Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-85/2021 09.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Şəki rayon Məhkəməsinin inzibati binasında xx xxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 16,19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 28 iyun 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 qrupunun və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 24:00 radələrində idarə etdiyi Mersedes-benz E 220 markalı, ** ZV *** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, «Qoxmuq dairəsi» adlanan ərazidə hərəkətdə olan zaman saxlanılaraq Şəki şəhəri, X8 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 29 iyun 2021-ci il tarixdə saat 01:58 radələrində videoçəkilişdən istifadə edilməklə idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilinin saxlanc yerindən qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd ağ rəngli salfet kağızına bükülmüş bir ədəd yaşıl rəngli kağız bükümdə 16,19 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir, (maddə 8.0.3) Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, atası ilə son vaxtlar aralarında narazılıqlar yarandığına görə 16 iyun 2021-ci il tarixdə onunla sağollaşıb idarə etdiyi Mersedes-benz E 220 markalı, ** ZV *** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonuna yola düşmüş və həmin gün saat 16:00-17:00 radələrində Şəki rayonuna gəlib çatmışdır. Şəki rayonu, Baş Küngüt kəndi ərazisinə çatanda ayaqyoluna getmək üçün avtomobilini yolun kənarında saxlamış və avtomaşından düşüb meşəlik əraziyə getmişdir. Bu zaman ətrafda çətənə bitkiləri olduğunu görmüş, əvvəllər narkotik vasitə marixuana istifadə etdiyi üçün onların çətənə bitkiləri olduğunu tanımış və həmin bitkilərdən bir qədər yığıb avtomobilinin saxlanc yerinə qoymuş və sonra Şəki şəhərinə gəlmişdir. Şəki şəhərində kirayə ev axtarmış, lakin tapa bilmədiyindən üç gün avtomobilində yatmışdır. Sonradan Şəki şəhərində «Gülab evi» adlanan ərazidə kirayə həyət evi tapmış və həmin vaxtdan tutulana kimi orada yaşamışdır. Yığdığı çətənə bitkilərini avtomobilinin saxlanc yerində qurudub salfet kağızın içinə yığmış və elə oraya qoymuşdur ki, ürəyi istəyəndə çəksin. Narkotik vasitə bir neçə gün avtomobilində qalsa da həmin narkotik vasitədən istifadə etməmişdir. 28 iyun 2021-ci il tarixdə saat 24:00 radələrində idarə etdiyi avtomobillə Şəki şəhəri «Qoxmuq dairəsi» adlanan ərazidə hərəkətdə olan zaman bir Kia markalı avtomobil ona saxlamaq üçün işarə vermiş, avtomobilini kənara çəkib saxlamışdır. Həmin vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını, narkotik vasitə əldə etməyi barədə onlara məlumat daxil olduğunu, onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. Etiraz etmədiyi üçün həmin polis əməkdaşları onu avtomobili ilə birlikdə Şəki ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün üstünə videoçəkilişlə şəxsi axtarış aparacağını bildirmiş, ona Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, vəkillərin siyahısından vəkil Müdafiəçi seçdikdən sonra zəng vuraraq onu Polis şöbəsinə dəvət etmişlər. Daha sonra onu şübhəli şəxs qismində tutaraq ona hüquq və vəzifələrini izah etmiş, onu yolda saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkili Müdafiəçi və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona əvvəlcə üstündə olan əşyaları təqdim etməsini təklif etmiş, o, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd Samsunq markalı mobil telefonu, bir ədəd alışqanı, sağ yan cibindən avtomobilinin açarını və gödəkcəsinin sol yan iç cibindən şəxsiyyət vəsiqəsini çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmiş, onun təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Təhqiqatçı ondan stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini təklif etdikdə, telefonunu, alışqanını, avtomobilnin açarını və şəxsiyyət vəsiqəsini təqdim edərək həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı sorğu zamanı narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda o, bir iki il olar ki, narkotik vasitə istifadə etdiyini, hazırda da avtomobilinin saxlanc yerində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təhqiqatçı mobil telefonu zərfə qoyaraq zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərini ona da imzalatmış, sonra avtomobilinin açarını, şəxsiyyət vəsiqəsini və alışqanını qaytarıb özünə vermişdir. Daha sonra onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı o, avtomobilinin saxlanc yerindən bir ədəd salfet kağızına bükülmüş bükülünü çıxarıb təhqiqatçıya təqdim edib içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni Bakı şəhərindən Şəki şəhərinə gələn günü Baş Küngüt kəndi ərazisində meşəlik olan ərazidən yığdığını bildirmişdir. Təhqiqatçı həmin bükülünü onun, vəkilinin və polis əməkdaşlarını iştirakı ilə açdıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuşdur. Həmin bükülünü təhqiqatçı zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılar o da zərfin üzərinə imza etmişdir. Bundan sonra avtomobilinin digər yerlərinə baxış keçirilmiş, lakin təqdim etdiyi narkotik vasitədən başqa avtomobilindən hər hansı qanunsuz əşya və predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda, heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, protokol tərtib edilərək onlara ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmadığından o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, narkotik vasitədən istifadə etsə də, satışı ilə məşğul olmamış, onun narkotik vasitə istifadə etməsi barədə heç kəsin məlumatı olmamış, narkotik vasitəni heç kimlə birlikdə istifadə etməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təzyiqə məruz qalmamışdır. O, etdiyi hərəkətdən peşman olmasını bildirmiş, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermiş, islah yolunda oduğunu nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət, qohumluq əlaqəsi və düşmənçilik olmamışdır. Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 28.06.2021-ci il tarixdə ona "Calal" adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyatı məlumatı daxil olmuşdur. Ona görə daxil olmuş məlumatın yoxlanılması və "Calal" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 28 iyun 2021-ci il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəisi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Bundan sonra "Calal" adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək onun cinayət əməlinin ifşa edilməsi, cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərini davam etdirmişlər. Əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Calal" adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs 28.06.2021-ci il tarixdə saat 23:55 radələrində idarə etdiyi Mersedes markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri «Qoxmuq dairəsi» adlanan ərazidə hərəkətdə olan zaman onlar tərəfindən saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə PŞ-nə gətirilmişdir. PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası baş təhqiqatçı Anar Yəhəyevə həvalə edildiyi üçün Təqsirləndirilən şəxs ona təqdim etmişlər. Təhqiqatçı öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs vəkillərdən Müdafiəçi seçərək onun dəvət edilməsini xahiş etdiyi üçün təhqiqatçı tərəfindən Müdafiəçi zəng olunaraq PŞ-nə dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən videoçəkiliş aparması üçün PŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis leytenantı Kamal Məmmədzadə dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra onların iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan iç cibindən bir ədəd Samsunq markalı mobil telefonu, sol yan cibindən bir ədəd alışqanı, sağ yan cibindən avtomobilinin açarını və gödəkcəsinin sol yan iç cibindən şəxsiyyət vəsiqəsini çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmiş, onun üzərindən özünün təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə, o, əvvəlcə telefonunu, alışqanını, avtomobilnin açarını və şəxsiyyət vəsiqəsini təqdim edərək əşyaların özünə məxsus olduğunu bildirmişdir. Təhqiqatçı sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda, o, bir-iki il olar ki, narkotik vasitə istifadə etdiyini, hazırda da avtomobilinin saxlanc yerində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefonu zərfə qoyaraq zərfi möhürlədikdən sonra o da digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Sonra təhqiqatçı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs avtomobilinin açarını, şəxsiyyət vəsiqəsini və alışqanı qaytarıb özünə vermişdir. Bundan sonra təhiqatçı onun, əməliyyat müvəkkili Şahid2, Calalın və vəkilinin iştirakı ilə onun idarə etdiyi Mersedes markalı avtomobilə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin saxlanc yerindən bir ədəd selofanda salfet kağızına bükülmüş bükülünü çıxarıb təhqiqatçıya təqdim edib içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni Bakı şəhərindən Şəki şəhərinə gələn günü Baş Küngüt kəndi ərazisində meşəlik olan ərazidən yığdığını bildirmişdir. Təhqiqatçı həmin bükülünü onun, əməliyyat müvəkkili Şahid2, Calalın özünün və vəkilinin iştirakı ilə açdıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuşdur. Həmin bükülünü zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılar kimi zərfin üzərinə o da imza etmişdir. Bundan sonra avtomobilinin digər yerlərinə baxış keçirilsə də, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsindən başqa onun avtomobilindən hər hansı qanunsuz əşya və predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Təhqiqatçı onlardan şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda, heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmadığı üçün təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitənin satışı ilə məşğul olmasını hələlik müəyyən etmək mümkün olmamışdır. Lakin bu sahədə əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı hardan əldə etməsini müəyyən etmək məqsədilə onlar tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan 29 iyun 2021-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 0105-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 22- 23) İşdə olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 29 iyun 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video görüntülərindən görünür ki, 29 iyun 2021-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes-benz E 220 markalı, ** ZV *** dövlət nömrə nişanlı avtomobildə aparılmış axtarış zamanı onun avtomobilinin saxlanc yerindən selofanın içərisindəki bir ədəd kağız bükülüdə narkotik vasitə marixuanaya oxşar yaşıl rəngli bitki kütləsi aşkar edilib götürülmüşdür. (İş.v 42-50) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X5 29 iyun 2021-ci il tarixli, 17/477 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki ağ rəngli salfet kağızına bükülmüş 01 (bir) ədəd yaşıl rəngli kağız bükümdə, təmiz çəkisi 16,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqat prosessinin təsvirinin Qeydindən görünür ki, marixuananın ümumi təmiz çəkisi-16,9 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-16,14 qramdır. Ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. (İş.v 56-58) İşdə olan 30 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Şəki ŞRPŞ-nin MSYdən azad edilmişdir. (İş.v 96-97) İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 10.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İş.v 110) İşdə olan “Bakı Şəhər Narkoloji Mərkəzi” X7 daxil olmuş 14.07.2021-ci il tarixli, 735 nömrəli məktubdan görünür ki, X2 Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur.(İş.v 113) İşdə olan Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasından daxil olmuş 23.07.2021-ci il tarixli, 757 nömrəli məktubdan görünür ki, X2 3 saylı şəhər poliklinikasının psixiatriya kabinetində qeydiyyatda yoxdur.(İş.v 121) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08.07.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Mətbuat PR, məh.3141, ev.35B, m.35 ünvanında yaşayır. (İş.v 106) İşdə olan məhkəmə-narkoloji ekspertizanın 19 iyul 2021-ci il tarixli, 845 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş.v 122) İşdə olan "xxxx" MMC-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. (İş.v 124) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 05-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 16,19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 28 iyun 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 qrupunun və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 24:00 radələrində idarə etdiyi Mersedes-benz E 220 markalı, ** ZV *** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, «Qoxmuq dairəsi» adlanan ərazidə hərəkətdə olan zaman saxlanılaraq Şəki şəhəri, X8 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 29 iyun 2021-ci il tarixdə saat 01:58 radələrində videoçəkilişdən istifadə edilməklə idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilinin saxlanc yerindən qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd ağ rəngli salfet kağızına bükülmüş bir ədəd yaşıl rəngli kağız bükümdə 16,19 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdur. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni səmimiyyətlə təqdim etməsini, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, iş yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 05 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən hər bir narkotik vasitənin ictimai təhlükəliliyini diqqətdən kənara qoymamaqla yanaşı, cinayətin predimeti olan qurudulmuş marixuananın daha güclü təsirə malik narkotik vasitələrdən fərqli olduğunu, cəzanın ədalətliliyi baxımından daha təhlükəli narkotik vasitə və yollarla törədilən cinayətlərin cəzalandırılmasına fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29.06.2021-ci ildən 30.06.2021-ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, “Bakı Şəhər Narkoloji Mərkəzi” X9 qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan, tədqiqatdan sonra xalis çəkisi 16.14 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35.97 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29.06.2021-ci ildən 30.06.2021-ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq bir il, on bir ay, iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs bir il, on bir ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200-dan növbəti gün saat 0700-dək yaşayış yerini tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, “Bakı Şəhər Narkoloji Mərkəzi” X9 qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan, tədqiqatlardan sonra xalis çəkisi 16.14 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35.97 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-85/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-85/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver