Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-81/2022 13.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-257/21 saylı hökmü ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 08 iyul 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihama əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, məhkəmədə şahid qismində bilə-bilə yalan ifadə vermişdir. Belə ki, o, Şəki şəhər-rayon Polis şöbəsinin İstintaq bölməsində ibtidai istintaqı aparılmış X6 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 11 aprel 2021-ci il tarixdə şahid qismində ibtidai istintaq orqanına verdiyi ifadəsində üzərindən, yəni əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən aşkar olunmuş bir ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamini 14 mart 2021-ci il tarixdə X3 60 (altmış) manat pul müqabilində aldığını bildirmiş və həmin xüsusat təkzib olunmaz sübutlarla öz təsdiqini tapdığından Şəki rayon məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1(075)-62/2021 nömrəli hökmü ilə X9 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 1(107)-60/2022 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin edilmədən həmin hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, bununla belə Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə Şəki rayon məhkəməsinin 27 sentyabr 2021-ci il tarixdə, saat 14:30-dan 15:20-ə kimi keçirilmiş məhkəmə baxışı iclasında və 22 noyabr 2021-ci il tarixdə, saat 14:20-dən 15:30-a kimi keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-in 297-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməsinə, bu barədə yazılı iltizama imza etməsinə və şahid andı içməsinə baxmayaraq həmin məhkəmə baxışı iclaslarında şahid qismində verdiyi ifadələrində iş üzrə mühüm əhəmiyyətə malik halları təhrif etməklə üzərindən, yəni əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən aşkar olunmuş bir ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamini X3 almadığını, həmin içərisində psixotrop maddə olan bükülünü onun cibinə polis şöbəsinə gətirilən zaman polis şöbəsinin inzibati binasında tanımadığı polis əməkdaşlarının qoyduğunu bildirməklə bilə-bilə, qəsdən və vahid niyyətlə məhkəmədə yalan ifadələr verməklə ədalət mühakiməsinin ədalətlilik və qanunçuluq prinsiplərinin pozulmasına yönəlmiş hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, məhkəmədə və prokurorluqda verdiyi ifadəsini və izahatını təsdiq etmişdir. Göstərmişdir ki, X6 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə Şəki rayon məhkəməsində baxılan zaman 27 sentyabr 2021-ci il tarixdə, saat 14:30-dan 15:20-ə kimi keçirilmiş məhkəmə baxışı iclasında və 22 noyabr 2021-ci il tarixdə, saat 14:20-dən 15:30a kimi keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilərkən bildirmişdir ki, “xx.xx.2021-ci il tarixdə evinin qapısının qarşısında 2 ədəd Niva markalı avtomaşından düşən şəxslər, mülki geyimli polis əməkdaşları onun qolunu burub maşına əyləşdirmiş, onun qolunu buran şəxslərdən birinin adının Elşad olduğunu sonradan kənd camaatından öyrənmişdir. Polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları ona “Timur sənə narkotik satıb” deməyi tələb etmişlər. O, birinci dirənib Timurun ona heç bir narkotik vasitə satmadığını, vermədiyini bildirmişdir. Əvvəllər narkotik vasitədən istifadə etməmiş, sonradan Timur polis şöbəsində onun olduğu otağa gələrək “buna satmışam 1 qr mal” deyərək narkotik vasitəni, daha doğrusu üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 60 manata ona satdığını bildirmiş, o, Timurun bu sözlərindən quruyub qalmışdır. Bundan sonra sabahı günü o, şübhəli şəxs qismində ifadə vermiş, ifadəsini ona oxumuşlar və o da ifadəsini öz imzası ilə təsdiq etmiş, ona saxlanıldığı zaman polis şöbəsində səhv etmirsə Elmir adlı şəxs cibindən üstü göy rəngli siqaret qabında narkotik vasitə çıxararaq “bunu 30 manata Timurdan almısan” deyərək cibinə qoymağı təklif etmiş, əvvəlcə imtina etsə də, sonradan həmin narkotik vasitəni sağ cibinə qoymuşdur. Bildirmişdir ki, Timur otağa gəlib üzünə durduqdan sonra narkotik vasitəni cibinə qoymuşdur. Ona polis şöbəsində sonradan adının Şaiq olduğu polis əməkdaşı yüngülcə yumruqlar vurmuş, həmin yumruqlardan xəsarət almamışdır. Başqa heç bir polis əməkdaşı ona fiziki zor tətbiq etməmiş, lakin polis əməkdaşları çox pis nalayiq ifadələr işlətmişlər. O, Timurla birlikdə heç vaxt narkotik vasitədən istifadə etməmiş, Timur ona narkotik vasitə satmamışdır. Göstərmişdir ki, martın 14-də o, işdə olmuş, həmin gün Timurla görübgörüşməməyi yadında qalmamışdır. O, polis şöbəsində verdiyi ifadəsini təsdiq etməmiş, Şəki Rayon Məhkəməsində də bu ifadəsində göstərdiyi şəkildə ifadə vermiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şaiq adlı şəxsin yüngülcə endirdiyi yumruqlarından xəsarət almadığına görə, bunu məhkəmədə deməyə ehtiyac bilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni cibinə qoymağı tələb edən polis əməkdaşının adının Elmir olduğunu sonradan eşitmiş, konkret olaraq kimdən eşitdiyi yadında qalmamış, Elmir adlı polis əməkdaşını real olaraq tanımamışdır. Elmir və Şaiq adlı polis əməkdaşlarından başqa heç bir polis əməkdaşı ona fiziki və psixi zor tətbiq etməmişdir. Bildirmişdir ki, Elmir adlı polis əməkdaşı xx.xx.2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyi barədə teleqram yazmağa məcbur etmiş, ona psixi təsir etdiyinə görə bu cür məzmunlu teleqram yazmışdır. Şəki ŞRPŞ-nə gətirilərkən, eləcə də şübhəli şəxs qismində MSY-də saxlanılarkən ona heç bir polis əməkdaşı fiziki və ya psixi zor, təsir və ya təzyiq tətbiq etməmişdir. O, 27 sentyabr 2021-ci il tarixdə və 22 noyabr 2021-ci il tarixlərində keçirilmiş məhkəmə iclaslarında ibtidai istintaq zamanı verdiyi ifadəsinə tamamilə zidd bir ifadə vermiş, belə ki, Şəki ŞRPŞ-də Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri aparılan ibtidai istintaq zamanı 19 mart 2021-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman, 21 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində və 11 aprel 2021-ci il tarixdə şahid qismində dindirilərkən üzərindən aşkar edilmiş 0,049 qram metamfetamini uşaqlıq dostu və qonşusu X3 yaşadığı küçədə aldığını bildirsə də, qeyd etdiyi tarixlərdə məhkəmə iclaslarında həmin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini Timur Məmmədovdan almadığını bildirmiş, o, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şəki ŞRPŞ-də verdiyi ifadələrdə göstərdikləri yalan olmuşdur. O, məhkəmə iclaslarında ifadə verdikdən sonra həmin şəxsin adının Elmir olduğunu öyrənmiş, məhkəmədə ifadə verdiyi zaman onun adını bilməmişdir. xx.xx.2021-ci il tarixdə qolunu buran polis əməkdaşının adının Elşad olduğunu xatırlamamışdır. Ona nalayiq ifadələr deyən polis əməkdaşlarının adlalarını bilməmiş və özlərini də tanımamışdır. 21 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində ifadəsini öz xətti ilə yazaraq imza çəkmiş, 11 aprel 2021-ci il tarixdə şahid qismində ifadə verərkən verdiyi ifadəsini özü oxuyaraq imza çəkmişdir. Göstərmişdir ki, əslində X6 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi həqiqi və doğru olmuşdur. O, məhkəmədə ibtidai istintaqdakı ifadəsini biləbilə təhrif edərək yalan ifadə vermişdir. Belə ki, Timur onun uşaqlıq dostu olmuş və Timurgil onun çox üstünə gəlmişlər ki, yalan ifadə versin ki, o, cinayət məsuliyyətinə cəlb edilməsin. Buna görə də qeyd olunan cinayət işi üzrə həqiqətləri təhrif etmişdir. Yalan danışmağın cinayət olmasını bilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Himayəsində 2 azyaşlı uşağı var. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəki ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahid qismində dindirilən zaman ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Tural adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 19 mart 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində X19 küçəsi, ev 1/1 ünvanında yaşadığı müəyyən edilmiş, bundan sonra Şahid1 rəhbərliyi ilə o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş məlumatın yoxlanılması məqsədilə 19 mart 2021-ci il tarixdə saat 17:30 radələrində Şəki şəhər, S.Mümtaz küçəsində yerləşən Məhkəmə Kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs görüb Turala yaxınlaşıb özlərlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirərək Turalı Şəki ŞRPŞ-nə dəvət etmişlər. Tural etiraz etməyib onların dəvətini qəbul edərək Şəki ŞRPŞ-nə gəlmiş, şöbədə X14 Təqsirləndirilən şəxs bütün hüquq və vəzifələrini videoçəkilişlə başa saldıqdan sonra sonuncunun üzərində onun və əməliyyat müvəkkili Şahid1, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Musa Sarıyevin iştirakları ilə Turalın üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan şəxsi əşyalarla yanaşı şalvarının sağ yan kiçik cibindən 01 ədəd ağ-göy rəngli kağız bükümü çıxaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ağ-göy rəngli kağız bükümün içərisindəki kütlənin psixotrop maddə olduğunu, 60 manata Timur Məmmədovdan aldığını, bir qədər istifadə etdikdən sonra qalanını istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. X14 Timur Məmmədov haqqında Turaldan soruşduqda sonuncu Timurun uşaqlıq dostu və qonşusu, 1988-ci il təvəllüdlü, bir qədər özündən canlı və sarışın biri olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı səmimi olaraq bükümdəki metamfetamin adlı narkotik vasitəni Timur Məmmədovdan aldığını bildirdikdən sonra həmin narkotik vasitə möhürlənərək qablaşdırılmaqla götürülmüşdür. Həmçinin Turala məxsus “Redmi” markalı mobil telefon da araşdırma üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Digər əşyalar isə araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Timur Məmmədovun saxlanılması tədbirində onunla bərabər Şəki ŞRPŞ-nin əməliyyat müvəkkili Anar İbrahimov iştirak etməmiş, X22 Məmmədovun saxlanılması zamanı keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Timur Məmmədova 60 manat pul verərək psixotrop maddə hesab edilən 1 büküm metamfetamin aldığını səmimi olaraq etiraf etmiş, hər hansı polis əməkdaşının Şəki ŞRPŞ-də Təqsirləndirilən şəxs zor tətbiq etdiyini, vurduğunu, psixi təsir etdiyini görməmiş, həmçinin özü də Təqsirləndirilən şəxs qarşı zor tətbiq etməmiş, fiziki və ya psixi təsir və ya təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs izahatında göstərdikləri yalan məlumatlardır. Həmçinin o, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmiş, Elmir tərəfindən Turala “bunu 30 manata Timurdan almısan” deyərək narkotik vasitəni cibinə qoymasını təklif etməmiş, Turalın dedikləri həqiqətə uyğun olmamışdır. Fikrincə, Təqsirləndirilən şəxs izahatında qeyd etdikləri Turalın məsuliyyətdən yayınmaqdan ötrü atdığı addımlardır. Təqsirləndirilən şəxs şəxsi axtarışda videoçəkiliş zamanı narkotik vasitəni 60 manata məhz X3 aldığını özü səmimi şəkildə etiraf etmişdir. Onu da qeyd etmişdir ki, nə Şəki ŞRPŞ-nin İB-nin rəisi Şaiq Məmmədovun, nə də digər hər hansı polis əməkdaşının Təqsirləndirilən şəxs fiziki və ya psixi zor tətbiq etməsinin, yumruqla vurmasının, döyməsinin şahidi olmamış və bu barədə eşitməmiş, həmçinin də Turalı məhkəməyə teleqram yazaraq ibtidai istintaqdakı ifadəsini təsdiq etməsini tələb etməmiş, onun dedikləri tamamilə şər-böhtan olmuşdur. Şəki ŞRPŞnin İB-nin müstəntiqi, polis kapitanı Zəfər Cəlilov tərəfindən şəxsi axtarış aparılan zaman heç kəs Təqsirləndirilən şəxs fiziki və ya psixi təsir və ya təzyiq göstərməmiş, şəxsi axtarış videoçəkilişlə qeydə alınmışdır. Şahid1 xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək göstərmişdir ki, üzrlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmir. Həmçinin qeyd etmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞnin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanıdır. Şəki şəhər sakini Tural adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 19 mart 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində X19 küçəsi, ev 1/1 ünvanında yaşadığı müəyyən edilmiş, bundan sonra onun rəhbərliyi ilə o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, daxil olmuş məlumatın yoxlanılması məqsədilə 19 mart 2021-ci il tarixdə saat 17:30 radələrində Şəki şəhər, S.Mümtaz küçəsində yerləşən Məhkəmə Kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs görüb Turala yaxınlaşıb Şəki ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə özlərlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirərək Turalı Şəki ŞRPŞ-nə dəvət etmişlər. Tural etiraz etməyib onların dəvətini qəbul edərək Şəki ŞRPŞ-nə gəlmiş, şöbədə X14 Təqsirləndirilən şəxs bütün hüquq və vəzifələrini videoçəkilişlə başa saldıqdan sonra sonuncunun üzərində onun və əməliyyat müvəkkili Şahid2, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Musa Sarıyevin iştirakları ilə Turalın üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan şəxsi əşyalarla yanaşı şalvarının sağ yan kiçik cibindən 01 ədəd ağ-göy rəngli kağız bükümü çıxaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ağ-göy rəngli kağız bükümün içərisindəki kütlənin psixotrop maddə olduğunu, 60 manata Timur Məmmədovdan aldığını, bir qədər istifadə etdikdən sonra qalanını istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. X14 Timur Məmmədov haqqında Turaldan soruşduqda sonuncu Timurun uşaqlıq dostu və qonşusu, 1988-ci il təvəllüdlü, bir qədər özündən canlı və sarışın biri olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı səmimi olaraq bükümdəki metamfetamin adlı narkotik vasitəni Timur Məmmədovdan aldığını bildirdikdən sonra həmin narkotik vasitə möhürlənərək qablaşdırılmaqla götürülmüşdür. Həmçinin Turala məxsus “Redmi” markalı mobil telefon da araşdırma üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Digər əşyalar isə araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Timur Məmmədovun saxlanılması tədbirində onunla bərabər Şəki ŞRPŞnin əməliyyat müvəkkili Anar İbrahimov iştirak etməmiş, X22 Məmmədovun saxlanılması zamanı keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Timur Məmmədova 60 manat pul verərək psixotrop maddə hesab edilən 1 büküm metamfetamin aldığını səmimi olaraq etiraf etmiş, hər hansı polis əməkdaşının Şəki ŞRPŞ-də Təqsirləndirilən şəxs zor tətbiq etdiyini, vurduğunu, psixi təsir etdiyini görməmiş, həmçinin özü də Təqsirləndirilən şəxs qarşı zor tətbiq etməmiş, fiziki və ya psixi təsir və ya təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs izahatında göstərdikləri yalan məlumatlardır. Həmçinin o, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmiş, onun tərəfindən Turala “bunu 30 manata Timurdan almısan” deyərək narkotik vasitəni cibinə qoymasını təklif etməmiş, Turalın dedikləri həqiqətə uyğun olmamışdır. Fikrincə, Təqsirləndirilən şəxs izahatında qeyd etdikləri Turalın məsuliyyətdən yayınmaqdan ötrü atdığı addımlardır. Təqsirləndirilən şəxs şəxsi axtarışda videoçəkiliş zamanı narkotik vasitəni 60 manata məhz X3 aldığını özü səmimi şəkildə etiraf etmişdir. Onu da qeyd etmişdir ki, nə Şəki ŞRPŞ-nin İB-nin rəisi Şaiq Məmmədovun, nə də digər hər hansı polis əməkdaşının Təqsirləndirilən şəxs fiziki və ya psixi zor tətbiq etməsinin, yumruqla vurmasının, döyməsinin şahidi olmamış və bu barədə eşitməmiş, həmçinin də Turalı məhkəməyə teleqram yazaraq ibtidai istintaqdakı ifadəsini təsdiq etməsini tələb etməmiş, onun dedikləri tamamilə şər-böhtan olmuşdur. Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Zəfər Cəlilov tərəfindən şəxsi axtarış aparılan zaman heç kəs Təqsirləndirilən şəxs fiziki və ya psixi təsir və ya təzyiq göstərməmiş, şəxsi axtarış videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin rəisi, polis polkovnik-leytenantı X13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamış, Tural ilə heç bir ünsiyyəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. X9 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə məsuliyyətə cəlb edildikdən sonra Təqsirləndirilən şəxs bu yolla tanımışdır. Qeyd etmişdir ki, X6 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Şəki Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsində ibtidai istintaqı aparılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş ********* nömrəli cinayət işində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan 0,049 qram olan metamfetamin şəxsi istehlak miqdarında olduğundan Şəki ŞRPŞ-də İXM-nin 206-cı maddəsi ilə inzibati iş üzrə icraat açılaraq baxılması üçün məhkəməyə verilmiş, sonuncu məhkəmənin qərarı ilə 300 manat məbləğində inzibati cərimələnmişdir. Bildirmişdir ki, Şəki ŞRPŞ-də aparılan ibtidai istintaq zamanı X9 60 manat pul müqabilində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni sonuncuya satdığını sərbəst şəkildə, heç bir psixi və ya fiziki zor tətbiq edilmədən etiraf etmiş, eləcə də Təqsirləndirilən şəxs da şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş həmin psixotrop maddə olan metamfetamini 14 mart 2021-ci il tarixdə saat 19:00 radələrində qonşusu və uşaqlıq dostu X3 Şəki şəhəri, S.Mümtaz küçəsində yaşadığı evin yaxınlığında 60 manat pul verib aldığını səmimi olaraq etiraf etmişdir. Heç bir polis əməkdaşı Şəki ŞRPŞ-yə gətirilərkən, həmçinin polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs psixi və ya fiziki zor tətbiq etdiyini görməmiş və ya bu barədə eşitməmişdir. Təqsirləndirilən şəxs izahatında göstərdikləri yalan məlumatlardır. O, Şəki ŞRPŞ-də hər hansı polis əməkdaşının Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol verdiyinin şahidi olmamışdır. Göstərmişdir ki, Tural ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Buna görə də, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq etməyi də həqiqətə uyğun olmamış, belə bir hadisə baş verməmişdir. Fikrincə, onun izahatında qeyd etdikləri Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaqdan ötrü atdığı addımlardır. O, Turala qarşı hər hansı bir polis əməkdaşının qanunsuz hərəkətlərə yol verdiyini görməmiş, Şəki ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid1 Təqsirləndirilən şəxs “bunu 30 manata Timurdan almısan” deyərək narkotik vasitəni cibinə qoymasını təklif etməmiş, Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təsir göstərməmiş, Təqsirləndirilən şəxs dedikləri həqiqətə uyğun olmamışdır. Həmçini qeyd etmişdir ki, o, Turalı məhkəməyə teleqram yazaraq ibtidai istintaqdakı ifadəsini təsdiq etməsini tələb etməmiş, hər hansı polis əməkdaşlarının da qeyd edilən qanunsuz hərəkətə yol verdiyini görməmişdir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəki ŞRPŞ-nin MSY-də Təqsirləndirilən şəxs adına tərtib edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinə dair qeydiyyat kitabı”na və “Tutulmuş şəxsin tibbi kitabçası”na baxış zamanı həmin sənədlərdə Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya onun izinin aşkar olunmadığı, həmçinin sonuncunun heç bir şikayətinin olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Şəki rayon məhkəməsinin 27 sentyabr 2021-ci il və 22 noyabr 2021-ci il tarixli məhkəmə iclas protokollarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “mən, 19 mart 2021-ci il tarixdə bayram günü işdən yaşadığım evə qayıtdıqda evin qapısının qarşısında 2 ədəd Niva markalı avtomaşının dayandığını gördüm. Mən, evin qapısına yaxınlaşdıqda Niva markalı avtomaşından düşən şəxslər mənim qolumu burub məni Şəki şəhər-rayon Polis Şöbəsinə apardılar. Polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları mənə Timurun mənə narkotik vasitə satdığını bildirdilər. Lakin mən, polis əməkdaşlarına Timurun mənə narkotik vasitə satmadığını bildirdim. Polis əməkdaşları mənə çox təkid etsələr də, mən qəti şəkildə Timurun mənə narkotik vasitə satmadığını dedim. Sonradan Timur polis şöbəsində mənim olduğum yerə gətirildi və Timur polis əməkdaşlarına mənə 60 manat müqabilində narkotik vasitə satdığını dedi. Mən, Timurun dediklərindən quruyub qaldım və bundan sonra polis əməkdaşları nə dedilərsə onları imzaladım. Timurun nəyə görə belə bir ifadə verməsindən məlumatım olmamışdır. Məni Şəki şəhər-rayon polis şöbəsinə həmin gün saat 18:30-19 radələrində aparmışdılar və bundan bir saat sonra Timur polis şöbəsində mənim üzümə qarşı mənə narkotik vasitə satdığını demişdir. Polis şöbəsində mənə qarşı heç bir fiziki təzyiq göstərilməmişdir, lakin polis əməkdaşları ibtidai istintaq dövründə verdiyim məzmunda ifadə verməyim üçün mənə təkid etmişlər. Lakin mən 48 saat müddətində polis şöbəsində saxlanılıb azad edildikdən sonra qorxduğumdan heç yerə müraciət etməmişdim. Tutulmamışdan 2-3 gün öncə Timurla görüşmüşdüm, əvvəl məhkum olunmamışam. Timurla heç vaxt narkotik vasitə çəkməmişəm. Yaşadığım evin həyət qapısının qarşısında mənə polis əməkdaşları yaxınlaşdıqda dükançı Məmməd də orada olmuşdu. Mən, polis şöbəsinə gətirildikdə əvvəlcə Timuru görməmişdim, lakin sonradan polis şöbəsində Timuru mənim olduğum otağa gətirmişlər. Polis əməkdaşları tərəfindən əvvəlcə Timur, sonra isə mən saxlanılmışdım. Mən heç vaxt narkotik vasitə istifadə etməmişdim. Mən martın 14-də işdə olmuşdum, ancaq həmin günü Timurla görüşübgörüşməməyim yadımda deyildir. Ancaq tutulmamışdan 2-3 gün əvvəl Timurla görüşmüşdüm. İstintaqdakı ifadəm mənə oxunmuş və mən həmin ifadəmi təsdiqləmişdim. Timur mənim uşaqlıq dostumdur. Saxlanıldıqdan sonra polis şöbəsində şəxsi axtarış aparılarkən üzərimdən aşkar olunmuş narkotik vasitəni cibimə adını bilmədiyim polis əməkdaşı qoymuşdu. Belə ki, polis şöbəsində otaqlardan birində adını bilmədiyim polis əməkdaşı mənə narkotik vasitəni götürüb cibimə qoymağımı təklif etmişdi, mən də həmin narkotik vasitəni əvvəlcə sağ yan cibimə, sağ kiçik cibimə qoymuşdum. Polis şöbəsində mənə fiziki təzyiq göstərilməsə də mən qorxduğumdan belə etmişdim. Timurla birlikdə heç vaxt narkotik vasitədən istifadə etməmişdim, Timur mənə narkotik vasitə, psixotrop maddə verməmişdi, pul müqabilində Timur mənə narkotik vasitə, psixotrop maddə satmamışdı. Mən ilkin olaraq saxlanıldıqdan bir müddət sonra müstəntiqə də ifadə verəndə qorxduğumdan yazılmış ifadəni imzalamışdım. İbtidai istintaq dövründə verdiyim ifadəmi polis əməkdaşlarının təkidi ilə verdiyimdən həmin ifadəmi təsdiq etmirəm və məhkəmə iclasında verdiyim ifadəmi təsdiq edirəm. Mən polis şöbəsinə gedərkən Timuru görməmişdim, onu sonradan mənim olduğum otağa gəirmişdilər. Mən Bakıda analiz vermişdim. Analizin nəticəsi üzrə mənim narkotik vasitə istifadə etmədiyim müəyyən olundu. Həmin sənədi məhkəməyə təqdim edirəm. Həmin gün saat 7-yə işləmiş dostum Emil mənə zəng etmişdi. Timur mənim üzümə deyəndə ki, mənə satıb narkotik vasitəni daha polislərə dirənməyə gücüm çatmamışdı. Timur mənə elə dediyi zaman polis əməkdaşları məni təhqir edərək suallar verməyə başladılar ki, bəs deyirdin narkotik vasitə almamısan Timura. Cibimə narkotik vasitəni qoyan polis əməkdaşının adını bilmirəm. Narkotik vasitəni qorxumdan ilk əvvəl sağ yan cibimə, daha sonra isə sağ hissədə kiçik cibimə qoymuşdum.” İş materiallarında olan Şəki rayon məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1(075)- 62/2021 nömrəli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla, onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Eyni zamanda Şəki rayon məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1(075)-62/2021 nömrəli xüsusi qərarından görünür ki, iş üzrə şahid Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 11 aprel 2021-ci il tarixli ifadəsi işin obyektiv hallarına uyğun gəldiyi üçün sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 1(107)-60/2022 nömrəli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1(075)-62/2021 nömrəli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 1(107)-60/2022 nömrəli məktubundan görünür ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayəti və ya kassasiya protesti verilməmişdir. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Məmmədov X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-257/21 nömrəli hökmü ilə CM-nin 178.2.1, 178.2.4, 69.3-cü maddələri ilə 02 il 03 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. İş materiallarında olan Şəki ŞİHB-nın “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 350 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri “Topqarağac” məhəlləsi, S.Mümtaz küçəsi, 1/1 saylı evdə yaşayır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Şəki ŞİHB-nın “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən daxil olmuş yaşayış yeri üzrə xasiyyətnamədə onun barəsində nümayəndəliyə şikayət daxil olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Şəki ŞİHB-nın “Topqarağac” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 349 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası – X2, arvadı X10, oğlu (2013-cü il doğumlu) X11, qızı (2014-cü il doğumlu) X4 ibarətdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsindən 01 iyul 2022-ci il tarixli 1(075)- 62/2021 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəki ŞRPŞ-nin müstəntiqi, polis kapitanı X15 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs bütün hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərində Şəki ŞRPŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Musa Sarıyevin iştirakları ilə şəxsi axtarış aparılmış, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı və ya digər şəxslər tərəfindən fiziki və ya psixi zor tətbiq edildiyi, həmçinin təsir və ya təzyiqə məruz qaldığı müəyyən edilməmiş, Təqsirləndirilən şəxs sərbəst şəkildə X14un suallarına səmimi olaraq cavab verərək üzərindən aşkar edilmiş 0,049 qram psixotrop maddə olan metamfetamini qonşusu və uşaqlıq dostu X3 yaşadığı evin yaxınlığında aldığını və Timur Məmmədovun sarışın, bir qədər özündən canlı biri olduğunu qeyd etmişdir. İş materiallarında olan Şəki rayon məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 3(075)- 305/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 7(075)- 387/2021saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə onun 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzası 1 il azadılmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavabda göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Şəki Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə onun 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzası 1 il azaldılmışdır. Onun cəzası xx.xx.2023-cü il tarixində başa çatır. Məhkumun qeydiyyata alındığı 25 oktyabr 2021-ci il tarixdən 02.09 2022-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 10 (on) ay 08 (səkkiz) gününü çəkmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bilə-bilə yalan ifadə verməklə törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsüf olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, Həmçinin törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə həmçinin işini müəyyən edilən faktiki hallarından çıxış edərək qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün məzmunundan görünür ki, həmin hökm üzrə Təqsirləndirilən şəxs dələduzluq cinayət əməlini 11 iyun 2019-cü il tarixdə törətmişdir. Göründüyü kimi qeyd edilən hökm xx.xx.2021-ci il tarixdə elan edilmiş, hökmdən şikayət və protest verilməmiş və hökm qanuni qüvvəsini alaraq, onun icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o birinci xx.xx.2021-ci, ikinci dəfə isə xx.xx.2021-ci il tarixində davam etməklə məhkəmədə yalan ifadə vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs birinci dəfə yalan ifadə verməklə törətmiş olduğu cinayət əməli zamanı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)-257/2021 saylı, xx.xx.2021ci il tarixli hökmü qanuni qüvvəsini almamış olmuşdur. Lakin o, ikinci dəfə də xx.xx.2021-ci ildə də öz teleqramına əsasən dindirilmiş və yenidən yalan ifadə verməklə cinayət əməlinə yol vermişdir. Buna görə də Təqsirləndirilən şəxs axırıncı dəfə xx.xx.2021-ci il tarixdə yalan ifadə verdiyindən onun yalan ifadə verməkdə ifadə olunan cinayət əməli xx.xx.2021ci il tarixdə bitmişdir. Həmin tarixdə isə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü qanuni qüvvəsini almış olmuşdur. Belə ki, həmin hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən cəzalar CM-nin 66.5-ci maddəsinin müddəaları tətbiq edilməklə deyil, CM-nin 67.1-ci maddəsinin müddəaları tətbiq edilməklə cəza təyin edilməlidir. Bundan başqa hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının müddəalarının tətbiq edilməsini təhlil edərək hesab edir ki, onun əməli qeyd edilən amnistiya Qərarının müddəalarının təsiri altına düşmür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə məhkəmə iclası zamanı yalan ifadə verməsi zahiri cəhətən qeyd edilən Amnistiya Qərarının təsiri altına düşməsi kimi görünür. Lakin o, xx.xx.2021-ci il tarixdə yəni, xx.xx.2021-ci il tarixdən sonra bundan əvvəl vermiş olduğu kimi yenidən bilə-bilə yalan ifadə verdiyindən həmin cinayət əməli davam edən cinayət kimi xx.xx.2021-ci il tarixində bitmişdir. Qeyd edilən cinayət əməli xx.xx.2021-ci il tarixdə bitdiyindən, həmçinin "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı, xx.xx.2021-ci il tarixinədək törədilmiş cinayətlərə şamil edildiyindən həmin Qərarın müddəaları Təqsirləndirilən şəxs əməlinə tətbiq edilməməlidir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-257/21 saylı hökmü ilə təyin edilmiş 02 il 03 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının Şəki Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 7(075)-387/2021saylı qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə onun 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzasını 1 il azaltdıqdan sonra çəkilməmiş qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin müddəaları tətbiq edilməklə müəyyən müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübutun, mülki iddia, üzərinə həbs qoyulmuş əmlakın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-257/21 saylı hökmü ilə təyin edilmiş 02 il, 03 ay, 04 gün azadlığın məhdudlaşdırılması cəzasının Şəki Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 7(075)-387/2021 saylı qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə onun 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan cəzasının 1 il azaldıqdan sonra qalan 1 il, 03 ay, 04 gün hissəsinin xx.xx.2022-ci il tarixinə çəkilməmiş qalan 04 ay, 16 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 2 ay, 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən birləşdirilməklə onun üzərində qəti olaraq 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasının əvvəli onun hökm elan edildiyi andan yəni, xx.xx.2022-ci il tarixdə saat 12:44-dən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İş üzrə maddi sübutun, mülki iddia, üzərinə həbs qoyulmuş əmlakın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-81/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-81/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver