətdiyi cinayət əməlini könüllü etiraf edib həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Onun himayəsində bir yetkinlik yaşına çatmayan, iki azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs7 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Şəki rayon Oraban kənd sakini Təqsirləndirilən şəxs3 tanıyır. Röyal ondan ağac olduqda xəbər verməyi xahiş etmişdir. Təxminən 2020-ci ilin avqsut ayınınn sonlarında Şəki rayonu Aşağı Küngüt kənd sakini olan Almayə xalanın həyət yolunda olan ağacların satıb-satmadığını ondan soruşmuşdur. Həmin ağacları vaxtilə Almayənin dünyasını dəyişmiş həyat yoldaşı əkmişdir. Almayənin razılığını aldıqdan sonra bu barədə Röyala demişdir. Təxminən 1-2 gün sonra kənddə olan çayxanada Röyal, Göyçay rayon sakini Elnur və Seymur adlı şəxslərlə görüşmüşdür. Onlar ilə söhbət etdikdən sonra birlikdə kəndin giriş hissəsində olan ağaca baxmağa getmişlər. Elnur əvvəlcə Bələdiyyədən razılıq alınmasını istəmişdir. O, Bələdiyyə sədri ilə danışmış, lakin sədr bu işə Namiq müəllimin baxdığını, ondan icazə almağı tövsiyə etmişdir. Bu barədə Elnura məlumat vermişdir. Elnur Ekologiyadan icazə alacağını və zəng edib məlumat verəcəyini demiş və getmişdir. Həmin gün Elnur zəng edib Namiq müəllimdən icazə aldığını, işə başlamağını tapşırmışdır. Namiqin icazə verdiyini öyrəndikdən sonra özünə məxsus drujba ilə kəndin giriş hissəsində olan 11 ədəd qoz ağacını kəsib 62 sm uzunluğunda doğramışdır. Elnur ağacların kəsilməsinə görə 400 manat pul vermiş, həmin pulun 270 manatını Almayə xalaya, qalan 130 manatını isə özü fəhlələrlə bölmüşdür. Həmin ərazidə təxminən 2 gün işləmişdir. Doğranmış ağacları İlkinin sürdüyü Kamazla aparılmışlar. Təqsirləndirilən şəxs7 ifadəsində eyni zamanda göstərdi ki, o, maddi imkansızlığı üzündən satış məqsədilə ağac kəsmişdir. Törətdiyi cinayət əməlini könüllü etiraf edib həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Onun himayəsində bir yetkinlik yaşına çatmayan, bir azyaşlı uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 cinayət əməli törətmələri onların özlərinin ifadələrində qeyd etdikləri etirafedici xüsusatlarla yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxış iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, zərərçəkmiş hüquqi şəxs Аzərbаycаn Rеspublikаsı Еkоlоgiyа və Təbii Sərvətlər Nаzirliyinin 7 saylı RETSİ-nin nümayəndəsi X12 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2020-ci ilin avqust ayının sonlarında Şəki Şəhər İcra Hakimiyyətindən Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin sədri Şahid12 Şəki rayonu Aşağı Kəldək kəndində qovaq ağaclarının kəsilməsi ilə bağlı məlumatı daxil olmuşdur. Həmin məlumat ilə əlaqədar hadisə yerinə baxış keçirilməsi üçün Şəki ŞRPŞ-nin İB-dən məktub daxil olmuş və həmin məktub əsasında baxış keçirilməsində mütəxəssis kimi idarənin məsləhətçi müfəttişi Şahid6 ayrılmışdır. Bundan sonra isə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı orada diametri 54 sm 01 ədəd 1100 manat olan yaş köküstə qoz, diametri 50 sm olan 01 ədəd 900 manat, diametri 52 sm olan 01 ədəd 1000 manat, hər biri 1400 manat olmaqla diametri 60 sm olan 02 ədəd cəmi 2800 manat, diametri 62 sm olan 01 ədəd 1500 manat, hər biri 1700 manat olmaqla diametri 66 sm olan 02 ədəd cəmi 3400 manat, hər biri 1800 manat olmaqla diametri 68 sm olan 02 ədəd cəmi 3600 manat, hər biri 1900 manat olmaqla diametri 70 sm olan 05 ədəd cəmi 9500 manat, hər biri 2100 manat olmaqla diametri 74 sm olan 02 ədəd cəmi 4200 manat, diametri 76 sm olan 01 ədəd 2200 manat, diametri 80 sm olan 01 ədəd 2400 manat, hər biri 2500 manat olmaqla diametri 82 sm olan 02 ədəd cəmi 5000 manat, diametri 86 sm olan 01 ədəd 2700 manat, hər biri 3000 manat olmaqla diametri 92 sm olan 02 ədəd cəmi 6000 manat, diametri 98 sm olan 01 ədəd 3300 manat, hər biri 3400 manat olmaqla diametri 100 sm olan 02 ədəd cəmi 6800 manat, diametri 104 sm olan 01 ədəd 3600 manat olan yaş köküstə qovaq ağaclarının kəsilməsi nəticəsində təbiətə, ümumilikdə 60000 (altmış min) manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Lakin sonradan iki ağac şəxsi mülkiyyət olduğundan onların qiyməti ümumi məbləğdən çıxarılaraq 57700 manat məbləğində ziyan müəyyən olunmuşdur. Hadisə yerinə baxışdan sonra köküstə yaş vəziyyətdə kəsilmiş ağacların hadisə yerində qalmış oduncaq hissələri mühafizəsinin təşkil olunması məqsədi ilə Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin sədrinin təşkilatçılığı ilə X50 Təsərrüfatı Mərkəzinin ərazisinə yığılmışdır. Bundan başqa 2020-ci ilin sentyabr ayının əvvəllərində Şəki rayonu Aşağı Küngüt kənd ərazisində qanunsuz olaraq qoz ağaclarının kəsilməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat ilə əlaqədar hadisə yerinə baxış keçirilməsi üçün Şəki ŞRPŞ-nin İB-dən məktub daxil olmuş və həmin məktub əsasında baxış keçirilməsində mütəxəssis kimi idarənin məsləhətçi müfəttişi Mübariz Abdulmənəfov ayrılmışdır. Hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı orada ümumilikdə 10 ədəd, yəni diametrləri 30, 36, 36, 38, 38, 40, 40, 42, 44, 46 sm olan qoz ağacının kəsilməsi nəticəsində ümumilikdə 4400 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin iyul ayının əvvəllərində Xəyal 150 manat pul müqabilində Şəki rayonu Aşağı Kəldək kəndində, yolun kənarında kəsilmiş ağacları avtomobilə yığmağı təklif etmişdir. Ehtiyacı olduğu üçün Xəyal ilə razılaşmışdır. O, Rüstəm, Şamo və Xəyal Şəki rayonu Aşağı Kəldək kəndinə, yolun kənarına getmişlər. Ora çatdıqda artıq yüklənməli olan ağaclar kəsilmiş və kəsildiyi yerdə toplu şəkildə yığılmışdır. Bundan sonra Rüstəm və Şamo ilə birlikdə sayını xatırlamadığı toplu şəkildə olan kəsilmiş ağacları Kamaz markalı avtomobilə yükləmişlər. Gördükləri işə görə Xəyal onlara hərəsinə 40-50 manat pul vermişdir. Xəyal yenidən ağac yükləməyə getməyi təklif etmişdir. Lakin Rüstəm işin ağır olduğuna və pulun az verilməsinə görə imtina etmişdir. Bu səfər o, Şamo və Rüstəmin əvəzinə Şamonun qardaşı Camal getmişlər. Lakin həmin əraziyə gedən zaman kəsilmiş ağacların dünənkindən daha ağır olduğunu görüb ağacları Kamaza yığmamış və geriyə - yaşadığı kəndə qayıtmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid11 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində həmkəndlisi Fazil ona kənd ərazisində ağac kəsdiyini, Kamaza yükləmək üçün fəhlə lazım olduğunu demişdir. Bundan sonra həmkəndlisi Şahid10 ilə birlikdə Fazilin dediyi ağacların kəsildiyi yerə getmişlər. Ora getdikdə sayını bilmədiyi qoz ağacların kəsilib yığıldığını görmüşdür. Həmin vaxt ağacların kəsildiyi yerdə Kamaz markalı avtomobil də olmuşdur. Ora getdikdən sonra, o, Namiq ilə birlikdə kəsilmiş ağacları Kamaza yükləmişlər. Fazil hərəsinə 15 manat pul vermişdir. Həmin vaxt Elnur orda olmuşdur. Kamazın sürücüsü isə Röyal olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid10 Şahid11 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2017-ci il tarixdən Şəki rayonu Baş Kəldək kənd bələdiyyəsinin mühasibi vəzifəsində işləyir. 30.07.2020-ci il tarixdə, saat 12 radələrində bələdiyyə sədri Natiq ilə birlikdə olan zaman icra nümayəndəsinin müavini Şahid9 Natiq müəllimə zəng edib Şəki rayonu Aşağı Kəldək kəndi yolunda “Toyuq ferması” adlanan ərazidə ağacların kəsilməsini demişdir. Buna görə də dərhal Natiq müəllim ilə birlikdə həmin əraziyə getmişlər. Həmin əraziyə gedən zaman orada avtomobilin olduğunu, avtomobilin yük yerinə kəsilmiş ağacların yükləndiyini, ətrafda isə İlkin və tanımadığı 4 nəfər fəhlə olduğunu görmüşdür. Natiq müəllim Təqsirləndirilən şəxs4 yaxınlaşıb avtomobili idarə etməməsini dedikdə İlkin avtomobilin Göyçaya gedəcəyini deyib avtomobili idarə edərək getmişdir. Bir müddət sonra həmin əraziyə rayonun Aşağı Kəldək kənd sakini olan Təqsirləndirilən şəxs2 gəlmişdir. Həmin vaxt Natiq müəllim Nurəddinə ağacları kəsdirənin, o olub-olmamasını soruşmuş, Nurəddinin isə nə cavab verdiyini eşitməmişdir. Natiq müəllim akt tərtib ediləcəyini dedikdə Nurəddin aktı imzalamayacağını deyib çıxıb getmişdir. Ağacları ölçübsayaraq akt tərtib etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Göyçay rayonunda sex işlədir. Sexdə xurma və nar meyvələri üçün yeşiklər hazırlanır. Materialı isə müxtəlif şəxslərdən alır. Yeşiklərin materialları yalnız əbirşim və qovaq ağaclarından olur. Qovaq ağaclarını yalnız icazə sənədi əsasında alır. 2020-ci ilin iyul ayının əvvəllərində tanıdığı “Elnur” adlı şəxs yeşik üçün sənədli material olduğunu deyib almaq istəyib-istəmədiyini soruşmuş, o isə ala biləcəyini demişdir. 2020-ci ilin iyul ayında ümumilikdə 3 dəfə material almışdir. Necəyə danışdıqları dəqiq yadında deyil. Lakin ağaclar əskik və gödək olduğuna görə pullarını əskik vermişdir. Sexə çox yerdən material gəlir. Materialın sənədinin olub-olmamasını soruşur. Elnur da material olacağını dedikdə meşə qovağı deyil, həyət qovağının sənədinin olduğunu demişdir. Lakin sənədi təqdim etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2004-cü ildən etibarən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 2020-ci ilin avqust ayının sonlarında Şəki Şəhər İcra Hakimiyyətindən Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin sədri, Şahid12 Şəki rayonu Aşağı Kəldək kəndində qovaq ağaclarının kəsilməsi ilə bağlı müraciəti barədə məlumat daxil olmuşdur. Həmin məlumat ilə əlaqədar hadisə yerinə baxış keçirilməsi üçün Şəki ŞRPŞ-nin İB-dən məktub daxil olmuş və həmin məktub əsasında baxış keçirilməsində mütəxəssis kimi ayrılmışdır. Bundan sonra bələdiyyə sədri və digər iştirakçılar tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı kəsilmiş ağaclar onun tərəfindən ayrıayrılıqda diametrləri metrə vasitəsilə ölçülərək qeyd edilmişdir. Baxış zamanı diametri 54 sm 01 ədəd 1100 manat olan yaş köküstə qoz və diametri 50 sm olan 01 ədəd 900 manat, diametri 52 sm olan 01 ədəd 1000 manat, hər biri 1400 manat olmaqla diametri 60 sm olan 02 ədəd cəmi 2800 manat, diametri 62 sm olan 01 ədəd 1500 manat, hər biri 1700 manat olmaqla diametri 66 sm olan 02 ədəd cəmi 3400 manat, hər biri 1800 manat olmaqla diametri 68 sm olan 02 ədəd cəmi 3600 manat, hər biri 1900 manat olmaqla diametri 70 sm olan 05 ədəd cəmi 9500 manat, hər biri 2100 manat olmaqla diametri 74 sm olan 02 ədəd cəmi 4200 manat, diametri 76 sm olan 01 ədəd 2200 manat, diametri 80 sm olan 01 ədəd 2400 manat, hər biri 2500 manat olmaqla diametri 82 sm olan 02 ədəd cəmi 5000 manat, diametri 86 sm olan 01 ədəd 2700 manat, hər biri 3000 manat olmaqla diametri 92 sm olan 02 ədəd cəmi 6000 manat, diametri 98 sm olan 01 ədəd 3300 manat, hər biri 3400 manat olmaqla diametri 100 sm olan 02 ədəd cəmi 6800 manat, diametri 104 sm olan 01 ədəd 3600 manat olan yaş köküstə qovaq ağaclarının kəsilməsi nəticəsində təbiətə, ümumilikdə 60000 (altmış min) manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Hadisə yerinə baxışdan sonra bu barədə protokol tərtib edilmişdir. Daha sonra isə köküstə yaş vəziyyətdə kəsilmiş ağacların hadisə yerində qalmış oduncaq hissələrinin mühafizəsinin təşkil olunması məqsədi ilə Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin sədrinin təşkilatçılığı ilə X50 Təsərrüfatı Mərkəzinin ərazisinə yığılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2013-cü il tarixdə Şəki rayonu Baş Kəldək kənd üzrə İƏD-nin nümayəndənin müavini vəzifəsində işləyir. 2020-ci ilin iyul ayının 30-da aztəminatlı ailələrə yardım paylamaq məqsədilə nümayəndəliyin mühasibi Şahid8 ilə birlikdə Şəki rayonu Aşağı Kəldək kənd ərazisində olmuşlar. Şəki rayonu Aşağı Kəldək kənd ərazisində yardımları payladıqdan sonra geriyə qayıtmışlar. Geri qayıdan zaman “Toyuq ferması” adlanan ərazinin yaxınlığında ağacları kəsilməsinin şahidi olmuşlar. Buna görə də bu barədə zəng edib Şəki rayonu Baş Kəldək Bələdiyyəsi Natiq müəllimə məlumat vermişlər. Natiq müəllim mühasibi Şahid7 ilə birlikdə qeyd olunan əraziyə gəlmişlər. Onlar əraziyə gəldikdən sonra akt tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Babayev X1 Emin Azər oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid12 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2020-ci ilin yanvar ayından Şəki rayonu Baş Kəldək kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. 30.07.2020-ci il tarixdə saat 12 radələrində rayonun Baş Kəldək icra nümayəndəsinin müavini Şahid9 zəng edib Aşağı Kəldək kənd yolundan bir neçə şəxsin ağac kəsdikləri barədə məlumat vermişdir. O da mühasibi Həzi Quliyev ilə birlikdə qeyd olunan əraziyə getmiş, orada avtomobilin yük yerinə kəsilmiş ağacların yükləndiyinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs4 yaxınlaşıb kəsilən ağacların sədri olduğu Bələdiyyəyə məxsus olduğunu deyib ağacla yüklənmiş Kamaz markalı avtomobili idarə etməməsini xahiş etmişdir. Lakin İlkin avtomobili sürüb dayanmadan getmişdir. Orada olan iki nəfər drujbaçı telefonla məlumat verdikdən sonra Aşağı Kəldək kənd sakini olan Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə gəlmişdir. Bundan sonra Nurəddinə həmin ağacların Bələdiyyəyə məxsus olduğunu deyib kəsməklərinə görə öz iradını bildirib akt tərtib ediləcəyini demiş, lakin Nurəddin aktı imzalamaqdan imtina edib getmişdir. O, mühasibi Həzi, sonradan həmin əraziyə gələn Emin və Baş Kəldək icra nümayəndəsinin mühasibi Şahid8 ağacların kəsilməsinə dair akt tərtib etmişlər. Üç gün sonra isə tərtib olunmuş aktı məktubla müvafiq olaraq Şəki rayon İcra Hakimiyyətinə və Polis Şöbəsinə göndərmişlər. Akt tərtib etdikdən sonra Göyçay sakini Təqsirləndirilən şəxs1 zəng edib onu təhdid etmiş, səhəri gün isə yenidən zəng edib daha mülayim danışaraq polisə xəbər verməməsini istəmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edildi. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla özünü dolandırır. Yaşadığı kənddə çayxana olan zaman qohumu Xəyal yanına gəlib Şəki rayonu Aşağı Kəldək kənd yolunda ağac kəsəcəyini, həmin ağacları kəsməkdə, yəni ağacların uzunluğunu 62 sm olmasına nəzarət etməyini bildirib bunun müqabilində ona 10 manat pul təklif etmişdir. Həmin vaxt maddi ehtiyacı olduğuna görə Xəyal ilə razılaşmş və həmin gün Şəki rayonu Oraban kənd sakini kimi tandığı Röyal ilə onun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Şəki rayonu Aşağı Kəldək kəndinə getmişlər. Həmin kəndə getdikdən sonra Xəyal özünə məxsus drujba ilə ağacları kəsməyə başlamışdır. Belə ki, ağacları kəsməyə başlamazdan əvvəl uzunluqlarını müəyyən etmək üçün metrə ilə düz formada 62 sm uzunluğunda çubuq hazırlamışlar. Bundan sonra isə Xəyal ağacları kəsib yerə aşırmış, daha sonra isə o, həmin çubuqla uzunluğu düzəltmiş və Xəyal da həmin uzunluqda ağacları kəsmişdir. Beləliklə həmin gün təxminən 3-4 saat işləmiş və ümumilikdə təxminən 5 ağac kəsmişlər. Kəsərək doğradıqları həmin ağaclar kəsildiyi yerdə qalmışdır. Həmin gün işlədikdən sonra yaşadığı kəndə qayıtmış və Xəyal ona 10 manat pul vermişdir. Daha sonra isə həmin vaxtdan bir gün ərzində həmin əraziyə getməmişlər. Bir gündən sonra Xəyal yenidən həmin əraziyə gedib ağac kəsməyi dedikdə yenə Röyal ilə həmin əraziyə getmişlər. Həmin əraziyə getdikdə doğradığı ağacların orada olmamasını və aparıldığını görmüşdür. Lakin Xəyaldan ağacları kimin aparmasını soruşmamışdır. Həmin gün də eyni qaydada təxminən 5 ağac kəsdikdən sonra 10 manat pulu Xəyaldan almış və geriyə yaşadığı kəndə qayıtmışlar. Bundan sonra isə Xəyal daha ona ağac kəsmək üçün getməyi deməmiş, o da lazım olub-olmadığını soruşmamış və həmin vaxtdan sonra həmin əraziyə ağac kəsmək üçün getməmişdir. Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edildi. Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəmi dolandırır. Göyçay rayonu Kürdəmic kənd yolunda icarə əsasında meyvələr üçün taxta yeşiklərin emalı sexini təxminən 3 ay işlətmişdir. Ümumilikdə təxminən 6-7 ildir ki, həmin iş ilə məşğuldur. Hazırda Bakı şəhərində bina tikintisində fəhləlik etməklə ailəsini dolandırır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Sex işlətdiyi müddət ərzində bir neçə dəfə yeşik emalı üçün ağac satmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində Göyçay rayonu Kürdəmic kənd yolunda yerləşən sexində olan zaman Elnur sonradan adının Röyal olduğunu bildiyi Şəki rayon sakini ilə sexinə gəlib satmaq istədiyi qoz ağaclarının olduğunu, almaq istəyib-istəmədiyini soruşmuşdur. Həmin vaxt Elnur ilə bir Kamaz qoz ağacını təxminən 2600 manata danışıb razılaşmışlar. Lakin əvvəllər də başqa şəxslərdən ağac alan zaman ağacların yaxşı olmaması, həmçinin ağac satan şəxslərin aldatmasına görə Elnur ilə həmin ağaclara özünün baxmasından sonra razılaşacağını demişdir. Bundan sonra səhəri gün, yenə Elnur ilə Röyal yanına gəlib ağacları istəyib-istəmədiyini soruşduqda istədiyini demişdir. Bundan sonra isə Röyalın idarə etdiyi VAZ-2107 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə Elnur və Röyal ilə birlikdə Şəki rayonu Aşağı Küngüt kəndində gəlmişdir. Kəndə gəldikdən sonra əvvəlcə kənddə olan çayxanada oturub çay içmişlər. Həmin vaxt yanına Fazil adlı kənd sakini gəlmiş və onun ağacları kəsəcək şəxs, yəni drujbaçı olduğunu bilmişdir. Həmin vaxta kimi Fazili tanımamış, onunla arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. Orada çay içib bir qədər söhbət etdikdən sonra ağaclara baxmağa getmişlər. Ağaclar həmin kəndin içərisində yolun kənarında olmuşdur. Ağacların yanına getdikdə orada bir neçə ağac kəsilib yerdə olsa da əksəriyyəti kəsilməmiş formada olmuşdur. Ağaclara baxdıqdan sonra onları almağa razılaşmış və bundan sonra çayxanaya qayıdıb gözləməyə başlamışdır. Belə ki, o, çayçıda gözlədikdən sonra onların işinin çox olmasına görə Şəki şəhərinə gəlib həmin gecəni oteldə gecələmişdir. Həmin gecə Elnur da yanına gəlmiş və Kamazın dolması üçün bir neçə cərgənin qalmasını bildirmişdir. Bundan sonra isə Elnurla birlikdə həmin oteldə gecələmişlər. Səhəri günü Elnur yenidən Aşağı Küngüt kəndinə qayıtmışdır. Təxminən bir neçə saat gözləsədə Elnurdan xəbər çıxmadığı üçün tanımadığı taksi ilə Aşağı Küngüt kəndində getmişdir. Kəndə gedən zaman Kamazın dolmasına hələ bir neçə cərgə qalmasını görmüşdür. Gözləmək istəmədiyini deyib Göyçaya qayıtmağını dedikdə Fazil artıq bitirdiyini bildirib gözləməyini demişdir. Həmin kənddə bir qədər gözlədikdən sonra Kamaz dolmuş və Elnura məxsus **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhərinə - sexinə gəlmişdir. Həmin vaxt Kamazı sonradan tanıdığı İlkin adlı şəxs idarə etmişdir. Elnur ilə danışıb razılaşdığı 2600 manat pulun bir hissəsini Şəki şəhərində, digər hissəsini ağacın sexinə gəlməsindən sonra Göyçay şəhərində vermişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 30.07.2020-ci il tarixli aktdan görünür ki, Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin ərazisinə aid olan Aşağı Kəldək kəndində “Toyuq ferması” adlanan sahədən diametri 54 sm olan 01 ədəd 1100 manat dəyərində yaş köküstə qoz ağacının, diametri 50 sm olan 01 ədəd 900 manat, diametri 52 sm olan 01 ədəd 1000 manat, hər biri 1400 manat olmaqla diametri 60 sm olan 02 ədəd cəmi 2800 manat, diametri 62 sm olan 01 ədəd 1500 manat, hər biri 1700 manat olmaqla diametri 66 sm olan 02 ədəd cəmi 3400 manat, hər biri 1800 manat olmaqla diametri 68 sm olan 02 ədəd cəmi 3600 manat, hər biri 1900 manat olmaqla diametri 70 sm olan 05 ədəd cəmi 9500 manat, hər biri 2100 manat olmaqla diametri 74 sm olan 02 ədəd cəmi 4200 manat, diametri 76 sm olan 01 ədəd 2200 manat, diametri 80 sm olan 01 ədəd 2400 manat, hər biri 2500 manat olmaqla diametri 82 sm olan 02 ədəd cəmi 5000 manat, diametri 86 sm olan 01 ədəd 2700 manat, hər biri 3000 manat olmaqla diametri 92 sm olan 02 ədəd cəmi 6000 manat, diametri 98 sm olan 01 ədəd 3300 manat, hər biri 3400 manat olmaqla diametri 100 sm olan 02 ədəd cəmi 6800 manat, diametri 104 sm olan 01 ədəd 3600 manat olan yaş köküstə qovaq ağaclarının - cəmi 28 ədəd ağacın qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə, ümumilikdə 60000 (altmış min) manat məbləğində ziyan vurulması faktı aşkar olunmuş, bununla bağlı Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin və həmin kəndin İcra nümayəndəliyinin əməkdaşlarının, eyni zamanda, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və X25 adlı şəxslərin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 01.09.2020-ci il tarixli “Baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəki rayonu Aşağı Kəldək kənd yolunda 27 ədəd qovaq və 1 ədəd qoz ağacının qanunsuz olaraq kəsilməsi müəyyən edilmiş, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “İfadənin yerində yoxlanılması haqqında” 10.06.2021-ci il tarixli protokol və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs5 Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin ərazisinə aid olan Aşağı Kəldək kəndindəki “Toyuq ferması” adlanan sahədən 1 ədəd qovaq ağacını kəsdiyi yeri əyani şəkildə göstərmişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AR Ekologiya və TSN-nin 7 saylı RETSİ tərəfindən tərtib edilmiş 10.06.2021-ci il tarixli, 530 nömrəli müraciətə cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs5 Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin ərazisinə aid olan Aşağı Kəldək kəndindəki “Toyuq ferması” adlanan sahədən kəsdiyi və özü tərəfindən yeri əyani şəkildə göstərilmiş 1 ədəd qovaq ağacının qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli, 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın 1 nömrəli əlavəsinə əsasən 3300 (üç min üç yüz) manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AR Ekologiya və TSN-nin 7 saylı RETSİ tərəfindən tərtib edilmiş 14.09.2020-ci il tarixli 1059 nömrəli müraciətə cavab məktubundan müəyyən edilir ki, Şəki rayonu Baş Kəldək Bələdiyyəsinin ərazisinə aid olan Aşağı Kəldək kəndində “Toyuq ferması” adlanan sahədən 1 ədəd yaş köküstə qoz və 27 ədəd yaş köküstə qovaq ağacının qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə, ümumilikdə 60000 (altmış min) manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş mаtеriаllаrınа əlаvə еdilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AR Ekologiya və TSN-nin 7 saylı RETSİ tərəfindən tərtib edilmiş 18.09.2020-ci il tarixli 64121 nömrəli aktdan və ona əlavə edilmiş hesablama cədvəlindən, fotoşəkillərdən, 10.10.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şəki rayonu X9 ərazisinə aid olan sahədən cəmi 10 ədəd yaş köküstə qoz ağacının qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə, ümumilikdə 4400 (dörd min dörd yüz) manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə-əmtəşünaslıq ekspertizasının 13.10.2020-ci il tarixli, 9/3833 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspеrtizа tədqiqаtınа təqdim еdilmiş AR Ekologiya və TSN-nin 7 saylı RETSİ tərəfindən tərtib edilmiş 14.09.2020-ci il tarixli, 1059 nömrəli məktuba əsasən Şəki rayonu Aşağı Kəldək kəndi ərazisindən kəsilmiş (ağacların kəsildiyi torpaq sahəsi bələdiyyəyə məxsus olduğu halda) köküstə yaş vəziyyətdə olan 01 ədəd qoz cinsinə məxsus və 27 ədəd qovaq cinsinə məxsus, ümumilikdə 28 ədəd ağacın kəsilməsinə görə yaşıllığa dəymiş ziyanın hesablanması cədvəlindən istifadə edilməklə təbiətə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu 60000 (altmış min) manat miqdarında müəyyən edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə-əmtəşünaslıq ekspertizasının 04.12.2020-ci il tarixli, 9/4869 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspеrtizа tədqiqаtınа təqdim еdilmiş AR Ekologiya və TSN-nin 7 saylı RETSİ tərəfindən tərtib edilmiş 18.09.2020-ci il tarixli, 64121 nömrəli akt və ona əlavə edilmiş hesablama cədvəlinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli, 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın 1 nömrəli əlavəsinə əsasən 08.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs7 tərəfindən Şəki rayonu X9 inzibati ərazisindən 30, 36, 36, 38, 38, 40, 40, 42, 44 və 46 sm diametrdə cəmi 10 (on) ədəd yaş köküstə qoz ağaclarının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu 4400 (dörd min dörd yüz) manat miqdarında müəyyən edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 10.06.2021-ci il tarixli sorğuya cavab məktubu, həmin məktuba əlavə edilmiş arayış və torpaq sahəsinin sxemi ilə müəyyən edilir ki, Şəki rayonu Aşağı Kəldək kənd yolunun giriş hissəsində ağacların qanunsuz kəsildiyi ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Şəki rayonu Aşağı Kəldək kənd yolunda kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin 0,44 ha hissəsinin 3 ədəd mülkiyyətçiyə məxsus xüsusi mülkiyyətdə olması müəyyən olunmuşdur. Xüsusi mülkiyyətdə olan torpaq sahəsində 2 ədəd ağacın kəsilməsi sübuta yetmişdir. Həmin torpaq sahəsində olan diametrləri 50 və 60 sm olan ağacların dəyəri 2300 manat müəyyən edilməklə təqsirləndirilən şəxslərə elan olunmuş ittihamnan çıxarılmışdır. Beləliklə Şəki rayonu Aşağı Kəldək kənd ərazisindən kəsilmiş ağacların sayı 01 ədəd qoz və 25 ədəd qovaq olmaqla ümumilikdə 26 ədəd ağaca görə dəymiş ziyanlıq 57700 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi ilə bağlı 20.04.2021-ci il tarixli protokoldan görünür ki, X6 **********2834 558467111” (055) ***-**-** mobil nömrəsinin Şəki rayonu Aşağı Kəldək kənd sakini Təqsirləndirilən şəxs2 məxsus olması barədə məlumatların öz əksini tapması müəyyən edilmişdir. “SMS Tarixçəsi **********0505 558467111” adlı fayl açıldıqda içərisində iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. “Zənglərin Detallaşması **********5030 558467111” adlı fayl açıldıqda içərisində Təqsirləndirilən şəxs2 məxsus (055) ***-**-** mobil nömrəsi ilə 01.07.2021-ci il tarixdən 15.08.2021-ci il tarixədək olan müddət ərzində olan telefon danışıqlarına dair məlumatların olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 qeyd olunan müddət aralığında, müxtəlif vaxtlarda və müxtəlif müddətlər ərzində Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil nömrəsi ilə 39 dəfə, Təqsirləndirilən şəxs3 istifadəsində olan (050) ***-**-** mobil nömrəsi ilə 81 dəfə, Təqsirləndirilən şəxs6 istifadəsində olan (070) ***-**-** mobil nömrəsi ilə 28 dəfə, Təqsirləndirilən şəxs4 istifadəsində olan (050) ***-**-** mobil nömrəsi ilə 120 dəfə, Təqsirləndirilən şəxs5 istifadəsində olan (055) ***-**-** mobil nömrəsi ilə 40 dəfə telefon əlaqəsinin olması müəyyən edilmişdir. X2 **********5106 ********* BKC” adlı fayl açıldıqda içərisində müxtəlif mobil nömrələrin kimlərə məxsus olması barədə məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlarda yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrin sahiblərinə aid məlumatlar qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi ilə bağlı 01.05.2021-ci il tarixli protokoldan görünür ki, “**********73” adlı fayl açıldıqda içərisində (050) ***-**-** mobil nömrəsinin Göyçay rayonu Yalman kənd sakini Təqsirləndirilən şəxs1 məxsus olması barədə məlumatların öz əksini tapması müəyyən edilmişdir. “**********73sms” adlı fayl açıldıqda içərisində Təqsirləndirilən şəxs1 məxsus mobil nömrədən Təqsirləndirilən şəxs7 məxsus (055) ***-**-** mobil nömrəsindən 16.09.2021-ci il tarixdə saat 17:21-də “Daha sonra zəng edə bilərsinizmi?” məzmunlu SMS göndərilməsi müəyyən edildi. “abuneciler8577” adlı fayl açıldıqda içərisində müxtəlif mobil nömrələrin kimlərə məxsus olması barədə məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlarda yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrin sahiblərinin məlumatları öz əksini tapmışdır. “antena8577” adlı fayl açıldıqda içərisində Təqsirləndirilən şəxs1 01.07.2021-ci il 30.09.2021-ci il tarixədək olan müddət aralığında, müxtəlif vaxtlarda və müxtəlif müddətlər ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan (055) ***-**-** mobil nömrəsi ilə 67 dəfə, Təqsirləndirilən şəxs3 istifadəsində olan (050) ***-**-** mobil nömrəsi ilə 1253 dəfə, Təqsirləndirilən şəxs7 məxsus (055) ***-**-** mobil nömrəsi ilə 117 dəfə, Təqsirləndirilən şəxs4 istifadəsində olan (050) ***-**-** mobil nömrəsi ilə 117 dəfə, Təqsirləndirilən şəxs6 istifadəsində olan (070) ***-**-** mobil nömrəsi ilə 342 dəfə telefon əlaqəsinin olması müəyyən edilmişdir. “X2 **********5106 ********* BKC” adlı fayl açıldıqda içərisində müxtəlif mobil nömrələrin kimlərə məxsus olması barədə məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlarda yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrin sahiblərinə aid məlumatlar qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şəki rayonu X7 verilmiş 14.06.2021-ci il tarixli 16 nömrəli arayışdan müəyyən edilir ki, bələdiyyə mülkiyyətində olan ərazidən 2020-ci ilin sentyabr ayında kəsilmiş 11 ədəd qoz ağacının 14 ədəd kötüyü AR Ekologiya və TSN-nin 7 saylı RETSİ tərəfindən bələdiyyəyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki şəhər-rayon X24 Bölməsinin müstəntiqi Abdulla Xəlilovun “Sübutların qiymətləndirilməsi haqqında” 28.06.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Şəki rayonu Aşağı Küngüt kəndində kəsilmiş ağaclarınn yerdə qalmış 14 ədəd kötük hissəsi Şəki rayonu X10, Şəki rayonu Aşağı Kəldək kənd yolunda kəsilmiş ağacların yerdə qalmış 2,5 kub metr hissəsi isə AR ETSN-nin Meşələrin İnkişafı Departamentinin X50 Təsərrüfatı Mərkəzində saxlanılmaqla iş üzrə mаddi sübut kimi tаnınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş axtarışda olan şəxsin tutulması barədə 11.02.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 11.02.2021-ci il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Şəki şəhər-rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarları ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şübhəli şəxsin tutulması barədə 22.12.2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 22.12.2020-ci il tarixdə saat 19:05-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 24.12.2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs2 həmin tarixdə məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki şəhər-rayon X24 Bölməsinin müstəntiqi Abdulla Xəlilovun 24.12.2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində 24.12.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şübhəli şəxsin tutulması barədə 12.06.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 12.06.2021-ci il tarixdə saat 19:05-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki şəhər-rayon X24 Bölməsinin müstəntiqi Abdulla Xəlilovun 14.06.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin tarixdə saat 18:40-da həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şübhəli şəxsin tutulması barədə 12.06.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 12.06.2021-ci il tarixdə saat 21:45-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki şəhər-rayon X24 Bölməsinin müstəntiqi Abdulla Xəlilovun 14.06.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin tarixdə saat 13:45-də həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki şəhər-rayon X24 Bölməsinin müstəntiqi Abdulla Xəlilovun qətimkan tədbirinin seçilməsi barədə 10.06.2021-ci il tarixli qərarından və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs5 barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şübhəli şəxsin tutulması barədə 30.03.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs6 30.03.2021-ci il tarixdə saat 21:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs6 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs6 həmin tarixdə məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki şəhər-rayon X24 Bölməsinin müstəntiqi Abdulla Xəlilovun 01.04.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs6 barəsində 01.04.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şübhəli şəxsin tutulması barədə 30.03.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs7 30.03.2021-ci il tarixdə saat 18:45-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki Rayon Prokurorluğunun 01.04.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs7 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki şəhər-rayon X24 Bölməsinin müstəntiqi Abdulla Xəlilovun 01.04.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs7 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin tarixdə saat 16:55-də həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 21.04.2021-ci il tarixli tələbnamədən, Göyçay Rayon Məhkəməsinin 12.06.2018-ci il tarixli hökmündən, Göyçay rayon İcra və Probasiya Şöbəsinin 18.05.2021-ci il tarixli və AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 21.05.2021-ci il tarixli sorğuya cavab məktublarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ona təyin edilmiş əlavə cəzanın müddəti bitmiş, lakin həmin hökm üzrə onun məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 21.04.2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 21.04.2021-ci il tarixli tələbnamədən, Oğuz Rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli hökmündən, Oğuz rayon İcra və Probasiya Şöbəsinin 31.03.2021-ci il tarixli 49-P nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs6 əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 1 il 8 ay 8 gün azadlıqdan məhrum etmə cəzasına 1 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmiş, 21.08.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün cəzanı icra edən orqanın qeydiyyatından çıxarılmış, həmin hökm üzrə məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 21.04.2021-ci il və 12.06.2021-ci iltarixli tələbnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Göyçay rayon Mərkəzi Xəstəxanası” X44 tərəfindən verilmiş 27.04.2021-ci il tarixli 1771 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 “Göyçay rayon Mərkəzi Xəstəxanası” X37 psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş X8 tərəfindən verilmiş 10.04.2021-ci il tarixli 488 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 X3 dispanser müşahidədə deyillər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Şəki rayon Mərkəzi Xəstəxanası” X44 tərəfindən verilmiş 16.04.2021-ci il tarixli 504 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 “Şəki rayon Mərkəzi Xəstəxanası” X37 narkoloji kabinetində qeydiyyatda deyillər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 19.12.2000-ci il tarixdə verilmiş ZE ******* nömrəli hərbi biletin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ehtiyatda olan zabitdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 10.03.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 himayəsində 2008-ci ildə anadan olmuş X26 və 2010-cu ildə anadan olmuş X27 adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti başçısının Yalman kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən 10.03.2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə İcra Nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 28.06.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Şəki rayonu Aşağı Kəldək kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki rayon İcra Hakimiyyəti başçısının Baş Kəldək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə İcra Nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 10.03.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Şəki rayonu Oraban kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki rayon İcra Hakimiyyəti başçısının Baş Kəldək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə hər hansı şifahi və ya yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 10.03.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 himayəsində 2016-cı ildə anadan olmuş X32 və 2017-ci ildə anadan olmuş X16 adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki rayon İcra Hakimiyyəti başçısının Baş Kəldək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 barəsində yaşadığı ərazi üzrə İcra Nümayəndəliyinə hər hansı şifahi və ya yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 11.06.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs5 himayəsində 2005-ci ildə anadan olmuş X17 adlı bir yetkinlik yaşına çatmayan, 2012-ci ildə anadan olmuş X18 və X19 adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki rayon İcra Hakimiyyəti başçısının Aşağı Küngüt kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən 11.06.2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs7 yaşadığı ərazi üzrə İcra Nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 30.03.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs6 Oğuz rayonu Muxas kəndində yaşayır və ailəsi yalnız özündən ibarətdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Muxas İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən 30.03.2021-ci il tarixli xasiyyətnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 yaşadığı ərazi üzrə İcra Nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 25.05.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs7 himayəsində 2004-cü ildə anadan olmuş X20 adlı bir yetkinlik yaşına çatmayan və 2009-cu ildə anadan olmuş X28 adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şəki rayon İcra Hakimiyyəti başçısının Aşağı Küngüt kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən 25.05.2021-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs7 yaşadığı ərazi üzrə İcra Nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan qanunsuz ağac kəsmə ilə bağlı cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilməsi, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 isə özlərini təqsirli bilməməsini məhkəmə məsuliyyətdən yaxa qurtarmaq cəhdləri kimi qiymətləndirərək, bu ifadələrə tənqidi yanaşır və qeyd edir ki, həmin hallar cinayət işinin məhkəmə baxışında tədqiq edilmiş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində bu Məcəllənin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və ya 259.2-ci (eyni əməllər təkrar törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs5 Firuddin oğlunun qanunsuz ağac kəsmə ilə bağlı cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs olaraq, yəni vahid bir niyyətə yönələn əməlin başa çatdırılması üçün əvvəlcədən planlaşdırılmış şəkildə, hər biri öz üzərinə düşən funksiyanı (ağacları kəsmək, daşımaq, satış üçün realizə etmək və sair) yerinə yetirməklə törətdikləri tam sübuta yetirilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs5 Firuddin oğlunun törətdikləri cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs7 himayələrində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinin məzmununa görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuş şəxs olmaqla, həmin hökm üzrə cəzasını çəkib qurtardığı gündən iki il keçmədən, yəni məhkumluğu ödənilmədən qəsdən cinayət törətsə də, Təqsirləndirilən şəxs1 əvvəl törətdiyi cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayət olduğundan onun tərəfindən qəsdən törədilən hazırki cinayəti əməli cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, ehtiyatda olan zabit olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, törədilmiş cinayət əməli nəticəsində dəymiş maddi zərərin miqdarını və işin digər faktiki hallarını nəzərə alaraq həmin cəzanın 04 (dörd) il 06 (altı) ay müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 11.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixədək axtarışda olan şəxs qismində tutulduğu, 12.02.2021-ci il tarixdən 27.12.2021-ci il tarixədək “həbs” qətimkan tədbirində saxlanıldığı cəmi 10 (on) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 09 (dokkuz) ay 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs5 Firuddin oğluna məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onların yaşayış yerindən müsbət xarakterizə olunmalarını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onların özlərinin həyat tərzinə, ailələrinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə təqsirləndirilən şəxslərlə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onlarda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onların islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs5 Firuddin oğluna təqsirli bilindikləri maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, törədilmiş cinayət əməli nəticəsində dəymiş maddi zərərin miqdarını, cinayət əməlinin törədilməsində hər birinin rolunu və işin digər faktiki hallarını nəzərə alaraq qeyd olunan cəzanın Təqsirləndirilən şəxs2 münasibətdə 04 (dörd) il 06 (altı) ay, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 hər birinə münasibətdə 03 (üç) il 06 (altı) ay, Təqsirləndirilən şəxs5 Firuddin oğluna münasibətdə isə 02 (iki) il müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 22.12.2020-ci il tarixdən 24.12.2020-ci il tarixədək, Təqsirləndirilən şəxs6 30.03.2021-ci il tarixdən 01.04.2021-ci il tarixədək və Təqsirləndirilən şəxs7 30.03.2021-ci il tarixdən 01.04.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıqları, təqsirləndirilən şəxslərin hər birinə münasibətdə 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7 barələrində seçilmiş polisin nəzarəti altına vermə, Təqsirləndirilən şəxs5 Firuddin oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, onların yaşayış yerindən müsbət xarakterizə olunmalarını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onların özlərinin həyat tərzinə, ailələrinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini, habelə, onların hər ikisinin fərdi əmək fəaliyyəti ilə - idarə etdikləri yük avtomobilləri ilə ətraf ərazilərdə və respublika daxilində yük daşıma fəaliyyəti ilə məşğul olan şəxs olduqlarından onlara azadlığın məhdudlaşdırılması cəzasının da təyin edilməsinin onlar üçün maddi məhrumiyyətlərlə nəticələnəcəyini və sosial ədalət prinsipi baxımından məqsədəmüvafiq olmadığını nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslərlə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onlarda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onların islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirli bilindikləri maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan cərimə cəzasının təyin edilməsini, törədilmiş cinayət əməli nəticəsində dəymiş maddi zərərin miqdarını və işin digər faktiki hallarını nəzərə alaraq qeyd olunan cəzanın həmin təqsirləndirilən şəxslərin hər birinə münasibətdə 9000 (doqquz min) manat miqdarında müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 12.06.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək, Təqsirləndirilən şəxs4 12.06.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıqları, təqsirləndirilən şəxslərin hər birinə münasibətdə 02 (iki) gün müddət nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onlara təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - saxlanılması üçün Şəki rayonu X13 təhvil verilmiş, Şəki rayonu Aşağı Küngüt kəndində kəsilmiş ağacların yerdə qalmış 14 (on dörd) ədəd kötük və saxlanılması üçün AR ETSN-nin Meşələrin İnkişafı Departamentinin X50 Təsərrüfatı Mərkəzinə təhvil verilmiş, Şəki rayonu Aşağı Kəldək kənd yolunda kəsilmiş ağacların yerdə qalmış 2.5 kub metr hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin X50 Təsərrüfatı Mərkəzinə verilməlidir. İş üzrə cəmi 100 (bir yüz) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi verilməmişdir və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 11.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixədək axtarışda olan şəxs qismində tutulduğu, 12.02.2021-ci il tarixdən 27.12.2021-ci il tarixədək “həbs” qətimkan tədbirində saxlanıldığı cəmi 10 (on) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 09 (doqquz) ay 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Göyçay rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Göyçay rayonu Yalman kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 22.12.2020-ci il tarixdən 24.12.2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Şəki rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Şəki rayonu Aşağı Kəldək kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9000 (doqquz min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilməklə 12.06.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 8000 (səkkiz min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrasına nəzarəti Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9000 (doqquz min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilməklə 12.06.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 8000 (səkkiz min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrasına nəzarəti Təqsirləndirilən şəxs4 yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 üzərinə cəza müddəti ərzində yaşadığı Şəki rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Şəki rayonu Aşağı Kəldək kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs5 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs5 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs5 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs6 30.03.2021-ci il tarixdən 01.04.2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs6 üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Muxas kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs6 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs6 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs6 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs7 30.03.2021-ci il tarixdən 01.04.2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs7 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs7 üzərinə cəza müddəti ərzində yaşadığı Şəki rayonu ərazisini, eləcə də saat 22:00-dan saat 06:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Şəki rayonu Aşağı Küngüt kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs7 üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs7 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs7 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan, saxlanılması üçün Şəki rayonu X13 təhvil verilmiş, Şəki rayonu Aşağı Küngüt kəndində kəsilmiş ağacların yerdə qalmış 14 (on dörd) ədəd kötük və saxlanılması üçün AR ETSN-nin Meşələrin İnkişafı Departamentinin X50 Təsərrüfatı Mərkəzinə təhvil verilmiş, Şəki rayonu Aşağı Kəldək kənd yolunda kəsilmiş ağacların yerdə qalmış 2.5 kub metr hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin X50 Təsərrüfatı Mərkəzinə verilsin. İş üzrə cəmi 100 (bir yüz) manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs7 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddia tələbinin verilmədiyi, digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar