Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-8/2024 28.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasından 2008-ci il buraxılışlı, 7000 manat dəyərində «Opel Astra» markalı avtomaşın gətizdirəcəyi barədə uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə 2023-cü ilin yanvar ayının ortalarında, Bakı şəhəri ərazisində sonuncuya məxsus 5500 manat dəyərində «Mersedes Benz» markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşını, xx.xx.2023-cü il tarixdə Şəki şəhəri ərazisindən onun kart hesabına göndərdiyi 500 manat pulunu və xx.xx.2023-cü il tarixdə Şəki şəhəri ərazisindən onun kart hesabına göndərdiyi 1000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 7000 (yeddi min) manat dəyərində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Qeyd olunan əsaslara görə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar verilmiş ittihamın təsdiqi kimi qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmədə müəyyən edilmiş hallar və tədqiq edilmiş sübutlar, ittiham tərəfin təqdim etdiyi sübutlara uyğun deyildir, verilmiş ittiham, məhkəmə istintаqı zаmаnı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şаhidlərin ifаdələri və işin digər tədqiq оlunmuş hаllаrı və xüsusаtlаrı ilə üst-üstə düşmür, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə dələduzluq etməsi ilə bağlı cinayət hadisəsi törətməkdə təqsirləndirilən şəxs qismində məhkəməyə verilmiş şəxsin təqsirliliyi sübuta yetmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 1-ci bənbində göstərilir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 33-cü bəndində göstərilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləməmiş, ailəli olmaqla, onkoloji xəstə olan anasına və hər ikisi ürək qüsurlu xəstə olan uşaqlarına baxmaq, qulluq etmək, müalicə etdirmək üçün avtomobil alqı-satqısı, sərnişin daşımaq, fəhləlik etmək, ümumiyyətlə hər bir işlə məşğul olmaq məcburiyyətində olmuşdur. xx.xx.2022-ci ildə dələduzluq cinayətlərinin törədilməsində təqsirli bilindiyi üçün Qaradağ RPİ-nin istintaq şöbəsində barəsində CM-nin 178-ci maddəsinə əsasən cinayət işi aparılmış və məhkəməyə göndərilmişdir. Hazırda məhkəmə işinin gedişi dövründə Binəqədi RPİ-də aparılmış cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılaraq CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Avtomobil alqısatqısı ilə məşğul olduğu vaxt, 2022-ci ilin sonlarında Sumqayıt maşın bazarında özünə məxsus “Ford Fusion” markalı avtomobili satmaq üçün müştəri gözləyən zaman, sonradan tanıdığı, hazırki iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs yaxınlaşıb avtomobili qohumuna almaq istəmiş, pulları çatmadığı üçün ala bilməmişlər. Sağollaşıb gedərkən Seymur onun telefon nömrəsini götürmüşdür. Təxminən bir ay sonra, 2023-cü ilin yanvar ayının ortalarında Seymur ona zəng edib sənədləri qaydasında olmadığı üçün Xırdalan şəhərində Polisin cərimə meydançasında olan Mercedes markalı avtomobilini satmağa müştəri tapmasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs müştəri olmadığını, lakin son zamanlar aldadılıb pullarının əldən çıxması səbəbindən avtomobil gətizdirib satmaq imkanını itirdiyini, onkoloji xəstə olan anası və anadangəlmə ürək qüsurlu 2 oğlunun mütəmadi müalicəyə olan ehtiyacları üçün kimyaterapiya və digər qaçılmaz xərcləri qarşılamaqdan ötrü sərnişin daşımaqla qazanc əldə etmək istədiyini demiş, avtomoilin dizellə işlədyini eşitdikdə sərnişin daşımaqdan ötrü əlverişli olacağını düşünüb özü üçün almaq qərarına gəlmişdir. Seymura bu barədə demiş, Seymur avtomobili 5500 manata satdığını söyləmişdir. Həmin vaxt əlində pulu olmamış və bunu Seymura da bildirmiş, Seymur isə avtomobilin dayandığı cərimə meydançasında hər günü üçün əlavə pul hesablandığını deyərək avtomobilin sənədlərini tez qaydasına salıb cərimə meydançasından çıxarmağa köməklik göstərməsini xahiş etmişdir. O, Şəki şəhərinə getmiş, ona avtomobilə dair baş etibanamə verilmişdir. O, Seymurun avtomobilin göstəriciləri və vəziyyəti barərə dediklərinə inanıb avtomobili almağa razılaşsa da, sonradan avtomobilə baxıb buraxılış ilinin ona dediyindən köhnə olduğunu, eyni zamanda avtomobilin cəriməsinin yalnız 400 manat olduğunu desə də əlavə cərimələri və peniyaları olmuş, həmçinin cərimə meydançasında uzun müddət qaldığına görə ödəniş pulu çox tutmuş, avtomobilin öz mühərriki xarab olduğundan yeni nömrəsiz mühərriklə əvəz olunduğu üçün sənədlərinin qaydaya salınmasına Seymurun nəzərdə tutub ona dediyindən çox artıq xərcləri çıxmışdır. Həmçinin avtomobilin batareyası (akkymlyatoru), şinləri və bir neçə ehtiyat hissələri köhnə olduğu üçün dəyişilməsi məcburi olmuş, o yenisi ilə əvəz etmək və ya düzəltdirməklə bərpa etdirmək məcburiyyətində qalmışdır. Avtomobilin xərcinin çox olduğunu bildirəndə, Seymur avtomobili tez hazırladıb çıxartmasını, sonra öz aralarında razılaşacaqlarını demişdir. O, Seymurdan aldığı avtomobillə sərnişin daşıyıb qazanc əldə edib ehtiyaclarını qarşılayacağını, həm də Seymurun almaq istədiyi “Opel Astra” markalı avtomobili tanışlarının vasitəsilə Seymur üçün təxminən öz qiymətinə yaxın qiymətə 9200-9300 manata kreditlə təşkil edib ilkin ödənişdən əlavə olacaq hər aylıq ödənişləri Seymurdan aldığı avtomobilin əvəzi olaraq özü ödəyəcəyini qərarlaşdırmışdır. Seymur avtomobili cərimə meydançasında qaldıqca hər gününə pul hesablandığı üçün tez çıxmasını istədiyindən, avtomobilin xərcləri üçün 2023-cü ilin yanvar ayının 21-də 400 manat, 24-də 1000 manat adına olan “Kapital Bank”a məxsus kart hesabına hissə-hissə cəmi 1500 manat pul köçürərək ona vermişdir. Əslində, ilkin danışıqları zamanı verdiyi həmin pulları avtomobilin xərci kimi göndərsə də, ondan şikayət edəndəndən sonra almaq istədiyi “Opel Astra” markalı avtomobil üçün ödədiyini iddia edib ondan tələb etmiş, o da həmin vaxt dar məqamda olduğu üçün tutulmamaqdan örtü avtomobilin dəyərindən əlavə 1500 manatı da Seymura qaytarmağa razı olmuşdur. Seymurdan aldığı avtomobilin cərimələrinin, cərimə meydançasında dayanma xərcinin, mühərrikinin dəyişdirilib nömrəsiz mühərriklə əvəz edilərək sənədləşdirilməsinin, batareya (akkumulyator), mühərrik yağının, şinlərinin və digər ehtiyat hissəslərinin dəyişdirilməsi üçün olan məsrəflərin çox olmasına görə pulu çatmamış, bu işləri görməsinə pul verməklə kömək edən şəxsin adına avtomobili sənədləşdirib cərimə meydançasından çıxarmaq məcburiyyətində qalmışdır. Avtomobili başqasının adına rəsmiləşdirdiyini Seymur da bilmişdir. Qeyd etdiyi işlər üçün pulun bir hissəsini tanışı Elçindən almış, Elçin verdiyi pulu qaytarana kimi avtomobili qohumunun adına sənədləşdirməklə ona idarə etmə etibarnaməsi vermək təklifi ilə razılaşıb bu barədə aralarında müqavilə imzalamışlar. Bir il müddətində o hər ay 385 manat ödədikdən sonra avtomobili öz adına qaytarmağa razılaşmışlar. O avtomobili idarə edib aylıq ödənişlərini vaxtında etmiş, öz ehtiyaclarını da qarşılamış, Zərərçəkmiş şəxs üçün də danışıqlarına uyğun “Opel Astra” markalı avtomobili təşkil etməklə məşğul olmuşdur. Əvvəllər xaricdən gətirilən avtomobilləri katalizator deyilən hissəsi olmadan gətirməyə imkan olduğu üçün katalizatoru avtomobildən açıb ayrı sataraq qazanc etdiklərinə görə qiymətdə aşağı verməyə imkan olduğundan Seymura da “Opel Astra” markalı avtomobili tanışlarından 9200-9300 manata gətizdirdikləri qiymətə alıb verməyə söz versə də, son günlər ölkəyə katalizatorsuz avtomobil girişinə qadağa qoyulduğundan söz verdiyi qiymətə Seymur üçün həmin markalı avtomobil gətizdirə bilməmiş və bu haqda Seymura demişdir. O, avtomobillərin katalizatorsuz ölkəyə daxil olmasına icazə verilmədiyini Bakıdakının Sədərək bazarında yerləşən gömrük məntəqəsində avtomobil alıb satanlara sənədləşmə işində köməklik edən Ramin adlı şəxsdən soruşub dəqiqləşdirərək öyrənmiş və Seymura da bundan sonra demişdir. Söz verdiyi qaydada avtomobili gətizdirə bilməyəndən sonra Seymur ondan avtomobilin pulunu və nağd verdiyi pulunu istəmiş, o Seymura avtomobilin və nağd aldığı pulunu ödəyəcəyini demişdir. Lakin maddi imkanı zəif olduğu üçün Seymurun pulunu dərhal tam qaytara bilmədiyi üçün fevral ayında Seymur onun barəsində Polis şöbəsinə şikayət etmişdir. Bununla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanmış, istintaq aparılarkən dəvət olunub avtomobili əlindən alınmış, o, avtomobil üçün pul götürdüyü Elçin və qohumu Rəşad da istintaqa çağırılmış, o, Elçin və Rəşad istintaqda zərərçəkmiş şəxs Seymura avtomobili geri götürməsini təklif etmiş, Elçindən götürdüyü pulun qaytarılmasını özləri aralarında nizamlayacaqlarını demiş, lakin Seymur cərimələrini, dayanacaq pulunu, mühərrikinin yenisi ilə əvəz olunmasının sənədləşmə pulunu ödədiyi, bir çox ehtiyyyat hissələrini yeniləyib istifadəyə yararlı hala gətirdiyi vəziyyətdə belə avtomobili geri götürməmiş, avtomobilə görə 5500 manat və dayanacaqdan tez çıxarılması üçün göndərdiyi 1500 manat olmaqla 7000 manat pul verilməsini ondan tələb etmişdir. Araşdırma aparılan müddətdə, yəni xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 1550 manat olmaqla 5500 manat pulu Yevlax rayonunda milliön vasitəsilə Zərərçəkmiş şəxs adına köçürməklə ödəmişdir. Zərərçəkmiş şəxs avtomobili satmaq istədiyini ona ilk dediyi vaxt qiymətini 5500 manata desə də, sonradan avtomobilin göstəricilərinin və vəziyyətinin dediyi kimi olmadığını Seymura bildirəndə qiyməti, eləcə də hər gün pul hesablandığı dayanacaqdan avtomobili tez çıxartmaq üçün göndərdiyi pulu öz aralarında razılaşacaqlarını desə də, bunlar heç biri nəzərə alınmamış, Polis işçilərinin yanında Seymur pulun tam ödənilməsini tələb etmiş, o da tutulmamaq üçün deyilənlərlə qorxudan razılaşmışdır. O, Seymuru aldatmaq, dələduzluq edib avtomobilini, nə də pulunu ələ keçirtmək istəməmişdir. Əksinə Seymur özü ona zəng vurub avtomobili satmaqda kömək etməsini istəmiş, göstəricilərini və həm də dizellə işlədiyini bildirdiyi üçün o özü avtomobili götürüb sərnişin daşımaq fikrində olduğunu Seymura demişdir. Seymur da onun avtomobili başqasının adına rəsmiləşdirildiyini bilmiş, həmin vaxt heç bir etirazı olmamışdır. Avtomobil onun özündə olmuş, başqasının adına rəsmiləşdirməsi müvəqqəti, yəni Elçindən götürdüyü pulu hər ay 385 manat ödəyib qurtarana kimi olan müddət dövründə olmuşdur. Seymurun ondan şikayət etdiyini biləndən sonra isə Elçinlə Rəşad onunla birlikdə avtomobili Seymura geri götürməsini təklif etmiş, Seymur isə istəməmişdir. İbtidai istintaq isə guya onun gələduzluq etdiyi, hətta guya “Opel Astra” markalı avtomobil gətizdirəcəyi ilə aldatmışdır kimi sənədləşdirmişdir. Seymur avtomobili satmasını telefonda deyən zaman yenisini almaqla əvəzləyəcəkləri haqda danışmamış və razılaşmamışlar, yeni avtomobil almaq istədiyini Seymur sonradan o etibarnamə götürməy gələndə bildirmişdir. Onda da Seymurdan aldığı avtomobilin pulunu hissə-hissə vermək istədiyinə görə Seymur üçün avtomobili kreditlə alıb, krediti özü ödəməyi qərarlaşdırmışdır. Lakin sonradan Seymurun istədiyi avtomobilin alınmasına kömək edə bilməmişdir. Seymurdan avtomobili özü üçün aldığını Seymur, avtomobilin qohumunun adına borcu qaytarılana kimi rəsmiləşdirildiyini Elçin və Rəşad da təsdiq etmiş, həmçinin aralarında müqavilə də olmuşdur. Satdığı avtomobilə və dayanacaqdan avtomobili tez çıxartması üçün verdiyi pula görə o, Zərərçəkmiş şəxs 7000 manat pul qaytarmış, sonuncu onunla barışmış, ondan şikayəti və tələbi qalmamışdır. Bunların nəzərə alınaraq brəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, təxminən 2022-ci ilin noyabr-dekabr aylarında kürəkəni Pərviz İsmayılova avtomobil almaq üçün Sumqayıt şəhərində yerləşən avtomobil bazarına getmişdir. Bazarda satılan «Ford Fusion» markalı avtomaşın Pərvizin xoşuna gəlmiş, lakin avtomaşını almaq üçün pulu çatmamışdır. Avtomaşını satan Təqsirləndirilən şəxs adlı şəxs ona üstündə olan pulu verib avtomaşını adına keçirə biləcəyini, qalan pulu hər ay hissə-hissə ödəmələrini, banka girməyə ehtiyac olmadığını, onlara inandığını demişdir. Bu cür danışması onda Radilə qarşı isti münasibət yaratmış, əlaqə saxlamaq üçün telefon nömrəsini götürmüşdür. Onun, 1988-ci il buraxılışlı “Mersedes Benz-230” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı köhnə avtomaşını olmuş, avtomobilin benzinlə işləyən mühərriki xarab olduğundan çıxarılıb üzərinə qoyulmuş dizellə işləyən nömrəsiz mühərrikin Baş X24 İdarəsində sənədləşdirilməsi zərurətindən, eləcə də avtomobilin üzərində ödənməmiş cəriməsi olduğu və bəzi hallara görə avtomobili Xırdalan şəhərində Baş X24 İdarəsinin duracağında saxlamışdır. Hər gün üçün duracaq pulu hesablandığından avtomobili satmaq və yenisini almaq istəmişdir. Bunun üçün 2023-cü ilin yanvar ayının ortalarında mobil telefonuna zəng edib Radillə danışmışdır. Radil avtomobilin göstəriciləri ilə maraqlanıb dizel yanacağı ilə işlədiyini biləndən sonra maddi vəziyyətinin çətinləşməsi səbəbindən sərnişin daşımaqdan ötrü özü üçün götürə biləcəyini söyləmiş, o da etiraz etməmişdir. 20 yanvar 2023-cü ildə Radil Şəki şəhərinə gəlmiş, o, avtomobilin ilini, markasını, Baş X24 İdarəsinin duracağında saxlandığını, avtomaşının üzərində təxminən 400 manat cəriməsi olduğunu, bundan başqa avtomaşının mühərriki xarab olduğu üçün yerinə qoyulmuş nömrəsi olmayan yeni mühərrikin Baş X24 İdarəsində sənədləşməli olmasını Radilə söyləmiş, Radil ona 5500 manat verəcəyinə, cərimə və sənədləşməni öz hesabına etdirəcəyinə razılaşmışdır. O, Radilə avtomobili satması üçün baş etibarnamə vermişdir. Satdığı avtomobilin əvəzinə yenisini almaq istədiyindən söhbət zamanı Radil də ona, Gürcüstan Respublikasından tanışlarının gətirdiyi «Opel Astra» markalı avtomaşınlardan birini öz qiymətinə almasında ona köməyi dəyəcəyini, hətta satdığı avtomobilin pulunu verdikdən sonra avtomaşının qalan pulu da hissə-hissə ödəyə biləcəyini demişdir. Radil 2008-ci il istehsalı olan «Opel Astra» markalı avtomaşının Bakı şəhərinə gətizdirilməsinə 9200 manat xərc çıxdığını, avtomaşının ona öz qiymətinə veriləcəyini söyləmişdir. 21 yanvar 2023-cü ildə Radil zəng edib maddi çətinliyi olduğundan onun satdığı avtomobilin xərclərinə lazım olan pulu olmadığını, xərcləri qarşılamağa kömək edib borc pul verməsini, yeni avtomobil alınarkən həmin puldan çıxmasını demiş, o da razılaşıb 21 yanvar 2023-cü ildə saat 11 radələrində Şəki şəhərində yerləşən ASAN xidmət Mərkəzinin içərisində qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə Radilin göndərdiyi kart hesabına 100 manat, axşam saat 2127-də evdə özünün istifadə etdiyi Leobank tərəfindən verilmiş kartından Radilin ona göndərdiyi «albalı» kart hesabına 400 manat pul göndərmiş, Radil zəng edib pulu aldığını ona bildirmişdir. xx.xx.2023-cü ildə Radil yenə ona zəng edib eyni qayda ilə, yəni satdığı avtomobilin xərclərinə lazım olan pulu qarşılamağa kömək edib 1000 manat borc pul verməsini, yeni avtomobil alınarkən həmin puldan çıxmasını demişdir. O, yenə də həmin gün Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən «Ekonom» marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə Radilin ona göndərdiyi kart hesabına 1000 manat pul göndərmişdir. İbtidai istintaqda da pulu bu məqsədlə verdiyini demiş, ancaq nədənsə alacağı avtomobilin ödənişi kimi aldadıb aldığı kimi qəbul edilib yazılmışdır. Həmin pul avtomobil alınanda pulundan çıxalacağını Radillə danışmışdılar, lakin Radil onu aldadıb avtomobili gətirmək adı ilə almamışdır. O, hər dəfə Radillə danışanda almaq istədiyi avtomobilin də nə vaxt gətiriləcəyi ilə maraqlanmış, Radil qısa müddətdə gəlib çatacagını bildirmiş, hətta avtomobil gələndə adına rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsinin surətini də Radilə göndərmişdir. Sonralar da Radil ilə əlaqə saxlayarkən, narahat olmamasını, tezliklə avtomaşının gətiriləcəyini bildirmişdir. xx.xx.2023-cü ildə Radil ona zəng edib yenə 50 manat borc pul istəmiş, o, etiraz etməyərək Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən «Skazka» marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə 50 manat pulu Radilin ona verdiyi kart hesabına göndərmişdir. Bundan sonra o, dəfələrlə əlaqə saxlasa da Radil verdiyi sözə əməl etməmiş, almaq istədiyi «Opel Astra» markalı avtomaşın almasına heç bir köməklik etməmiş, nə ondan aldığı avtomaşının pulunu, nə də 1550 manat pulu qaytaracağını desə də qaytarmamışdır. Radil onun “Mersedes Benz-230” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşınına baş etibarnamə aldıqdan sonra başqa adamın adına rəsmiləşdirməsini də ona demiş, eyni zamanda pulu qaytaracağını, avtomobili geri verə biləcəyini desə də o, avtomobilin qaytarılmasını istəməmiş, 7000 manat pulunun tam qaytarılmasını tələb etmişdir. Avtomobili və pulu verdikdən təxminən 1 ay sonra Radildən Polis şöbəsinə şikayət etmişdir. Münasibətləri dövründə Radil və ailəsi ilə tanışlığı yaranmış, anasının onkoloji və iki uşagının ürək qüsurlu xəstə, daima müalicəyə, qulluğa ehtiyacları olduğunu, xəstəliklərinin mütəmadi xərc tələb etdiyini görmüşdür. Hazırda Radil ona verməli olduğu 7000 manat pulu tam qaytarmış, o, Radillə barışıb, sonuncunu bağışlamış, heç bir şikayət və tələbi qalmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, köhnə avtomaşın alıb təmir edib satmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxsi tanımamış, Zərərçəkmiş şəxslə yaxın tanışlıq münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bir müddət əvvəl Seymur Mersedes markalı avtomaşınını satmaq istədiyini demiş, o da maşın istəyən olsa xəbər verəcəyini bildirmişdir. 2023-cü ilin yanvar ayının ortalarında Seymur əvvəllər tanıdığı Beyləqan rayon sakini Radil adlı şəxslə Şəki şəhərində görüşmüş, Seymur avtomaşının üstündə 400 manat cəriməsi olduğunu, mühərriki xarab olduğu üçün yerinə dizellə işləyən nömrəsiz mühərrik qoyulduğundan sənədləşdirilməsi lazım olacağını bildirmiş, bu xərcləri çıxdıqdan sonra Radillə avtomobilin qiymətini 5500 manata razılaşmış, Seymur avtomaşınla bağlı Radilə baş etibarnamə vermişdir. Söhbətləri zamanı X12 Respublikasından 2008-ci il istehsallı «Opel Astra» markalı avtomaşını gətirilmə qiymətinə - 9200 manata almasına, qalan pulu da hissə-hissə ödəməsinə kömək edəcəyini demişdir. Bir müddət sonra Seymurla rastlaşıb vəziyyəti soruşduqda, Radilə 1500 manat əlavə pul da göndərdiyini bilmiş, Radilin tezliklə avtomobilin gətiriləcəyini bildirdiyini demişdir. Seymurla Radilin onun yanında pul alış-verişi olmamış, söhbət zamanı Radil həmin avtomaşını özü üçün almasını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, ədavət, düşmənçilik olmamışdır. 2023-cü ilin yanvar ayında Qara adlı tanışı ona zəng edərək bir nəfər şəxsin avtomobilinin xərclərinə pul lazım olduğunu, kömək etməsini, pulu qaytarana kimi avtomobili adlarına keçirib girov qoyacağını demişdir. Buna görə Radillə danışıb ayda nə qədər pul ödəyə biləcəyini soruşmuş, Radil taksi fəaliyyəti ilə məşgul olub ayda 400 manat ödəyə biləcəyini ona bildirmişdir. Maşının xərcləri ilə bağlı Radil ondan 2600 manat pul istəmiş, maşının onların adından qeydiyyata alınması ilə birlikdə cəmi 3300 manat pul vermiş və ayda 385 manat ona pul ödəyəcəyi ilə bağlı Təqsirləndirilən şəxsla aralarında müqavilə bağlamışlar. Radil yanvar, fevral, mart aylarında hər ay ona 385 manat olmaqla ödəniş etmiş, aprel ayında isə zəng edərək 80 manat pulunun çatmadığını söyləmiş, o, Radilə problem olmadığını növbəti ay tamamlaya biləcəyini bildirmişdir. May ayında Radil ona ödəniş etmədiyi üçün o, Radilə zəng vurub ödəniş etmədiyinin səbəbini soruşmuş, Radil Şəki Şəhər-Rayon Polis Şöbəsində barəsində aparılan cinayət işi ilə bağlı avtomobilin əlindən alınıb Polisdə saxlandığını, bu səbəbdən işləyə və ödəniş edə bilmədiyini bildirmişdir. O, bu məsələ ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində ifadə də vermiş və həmin vaxt avtomobili sahibinə qaytarmasını və ona olan borcunu sonra verəməyini Radilə təklif etmiş, lakin Radil zərərçəkmiş şəxsin maşını istəmədiyini, ondan pulunu tələb etdiyini bildirmişdir. Radil avtomobili Polisin dayanacağından götürdükdən sonra yenidən işləyib hər ay ona borcunu ödəmyə başlamış və az müddət keçmiş bir dəfəyə 1000 manat ödəniş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibətləri, ədavət, düşmənçilik olmamışdır. 2023-cü ilin yanvar ayınında Təqsirləndirilən şəxs maşının xərcləri ilə bağlı Elçindən 2600 manat pul götürməsinə köməklik etməsini xahiş etmiş, bu barədə Elçinə bildirib kömək etməsini xahiş etmiş, pulu qaytarana kimi avtomobili adlarına keçirib girov qoyacağını demişdir. Elçin Radillə danışmış, ayda nə qədər pul ödəyə biləcəyini soruşmuş, Radil taksi fəaliyyəti ilə məşgul olub ayda 400 manat ödəyə biləcəyini söyləmişdir. Avtomobilin qohumunun adına qeydiyyata alınması xərcləri ilə birlikdə Təqsirləndirilən şəxs Elçin 3300 manat pul vermişdir. Təqsirləndirilən şəxs ayda 385 manat pul ödəyəcəyi ilə bağlı aralarında müqavilə bağlamışdır. Təqsirləndirilən şəxs həmin pulla maşının cərimələrin ödəmiş, maşının benzinlə işləyən matorunu dəyişib yerinə dizellə işləyən mator qoyulması sənədlərini qaydasına salmış, avtomobil uzun müddət dayanacaqda hərəkətsiz dayandığı və bir çox ehtiyat hissələri köhnəldiyi üçün sənədlərdəki çatışmamazlıqları həll etdikdən sonra avtomobilə akumlyator, təkərlər və digər lazimi hissələr almış, mühərrik yağını dəyişdirmişdir. Radil yanvar, fevral mart aylarında hər ay üçün 385 manat ödəmiş, aprel ayında 80 manat əksik olmaqla ödəniş etmişdir. May ayında isə Radil, barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsində aparılan cinayət işi ilə bağlı avtomobili əlindən alınıb Polisin cərimə meydançasında saxlanması səbəbindən ödəniş edə bilməmişdir. Təqsirləndirilən şəxs barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılarkən o da Şəkiyə getmiş, zərərçəkmiş şəxslə özü də danışmış, avtomobili geri götürməsini, ödəniləcək pulu Radilin onlara ödəməsini zərərçəkmiş şəxsə təklif etmiş, lakin zərərçəkmiş şəxs razılaşmamışdır. Zərərçəkmiş şəxsin danışığından maşının marağında olmadığını, yalnız Təqsirləndirilən şəxs pul almaq istədiyini başa düşmüşdür. Radil avtomobili Polisdən götürdükdən sonra yenidən borcunu ödəməyə başlamış, az müddət keçmiş bir dəfəyə 1000 manat ödəniş etmişdir Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakının Sədərək bazarında yerləşən gömrük məntəqəsində xaricdən avtomobil gətirən, avtomobil alan şəxlərə sənədləşmə işlərinin hazırlanmasında köməklik etməklə məşğul olmuş, Təqsirləndirilən şəxs da avtomobil alqı satqısı ilə məşğul olan səxs kimi tanımış, aralarında münasibətləri normal olmuş, ədavət, düşmənçilik olmamışdır. 2023-cü ilin təxminən fevral ayınında Təqsirləndirilən şəxs avtomobillərin gətirilmə vəziyyəti ilə bağlı onunla söhbət etmiş, o, katalizatorsuz avtomobillərin gömrük məntəqəsindən keçirilib respublikaya daxil olmasına artıq icazə verilmədiyini Radilə bildirmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsində göstərilir ki, 2022-ci ilin təxminən aprel ayında, qayınatası Zərərçəkmiş şəxs özünə “Mersedes Benz-230” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşın almışdır. Avtomobili alanda qaynatası şəxsiyyət vəsiqəsini itirib tapa bilmədiyi üçün avtomaşın üçün onun adına baş etibarnamə verilmişdir. Bir müddət sonra qaynatası şəxsiyyət vəsiqəsini tapmış, o, həmin avtomaşını sürmək üçün qaynatasına etibarnamə vermişdir. 2022-ci ilin noyabr ayında, dəqiq xatırlamadığı tarixdə o, qaynatası ilə birlikdə özünə avtomaşın almaq üçün Sumqayıt şəhərində yerləşən avtomobil bazarına getmişdir. Satılan «Ford Fusion» markalı avtomaşın xoşuna gəlmiş, lakin almaq üçün pulu çatmamışdır. Avtomaşını satan Radil adlı şəxslə münasibətləri yaranmış, Radil ona üstündə olan pulu verib, qalan pulu da hər ay hissə-hissə ödəməsini demişdir. O, borclu qalmaq istəmədiyi üçün razılaşmamışdır. Bir müddət sonra qaynatası “Mersedes Benz-230” markalı avtomaşını satmaq qərarına gəlmişdir. 2023-cü ilin yanvar ayının ortalarında qaynatası ilə görüşəndə Radil də ora gəlmişdir. Qaynatası avtomaşını Radilə satmaq istəmış, Radilə avtomaşının Bakı şəhərində olduğunu, təxminən 400 manat cəriməsi olduğunu və mühərrikini rəsmiləşdirmək lazım olduğunu, xərcləri özü ödəyəcəyi halda avtomaşını 5500 manata satacağını bildirmişdir. X14 “Mersedes Benz-230” markalı avtomaşınla bağlı baş etibarnamə vermişdir. Radil Gürcüstan Respublikasından «Opel Astra» markalı avtomaşın gələcəyini, həmin avtomaşını ona verə biləcəyini demişdir. Qaynatası avtomaşın barədə soruşduqda, Radil «Opel Astra» markalı avtomaşının 2008-ci il istehsalı olduğunu, avtomaşını Bakı şəhərinə gətizdirməyə 9200 manat xərc çıxacağını, həmin qiymətə də avtomaşının qaynatasına veriləcəyini, qaynatası Seymur qalan pulu da hissə-hissə ödəməsini demişdir. Qaynatası avtomaşını sənədləşdirməsi üçün Radilə 1500 manat pul göndərdiyini də ona bildirmişdir. Bir müddət sonra isə qaynatası ona Radilin “Mersedes Benz-230” markalı avtomaşını ondan aldıqdan sonra başqa adamın adına rəsmiləşdirdiyini, həmçinin Radilin ona heç bir avtomaşın gətizdirmədiyini demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 524375****5454 saylı hesaba 400 manat, xx.xx.2023-cü il tarixdə “Kapital Bank”a məxsus 416973******4637 nömrəli kart hesabına 1000 manat və xx.xx.2023-cü il tarixdə “Kapital Bank”a məxsus 416974******2946 nömrəli kart hesabına 50 manat köçürülmüşdür. (İş.v 27-29) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Beyləqan RPŞ-də istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2022-ci ildə CPM-nin 40.3-cü, CM-nin 73.2-ci maddələrinə əsasən rədd edilib. CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-də istintaqı aparılmış 220030117, 220096066, ********* və ********* nömrəli cinayət işləri xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. (İş.v 148). “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2023-cü il tarixli, PHŞ-6-29/2- 622/2023 nömrəli məktublarından görünür ki, Beyləqan rayonu İİ Aşıqlı kənd sakini Təqsirləndirilən şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X20 “Ensefalopatiya. Vegetativ damar paroksizmləri ilə” (maddə 23b) diaqnozu ilə qeydiyyatdadır. Həmin diaqnoza görə hərbi xidmətdə olmamışdır. Xəstə xx.xx.2022-ci il tarixdə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X20 nevropatoloqun qəbulunda olmuş, ona “İsterik nevroz. İsterik mutizm” diaqnozu qoyulmuşdur. Narkoloji və psixiatrik kabinetdə dispanser qeydiyyatında yoxdur. (İş.v 57-60). Beyləqan rayon İcra Hakimiyyəti Başçısının 2-ci Aşıqlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 172 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1989-cu il təvəllüdlü arvadı X8, xx.xx.2014-cü il təvəllüdlü oğlu X10, xx.xx.2014-cü il təvəllüdlü oğlu X11, xx.xx.1963-cü il təvəllüdlü atası X9, xx.xx.1966-cı il təvəllüdlü anası Çıraqova Xatın Babaş qızından ibarət olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş.v 61-62) Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasından ötrü barəsində axtarış elan edilmişdir. (iş.v 105) Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli saat 2200-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Beyləqan şəhərində yerləşən bazarın yaxınlığında həmin rayonun PŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə Şəki ŞRPŞ-nin əməkdaşlarına təhvil verilmiş və müvafiq olaraq istintaqa təqdim edilmişdir. (iş.v 78-79) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, saat 1450-də ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (iş.v 100-101) 6 iyul 2023-cü il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 114-117) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında 6 iyul 2023-cü il tarixli qərardan görünür ki, həbs qətimkan tədbiri seçilməsinin zəruriliyi barədə vəsatət əsassız olduğu üçün, təqsirləndirilən şəxsin cinayət prosessini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın normal gedişinə mane olmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəblər olmadan gəlməmək ehtimallarının olmasının müəyyən edilməməsinə görə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatət təmin edilməyib, məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. (İş.v 118-122) 6 iyul 2023-cü il tarixli qərardan görünür ki, CM-nın 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin MSY-dən həbsdən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərar ona elan edlməklə, surətini saat 1745-də almışdır. (İş.v 123-125) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin 13 yanvar 2024-cü il tarixli, 3-13-16/2-5632/2024 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş X24 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən **- LD-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ” markalı nəqliyyat vasitəsinə təhkim edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin 20 fevral 2024-cü il tarixli, 016-465 nömrəli məktubu və ona əlavə edilmiş siyahıdan görünür ki, Zərərçəkmiş şəxs adına **-LD-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ” markalı nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin 07 fevral 2024-cü il tarixli, 3-13-16/2-22566/2024 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş X24 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter-uçot bazasında “MERCEDES BENZ” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Avtomobilin kreditlə satış müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında avtomobilin nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Təqsirləndirilən şəxs avtomobilin aylıq ödənişi olaraq Rəşad Abdullayevə hər ay 385 manat pul ödəməli olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 7000 manat ziyanının tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, onu bağışladığını bildirmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə ittiham, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsə 7000 manat dəyərində 2008-ci il buraxılışlı “Opel Astra” markalı avtomobil gətizdirəcəyi adı ilə aldadıb 5500 manat dəyərində “Mersedes Benz” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili və 1500 manat pulu qəsdən dələduzluq edib ələ keçirməsinə görə verilmişdir. İbtidai istintaq və məhkəmə baxışı zamanı gətizdiriləcəyinə söz verilmiş 2008-ci il buraxılışlı, «Opel Astra» markalı avtomobilin dəyərini 9200 manat göstərdiyi halda ittihamda – təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında səbəbsiz və heç bir izah verilmədən 5500 və 1500 manata uyğun olaraq gətizdiriləcək avtomobilin dəyəri 7000 manat göstərilmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrində göstərilir ki, təqsirləndirilən şəxs avtomobili özü üçün almış, dəyərini 5500 manata razılaşmışlar. Sona qədər də avtomobil təqsirləndirilən şəxsdə, istifadəsində olmuş, həmin avtomobillə sərnişin daşımaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxsin şikayətindən sonra təqsirləndirilən şəxs Polis şöbəsinə gətiriləndə də avtomobilin alınıb cərimə meydançasına qoyulması, başqasının adına rəsmiləşdirilməsinə baxmayaraq zərərçəkmiş şəxsə qaytarilmasının təklif edilməsi də bunu təsdiq edir. Həmçinin dələduzluq əməlinin predmenti kimi göstərilmiş avtomobilin könüllü qaytarılması mümkün olduğu halda bunun edilməməsi, yenidən təqsirləndirilən şəxsə qaytarılması ibtidai araşdırma orqanının mövqeyini, ittihamın vəziyyətini açıb göstərir. Verilmiş ittihamın əsasını təşkil edən avtomobin qaytarılması təklif olunsa da Zərərçəkmiş şəxs avtomobili geri götürməkdən imtina etdiyi, məhkəmə baxışı zamanı təqsirləndiriləş şəxs, şahidlər Rəşad və borc pulu vermiş Elçin, eləcə də zərərçəkmiş şəxsin özü tərəfindən təsdiq edilmişdir. Məhkəmə bu halla bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, avtomobilin zərərçəkmiş şəxsə qaytarılmağa təklif etdildiyi vaxt, ondan götürüldüyü vaxtdan çox yaxşı vəziyyətdə olmuşdur. Bunu belə demək olar ki, zərərçəkmiş şəxs özü də təqsirləndirilən şəxsə göndərdiyi 1500 manat pulu avtomobilin cərimələrinin ödənilməsi, dəyişilmiş mühərrikinin rəsmiləşməsi üçün göndərdiyini ifadəsində təsdiq etmiş, avtomobilin cərimələrinin ödənilməsi, mühərrikinin dəyişilmiş vəziyyətdə sənədləşdirilməsi, uzun müddət işlədilməyib dayanmış avtomobili yararlı, işlək vəziyyətə gətirmək üçün akkumlyator, təkərlər, digər ehtiyat hissələrinin alınb, yağının dəyişdirilməsi və sair xərclərinin çəkilməsi danılmaz olmaqla yanaşı həm də proses tərəflərinin özləri tərəfində də etiraf edilib təsdiq edilməklə, avtomobilin zərərçəkmiş şəxsə qaytarlması təklif edilən vaxt texniki və satış vəziyyətinin, satılmaq üçün verilən vaxt və görüləcək işlər üçün verilmiş pulun üzərinə sərf edildiyini də nəzər aldıqda belə artıq olduğu qənaətinə gəlməyə imkan verir ki, nəyin ki, aşağı qiymətə olduğu anlamını vermir. Şəxs özü üçün avtomobil alıb pulunun ödənişini gecikdirdikdə zərərçəkmiş şəxsin avtomobili daha yaxşı vəziyyətdə geri götürmədiyi halda təqsirləndirilən şəxsin niyyətinin dələduzluq olduğu qənaətinə gəlmiş ibtidai araşdırma orqanını anlamaq olmur. Heç olmasa gəldiyi nəticəni belə cinayət işinin materiallarında izah etməyə çalışmamışdır. Təqsirləndirilən şəxsin cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə etdiyi şikayətlərinin məzmunundan görünür ki, avtomobilin əlindən alınıb 2 aydan çox Polisin cərimə meydançasında saxlanmasından narazılığını bildirməklə yanaşı, həmçinin avtomobili alarkən pulunu tezliklə verə bilməyəcəyini əvvəldən bildirmiş, müəyyən müddətdən sonra verəcəyini etibarnamə götürəndə demişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən baş etibarnamə əsasında götürdüyü avtomobili, borc götürdüyü pulun müqabilində başaqasının adına rəsmiləşdirdiyi mübahisə doğurmur. Təqsirləndirilən şəxs və avtomobil adına rəsmiləşdirilmiş şəxs də etiraf edir ki, həmin rəsmiləşmə pərdələnmiş əqd olmaqla təqsirləndirilən şəxsin Şahid3 adlı şəxsdən götürdüyü pulun hər ay 385 manat olmaqla 1 il müddətinə qaytarılması barədə bağladıqları müqavilə müqabilində qeyd olunan alqı satqı başqasının adına rəsmiləşdirməklə aparılmış, sonuncudan sərnişin daşımaqla məğul olmaqdan ötrü avtomobili idarə etmək üçün etibarnamə götürüb sərnişin daşınma fəaliyyətini davam etdirmiş, ödəniş tamamlandıqdan sonra avtomobil təqsirləndirilən şəxsin mülkiyyətinə qaytarılmalı olmuşdur. Məhkəmə qeyd edir ki, həm də Təqsirləndirilən şəxs baş etibarnamənin avtomobili satmaq üçün verildiyi işin mübahisə olunmayan halıdır. Etibarnamənin verdiyi səlahiyyətlərdə satılması ehtiva edildiyindən, satılmalı olduğunun qabaqcadan razılaşdırıldığından başqa cür yozmaq da mümkün deyil. Eyni zamanda Təqsirləndirilən şəxs avtomobili özü üçün almağı qərarlaşdırmış və sona qədər də avtomobil özündə olmuş, hətta ibtidai araşdırma orqanı da ondan avtomobili alıb 2 ay cərimə meydançasında saxladıqdan sonra özünə qaytarması da bu anlamı verir ki, ibtidai araşdırmanı aparan orqan avtomobil başqasının adına rəsmiləşdirildikdən sonra da avtomobilin Təqsirləndirilən şəxs olmalı olduğuna, qalmasına qeyri qanuni yanaşmamışdır. Zərərçəkmiş şəxs Polisin cərimə meydançasından avtomobilin Təqsirləndirilən şəxs verilməsini mübahisələndirməməsi də eyni yanaşmanı göstərir. Belə olan halda Təqsirləndirilən şəxs avtomobilin idarə olunması üçün ərsəyə gətirilməsindən ötrü başqa şəxsin adına rəsmiləşdirilib pul götürməsi nə üçün cinayət hesab edilməlidir? Bu doğru da olmazdı, ona görə ki, Zərərçəkmiş şəxs aldığı və avtomobilin başqasının adına rəsmiləşdirilməsilə borc götürdüyü pulla avtomobil normal işlək vəziyyətə gətirilib, cərimələri ödənilib, dayanacaq pulları verilib, nömrəsiz mühərrikinin sənədləşməsi aparılmış və sair xərclər çəkilmişdir. Burada məqsədi müəyyən etmək də çətin deyil ona görə ki, təqsirləndirilən şəxsin dedikləri ifadələrdə və sənədlərlədə təsdiqini tapmış, avtomobili onun idarəçiliyinə etibarnamə verilməsi və aylıq ödəyəcəyi pul müqabilində avtomobilin özünə qalacağına inanmağı mümkün edən, tərəflər arasında pulun aylıq ödənişinə dair rəsmi tərtib edilmiş müqavilələri, razılaşmaları olmuş və ödənişlər edilmişdir. Göründüyü kimi dələduzluq niyyəti ilə avtomobili ələ keçirib satmamış, pul müqabilində avtomobili başqasının adına müvəqqəti sənədləşdirmiş, bunu Zərərçəkmiş şəxs özü də bilmiş, Təqsirləndirilən şəxs heç vaxt danmamış, ilk gündən səmimi ifadə vermişdir. Dələduzluq niyyətinin sübut edilməsi ittiham tərəfin vəzifəsidir. Real vəziyyət yuxarıda göstərilən qaydada olmaqla, bir qədər də açıq formada izah etdikdə belədir ki, təqsirləndirilən şəxs ilk gündən olanları heç vaxt danmamış, adına baş etibarnamə verildiyi halda özgəninkiləşdirib pulunu Zərərçəkmiş şəxs vermişəm deyib mənimsəmək və danmaq imkanı olduğuna baxmayarqa bunu etməmiş, Zərərçəkmiş şəxs pulu verməli olduğunu danmamış, avtomobili, pulunu və digər 1500 manatı qaytarmamaq üçün pərdələməyə çalışmamış, müddət gecikməsi olsa da tamamilə ödəmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi avtomobili və pulu ələ keçirdiyi ilk gündən aldatmaq niyyətinin olduğuna dair cinayət işinə heç bir sübut əlavə etməmiş və iş üzrə qəbul etdiyi qərarlarda bunu təhlil etməyib aldatmanın nədə ifadə olunduğunu izah etməmişdir. Məhkəmə istintaqında isə əksinə, təqsirləndirilən şəxsin avtomobil alqı-satqısı ilə məşğul olduğu mübahisə doğurmur, ittiham tərəfindən də təsdiq edilir, Zərərçəkmiş şəxs üçün avtomobil gətizdirməyə çalışdığı, lakin katalizatorsuz avtomobillərin gömrük məntəqəsindən respublikaya buraxılmaması qiymət fərqi yaratdığı üçün verdiyi sözə əməl edə bilmədiyi görünür. Bakının Sədərək bazarındakı gömrük məntəqəsində sənədləşmə işlərinə kömək edən Şahid4, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında katalızatorsuz avtomobilin gömrük məntəqəsindən respublikaya daxil olmasına icazə verilməməsinə dair həmçinin ondan bilgi almasını təsdiqləməsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə avtomobil almaqda köməklik göstərməyə çalışdığını, real hərəkət etdiyini göstərmişdir. Deməli təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə ilk münasibətləri başlayandan niyyətinin aldatma, etibardan sui-istifadə olması təsdiq olunmur, ittiham tərəfi bunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Yalnız təqsirləndirilən şəxsin başqa dələduzluq əməlləri ilə bağlı işlər olduğuna güvənib onlara isnad edib söykənmişdir. Ondan başqa daha mühüm hallardan biri budur ki, ittihamda aldatmanın predimeti kimi göstərilmiş avtomobilə dair, eləcə də təqsirləndirilən şəxsə baş etibarnamə verilməsinə dair heç bir sənəd ibtidai araşdırma orqanı tərəfindən cinayət işinin materiallarına əlavə edilməmiş, həmçinin ittihamda göstərilən avtomobilin mövcudluğunu və iş üzrə zərərçəkmiş kimi tanınmış şəxsin mülkiyyətində belə bir avtomobilin nə vaxtsa olduğu təsdiqini tapmamış və bunu əldə etmək məhkəmə baxışında da mümkün olmamışdır. Avtomobilin mövcudluğu yalnız dindirmə protokollarında ifadə olunmuş, Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsindən edilmiş sorğular zamanı ** LD *** dövlət nömrə nişanlı “Mersedes Benz-230” markalı avtomobilin ümumiyyətlə heç vaxt olmadığı, heç bir “Mersedes Benz-230” markalı avtomobilə ** LD *** dövlət nömrə nişanı verilmədiyi cavabı verilmişdir. İş üzrə zərərçəkmiş şəxs kimi tanınmış X2 adına olmuş avtomobillərin istiqamətindən də bu halın araşdırması zamanı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış şəxsin adında və mülkiyyətində heç vaxt ** LD *** dövlət nömrə nişanlı “Mersedes Benz-230” markalı avtomobilin olmadığı məlum olmuşdur. Beləliklə aydın olur ki, verilmiş ittihamda qeyd olunan avtomobilin mövcudluğu barədə cinayət işinin materiallarına heç bir rəsmi sənəd əlavə edilmədiyi halda ibtidai araşdırma orqanının ** LD *** dövlət nömrə nişanlı “Mersedes Benz-230” markalı avtomobilin dələduzluq yolu ilə ələ keçirilməsi barədə yanlış nəticəyə gəlmişdir. Dindirmə protokollarından görünür ki, avtomobil iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış X1 Şahid2 adına və mülkiyyətində olmuş, sonuncu Zərərçəkmiş şəxs avtomobili idarə etmək səlahiyyəti verən etibarnamə vermişdir. Belə olan halda, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış X3 qarşı ** LD *** dövlət nömrə nişanlı “Mersedes Benz-230” markalı avtomobilin etibardan sui-istifadə edilib aldadılaraq ələ keçirildiyi nəticəsinə, verilmiş ittihamdan kənar qərara gəlmək mümkünsüzdür. Eyni zamanda məhkəmə baxışında əldə edilmiş vaxtı keçdiyinə görə qüvvədən düşmüş etibarnamələrin surətindən görünür ki, avtomobil üçün təqsirləndirilən şəxsin adına baş etibarnamə Zərərçəkmiş şəxs tərəfindən deyil Şahid2 tərəfindən verilmiş və baş etibarnamə, verilmiş ittihamda qeyd edilmiş ** LD *** deyil ** DL *** dövlət nömrə nişanlı avtomobil üçün verilmişdir. Beləliklə müəyyən edilmişdir ki, dələduzluq edilib ələ keçirildiyi barədə ittiham verilmiş avtomobil mövcud olmamış və dövlət nömrə nişanı səhv qeyd edildiyi qənaətinə gəlsək də belə, həmin avtomobilin də mülkiyyətçisi iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış X5 olmadığından ona zərər dəydiyini demək olmur. İttihamda təqsirləndirilən şəxsin pul olaraq aldığı 1500 manatla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ödəniş qəbzlərində 400, 1000 və 50 manat pul göndərilməsi təsdiqini tapsa da, verilən pulun 1500 manat olduğunu Təqsirləndirilən şəxs mübahisələndirməmiş və Zərərçəkmiş şəxs qaytardığından məhkəmə də mübahisəsiz hal kimi qəbul etmişdir. Eyni zamanda ibtidai araşdırma orqanı ittihamda, təqsirləndirilən şəxsin pul olaraq aldığı 1500 manatın avtomobilin dəyəri kimi 5500 manatla vahid niyyətlə əldə olunduğunu 3 dəfə vurğulamışdır. Deməli, verilmiş ittihamda 1500 manatın da etibardan sui-istifadə edilib aldadılaraq ələ keçirildiyi iddia edilsə də, təqsirləndirilən şəxsin məqsədinin vahid niyyətlə əvəzsiz və qanunsuz ələ keçirmə olduğunun xüsusi vurğulanaraq, vahid niyyətlə bütöv bir cinayət kimi qəbul edilmiş əməl olunmasını nəzərdə tutulduğu anlamını verir. Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 1500 manat pul isə Zərərçəkmiş şəxs özünün də dediyi kimi avtomobilin cərimələrini, mühərrikinin qanuniləşdirilməsi və bu kimi sair məsələlərin həllinə görə borc kimi, özünə gətirizdiriləcək avtomobil gələndə ödənişindən çıxılacağı şərti ilə verilmişdir. Hazırki halda Təqsirləndirilən şəxs etibardan sui-istifadə edilib aldadılaraq avtomobili ələ keçirməkdə təqsirliliyi sübuta yetmədi halda vahid niyyətlə ittiham verilmiş 1500 manatın da etibardan sui-istifadə edilib aldadılaraq ələ keçirilməsinə münasibətdə də məhkəmə eyni fikirdədir. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı CM-nin 178.2.4-cü maddəsi ilə təqsiri sübuta yetirilməmiş Təqsirləndirilən şəxs ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsini nəzərdə tutur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 57-ci bəndində göstərilir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Həmin qərarın 58-ci bəndində qeyd edilir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Cinayət işi üzrə məhkəmənin gəldiyi nəticə sübutlarla əlaqədar olduğundan Avropa Məhkəməsinin həmin məsələlərlə bağlı presedentlərinə müraciət edilmişdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsi Korbely Macarıstana qarşı iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ethiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı o, cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Avropa Məhkəməsinin Barbera, Messegue və Yabardo İspaniyaya qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafıq yəni, qanuni yolla əldə olunmalıdır. Eyni zamanda məhkəmə həmin qərarında onu da qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla - təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər: Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, CM-nin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs təqsirsiz elan edilməli və ona bəraət verilməlidır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlak müəyyən edilməmişdir və təyin edilməməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 344-349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs təqsirsiz elan edilsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona həmin Məcəllənin 356.5-ci maddəsinə əsasən qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, tutulması, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsinin həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddi sübut, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-8/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-8/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver