Məhkəmə qərarları › İş №1(075)-82/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-82/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-82/2021 01.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçi Şəki Gegional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Şəki rayon məhkəməsinin inzibati binasında; xx.xx.1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, tutulana qədər həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda X3 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ki, ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Şəki rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzadan 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, qeyd edilən cinayətə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı əldə edib, daşıyıb, üzərində və yaşadığı ünvan 3 ünvanının yaxınlığındakı dağlıq ərazidə olan yerdə şiferin altında gizlədərək saxlamış, 31 may 2021-ci il tarixdə saat 18:50 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri X7 küçəsi 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə saat 20:50-dən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,39 qram, bundan sonra həmin tarixdə saat 23:32-dən keçirilmiş tədbirlərin davamı olaraq ünvan 3 ünvanının yaxınlığındakı dağlıq ərazidəki yerə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin yerdə şiferin altında özü istifadə etmək üçün gizlədib saxladığı bir ədəd sellofan torbada olan, təmiz çəkisi 445 qram olmaqla ümumilikdə təmiz çəkisi 450,39 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə Şəki Ağır Cinayətlər Məhkəmənin 11.11.2014-cü il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş və Şəki rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qərarı ilə təyin olunmuş cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Təxminən 1 (bir) ildir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. Narkotik vasitə istifadə etmək istəyərkən hazırki iş üzrə aldığı və kim olduqlarını bilmədiyi şəxslərdən pul müqabilində alıb istifadə etmişdir. Təxminən 2020-ci ilin sentyabr ayında Şəki şəhəri ərazisindəki Salıncaq meşəsi yaxınlığındakı Salıncaq deyilən ərazidə satmaq məqsədi ilə böyürtkən toplayan zaman ətrafındakı kollardan biri diqqətini cəlb etdiyinə görə kola yaxınlaşaraq diqqətlə baxmış və kolun çətənə kolu olduğunu anlamışdır. Çətənə kolunun yarpaqlarından yığıb qurudaraq istifadə etmək qərarına gəldiyindən həmin kolun yarpaqlarından bir qədər toplayıb özündə olan böyürtkən yığmaq üçün istifadə etdiyi sellofan torbaya qoymuş, yaşadığı ünvan 3 ünvanının yaxınlığındakı dağlıq əraziyə aparmış, heç kimin xəbər tutmaması və çətənə kolunun nəm yarpaqlarının quruması üçün sellofan torbada həmin ərazidəki şiferlərdən birinin altında gizlətmişdir. Bir müddət keçdikdən sonra o, çətənə yarpaqlarına baxdıqda quruduğunu görmüş və bir neçə dəfə çətənə yarpaqlarından götürərək gizlətdiyi dağlıq ərazidə təklikdə istifadə etmişdir. 31.05.2021-ci il tarixdə yaşadığı evdə olduğu zaman qurudulmuş marixuanadan istifadə etmək qərarına gələrək evdən çıxıb, yaşadığı evin yaxınlığında olan narkotik vasitəni gizlətdiyi dağlıq əraziyə getmiş və orada şiferin altında gizlətdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı çıxararaq qurudulmuş marixuanadan bir qədər götürüb cibindəki kibrit qutusuna yığmış, əynindəki şalvarın sağ yan cibinə qoymuş və torbanı yenidən orada gizlədib həmin yerdən uzaqlaşaraq yaşadığı evə tərəf getmişdir. Həmin vaxt o, evinin yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını və üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olması barədə bildirərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərində şəxsi axtarış aparacaqlarını bildirərək Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişlər. O da təqdim olunmuş siyahıdan Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi seçmişdir. Müdafiəçisi Müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üstündə şəxsi axtarış aparılacağı bildirilmiş və təhqiqatçı tərəfindən ona üstündə, paltarında, paltarlarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunu və bir ədəd kibrit qutusunu, şalvarının sağ yan cibindən isə bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa əşyanın olmadığını qeyd etmişdir. Təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş, yəni şəxsi axtarış zamanı təqdim etdiyi əşyaları təqdim etməsi ona təklif olunmuş, o, sağ cibindən çıxararaq masanın üzərinə qoyduğu kibrit qutusunun içərisində nəşə olduğunu bildirmişdir. Həmin kibrit qutusu açılmış və içərisində yaşıl rəngli kütlə olması aşkar edilmişdir. O, kibrit qutusunun içərisindəki kütləni özü istifadə etmək məqsədi ilə gəzdirdiyini, yaşadığı evin yaxınlığındakı ərazidə şiferin altında narkotik vasitə gizlədib saxladığını, onu Şəki şəhəri ərazisindəki Salıncaq deyilən yerdən yığdığını, üzərindən aşkar olunmuş narkotik vasitəni də gizlətdiyi yerdən götürdüyünü bildirmişdir. Daha sonra ona və digər iştirakçılara həmin narkotik vasitənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, zərfin içərisinin boş olması ona və digər iştirakçılara göstərilmiş, üzərindən aşkar olunmuş kibrit qutusu həmin zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunmuş “Rothmans” markalı siqaret qutusu və içərisində kibrit dənələri olan kibrit qutusu isə özünə qaytarılmışdır. Videoçəkilişi nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırmış, onlara nümayiş etdirilmiş, heç bir vəsatəti və etirazının olmadığı bildirmişdir. Ona narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilməli olması bildirildikdə heç bir etirazının olmadığını qeyd edərək bu barədə ərizə yazmışdır. Daha sonra o, müdafiəçisi və digər baxış iştirakçıları ilə birlikdə yaşadığı ünvan 6 ünvanının yaxınlığındakı dağlıq ərazidə həmin narkotik vasitəni gizlətdiyi yerə getmiş, həmin yerə çatdıqda şiferin altında gizlədərək saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd göy rəngli sellofan torbanı baxış iştirakçılarına təqdim etmişdir. Sonra həmin sellofan torba qablaşdırılmış, qablaşdırma onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmadığından o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, etdiyi hərəkətdən peşman olmasını bildirmiş, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, onunla aralarında heç bir düşmənçilik, qohumluq əlaqəsi və ədavət olmamışdır. “Pərviz” adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Pərviz» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Alınmış əməliyyat məlumatına əsasən “Pərviz” adlı şəxsin xx.xx.1989-cu il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin icazəsi ilə 31 may 2021-ci il tarixdə onun və Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrupun üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olmalarını bildirmiş və Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Şəxsi axtarış keçirilməsi təhqiqatçı Ülvi Nəzirliyə həvalə edilmiş, təhqiqatçı Ülvi Nəzirli öz xidməti iş otağında ona Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmiş, vəkil Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Müdafiəçi, onun, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs, üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunu, bir ədəd kibrit qutusunu, şalvarının sağ yan cibindən isə bir ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa əşyanın olmadığını qeyd etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, yəni şəxsi axtarış zamanı təqdim etdiyi əşyaları təqdim etməsi ona təklif olunmuş, Təqsirləndirilən şəxs sağ cibindən çıxararaq masanın üzərinə qoyduğu kibrit qutusunun içərisində nəşə olduğunu bildirmişdir. Həmin kibrit qutusu açılmış və içərisindən narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kibrit qutusunun içərisindəki kütləni özü istifadə etmək məqsədi ilə saxladığını, üzərində aşkar olunan narkotik vasitədən başqa yaşadığı evin yaxınlığındakı ərazidə şiferin altında narkotik vasitə gizlədib saxladığını, həmin narkotik vasitəni Şəki şəhəri ərazisindəki Salıncaq deyilən yerdən yığdığını, istifadə etdiyi narkotik vasitəni də gizlədib saxladığı narkotik vasitənin üzərindən götürdüyünü bildirmişdir. Təhqiqatçı narkotik vasitəyə bənzər kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirərək Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitəyə bənzər kütlə olan kibrit qutusunu içərisi boş olan zərfə qoymuş, zərfin üzərini o və digər iştirakçı imzaladıqdan sonra möhürlənərək götürmüşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Rothmans” markalı siqaret qutusu və içərisində kibrit dənələri olan kibrit qutusu isə özünə qaytarılmışdır. Təhqiqatçı videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü çəkiliş dayandırılmış, videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş və heç bir vəsatət və etiraz olmamışdır. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmadığından o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə gizlətdiyi yerə baxış keçirilməli olduğu izah edilmiş, Təqsirləndirilən şəxs da etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs, Müdafiəçi və digər baxış iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri, P.Əliyev küçəsi ev 28 ünvanının yaxınlığındakı dağlıq əraziyə getmişlər, ora çatdıqda Təqsirləndirilən şəxs həmin ərazidə üst-üstə yığılmış şiferləri qaldırıb, şiferlərin altında olan bir ədəd göy rəngli sellofan torbanı baxış iştirakçılarına təqdim edərək narkotik vasitə olduğunu bildirmişdir. Torba açıldıqda içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli qurudulmuş bitki kütləsinin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs torbadakı kütlə haqqında soruşduqda, o, narkotik vasitəyə bənzər kütləni 2020-ci ildə Salıncaq deyilən ərazidən yığdığını və özü istifadə etmək üçün şiferin altında gizlədərək saxladığını bildirmişdir. Həmin sellofan torba qablaşdırılmış, qablaşdırma onun və digər iştirakçıların imzaları ilə təsdiqlənmiş və möhürlənərək götürülmüşdür. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmadığından o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: İşdə olan 31 may 2021-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:52-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 23-24) İşdə olan şəxsi axtarış keçirilməsi və maddi subutun götürülməsi barədə 31 may 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video görüntülərindən görünür ki, üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. (İş.v 43-51) İşdə olan hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 01 iyun 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video görüntülərindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri, P.Əliyev küçəsi ev 28 ünvanının yaxınlığındakı dağlıq əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs şiferin altında gizlədərək saxladığı içərisində narkotik vasitəyə bənzər kütlə olan bir ədəd göy rəngli sellofan torbanı baxış iştirakçılarına təqdim etmiş və sellofan torba qablaşdırılaraq götürülmüşdür. (İş.v 52-54) İşdə olan Şəki RMX-nin Narkoloji şöbəsinin 01.06.2021-ci il tarixli, 139 A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyindən narkotik faktı aşkar edilmişdir. (İş.v 60) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X4 01 iyun 2021-ci il tarixli 17/389 №-li ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 5,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs göstərdiyi ərazidən aşkar olunmuş maddi sübut.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi – 445,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd göy rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqat prosessinin təsvirinin Qeydindən görünür ki, marixuanaların ümumi təmiz çəkisi-450,39 qr., təhqiqata sərf edildi-0,10 qr., (hər obyektdən 0,05 qr.), qalıq-450,29 qr. Ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (İş.v 61-64) İşdə olan Şəki Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 4(075)-36/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31.05.2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (İş v. 112-113) İşdə olan Şəki şəhər İHB-nin “Fətəli” məhəllə nümayəndəliyinin 07.06.2021-ci il tarixli 74 nömrəli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 7 ünvanda yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş.v 141) İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 08.06.2021-ci il tarixli, 4(107)-51/2021 saylı qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (İş v. 116-118) İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş 16 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 11.11.2014-cü il tarixdə CM-nin 237.2.3-cü maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 19.07.2017ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (İş.v 124) İşdə olan Şəki Rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli, 7(075)-309/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək o, cəzadan şərti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl azad edilmişdir. (İş v. 137-140) İşdə olan Şəki rayon Psixiatriya xəstəxanasının 14.06.2021-ci il tarixi, 657 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 141) İşdə olan “Şəki RMX” publik hüquqi şəxsin 25.06.2021-ci il tarixli, 760 №-li məktubundan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İş.v 142). Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.11.2014-cü il tarixli, 1(091)-0121/2014 saylıhökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İş.v 148-151). Məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2021-ci il tarixli 848 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş.v 157) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmuş marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Şəki rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzadan 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, qeyd edilən cinayətə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı əldə edib, daşıyıb, üzərində və yaşadığı ünvan 3 ünvanının yaxınlığındakı dağlıq ərazidə olan yerdə şiferin altında gizlədərək saxlamış, 31 may 2021-ci il tarixdə saat 18:50 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri X7 küçəsi 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə saat 20:50-dən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,39 qram, bundan sonra həmin tarixdə saat 23:32-dən keçirilmiş tədbirlərin davamı olaraq ünvan 3 ünvanının yaxınlığındakı dağlıq ərazidəki yerə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin yerdə şiferin altında özü istifadə etmək üçün gizlədib saxladığı bir ədəd sellofan torbada olan, təmiz çəkisi 445 qram olmaqla ümumilikdə təmiz çəkisi 450,39 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən az ağır cinayət əməli törətdiyi üçün əməlində cinayətin residivi mövcuddur. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki cinayətə görə cəzası 11.11.2017-ci il tarixdə birmiş, lakin həmin tarixdən 6 illik müddət keçməmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Həmçinin məhkəmə onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olan şəxs hesab edilərək eyni zamanda məhkumluğu qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə ilə bağlı olmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ona əməlində olan residivə görə cəza təyin edilməklə, cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran əməlində cinayətin residivinin olmasını şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı). CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxsə istinad edilən CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş daha ciddi cəza növü azadlıqdan məhrum etmə olmaqla son həddi 3 il olduğundan ona bu maddə ilə təyin olunacaq cəza müvafiq olaraq həmin müddətin yarısından, yəni 1 il 6 aydan az ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bundan əvvəl Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Şəki rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzadan 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə vaxtından əvvəl şərti azad olunmasını diqqətdə saxlamaqla, bunlardan nəticə çıxarmaması qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 31.05.2021-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 5,35 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığındakı dağlıq əraziyə baxış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 444,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 31.05.2021-ci ildən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 5,35 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığındakı dağlıq əraziyə baxış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 444,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş uzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar