Məhkəmə qərarları › İş №1(075)-8/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-8/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-8/2022 10.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Balakən rayonu, Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmayan, Balakən rayonu, Meşəşambul kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində kirayədə yaşayan, 04 noyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Abdulsalam oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmə cinayət əməllərini törətmişdir. Belə ki, o, 26 avqust 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsinin yükünün xüsusiyyətlərini və vəziyətini, yol və metoroloji şərati, xüsusi hərəkət istiqamətində görmə şəratini nəzərə almaqla, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda buna riayət etməyərək, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X19 111CDİ minik markalı, ** CY *** dövlət nömrə nişanlı avtomobillə maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış Şəki şəhəri, S.Mümtaz küçəsi ilə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektinin kəsişməsi istiqamətində enişli yolda avtomobili 60 km/saat sürətlə təhlükəli idarə etdiyi üçün, yəni avtomobilin əyləcini basıb tam dayanma vəziyyətinə gətirməli olduğu halda buna əməl etməyib avtomobilin hərəkətini davam etdirmiş, yolun sağ kənarından sol kənarına keçməkdə olan piyada X7 vurmuş, nəticədə Sahib Maxsudov müştərək travma, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, kəllə əsası sümüyünün sınığı, sağ təpə-alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ baldır sümüyünün qapalı, yerdəyişən, deforamasiyalaşan yerdəyişən sınığı, bədənin müxtəlif nahiyyələrinin əzilmiş-sıyrılmış yaraları ilə nəticələnən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən bir ay əvvəl o, ailəsi və uşaqlarını istirahət etmələri üçün Bakı şəhərindən yaşadığı Balakən rayonu, Meşəşambul kəndində yaşayan ata evinə gətirmişdir. Özü də həmin vaxt bir neçə gün atasıgildə qalandan sonra Bakı şəhərinə qayıtmışdır. 22 avqust 2021-ci il tarixdə o, arvadını və uşaqlarını Bakı şəhərinə aparmaq üçün Balakən rayonuna evlərinə gəlmişdir. 26 avqust 2021-ci il tarixdə təxminən saat 14:00 radələrində arvadını və iki azyaşlı uşaqlarını X19 111CDİ minik markalı, ** CY *** dövlət nömrə nişanlı avtomobilinə mindirib Bakı şəhərinə yola düşmüşdür. O, təxminən saat 16:00 radələrində Şəki şəhərinə çatmış, şəhərin S.Mümtaz küçəsi ilə idarə etdiyi X19 111CDİ minik markalı, ** CY *** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhərində yerləşən Olimpiya kompleksi istiqamətində hərəkət etmişdir. Həmin küçə ilə hərəkət edib Şəki rayon məhkəməsinə çatmağa bir az qalmış yolun sağ kənarından bir kişinin yolun sol kənarına doğru qaçaraq yolu keçmək istədiyini görmüş, bu zaman o, avtomobili hərəkəti istiqamətində yolun sol kənarına çəkmiş və avtomobilin sürətini azaltmış, lakin piyada da hərəkətini davam etdirdiyi üçün o, avtomobilin qabaq hissəsinin sağ kənarı ilə piyadanı vurmuşdur. Daha sonra piyadanı vurduğu yerdən bir neçə metr qabağa keçib avtomobili yolun sol hərəkət hissəsinin kənarında saxlamış, tez yerə düşüb yolun kənarında dayanan adamları köməyə çağırmış ki, gəlin kömək edin piyadanı bir maşına qoyub xəstəxanaya çatdıraq. Yolun kənarında dayanan tanımadığı adamlar hadisə yerinə yaxınlaşanda yanlarına yol polis əməkdaşları gəlmiş və təcili tibbi yardıma zəng vurmuşlar, az sonra hadisə yerinə təcili tibbi yardım həkimləri gəlmişlər. Piyadanı müayinə edib onun artıq öldüyünü bildirmişlər. Sonra hadisə yerinə başqa polis əməkdşları gəlmişlər və dəvət olunmuş hal şahidlərinin və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə zamanı avtomaşını saatda 60 km/saat sürətlə idarə etmişdir. Şübhəli şəxs qismində ifadə verərkən həyacanlı olduğundan avtomobili saatda 60-70 km/saat sürətlə idarə etiyini qeyd etmiş, əslində avtomobili saatda 60 km/saat sürətlə idarə etmişdir. O, piyadanı görən anda onunla arasında təxminən 15-16 metr məsafə olmuşdur. Şübhəli şəxs qismində ifadə verərkən həyacanlı olduğuna görə piyadanı gördüyü anda piyada ilə onun arasında olan məsafənin 25-28 metr olduğunu bildirmiş, əslində o, piyadanı görən anda aralarında 15-16 metr məsafə olmuşdur. Həmin vaxt yolun sağ kənarında mağazaların qarşısında avtomaşınlar dayanmışlar. Mağazaları keçdikdən sonra onun hərəkət yolunda piyada Sahib Maxsudov olmuşdur. Hərəkət yolunda başqa digər maneə olmamışdır. O, piyada S.Maxsudovun yolun sağ kənarından sol kənarına keçmək üçün onu yolun hərəkət hissəsinə keçdiyini 15-16 metr məsafədən görmüşdür. S.Maxsudov ona tərəf baxmadığı üçün elə zənn etmiş ki, o, dayanmayıb yolu keçəcəkdir. O, tormuz versə də maşının qabaq hissəsi ilə S.Maxudovu vurmuşdur. Hadisə yerinə baxışda iştirak etmiş, həqiqətən asfaltda tormuz izi olmamış, nə səbəbdən tormuz izinin düşməməsinin səbəbini qeyd edə bilməmişdir. Ancaq bildirmişdir ki, avtomobilinin tormozu “ABS” sistemi ilə işlədiyindən, bu sistemdə işləyən tormoz mütamadi bağlanıbaçıldığından hesab edir ki, bu səbəbdən yolda tormoz izi olmamaışdır. Maşının qabaq alın şüşəsində yaranmış zədələr piyadanı vurmağı nəticəsində baş vermişdir. Onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyətdə olmuş, sükanı və tormozu normal vəziyyətdə işləmişdir. Hadisə baş verən zaman avtomobildə arvadı və iki azyaşlı uşaqları olmuşdur. Hadisə zamanı o, spirtli içki içməmiş, tam ayıq olmuşdur. Qəza hadisəsi baş verən zaman yaxınlıqda və ətrafda tanımadığı şəxslər olmuşdur. O, piyada Sahib Maxsudovu hərəkət yoluna çıxdığını görəndə o, yolu adi qaçışla keçməyə çalışmışdır. O, Sahib Maxsudovun onun hərəkət yoluna çıxdığını görəndə tormoz verib avtomobili saxlamaq istəmiş, lakin aralarında məsafə az olduğuna görə hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sağ hissəsi ilə Sahibi vurmuşdur. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisədən əvvəl yolun hərəkət hissəsi boş olduğu üçün o, yolun orta hissəsi ilə hərəkət etmiş, piyadanı yolun sağ kənarından qaçaraq yolun sol kənarına keçmək istədiyini görüb tormoz verib avtomobili saxlamaq istəyəndə hərəkətini davam etdirən Sahibi yolun sol hərəkət hissəsində vurmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin S.Maxsudovun arvadı Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayəti və tələbi yoxdur. Belə ki, mərhumun qəbirüstü abidəsini götürməkdə və yas mərasiminin keçirilməsi üçün zərərçəkmişlərə köməklik etmiş, həmçinin mərhumun banka olan kredit borclarını aylıq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Himayəsində 2 azyaşlı uşağı vardır. Həmçinin valideynləri xəstədir. Həyat yoldaşı Şahid3 hadisə vaxtı travmatik şok yaşadığından vəziyyəti yaxşı deyildir. Göstərmişdir ki, əməlindən peşmandır. Törətmiş olduğu əməldə özünü təqsirli bilir. Bütün bunları nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın daha aşağı həddində cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdulsalam oğlunun ona ittiham olunduğu cinayət əməlini törətməsi, tək özünün etirafedici ifadələri ilə deyil, həmçinin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildə Şəki rayonu, Bideyiz kənd sakini X10 ilə ailə həyatı qurmuş və birgə nikahlarından iki oğlan və bir qız övladları olmuşdur. Evdar qadındır və heç bir yerdə işləmir. X20 xəstə övladı və özü üçün hər ay dövlətdən 300-400 manat pensiya almışdır. Aldıqları pensiya pulu ilə ailələrini çətinliklə də olsa dolanışığını təmin etmişdir. Bir neçə ay bundan əvvəl X20 sobada yandırmaq üçün yaşadığı Bideyiz kənd qəbirstanlığından qurumuş odunları yığıb gətirən zaman həmkəndlisi Kamran adlı şəxsi də köməyə çağırmışdır. Sahib Maxsudov ilə Kamran odunları yığdıqdan sonra həmkəndlisi Nakif adlı şəxsin Qazel markalı avtomobili ilə gətirərkən Kamran qapını açıb özünü yerə atmış, həmin vaxt avtomobilin təkəri altına düşüb ölmüşdür. 26.08.2021-ci il tarixdə əri mərhum Kamranın işi ilə bağlı Şəki rayon məhkəməsinə ifadə vermək üçün gəlmişdir. Təxminən saat 16:30-da evdə olarkən anası zəng edib demiş ki, kəndin bələdiyyəsi Emin onlara zəng edib deyib ki, əri X17 şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir. O, da bu xəbəri eşitdikdən sonra X20un qardaş və bacılarına zəng edib məlumat vermişdir. Sonradan öyrənmiş ki, əri X17 rayon Məhkəməsindən çıxıb yolu keçərkən Balakən rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz markalı, **-CY-*** dövlət nömrə nişanlı avtomobil ilə onu vurmuş, nəticədə əri S.Maxsudov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs tanımır. Onun fikirincə mərhum X20 da həmin şəxsi tanımır. Onların Balakən rayon sakini Təqsirləndirilən şəxs arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Göstərmişdir ki, İmran Qayqıyev və onun ailə üzvləri hadisədən dərhal sonra onlarla maraqlanmış, mərhumun qəbirüstü abidəsini götürülməsi və yas mərasiminin keçirilməsi üçün onlara köməklik etmiş, həmçinin mərhum ərinin banka olan kredit borclarını ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də onun Təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı şikayəti və tələbi yoxdur. Gələcəkdə həmin şəxs barəsində heç bir şikayətinin və tələbinin olmayacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs tutulmamasını məhkəmədən xahiş etmişdir. Şahid3 01.02.2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq göstərmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasına gəlməyəcəkdir. Bildirmişdir ki, ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq edir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özü evdar qadındır, həyat yoldaşı Təqsirləndirilən şəxs isə Bakı şəhərində müxtəlif yerlərdə qaynaqcı işləməklə ailəsinin dolanışığını təmin edir. Həyat yoldaşı Təqsirləndirilən şəxs işi ilə əlaqdar müvəqqəti olaraq Bakı şəhərində yaşayırlar. Bir iki aydan bir Balakən rayonuna gəlib əri Təqsirləndirilən şəxs valideyinlərinə baş çəkirlər. Tətil vaxtlarında isə uşaqları ilə birlikdə Balakən rayonunda olurlar. Tətil olduğundan 2021ci ilin iyul ayından uşaqları ilə birlikdə Balakən rayonunda olmuşlar. Əri İmran isə işi ilə əlaqdar Bakı şəhərində olmuşdur. 22.08.2021-ci il tarixdə əri Təqsirləndirilən şəxs onu və uşaqları Bakı şəhərinə aparmaq üçün Balakən rayonunda evlərinə gəlmişdir. Bir neçə gün rayonda qaldıqdan sonra yəni, 26 avqust 2021-ci il tarixdə təxminən saat 14:00 radələrində onu və iki azyaşlı uşaqlarını əri Təqsirləndirilən şəxs məxsus X19 111CDİ minik markalı, ** CY *** dövlət nömrə nişanlı avtomobilinə minib Bakı şəhərinə yola düşmüşlər. Avtomobili əri Təqsirləndirilən şəxs idarə etmişdir. O, isə ön sərnişin oturacaqda əyləşmiş, iki azyaşlı uşaqları isə arxada olmuşlar. Onlar təxminən saat 16:00 radələrində Şəki şəhərinə çatmışlar. Şəki şəhərinin S.Mümtaz küçəsi ilə əri Təqsirləndirilən şəxs idarə etdiyi X19 111CDİ minik markalı, ** CY *** dövlət nömrə nişanlı avtomobili ilə Şəki şəhərində yerləşən Olimpiya kompleksi istiqamətində hərəkət etmişlər. Onlar həmin küçə ilə hərəkət edib Şəki rayon məhkəməsinə çatmağa bir az qalmış Təqsirləndirilən şəxs ani vaxtda tormuz etmiş, o, bir az önə gedib hər iki əliylə şitə tutunub dayanmışdır. Həmin an o, oturduğu tərəfdən yəni, avtomobilin sağ alın şüşəsinə bir nəfərə kişinin çırpılıb yerə düşdüyünü görmüşdür. O, həmin an çox qorxu və həyacan keçirmiş və pis olmuşdur. Avtomobildən düşüb yerə baxdığında avtomobilin arxa hissəsində bir nəfər kişinin hərəkətsiz halda yerdə uzandığı və başından qan axdığını görmüşdür. Həmin kişini yerdə o, vəziyyətdə görüb ürəyi pis olmuşdur. Təqsirləndirilən şəxs yaxınlıqdan köməyə adam çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə yol patrul xidməti əməkdaşları və yaxınlıqdakı tanımadığı şəxslər gəlmişlər. Əri Təqsirləndirilən şəxs vurduğu şəxsə köməklik etməyə çalışmışlar, eyni zamanda təcili tibbi yardım çağırmışlar.Təcili tibbi yardımın həkimləri gəlib köməklik etməsinə baxmayaraq kişi hadisə yerində keçinmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerini ölçmüşlər, şəkil çəkib protokol tərtib etmişlər. O, uşaqları ilə birlikdə halsız vəziyyətdə kənarda dayanmışdır. Təcili tibbi yardım kişinin meyidini maşına qoyub getmişlər. Bütün bunlardan sonra polis əməkdaşları əri Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. O, həmin şəxsin yolu keçmək istədiyini görməmiş, Təqsirləndirilən şəxs tormuz etdiyi anda önə getmiş hər iki əliylə şitdən tutub dayanmış və avtomobilin alın şüşəsinə bir nəfər şəxsin çırpıldığını görmüşdür. Əvvəllcədən yolu keçmək istəyən şəxsi görməmiş, o, yola elədə fikir verməmişdir. Hadisə zamanı avtomaşın yavaş getmiş, lakin sürət həddini xatırlamadığından deyə bilmir. Əri Təqsirləndirilən şəxs avtomobili yolun orta hərəkət hissəsi ilə idarə etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs hərkət yolunda hər hansı bir maneə olmamış, yolun sağ hissəsində mağazaların önündə avtomobillər olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs tormuz etmiş, lakin ani vaxtda şüşəyə kiminsə çırpıldığını görmüşdür. Hadisə zamanı o, və ya azyaşlı uşaqları heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus Qazel markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobil ilə müxtəlif şəxslərin lazimi yüklərini daşımaqla ailəsi üçün qazanc əldə edir. 26 avqust 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində səhəti ilə əlaqədar yaşadığı kənddən şəhərə gələn marşuruta minib Şəki MRX-nın köhnə binasına gələrkən Şəki şəhəri, S.Mümtaz küçəsindən keçərkən yolun kənarında adamların, maşınların və polis maşınlarının dayandıqlarını görmüşdür. Marşurutun sürücüsü idarə etdiyi maşını yolun kənarına verib saxlamış, həmin vaxt o, nə baş verdiyini öyrənmək üçün maşından yerə düşmüşdür. Bu vaxt polis əməkdaşlarından biri ona yaxınlaşıb hadisə yerinə baxış keçiriləcəyini və onun baxış zamanı hal şahidi qismində iştirak etməsini təklif etmiş, o, da buna heç bir etiraz etməmişdir. Digər hal şahidi qismində dəvət olunmuş şəxslə birlikdə onlara hüquq və vəzifələri izah olunduqdan sonra müstəntiq hadisə yerinə baxış keçirməyə başlamışdır. Sürücü Təqsirləndirilən şəxs hündür boylu, qarayanız oğlandır. Baxış zamanı müstəntiq sürücü ilə sorğu-sual edən zaman həmin şəxs hadisə zamanı avtomaşını saatda 60-70 km/saat sürətlə idarə etdiyini və yolu keçmək istəyən piyadanı görən anda onunla piyada arasında təxminən 25-28 metr məsafə olduğunu bildirmişdir. Sürücü piyadanın onun hərəkət yoluna çıxdığını görəndə tormuz verib avtomobilin sükanını sola doğru döndərdiyini, buna baxmayaraq piyadanı avtomobilin qabaq sağ hissəsi ilə vurduğunu bildirmişdir. Sürücü piyadanı yolun hərəkət hissəsində vurmasını bildirsə də hadisə yerinə baxış zamanı orada heç bir tormuz izi aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirilən zaman avtomobildə sürücünün arvadı və iki azyaşlı uşaqları oturmuşlar, onlardan başqa heç kimi görməmişdir. Sürücü müstəntiqə spirtli içki qəbul etmədiyini bildirmişdir. Müstəntiq hadisə yerində ölçü işləri apararkən sürücü Təqsirləndirilən şəxs piyadanı vurduğu yeri əli ilə göstərmişdir. Müstəniq hadisə yerində ölçü işləri apararkən sürücünün piyadanı vurduğu yer ilə yolda olan piyadanın meyidi arasında 4.6 sm, meyidlə maşının arasında isə 6.3 sm məsafə olması müəyyən edilmişdir. Yolun ortasında olan meyidlə yolun işıq dirəkləri olan sol hissəsi arasında 2.3 sm, piyadanı vuran X19 111CDİ minik markalı, ** CY *** dövlət nömrə nişanlı avtomobil ilə yolun işıq dirəkləri olan sol hissəsi arasında 2.1 sm məsafə olması müəyyən edilmişdir. Hadisə yerində ölən adının sonradan Sahib olmasını bidiyi şəxsin meyidi yerdə uzanmış və baş nahiyyəsindən qan axmış vəziyyətdə olmuşdur. Müstəntiq hadisə yerinə baxış keçirən zaman X19 111CDİ minik markalı, ** CY *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yolu keçəmək istəyən Sahibi vurduğu və həmin şəxsin aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilmişdir. Müstəntiq baxışla əlaqdar protokol tərtib etmiş, ucadan oxumuş, hər hansı bir etiraz və vəsatət olmadığından hər biri protokolu imza etmişlər. Müstəntiq tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra Şəki MRX-nın 113 xidmətinin əməkdaşları hadisə yerində ölən Sahib adlı şəxsin meyidini avtomobilə qoyub aparmışlar. Ondan sonra o, yol maşınlarından birinə minib Şəki MRXnın köhnə binasına getmişdir. Təqsirləndirilən şəxs tanımır, onunla ədavəti, düşmənçilik və ya qohumluq əlaqəsi yoxdur. Yol nəqliyyat hadisəsi ilə əlaqdar hadisə yerinə keçirilmiş baxışla bağlı heç bir etiraz və vəsatəti yoxdur. Əvvəllər hər hansı bir işlə əlaqədar keçirilmiş istintaq hərəkətlərində hal şahidi qismində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində götərdiklərini təsdiq etmişdir. İşdə olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 26.08.2021-ci il tarixli Protokoldan görünür ki, həmin tarixdə saat 16:00-da Şəki şəhəri, S.Mumtaz küçəsində yol-nəqliyyat hadisəsi nəticəsində X19 111CDİ minik markalı, ** CY *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili ilə yolu keçəmək istəyən piyada Sahib Maxsudovu vurmuş və S.Maxsudov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. (i\v səh. 8-23) İşdə olan 26.08.2021-ci il tarixli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ayıq olmuşdur. (s.24)

1. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 26 avqust 2021-ci il tarixli, 54 nömrəli rəyindən görünür ki, mərhum X3 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir: müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, kəllə əsası sümüyünün sınığı, sağ sağ təpə alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldır sümüyünün qapalı, yerdəyişən deformasiyalaşan yerdəyişən sınığı, bədənin müxtəlif nahiyyələrinin əzilmiş-sıyrılmış yaraları.

2. X1 meyitində aşkar edilmiş xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlərin xarakterinə görə, demək olar ki, 26.08.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir.

3. X2 ölümünə səbəb qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qışalarına qansızma olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. (s. 85-88) İş materiallarında olan 18.09.2021-ci il tarixli Şəki Şəhər-Rayon Polis Şöbəsinin CABnə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı yaxınlıqda və ətrafda heç kim olmamış, hadisə yerinə yaxın ərazidə çayxana, kafe, ictimai-iaşə obyektləri, müşahidə kameraları, yoldan keçən digər avtonəqliyyat vasitələri olmadığı, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerinə gəlmiş şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, həmçinin yolnəqliyyat hadisəsi törətmiş və X3 ölümünə səbəb olmuş sürücü Təqsirləndirilən şəxs ilə mərhum Sahib Maxsudov arasında ədavət və ya düşmənçilik olmadığı müəyyən edilmişdir. Bununla belə bu istiqamətdə tədbirlərin davam etdirildiyi, gələcəkdə göstərilən xüsusatlarla bağlı müsbət məlumat əldə olunarsa bu barədə əlavə məlumat veriləcəyi qeyd edilmişdir. (səh.97) İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizanın 14 oktyabr 2021-ci il tarixli 8/2487 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X21 111 CDİ markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarışsını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 "Maksimum sürəti məhdudlaşdırılması" yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətdən daha artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərci 100 manat təşkil etmişdir. (s.103-106) İş materiallarında olan "Balakən Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin 06.10.2021-ci il tarixli 114 №-li məktubundan görünür ki, Balakən rayonu, Meşəşambul kənd sakini 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Balakən MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. (s.102) İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs bu günə kimi məhkumluğu olmamışdır. (səh. 82) İş materiallarında olan Şəki şəhər İHB-nın Baş Küngüt kəndindəki nümayəndəliyinin 30.10.2021-ci il tarixli, 396 nömrəli arayışlardan görünür ki, Zərərçəkmiş şəxs Şəki rayonu, Bideyiz kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Eləcədə, Şəki rayonu, Baş Küngüt kənd nümayəndəliyindən verilmiş xasiyyətnamədən göründüyü kimi Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində iki azyaşlı övladı vardır. (səh.112-114) İş materiallarında olan Balakən rayonu Meşəşambul kənd İƏD-üzrə nümayəndəliyinin 03.11.2021-ci il tarixli, 522 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu, Meşəşambul kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Eləcədə, Balakən rayonu Meşəşambul kənd İƏD-üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən göründüyü kimi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində iki azyaşlı övladı vardır. (s.129-131) İşdə olan AZ-İİİ 254367 və AZ-İİİ 587282 saylı doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 20215-ci illərdə anadan olan Milena və Raul adlarında 2 azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş **********076 nömrəli ərizədən görünür ki, görünür ki, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heş bir şikayət və tələbinin olmaması müəyyən olunur. İşdə olan şübhəli şəxsin tutlması haqqında 3665 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.08.2021-ci il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur.(səh.35-40) İşdə olan şübhəli şəxsin əməlinə hüquqi qiymət verilməsi və MSY-dən azad edilməsi barədə 1447 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdə saat 19:21-də şübhəli şəxs statusunda saxlanılmaqla Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir.(səh. 76-77) İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 noyabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (s.184-185) Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq nəticədə ehtiyatsızlıqdan X3 ölümünə səbəb olması tam sübuta yetirilir və təqsirləndirilən şəxsin bu əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən halları və iş üzrə cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2013-cü və 2015-ci illərdə anadan olmuş 2 azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək ondan şikayət və tələbinin olmamasını, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən etdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs çəkilməsi real olan, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməlidirlər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisələrində çəkməlidir. 100 (yüz) manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba keçirilməlidir. İş üzrə maddi ziyanın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353 və 356-cı maddələrinə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar 26.08.2021-ci il tarixdən 27.08.2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlanıldığı iki gün müddət ona təyin edilmiş “iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasın”-dan çıxılaraq barəsində qəti olaraq iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il, on bir ay, iyirmi səkkiz gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə maddi ziyanın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar