Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-80/2023 19.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Şəki Şəhər icra hakimiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxx 1981-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkum olunmamış, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmaq məqsədi ilə 2022-ci ilin dekabr ayında Şəki şəhəri, Salman Mümtaz küçəsində, yolun kənarında X:681214,47, Y:4561976,46 koordinatlarında yerləşən dövlət mülkiyyətində olmaqla Şəki şəhər İcra hakimiyyətinə məxsus 63,12 kv.metr ərazini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsini tutaraq həmin sahənin və həmin sahəyə bitişik özünə məxsus 6 kv.metr sahənin üzərində 2023-cü ilin yanvar ayında 6,4 metr enində, 10,8 metr uzunluğunda mağaza tikdirməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Şəki şəhər İcra hakimiyyətinə məxsus 63,12 kv.metr torpaq sahəsi üzərində qanunsuz olaraq özbaşına tikinti və quraşdırma işlərini aparmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2021-ci ilin dekabr ayında qohumu Şahid4 özünün adına olan Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən 6 kv.metr torpaq sahəsini ona pay vermiş, özü isə işləmək üçün Bakı şəhərinə getmişdir. Həmin 6 kv/metr sahənin çıxarışı vardır. Həmin sahəni götürdükdən sonra yerində mağaza tikmək qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin noyabr ayının əvvəllərində həmin yerdə mağaza tikdirmək üçün Şəki şəhər İcra Hakimiyyətinə ilk öncə şifahi daha sonra isə rəsmi olaraq müraciət etmişdir. Bir müddət gözləmiş cavab gəlmədiyi üçün 2022-ci ilin dekabr ayının əvvəllərində həmin yerdə mağaza tikdirməyə başlamışdır. 6 kv/metr sahə daxil olmaqla təxminən 70 kv/metr sahədə mağaza tikdirməyə başlayıb ayın ortalarında mağazanın hasarını tikdirib başa çatdırmışdır. Həmin mağazanın hasarını tikdirəndən sonra, 2023-cü ilin yanvar ayında Şəki şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edib, 70 kv/metr daxil olmaqla cəmi 230 kv/metr sahədə tikinti aparmağı üçün icarə verilməsini xahiş etmişdir. Bir müddət gözləmiş həmin ərizəsinə cavab gəlməmişdir. 20 fevral 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin əməkdaşları həmin yerə gəlib mağaza tikdirdiyi torpaq sahəsini ölçəndən sonra ondan həmin mağaza yerləşən torpaq sahəsinin sənədi olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə bildirmişdir ki, mağaza tikilmiş torpaq sahəsinin 6 kv/metr hissəsi qohumu Şahid4 adınadır və rəsmi sənəd vardır. İbrahimxəlil həmin sahəni ona pay vermişdir. O, özü 6 kv.metr daxil olmaqla cəmi 70 kv/metr ərazidə mağaza tikdirmişdir. Qalan sahənin isə sənədi yoxdur. Ancaq həmin sahəyə görə sənədləşdirmə aparılacaq. Bundan sonra həmin əməkdaşlar çıxıb getmişlər. Bundan sonra ərzaq malları gətirib mağazaya yığdıqdan sonra 2023-cü ilin mart ayının sonlarında mağazanı işlətməyə başlamışdır. 2023-cü ilin aprel ayının əvvəllərində ona cavab məktubu gəlmiş, məktubda qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin əməkdaşları onun tikdirdiyi mağazanın yerləşdiyi torpaq sahəsini ölçüb qanunsuz tikinti işləri aparıldığı müəyyən edildiyi üçün akt tərtib edilmiş və qanuna müvafiq qaydada tədbir görülməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti vasitəsi ilə həmin akt Daxili İşlər Nazirliyinə gönədrilmişdir. Buna görə də müraciətinin qanuna müvafiq həlli mümkün deyildir. Bundan sonra başa düşmüşdür ki, o, düzgün iş görməyib. Həmçinin o, göstərmişdir ki, tikdirdiyi 70 kv/metr sahəsi olan mağazanın tikilməsinə dair ancaq 6 kv/metr sahənin çıxarışı vardır, qalan 64 kv/metr sahəyə dair heç bir sənəd yoxdur. Əməlindən peşimandır, barəsində yüngül cəza verilməsini xaiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Şahid4 adına olan 06 kv/metr torpaq sahəsi daxil olmaqla, Şəki şəhər ərazisində, Salman Mümtaz küçəsinin qərbində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində 64 kv.metr ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsində mağaza inşa etməklə tikinti işləri aparılmışdır. Sonradan məlum olmuşdur ki, həmin mağazanı Təqsirləndirilən şəxs tikdirmişdir. Belə ki, Şahid4 özünün adına olan 06 kv.metr torpaq sahəsini qohumu Təqsirləndirilən şəxs notarial qaydada təsdiq olunuş etibarnamə əsasında pay vermiş, sonuncu da həmin 06 kv.metr torpaq sahəsi daxil olmaqla əlavə 64 kv.metr sahəni əhatə edən torpaq sahəsində mağaza tikdirmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə Şəki şəhər ərazisində, Salman Mümtaz küçəsinin qərbində yerləşən həmin mağazaya baxış keçirilən zaman məlum olmuşdur ki, həqiqətən də Təqsirləndirilən şəxs inşa etdirdiyi mağazanın yerləşdiyi 70 kv.metr torpaq sahəsinin 06 kv.metr hissəsi Şahid4 adına olsa da, 64 kv.metr hissəsi qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsində mağaza inşa etməklə tikinti işləri aparması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respuğlikası Prezdentinin 28 noyabr 2000-ci il tarixli, 421 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə»nin tələblərinə əsasən hər il əməkdaşlar tərəfindən mütamadi olaraq monitorinqlər keçirilir. 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin baş məsləhətçi vəzifəsində işləyən Şahid2 və məsləhətçi vəzifəsində işləyən Elçin Mustafayevlə birlikdə Şəki rayonu ərazisində monitorinq yoxlamaları keçirmişlər. Həmin yoxlama zamanı Şəki şəhər ərazisində, Salman Mümtaz küçəsinin qərbində yerləşən yeni tikilmiş tam hazır olmayan tikiliyə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin tikili yerləşən torpaq sahəsi təxminən 70 kv.metrdir. Həmin vaxt orada olmuş Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədi olub-olmadığını soruşduqda, sonuncu tikilinin yerləşdiyi torpaq sahəsinin 6 kv.metr hissəsinin çıxarışı olduğunu və həmin çıxarış qohumu Şahid4 adına olduğunu bildirmişdir. Baxış zamanı tikilinin yerləşdiyi torpaq sahəsinin 6 kv.metr hissəsi Şahid4 adına olması müəyyən edilmişdir. Göstərilən tikili mişar daşından tikilməklə ancaq qabaq hissəsi hörülməmiş, qapı və pəncərə yeri üçün saxlanılmışdır. Tikilinin yerləşdiyi torpaq sahəsində 64 kv.metr hissəsi qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işləri aparıldığı üçün o, iştirakçılarla birlikdə yerində akt tərtib etmişlər. Həmçinin tikilinin foto şəkli çəkilib tikilinin yerləşdiyi kordinatla birlikdə akta əlavə edilmişdir. Həmin akt rəhbərlik tərəfindən Daxili İşlər Nazirliyinə göndərilmişdir ki, araşdırılıb hüquqi qiymət verilsin. Sonradan maraqlanan zaman məlum olmuşdur ki, 6 kv.metr torpaq sahəsi Şahid4 adınadır. İbrahimxəlil həmin torpağı qohumu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də 6 kv.metr torpaq sahəsinə 64 kv.metr də birləşdirib cəmi təxminən 70 kv.metr torpaq sahəsində mağaza tikintisi aparımşdır. Son vaxtlarda Təqsirləndirilən şəxs tikintini başa çatdıraraq mağazadan istifadə edir. Lakin Təqsirləndirilən şəxs tikinti işləri apardığı 64 kv.metr torpaq sahəsini sənədləşdirmək üçün müraciət etməmişdir. Belə ki, əgər hər hansı bir şəxs dövlət mülkiyətində olan torpaq sahəsindən istifadə etmək istəyəndə həmin şəxs İcra Hakimiyyətinə ərizə ilə müraciət edilir. Vətəndaşın müraciətindən sonra Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilir. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilərək icarəyə veriləcək torpaq sahəsinin kordinatları müəyyən edir. Sonra torpağın plan çizgisi hazırlanıb İcra Hakimiyyətinə təqdim edilir. İcra Hakimiyyətində bundan sonra torpaq sahəsinin icarəyə verilməsi barədə sərancam verir. Vətəndaş sonra həmin sərancam və sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edib çıxarış alır. Lakin tikilini aparan şəxs Təqsirləndirilən şəxs tikinti işləri apardığı təxminən 64 kv.metr torpaq sahəsinin rəmiləşdirilməsi ilə bağlı Şəki İcra Hakimiyyətinə müraciət edib sərancam almamışdır və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı bir məlumat olmamışdır. Həmçinin o, göstərmişdir ki, Şəki şəhər ərazisində, Salman Mümtaz küçəsinin qərbində yerləşən yeni tikilmiş tikilinin yerləşdiyi 64 kv.metr torpaq sahəsi dövlət fonduna sərancamındadır. Baxış zamanı həmin ərazidə cəmi 70 kv.metr sahədə tikinti işləri aparılmışdır. Həmin 70 kv.metr sahədən 6.0 kv.metr torpaq sahəsinə çıxarış vardır. Qalan 64.0 kv.metr sahənin isə heç bir sənədi olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, fərdi olaraq ev təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanmaqla onunla dostluq münasibəti vardır. 2022-ci ilin dekabr ayının əvvəllərində Anar ona demişdir ki, Şəki şəhərinin Çölyol adlanan ərazisində mağaza tikdirir, usdaya kömək üçün fəhlə lazımdır. Dostluq münasibəti olduğuna görə o, etiraz etməyib Anarla birlikdə tanımadığı ustaya köməklik etmiş və həmin yerdə mağaza tikilmişdir. Fəhləlik etməyinə görə o, nəğd pul almasa da, Anar ona lazım olan köməkliyi etmişdir. Mağaza tikiləndən bir müddət sonra, 2023-cü ilin fevral ayının sonlarınla Anar ona demişdir ki, mağazanın içərisni işləyib hazırlamaq lazımdır. O, da etiraz etməyib həmin mağazanın içərisini tam şəkildə təxminən 15 günə hazırlamışdır. İşləməyinə görə zəhmət haqqı almasa da, Anar ona dolanışığı üçün köməklik etmişdir. Həmçinin o, göstərmişdir ki, həmin mağazanı tikən ustanı birinci dəfə görürdü, adı yadından çıxıb, ona görə qeyd edə bilmir. Həmin usta ilə yaxından maraqlanmadığı üçün yaşadığı ünvanı bilmir. Həmin usta Anardan, tikdirdiyi mağazanın yerinin sənədi olub-olmadığını soruşmuş, Anar da ona, sənədlər var narahatçılıq yoxdur demişdir. O da bunu eşidib Anardan torpağın sənədi barədə soruşmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, təxminən 2017-ci ildə Şəki şəhəri, Salman Mümtaz küçəsində, yolun kənarında yerləşən 6 kv.metr torpaq sahəsi almışdır ki, orada bərbərxana tikdirsin. Maddi imkanı olmadığı üçün özünə bərbərxana tikdirə bilməmişdir. Xalası nəvəsi Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, həmin torpaq sahəsini ona pay kimi versin. O da etiraz etməyib 2021-ci ilin dekabr ayında həmin 6 kv.metr torpaq sahəsini qohumu Anara pay verib işləmək üçün Bakı şəhərinə getmişdir. Bir müddət Bakı şəhərində işləmiş, sonra xəstələndiyi üçün uzun müddət müalicə almışdır. Hazırda Bakı şəhərində müalicə alır. Həmçinin mahiyyəti üzrə bildirmişdir ki, bir müddət qabaq Şəki şəhərinə gələndə görmüşdür ki, onun Anara verdiyi 6 kv.metr torpaq sahəsinə bitişik olan torpaq sahəsində mağaza tikdirib istifadə edir. Təqsirləndirilən şəxs pay verdiyi həmin 6 kv.metr torpaq sahəsinə bitişik olan ümumi 70 kv.metr sahədə yerləşən ərzaq mağazasını o, tikdirməmişdir. Həmin mağazanı xalası nəvəsi Anar tikdirmiş və hazırda da sonuncu özü həmin mağazadan istifadə edir. Mağazanın tikilməsində onun heç bir iştirakı və rolu olmayıb. Buna görə də həmin mağazanın ona heç bir adiyyəti yoxdur. Həmin torpaq sahəsində Anarın tikdirdiyi mağazaya görə sənədi olub-olmaması barədə onun məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 mart 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Salman Mümtaz küçəsində mağaza tikdirmiş və həmin mağaza fəaliyyət göstərir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Salman Mümtaz küçəsində 6,4 metr enində, 10,8 metr uzunluğunda olmaqla 69,12 kv.metr torpaq sahəsində mağaza tikdirmiş, həmin mağaza tam hazır vəziyyətdə olmaqla fəaliyyət göstərir. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, mağazanın yerləşdiyi torpaq sahəsinin 6,0 kv.metr hissəsinin çıxarışı vardır. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinnin əməkdaşlarının xx.xx.2023-cü il tarixli aktından görünür ki, Şəki şəhər sakini Şahid4 Şəki rayonunun sərəncamında olan dövlət fondunun içərisində olan 6.0 kv.metr torpaq sahəsinə bitişik əlavə 66.0 kv.metr torpaq sahəsində mülkiyyət, istifadə, icarə hüququ olmadan tikinti işləri aparılmışdır. Şəki Şəhər İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2023-cü tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Şəki Şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubda, Şəki şəhər ərazisində, S.Mümtaz küçəsinin qərbində, Şahid4 tərəfindən dövlət mülkiyyətinə aid olan torpaq sahəsində tikinti işlərinin aparıldığının aşkar edildiyi bildirmiş və sözü gedən ünvanda şəhərsalma və torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə inşa olunan tikinti obyekti ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən «Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnaməyə» uyğun olaraq torpaq qanunvericiliyinin tələblərinin pozulması faktı ilə bağlı tərtib olunmuş akt və digər müvafiq sənədlər tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Qanunlarına müvafiq qaydada həmin şəxs barəsində qanunamüvafiq tədbir görülərək, şəhər icra hakimiyyətinə məlumat verilməsini və tikinti işlərinin dayandırılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Şəki ŞRPŞ-nin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavabında qeyd olunmuşdur ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən dövlət mülkiyyətinə aid 66,0 kv.m ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsində mağaza inşa etməklə tikinti işləri aparmışdır. Həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin mağazanı tikdirən zaman Şəki rayonu, Aşağı Göynük kənd sakini Şahid3 fəhlə kimi işləmiş, lakin usta kimi işləmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Şahid3 ifadəsinin alınması üçün İstintaq bölməsinə gəlməsi təmin olunmuşdur. Bundan başqa keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs həmin mağazanı tikdirən zaman kənar şəxslərin iştirakının olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İradəsindən daxil olmuş məktubdan görünür ki, Şahid4 **********55 reyestr nömrəli çıxarışla hüquqları daşınmaz əmlakın dövlət reyeystrində tanınmış 06 kv. metr sahəyə bitişik inşa edilmiş mağazanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. 06 kv. metr sahəyə bitişik inşa edilmiş mağazanın daşınmaz əmlakın dövlət reyestrikdə qeydiyyata alınması ilə bağlı heç bir müraciət daxil olmamış və daşınmaz əmlakın dövlət reyeystrində qeydiyyata aldınmamışdır. Odur ki, həmin mağazanın inşa edilməsi ilə bağlı icazənin olub-olmaması barədə ərazi idarəsində heç bir məlumat mövcud deyildir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının aparatından daxil olmuş 19 oktyabr 2023-cü il tarixli, 57/2-2/1659/2023 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ərizə ilə 23.12 2022-ci il tarixdə Şəki şəhər İcra Hakiçiyyyətinə daxil olmuş müraciətində, Şəhərin S.Mümtaz küçəsində dövlət fond torpaqlarından icarə qaydasında 230 kv.metr torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs dövlət fond torpağnın uzun müddətli icarə qaydasında onun istifadəsinə ayrılmasına dair təqdim etdiyi ərizxəsi ilə birlikdə icarəyə götürmək istədiyi torpaq sahəsinin yerqurluşu planını, situasiya planını və şəsiyyətini təsdiq edən sənədin surətini əlavə etmədiyinə görə onun müraciətinə imtina edilmiş və özünə bu barədəpoçt vasitəsi ilə rəsmi məkub göndərilmişdir. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının aparatından daxil olmuş 11 oktyabr 2023-cü il tarixli, 57/2-2/1600/2023 nömrəli məktubundan məktubdan görünür ki, Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxs Təqsirləndirilən şəxs həmin torpaq sahəsində inşa etdiyi qeyri yaşayış obyektini sənədləşdirə biləcəyin, Təqsirləndirilən şəxs məhkəmə prosesləri zamanı törətdiyi əməldən səmimi peşman olmasını və işin hallarınn dəyişməsini nəzərə alaraq, hazırki cinayət işi üzrə əlavə iddia və tələblərinin olmadığın, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət MƏcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərd tutulmuş cəzanın ən aşağı həddinin tətbiq edilməsinə və ya cinayət işindən bəraət almasına heç bir etirazlaının olmadığını bildirmişlər. Şəki Rayonlararası Psixatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 633 №-li məktubundan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yaşayan, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmaq məqsədi ilə 2022-ci ilin dekabr ayında Şəki şəhəri, Salman Mümtaz küçəsində, yolun kənarında X:681214,47, Y:4561976,46 koordinatlarında yerləşən dövlət mülkiyyətində olmaqla Şəki şəhər İcra hakimiyyətinə məxsus 63,12 kv.metr ərazini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsini tutaraq həmin sahənin və həmin sahəyə bitişik özünə məxsus 6 kv.metr sahənin üzərində 2023cü ilin yanvar ayında 6,4 metr enində, 10,8 metr uzunluğunda mağaza tikdirməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Şəki şəhər İcra hakimiyyətinə məxsus 63,12 kv.metr torpaq sahəsi üzərində qanunsuz olaraq özbaşına tikinti və quraşdırma işlərini aparmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Şəki Şəhər İcra Hakimiyyəti Başçısnın Baş X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə Şəki rayonu, Baş Göynük kəndində ailə üzvləri ilə birlikdə yaşayır, himayəsində 3 azyaşlı övladları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) və himayəsində üç azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-80/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-80/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver