Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-79/2023 07.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mustafa oğlunun iştirakları ilə, xx xxxx 1983-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmuyan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryək və narkotik vasitə olan metafetamin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 40,314 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan 1 ədəd qırmızı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 04 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə Şəki şəhəri, X5 küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X7 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 19:49 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən həmin 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 40,314 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1 ədəd qırmızı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və cəzasını çəkmişdir. Bir neçə il olar ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, qeyd etdiyi müddət ərzində narkotik vasitənin əsasən marixuana növündən istifadə etmişdir. Bəzi hallarda isə narkotik vasitə olan tiryək və psixotrop maddə olan metamfetamin də əldə edib istifadə etmişdir. Qəbul etdiyi narkotik vasitələri ətraf rayonlarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 2023-cü ilin mart ayının sonlarında xatırlamadığı tarixdə gündüz vaxtı istirahət etmək məqsədi ilə Şəki şəhəri ərazisində gəzməyə çıxmışdır. Şəki şəhərində yerləşən M.F.Axundov adına parkda təklikdə gəzərkən qarşılaşdığı skamyalardan birinin altında bir ədəd sellofan büküm olduğunu görmüş, həmin büküm diqqətini cəlb etdiyindən götürüb baxdığında, içərisində biri sellofan, digəri kağız büküm olmaqla iki ədəd büküm olduğunu görmüşdür. Həmin bükümlərin içərilərinə baxdıqda, bükümlərdən sellofan bükümün içərisində narkotik vasitə olan tiryək, kağız bükümün içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu görmüş və özü də narkotik vasitə istifadəçisi olduğundan daha sonra istifadə etmək məqsədi ilə içərilərində tiryək və metamfetamin olan bükümləri əynindəki şalvarın cibinə qoyaraq özü ilə götürmüşdür. Sonra yaşadığı evin yerləşdiyi küçəyə gedib, heç kimin xəbər tutmaması üçün içərilərində tiryək və metamfetamin olan həmin bükümləri yaşadığı küçədə yol kənarındakı daş qalağında olan daşlardan birinin altında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında yaşadığı evdə olduğu zaman parkda tapdığı həmin narkotik vasitədən bir qədər götürüb istifadə etmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı evdən çıxıb, küçədəki həmin daş qalağına yaxınlaşıb, ətrafda heç kim olmadığından əmin olduqdan sonra içərisində tiryəklə metamfetamin olan sellofan bükülünü gizlətdiyi daşın altından götürüb əynindəki şalvarın sağ yan cibinə qoymuş, sonra isə piyada gedərək orada bir qədər uzaqlaşmışdır. Yaşadığı küçədə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirərək üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını bildirərək buna görə də onlarla birlikdə polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. O, da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmiş, vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üstündə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı şalvarın sağ arxa cibindən bir ədəd, qırmızı rəngli əl dəsmalını, həmin şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonunu, əynindəki qolsuz gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunu, əynindəki şalvarın sağ yan cibindən bir ədəd açarı və Şəki şəhərində M.F.Axundov adına parkdan tapdığı, içərisində 01 ədəd sellofan bükümdə narkotik vasitə tiryək və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin olan sellafon bükülünü çıxararaq masanın üzərinə qoyduğunu və bunlardan başqa üzərində hər hansı bir əşyanın olmadığını qeyd etmişdir. Həmin vaxt üzərindən aşkar edilmiş, yəni şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd sellofan bükülünü göstərib, içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş, içərisində tiryək və metamfetamin zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Onun narkotik vasitə qəbul etməsindən, narkotik vasitə və psixotrop maddəni hadisə zamanı gizlədib, üzərində saxlayıb, daşımasından heç kimin məlumatı olmamışdır. Hazırda heç bir yerdə narkotik vasitə saxlamır. O, bir neçə ildir ki, narkotik vasitə istifadə edir, lakin bu müddət ərzində heç vaxt narkotik vasitə satmamış, o cümlədən, kiməsə pay formasında və yaxud bəxşiş kimi narkotik vasitə verməmişdir. Əvvəllər törətdiyi cinayət əməlinə görə cəzasını çəkmişdir. Hal-hazırda isə törətdiyi cinayət əməlindən başqa heç bir cinayət əməlini törətməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təyziqə yaxud təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə bildirdi ki, «Teymur» adlı şəxsin Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Teymur» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuş, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəisinin icazəsi ilə 04 aprel 2023-cü il tarixdə rəhbərliyi, Şəki ŞRPŞnin CAB-ın əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına yaxınlaşıb, ona xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər və ona narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demiş və onu polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ arxa cibindən bir ədəd qırmızı rəngli əl dəsmalını, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki qolsuz gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunu, əynindəki şalvarın sağ yan cibindən bir ədəd açarı və 01 ədəd sellafon bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükülünü göstərib, içərisində narkotik vasitə olduğunu bildirmiş və həmin bükümləri təxminən bir həftə əvvəl Şəki şəhərində Axundov parkından tapdığını, özü də narkotik vasitə istifadə edən olduğunu və həmin kütlələri özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitəyə bənzər kütlə olan sellofan büküm və digər maddə zərfə qoyulmuş möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmayıb, həmçinin onunla heç bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Şəki ŞRPŞ-nin CABnın əməliyyat müvəkkili Şahid1 şahid Şəki ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:07-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 4 (075)-23/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməsi məqsədi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkə və 1 ədəd qırmızı-ağ rəngli kağız bükümdə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli, 3-13-109/7-10940/23 nömrəli cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəki və Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin sıyahısına daxil olan metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmadığı, Təqsirləndirilən şəxs sözügedən cinayətin törədilməsində başqa şəxs və ya şəxslərlə əlbir olmadığı, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğu müəyyən edilmədiyi, başqa cinayətlərin törədilməsində iştirak etməsi halı müəyyən edilməmişdir.Bu istiqamətdə tədbirlər davam etdirilir, gələcəkdə müsbət nəticə əldə edilərsə əlavə məlumat veriləcəkdir. “Kompleks məhkəmə-kimyəvi, bioloji” ekspertizanın 05 aprel 2023-cü il tarixli, 17/310 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə" sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 40,314 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə" sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,191 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tiryək narkotik vasitə, metamfetamin isə psixotrop maddə olduğundan onların müqayisələri tədqiqatı (eynilik) aparılmamışdır. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sıyahısı"na daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxildir. Rəyin təsviri hissəsində göstərilmişdir ki, Tiryəkin təmiz çəkisi- 40,314 qr., tədqiqata sərf edildi-0,100 qr., qalıq- 40,214 qr. Metamfetaminin təmiz çəkisi- 0,191 qr., tədqiqata sərf edildi -0,050 qr., qalıq -0,141 qr. “Məhkəmə-narkoloji” ekspertizanın 18 may 2023-ci il tarixli, 864 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyac yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə-psixiatrik” ekspertizanın 26 aprel 2023-cü il tarixli, 248 nömrəli rəyində göstərilmişdir ki, Mirzəyev X4 Dəyişkənliyi XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirmişdir və hal-hazırda da keçirir. O, hadisə zamanı və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İnvitro MMC-nin xx.xx.2023-cü il tarixli tibbi müayinənin nəticələrinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs ekspress metod ilə müayinəsi zamanı onda “Metadon”, “Amphetamin” və ’‘Marixuana” qəbulu faktı aşkar edilmişdir. Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 19 may 2023-cü il tarixli, 674 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 08 may 2002-ci il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 438 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şəki rayon MX-nın PHŞ-sin həkim narkoloqu tərəfindən göndərilmiş siyahıya əsasən xx.xx.2011-ci tarixdə "Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, asıllıq sindromu" diaqnozu üzrə Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatdadır. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələyinin “Dəyirmanarxı” məhəllə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 20 nömrəli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində Tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq (təmiz halda qramlarla) miqdar daxil olmaqla yuxarı hədinin 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə (təmiz halda qramlarla) 50 qram, metamfetamin adlı narkotik vasitənin şəxsi istehlak miqdarındın artıq miqdar daxil olmaqla yuxarı həddi 0.15 qram, küllü miqdarın daxil olmaqla yuxarı həddi 2 qram olması göstərilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki və metamfetamini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni narkotik vasitə olan tiryəki və metamfetamini əldə edib saxlaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, onun tutulduğu 2 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə maddi sübutlar - Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 40,214 qr qram olan tiryək, 0,141 qram olan metamfetamin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 69,10 manat (altmış doqquz manat on qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 yerləşdirilməsi üçün müəssisənin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Şəki Şəhər - Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 40,214 qr qram olan tiryək, 0,141 qram olan metamfetamin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-79/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-79/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver