Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-81/2021 06.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, avtomobil çilingəri işləmiş, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə, daşıma, gəzdirmə və saxlama cinayət əməlini törətmişdır. Belə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 01 (bir) ədəd Bİ-4256 nömrəli, 9 mm kalibrli, Makarov konustruksiyalı PM modelli, tapançanı, həmin tapançaya aid darağı, 07 (yeddi) ədəd patronları, 01 (bir) ədəd Smit- Vesson konstruksiyalı revolveri və Toz-8 markalı yivli təklülə odlu tüfəngi əldə edib, daşıyıb yaşadığı evin zirzəmisində saxlamış, Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında 19 iyun 2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvana videoçəkilişdən istifadə etməklə baxış keçirilən zaman yaşadığı evin zirzəmisindən ayrıayrılıqda parça kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd Bİ-4256 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konustruksiyalı PM modelli, yivli, odlu, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan tapança, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konustruksiyalı PM modelli tapançaların kompleks hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə etmək üçün yararlı olan darağ, 07 (yeddi) ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APC) konustruksiyalı tapançaların ştat patronları və 01 (bir) ədəd nömrəsi olmayan, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, 11 mm kalibrli Smit-Vesson konstruksiyalı, yivli odlu silah hesab edilən revolver aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüş, keçirilmiş əməliyyat-istintaq tədbirlərinin davamı olaraq 20.06.2021-ci il tarixdə onun yaşadığı evə əlavə baxış keçirtlən zaman evin zirzəmisinə qoyulmuş plastik borunun içərisindən 01 (bir) ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövründə Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, yivli, odlu, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan Toz-8 modelli ov tüfəngi aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2001-ci ildən Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən «Səma» petrol yanacaq doldurma məntəqəsinin aşağı hissəsində yerləşən sexlərin birində avtomobillərin avtomatik ötürücülər qutusunun təmiri ilə məşğul olur. Bildirmişdir ki, mərhum atası sağlığında avtomobil təkərlərinə üz çəkilməsi işi ilə məşğul olmuşdur. Atası sağlığında ailəsi ilə birlikdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən «Yanıq məscid» deyilən yerin yaxınlında yaşamışdır. Qeyd edilən ev mərhum atasının ata evi olmuşdur. Həmin evdə əmisigildə öz ailəsi ilə yaşamışlar. Hazırda yaşadığı ünvan 2 ünvanda yerləşən evi də atası tikdirmiş, lakin həmin evin yalnız bir otağı yaşamağa hazır olmuşdur. Atası 1993-cü ildə ürək çatışmamazlığından vəfat etmişdir. Atası öləndən sonra anası onu, qardaşını və bacısını götürüb ünvan 2 ünvanda yerləşən evə köçmüşdür. Sonradan qardaşı ilə o, pul qazanıb digər otaqları və şüşəbəndi düzəltdirmişdir. O, anası ilə birlikdə həmin evdə yaşamışdır. Bildirmişdir ki, təxminən 7 il öncə, yəni 2014-cü ildə o, mərhum atasının sağlığında hazırladığı böyük otağın döşəməsinin altına vurulmuş taxtanı sökdürən zaman oradan iki ədəd tapança və bir ədəd lüləsi kəsilmiş tüfəng aşkar etmişdir. Tapançalardan biri «Makarov» tipli tapança, o, biri isə «Naqan» tipli barabanlı tapança olmuşdur. Həmin tapançalar və tüfəng yağlı kağıza bükülmüş vəziyyətdə olmuşdur. Buna baxmayaraq silahların hamısı kəskin şəkildə paslanmışdır. «Makarov» tipli tapançanın üstündə sandığı olmuş, 08 ədəd də kağıza bükülmüş patronları olmuşdur. Bundan başqa «Naqan» tipli barabanlı tapançanın yanında 03 ədəd patronlar olmuşdur. Həmin silah və sursatları tapandan sonra tapançaların pasını təmizləmişdir. Yoxlamaq üçün həyətində Naqan tipli tapançanın üç ədəd patronlarını barabana yerləşdirib həyətdə atmış, lakin köhnəldiyi üçün yavaş atmış, uzağa getməyib bir qədər qabağa düşmüşdür. Makarov tipli tapançanın patronlarını da sandığa yığıb tapançaya salıb yoxlamaq üçün həyətdə bir dəfə atəş açmış, atəş yaxşı alınmışdır. Bundan sonra o, tapançaları və tüfəngi patron və gilizləri ilə birlikdə ayrı-ayrı əskilərə büküb zirzəmidə gizlətmişdir. Həmin silah-sursatlar o vaxtdan zirzəmidə qalmışdır. Bundan başqa mərhum atasından bir ədəd TİR tüfəngi də qalmış, onu evdə saxlamışdır. Təxminən 3 il əvvəl, yəni 2019-cu ildə o, Şəki şəhərində yerləşən ovçular mağazasından bir ədəd 12 kalibrli qoşa lülə ov tüfəngi almışdır. Həmin silahı saxlamaq üçün özü uzunsov şəkildə seyf düzəltdirmişdir və ov tüfəngini həmin seyfdə saxlamışdır ki, kənar şəxslərin əlinə keçməsin. Bundan başqa o, təxminən 2010-cu ildə Bakı şəhərində işlədiyi müddətdə ovçular mağazasından bir ədəd idman tapançası da almışdır. Həmin tapançanı da gətirib evdə saxlamışdır. Həmçinin o, bıçaq həvəskarı olduğu üçün müxtəlif vaxtlarda müxtəlif mağazalardan bıçaq alıb gətirib evə qoymuşdur. Təxminən beş il əvvəl, yəni 2015-ci ildə sexdə olduğu vaxt Balakən rayonundan Tofiq adlı yaşlı kişi idarə etdiyi, metalik rəngli «BMW» markalı avtomaşının ötürücülər qutusunu təmir etdirmək üçün işlədiyi sexə gətirmişdir. O, həmin avtomaşının ötürücülər qutusunu təmir edən zaman avtomaşının yük yerində tək lülə tüfəngi görüb götürüb baxanda Tofiq kişi ona demişdir ki, xoşuna gəlirsə ona satar. O da razılaşmışdır. Həmin vaxt Tofiq ona 350 manat pul verəsi idi, tüfəngi 200 manata satdığını bildirmiş, o da razılaşmış və həmin tüfəngi götürmüş, qalan 150 manat pul isə Tofiq nəqd olaraq ona vermişdir. O, həmin tüfəngi də götürüb evin zirzəmisinə qoyulmuş plasmas su borusunun içərisinə gizlətmişdir. Göstərmişdir ki, 19 iyun 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində evdə olduğu vaxt küçə qapısı döyülmuş, qapını açdıqda qapıya gəlmiş polis əməkdaşları özlərini təqdim etmiş və bildirmişlər ki, yaşadığı evdə qanunsuz silah-sursat saxlamağı barədə məlumat daxil olub, həmin məlumatın yoxlanılması üçün evinə baxış keçirmək istəyirlər. O, artıq vəziyyəti başa düşmüş, buna görə də etiraz etməyib həmin polis əməkdaşlarına evə baxış keçirməsinə razılıq vermiş və bu barədə razılıq ərizəsi yazmışdır. Bundan sonra gələn polis əməkdaşları, əsasən müstəntiq videoçəkilişdən istifadə etməklə evə baxış keçiriləcəyini bildirmişdir. O, də etiraz etməmiş, bundan sonra polis işçiləri ilə birlikdə evin yardımçı otağında olan seyfdəki qoşa lülə ov tüfəngini göstərmişdir. Müstəntiq baxışı dayandırıb, ona hüquqlarını, xüsusən də vəkil tutmaq hüququnu izah etmiş, Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısı ilə tanış etmişdir. O, vəkillərdən Musanı seçmiş, bir neçə dəqiqədən sonra vəkili dəvət etmişlər. Müstəntiq vəkil Musanı ona təqdim etmiş, o, vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir. Bundan sonra müdafəiçinin və polis əməkdaşlarının iştirakları ilə müstəntiq yaşadığı evə baxış keçirmişdir. Baxış zamanı müstəntiq evin yardımçı otağında olan seyfin içərisində saxladığı 12 kalibrli qoşa lülə ov tüfəngini, həmin seyfə qoyulmuş bir ədəd polietilen torbada qırmalar və pistonları baxış keçirərək götürüb polietilen torbaya qoyub bağlayıb möhürləmişdir. Sonra otaqdakı bir ədəd «pnevmatik» TİR tüfəngini götürüb baxış keçirib polietilen torbaya qoyub bağlayıb möhürləmişdir. Müstəntiq ondan evdə başqa yerdə silah-sursat olub-olmadığını soruşduqda, o, müstəntiqə evin zirzəmisində də silah saxladığını bildirib evin zirzəmisində gizlətdiyi içərisində silah-surasat olan polietilən torbanı təqdim etmişdir. Müstəntiq yuxarıda qeyd etdiyi kimi, mərhum atası Ramizdən qalmış «Makarov» tipli tapançanı, sandığı və 7 ədəd patronlarla birlikdə, «Naqan» tipli barabanlı tapançanı, 3 ədəd gilizləri ilə birlikdə, bir ədəd əskiyə bükülmüş vəziyyətdə lüləsi kəsilmiş silahı, bir ədəd idman tapançasını, ona aid 06 ədəd gilizlərlə birlikdə və həmin yerdə qutunun içərisində 15 ədəd güllələri və digər detalları aşkar edilib baxış keçirib polietilen torbalara qoyub bağlayıb möhürləmişdir. Həmin güllələri o, özü xüsusi oyuq açıb düzəltdiyi dəmirin içərisinə qurğuşun əridib tökməklə hazırlamışdır. Həmin oyuq açdığı dəmiri və digər detalları da baxış keçirilən zamanı müstəntiq tərəfindən götürülmüşdür. Silahlar qoyulub bağlanmış torbaların üzərinə qoyulmuş kağızlara digər iştirakçılarla birlikdə o da imza etmişdir. Müstəntiq onun və digər iştirakçılarla birlikdə əvvəlcə zirzəmiyə baxış keçirmiş, şübhəli heç nə aşkar olunmamışdır. Sonra evin otaqlarına baxış keçirən zaman otaqdakı stolun üstündən özü maraq üçün aldığı 05 ədəd bıçaqları və bir ədəd kiçik ölçülü uşaq oyuncağı silahının qabını da götürüb polietilen torbaya qoyub bağlayıb möhürləmişdir. Bağlanmış kisənin uzərinə yapışdırılmış kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra müstəntiq evin otaqlarına baxış keçirmiş başqa heç nə aşkar olunmamışdır. Belə ki, müstəntiq evin zirzəmisinə və otaqlara baxış keçirsə də başqa heç nə aşkar etməmişdir. Sonda baxışın keçirilməsi başa çatdığı üçün video çəkiliş dayandırılmışdır. Həmin videoçəkiliş onunla bərabər digər iştirakçılara nümayiş etdirilmişdir. Daha sonra isə baxışın keçirilməsi barədə protokol yazılmış, ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Daha sonra isə o, hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin bildirmişdir ki, o, şübhəli şəxs qismində tutulandan sonra onu X11 saxlama yerinə aparmışlar. Gecə orada olduğu zaman fikirləşmişdir ki, Balakən rayonundan olan Tofiq adlı şəxsdən aldığı «Toz 8» markalı tüfəng polis tərəfindən aşkar olunaraq götürülməmiş tüfəngin nə vaxtsa ona problem yarada biləcəyini düşünmüşdür. Ona görə də o, həmin tüfəngi polis əməkdaşlarına təqdim etmək qərarına gəlmişdir. Səhəri gün, yəni 20.06.2021ci il tarixdə səhər o, müstəntiqə ərizə ilə müraciət edib, evində tək lülə tüfəng qaldığını və həmin silahı təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra müstəntiq iki nəfər hal şahidlərini dəvət edib onun, vəkilin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakları ilə yaşadığı evə gəlmiş, o, evin zirzəmisində plastik borunun içərisində gizlətdiyi «Toz 8» markalı tək lülə tüfəngi müstəntiqə təqdim etmişdir. Həmin tüfəng «Toz 8» markalı olmaqla, yivli və 5,6 mm kalibrli olmuşdur. Müstəntiq həmin tüfəngi də polietilen torbaya qoyub bağlayıb möhürləmiş, torbanın bağlanmış yerinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Daha sonra isə bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, düz yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, göstərmişdir ki, silah həvəskarıdır. Qeyd etdiyi kimi bıçaqları da 2012-ci ildə Bakı şəhərində yerləşən müxtəlif mağazalardan həvəskar kimi alıb evdə saxlamış, bu vaxta qədər həmin bıçaqlardan istifadə etməmişdir. Düzdür silahları o, həvəskar kimi saxlasa da həmin silahları qorxu içində saxlamışdır. Gətirib polisə təhvil verməyə qorxmuşdur ki, onu tutarlar. Silah-sursatı evində saxlamaqda onun başqa niyyəti olmamışdır. Evindən aşkar olunmuş «Makarov» tipli tapança, Naqan tipli barabanlı tapança, lüləsi kəsilmiş tüfəngin, Toz-8 markalı tüfəngin və digər silahların üzərində düzəliş etməmiş və silahların hansısa hissəsini təmir etməmişdir. Ancaq «Makarov» tipli tapança və Naqan tipli barabanlı tapançanın üstü tam şəkildə paslanmışdır, o, ancaq həmin tapançaların üstünün pasını təmizləmişdir. Ancaq o, Naqan tipli barabanlı tapançaya aid olan 3 ədəd gilizlərə yerləşdirmək üçün 15 ədəd gülləri özü düzəltmişdir. Yuxarıda qeyd etdiyi kimi metal üzərində oyuq açıb həmin oyuğa qurğuşun əridib tökməklə 15 ədəd güllələri hazırlamışdır. Başqa heç nə hazırlamamışdır. Bundan başqa o, göstərmişdir ki, tapançaları, lüləsi kəsilmiş tüfəngi, sandığı və patronları evin döşəməsinin altına vurulmuş taxtanın arasına mərhum atası sağlığında qoymuşdur. Başqa heç kim qoya bilməzdi. Çünki həmin evi atası özü tikdirmişdir. O, evi tikdirəndə o, hələ balaca olmuşdur. O, döşəmənin altına vurulmuş taxtanı sökəndə həmin silahları tapmışdır. Tapancaları, lüləsi kəsilmiş tüfəngi, sandığı və patronları mərhum atasının haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Həmçinin o, həmin silah sursatı tapması barədə anasına deməmişdir ki, qorxar. Həmin silahları xəlvət təmizləyib evin zirzəmisində gizlətmişdir. Evdə silah-sursat olmasından anasının xəbəri olmamışdır. Həmçinin silah-sursatın evində saxlamasımı heç kim görməmişdir. Həmin silahları evində saxlamağını heç kimə deməmişdir. Həmçinin o, həmin silah-sursatdan başqa yerdə istifadə etməmiş, hətta aldığı ov silahından da bu vaxda kimi istifadə etməmişdir. Halbuki, onun ov silahı saxlamaq üçün rəsmi icazəsi vardır. Bundan başqa o, göstərmişdir ki, Toz 8 markalı tüfəngi aldığı Tofiq adlı şəxsin soyadını, atasının adını, yaşadığı ünvanı və harada işləməsini bilmir. Özü Balakən rayonundan olduğunu demişdir. Konrket ünvanı deməmişdir. Tofiq adlı şəxs silahı ona satdıqdan bir neçə ay sonra bir-iki dəfə Şəki şəhərinə gəlmişdir, lakin son üç ildə Tofiq işlədiyi sexə gəlməmişdir. Tofiqin idarə etdiyi avtomaşın metalik rəngdə olmaqla «BMW-525» markalı olmuşdur. Ancaq avtomaşının dövlət qeydiyyat nişanını xatırlamır. Tofiq adlı şəxs təxminən 50-55 yaşlarında, orta boylu, orta köklükdə, saçları ağarmış, qarayanız olmuşdur. Tofiqin bədənində xüsusi əlamət görməmişdir. Göstərmişdir ki, evindən aşkar edilmiş silahlar ona atasından qalmışdır. O, həmin silahları 5-6 il bundan əvvəl yaşadıqları evi təmir edərkən tapmış, lakin onu polis şöbəsinə təhvil verməkdən qorxmuşdur. Düşünmüşdür ki, təhvil verərsə problem olar. Ona görə də evində saxlamışdır. Lakin həmin silahlardan heç vaxt heç bir yerdə istifadə etməmişdir. Yalnız bir dəfə yağışlı havada makardan atəş açmış və görmüşdür ki, makar atır, yəni işləyir. Əməilindən peşmandır. Himayəsində xəstə anası vardır. Tutulanadək anası onunla yaşamışdır. Hazırda anası evdə tək yaşayır. Bütün bunları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş X8 göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Onun əsas vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaq, baş verə biləcək cinayətlərin qarşısını almaq və baş vermiş cinayətlərin açılmasını təmin etməkdən, o, cümlədən silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, Şəki şəhər sakini “Abdullətif” adlı şəxsin qanunsuz olaraq odlu silah və onun hissələrini əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə 19 iyun 2019-cu il tarixdə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı onun tərəfindən rəsmiləşdirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı, “Abdullətif” adlı şəxsin, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə evinə baxış keçirilməsi üçün Şəki ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 və İstintaq Bölməsinin müstəntiqi, Abdulla Xəlilov və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik müstəntiq Abdulla Xəlilova həvalə edilmişdir. Bundan sonra müstəntiq Abdulla Xəlilov onların iştirakları ilə 19 iyun 2019-cu il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvan getmiş, qapını döyüb Abdullətifi çağırmışdır. Müstəntiq Abdullətifə, evində silah-sursat saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirib məlumatın yoxlanılması üçün evinə baxış keçirmək istəyini bildirmişdir. Abdullətif də etiraz etməyib bu barədə razılıq ərizəsi yazmışdır. Bundan sonra video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs evində silah-sursat olub-olmadığını soruşmuş, varsa təqdim etməsini təklif olunmuşdur. Abdullətif də evində silah olduğunu bildirmişdir. Abdullətif yaşadığı evin yardımçı otağına keçib orada qoyulmuş uzunsov seyfin qapısını açarla açıb içərisində olan, özünün deməsinə görə Türkiyə Respublikasında istehsal olunan 12 kalibrli, qoşalülə ov silahını, həmin silahın patronlarına aid olan qırmaları və piştonları təqdim etmişdir. Müstəntiq Abdullətifdən evində başqa silah-sursat olduğunu soruşduqda, o, “bəli” deyə cavab vermişdir. Müstəntiq Abdullətifə müdafiəçi təqdim etdikdən sonra evinə baxış keçirilməsi davam etdiriləcəyini bildirib videoçəkilişi dayandırmışdır. Şəki Regional Vəkil Bürosunun vəkillərinin siyahısı Abdullətifə təqdim olunmuş, Abdullətif vəkillərdən Müdafiəçi seçdiyi üçün müstəntiq Musa müəllimi dəvət etmişdir. Musa gəldikdən sonra Abdullətifə təqdim olunmuş, sonuncu Musa müəllimə etirazı olmadığını bildirmişdir. Bundan sonra müstəntiq onu və Elmiri Abdullətifə təqdim edib onlarla ədavəti və ya düşmənçiliyi olubolmamasını soruşmuş, Abdullətif də onlarla heç bir ədavəti olmadığını bildirmişdir. Həmçinin müstəntiq Abdullətifə özünə və prokurora etiraz etmək hüququ olduğunu bildirmiş, Abdullətif müstəntiqə və prokurora etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkililə baxış davam etdirilmişdir. Baxış zamanı müstəntiq aşkar etdiyi bir ədəd ov silahına, qırmalara və piştona baxış keçirib ağ rəngli polietilen kisəyə qoyaraq bağlayıb mohürləmişdir. Möhürlənmiş kisənin üzərinə yapışdırılmış kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Abdullətif həmin otaqda olan tək lülə silahı təqdim edib, həmin tüfəngin TİR tüfəngi olduğunu bildirmiş, müstəntiq həmin tüfəngə də baxış keçirərək götürüb ağ rəngli polietilən kisəyə qoyulub bağlayıb üzərinə kağız yapışdırıb möhürləmiş, həmin kağızın üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Daha sonra Abdullətif evin zirzəmisində silah olduğunu bildirmiş, birlikdə evin zirzəmisinə düşmüşlər. Zirzəmidə qoyulmuş ağ rəngli, üzərində göy rəngli enli xəttlər olan sellofan torbanı götürüb içərisində olan silahları göstərdikdə, müstəntiq ona, zirzəminin qaranlıq olduğunu, həmin sumkadakı silahlara açıq havada baxıb götürəcəyini bildirmiş və birlikdə həyətə çıxmışlar. Həyətdə Abdullətif torbanın içərisində olan ağ rəngli parça kəsiyinə bükülmüş “Makarov” tipli tapança, bir ədəd həmin tapançanın sandığını, üzərində 7 ədəd patronları, bir ədəd parça kəsiyinə bükülmüş barabanlı tapançanı barabanda 03 ədəd gilizlə birlikdə təqdim edib həmin silah-sursatın mərhum atasından qaldığını bildirmişdir. Bundan başqa güllələri təqdim etmiş, bir ədəd plastik qabda yaşıl rəngdə mayeni təqdim edib yağ olduğunu, bir ədəd qara rəngli plastik qabı təqdim edib qabın içərisindəkinin barıt olduğunu bildirmişdir. Müstəntiq Abdullətifdən həmin silahlardan nə vaxtsa istifadə etdiyini, kiməsə satdığını, pay verdiyini, həmçinin həmin silah-sursatı nə üçün saxladığını soruşanda, o, həmin silahlardan istifadə etmədiyini, heç kimə satmadığını və pay vermədiyini, atasından yadigar qaldığı üçün saxladığını bildirmişdir. Baxış zamanı torbadan bir ədəd idman tapançası, 6 ədəd patronları və müxtəlif detallar aşkar olundu. Aşkar olunmuş tapançalar patron, sandıq və gilizlə birlikdə əvvəlki kimi parça kəsiyinə bükülüb, idman tapançası, patronları və digər detallar sellofan torbaya qoyulıb sonrada silah və sursat əvvəlki sellofan torbaya qoyularaq bağlanıb möhürlənmiş, torbanın üzərinə qoyulmuş kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra müstəntiq təkrarən Abdullətifə evində yenə də silah-sursat olub-olmadığını, varsa təqdim etməsini bildirmiş, Abdullətif yenə də silah olduğunu və təqdim edəcəyini bildirib yenidən zirzəmiyə daxil olub qabaq sol tərəfdəki zirzəmidən parça kəsiyinə bükülmüş vəziyyətdə iki hissəyə sökülmüş vəziyyətdə lüləsi kəsilmiş tüfəng (obrez) təqdim etmişdir. Həmin silaha da baxış keçirib parça kəsiyinə büküb sellofan torbaya qoyub bağlanaraq möhürlənmişdir. Torbaya yapışqdırılmiş kağızın üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra müstəntiq yenə də Abdullətifdən evində silahsursat varsa təqdim etməsini təklif etmiş, sonuncu evində başqa silah-sursat olmadığını bildirmişdir. Müstəntiq iştirakçılarla birlikdə evə və zirzəmiyə baxış keçirmiş, baxış zamanı evdəki stolun üstündən 5 ədəd müxtəilf ölçüdə bıçaqlar və bir ədəd kiçik ölçüdə silah qabı aşkar edilərək sellofan torbaya qoyulub bağlanıb möhürlənmiş, digər iştirakçlıarla birlikdə o da həmin torbaya yapışdırılmış kağıza imza etmişdir. Şəki ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 01.09.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. O, ibtidai istintaq zamanı məhkəmə iclasında ifadə vermiş X5 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən X15 03.09.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. X15 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin CAB-nun əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Bildirmişdir ki, Şəki şəhər sakini “Abdullətif” adlı şəxsin qanunsuz olaraq odlu silah və onun hissələrini əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə 19 iyun 2019-cu il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onun yaşadığı ünvan 2 ünvana baxış keçirilən zaman evindən silah-sursat aşkar olunaraq götürülmüşdür. 20.06.2021-ci il tarixdə müstəntiq X10 Bayramovun yaşadığı evə təkrar baxış keçirəcəyini bildirdiyi üçün baxışda iştirak etmək üçün rəhbərliyin göstərişi ilə onu dəvət etmişlər. Həmin gün hal şahidləri dəvət edərək saat 10:50 radələrində birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Mustəntiq Abdullətifə hal şahilərini təqdim edib onlarla münasibəti olub-olmadığını, aralarında ədavət və ya düşmənçilik olmasını və ya qohumluq əlaqələrinin olmasını soruşduqda, Abdullətif həmin hal şahidləri ilə heç bir yaxın münasibəti olmadığını, aralarında ədavət və ya düşmənçilik, eləcə də qohumluq əlaqəsinin olmadığını bildirmişdir. Birlikdə həyətə daxil olduqdan sonra müstəntiq Abdullətifə evində saxladığı silahı təqdim etməsini bildirmiş, Abdullətif də yaşadığı evin zirzəmisinə daxil olub sağ tərəfdəki zirzəmiyə keçib orada olan plastik borunun içərisindən bir ədəd polietilen kisəyə sarınmış vəziyyətdə bir ədəd silahı çıxarıb təqdim etmişdir. Müstəntiq həmin polietilen torbanı açıb içərisindən aşkar olunmuş təklülə silaha baxış keçirib yenidən həmin torbaya büküb bağlayıb üzərinə kağız yapışdırıb möhürləmiş, kağızın üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs kiməsə silah satmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Abdullətifin evindən aşkar olunmuş silah-sursatı haradan əldə etməsi keçirilmiş əməliyyat tədbirləri zamanı dəqiq müəyyən etmək mümkün olmamışdır. Ancaq Abdullətifovn özünün deməsinə görə həmin silah-sursatın bir hissəsi mərhum atasından qalmış, ov silahını, Tir tüfəngini, idman tapancasını və bıçaqları isə özü mağazadan almışdır. Sonradan yaşadığı evdən aşkar olunmuş bir ədəd Toz-8 markalı tüfəngi isə Abdullətifin özünün deməsinə görə Balakən rayon sakini Tofiq adlı şəxsdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Arif oğlu ifadəsində göstərmişdir ki, o, 20 iyun 2021-ci il tarixdə təxminən saat 10:30 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən tikinti mağazasından çıxan zaman polis əməkdaşı ona yaxınlaşıb bir nəfər şəxsin evinə baxış keçirilməsində hal şahidi qismində intirak etməsini xahiş etmişdir. O, da etiraz etməyib həmin polis əməkdaşı ilə birlikdə S.Mümtaz küçəsində yerləşən X20 bölməsinin qarşı tərəfindəki döngəyə gəlmişdir. Həmin vaxt oraya bir nəfər də hal şahidi qismində dəvət etmişlər. Orada olan polis əməkdaşı müstəntiq vəzifəsində işlədiyini və adının Abdulla olduğunu bildirib, adını həmin vaxt bildiyi Abdullətifin yaşadığı evə baxış keçiriləcəyini bildirib, onu və digər hal şahidini Abdullətifə təqdim edib onlarla ədavəti və ya düşmənçiliyi olub-olmadığını və qohumluq əlaqəsinin olmasını soruşduqda, Abdullətif, onlarla heç bir ədavəti olmadığını və qohumluq əlaqəsinin olmadığını bildirmişdir. Müstəntiq Abdulla ona və digər hal şahidinə hüquq və vəzifələrimini izah etdikdən sonra birlikdə həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra müstəntiq Abdullətifə evində saxladığı silahı təqdim etməsini bildirmişdir. Abdullətif də yaşadığı evin zirzəmisinə daxil olub sağ tərəfdəki zirzəmiyə keçib orada olan plastik borunun içərisindən bir ədəd polietilen kisəyə sarınmış vəziyyətdə bir ədəd təklülə silahı çıxarıb təqdim etmişdir. Müstəntiq həmin polietilen torbanı açıb içərisindən aşkar olunmuş təklülə silaha baxış keçirib yenidən həmin torbaya büküb bağlayıb üzərinə kağız yapışdırıb möhürləmişdir. Kağızın üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, göstərmişdir ki, Abdullətif evindən aşkar olunmuş silahı Balakən rayonundan avtomaşın düzəltdirmək üçün gəlmiş Tofiq adlı şəxsdən alıb evində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 dindirilən zaman oxşar məzmunda ifadə verərək Şahid4 Arif oğlunun göstərdiklərini təsdiq etmişdir. İşdə olan 19 iyun 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana baxış zamanı evdən bir ədəd Tir tüfəngi, bir ədəd qoşa lülə ov tüfəng, 05 ədəd bıçaq, zirzəmidən isə bir ədəd Makarov tipli tapanca, sandıq və üzərində 7 ədəd patron, bir ədəd barabanlı Naqan tipli tapanca, üzərində 4 ədəd giliz, bir ədəd lüləsi kəsilmiş tüfəng (obrez), bir ədəd idman tapancası 6 ədəd gilizləri ilə birlikdə, 15 ədəd güllələr, güllə hazırlamaq üçün detallar aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. İşdə olan 20 iyun 2021-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən polietilen kisəyə bükülmüş təklülə Toz-8 markalı tüfəng aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş üzrə təyin olunmuş məhkəmə ballistik ekspertizanın 20.06.2021-ci il tarixli 21/ 402R nömrəli rəyində göstərilmişdir ki,
1. Tədqiqata təqdim edilmiş 01 ədəd Bİ-4256 №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövründə istehsal edilmiş 9 mm kalibrli Makarov konstruksiyalı PM modeli tapancadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmilərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı PM modeli tapancaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövründə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstuksiyalı tapancaların ştat patronlarıdır, döyüş sursatıdır və təyinatı üzrə istifadə üçün yararlıdır.
11. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi olmayan silah xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş 11 mm kalibrli Smit-Vesson konstruksiyalı revolverdir, yivli odlu silahdır.
12. Tədqiqata təqdim edilmiş 04 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 11 mm (44) kalibrli olmaqla həmin kalibrli Smit-Vesson konstruksiyalı revolverdən və həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış gilizlərdir.
14. Tədqiqata təqdim edilmiş 15 ədəd əşyalar, kustar üsulla düzəldilmiş 11 mm diametrli olmaqla, Smit-Vesson konstruksiyalı revolverdən və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 11 mm (44) kalibrli patronların bir hissəsidirkustar üsulla düzəldilmiş güllələrdir. İş üzrə təyin olunmuş məhkəmə-ballistik ekspertizanın 24.06.2021-ci il tarixli 21/ 412R nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ dövründə Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, Toz-8 modelli ov tüfəngidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. Həmin silah quş və xırda heyvanlar ovlamaq üçün nəzərdə tutulmuşdur. Silahın metal hissəsi və mexanizmilərin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. İşdə olan 30.06.2021-ci il tarixli 17/460 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən “1” rəqəmi ilə işarələnmiş 01 ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqatın dəyəri 61.20 manatdır. İşdə olan 06.07.2021-ci il tarixli 17/478 saylı rəydən görünür ki, tədqiqata təqdim edilən, çəkisi 15 qram olan kütlənin tərkibində natrium-nitrat, karbon, kükürd maddələri vardır və bu tərkibə görə həmin kütlə partlayıcı maddə-barıtdır. Barıt zavod üsulu ilə istehsal olunmuşdur. Təyinatı üzrə konkret hamarlüləli, ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronların hazırlanmasında istifadə olunur. Tədqiqatın dəyəri 102.54 manatdır. İşdə olan 23.07.2021-ci il tarixli, 06/2692478 saylı rəydən görünür ki, tədqiqata təqdim edilən üzərində “..Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki bir ədəd plastik qabda 30 ml həcmində məhlulun tərkibində narkotik, psixotrop, güclü təsir edən, zəhərli maddə komponentləri aşkar edilmədi. Tədqiqatın dəyəri 81.82 manatdır. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması ilə bağlı məlumat yoxdur. İşdə olan Şəki Rayonlararası Psixatriya xəstəxanasının 24.06.2021-ci il tarixli, 688 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İşdə olan Şəki MRX-nın Narkoloji şöbəsinin 25.06.2021-ci il tarixli 778 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyatda deyildir. İşdə olan “Topqarağac” məhəllə nümayəndəliyinin 24.08.2021-ci il tarixli, 511 saylı arayışından görünür ki, X12 “zob” və “əsəb” xəstəsidir, oğlu Təqsirləndirilən şəxs himayəsindədir. İşdə olan İX-JQ 424439 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, X1 Abdullətif Ramiz oğlunun anasıdır. İşə əlavə olunmuş Xəstəli tarixçəsindən görünür ki, X12 vaxtaşırı olaraq müalicələr almışdır. Şəki Şəhər-Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığının 14 iyul 2021-ci il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bir ədəd Makarov konustruksiyalı tapança, həmin tapançaya aid daraq və yeddi ədəd patronlar, bir ədəd revolver, həmin silahın dörd ədəd gilizləri, bir ədəd lüləsi kəsilmiş (obrez) silah özünün deməsinə görə mərhum atasından qalmışdır. Bundan başqa evindən aşkar olunaraq götürülmüş bir ədəd idman tapancasını, ona aid 06 ədəd patronları, bir ədəd TİR tüfəngi və bir ədəd 12 kalibrli qoşalülə ov tüfəngini o, ovçular mağazasından alıb evinə gətirmişdir. Ancaq keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş Toz 8 markalı, yivli təklülə tüfəngi kimdən aldığını, həmçinin Balakən rayonundan olan «Tofiq» adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş silah-sursatları nə məqsədə əldə edib yaşadığı evdə saxlaması, onun başqa yerdə silah-sursat, yaxud saxlanılması qanunla qadağan edilmiş digər əşya, alət, predmet və ya maddə saxlamasını, bundan başqa Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməllərini törətməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Şəki şəhər «Topqarağac» məhəllə nümayəndəliyinin 23.06.2021-ci il tarixli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatında olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şəki rayon məhkəməsinin 21.06.2021-ci il tarixli, 4(075)- 47/2021 saylı qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə saxlanılmaqla hüquqları məhdudlaşdırılmış və həmin tarixdə ona müdafiəçi tutmaq hüququ izah olunmuşdur. İşdə olan 2162 saylı “Şübhəli şəxsn tutulması haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə saat 00:15-da şübhəli şəxs qismində tutulmuş və məhkəmənin 21.06.2021-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində çəkilməsi real olan cəza ilə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsinin müzakirə edib, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə bu zaman X3 barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirilən halları, habelə barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Şəki rayon məhkəməsinin 21.06.2021-ci il tarixli, 4(075)- 47/2021 saylı qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə saxlanılmaqla hüquqları məhdudlaşdırılmış və həmin tarixdə ona müdafiəçi tutmaq hüququ izah olunmuşdur. Buna görə də onun cəzasının əvvəli 19.06.2021-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan 01 (bir) ədəd Bİ-4256 nömrəli, 9 mm kalibrli, Makarov konustruksiyalı tapança, 01 (bir) ədəd Makarov konustruksiyalı tapançaların kompleks hissəsi olan darağ, 04 (dörd) ədəd 9x18 mm kalibrli Makarov konustruksiyalı tapançaların ştat patronları, 03 (üç) ədəd həmin patronların gilizləri, 01 (bir) ədəd nömrəsi olmayan, 11 mm kalibrli Smit- Vesson konstruksiyalı revolver, 01 (bir) ədəd nömrəsi silinmiş, 5,6 mm kalibrli, yivli Toz-8 modelli ov tüfəng və bir ədəd soyuq silah hesab edilən bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə cəmi 245 manat 56 qəpik - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X4, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisələrində çəksin və cəzasının əvvəli hazırkı iş üzrə hüquqları faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 19 iyun 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan 01 (bir) ədəd Bİ-4256 nömrəli, 9 mm kalibrli, Makarov konustruksiyalı tapança, 01 (bir) ədəd Makarov konustruksiyalı tapançaların kompleks hissəsi olan darağ, 04 (dörd) ədəd 9x18 mm kalibrli Makarov konustruksiyalı tapançaların ştat patronları, 03 (üç) ədəd həmin patronların gilizləri, 01 (bir) ədəd nömrəsi olmayan, 11 mm kalibrli Smit- Vesson konstruksiyalı revolver, 01 (bir) ədəd nömrəsi silinmiş, 5,6 mm kalibrli, yivli Toz-8 modelli ov tüfəng və bir ədəd soyuq silah hesab edilən bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə cəmi 245 manat 56 qəpik - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X4, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən Cahid İmanov