Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-78/2025 09.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X6 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Nazim oğlunun, müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Nazim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Nazim oğluna irəli sürülmüş ittihama əsasən, o, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla ümumi təmiz çəkisi 1.656 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə edib daşımaqla üzərində saxlamış, 11 mart 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən “İlqar bulağı”nın yaxınlığında saxlanılaraq həmin tarixdə, saat 17:45 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərində olan qara rəngli gödəkcənin sol yan iç cibindən həmin xeyli miqdarda, bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla, ümumi təmiz çəkisi 1,656 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Nazim oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli hesab edərək bildirmişdir ki, ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla, ailə üzvlərilə birgə həmin ünvanda yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2018-ci ilin iyun ayında Şəki Rayon Məhkəməsinin hömkü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə 01 il 06 ay 11 gün müddətinə azadlığın məhdulaşdırılması cəzası ilə məhkum olunmuş, həmçinin 2024-cü ilin mart ayında Şəki Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təxminən 3 aya yaxın müddətdir ki, metamfetamini çəkmək yolu ilə qəbul etmişdir. 11 mart 2025-ci il tarixdə saat 17 radələrində Şəki şəhəri, M.Abbasov küçəsi ərazsində yeləşən “İlqar” bulağının yaxınlığında gəzərkən mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, ona narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli olduğunu, üzərində hər hansı qanunsuz maddə və ya narkotik vasitə olub-olmadığını soruşmuş, o üzərində saxladığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində metamfetamin olan bükülünü əyninndə olan qara rəngli gödəkcənin sol-yan iç cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin özümə məxsus mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, metamfetamini polis əməkdaşları götürüb tərəzidə çəkmiş, qablaşdırmışlar. Zərf tərəflərindən imzalanmış və bundan sonra onu Şəki ŞRPŞ-nə gətirmişlər. Şöbənin təhqiqatçısı kimi özünü ona təqdim edən, polis kapitanı Kamal adlı şəxs ona polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək qablaşdırılıb götürülmüş metaıufetaminə, yəni təqdim olunmuş əşyaya baxış keçiriləcəyi və götürüləcəyinin zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. O da buna etiraz etməmişdir. Təhqiqatçı tərəfindən dövlət hesabına təyin olunmuş vəkilinin iştirakı ilə xidməti otaqların birində video çəkilişlə üzərindən aşkar olunmuş metamfetaminin qablaşdırıldığı zərfə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları tərlindən üzərindən aşkar edilərək götürüb qablaşdırılmış metamfetaminə baxış zamanı təhqiqatçı ondan üzərindən aşkar edilmiş şəffaf sellofan bükümün içərisində olan maddənin nə olduğunu soruşmuş, o da həmin maddənin metamfetamin olduğunu, həmin metamfetamini 08 mart 2025-ci il tarixdə Şəki şəhəri “Mərdoğullar” adlı məhəllədə (Şəki şəhərində “Qışlaq” deyilən ərazidə yerləşən ərazi) gəzən vaxt yerdən şəffaf rəngli sellofan bükümdə aşkar edərək götürdüyünü, şəffaf bükümün içərisinə baxdıqda orada metamfetamin olduğunu görmüşdür. O, metamfetamindən istifadə etdiyi üçün şəffaf sellofana bükülmüş metamfetamini tanımış və götürüb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Lakin tapdığı metamfetamindən həmin vaxt istifadə etməmiş, bir müddət sonra istifadə etmişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə zərfə qoyulmuş, qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Həmçinin təhqiqatçı tərəfindən polis əmədaşları onu saxlayan zaman tərəflərindən götürülüb qablaşdırılmış özünə məxsus “Redmi 13” markalı mobil telefonu maddi sübut əhəmiyyəti kəsb etdiyi ona izah edilərək qablaşdırılmış, möhürlənmiş bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanmışdır. Amnistya tətbiq edilən şəxslərin dairəsinə aid olduğu, habelə himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq Amnistya qərarının tətbiq edilərən barəsində olan cinayət tətbiqinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqının əvvəlində verdiyi ifadəsi həqiqəti əks etdirməməklə yanaşı özünü müdafiə xarakteri daşıyır. Buna görə də məhkəmə təqsirləndirlən şəxsin məhkəmə istintaqının əvvəlində verdiyi ifadəsində qeyd edilənlərə münasibət bildirilməsinə lüzum görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şəki ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparmış, əsas vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan, baş verə biləcək cinayətlərin qarşısını almaqdan, baş vermiş cinayətlərin açılmasını təmin etməkdən, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 11 mart 2025-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan narkotik maddələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yoxlanılması, narkotik vasitənin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi üçün Şöbə rəisinə məruzə edilmiş, Şöbə rəisinin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Qrupa Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Bundan sonra həmin gün saat 17:45-dən başlayaraq Şahid2 və Şahid3 ilə birlikdə Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən “İlqar” bulağının yaxınlığında tədbir keçirməyə başlamış, keçirilən əməliyyat-axtarış tədbiri zamanı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Əməliyyat-axtarış tədbiri zaman Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən “İlqar” bulağının yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini bildirib üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Cavidanda əynində olan qara rəngli gödəkcənin sağ-yan iç cibindən 01 ədəd “Redmi 13” markalı mobil telelfonu və əynindəki gödəkcənin sol-yan iç cibində olan 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Cavidanın üzərinə baxış keçirən zaman onun üzərindən təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə və mobil telefondan başqa heç bir əşya və predment aşkar edilməmişdir. Cavidandan şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlənin içərisində nə olduğunu soruşduqda o, həmin biikülüdəkinin metamfetamin olduğunu, özünə məxsus olduğunu istifadəsi üçün özündə saxlayaraq üzərində gəzdirdiyini, tərəflərindən saxlanıldığı tarixdən 3 gün öncə, yəni xx.xx.2025-ci il tarixdə Şəki şəhəri, “Mərdoğullar” deyilən ərazidə piyada gəzən vaxt yerdən tapdığını, yerdən götürüb baxdıqda metamfetamin olduğunu gördüyünü, özü psixotrop maddə metamfetamindən çoxdandır istifadə etdiyi üçün yerdən tapdığı psixotrop maddəni tanıdığını, heç kəsə psixotrop maddə metamfetamin satmadığını bildirmişdir. Həmin psixotrop maddə metamfetaminə bənzər kütləni şəffaf bükülü ilə birlikdə çəkilən zaman 1,76 qram gəlmişdir. Həmin şəffaf rəngli sellofan bükülüdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə boş zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Həmin vaxt Cavidanın üzəri tərəfindən axtarılmış, lakin heç nə aşkar olunmamışdır. Cavidanın təqdim etdiyi mobil telefonda boş zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Hadisə yerində protokol tərtib etmək çətinlik yaratdığına görə birlikdə Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, düz yazıldığı üçün protkol iştirakçıllar tərəfindən imzalanmışdır. Bundan başqa əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair aparılmış araşdırma materialının aidiyyəti üzrə Təhqiqat bölməsinə verilməsi səbəbilə Şöbə rəisinə məruzə olunmuş və həmin materialın icrası X8yə həvalə edildiyi üçün Təqsirləndirilən şəxs həmin təhqiqatçının xidməti iş otağına aparmışlar. X8 xidməti iş otağında Cavidana hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, sonuncu vəkillərdən Səbuhi müəllimi seçdiyi üçün təhqiqatçı həmin vəkili xidməti iş otağına dəvət etmiş və Cavidana təqdim etmişdir. Təhqiqatçı tərəfindən Cavidan şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələrini izah edilməklə bərabər proses iştirakçılarına etiraz etmək hüququnu da izah edilmiş, video çəkiliş keçirilməklə üzərindən aşkar olunub qablaşdırılıb götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütləyə baxış keçirməyə başlamışdır. Təhqiqatçı zərfi açaraq içərisində olan şəffaf rəngli sellofa bükülünü açıb içərisindəki ağ rəngli psixotrop maddəyə bənzər kütləni göstərib Cavidandan həmin kütlənin nə olduğunu, nə vaxt, harada, kimdən və nə məqsədə əldə etdiyini soruşduqda, Cavidan da, həmin kütlənin psixotrop maddə, yəni metanfeamin olduğunu, saxlanıldığı tarixdən 3 gün qabaq, yəni xx.xx.2025-ci il tarixdə Şəki şəhəri, “Mərdoğullar” ərazisindən yoldan tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, təxminən 3-4 ay müddətdir ki, psixotrop maddə metamfetamin istifadə etdiyini, bildirmişdir. Həmçinin Cavidan psixotrop maddədən istifadə etdiyini, heç kimə satmadığını, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işi başlama haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/484 nömrəli material üzrə Təqsirləndirilən şəxs Nazim oğlunun barəsində fakt üzrə Azərbycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nazim oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nazim oğlu xx.xx.2025-ci il tarixdə, saat 19:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - 11 mart 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf rəngli sellofan bükülüdə sellofan bükülü ilə birlikdə 1,76 qram psixotrop maddəyə bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. - 11 mart 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd şəffaf rəngli sellofan bükülüdə psixotrop maddəyə bənzər kütlənin onun özünə məxsus olduğunu etiraf etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X14 Bölməsinin 12 mart 2025-ci il tarixli, 3-16-16- 2-217/563 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs Nazim oğlunun üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə..." yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-1,656 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetafetamindir. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nazim oğlu CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(075)-13/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respubliksə CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Nazim oğlunun barəsində istintaq dövründə 3 ay müddətinə, yəni 11 mart 2025-ci il tarixdən hesablanmaqla, 11 iyun 2025-ci il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 4(107)-22/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Nazim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(075)-13/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Musayev X15 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinib 01 il, 11 ay 28 gün müddətinə azadlığın məhdudlşdırılması cəzasına məhkum edilib, xx.xx.2021-ci ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, xx.xx.2024-cü ildə cəzasının sonu ilə həbsdən azad edilmiş, məhkumluğu ödənilməmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-71/2-717/2025 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, Q.Məmmədli küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X4 kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 478 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, Q.Məmmədli küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Şəki şəhəri İcra Hakimiyyəti “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 41 nömrəli arayışdan, xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, X1 arvadı-X10, qızı- Təqsirləndirilən şəxs, oğlu-X11 ilə birlikdə ünvan 2 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşağı vardır. - Məhkəmə-narkoloji ekspertizasının 12 may 2025-ci il tarixli, 771 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli diskə baxış protokolunda qeyd olunmuşdur ki, "BakcelP MMCnin xx.xx.2025-ci il tarixli BKC/LGL- 3891/25 nömrəli məktubu ilə 055-944-27- 07 mobil nömrəyə dair məlumatlar 1 ədəd diskdə istintaqa təqdim edilmişdir. Həmin 01 ədəd "CD" disk “hp” markalı kompyuterə daxil edilərək baxış keçirilmiş, baxış zamanı “Mexsusluq tarixchesi_OTHER_559442707” laylı açıldıqda həmin faylda ***-***-**-** mobil nömrəsinin Şəki rayonu, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs adına olduğu, “Mushteri zenglerinin detal!ashmasi_MSİSDN_559442707” faylı açıldıqda həmin faylda Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:00:00-dan xx.xx.2025-ci il tarixdə saat 00:00:00-dək olan müddət ərzində ayrı-ayrı vaxtlarda müxtəlif mobil nömrələrə zənglər olduğu və zənglər daxil olduğu, müxtəlif saniyələrdə danışıq aparıldığı, danışığların Şəki rayonu ərazisində əsasən anten dairələrinin əhatə etdiyi, “SMS dctallashmasi_MSİSDN_559442707” faylı açıldqda Təqsirləndirilən şəxs məxsus olan ***- ***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:00:00-dan xx.xx.2025-ci il tarixdə saat 00:00:00-dək olan müddət ərzində ayrı-ayrı vaxtlarda müxtəlif mobil nömrələrə müxtəlif məzmunlarda “SMS” yazıldığı və müxtəlif məzmunlarda “SMS” daxil olduğu, “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_559442707” faylı açıldıqda həmin faylda nömrə istifadəçilərinin anket məlumatları qeyd olunmuşdur. Baxış zamanı diskdə başqa maraq kəsb edən məlumat aşkar olunmamışdır. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 may 2014-cü il tarixli, AZ-İ 954327 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X12 15 may 2014-cü ildə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 124 № ilə qeyd edilmişdir. Evləndikdən sonra ərə Musayev və arvada Musayeva soyadı verilmişdir. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2014-cü il tarixli, AZ-İİİ 341177 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2013-cü ildə Şəki şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 609 № ilə qeyd edilmişdir. Atası qrafasında Təqsirləndirilən şəxs, anası qrafasında X10 göstərilmişdir. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, AZ-İV 450151 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020ci ildə Şəki şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 792 № ilə qeyd edilmişdir. Atası qrafasında Təqsirləndirilən şəxs, anası qrafasında X10 göstərilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Nazim oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən psixotrop maddə olan metamfetaminin aşağı həddi 0,15 qram olduqda xeyli, 2 qram olduqda külli, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Nazim oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və Təqsirləndirilən şəxs Nazim oğlunun barəsində amnistiya aktının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə E.M.Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. (“Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 24 fevral 1994-cü il tarixli, 793 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.) 7-ci hissəsinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər (CM-in 234.1-ci maddəsi nəzərdə tutulmamışdır); 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60-cı, 65-ci və 191-1ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19-cu hissəsi və 19.5-ci bəndinə əsasən AzərbaycanRespublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən amnistiya bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Məhkəmə amnistiya aktının tətbiqi ilə bağlı nəzərə alınmalı hallar üzrə məlumatları nəzərdən keçirib müəyyən edir ki, Təqsirləndirilən şəxs Nazim oğlu barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyildir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Nazim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməli, iş üzrə maddi sübut-X7 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi tədqiqatdan sonra 1,606 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilərək götürlümüş 01 ədəd “Redmi 13” markalı mobil telefon təqsirləndirilən şəxs X9 qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri 69,10 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməli, Musayev X15 rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Nazim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344-349, 356, 358 və 384-385-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16, 5.1-ci bəndləri, 6, 7, 10 və 19-cu hissələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Nazim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Musayev X15 rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi tədqiqatdan sonra 1,606 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetafetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilərək götürlümüş 01 ədəd “Redmi 13” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat, 10 qəpik) manat Təqsirləndirilən şəxs Nazim oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməzsə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-78/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-78/2025
09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver