Məhkəmə qərarları › İş №1(075)-77/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-77/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-77/2022 19.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X11 iştirakları ilə xx.xx.1992-ci ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məqul olan, əvvəllər məhkum olunmayan, Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatda olmaqla Ağdam rayonu Dördyol-İ qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən Ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdə təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 33-cü kilometrliyində idarə etdiyi Qaz-330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə 40 km/saat sürətlə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb yolu soldan sağa keçən atlı Zərərçəkmiş şəxs avtomobilin sol qanadının qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs müştərək travma, qapalı kəllə beyin travması, kəllə tağı sümüyünün sınığı, baş beyinin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma, döş qəfəsinin küt travması, sağ İV-Vİİİ və sol İİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, sağ ağ ciyərin cırılmış yarası, qaraciyərin, dalağın cırılmış yaraları, daxili qanaxma, sağ böyrək ətrafı toxumalara qansızma əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, idarə etdiyi Qaz-330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobil özünə məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə 6 baş dananı idarə etdiyi Qaz-330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobilin yük yerinə yüklədikdən sonra tək Bərdə rayonuna aparırmış. Avtomobil təxminən 40 km/saat sürətlə hərəkətdə olub. Təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 33-cü km-də yolun solu ilə qaçan at qəflətən yolun solundan sağına doğru atılaraq idarə etdiyi avtomobilin qabaq sol qanad hissəsindən dəyib toqquşmuşdur. O, atın üzərində Zərərçəkmiş şəxs görməmişdir. O, atı vurmuşdur. Atın üstündə adam yox idi. Həmin an avtomobili saxlayıb. Lakin avtomobili saxladıqdan sonra adını sonradan bildiyi Zərərçəkmiş şəxs asfaltın üzərində öldüyünü görmüşdür. Yolda işıqlanma olmayıb. Həmin yerdə piyada keçidi də olmayıb. Təcili tibbi yardıma zəng etmişlər və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs Şəki RMX-na aparmışlar. O, isə hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Himayəsində olan azyaşlı övladının xəstə olmasını nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyətli məqamlar olduğundan onun ibtidai istintaqda vediyi ifadəsi elan olunmaqla tədqiq olundu. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərmişdir ki, idarə etdiyi Qaz- 330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobil özünə məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayonunun Bəhmətli kəndində tanışı X8 məxsus 6 baş dananı idarə etdiyi Qaz-330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobilin yük yerinə yüklədikdən sonra tək Bərdə rayonuna aparırmış. Şəki rayonunun ərazisinə daxil olduqdan sonra o, Qaz-330210 markalı yük avtomobili Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində təxminən 40 km/saat sürətlə hərəkət etdirirmiş. Təxminən saat 21:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 33-cü km-də yolun solu ilə atla hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs qəflətən təxminən 3-4 saniyənin içərisində yolun solundan sağına doğru atla hərəkət edərək idarə etdiyi Qaz-330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobilin qabaq sol qanad hissəsindən dəyib toqquşmuş və Zərərçəkmiş şəxs asfalta yıxılmışdır. Bundan sonra o, avtomobilin tormoz əyləcindən istifadə edib avtomobili saxlayıb avtomobildən düşmüş, həmin vaxt Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü görmüşdür. Bu zaman ətrafa toplaşan tanımadığı şəxslər təcili tibbi yardıma zəng etmişlər və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Zərərçəkmiş şəxs Şəki RMX-na aparmışlar. O, isə hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə ünvanlayaraq səhəti ilə bağlı iclaslarda iştirak edə bilməməsini, onun iştirakı olmadan iclasın keçirilməsini xahiş etmiş, həmçinin ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. X4 ibtidai istintaq zamanı ifadə verərək göstərmişdir ki, 1952-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. 1974-cü il tarixdə Zərərçəkmiş şəxs ilə birgə nigaha daxil olmuşlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:50 radələrində əri mərhum Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsinə düşərək Şəki rayon Mərkəzi Xəstəxanasına düşməsi barədə məlumat almışdır. Bundan sonra o, hadisə barədə maraqlanarkən ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21:20 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Qaz-330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 33-cü km-də, yolun solundan sağına doğru atla hərəkətdə olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hadisə zamanı ərinə məxsus bir rəst atın ölməsi nəticəsində ailələrinə 700 ( yeddi yüz) manat zərər vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Bəhərçi oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Yevlax şəhərindən yaşadığı Zaqatala rayonunun Bəhmətli kəndinə qayıdarkən Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 33-cü kmdə yol nəqliyyat hadisəsi baş verdiyini eşidib həmin yerə getmişdir. O, hadisə yerinə gələn polis əməkdaşına yaxınlaşıb hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Qaz-330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 33-cü km-də yolun solundan sağına doğru atla hərəkətdə olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Sonra isə o, hadisə yerində olan digər hal şahidi və polis əməkdaşı ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, o, BDYPİ-nin 8-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır. Şahid2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə xidmətdə olduqları zaman onlara Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 33-cü km-də, yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21:20 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 33-cü km-də, Təqsirləndirilən şəxs idarə etdiyi Qaz-330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun solundan sağına doğru atla hərəkətdə olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Bundan sonra hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən və sxemdən görünür ki, hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd yolunun Şəki rayonunun Suçma kəndindən keçən 33-cü km-də baş vermişdir. Hadisə yerində yol asfalt beton örtüklü olmaqla quru və düzdür. Hadisə baş verən yerdə yolun eni 7 metir, hərəkət zolaqları 2-dir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyat axımını ayırmaq üçün uzununa qırıq-qırıq nişanlanma xətti var.Hərəkət hissəsinə soldan və sağdan birləşən eni 4 metr olan yol çiyni var. Yol işıqlandırılmır. Hadisə yerində tormuz izi yoxdur. Hərəkət nizamlanmayandır, yol nişanları zonası deyil. Yolun solundan sağına doğru hərəkət edən atlı Şəki şəhər istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edən Qaz 330210 markalı ** BG *** nömrəli avtomobilin qabaq yan sol qanad hissəsi ilə vurulmuşdur. Atlının vurulduğu yer müəyyən olundu və məlum oldu ki, atlının vurulduğu yerdən yolun sağ yan kənarına 2 metr, yolun sol yolu kənarına 5 metrqarşıya yolun sağından 60 yol nişanına kimi 20 metrdir. Hadisədən əvvəl atlı yolun solundan sağına doğru istiqamətdə olmuşdur. Hadisədən sonra Qaz 330210 markalı ** BG *** nömrəli avtomobil üzü Yevlax rayonu istiqamətdədayanmışdır. Baxış zamanı fotoçəkiliş aparılmış, hadisə yerinin sxemi tərtib edi lmiş, fotoşəkillər və sxem baxış protokoluna əlavə edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 024 nömrəli 30 yanvar 2022-ci il tarixli aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AE seriyalı, 231012 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən xx.xx.2028-ci ilədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AB seriyalı, 233227 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Qaz 330210” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X14r. Etibarnamənin surətindən görünür ki, X16 “Qaz 330210” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-cu il tarixədək Təqsirləndirilən şəxs idarə etməyi etibar etmişdir. 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. X4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 016-23603-1222 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında yoxdur. 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CMnin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi barədə 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 04 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkmə-tibbi ekspertizası zamanı aşkar olunan xəsarətlər- müştərək travma, qapalı kəllə beyin travması, kəllə tağı sümüyünün sınığı, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma, döş qəfəsinin küt travması, sağ İV-Vİİİ və sol İİİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, sağ ağ ciyərin cırılmış yarası, qaraciyərin, dalağın cırılmış yaraları, daxili qanaxma, sağ böyrək ətrafı toxumalara qansızma. Bu xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində törənmışdır, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən vaxt və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənsin, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ağ ciyərin, qara ciyərin və dalağın cırılmasından baş vermiş daxilə qanaxma fonunda qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma olmuşdur. İlk meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 08 iyun 2022-ci il tarixli, 8/1330 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Qaz- 330210 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlətində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (aparılmış ekspertizanın dəyəri 85 manatdır). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfinən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 11 iyun 2022-ci il tarixli qərardan və qəbzdən görünür ki, Qaz 330210 markalı 66 B 435 dövlət qeydiyyat nömrəli avtomobil maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs qaytarılmışdır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxs anası X10r. Səhiyyə Nazirliyinin Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Poliklinika Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın sürətindən və xəstəlik tarixindən çıxarışdan görünür ki, X15 2 tərəfli neyrosensor ağır eşitmə diaqnozu ilə nevroloji kabinetdə qeydiyyatdadır. Kəlbəcər rayon Taxtabaşı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 174 nömrəli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Hüseynov X2 Taxtabaşı kənd sakini olmaqla məcburi köçkündür. Məcburi köçkün kimi müvəqqəti olaraq Ağdam rayon Dördyol-1 qəsəbəsində məskunlaşıb yaşayır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs məhkəmə baxışında tədqiq edilmiş öz müdafiəçisinin iştirakı ilə ibtidai istintaqa verdiyi ifadəsində ona istinad olunan əməli etiraf etmişdir. O, məhkəmə baxışında təqsirsiz olduğunu, atın üzərində zərərçəkmiş şəxsin olmamasını bildirsə də, qeyd olunan hal araşdırılmış, zərərçəkmiş şəxs və şahid ifadələri ilə inkar olunmuş, təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs verdiyi ifadələrində qeyrisəmimi olmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini (CM-nin 59.1.1-ci maddəsi); himayəsində azyaşlı uşağın olmasını (CM-nin 59.1.4-cü maddəsi); zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM-nin 59.1.13-cü maddəsi); Məcburi köçkün olması, himayəsində olan azyaşlı övladının ağır xəstə olması (CMnin 59.2-ci maddəsi). Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CMin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut kimi tanınmış Qaz 330210 markalı ** BG *** qeydiyyat nömrəli avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Qaz 330210 markalı ** BG *** qeydiyyat nömrəli avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar