Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-81/2023 22.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, evli, orta təhsilli, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla, tutulana kimi həmin ünvanda yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 28, 214.2.3, 228.3, 228.4, 278 və 279.1-ci maddələri ilə təqsirli bilinib, həmin məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, X2 cəza çəkərkən "Cəzaçəkmə müəssisələrinin X7" ilə qadağan olunmuş əşya olan bir ədəd “Nokıa” markalı “Mini Phone” modelli, “**********82239, **********82247” imei kodlu və bir ədəd “Samsung Galaxy A3” markalı “SM-A320F/DS” modelli “**********40858, **********40856” imei kodlu mobil telefon аparatlarını istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış, “Samsung Galaxy A3” markalı mobil telefonun daxilində olan ***-***-**- ** saylı telefon nömrəsindən anası Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı və əmisi Şahid5 istifadəsində olan ***-***-**-** saylı telefon nömrələrinə zəng edərək əlaqə saxlayıb danışmaqla istifadə etmiş və 30 dekabr 2022-ci il tarixdə saat 09:10 radələrində müəssisə əməkdaşları tərəfindən saxlanıldığı kamerada axtarış-baxış keçirilən zaman onun yatdığı çarpayının üzərində olan adyalda düzəldilmiş saxlanc yerindən həmin mobil telefon aparatları və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona CM-nin 317-2.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 28, 214.2.3, 228.3, 228.4, 278 və 279.1, 66.3-cü maddələri ilə təqsirli bilinib on dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və xx.xx.2019-cu il tarixdən cəzasını X2, 25 may 2023-cü il tarixdən isə Penitensiar Xidmətin Həbsxanasında çəkir. X2 saxlanılarkən 30 dekabr 2022-ci il tarixdə saat 09:10 radələrində X3 əməkdaşları qəfləti olaraq müəssisədə saxlanıldığı ciddi rejimli 2-ci korpus, 3-cü mərtəbəsinin 13-cü kamerasına gələrək axtarış-baxış tədbirləri keçirmişlər. Tədbir zamanı müəssisə əməkdaşları yatdığı çarpayının üzərindəki adyalda gizlətdiyi bir ədəd daxilində ***-***-**-** nömrəli danışıq kartı olan bir ədəd “Samsung” markalı və daxilində danışıq kartı olmayan bir ədəd “Nokıa” markalı mobil telefon aparatlarını, həmçinin bir ədəd elektrik qidalandırıcısını aşkar edərək götürmüşlər. Aşkar edilərək götürülmüş əşyalar onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Aşkar edilərək götürülmüş hər iki mobil telefon aparatı ona məxsusdur. Belə ki, həmin mobil telefon aparatlarını təxminən 2022-ci ilin iyul ayında müəssisənin ərazisindən tapmış və onları gətirib saxlanıldığı kamerada gizlətmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etməklə “Samsung” markalı telefon aparatı vasitəsilə yaxınlarına və tanışlarına zəng edib danışmışdır. Müəssisəyə daxil olarkən qadağan edilmiş əşyaların siyahısı ilə tanış edilmiş və bu cür əşyaların məhkumlar üçün qadağan edilmiş əşya olduğunu, onun saxlanılması və istifadəsinin cinayət məsuliyyətinə səbəb olduğunu bilmişdir. Lakin mobil telefondan istifadə etdiyi üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən onu müəssisənin X7nı pozmaqla tənbeh edilərək uzun müddətli olaraq cərimə otağına salınmış və etdiyi əmələ görə artıq cəza almışdır. Buna görə də cinauyət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 əməliyyat şöbəsinin baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs X2 saxlanılan şəxs kimi tanıyır, onunla qərəzçiliyi, ədavəti və düşmənçiliyi yoxdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 30 dekabr 2022-ci il tarixdə saat 09:10 radələrində müəssisənin digər əməkdaşları ilə birlikdə, hal şahidlərinin iştirakı ilə məhkumların səhər düzülüşü vaxtı müəssisənin ciddi rejimli 2-ci korpus, 3-cü mərtəbə, 13-cü kamerasında qəfləti axtarışbaxış tədbirləri keçirmişlər. Tədbir zamanı həmin kamerada saxlanılan məhkum Təqsirləndirilən şəxs yatdığı çarpayının üzərindəki adyalda düzəldilmiş gizli saxlanc yerindən “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan edilmiş əşyalar – bir ədəd daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan “Samsung” markalı və daxilində danışıq kartı olmayan bir ədəd “Nokıa” markalı mobil telefon aparatları, həmçinin bir ədəd elektrik qidalandırıcısını aşkar edərək götürmüşlər. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş əşyaların ona məxsus olduğunu bildirmişdir. Faktla bağlı müvafiq protokol tərtib etmiş və aşkar edərək götürülmüş əşyalar qablaşdıraraq protokola əlavə olunmuşdur. Faktla bağlı müvafiq protokol tərtib edilmiş, aşkar edilən mobil telefonlar və elektrik qidalandırıcısı qablaşdıraraq protokola əlavə edilmiş və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 əməkdaşı Şahid2 və Şahid3 Şahid1 ifadəsinə məzmunca eyni olan uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. ***-***-**-** saylı mobil telefon nömrəsi onun adına qeydiyyata alınmış və 2022-ci ilin sonunadək istifadəsində olmuşdur. Oğlu Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə azadlıqdan məhrum edilib və 2023-cü ilin may ayınadək cəzasını X2, hazırda isə Penitensiar Xidmətin həbsxanasında çəkir. Bəhruz Şəki türməsində cəza çəkərkən ***-***-**-** saylı mobil telefon nömrəsindən bir neçə dəfə onun istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək onunla danışmış, haləhval tutmuşdur. O, hər dəfə danışarkən Bəhruza türmədə mobil telefon işlətməməyi tövsiyyə etmişdir. Sonradan Bəhruzun istifadə etdiyi telefon aparatının müəssisə əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. ***-***-**-** saylı mobil telefon nömrəsi onun adına qeydiyyata alınıb və hazırda da istifadəsindədir. Qardaşı oğlu Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə azadlıqdan məhrum edilib və 2023-cü ilin may ayınadək cəzasını X2 çəkib. Hazırda isə Penitensiar Xidmətin həbsxanasında saxlanılır. Qardaşı oğlu Bəhruz Şəki türməsində cəza çəkərkən bir neçə dəfə ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək onunla danışmış, hal-əhval tutmuşdur. İş materiallarında olan X3 Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid1 tərəfindən tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 28, 214.2.3, 228.3, 228.4, 278 və 279.1, 66.3-cü maddələri ilə təqsirli bilinib on dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs saxlanıldığı kamerada müəssisə əməkdaşları tərəfindən saxlanıldığı kamerada 30 dekabr 2022-ci il tarixdə saat 09:10 radələrində axtarış-baxış keçirilən zaman onun yatdığı çarpayının üzərində olan adyalda düzəldilmiş saxlanc yerindən “Samsung” və “Nokia” mobil telefon aparatları və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş komputer-texniki ekspertizasının 16 fevral 2023-cü il tarixli 5/126 nömrəli rəyindən görünür ki, aşkar edilərək götürülmüş əşyalar “Nokıa” markalı “Mini Phone” modelli, arxa markalanma göstəricisinə görə “**********82239, **********82247” imei kodlu və bir ədəd “Samsung Galaxy A3” markalı arxa markalanma göstəricisinə görə “SM- A320F/DS” modelli “**********40858, **********40856” imei kodlu mobil smartfon olmaqla hər iki mobil telefon aparatının hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlı olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən alınmış 07 aprel 2023-cü il tarixli 7919 nömrəli məktuba əlavə edilmiş elektron məlumat daşıyıcısına (diskə) baxış keçirilən zaman görünür ki, Təqsirləndirilən şəxs saxladığı “Samsung Galaxy A3” markalı “SM-A320F/DS” modelli, “**********40858” imei kodlu mobil telefondan ***-***-**-** saylı GSM danışıq kartı vasitəsi ilə ***-***-**-** və ***-***-**-** saylı, həmçinin digər müxtəlif nömrələrə zəng edilib danışıqlar aparılmaqla Azercell şəbəkəsində istifadə edilmişdir. Məhkum Təqsirləndirilən şəxs aşkar edilərək götürülümş mobil telefon aparatları və elektrik qidalandırıcısı, həmçinin "xxxx" MMC-nin təqdim etdiyi disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 29 may 2020ci il tarixdə verilmiş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 28, 214.2.3, 228.3, 228.4, 278 və 279.1-ci maddələri ilə təqsirli bilinib, həmin məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 06 aprel 2013-cü ildən hesablanmaqla, cəzasının 5 ilini Həbsxanada, qalanını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi qərara alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə həbsxanada saxlama müddəti 3 ay müddətinə yəni xx.xx.2012-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 7(075)- 51/2023 saylı qərarına əsasən cəzasının 02 (iki) il hissəsini həbsxanaya keçirilməsi qərara alınmışdır. İş materiallarında olan X3 rəhbərliyi tərəfindən 05 yanvar 2023-cü il tarixdə verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində ona məxsus mobil telefon aparatları və elektrik qidalandırıcısı aşakar olunduqdan sonra o, Penitensiar xidmətin X7 ilə nəzərdə tutulmuş qaydada cəzalandırılaraq 12 gün müddətinə cərimə otağına salındığından həmin əmələ görə təkrar olaraq cəzalanması düzgün olmamasını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirinin “24” mart 2004-cü il tarixli 13-T nömrəli əmri ilə Cəzaçəkmə müəssisələrinin X6 əsasən Ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrinin kamera tipli otaqlarına və xüsusi rejimli cəzaçəkmə müəssisələrinin birnəfərlik kameralarına keçirilmə növündə tənbeh tədbirləri yalnız cəzanın çəkilməsi qaydaları qərəzli pozulduqda və digər təsir tədbirlərinin tətbiqi müsbət nəticə vermədiyi hallarda seçilə bilər. Məhkumlar kamera tipli otaqlara və birnəfərlik kameralara bu tənbeh tədbirlərinin müddəti göstərilməklə keçirilirlər. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs cəzqaçəkmə müəssisəsinə daxil olarkən cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyaların siyahısı ilə tanış olaraq iltizama imza etməsinə baxmayaraq mobil telefondan istifadə edərək X4 intizam qaydalarını pozaraq cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X4 İntizam Qaydaları”nın təsdiq edilməsi barədə 29 dekabr 2011-ci il tarixli 7-N nömrəli qərarının 11-ci əlavəsinin çıxarışından görünür ki, Optik cihazlar, peycer, mobil telefon, faks, komputer, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxsin həmin cinayəti törətməsi özünün etirafı, şahid ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə hökmü ilə təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə onun çəkilməmiş 02 il 7 ay 14 gün azadlıqdan məhrum etmə cəzası vardır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və əvvəlki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 il 07 ay 14 günü həmin cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş “Nokia” markalı “Mini Phone” modelli, “**********82239, **********82247” imei kodlu və bir ədəd “Samsung Galaxy A3” markalı “SM-A320F/DS” modelli “**********40858, **********40856” imei kodlu mobil telefonlar, bir ədəd elektrik qidalandırıcısı müsadirə edilməli, bir ədəd "xxxx" MMC-dən alınmış disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən hesab edir ki, hazırda o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2013cü il tarixli, 1(101)-657/2013 nömrəli hökmü ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 22 avqust 2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 80 (səksən) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli, 1(101)-657/2013 nömrəli hökmü ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 22 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan “Nokia” markalı “Mini Phone” modelli, “**********82239, **********82247” imei kodlu və bir ədəd “Samsung Galaxy A3” markalı “SM-A320F/DS” modelli “**********40858, **********40856” imei kodlu mobil telefonlar, bir ədəd elektrik qidalandırıcısı hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesabına keçirilsin. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-81/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-81/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver