Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-84/2022 26.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər X14 Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, X17 və X2 iştirakları ilə,
1. xx xxxx 1998-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatdaq olan və Mingəçevir şəhəri, Şəfa Bağ massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə;
2. xx xxxx 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə;
3. xx xxxxxx 2004-cü ildə Rusiya Federasiyasının Norilsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə
MÜƏYYƏN ETDİ:
Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən «Məişət əşyalarının satışı» mağazasının plastik materialdan olan qapısını əvvəlcə vintaçanla açmağa çalışmış, bu mümkün olmadığında giriş qapısının şüşəsini sındıraraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus 10 manat dəyərində 01 ədəd «Multifunktional» markalı tərəvəz doğrayan alət, 10 manat dəyərində 01 ədəd qırmızı rəngli çərəz üyüdən alət, hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd «Fripan» markalı, təktutacaqlı, qapaqlı dəmir tava, 20 manat dəyərində «Nyusenturi» markalı 6 fincan və 6 nəlbəkidən ibarət qırmızı rəngli şüşə fincan dəsti, 50 manat dəyərində 01 ədəd «Ceferi» markalı, 30x20 ölçülü, paslanmaz polad materialdan olan qapaqlı dəmir qazan, 8 manat dəyərində 01 ədəd aliminium materialdan olan kiçik ölçülü çaynik, 15 manat dəyərində «Scogo» markalı, 700 ml tutumlu, iki ədəd şüşə materialından olan konfet qabı dəsti, 18 manat dəyərində «Zepfer ZP-002» markalı, 6 predmetdən ibarət bıçaq dəsti, 40 manat dəyərində 01 ədəd kibritilə hazırlanmış məscid suveniri, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 32 manat dəyərində 16 ədəd üzərində «Şaam» yazıları olan kapron qadın kalqotkası, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində 02 ədəd üzərində «Tamay» və «Alpar» yazıları olan kişi üçün alt geyimləri, 120 manat dəyərində 01 ədəd «Polaris» markalı termopot olmaqla ümumilikdə cəmi 389 (üç yüz səksən doqquz) manat dəyərində əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 389 (üç yüz səksən doqquz) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs1 Füzuli oğlunun icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Qadın və uşaq geyimləri” mağazasının giriş qapısının sağ hissəsindəki plastik pəncərəsini cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən götürdükləri vintaçanla açıb qanunsuz olaraq içəri daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində 02 ədəd üzərində «İstanbul klassik» yazıları olan qadın xalatı, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində 04 ədəd «Rekskuul» markalı, 200 ml tutumlu antipreaspirant, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd «Clavdio» markalı 20 ml tutumlu qadın ətiri, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 12 manat dəyərində 06 ədəd üzərində «Faşionjeveleri» yazıları olan bijuteriya dəsti, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 300 manat dəyərində 30 cüt üzərində «Sport» yazıları olan qadın idman ayaqqabısı, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 03 ədəd müxtəlif qadın köynəyi, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 210 manat dəyərində 7 dəst şalvar və jiletdən ibarət qadın üçün idman geyimi dəsti, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 75 manat dəyərində 05 ədəd qısaqollu, sarı rəngli qadın gödəkcəsi, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 150 manat dəyərində 75 ədəd müxtəlif formalı, qadın üçün bijuteriya üzüklər, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 60 manat dəyərində 06 dəst «Ufaklık» markalı, şalvar və köynəkdən ibarət uşaq üçün geyim dəsti, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 80 manat dəyərində «Dikko» markalı yun materialından olan 10 ədəd oğlan uşaq köynəkləri, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 96 manat dəyərində 12 ədəd «Şehr-işal İstanbul» markalı, böyük ölçülü qadın şalları, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 02 ədəd «Palette» markalı 50 ml tutumlu qadın saç boyası, hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 60 manat dəyərində 03 bağlama üzərində «Kupanpan» yazıları olan qadın corabları, hər birinin dəyəri 12 manat olmaqla ümumilikdə 36 manat dəyərində 03 cüt üzərində «Xiu-Xian» yazıları olan qadın ayaqqabıları olmaqla ümumilikdə 1197 (bir min bir yüz doxsan yeddi) manat dəyərində əmlakı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 Füzuli oğluna 1197 (bir min bir yüz doxsan yeddi) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Aviabilet” satış mağazasının plastik materialdan olan pəncərəsini cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən götürdükləri vintaçanla açıb qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədəd Çin istehsalı olan, «HP» markalı, SH249 modelli, 17 düyüm ekranlı və bir ədəd «HP» markalı sistem blokdan ibarət 250 manat dəyərində kompyuter dəstini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 250 (iki yüz əlli) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 14 mart 2022-ci il tarixdə özünün etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən «Məişət əşyalarının satışı» mağazasının plastik materialdan olan qapısını əvvəlcə vintaçanla açmağa çalışmış, bu mümkün olmadığında giriş qapısının şüşəsini sındıraraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus 10 manat dəyərində 01 ədəd «Multifunktional» markalı tərəvəz doğrayan alət, 10 manat dəyərində 01 ədəd qırmızı rəngli çərəz üyüdən alət, hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd «Fripan» markalı, təktutacaqlı, qapaqlı dəmir tava, 20 manat dəyərində «Nyusenturi» markalı 6 fincan və 6 nəlbəkidən ibarət qırmızı rəngli şüşə fincan dəsti, 50 manat dəyərində 01 ədəd «Ceferi» markalı, 30x20 ölçülü, paslanmaz polad materialdan olan qapaqlı dəmir qazan, 8 manat dəyərində 01 ədəd aliminium materialdan olan kiçik ölçülü çaynik, 15 manat dəyərində «Scogo» markalı, 700 ml tutumlu, iki ədəd şüşə materialından olan konfet qabı dəsti, 18 manat dəyərində «Zepfer ZP-002» markalı, 6 predmetdən ibarət bıçaq dəsti, 40 manat dəyərində 01 ədəd kibritilə hazırlanmış məscid suveniri, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 32 manat dəyərində 16 ədəd üzərində «Şaam» yazıları olan kapron qadın kalqotkası, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində 02 ədəd üzərində «Tamay» və «Alpar» yazıları olan kişi üçün alt geyimləri, 120 manat dəyərində 01 ədəd «Polaris» markalı termopot olmaqla ümumilikdə cəmi 389 (üç yüz səksən doqquz) manat dəyərində əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 389 (üç yüz səksən doqquz) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 14 mart 2022-ci il tarixdə özünün etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs1 Füzuli oğlunun icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Qadın və uşaq geyimləri” mağazasının giriş qapısının sağ hissəsindəki plastik pəncərəsini cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən götürdükləri vintaçanla açıb qanunsuz olaraq içəri daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində 02 ədəd üzərində «İstanbul klassik» yazıları olan qadın xalatı, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində 04 ədəd «Rekskuul» markalı, 200 ml tutumlu antipreaspirant, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd «Clavdio» markalı 20 ml tutumlu qadın ətiri, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 12 manat dəyərində 06 ədəd üzərində «Faşionjeveleri» yazıları olan bijuteriya dəsti, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 300 manat dəyərində 30 cüt üzərində «Sport» yazıları olan qadın idman ayaqqabısı, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 03 ədəd müxtəlif qadın köynəyi, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 210 manat dəyərində 7 dəst şalvar və jiletdən ibarət qadın üçün idman geyimi dəsti, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 75 manat dəyərində 05 ədəd qısaqollu, sarı rəngli qadın gödəkcəsi, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 150 manat dəyərində 75 ədəd müxtəlif formalı, qadın üçün bijuteriya üzüklər, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 60 manat dəyərində 06 dəst «Ufaklık» markalı, şalvar və köynəkdən ibarət uşaq üçün geyim dəsti, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 80 manat dəyərində «Dikko» markalı yun materialından olan 10 ədəd oğlan uşaq köynəkləri, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 96 manat dəyərində 12 ədəd «Şehr-işal İstanbul» markalı, böyük ölçülü qadın şalları, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 02 ədəd «Palette» markalı 50 ml tutumlu qadın saç boyası, hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 60 manat dəyərində 03 bağlama üzərində «Kupanpan» yazıları olan qadın corabları, hər birinin dəyəri 12 manat olmaqla ümumilikdə 36 manat dəyərində 03 cüt üzərində «Xiu-Xian» yazıları olan qadın ayaqqabıları olmaqla ümumilikdə 1197 (bir min bir yüz doxsan yeddi) manat dəyərində əmlakı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 Füzuli oğluna 1197 (bir min bir yüz doxsan yeddi) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 14 mart 2022-ci il tarixdə özünün etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Aviabilet” satış mağazasının plastik materialdan olan pəncərəsini cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən götürdükləri vintaçanla açıb qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədəd Çin istehsalı olan, «HP» markalı, SH249 modelli, 17 düyüm ekranlı və bir ədəd «HP» markalı sistem blokdan ibarət 250 manat dəyərində kompyuter dəstini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 250 (iki yüz əlli) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən «Məişət əşyalarının satışı» mağazasının plastik materialdan olan qapısını əvvəlcə vintaçanla açmağa çalışmış, bu mümkün olmadığında giriş qapısının şüşəsini sındıraraq qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus 10 manat dəyərində 01 ədəd «Multifunktional» markalı tərəvəz doğrayan alət, 10 manat dəyərində 01 ədəd qırmızı rəngli çərəz üyüdən alət, hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd «Fripan» markalı, təktutacaqlı, qapaqlı dəmir tava, 20 manat dəyərində «Nyusenturi» markalı 6 fincan və 6 nəlbəkidən ibarət qırmızı rəngli şüşə fincan dəsti, 50 manat dəyərində 01 ədəd «Ceferi» markalı, 30x20 ölçülü, paslanmaz polad materialdan olan qapaqlı dəmir qazan, 8 manat dəyərində 01 ədəd aliminium materialdan olan kiçik ölçülü çaynik, 15 manat dəyərində «Scogo» markalı, 700 ml tutumlu, iki ədəd şüşə materialından olan konfet qabı dəsti, 18 manat dəyərində «Zepfer ZP-002» markalı, 6 predmetdən ibarət bıçaq dəsti, 40 manat dəyərində 01 ədəd kibritilə hazırlanmış məscid suveniri, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 32 manat dəyərində 16 ədəd üzərində «Şaam» yazıları olan kapron qadın kalqotkası, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 16 manat dəyərində 02 ədəd üzərində «Tamay» və «Alpar» yazıları olan kişi üçün alt geyimləri, 120 manat dəyərində 01 ədəd «Polaris» markalı termopot olmaqla ümumilikdə cəmi 389 (üç yüz səksən doqquz) manat dəyərində əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 389 (üç yüz səksən doqquz) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs1 Füzuli oğlunun icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Qadın və uşaq geyimləri” mağazasının giriş qapısının sağ hissəsindəki plastik pəncərəsini cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən götürdükləri vintaçanla açıb qanunsuz olaraq içəri daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində 02 ədəd üzərində «İstanbul klassik» yazıları olan qadın xalatı, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində 04 ədəd «Rekskuul» markalı, 200 ml tutumlu antipreaspirant, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd «Clavdio» markalı 20 ml tutumlu qadın ətiri, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 12 manat dəyərində 06 ədəd üzərində «Faşionjeveleri» yazıları olan bijuteriya dəsti, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 300 manat dəyərində 30 cüt üzərində «Sport» yazıları olan qadın idman ayaqqabısı, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində 03 ədəd müxtəlif qadın köynəyi, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 210 manat dəyərində 7 dəst şalvar və jiletdən ibarət qadın üçün idman geyimi dəsti, hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 75 manat dəyərində 05 ədəd qısaqollu, sarı rəngli qadın gödəkcəsi, hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 150 manat dəyərində 75 ədəd müxtəlif formalı, qadın üçün bijuteriya üzüklər, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 60 manat dəyərində 06 dəst «Ufaklık» markalı, şalvar və köynəkdən ibarət uşaq üçün geyim dəsti, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 80 manat dəyərində «Dikko» markalı yun materialından olan 10 ədəd oğlan uşaq köynəkləri, hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 96 manat dəyərində 12 ədəd «Şehr-işal İstanbul» markalı, böyük ölçülü qadın şalları, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 02 ədəd «Palette» markalı 50 ml tutumlu qadın saç boyası, hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 60 manat dəyərində 03 bağlama üzərində «Kupanpan» yazıları olan qadın corabları, hər birinin dəyəri 12 manat olmaqla ümumilikdə 36 manat dəyərində 03 cüt üzərində «Xiu-Xian» yazıları olan qadın ayaqqabıları olmaqla ümumilikdə 1197 (bir min bir yüz doxsan yeddi) manat dəyərində əmlakı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 Füzuli oğluna 1197 (bir min bir yüz doxsan yeddi) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Şəki rayonunun Böyük Dəhnə kəndinə gəldikdən sonra, həmin gün saat 03:00 radələrində həmin kəndin ərazisində yerləşən, Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Aviabilet” satış mağazasının plastik materialdan olan pəncərəsini cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən götürdükləri vintaçanla açıb qanunsuz olaraq içəri daxil olub oradan sonuncuya məxsus bir ədəd Çin istehsalı olan, «HP» markalı, SH249 modelli, 17 düyüm ekranlı və bir ədəd «HP» markalı sistem blokdan ibarət 250 manat dəyərində kompyuter dəstini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 250 (iki yüz əlli) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, “kokos”dan, yəni heroindən daimi istifadə edir. Heroini falqaya doldurmaqla istifadə edir. Təxminən bir ilə yaxındır ki, Təqsirləndirilən şəxs3 tanıyır. Təqsirləndirilən şəxs3 Gəncə şəhər sakinidir. Təqsirləndirilən şəxs3 2004-cü il təvəllüdlüdür. Onunla aralarında sevgi münasibətləri yaranmışdır. Onun ailəsinin də bundan xəbəri var. Təqsirləndirilən şəxs3 bir ilə yaxındır ki, onunla yaşayır. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Onunla aralarında həmişə yaxşı münasibət olmuşdur. Mədətlə aralarında həmişə yaxın münasibət olduğundan 3-4 ay olar ki, onunla bir yerdə “kokos”dan istifadə edirlər. Bildirmişdir ki, 13 mart 2022-ci il tarixdə saat 23:00 radələrində Mədət onun Təqsirləndirilən şəxs3 ilə birgə yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs2 gəldikdən sonra onlar birgə kokosdan istifadə etmiş, gecə saat 03:00 radələrinə kimi kokos çəkmişlər. Təqsirləndirilən şəxs2 Şəki rayonu, Böyük Dəhnə kəndinə getmələrini demişdir. Mədətin maşının kreditinin vaxtı olmuş, pul tapa bilmədiyi üçün oğurluq etmək lazım olduğunu demiş, o, da razılaşmışdır. Mədətlə aralarında olan razılıqdan sonra Mingəçevir şəhərində özünə məxsus boz rəngli idman papağını qayçı ilə deşərək gözlük yaratmışdır. Evdə olan tikinti işləri görülərkən istifadə olunan əlcəkləri cibinə qoymuşdur. Ağcaya da onlarla birlikdə Şəkiyə getməsini demişdir. Ağca onlardan nə üçün Şəkiyə getmək istədiklərini soruşanda onlar gəzməyə getdiklərini demişdir. Ona əvvəllcədən oğurluq edəcəklərini deməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 idarə etdiyi ağ rəngli, Vaz 2107 markalı avtomobilə əyləşmiş və Şəki rayonuna gəlməyə başlamışlar. Avtomobilin yanacağı qurtardığı üçün o, Təqsirləndirilən şəxs2 7 manat pul vermişdir. O, da Mingəçevir şəhərini çıxandan sonra "Gülövşə" yanacaq doldurma məntəqəsinə girib orada avtomobilə 7 manatlıq yanacaq vurmuşlar. Yolda gələndə o, Təqsirləndirilən şəxs2la birlikdə Ağcaya oğurluğa getdiklərini demişdir. Təqsirləndirilən şəxs3 onlarla getsə də, maşından düşməyəcəyini demişdir. Onlar həmin vaxt Ağcaya bir söz deməmiş, gecə saat təxminən 03:30 radələrində Şəki rayonu Böyük Dəhnə kəndinə çatmışlar. Təqsirləndirilən şəxs2 kəndin içərisinə, daş-çınqıl yola tərəf avtomobili idarə etmiş, gedib kəndin içərisində olan mağazaları keçib avtomobili saxlamışdır. O, Təqsirləndirilən şəxs2la Ağcaya “sən maşında otur, biz mağazaya giririk əgər kənar kimsə gələrsə bu barədə bizə de, bizdə tez qaçıb maşına minək bizi tuta bilməsinlər” demişdir. Təqsirləndirilən şəxs3 da onlarla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2la maşından düşmüşlər. Hər ikisi avtomobildən düşüb kəndin içərisində, yolun kənarında olan mağazaya yaxınlaşmışlar. O, idman papağı ilə üz nahiyəsini örtmüş, evdə açdığı gözlüklə ətrafı yaxşı görə bilmişdir. Əlcəkləri də əlinə geyinmişdir ki, əl izləri mağazanın qapsına düşməsin. Mağazanın qarşısı şüşəbənd olmuş, ön tərəfində dəmir məhəccər olmamışdır. Əliylə mağazanın qapısının ön şüşəsini içəriyə itələmiş, şüşəsi çatlamışdır. Mədət ona kənara çəkilin, o kənara çəkilmişdir. Təqsirləndirilən şəxs2 təpiklə çatlamış qapının şüşəsini vurub sındırmışdır. Həmin vaxt qırılan şüşənin səsi ətrafa yayılsa da heç kim həyətdən küçəyə çıxmamışdır. Bundan sonra o, mağazanın qapısından içəriyə daxil olmuşdur. İçəriyə daxil olduqdan sonra o, mağazadan yəni qazan dəsti, bıçaq dəsti, ətçəkən maşını götürmüş və mağazanın içərisində olan Təqsirləndirilən şəxs2 vermişdir. Mədət də həmin əşyaları çıxarıb aparıb maşının yük yerinə yığmışdır. Bundan sonra həmin mağaza ilə üzbəüz mağazanın qarşısına getmişlər. O, əvvəlcədən yaşadığı evdən götürdüyü vintaçan ilə mağazanın pəncərəsini açmış və içəriyə daxil olmuşdur. Ancaq Mədət içəriyə daxil olmamışdır. Həmin mağazadan 1 ədəd komputer, 1 ədəd prosessorunu, müxtəlif qadın paltarları, ayaqqabıları götürmüş və Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 də həmin vaxt ondan oğurladığı əşyaları götürüb maşının yük yerinə aparıb yığmışdır. Həmin vaxt Ağca maşından düşməmişdir. Həmin mağazanın yan tərəfində olan digər mağazaya pəncərədən girərək oradan bir ədəd stol üstü komputeri götürüb Mədətə vermişdir. Təqsirləndirilən şəxs2 da həmin komputeri maşının arxa yük yerinə qoymuşdur. Ağca maşının arxa oturacağında oturub ətrafa baxmış ki, gələn olsa onlara məlumat versin. Bundan sonra o və Mədət maşına əyləşmişlər. Mədət avtomobili idarə etmiş və onlar Mingəçevir şəhərinə qayıtmışlar. Şəfa Bağ masivində yerləşən ata evinə gəlib oğurladıqları əşyaları evin zirzəmisinə yığmışlar. Ağca həmin vaxt onlara oğurladıqları əşyaları yığmaqda onlara kömək etmişdir. Yalnız oğurladıqları komputeri Mədət satacağını bildirdiyi üçün həmin komputer maşının arxasında qalmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 çıxıb evinə getmişdir. Göstərmişdir ki, sabahısı günü saat təxminən saat 18:00 radələrində Mədət onlara gəlmişdir. Mədət onlara elə-belə gəlmiş, bir az onlarda oturmuş, həmin vaxt o, “yatıram” demişdir. Ona görə də o da çıxıb evlərinə getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 16:00 radələrində polis əməkdaşları onun yaşadığı evə gəlmişlər. Onlar Şəki ŞRPŞ-nin polisindən olduqlarını, oğurluq etməkdə şübhəli olduğunu bildirmişdir. Bildiyinə görə həmin vaxt Təqsirləndirilən şəxs2 da polislər saxlamışlar. O, həmin günü Mədət komputeri Mingəçevir şəhərində olan, 5 plyus marketinin yanında olan komputerlərin alqı-satqısı mağazasına satmışdır. Ancaq hansı qiymətə satdığını bilməmişdir. Polislər tərəfindən saxlanıldıqdan sonra oğurladığı əşyaları təqdim edə biləcəyini demişdir. O, oğurladıqları əşyaların yaşadığı evin zirzəmisində olduğunu və göstərə biləcəyini bildirmişdir. Həmin vaxt evin zirzəmisində gizlətdiyi qadın paltarları, ayaqqabıları, qab-qacaq, yəni qazana, bıçaq dəstinə, ətçəkən maşına baxış keçirilərək polis tərəfindən götürülmüşdür. Bildirmişdir ki, Mədəti evlərinə çağırmamış, o özü onlara gəlmiş və bir yerdə narkotik vasitə olan kakos qəbul etmişdir. Mədət özü ona idarə etdiyi avtomobilin kreditini verə bilmədiyini bildirmiş və ona təklif etmiş ki, Şəki rayonuna gedib oğurluq edərək əldə olunan puldan kreditini ödəsin. O, da bundan sonra Mədətlə razılaşmışdır. İstifadə etdiyi maskanın gözlüyünü özü qayçı ilə deşmişdir. Ağca maşında ətrafa nəzarət etmiş, mağazaya özü Mədətlə birlikdə girmişdir. Aralarında olan razılaşmaya görə oğurladıqları əşyaları satıb pulunu böləcəkdilər. O, Mədətə yol haqqı olaraq 30 manat verməmişdir. Mədət komputeri satıb əldə etdiyi 40 manat pulu ona verməmişdir. Polis əməkdaşları onları saxlayandan sonra o, bilmişdir ki, Mədət kompyuteri satmışdır. Üzləşmə zamanı Mədət komputeri satıb özü üçün xərclədiyini etiraf etmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə bir yerdə yaşayır, onların əldə etdikləri gəlir aralarında bərabər bölünmüşdür. Həmin pulla evə ərzaq alırlar, evin kirayə haqqısını verir və digər sosial vergiləri ödəyirlər. Oğurladıqları əşyalar satıldıqdan sonra ona düşən pula həmin evə arzaq almaq, həm də digər lazım olan xərclərni Ağca ilə bir yerdə ödəmək istəmişlər. Əşyaları mağazadan oğurlayıb bir-bir Mədətə vermiş, Mədət də həmin əşyları maşına yığanda onların dəqiq sayını öyrənmişdir. Mingəçevir şəhərinə gedib oğurladıqları əşyaları evin zirzəmisinə yığan zaman ona tapşırmış ki, əşyalara toxunmasın, özü gəlib satacaq və pulunu böləcəkdir. Hazırda evində, yaxud da başqa yerdə narkotik vasitə saxlamır. Narkotik vasitələrdən heç kimə heç vaxt satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə yaxud təsirə məruz qalmamışdır. Marixunanı və Morfini sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yaşadığı evdə Ağca və Təqsirləndirilən şəxs2 ilə birlikdə istifadə etmişdir. Həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2 gətirmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri hardan və kimdən almasından məlumatım yoxdur. Bildirmişdir ki, zərərçəkmiş şəxslərin hamısına vurulmuş ziyan onlar tərəfindən müştərək şəkildə ödənilmişdir. Həmçinin o zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxslərin ondan hər hansı şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan ona olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Etibarnamə əsasında Vaz-2107 markalı **- ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobili kreditlə aldığına görə etibarnamə əsasında idarə edir, sürücülük vəsiqəsi vardır. Təxminən 5-6 ay olar ki, narkotik vasitə marixuanadan istifad edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təxminən 5-6 aydır ki, tanıyır. Tanışlıqları onlarla narkotik vasitənin istifadəsinə görə olmuşdur. İlkin və Ağca onlarda narkotik vasitə istifadə edir, İlkin patı, kakos və nəşədən, Ağca isə patı və nəşədən istifadə edir. Əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri ərazisində özünə məxsus Vaz-2107 markalı avtomobil ilə taksi işləyir. Avtomobilin aylıq ödənişi 250 manat təşkil edir. Bildirmişdir ki, 14 mart 2022-ci il gecə 01:00 radələrində Mingəçevir şəhərində, Atabankın yanında avtomobilində əyləşib müştəri gözləyərkən İlkin ona zəng edib onlara gəlməsini demişdir. Bundan sonra o, özünə məxsus avtomobil ilə onların yaşadığı evə getmişdir. Onların evi birinci mərtəbədədir, evə getdikdən sonra onlarla görüşmüşdür. Onların evinə getdikdə İlkin kakos, Ağcanın isə nəşədən istifadə etdiyini görmüşdür. Onlarla görüşdükdən sonra o, da Ağca kimi nəşədən istifadə etmişdir. Həmin vaxt söhbət zamanı İlkin Şəki rayonu, Böyük Dəhnə kəndində mağazaların olmasını, onlardan oğurluq etmək istədiyini, onluq bir şey olmadığını, onun tutulmayacağını demişdir. İlkin ona “sən bizi idarə etdiyi avtomobilə Şəki rayonu Böyük Dəhnə kəndinə aparıb gətirəçəksən, sənə yol haqqı olaraq 30 manat pul verəcəyəm” demişdir. O, da İlkin və Ağca ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 əvvəllər oğurluq ilə tutulmasının, cəza kimi qolbaq taxılmasını bilməmişdir. Bundan sonra isə onlar danışdıqları kimi Ağca və İlkin ilə birlikdə onların evindən çıxıb Yevlax rayonundan keçməklə Şəki rayonu, Böyük Dəhnə kəndinə gəlmişlər. Şəki rayon ərazisində İlkin ona 7 manat pul vermiş, o da yanacaq doldurma məntəqəsinə girib idarə etdiyi avtomobilə 7 manatlıq yanacaq vurmuşdur. Kənddə çatdıqda İlkin tikinti olan yerin yaxınlığından sola dönməsini bildirmişdir. O, sol tərəfə döndükdən sonra kəndin içərisinə girmişdir. Bir qədər getdikdən sonra yolun kənarında ardıcıl mağazaların olmasını görmüşlər. İlkin avtomobili mağazaların yanında saxlamasını bildirmişdir. Bundan sonra o, avtomobili saxlamış və İlkin ilə Ağca avtomobildən düşüb birinci mağazaya getmişlər. İlkin ona avtomobilin mühərrikini söndürməməsini, əgər kənar kimsə gələrsə tez qaçıb maşına minəcəklərini, o, da avtomobili idarə edərək oradan uzaqlaşacaqlarını və onları tuta bilməyəcəklərini demişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs1 evdən çıxan zaman oğurluq etmək üçün özü ilə vintaçan götürmüşdür. Qeyd etmiş ki, İlkin evdən üzünü bağlamaq üçün boz rəngli maska, bir cüt tikintidə istifadə olunan əlicək götürmüşdür. İlkin və Ağca avtomobildən düşdükdən sonra İlkin özü ilə götürdüyü maskanı üzünə, əlçəkləri isə əlinə geyinmişdir. Evdən götürdüyü vintaçanla birinci mağazanın plastik qapısını açmaq istəmiş, lakin qapını vintaçanla aça bilməmişdir. Həmin mağazanın pəncərəsini də vintaçanla açmaq istəmiş, lakin onu da aça bilməmişdir. Bundan sonra isə həmin qapının şüşəsinə İlkin qolu və ayağı ilə zərbə endirib qapının şüşəsini sındırmışdır. Mağazanın içərsində işıq olmasa da ətrafdan düşən işıq mağazanın içərisini də işıqlandırmışdır. Mağazanın sınmış şüşə qapsından İlkin mağazaya daxil olmuş və mağazanın içərisindən müxtəlif məişət əşyası, qazan, tava kimi qab qacaqları götürüb Ağcaya vermişdir. Təqsirləndirilən şəxs3 isə qapının çöl tərəfində dayanmış, həmin qabları götürüb avtomobilin arxa oturacaqlarına qoymuşdur. Həmin vaxt oradan dəqiq sayını xatırlamadığı, xeyli sayda qab qacaq götürmüşlər. Bildirmişdir ki, həmin oğurluq ərəfəsində avtomobil işlək vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 onun avtomobildən düşməməsini və kiminsə gələcəyi halda onlara xəbər verməsini, avtomobili buna görə işlək vəziyyətdə saxlamasını demişdir. İlkin və Ağca birinci mağazadan qab qacaqları oğurladıqdan sonra İlkin avtomobili bir qədər irəli verməsini demişdir. Həmin vaxt avtomobili təxminən 15-20 addım irəli sürmüşdür. Belə ki, həmin mağazalar yanaşı olmuşdur. Bundan sonra isə İlkin ikinci mağazanın giriş qapısının sağ hissəsindəki pəncərəni vintaçanla açmışdır. Həmin vaxt İlkin vintaçanı pəncərənin arasına saldıqdan sonra pəncərə açılmışdır. Daha sonra isə İlkin içəri keçib həmin mağazadan xatırlamadığı sayda qadın geyimlərini götürüb Ağcaya vermiş, Ağca isə yenə də əvvəlki kimi çöldə dayanıb həmin əşyaları avtomobilin arxa oturacağına yığmışdır. Bundan sonra İlkin bir qədər irəli olan “videofoto” sözləri yazılan yerədə plastik pəncərəsini əvvəlkilər kimi vintaçanla açmışdır. Bundan sonra isə həmin mağazaya daxil olub oradan komputer ekranı və sistem blokunu götürüb Ağcaya vermiş, Ağcada yenə də əvvəlki kimi onları avtomobilin arxa oturacağına qoymuşdur. Bundan sonra isə İlkin bir qədər irəli iri marketlərin olmasını bildirib onlardan da oğurluq etməsini dedikdə o, bu qədər oğurluq etməsini bəs olduğunu demişdir. Bundan sonra isə onlar yenidən Yevlax rayonu, Xaldan qəsəbəsindən keçməklə Mingəçevir şəhərinə getmişlər. Mingəçevir şəhərinə getdikdən sonra Təqsirləndirilən şəxs1 “Şəfa Bağları” adlanan yerdəki özlərinə məxsus evlərinə aparmışdır. Həmin vaxt onların evində heç kim olmamışdır. Onların evinə getdikdən sonra İlkin və Ağca oğurladıqları əşyaları evlərinə boşatmışdır. Bundan sonra isə İlkin və Ağcanı şəhərdəki, kirayədə qaldıqları evə gətirmişdir. Komputer isə onda qalmışdır. İlkin ona tapşırmışdır ki, kompyuteri səhəri gün satsın. Bundan sonra isə o, evə getmiş, səhəri gün oğurladıqları komputeri komputer alqısatqısı ilə məşğul olan şəxsə 40 manat satmışdır. Həmin 40 manat pulu özü üçün xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar Şəki rayonu, Böyük Dəhnə kəndindən xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində 3 mağazadan oğurluq etmişlər. Oğurluq etmək barədə ilk təklifi İlkin etmişdir. İlkin və Ağca oğurluq üçün Şəki rayonuna gəldiyini bilmişdir. İlkin ona avtomobili işlək vəziyyətdə saxlamasını demişdir. Ətrafa baxmasını, əgər kənardan kimsə gələrsə bu barədə onlara deməsini, tez maşına minərək sürüb qaçıb getmələrini demiş, o, da İlkinin bu fikiri ilə razılaşmışdır. Mingəçevir şəhərində Şəki rayonu Böyük dəhnə kəndinə oğurluq etmək üçün gələcəklərini Ağca əvvəllcədən Mingəçevir şəhərində olarkən bilmişdir. İlkinin hadisə vaxtı istifadə etdiyi maskanın gözlüklərini Ağca qayçı ilə deşmişdir. Mingəçevirdə İlkin və Ağca yaşayan evdə razılaşmışlar ki, o maşında oturub maşını işlək vəziyyətdə saxlayacaq, Təqsirləndirilən şəxs1lə Ağca birlikdə mağazaya girib oğurluq edəcəklər. O, mağazaya girməmiş, maşında oturub ətrafı nəzarətdə saxlamışdır. Oğurluq zamanı onları heç kim görməmişdir. O, mağazaların sahiblərini tanımır. Həmçinin İlkin, Ağca və mağaza sahibləri ilə aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Onlar yalnız Şəki rayonu Böyük Dəhnə kəndində 3 mağazadan oğurluq etmişlər. Marixuna və morfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə İlkin ilə Ağcanın yaşadığı evdə bir yerdə istifadə etmişlər. Həmin narkotik vasitələr Təqsirləndirilən şəxs1 yaşadığı evdə olmuşdur. İlkinin həmin narkotik vasitələri hardan və kimdən almasından məlumatı olmamışdır. Göstərmişdir ki, törətmiş olduğu oğurluq əməlləri üzrə özünü təqsirli bilir və əməlindən çox peşmandır. Bildirmişdir ki, zərərçəkmiş şəxslərin hamısına vurulmuş ziyan onlar tərəfindən müştərək şəkildə tam ödənilmişdir. Həmçinin o zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxslərin ondan hər hansı şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 5 ünvanında kirayədə yaşayır. O, əvvəllər ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, 2019-cu ildə X9 daxil olduqdan sonra bir müddət Mingəçevir şəhərində yaşayan nənəsi Validə Quliyeva ilə birgə yaşamışdır. Bir müddət sonra kollecdə oxuyan bir neçə qızla kirayədə yaşamışlar. Sonradan ölkədə və dünyada yayılmış Covid-19 virusuna görə kollec bağlı olmuş, ona görə Bakı şəhərinə valideyinlərinin yanına qayıtmışdır. 2021-ci ilin sentyab ayında kollec açıldığına görə Mingəçevir şəhərinə qayıtmış, özünə tək 20 yanvar küçəsi, ev 1, mənzil 3 ünavanında kirayə ev tutmuşdur. O, tək yaşadığı müddətdə dərsə gedib-gəlmiş və arabir şəhər ərazisinə çıxıb gəzmişdir. Şəhərdə gəzən zaman Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış və onlar tanış olmuşlar. Bir müddət danışmışlar və onların arasında xoş münasibət yaranmış, hazırda aralarında sevgi münasibəti yarandığından o, Təqsirləndirilən şəxs1lə birlikdə kirayə tutduğu evdə yaşamışlar. Göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Bildirmişdir ki, onunla yanaşı Təqsirləndirilən şəxs1 də narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə 4-5 ay bundan əvvəl yaşadıqları evdə Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə patı və nəşədən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Təqsirləndirilən şəxs1lə evdə mətbəxdə əyləşib yemək yeyərkən qapının döyülməsini eşitmişdir. Təqsirləndirilən şəxs1 gedib qapını açdığında Təqsirləndirilən şəxs2 gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs2 gəlib onlarla birlikdə əyləşib yemək yemiş, sonra isə onlarla çay içmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində olan nəşəni çıxarıb masanın üzərinə qoymuş və onlara “hallanmaq istəyirsinimi?” demişdir. İlkin ilə o, da Təqsirləndirilən şəxs2 təklifinə etiraz etməmişlər. Mədət və İlkin nəşəni kağıza büküb doldurmuşlar, sonra isə o, Mədət və İlkin ilə birlikdə nəşədən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 mətbəxdə öz aralarında nəsə danışmışlar. Bundan sonra o, yatmaq üçün digər otağa keçmişdir. Otağa keçəndən bir qədər sonra İlkin onu yanına çağırmış və Şəkiyə gedirik demişdir. O, Təqsirləndirilən şəxs1 Şəkiyə nəyə getdiklərini soruşduqda Təqsirləndirilən şəxs2 Şəkidə işləri olduğu üçün getdiklərini demişdir. Ondan sonra İlkin ona “hazırlaş, çıxaq” demişdir. Bu zaman Təqsirləndirilən şəxs2 yuxusunun gəldiyini, üzərində olan patını çəkəndən sonra getməklərini demişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs2 gətirdiyi patıdan istifadə etdikdən sonra əyinlərini geyinib evdən saat 02-03:00 radələrində çıxmışlar. Sonra Təqsirləndirilən şəxs2 məxsus ağ rəngli Vaz 2107 markalı avtomaşına minib Şəki şəhəri istiqamətində yola düşmüşlər. Yolda olarkən Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində yolun kənarında dayanıb içmək üçün su almış, sonra avtomaşına Şəki rayon ərazisində avtomobilə yanacaq vurmaq üçün yolun sol hissəsində olan yanacaq doldurma məntəqəsinə girmişlər. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 7 manat pul vermiş, həmin şəxs avtomaşına yanacaq vurub yola davam etmişlər. Həmin vaxt yolda öyrənmişdir ki, İlkinlə Mədət oğurluq edəcəklər. Yolda olarkən Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 avtomaşını saxlamış yolun kənarında olan mağazalara baxmışlar, lakin yolun kənarından avtomobillər keçdiyinə görə onlar yolun kənarında olan mağazalara girməmişlər. Belə olmuş onlar Şəki rayonu, Böyük Dəhnə kəndinə gəlmişlər. Kəndin giriş hissəsindən bir qədər getdikdən sonra sıra ilə olan mağazaları keçdikdən sonra Təqsirləndirilən şəxs2 avtomaşını geriyə kəndin çıxışına doğru döndərib və avtomaşını yolun sağ hissəsində olan mağazanın qarşısında saxlamışdır. Həmin vaxt narkotik vasitənin təsiri altında olmuşlar. Mədət və İlkin ona maşında oturub kənara nəzarət etməsini, əgər kənar şəxs gələrsə tez onlara bu barədə məlumat verməsini demişlər. O, da razılaşaraq maşında oturub ətrafa baxmağa başlamışdır. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 avtomaşından düşüb mağazaya yaxınlaşmışlar və mağazanın içərisində işıq yanmasa da, ətrafın işığı mağazanın qarşısını işıqlandırdığı üçün Mədət və İlkinin hərəkətlərini görmüşdür. Təqsirləndirilən şəxs1 üzərində olan vintaçan ilə qapını açmağa çalışmış, Təqsirləndirilən şəxs2 da ona köməklik etmişdir. Onlar mağazanın qapısını açmaq istəyəndə qapının şüşəsi çatlamış, bu zaman Təqsirləndirilən şəxs2 təpiklə şüşəni vurub qırmışdır. Sonra onlar birlikdə mağazaya daxil olmuşlar, oradan müxtəlif qap-qacaq əyşlarını götürüb avtomaşının yük yerinə yığmışlar. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 həmin mağazadan kəndin çıxışına doğru bir qədər getdikdən sonra yolun sol hissəsində sıra ilə olan mağazaların qarşısında dayanmışlar. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 avtomaşından düşüb Qadın və Uşaq geyimləri olan mağazaya getmişlər. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 mağazanın plastik pənəcərəsinə yaxınlaşıb vintaçan ilə pəncərəni açmışlar. Onlar pəncərədən mağazaya daxil olub oradan qadın, uşaq geyimləri, qadın bəzək əşyaları və s əşyaları götürüb çıxmışlar. Həmin mağazadan çıxandan sonra götürdükləri əşyaları avtomaşına qoymuşlar, daha sonra isə həmin sırada olan digər mağazanın plastik pənəcərəsini vintaçan ilə açıb mağazaya girmişlər və oradan da İlkin mağazdan 01 ədəd masa üstü komputeri götürüb avtomaşına qoymuşlar. Ondan sonra onlar gəldikləri yol ilə kəndən çıxaraq Mingəçevir şəhərinə qayıtmışlar. Təqsirləndirilən şəxs1 ilə Mədət Əliyev onu yaşadığı evin qarşısında düşürüb Təqsirləndirilən şəxs1 əvvəllər yaşadığı X18 yerləşən evə getmişlər. Onlar həmin evə gedib oğurladıqları əşyaların bir hissəsini həmin evə qoymuşlar. Təqsirləndirilən şəxs1 evə gələndə isə onun əlində qadın və kişi paltarları olmasını görmüşdür. Təqsirləndirilən şəxs1 paltarları gətirib evdə olan dolaba qoymuşdur. Təqsirləndirilən şəxs2 isə komputeri götürüb getmiş, sonra isə nə baş verməsindən məlumatı olmamışdır. Əlavə olaraq göstərmişdir ki, o, təxminən üç il olar narkotik vasitələrdən istifadə edir. İlk dəfə narkotik vasitəni Bakı şəhərində olarkən istifadə etmiş, istifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Narkotik vasitəni özü tək istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yaşadığı evdə Mədət və İlkin ilə birlikdə nəşə və patıdan istifadə etmişdir. Onun narkotik vasitə istifadə etməsi barədə ailə üzvülərinin məlumatı yoxdur. Narkotik vasitə istifadə etməsini İlkin ilə Mədətin məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Şəki rayonu, Böyük Dəhnə kəndinə oğurluq etmək məqsədilə gəlmiş, lakin avtomaşından yerə düşməmiş və hər hansı mağazaya girməmişdir. İlkin olaraq oğurluq etməyi Təqsirləndirilən şəxs2 təklif etmişdir. Şəki rayonuna gələrkən yolda Mədətdən hara getdiklərini soruşmuşdur, Mədət ona Şəki rayonuna oğurluğa getdiklərini demişdir. Həmin vaxt oğurluğa getmələrindən məlumatı olmuşdur. Şəki rayonuna gələndə yolda əvvəl Mədət, sonra isə İlkin demişlər ki, getməkdə məqsədləri Şəki rayonundan oğurluq etməkdir. Onlara maşından yerə düşməyəcəyini, demişdir. Həmin şəxslər də ona “səni gətirmişik ki, maşında oturub ətrafa nəzər salasan, biz mağazaya rahat və qorxusus girək, əgər kənar şəxs gələrsə bizə bu barədə məlumat verəsən” demişlər. Bundan sonra Mədət və İlkinin fikirləri ilə razılaşmış və maşanda oturub ətrafa nəzər salacağını, gələn olsa məlumat verəcəyini, onların da qaçmasını demişdir. Həmin vaxt onda mobil telefon olmamışdır. Onların oğurluq edəcəklərini biləndən sonra onlarla şərt kəsmişdir ki, maşından yerə düşməyəcək, ətrafa baxacaq əgər kənar şəxs gələrsə onlara bu barədə məlumat verəcək, onlarda işlərini təhlükəsiz edəcəklər. İlkin və Mədət də onunla razılaşmışlar. Bildirmişdir ki, həmin hadisəni Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində törətmişlər. Onların oğurluq etmələrini hər hansı bir şəxs görməmiş, həmin vaxt ətrafda heç kim olmamış, oğurluq etmələrinin qarşısını almaq üçün heç kim nəsə tədbir görməmişdir. Onların arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Onlar qeyd etdikləri oğurluq faktlarından başqa Şəki rayonu və yaxutda başqa rayon ərazisində oğurluq etməmişlər. Həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2 onların yaşadığı evə gətirmişdir. Mədətin həmin narkotik vasitələri haradan və kimdən almasından məlumatım yoxdur. Göstərmişdir ki, törətmiş olduğu oğurluq əməlləri üzrə özünü təqsirli bilir və əməlindən çox peşmandır. Bildirmişdir ki, zərərçəkmiş şəxslərin hamısına vurulmuş ziyan onlar tərəfindən müştərək şəkildə ödənilmişdir. Həmçinin o zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxslərin ondan hər hansı şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı Şəki rayonu, Böyük Dəhnə kənd mərkəzində qayınatası X11 məxsus mağazasında məişət əşyalarının satışı ilə məşğul olaraq ailəsi üçün dolanışıq əldə edir. Mağazada özü tək işləyir. Orada olan bütün əşyalar ona məxsus, sadəcə mağaza qayınatasına məxsusdur. Hər gün səhər saat 8-9:00 radələrində mağazanı açır, axşam üstü saat 19:00 radələrində mağazanı bağlayıb yaşadığı evə gedir. Hər gün olduğu kimi hadisənə baş verən günü yəni, xx.xx.2022-ci il tarixdə saat 8-də mağazanı açmış, axşam üstü saat 19-da mağazanı bağlayıb yaşadığı evə getmişdir. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 8:00 radələri olarkən mağazaya gəlib qapısını açmaq istəyəndə mağazanın giriş qapısının şüşəsinin sındığını görmüşdür. Həmin vaxt qapıya yaxınlaşıb baxdığında qapıda vintaçan izləri olmasını görmüşdür. Qapıya diqqət etdiyində naməlum şəxs və ya şəxslər vintaçan ilə qapını açmağa çalışsada, aça bilmədiklərinə görə qapının şüşəsini qırıb mağazaya daxil olmuşlar. O, mağazaya daxil olduqdan sonra oradan 01 ədəd dəyəri 10 manat olan soğan təmizləyən, 01 ədəd dəyəri 10 manat olan ləpəçəkən, ayrı-ayrılıqda dəyəri 20 manat, ümumi dəyəri 40 manat olan 02 ədəd dəmir tava, 01 ədəd dəyəri 20 manat olan şüşə fincan dəsti, 01 ədəd dəyəri 40 manat olan dəmir qazan, 01 ədəd dəyəri 8 manat olan alminum çaynik, 01 ədəd dəyəri 10 manat olan şüşə kanfet qabı, 01 ədəd dəyəri 18 manat olan bıçaq dəsti, 01 ədəd dəyəri 40 manat olan məsçid suviniri, ayrı-ayrılıqda dəyəri 2 manat, ümumi dəyəri 32 manat olan 16 ədəd kapron qadın kalqotkası, ayrı-ayrılıqda dəyəri 8 manat, ümumi dəyəri 16 manat olan kişi alt geyimləri, 01 ədəd dəyəri 120 manat olan termus və mağazanın giriş qapısının dəyəri 50 manat şüşəsininin qırılmasını müəyyən etmişdir. O, konkret olaraq naməlum şəxs və ya şəxslərin mağazadan oğurluq etmələrini müəyyən etdikdən sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gərlərək baxış keçirmişlər. Baxış zamanı protokol tərtib olunaraq fotoşəkillər çəkilmiş, sonda müstəntiq tərtib olunan protokolu hündür səslə oxumuş, heç bir etiraz olmadığından hər bir iştirakçı protokolu imza etmişlər. Onun və ya ailə üzvlərinin yaxın qohumlardan, hətta uzaq qohumlardan, tanışlardan və qonşulardan kiminləsə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Mağazaya daxil olub baxan zaman oğurluq edən naməlum şəxs və ya şəxlər konkret olaraq mağazada heç bir yeri axtarmamışlar, sadəcə qapını aça bilmədiklərinə görə qapının şüşəsini qırmışlar. Naməlum şəxslər mağazaya daxil olub konkret olaraq bütün yerlərə baxıb hər bir əşyanı götürərkən seçim etmişlər. Mağazanın qapı və pəncərələrinin kilidli olmuşdur. Mağazanın qapı və pəncərələri aliminum materialından hazırlanmış, qapı daxili kilidlə bağlanır. Mağazaya qohumlar, kənd sakinləri gəlirlər. Həmin şəxslərdən də oğurluq etməsinə şübhə etdiyi hər hansı bir şəxs yoxdur. Mağazadan oğurluq olmasını öyrənən vaxta kimi yaşadığı evdə olmuşdur. Bu hadisə ilə bağlı konkret olaraq şüphələndiyi şəxs olmamışdır. Naməlum şəxs və ya şəxslə ona məxsus mağazadan konkret olaraq 01 ədəd dəyəri 10 manat olan soğan təmizləyən, 01 ədəd dəyəri 10 manat olan ləpəçəkən, ayrıayrılıqda dəyəri 20 manat, ümumi dəyəri 40 manat olan 02 ədəd dəmir tava, 01 ədəd dəyəri 20 manat olan şüşə fincan dəsti, 01 ədəd dəyəri 40 manat olan dəmir qazan, 01 ədəd dəyəri 8 manat olan alminum çaynik, 01 ədəd dəyəri 10 manat olan şüşə kanfet qabı, 01 ədəd dəyəri 18 manat olan bıçaq dəsti, 01 ədəd dəyəri 40 manat olan məsçid suviniri, ayrı-ayrılıqda dəyəri 2 manat, ümumi dəyəri 32 manat olan 16 ədəd kapron qadın kalqotkası, ayrı-ayrılıqda dəyəri 8 manat, ümumi dəyəri 16 manat olan kişi alt geyimləri, 01 ədəd dəyəri 120 manat olan termus və mağazanın giriş qapısının eni 0.48 sm, hündürlüyü 1.58 sm olan, dəyəri 50 manat olan ikiqat şüşəsini qırmaları nəticəsində konkret olaraq mənə ümumilikdə 434 manat maddi ziyan dəymişdir. Həmin şəxslər ona məxsus mağazadan xx.xx.2022-ci il tarixdən 14.03.202-ci il tarixə keçən gecə ərzində oğurluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımadığını, aralarında heç bir ədavət və düşmənçilik və borc münasibətləri olmadığını bildirmişdir. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər hansı şikayət və tələbi yoxdur. Həmçinin sonrakı bütün məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və qanuna müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı Şəki rayonu, Böyük Dəhnə kənd mərkəzində həmkəndlisi Nəzər adlı şəxsə məxsus mağazanı icarəyə götürüb qadın-uşaq paltarları, qadın-uşaq ayaqqabıları və bəzək əşyalarının satışı ilə məşğul olaraq ailəsi üçün dolanışıq əldə edir. Həmin mağazada həyat yoldaşı X6 ilə birgə işləyir. Hər gün səhər saat 7-8:00 radələrində mağazanı açır, axşam üstü saat 19:00 radələrində bağlayıb yaşadığı evə gedirlər. Hər gün olduğu kimi hadisə baş verən günü də yəni, xx.xx.2022-ci il tarixdə saat 8-də mağazanı açmış, axşam üstü saat 19-da həyat yoldaşı Aynurə Məmmədəliyeva ilə bağlayıb yaşadığı evə getmişlər. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 8:00 radələri olarkən mağazaya gəlib qapısını açmaq istəyəndə mağazanın giriş qapısının sağ hissəsində olan plastik pəncərəsinin açıq olmasını görmüşdür. Həmin vaxt pəncərəyə yaxınlaşıb baxdığında orada palçıqlı ayaq izləri olmasını görmüşdür. Həmin an başa düşmüş ki, mağazaya naməlum şəxs və ya şəxslər daxil olub oradan oğurluq etmişlər. Bundan sonra o, mağazanın qapısını açıb içəri daxil olduğunda naməlum şəxs və ya şəxslər tərəfindən qadın geyimləri, qadın ayaqqabıları, qadın bəzək əşyaları, uşaq paltarları, qadın idman geyimləri, qadın gödəkcələri, qadın yaylıqları və qadın corabları oğurlanmasını müəyyən etmişdir. Sonradan mağazaya dəqiq baxdığında oradan 02 ədəd hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 40 manat olan qadın xalatları, ayrı-ayrılıqda dəyəri 3 manat, ümumi dəyəri 12 manat olan 04 ədəd qadın reksonası, ayrı-ayrılıqda dəyəri 3 manat, ümumi dəyəri 30 manat olan qadın ətirləri, ayrı-ayrılıqda dəyəri 2 manat, ümumi dəyəri 12 manat olan 06 ədəd prastoy qadın biləziyi, ayrı-ayrılıqda dəyəri 10 manat, ümumi dəyəri 300 manat olan 30 ədəd qadın krasofkası, ayrı-ayrılıqda dəyəri 10 manat, ümumi dəyəri 30 manat olan 03 ədəd qadın koftası, ayrı-ayrılıqda dəyəri 8 manat, ümumi dəyəri 40 manat olan 5 ədəd qadın idman geyimləri, ayrı-ayrılıqda dəyəri 12 manat, ümumi dəyəri 60 manat olan 05 ədəd qolsuz qadın gödəkcəsi, ayrı-ayrılıqda dəyəri 2 manat, ümumi dəyəri 150 manat olan 75 ədəd prastoy qadın üzükləri, ayrı ayrılıqda dəyəri 8 manat, ümumi dəyəri 48 manat olan 06 ədəd uşaq dəst geyimləri, ayrı-ayrılıqda dəyəri 5 manat, ümumi dəyəri 50 manat olan 10 ədəd oğlan uşaq koftaları, ayrı-ayrılıqda dəyəri 8 manat, ümumi dəyəri 96 manat olan qadın yaylıqları, ayrı-ayrılıqda dəyəri 3 manat, ümumilikdə isə 6 manat olan 02 ədəd qadın saç boyası, üç bağlam ümumi dəyəri 60 manat 36 ədəd qadın corabları, ayrı-ayrılıqda dəyəri 10 manat, ümumi dəyəri 20 manat olan qadın adidas dəstləri və ayrı-ayrılıqda dəyəri 12 manat, ümumi dəyəri 36 manat olan qadın ayaqqabılarının oğurlanmasını müəyyən etmişdir. O, görmüşdür ki, konkretr olaraq naməlum şəxs və ya şəxslər qanunsuz olaraq mazağaya daxil olub oğurluq etmişlər. Bütün bunlardan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gərlərək baxış keçirmişlər. Baxış zamanı protokol tərtib olunaraq fotoşəkillər çəkilmiş, sonda müstəntiq tərtib olunan protokolu hündür səslə oxumuş, heç bir etiraz olmadığından hər bir iştirakçı protokolu imza etmişlər. Göstərmişdir ki, onun və ya ailə üzvülərinin yaxın qohumlardan, hətta uzaq qohumlardan, tanışlardan və qonşulardan kiminləsə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Mağazaya daxil olub baxan zaman oğurluq edən naməlum şəxs və ya şəxlər konkret olaraq mağazada heç bir yeri axtarmamışlar və hər hansı bir əmlakı zədələməmişlər. Mağazaya daxil olub konkret olaraq bütün yerlərə baxıb hər bir əşyanı götürərkən seçim etmişlər. Mağazanın qapı və pəncərələri kilidli olmuşdur. Mağazanın qapı və pəncərələri hər biri plastikdən olmaqla daxili kilidlə bağlanır. Mağazaya qohumlar, kənd sakinləri gəlirlər. Həmin şəxslərdən də oğurluq etməsinə şübhə etdiyi hər hansı bir şəxs yoxdur. O, mağazadan oğurluq olmasını öyrənən vaxta kimi yaşadığı evdə olmuşdur. Bu hadisə ilə bağlı konkret olaraq şüphələndiyi şəxs yoxdur. Naməlum şəxs və ya şəxslə ona məxsus mağazadan konkret olaraq 02 ədəd hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 40 manat olan qadın xalatları, ayrı-ayrılıqda dəyəri 3 manat, ümumi dəyəri 12 manat olan 04 ədəd qadın reksonası, ayrı-ayrılıqda dəyəri 3 manat, ümumi dəyəri 30 manat olan qadın ətirləri, ayrıayrılıqda dəyəri 2 manat, ümumi dəyəri 12 manat olan 06 ədəd prastoy qadın biləziyi, ayrı-ayrılıqda dəyəri 10 manat, ümumi dəyəri 300 manat olan 30 ədəd qadın krasofkası, ayrı-ayrılıqda dəyəri 10 manat, ümumi dəyəri 30 manat olan 03 ədəd qadın koftası, ayrıayrılıqda dəyəri 8 manat, ümumi dəyəri 40 manat olan 5 ədəd qadın idman geyimləri, ayrıayrılıqda dəyəri 12 manat, ümumi dəyəri 60 manat olan 05 ədəd qolsuz qadın gödəkcəsi, ayrı-ayrılıqda dəyəri 2 manat, ümumi dəyəri 150 manat olan 75 ədəd prastoy qadın üzükləri, ayrı ayrılıqda dəyəri 8 manat, ümumi dəyəri 48 manat olan 06 ədəd uşaq dəst geyimləri, ayrı-ayrılıqda dəyəri 5 manat, ümumi dəyəri 50 manat olan 10 ədəd oğlan uşaq koftaları, ayrı-ayrılıqda dəyəri 8 manat, ümumi dəyəri 96 manat olan qadın yaylıqları, ayrıayrılıqda dəyəri 3 manat, ümumilikdə isə 6 manat olan 02 ədəd qadın saç boyası, üç bağlam ümumi dəyəri 60 manat 36 ədəd qadın corabları, ayrı-ayrılıqda dəyəri 10 manat, ümumi dəyəri 20 manat olan qadın adidas dəstləri və ayrı-ayrılıqda dəyəri 12 manat, ümumi dəyəri 36 manat olan yaşlı qadın ayaqqabılarının oğurlamaları nəticəsində ona ümumilikdə 990 manat maddi ziyan dəymişdir. Naməlum şəxs və ya şəxslər ona məxsus mağazadan xx.xx.2022-ci il tarixdən 14.03.202-ci il tarixə keçən gecə ərzində oğurluq etmişlər. Bundan başqa ifadəsində hadisəni görmədiyini, sonradan xəbəri olduğunu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımadığını, aralarında heç bir ədavət və düşmənçilik və borc münasibətləri olmadığını bildirmişdir. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər hansı şikayət və tələbi yoxdur. Həmçinin sonrakı bütün məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və qanuna müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə ildir toy məclislərində vidoçəkiliş etməklə, eyni zamanda yaşadığı Kiçik Dəhnə kəndi və qonşu Böyük Dəhnə kəndi ərazisində icarəyə götürdüyü mağazalarda aviabilet satışı, videomantaj işləri ilə məşğul olub ailəsi üçün qazanc əldə edir. Böyük Dəhnə kənd sakini Nəzər adlı şəxsdən icarəyə mağaza götürüb aviabiletlərin satışı ilə məşğul olur. Həmin mağazada daimi olmur, ara-sıra Böyük Dəhnə kəndində toy məclislərinə dəvət olduqda, eyni zamanda kiməsə aviabilet lazım olduğunda gedir. Bildirmişdir ki, hadisənin səhəri günü səhər saatlarında eşitmişdir ki, onun icarəyə götürdüyü mağazanın yaxınlığında olan bir neçə mağazadan oğurluq hadisəsi baş verib. Onun da mağazasından oğurluq olub-olmamasını baxmağa gəldiyində mağazanın plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Bu zaman qapıya yaxınlaşdığında qapının da açıq olduğunu görmüşdür. Qapıdan mağazaya daxil olduğunda orada istifadə etdiyi masa üstü prosessorlu komputerin yerində olmadığını görmüşdür. Həmin vaxt başa düşmüş ki, digər mağazalar kimi naməlum şəxs və ya şəxslər onun da mağazasına girib oğurluq etmişlər. Bütün bunlardan sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinə gələrək mağazadan oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Onun yaxın qohumlarından, hətta uzaq qohumlarından, tanışlarından və qonşularından, Böyük Dəhnə kənd sakinlərindən kiminləsə şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Mağazaya daxil olub baxan zaman ona müəyyən olmuşdur ki, oğurluq edən naməlum şəxs və ya şəxlər konkret olaraq mağazada heç bir yeri axtarmamışlar, sadəcə qapını aça bilmədiklərinə görə pəncərəni açıb içəri girmişlər, sonra daxildən mağazanın qapısını rahat şəkildə daxili kilidini açıb rahat şəkildə çıxıb getmişlər. Naməlum şəxslər mağazaya daxil olub hər hansı bir əşyanı zədələməmişlər. Mağazanın qapı və pəncərələri kilidli olmuşdur. Mağazanın qapı və pəncərələri plastik materialından olmaqla daxili kilidlə bağlanır. Mağazadan oğurluq olmasını öyrənən vaxta kimi Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşadığı evdə olmuşdur. Naməlum şəxs və ya şəxslə ona məxsus mağazadan konkret olaraq 01 ədəd masa üstü prasessorlu komputer oğurlamışlar. Həmin komputer uzun müddət işlənmişdir. Komputerin HP markalı olmaqla 250 manat dəyəri olmuşdur. Hadisə nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Həmin şəxslər ona məxsus mağazadan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə ərzində oğurluq etmişlər. Göstərmişdir ki, hadisəni görməmiş, sonradan xəbəri olmuş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımamış, aralarında heç bir ədavət və düşmənçilik və borc münasibətləri olmamışdır. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər hansı şikayət və tələbi yoxdur. Həmçinin sonrakı bütün məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid məhkəməyə teleqram göndərərək göstərmişdir ki, üzrlü səbəblərdən məhkəmə iclaslarına gələ bilmir, ibtidai istintaq xamanı vermiş olduğu ifadəsini təsdiq edir. Üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illərdir Mingəçevir şəhəri, M.Maqamayev küçəsi, 81 ünvanında yerləşən mağazada komputer təmiri və satışı ilə məşğul olmaqla ailəsi üçün qazanc əldə edir. Hər gün saat 10:00 radələrində işə gəlib axşam üstü saat 18:00 radələrində mağazanı bağlayıb yaşadığı evə gedir. Bildirmişdir ki, 14 mart 2022-ci il tarixdə saat 12:00 radələri olarkən mağazada gündəlik işi ilə məşğul olarkən bir nəfər adının sonradan Təqsirləndirilən şəxs2 olmasını bildiyi şəxsin mağazaya gələrək maddi çətinliklərinə görə masa üstü komputer satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 axsayaraq gəzmiş və həmin şəxs ondan işlənmiş komputer alıb-almadığını soruşmuş, həmin şəxsdən komputerin kimin olmasını soruşduğunda həmin şəxs komputerin özünün olduğunu, pul lazım olduğuna görə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 komputeri neçəyə satdığını soruşduğunda həmin şəxs komputeri 80 manata satdığını bildirmişdir. O, komputeri 40 manata ala biləcəyini dediyində Təqsirləndirilən şəxs2 kənar yerdə 80 manata alan şəxs olmasını demişdir. Təqsirləndirilən şəxs2 80 manata alan varsa get sat demiş, həmin şəxs getdikdən bir qədər sonra onun mobil nömrəsinə zəng edib razılaşmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onun mobil nömrəsini mağazanın pəncərəsindən götürmüşdür. O, köhnə komputerləri alıb ehtiyat hissə kimi istifadə edir. Təqsirləndirilən şəxs2 mağazaya gəlmiş və komputeri 40 manata satmağa razı olduğunu bildirmişdir. O, həmin şəxsə 40 manat verib komputeri almışdır. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə mağazada işdə olarkən Təqsirləndirilən şəxs2 və bir neçə polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları mağazaya gəldikdən sonra o, öyrənmiş ki, Mədətə Abbasovun ona satdığı masa üstü komputer özünün deyil, oğurlayıb ona satmışdır. Polis əməkdaşları mağazaya baxış keçirmək istədiklərini bildirmişlər. Buna heç bir etiraz etməmiş və ərizə yazmışdır. Polis əməkdaşları ona məxsus mağazaya baxış keçirmişlər və Təqsirləndirilən şəxs2 oğurlayaraq ona satdığı komputeri götürmüşlər. Baxışda Təqsirləndirilən şəxs2 da iştirak etmiş, həmin şəxs komputeri vitrində polis əməkdaşlarına göstərmiş komputeri ona 40 manata satdığını bildirmişdir. Polis əməkdaşları baxış zamanı komputerin iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyini bildirmiş götürmüşlər. O, buna heç bir etiraz etməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Həmin şəxsin ona satdığı komputerin oğurluq olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona satdığı komputerin oğurluq olmasını bilmiş olsayadı həmin şəxsin satdığı komputeri heç bir zaman almazdı və komputerin oğurluq olması barədə polisə məlumat verərdi. Mədət komputerin özünün olduğunu, maddi vəziyyəti pis olduğuna görə satdığını bildirmişdir. O, da həmin şəxsin cavan uşaq olmasını, ayağı axsadığına görə inanıb komputeri almağa razı olmuşdur. İşlənmiş, masa üstü komputerlər ucuz qiymətə olur. Komputer model olaraq köhnə olduğunda qiyməti aşağı olur. Bu səbəbdən köhnə komputerlər ucuz qiymətə əldən-ələ satılır. Bu səbəbdən Təqsirləndirilən şəxs2 komputeri oğurlamasına heç bir şübhə etməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri "Şəfa Bağ" masivində yaşadığı evinə baxış keçirilən zaman həmin evdən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus mağazalardan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurladıqları bir çox əşyalar aşkar edilərək maddi sübut kimi götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ünvan 5 ünvanında kirayədə yaşadıqları evinə baxış keçirilən zaman həmin evdən Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus mağazalardan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurladıqları bir çox əşyalar və oğurluyq hadisəsi zamanı istifadə etdiyi 01 ədəd vintaçan aşkar edilərək maddi sübut kimi götürülmüşdür. İş üzrə xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Mingəçevir şəhər sakini Şahid məxsus Mingəçevir şəhəri, M.Maqamayev küçəsi, 81 ünvanında komputer təmiri və satışı mağazasına baxış keçirilən zaman məxsus 01 ədəd Çin istehsalı olan "HP" markalı, SH249 model, 17 düym ekran və 01 ədəd "HP" markalı sistem blokdan ibarət, istifadə olunmuş komputer dəstini aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin komputeri Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən mağazadan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurladıqlarını, sonra həmin masa üstü komputeri Şahid özünə məxsus komputer olmasını bildirərək 40 manata satdığını bildirmişdir. Baxışda iştirak edən Şahid da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 6995 nömrəli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə saat 20:55-də Şəki ŞRPŞ-nın MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 7003 nömrəli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 02:20-də şübhəli şəxs qismində tutulmuş, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 3 ay yəni, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixinədəkhəbs qətimkan tədbiri seçilmişdir. Lakin Şəki rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbirinin üzadılması barədə təqdimat təmin edilməmiş və o həmin tarixdə məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 7030 nömdəri Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 03:15-də şübhəli şəxs qismində tutulmuş, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 3 ay yəni, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. Lakin Şəki rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbirinin üzadılması barədə təqdimat təmin edilməmiş və o həmin tarixdə məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 9/2873 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardan və fotoşəkillərdə göstərilən malların təzə və istifadə olunmuş vəziyyətdə 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1603 manat müəyyən edilmişdir.Ekspertiza xərci 50 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1n daxil olmuş xx.xx.2022-ci il tarixli 281 nömrəli məktubdan görünür ki, ünvan 9 ünvanında yaşayan, 2000-ci il təvəllüdlü Abbasov X10 şəhər X1 psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1n daxil olmuş xx.xx.2022-ci il tarixli 282 nömrəli məktubdan görünür ki, ünvan 10 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Cabbarova X7 şəhər X1 psixiatrik müşahiddədə olmamış və müraciət etməmişdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1n daxil olmuş xx.xx.2022-ci il tarixli 283 nömrəli məktubdan görünür ki, ünvan 11 ünvanında yaşayan, 1998-ci il təvəllüdlü Əliyev X12 şəhər X1 psixiatrik müşahiddədə olmamış və müraciət etməmişdir. İş üzrə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 149 nömrəli məktubundan görünür ki, ünvan 13 ünvanda yaşayan, 1998-ci il təvəllüdlü, Əliyev X12 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciəti olmamışdır. İş üzrə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 150 nömrəli məktubundan görünür ki, ünvan 15 ünvanda yaşayan, 2000-ci il təvəllüdlü, Abbasov X10 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciəti olmamışdır. İş üzrə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 151 nömrəli məktubundan görünür ki, ünvan 16 ünvanda yaşayan, 2004-cü il təvəllüdlü, Cabbarova X7 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciəti olmamışdır. “İnvitro” X4 daxil olmuş ekspres metod barədə xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 müayinə edilərkən onda marixuana(THC) və morfin(MOR) aşkar edilmişdir. “İnvitro” X4 daxil olmuş ekspres metod barədə xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 müayinə edilərkən onda marixuana(THC) və metadon(MET) aşkar edilmişdir. “İnvitro” X4 daxil olmuş ekspres metod barədə xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 müayinə edilərkən onda marixuana(THC) və morfin(MOR) aşkar edilmişdir. İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin X16 daxil olmuş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığının cavablarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus Böyük Dəhnə kəndində yerləşən mağazaya qanunsuz daxil olaraq oğurluq hadisəsi törətmiş şəxslərin Mingəçevir şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olması müəyyən edilərək Şəki ŞRPŞ-nin İB-nə təhvil verilmişdir. İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin X16 daxil olmuş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığının cavablarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun Şəki rayonu ərazisində və Respublikamızın digər rayonları ərazisində digər cinayətlərin törədilməsində iştiraklarının olub-olmaması, onların Şəki rayonu, Böyük Dəhnə kəndi ərazsində yerləşən mağazalarda oğurluq hadisələrini törədərkən heç kimlə əlbir olmadıqlarını, onların istifadə etdikləri narkotik vasitələri hardan və kimdən almalarını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avaralıqla məşğul olduqları, heç bir yerdə işləmədikləri, onların maraq dairəsi, yaxın münasibətədə olduqları şəxslərin dairəsi müəyyən edilməsədə onların spirtli içkilərin, narkotik maddələrin qəbuluna meyilli olmaları müəyyən edilmişdir. Bu istiqamətdə tərəfimizdən müvafiq tədbirlər davam etdirilir. Gələcəkdə əhəmiyyətli məlumat əldə olunarsa əlavə olaraq məlumat veriləcəkdir. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs1 barəsində olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 11 ay 26 gün azadlığın məhdudladırılması cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad olunmuşdur. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs2 barəsində olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs3 barəsində olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o əvvəllər məhkum olunmamışdır. İşdə olan Mingəçevir şəhəri 4 №-li Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də ünvan 17 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Mingəçevir şəhəri, Şəfa Bağ massivində qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətəndə Mingəçevir şəhəri, 1-ci Bağ massivində qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti, Nərimanov rayon İH-i Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 5 saylı Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 55/944 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 33-a ünvanında kirayədə qalmaqla qeydiyyatsız yaşayır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməsi onların özlərinin etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, götürmə və baxış keçirilməsi haqqında, tanınmaya təqdim etmə protokolları və işdə olan digər mötəbər istintaq sənədləri ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri maddələri üzrə oğurluq cinayəti törətmələri düzgün tövsif edilib. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onlar cinayət törətməkdə təqsirlidirlər və onlara Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, habelə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlini ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Buna görə də qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq cəza saxlanılmalı və cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan ünvan 17 ünvanını tərk etməmək, Mingəçevir şəhəri və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq Təqsirləndirilən şəxs3 üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 33-a ünvanını tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar olan və saxlanması üçün Şəki ŞRPŞ-nin Təminat hissəsinə təhvil verilmiş 01 ədəd polad materialdan olan qapaqlı dəmir qazan, 01 ədəd aliminium materialdan olan kiçik ölçülü çaynik, 01 ədəd tərəvəz doğrayan alət, 06 predmetdən ibarət 01 ədəd bıçaq dəsti, 2 ədəd şüşə qapaqlı dəmir tavalar, 01 ədəd şüşə fincan dəsti, 02 ədəd şüşə materialından olan konfet qabı dəsti, 01 ədəd kibritdən düzəldilmiş məscid suviniri, 02 ədəd krasofka, 02 ədəd qadın reksonası, 76 ədəd qadın üzük bujuteriyaları, 05 ədəd qadın boyunbağı bujuteriyaları, 01 ədəd qolsuz qadın üçün gödəkcə, 02 ədəd kadın koftası, 06 ədəd qadın yaylığı, 12 ədəd kapron qadın kalqotkası, 02 ədəd qadın şalvarları, 02 ədəd kişi alt geyimi, 05 ədəd qara rəngli corab, 01 ədəd HD markalı masaüstü kompüter hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılmalı, 01 ədəd vintaçan məhv edilməlidir. İş üzrə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş 990 manat maddi ziyanın, Zərərçəkmiş şəxs2 dəymiş 434 manat maddi ziyanın və Zərərçəkmiş şəxs3 dəymiş 250 manat maddi ziyanın, ümumilikdə isə 1674 manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddianın, hər hansı əmlak üzərinə həbsin qoyulmaması nəzərə alınmalıdır. İş üzrə 50 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X5, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il üç ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı işlə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 2 ay 25 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq iki il, beş gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı cəmi 2 ay 26 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla -cəmi 5 ay 22 gün müddət ona təyin edilmiş iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq bir il, altı ay, səkkiz gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş bir il, altı ay, səkkiz gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan ünvan 17 ünvanını tərk etməmək, Mingəçevir şəhəri və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, bir il, altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanmaqla -cəmi 4 gün müddət ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq bir il, beş ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş bir il, beş ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 33-a ünvanını tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar olan və saxlanması üçün Şəki ŞRPŞ-nin Təminat hissəsinə təhvil verilmiş 01 ədəd polad materialdan olan qapaqlı dəmir qazan, 01 ədəd aliminium materialdan olan kiçik ölçülü çaynik, 01 ədəd tərəvəz doğrayan alət, 06 predmetdən ibarət 01 ədəd bıçaq dəsti, 2 ədəd şüşə qapaqlı dəmir tavalar, 01 ədəd şüşə fincan dəsti, 02 ədəd şüşə materialından olan konfet qabı dəsti, 01 ədəd kibritdən düzəldilmiş məscid suviniri, 02 ədəd krasofka, 02 ədəd qadın reksonası, 76 ədəd qadın üzük bujuteriyaları, 05 ədəd qadın boyunbağı bujuteriyaları, 01 ədəd qolsuz qadın üçün gödəkcə, 02 ədəd kadın koftası, 06 ədəd qadın yaylığı, 12 ədəd kapron qadın kalqotkası, 02 ədəd qadın şalvarları, 02 ədəd kişi alt geyimi, 05 ədəd qara rəngli corab, 01 ədəd HD markalı masaüstü kompüter hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılsın, 01 ədəd vintaçan məhv edilsin. İş üzrə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş 990 manat maddi ziyan, Zərərçəkmiş şəxs2 dəymiş 434 manat maddi ziyan və Zərərçəkmiş şəxs3 dəymiş 250 manat maddi ziyan, ümumilikdə isə 1674 manat maddi ziyan ibtidai istintaq dövründə tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın, hər hansı əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. İş üzrə cəmi 50 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X5, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Cahid İmanov