Məhkəmə qərarları › İş №1(075)-8/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-8/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-8/2023 24.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Lalayev Rəmzi Mikayıl oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Şəki şəhərində аnаdаn olmuş, Azərbaycan Respublikası vətəndaşı, аiləli, аli təhsilli, məhkumluğu olmаyаn, fərdi əməklə məşğul olаn, Şəki şəhəri, Cаlğаlıbulаq küçəsi, ev 2/48 ünvаndа pasport qeydiyyatında olmаqlа, Şəki şəhəri, Bəxtiyаr Məmmədov küçəsi, dаlаn 4, ev 1 ünvаndа yaşayan, bаrəsində polisin nəzаrəti аltınа vermə qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan psixotrop maddə olan metamfetamin əldə etmə, saxlama və daşıma, həmçinin qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryək əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,553 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 33,245 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, həmçinin qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,791 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamin əldə edib, daşıyaraq üzərində saxlamış, 11 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 02:15 radələrində Şəki şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin inzibati binasının yaxınlığında küçədə saxlanılaraq Şəki şəhəri, X7 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 04:40 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən qəsdən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,553 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 33,245 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, həmçinin qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,791 qram Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamin, eləcədə metamfetamin istifadə etmək üçün istifadə etdiyi şüşə qab aşkar edilərək götürülmüşdür. Məhkəmə ibtidai istintaq orqanının mövqeyi ilə razılaşaraq, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın düzgün olduğu qənaətinə gəlmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvələr Azərbaycan Resublikası CM-nin 333.3, 178.2.4 və 317.2.1-ci maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, sonuncu dəfə 2020-ci ilin aprel ayında şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşıdığına görə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, 2021-ci il ilin dekabr ayında amnistiya qərarına əsasən həbsdən azad olunmuşdur. Həbsdən çıxandan sonra hərdən narkotik vasitələrdən istifadə etmiş, istifadə etdiyi narkotik vasitəni Yevlax şəhərindən əvvəllər tanıdığı və narkotik vasitə alıb istifadə etdiyi Zaur adlı şəxsdən almışdır. Özü istifadə etmək üçün 2 aydan bir Yevlax şəhərinə gedib Zaurla görüşüb puluna yetdik miqdarda hərdən narkotik vasitə olan heroin, tiryək, psixotrop maddə olan metamfetamin almış, aldığı narkotik vasitə qurtarandan sonra yenə Yevlax şəhərinə gedib Zaurla görüşüb ondan narkotik vasitə almışdır. Sonuncu dəfə 10 avqust 2022-ci il tarixdə özü istifadə etmək üçün yol maşını ilə Yevlax şəhərinə Zaurdan narkotik vasitə almağa getmiş, Zaur əvvəllər ona çox vaxt Yevlax şəhər 7 nömrəli məktəbin qarşısında olduğunu, narkotik vasitə lazım olan zaman həmin əraziyə gəlməsini bildirdiyi üçün Yevlax şəhərinə çatandan sonra 7 nömrəli məktəbin qarşısına getmişdir. Zaur məktəbin qarşısında dayandığı üçün ona yaxınlaşıb salamlaşıb görüşmüş, söhbət zamanı Zaurdan çəkmək üçün nəyi olduğunu soruşmuş, Zaur da ona onda narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Zaura ona 30 manatlıq narkotik vasitə olan heroin, 45 manatlıq psixortop maddə olan metamfetamin və 100 manatlıq tiryək gətirməsini demiş, Zaur ondan aralanıb ara küçəyə getmiş, təxminən 20 dəqiqə keçdikdən sonra qayıdıb yanına gəlmiş və ona ayrıayrı sellofan bükümdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin vermişdir. Zaur həmin narkotik vasitəni və psixotrop maddəni ona 175 manat pul müqabilində vermişdir. Bundan sonra Zaurdan ayrılıb yol maşınları ilə geri Şəki şəhərinə gəlmişdir. 11 avqust 2022-ci il tarixdə saat 02:15 radələrində Şəki şəhəri, Hüseyn Cavid küçəsi ilə piyada hərəkət edib həmin küçədə yerləşən Şəki şəhər Hərbi Komissarlığının yaxınlığına çatanda iki mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis işçiləri olduqlarını bildirmiş, ona narkotik vasitə əldə etməsi barədə onlara məlumat daxil olduğunu və onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. Razılaşaraq polis işçiləri ilə birlikdə Şəki ŞRPŞ-nə getmişdir. Həmin vaxt ayrı-ayrı sellofan bükümdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin də üstündə olmuşdur. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona narkotik vasitə əldə etməsi barədə məlumat daxil olduğu üçün üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmiş və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim edərək istədiyi vəkilin iştirakını təmin edəcəklərini qeyd etmişdir. Vəkillərin siyahısından vəkil seçdiyi üçün təhqiqatçı zəng vurub vəkili Poilis Şöbəsinə çağırmış və ona təqdim etmişdir. Bundan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmiş, onu küçədə saxlayaraq Poilis Şöbəsinə dəvət edən polis işçilərinin, vəkilin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişlər. Təhqiqatçı ona əvvəlcə üstündə olan əşyaları təqdim etməsini təklif etdiyindən əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən bir ədəd selofan bükümdə narkotik vasitə olan heroini, bir ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəki, bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini, metamfetamini çəkmək üçün istifadə etdiyi ətir şüşə qabını, şalvarının sağ arxa cibindən isə anasının adına olan kartı çıxarıb stolun üstünə qoymuşdur.Təhqiqatçı tərəfindən əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir.Təhqiqatçı ondan stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini tələb etdiyi üçün əvvəlcə anasına məxsus kartı, sonra bir ədəd sellofan bükümü təqdim edib içərisində narkotik vasitə olan heroin, digər sellofan bükümü təqdim edib içərisində narkotik vasitə olan tiryək, daha sonra bir ədəd sellofan bükümü təqdim edib içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni Yevlax şəhərindən Zaur adlı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş içərisində bir ədəd selofan bükümdə narkotik vasitə olan heroini, bir ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəki, bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini və metamfetamini istifadə etdiyi şüşə qabı ayrı-ayrı zərflərə qoyaraq zərfləri möhürlədikdən sonra digər iştirakçılarla birlikdə o da həmin zərflərin üzərinə imza etmişdir. Təhqiqatçı sonra üstündən aşkar edilmiş anasına məxsus kartı qaytarıb özünə vermişdir.Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olubolmadığını soruşmuş, heç bir şikayətlərinin olmadığını bildirdikdən sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Videoçəkilişlə bağlı da heç bir əlavə və şikayətləri olmadığı üçün təhqiqatçı tərəfindən protokol yazılaraq onlara ucadan oxunduqdan sonra digər şəxslərlə birlikdə həmin protokolu imzalamışdır. O, əməlindən peşman olmuş, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermiş və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət aparmış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə ona "İlham" adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə əməliyyatı məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması və "İlham" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 11 avqust 2022-ci il tarixdə Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Bundan sonra "İlham" adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət əməlinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərini davam etdirmiş, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində "İlham" adlı şəxsin ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4şayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 02:15 radələrində Şəki şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Şəki şəhər Hərbi komissarlığının yaxınlığında küçədə saxlanılaraq PŞ-nə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası təhqiqatçı Natiq Əzimova həvalə edildiyi üçün Təqsirləndirilən şəxs ona təqdim edilmiş, təhqiqatçı öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs seçdiyi vəkil Polis Şöbəsinə dəvət edilmişdir. Eyni zamanda təhqiqatçı tərəfindən videoçəkiliş aparması üçün Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri Qiyam Səfərəliyev dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onların iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ ön cibindən üç ədəd şəffaf bükülünü, bir ədəd şüşə qabı, şalvarın sağ arxa cibindən bir ədəd plastik kartı çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki paltarların ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin onun təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsi barədə bildirdikdə o, əvvəlcə bir ədəd plastik kartı, sonra bir ədəd sellofan bükümü təqdim edib içərisində narkotik vasitə heroin, digər bir ədəd sellofan bükümü təqdim edib içərisində narkotik vasitə tiryək, daha sonra bir ədəd sellofan bükümü təqdim edib içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni Yevlax şəhərindən Zaur adlı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Təhqiqatçı sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş içərisində bir ədəd selofan bükümdə narkotik vasitə olan heroini, bir ədəd sellofan bükümdə olan tiryəki, bir ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini və metamfetamin istifadə etdiyi şüşə qabı ayrıayrı zərflərə qoyub zərfləri möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərflərin üzərinə imza etmişdir. Təhqiqatçı sonra iş üçün əhəmiyyət kəsb etmədiyindən İlham Musafayevin üstündən aşkar edilmiş bir ədəd plastik kartı onun özünə qaytarıb vermişdir. Bundan sonra təhiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda heç bir şikayətlərinin olmadığını bildirmişlər. Videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan onlara oxunmuş, digər şəxslərlə birlikdə o da həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini, tiryəki, psixotrop maddə olan metamfetamini hardan əldə etməsini müəyyən etmək məqsədilə bir sıra əməliyyat tədbirləri həyata keçirmişlər, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdilkəri xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 11 avqust 2022-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 02:47-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 22-24) Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 11 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video diskdən görünür ki, üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümdə narkotik vasitə olan tiryəkə oxşar tünd qəhvəyi rəngli, bir ədəd şəffaf bükümdə narkotik vasitə olan heroinə oxşar tünd qəhvəyi rəngli və bir ədəd şəffaf bükümdə psixotrop maddə metamfetaminə oxşar şəffaf rəngli maddə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. (İş.v 42-51) Məhkəmə Ekspertiza Mərkəzinin X3 xx.xx.2022-ci il tarixli 17/633 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,553 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. Təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,791 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə psixotrop maddə – metamfetamindir. Təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 33,245 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir. Təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şüşə qabın üzərində cuzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikləri cuzi miqdarda olduğundan təmiz çəkisini və bir ədəd sellofan bükümdə olan metamfetaminlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Rəyin qeyd hissəsində göstərilmişdir ki, a) Heroinin təmiz çəkisi – 0,553 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq 0,503 qr. b) Metamfetaminin təmiz çəkisi – 1,791 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq 1,741 qr. c) Tiryəkin təmiz çəkisi – 33,245 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq 33,145 qr. Aparılmış tədqiqatın dəyəri 69,10 manat təskil edir. (İş.v 56-60) 12 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqinin vəsatəti təmin edilməyərək məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. (İş. v 105-106) 12 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və X2 azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilərək, o Polis şöbəsinin X2 həbsdən azad edilmişdir. (İş v. 107-108) DİN-nin BƏSİİ-dən daxil olmuş 22 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 1 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzası 01 il 02 ay şərti cəza ilə əvəz edilmiş, Naxçıvan Hərbi məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə şərti cəza ləğv edilmiş, 01 il 06 ay azadlıqdan mərhum etmə cəzası saxlanılmış, Naxçıvan Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 il 09 ay müddətinə azadlıqdan mərhum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 317-2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 18 noyabr 2017-ci ildə cəzasının sonu ilə həbsdən azad olunmuş, Şəki Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan mərhum edilmiş və 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2022-ci il tarixli «Amnistiya» qərarının 2.4-cü bəndi tətbiq edilməklə, Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi, barəsində narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. (İş.v 126-127) Şəki Ağır Cinayətlər məhkəməsinin 1(091)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlnun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İş.v 140-142) Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserinin 22 avqust 2022-ci il tarixli, 323 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən «Kannabinoidlərin qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları, asıllıq sindiromu» diaqnozu ilə Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdə qeydiyyatdadır. (İş.v 128) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1505 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən və psixotrop maddə olan metamfetamindən istifadə sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş.v 143) Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər X4 07 oktyabr 2022-ci il tarixli, 613 nömrəli məhkəmə psixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (İş.v 149) Şəki şəhəri İHB-nın 1 nömrəli SİƏD üzrə Nümayəndəliyinin “Fətəli” məhəllə Nümayəndəsi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 92 nömrəli arayış və 19 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 5 ünvanında həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş.v 152-153) Şəki Rayon Psixatriya Xəstəxanasının 21 oktyabr 2022-ci il tarixli, 1085 №-li məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyata olan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının disponser müşahidəsində yoxdur. (İş.v 154) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmamış heroinin, tiryəkin və metamfetaminin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,553 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 33,245 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, həmçinin qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,791 qram olan Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamin əldə edib, daşıyaraq üzərində saxlamış, 11 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 02:15 radələrində Şəki şəhəri, Hüseyn Cavid küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin inzibati binasının yaxınlığında küçədə saxlanılaraq Şəki şəhəri, X7 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 04:40 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən qəsdən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,553 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 33,245 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, həmçinin qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,791 qram Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamin, eləcədə metamfetamin istifadə etmək üçün istifadə etdiyi şüşə qab aşkar edilərək götürülmüşdür. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə CM-nin 59-cu maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 il 09 ay müddətinə azadlıqdan etmə cəzasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 317-2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, 18 noyabr 2017-ci ildə cəzasının sonu ilə həbsdən azad olunmuş, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan mərhum edilmiş və 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2022-ci il tarixli «Amnistiya» qərarının 2.4-cü bəndi tətbiq edilməklə, Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmasa da, səmimi olaraq narkotik vasitə istifadəçisi olmasını etiraf etmiş, narkotik vasitə qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, onun psixotrop maddə və narkotik vasitəni haradan əldə etməsini dəqiq deməkdə səmimiyyət göstərməməsi, narkotik vasitənin qanunsuz dövtəyyəsinin qarşısının alınmasında əməkdaşlığının olmaması, bu hərəkətlərini dayandıracağını inandırıcı etmir. Bundan əlavə onun narkotik vasitə aludəçisi olub narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması sonrakı davranışları barədə fikir formalaşdırmaqla onu səciyyələndirən hallardandır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onu səciyyələndirən halları nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan tam müalicə olmazsa və həyat və yaşayış tərzini dəyişməzsə bu və ya digər cinayətlər törtməsi ehtimallarının olduğunu görür. Onun müalicə olunması, qeyd edilən vəziyyəti düzəldib normallaşdırması üçün vaxt, imkan və şərait lazım olduğunu qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək şübhəli şəxs kimi həbsdə saxlandığ müddət 24 saatdan artıq olduğu üçün 2 gün müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı bu gündən – xx.xx.2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69.10 manat məbləğində məhkəmə məsrəfləri Mustаfаyev İlhаm Aydın oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şəki şəhər-rаyon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 33,145 qram olan narkotik vasitə hesab edilən tiryək, ekspertiza tədqiqatından sonra çəkisi 0,503 qram olan narkotik vasitə hesab edilən heroin və ekspertiza tədqiqatından sonra çəkisi 1,741 qram olan psixotrop maddə hesab edilən metamfetamin və bir ədəd şüşə qab hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Mustаfаyev İlhаm Aydın oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mustаfаyev İlhаm Aydın oğlunun ibtidai istintaq zamanı tutularaq 11 avqust 2022ci il tarixdən 12 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı müddət, 24 saatdan artıq olduğu üçün 2 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mustаfаyev İlhаm Aydın oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Mustаfаyev İlhаm Aydın oğlunun cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 24 yanvar 2023-cü il tarixdən hesablansın. Mustаfаyev İlhаm Aydın oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şəki şəhər-rаyon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 33,145 qram olan narkotik vasitə hesab edilən tiryək, ekspertiza tədqiqatından sonra çəkisi 0,503 qram olan narkotik vasitə hesab edilən heroin və ekspertiza tədqiqatından sonra çəkisi 1,741 qram olan psixotrop maddə hesab edilən metamfetamin və bir ədəd şüşə qab hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69.10 manat məbləğində məhkəmə məsrəfləri Mustаfаyev İlhаm Aydın oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar