Məhkəmə qərarları › İş №1(075)-85/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-85/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-85/2022 05.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, Zərərçəkmiş şəxs, onun vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X7, Cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin müdafiəçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X5 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 sentyabr 993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, tam orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatında olmaqla yaşamış, hazırda Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Belə ki, Təqsirləndirilən şəxs keçirdiyi “Paranoid şizofreniya” formasında xroniki psixi xəstəliyin kəskinləşməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşməklə anlaqsız vəziyyətdə 02 fevral 2021-ci il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının qarşısına gəlib sonuncunu ictimai yer hesab olunan həmin küçəyə çağırdıqdan sonra ictimai yer hesab edilən həmin küçədə, ətrafda yaşayış evlərinin və yoldan keçən adamların çox olduğu yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, Zərərçəkmiş şəxs guya onun yaşadığı evə girməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması, əmlakın məhv edilməsi və zədələnməsi ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb ucadan nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək özü ilə əvvəlcədən gətirdiyi ağac materialdan olan, beysbol oyununda istifadə edilən toxmaqdan silah qismində istifadə edib fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə zərbə endirərək sonuncuya hər iki ənsə-gicgah nahiyyələrinin travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi, dərialtı hematomaları, sağ dizin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək əlindəki həmin toxmaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətyanı hissəsində yerləşməklə giriş qapısı Şəki şəhəri Heydər Əliyev prospektinə açılan, ictimai yer hesab olunan “Elman şirniyyat evi” adlı şirniyyat mağazasının giriş qapısının və pəncərələrinin şüşələrini qəsdən sındıraraq zədələməklə və məhv etməklə sonuncuya 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs dindirilərkən göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs onun qonşusudur. Zərərçəkmiş şəxs yaşadığı ev ilə onun yaşadığı ev eyni küçədə yolun əks tərəflərində olmaqla bir-birinin qonşuluğunda yerləşirlər. O, psixi xəstəlikdən əziyyət çəkir. Belə ki, o, xx.xx.2020-ci il tarixdən Şəki rayon Psixiatriya Xəstəxanasında dispanser müşahidəsindədir. Xəstəliyi səbəbindən o, bəzən hallusinasiyalar, yəni reallıqda baş verməyən hadisələr görür və belə hadisələri reallıqdan ayıra bilmədiyinə görə həqiqətən baş verdiklərini düşünür. xx.xx.2021-ci il tarixdə axşam saatlarından, yəni ətraf qaranlıqlaşandan etibarən xx.xx.2021-ci il tarixdə səhər saatlarınadək, yəni ətraf işıqlananadək olan müddət ərzində qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin içərisində və həyətində müxtəlif istiqamətlərdə hərəkət etdiyini görür və onun ardınca gəzib onu tutmağa çalışırdı, lakin, o, nə qədər çalışsa da Zərərçəkmiş şəxs tuta bilmirdi. xx.xx.2021ci il tarixdə ətraf işıqlaşdıqdan sonra Zərərçəkmiş şəxs qəflətən gözündən itmiş, yəni yox olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 10:00 radələrində o, yaşadığı evdə öz yataq otağında olduğu zaman qonşusu Elmanın gecə saatlarında yaşadığı evdə olmasını düşünərək belə qərara gəlmişdir ki, Elmangilə gedib Elmanla söhbət etsin və Elmanın həqiqətən də gecə saatlarında onların evlərinə gəlib ailə üzvlərini, yəni valideynlərini və qardaşını narahat etməyə çalışdığını müəyyənləşdirdiyi təqdirdə bir daha belə hərəkət etməməsi üçün Elmanı döysün və Elmanı döymək üçün təxminən 5-6 il bundan əvvəl Bakı şəhərində yerini xatırlamadığı mağazalardan birindən aldığı beysbol çubuğunu da göy rəngli çantasında olmaqla özü ilə götürüb, heç kimə heç nə demədən qonşusu Elman Şrinovun yaşadığı evin qarşısına getmişdir. Elmanın evinin həyət qapısının zəngini çalmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs küçəyə çıxaraq öz həyətində yerləşən və qapısı küçəyə açılan Elman şirniyyat evi adlı mağazasının qapısının qarşısında dayanmışdır. Həmin vaxt o, Elman ilə salamlaşıb, Elmana “sən bu gecə bizdə nə gəzirdin ?” - deyə sual verdikdə, Zərərçəkmiş şəxs ona “sənin ağlın qaçıbdır deyəsən, get, get. Dəli olmusan, nədir ?!”- deyə cavab vermiş, həmin vaxt o, Elmanın bu sözlərindən əsəbiləşərək Elmanı özü ilə gətirdiyi beysbol çubuğu ilə döymək qərarına gəlmiş və bu məqsədlə üzünü arxaya çevirərək çiynində olan beysbol çubuğu çantasını çiynindən çıxarıb, çantanın ağzını açaraq içərisindən beysbol çubuğunu çıxarıb, həmin çubuğun dəstəyindən sağ əli ilə tutub, Elmanı vurmaq üçün üzünü Elman tərəfə çevirib, beysbol çubuğunun yuxarı, yəni zərbə endirilən hissəsi ilə Elmanın başının arxa hissəsinə bir dəfə zərbə endirmişdir. Bu zaman Elman müvazinətini itirib yerə yıxılmış, həmin zaman o, əlindəki beysbol çubuğu ilə Elmanın sağ qol nahiyyəsinə bir dəfə, sağ ayaq nahiyyəsinə bir dəfə, başının sağ tərəfinə bir dəfə zərbə endirmişdir. Həmin zaman Elman ayağa qalxıb özünə məxsus şirniyyat mağazasının giriş qapısından içəri girmiş, o isə hirsini soyutmaq məqsədi ilə əlindəki beysbol çubuğu ilə Elmana məxsus olan şirniyyat mağazasının pəncərəsinin şüşəsinə zərbə endirib, şüşəni sındırmışdır. Sonra beysbol çubuğunu kənara atıb, sağ əli ilə Elmanın şirniyyat mağazasının qapısının şüşəsinə zərbə endirərək şüşəni sındırmış və həmin vaxt sınan şüşənin sağ əlini kəsməsi nəticəsində sağ əlindən xəsarət almışdır. Bu zaman o, sağ əlindən qan axdığını görüb, sağ əlinin kəsilən hissəsini sarımaq məqsədi ilə yaşadığı evə getmiş və evlərinin hamam otağındakı əl-üz dəsmalını götürüb, həmin dəsmal ilə sağ əlinin kəsilən hissəsini sarımış və gəzişmək məqsədi ilə yaşadığı evin həyətinə çıxmışdır. Həmin zaman atası X1 onu çağırdığını eşidib, küçəyə çıxmış və bu zaman polis əməkdaşları yaxınlaşıb onu Şəki Mərkəzi Rayon Xəstəxanasına aparmışlar və xəstəxanada ona tibbi yardım göstərilmişdir. Daha sonra Şəki Psixiatriya xəstəxanasına müraciət etmiş, bir müddət X3 müalicə aldıqdan sonra evə buraxılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, qeyd olunan hadisə xx.xx.2021-ci il tarixdə saat 10:00-11:00 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvanın qarşısında baş vermiş, təxminən 5 (beş)-10 (on) dəqiqə davam etmişdir. Hadisə zamanı onların yanlarında və ya yaxınlıqlarında kimin olmasını xatırlamır. O, hadisə zamanı ətrafında Zərərçəkmiş şəxs anası Şahid4 və qohumu Şahid1 olubolmadığını xatırlamır. Hadisə zamanı səs-kuyə qonşulardan kiminsə gəlib-gəlmədiyini xatırlamır. Hadisə zamanı o, ucadan danışmaqla və ya söyüşlər söyməklə səs-küy salmayıb. Zərərçəkmiş şəxs “Hər iki ənsə-gicgah nahiyyələrinin travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi, dərialtı hematomaları, sağ dizin sıyrıqları” xəsarətlərini almağının səbəbi hadisə zamanı onun əlindəki beysbol çubuğu ilə Zərərçəkmiş şəxs vurmağıdır. Hadisə zamanı və ya hadisədən əvvəl hər hansı bir səbəbdən Zərərçəkmiş şəxs və ya onun ailə üzvlərindən biri, yaxud bir neçəsi ilə mübahisəsi və ya ədavəti olmayıb. Hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməyinin və Zərərçəkmiş şəxs məxsus şirniyyat mağazasının pəncərə və qapısının şüşələrini sındırmağının səbəbi Zərərçəkmiş şəxs ilə söhbət etdiyi zaman Elmanın ona “Sənin ağlın qaçıbdır deyəsən, get, get. Dəli olmusan, nədir ?!”- deyə cavab verərək onu əsəbiləşdirməsidir. O, hadisə baş verən tarixdə gecə saatlarında, həmçinin, hadisədən əvvəlki bir neçə gündə də gecə saatlarında Zərərçəkmiş şəxs yaşadığı evdə və evin həyətyanı sahəsində görürdü. O, həmin vaxt Zərərçəkmiş şəxs gördüyünü düşünsə də Elmanın həqiqətən də orada olubolmadığını bilmir. Çünki, həmin dövrdə o, hallusinasiyalar, yəni həqiqətə uyğun olmayan hallar görürdü və gördüklərini reallıqdan ayırd edə bilmirdi. Hazırda isə müalicə almağı səbəbindən o, ümumiyyətlə hallusinasiyalar görmür. Həmçinin, Zərərçəkmiş şəxs da evlərində görmür. Məhkəmə iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs onun qonşusudur. Zərərçəkmiş şəxs yaşadığı ev ilə onun yaşadığı ev eyni küçədə yolun əks tərəflərində olmaqla bir-birinin qonşuluğunda yerləşirlər. Təqsirləndirilən şəxs onun övladıdır və Kamran onunla birlikdə eyni ünvanda yaşayır. Övladı Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkir və xx.xx.2020-ci il tarixdən Şəki rayon Psixiatriya Xəstəxanasında dispanser müşahidəsindədir. Təqsirləndirilən şəxs xəstəliyi səbəbindən bəzən hallusinasiyalar, yəni reallıqda baş verməyən hadisələr görür və belə hadisələri reallıqdan ayıra bilmədiyinə görə həqiqətən baş verdiklərini düşünür. xx.xx.2021 -ci il tarixdə təxminən saat 23:00 radələrində halını soruşmaq üçün oğlu Kamrannın otağına girdiyi zaman Kamranın pəncərənin qarşısında dayanıb həyətə baxdığını görmüş, Kamrandan pəncərənin qarşısında dayanıb nəyə baxdığını soruşduqda, Kamran bildirmişdir ki, qonşuları Elman həyətlərində gəzişir. O da pəncərədən həyətə baxmış və həyətdə heç kimin olmadığını gördükdə, Kamranın həmişəki kimi hallusinasiya gördüyünü anlamış və Kamrana həyətdə heç kimin olmadığını, qonşuları Elmanın onun gözünə göründüyünü bildirib, Kamrana yatmasını tapşırıb otaqdan çıxmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində yaşadığı evin pəncərəsindən küçəyə baxan zaman evinin qarşısında küçədə polis əməkdaşlarının olduqlarını görmüş və nə baş veriyini öyrənmək üçün küçəyə çxmışdır. O, küçədə polis əməkdaşlarından nə baş verdiyini soruşduqda, polis əməkdaşlarından biri ona yaşadığı evi göstərib həmin evdə yaşayan Kamran adlı şəxsin qonşusu Elmanı döydüyünü və Elmanın şirniyyat mağazasının şüşələrini sındırdığını bildirmişdir. Bu zaman o, həmin polis əməkdaşına Kamranın öz oğlu olduğunu bildirdikdə, polis əməkdaşı Kamranın harada olduğunu soruşmuş və o, Kamranın evdə olduğunu bildirdikdə, polis əməkdaşı Kamranı çağırmağını xahiş etmişdir. O, evinin həyətinə daxıl olduqda, oğlu Kamranın sağ əli dəsmala bükülmüş vəziyyətdə həyətində olduğunu görüb nə baş verdiyini soruşduqda, Kamran ona bildirmişdir ki, qonşuları Elman bütün gecəni onların həyətlərində olduğu üçün, bir qədər əvvəl Elmangilə gedib Elmandan gecə onların həyətlərində olmasının səbəbini soruşduğu zaman Elman ona “Dəli” deyib və o da bu sözdən əsəbiləşdiyinə görə özü ilə götürdüyü beysbol çubuğu ilə Elmanı döyüb. Bundan sonra onlar birlikdə küçəyə çıxmışlar və o, Kamranı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları X15 Rayon Xəstəxanasına aparmış, xəstəxanada Kamrana tibbi yardım göstərilmişdir. Daha sonra Kamran onun da iştirakı ilə Şəki Psixiatriya xəstəxanasına müraciət elmiş, bir müddət X3 müalicə aldıqdan sonra oğlu Kamran evə buraxılmışdır. O, şəxsi vəsaiti hesabına hadisə zamanı Zərərçəkmiş şəxs dəymiş zərəri tamamilə ödəmiş və Elman oğlu Kamran ilə barışmışdır. Həmçinin, İ.A.Vahabov ifadəsində bildirmişdir ki, qeyd olunan hadisə xx.xx.2021-ci il tarixdə saat 10:00-11:00 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvanın qarşısında baş vermişdir. O, hadisə zamanı yaşadığı evdə olduğuna görə hadisəni görməmişdir. Bildirmişdir ki, hadisə zamanı və ya hadisədən əvvəl hər hansı bir səbəbdən oğlu Təqsirləndirilən şəxs və ya onun qonşusu Zərərçəkmiş şəxs və ya Elmanın ailə üzvlərindən biri, yaxud bir neçəsi ilə mübahisələri və ya ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs hadisə baş verən tarixdə gecə saatlarında və ya başqa vaxt onun yaşadığı ünvanda olmamışdır. Təqsirləndirilən şəxs ona heç vaxt nəsə edəcəyini bildirməmişdir. Əlavə olaraq göstərmişdir ki, Kamranın xəstəliyi bir neçə il bundan əvvəl başlamış, lakin son 2 ildə xəstəliyi kəskinləşmişdir. Kamranı Bakı şəhərində psixiatr həkim Araz Manuçöhrünün klinikasında müalicə etdirmişdir. Göstərmişdir ki, Elmana vurulmuş 400 manatlıq maddi ziyanı tamamilə ödəmişdir. Elmanla barışmışlar. Övladı Təqsirləndirilən şəxs ambulator qaydada müalicə almasına köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, Kamran Abdulkərirnli onun qonşusudur. Təqsirləndirilən şəxs yaşadığı ev ilə onun yaşadığı ev eyni küçədə yolun əks tərəflərində olmaqla bir-birinin qonşuluğunda yerləşirlər. Göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində o, yaşadığı evdə olduğu vaxt qapının zənginin çalındığını eşidib evinin həyət hissəsində yerləşən və giriş qapısı küçəyə açılan “Elman şirniyyat evi” adlı mağazamın qapısından küçəyə çıxıb mağazanın giriş qapısının qarşısında dayandıqda, qapının qarşısında əlində göy rəngli çanta ilə dayanmış qonşusu Təqsirləndirilən şəxs ilə üz-üzə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onunla salamlaşıb, ona “Sən bu gecə saat 04:00 radələrində anam və atamın otağında nə gəzirdin ?” -deyə sual verdikdə, o, Kamrana “Kamran, ayıbdır, həmin vaxt mən öz evimdə yatmışdım. Bu nə sözdür danışırsan ?!” - deyə cavab vermişdir. Sonra Kamran üzünü əks tərəfə çevirmiş və o, Kamranın gedəcəyini düşünüb özü də evə girmək üçün evə tərəf çevrildikdə, qəflətən başının arxa hissəsinə zərbə dəydiyini hiss etmiş və geriyə çevrildikdə, Kamranın əlində beysbol çubuğu ilə qarşısında dayandığını görmüşdür. Kamranın əlindəki beysbol çubuğu ilə onun başına vurduğunu anlamış və zərbənin təsirindən müvazinətini itirib kürəyi üstə yerə yıxılmış, qışqıraraq kömək çağırmağa başlamışdır. Həmin zaman Kamran əlindəki beysbol çubuğu ilə əvvəlcə onun sağ qol nahiyyəsinə bir dəfə, daha sonra isə sağ ayaq nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Bu zaman anası Şahid4 gəlmiş və Kamranın onu küçədə vurduğunu görüb qışqırmağa başlamışdır. Daha sonra o, yerdən qalxmağa çalışan zaman Kamran əlindəki beysbol çubuğu ilə onun başının sağ tərəfinə bir dəfə zərbə endirmiş və ona “Bezdirmisən bizi. Səni öldürəcəm.” deyərək, onu öldürəcəyini bildirmişdir. Həmin vaxt evində olan qohumu Şahid1 gəlib, onu ayağa qaldırıb mağazanın içərisindən keçirərək evinə aparmağa başlamışdır. Bu vaxt Kamran etdiyi hərəkətlərə davam edib onun ünvanına ucadan nalayiq ifadələr işlətməklə aqressiv formada evinin həyət hissəsində yerləşən və giriş qapısı küçəyə açılan mağazasına yaxınlaşıb əlindəki beysbol çubuğu ilə mağazasının giriş qapısının və pəncərələrinin şüşələrini sındırmağa başlamışdır. Həmin vaxt Kamran aqressiv formada onları və ətrafda olan şəxsləri saymaraq ucadan nalayiq ifadələr işlətməyə, “öldürəcəm səni” deməklə onu öldürməklə və ona xəsarət yetirməklə hədələməyə davam etmişdir. Daha sonra polis əməkdaşları Kamranın ucadan nalayiq ifadələr işlətməsini, ictimai qaydanı pozmasını, mağazasının pəncərəsini sındırmasını görüb hadisə yerinə gəlmişlər. Ondan nə baş verməsini soruşduqda o, polis əməkdaşlarına hadisə barədə danışmışdır. Bundan sonra təcili tibbi yardım xidmətinə müraciət edilmiş və o, Şəki MRX-yə aparılmışdır. Hadisə zamanı Kamranla hər hansı söz söhbəti olmuş, nə də ki, o, həmin gün Kamranıgörməmişdir. Kamran özü qəflətən onun yaşadığı evə gəlib, onu küçəyə çağırıb, onu səbəbsiz yerə öldürəcəyini deyib döyərək mağazasının pəncərə və qapsını sındırmışdır. Həmçinin, H.S.Şirinov ifadəsində bildirmişdir ki, qeyd olunan hadisə xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində yaşadığı ünvanın qarşısında baş vermiş, təxminən 10 (on) dəqiqə davam etmişdir. Həmin vaxt əvvəlcə onların yanlarında və ya yaxınlıqlarında heç kim olmamışdır. Lakin, daha sonra səs-küyə anası Şahid4 və qohumu Şahid1 hadisə yerinə gəlmişdirlər. Bundan başqa Kamran söyüş söyüb səs küy salmaqla mağazasının pəncərələrini sındıran zaman yaxınlıqda olan tanımadığı xeyli şəxs toplaşıb baxmışlar. Lakin, hamı qorxduğu üçün heç kim yaxınlaşmamışdır. Hamısı Kamrandan qorxmuşdur. Lakin, söyüş söyüb səs küy salmaqla mağazasının pəncərələrini sındıran zaman bir neçə qonşusu qapıdan çıxıb hadisəyə baxmışdır. Lakin, hamı qorxduğu üçün heç kim yaxınlaşmağa cürət etmirdi. Bundan başqa aldığı xəsarətlərə görə həmin qonşuların və yaxınlıqda toplaşan adamların kim olduğunu dəqiq xatırlamır. Hadisə zmanaı Kamran ucadan nalayiq ifadələr işlətməklə onu öldürəcəyini, ona xəsarət yetirəcəyini deyib onu hədələmişdir. Kamranın səsinə ətrafdan xeyli insan toplaşmışdı. Onun “Hər iki ənsə-gicgah nahiyyolərinin travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi, dərialtı hematomaları, sağ dizin sıyrıqları” xəsarətlərini almağının səbəbi hadisə zamanı Təqsirləndirilən şəxs əlindəki beysbol çubuğıı ilə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməsidir. Hadisə zamanı və ya hadisədən əvvəl hər hansı bir səbəbdən Təqsirləndirilən şəxs və ya onun ailə üzvlərindən biri, yaxud bir neçəsi ilə mübahisəsi və ya ədavəti olmayıb. Hadisə zamanı Təqsirləndirilən şəxs onu vuraraq ona xəsarət yetirməsinin və onu öldürməklə hədələməsinin səbəbini bilmir. O, həmişə Təqsirləndirilən şəxs ilə mehriban münasibət saxlamışdır. O, hadisə baş verən tarixdə gecə saatlarında və ya başqa vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə və ya Kamranın valideynlərinin otağında olmamışdır. Hadisə nəticəsində onun əmlakına təxminən 400 (dörd yüz) manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyanlıq Kamranın atası tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin Kamranın müalicə alaraq tam sağalmasını istəyir. Üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun övladıdır və Elmanla birlikdə eyni ünvanda yaşayır. Göstərmişdir ki, Təqsirləndirilən şəxs da tanıyır, Kamran onun qonşusudur. Təqsirləndirilən şəxs yaşadığı ev ilə onun yaşadığı ev eyni küçədə yolun əks tərəflərində olmaqla bir-birinin qonşuluğunda yerləşirlər. xx.xx.2021- ci il tarixdə saat 10:00 radələrində o, yaşadığı evdə oğlu Zərərçəkmiş şəxs və qohumu Şahid1 ilə birlikdə olduğu vaxt evinin həyət qapısının zənginin çalındığını eşidib, oğlu Zərərçəkmiş şəxs qapıya çıxmasını xahiş etmişdir. Elman evin həyətinə çıxmış, bir qədər keçsə də Elman geri qayıtmamış və qəflətən küçədən nalayiq ifadələr eşidilməyə, səs-küy gəlməyə başlamış, Elmanın kömək çağırması eşidilmişdir. Həmin vaxt o, narahat olub nə baş verdiyini öyrənmək üçün evlərinin həyətyanı sahəsində yerləşən və arxa qapısı evlərinin həyətinə, ön qapısı isə küçəyə açılan, oğlu Elmana məxsus olan, “Elman şirniyyat evi” adlı şirniyyat mağazasının içərisindən keçib küçəyə çıxdığı zaman Elmanın küçədə mağazanın qarşısında yerdə uzanıqlı vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə əlində beysbol çubuğu ilə Elmanı vurduğunu görmüş və Elmanı öldürəcəyini dediyini eşitmişdir. O, Kamranın Elmanı həqiqətən də öldürə biləcəyini düşünüb qorxaraq həyəcanlandığından nə edəcəyini bilməmiş və ağlamağa başlamışdır. Bu vaxt qohumu İlqar Rəsulov da həmin yerə gəlmiş və Elmana yaxınlaşaraq Elmanı ayağa qaldırıb mağazanın içərisindən keçirərək evlərinə aparmağa başlamışdır. Həmin vaxt Kamran Elmanın ünvanına ucadan nalayiq ifadələr işlətməklə əsəbi halda mağazaya yaxınlaşıb əlindəki beysbol çubuğu ilə mağazanın giriş qapısının və pəncərələrinin şüşələrini sındırmağa başlamışdır. Həmin vaxt Kamran onları və ətrafda olan şəxsləri saymayaraq ucadan nalayiq ifadələr işlətməyə, Elmana “öldürəcəm səni” - deyərək Elmanı hədələməyə davam etmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və Elman polislərə hadisə barədə məlumat vermişdir. Bundan sonra təcili tibbi yardım xidmətinə müraciət edilmiş və Elman Şəki MRX-yə aparılmışdır. Sonradan o, Elmandan həmin vaxt Kamranın onu döyməsinin və mağazasının şüşələrini sındırmasının səbəbini soruşduqda, Elman ona Kamranın heç bir səbəb olmadan bu hərəkətləri etdiyini bildirmişdir. Həmçinin, Şahid4 ifadəsində bildirmişdir ki, qeyd olunan hadisə xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində yaşadığı ünvanın qarşısında baş vermiş, təxminən 10 (on) dəqiqə davam etmişdir. Hadisə zamanı o, qeyd eldiyi halların şahidi olmuşdur. Kamran küçədə söyüş söyüb səs küy salmaqla Elmanın mağazasının pəncərələrini sındıran zaman bir neçə qonşu qapıdan çıxıb hadisəyə baxsalar da hamı qorxduğu üçün heç kim yaxınlaşmamışdır. O, həmin vaxt həyəcanlı olduğuna görə həmin qonşuların və yaxınlıqda toplaşan adamların kim olduqlarını bilmir. Hadisə zamanı Təqsirləndirilən şəxs ucadan danışmaqla və söyüşlər söyməklə səs-küy salmışdır. Hadisə zamanı və ya hadisədən əvvəl oğlu Elmanın və ya onun hər hansı bir səbəbdən Təqsirləndirilən şəxs və ya onun ailə üzvlərindən biri, yaxud bir neçəsi ilə mübahisəsi və ya ədavətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rafıq oğlu digər şahidlərdən biri Şahid4 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021 -ci il tarixdə saat 09:00-dan xx.xx.2021 -ci il tarixdə saat 20:00-a qədər olan müddətdə xidmət yoldaşı Şahid3 ilə birlikdə Şəki şəhəri H.Əliyev-prospektində piyada marşrut üzrə xidmətdə olmuşdur. Həmin gün təxminən saat 10:00-11:00 radələrində küçədə xidmət apardığı zaman qəflətən şüşə qırılması səsləri, nalayiq ifadələr eşitmişlər və həmin səslər gələn tərəfə doğru getdikdə, uzaqdan şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs əlindəki ağacla “Elman şirniyyat evi” adlı şirniyyat mağazasının qapı və pəncərələrinin şüşələrini sındırdığını görüb həmin mağazaya yaxınlaşmışlar. Hadisə baş verən yerə çatan zaman mağazanın şüşələrini sındıran Təqsirləndirilən şəxs artıq orada olmadığını, ətrafda tanımadığı şəxslərin toplaşdıqlarını, mağazanın şüşələrinin sınmış vəziyyətdə olduğunu görüb, dərhal radiostansiya vasitəsilə manqa komandirləri Şahid6 məlumat vermişlər. Sonra həmin şirniyyat mağazasının sahibi olan, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs çağırıb nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, qonşusu Kamran onu beysbol çubuğu ilə döyüb və ona məxsus şirniyyat mağazasının qapı və pəncərələrinin şüşələrini sındırmışdır. Daha sonra onlar mağazadan küçəyə çıxdıqda, küçədə İbrahim adlı şəxs onlara yaxınlaşıb, qonşu olmasını bildirib, nə baş verməsi ilə maraqlandıqda, İbrahimə Kamran adlı şəxsin “Elman şirniyyat evi” adlı mağazanın qapı və pəncərəsinin şüşələrini sındırdığını, həmin şirniyyat evinin sahibi Elman adlı şəxsi döydüyünü bildirmişdir. İbrahimdən Kamran adlı şəxsin harada olduğunu soruşduqda, İbrahim adlı şəxs onlara Kamranın atası olduğunu və Kamranın hazırda yaşadıqları evdə olduğunu bildirmişdir. Bundan sonra İbrahim adlı şəxs evə gedib, Kamranla birlikdə küçəyə çıxmış və xidmət yoldaşları X15 Rayon Xəstəxanasına aparmışlar. Onlar isə xidmət yerlərində xidmətlərinə davam etmişdirlər. Həmçinin, Şahid2 ifadəsində bildirmişdir ki, qeyd olunan hadisə xx.xx.2021-ci il tarixdə təxminən saat 10:00-11:00 radələrində ünvan 3 ünvanının qarşısında küçədə baş vermişdir. O, hadisə zamanı həmin prospektdə hadisə yerindən təxminən 40-50 metr məsafədə olduğuna görə hadisəni uzaqdan görmüşdür. Təqsirləndirilən şəxs ucadan danışmaqla və ya söyüşlər söyməklə səs-küy salmışdır. Hadisə zamanı hadisə yerinə səsküyə tanımadığı müxtəlif şəxslər toplaşmışdılar. Hadisə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına hər hansı şəkildə müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər şahidlərdən biri Şahid2 ilə oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 09:00-dan xx.xx.2021-ci il tarixdə saat 20:00-a qədər olan müddətdə xidmət yoldaşı Sakit Məmməcov ilə birlikdə Şəki şəhəri, H.Əliyev prospektində avtopatrul marşrutu üzrə xidmətdə olnuşdur. Həmin gün təxminən saat 10:00-11:00 radələrində küçədə xidmət apardıqları zaman Şəki şəhəri, H.Əliyev prospektində xidmət aparan polis nələri Şahid2 radiostansiya vasitəsi ilə H.Əliyev prospektindəki “Elman şirniyyat evi” adlı mağazanın qarşısına yaxınlaşmaqlarını bildirmiş və onlar dərhal həmin yerə yaxınlaşmışlar. Onlar həmin yerə çatdıqda, “Elman şirniyyat evi” adlı şirniyyat mağazasının qapı və pəncərələrinin şüşələrinin sınmış vəziyyətdə olduğunu görmüşlər. Daha sonra şirniyyat mağazasının sahibi olan, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs çağırıb ondan nə baş verdiyini soruşduqda, Zərərçəkmiş şəxs bildirmişdir ki, qonşusu Kamran onu beysbol çubuğu ilə döyüb və ona məxsus şirniyyat mağazasının qapı və pəncərələrinin şüşələrini sındırmışdır. Daha sonra onlar mağazadan küçəyə çıxdıqda, küçədə İbrahim adlı şəxs onlara yaxınlaşıb, qonşu olmasını bildirib, nə baş verməsi ilə maraqlandıqda, həmin şəxsə Kamran adlı şəxsin “Elman şirniyyat evi” adlı mağazanın qapı və pəncərəsinin şüşələrini sındırdığını, həmin şirniyyat evinin sahibi Elman adlı şəxsi döydüyünü bildirib, Kamran adlı şəxsin harada olduğunu soruşduqda, İbrahim adlı şəxs Kamranın atası olduğunu və Kamranın hazırda yaşadıqları evdə olduğunu bildirmişdir. Bundan sonra ibrahim adlı şəxs evə gedib, Kamranla birlikdə küçəyə çıxmış və onlar X15 Rayon Xəstəxanasına aparmışlar. Xəstəxanada Kamrana tibbi yardım göstərildikdən sonra Kamran Şəki şəhər Polis Şöbəsinə gəlmiş, onlar isə xidmət yerlərində xidmətlərinə davam etmişlər. Həmçinin, Şahid5 ifadəsində bildirmişdir ki, qeyd olunan hadisə xx.xx.2021-ci il tarixdə təxminən saat 10:00-11:00 radələrində ünvan 4 ünvanının qarşısında küçədə qarşısında baş vermişdir. O, hadisə zamanı hadisə yerində olmadığına görə hadisəni görməmişdir. Hadisə zamanı hadisə yerinə tanımadığı müxtəlif şəxslər toplaşmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına hər hansı şəkildə müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 digər şahidlərdən biri Şahid5 ilə oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti üzrə şahid qismində dindirilən X11 göstərmişdir ki, 3 müharibənin – Əfqanıstan, İ Qarabağ və Vətən Müharibəsinin iştirakçısı olmaqla qazidir. Mahiyyəti üzrə bildirmişdir ki, Kamrangillə qonşudurlar. Kamranda müəyyən problemlər olmasını, onun X3 yataraq müalicə almasını bilmişdir. Kamran bir neçə dəfə ona demişdir ki, güya onların evlərinə girb atasının, anasının otağına keçir. Bununla bağlı Kamran ona iradlar bildirmişdir. Ona demişdir ki, “səni öldürəcəm”. Bununla bağlı Kamranın atası İbrahimlə danışmışdır. İbrahim də demişdir ki, Kamranı müalicə etdirəcəkdir. Lakin 2022-ci ilin fevral ayının əvvəlində Kamranın Şəki şəhərində ona məxsus Çörək sexinin yanında əlində plastik qabla o yana bu yana getdiyini görmüşdür. Kamranın psixi müalicə almasını bildiyindən onun hərəkətlərinə diqqət etmişdir. Kamran ona sexini yandırması ilə hədələmişdir. Bundan sonra onun üstünə qışqırmış və Kamran oradan uzaqlaşmışdır. Bir dəfə də Kamranın əlində bıçaq olduğunu görmüş və yenə də onun üstunə qışqırmışdır. Lakin Kamran üzərinə gəldikdə qışqıraraq səs-küy salmış və hadisə yerinə polislər gəlmişdir. Polis şöbəsinə gedərək Kamrandan şikayətçi olması barədə ərizə yazmışdır. Ona görə də Kamran barəsində CM-nin 134-cü maddəsi üzrə cinayət işi başlanmışdır. Lakin Kamranın anasının xahişindən sonra şikayətini geri götürmüşdür. Lakin bundan bir müddət sonra Kamran qazi yoldaşlarının yanında küçədə onun anasının-bacısının ünvanına nəlayiq ifadələr işlətmişdir. Göstərmişdir ki, Kamranın bu hərəkətləri ilə bağlı qonşularla birlikdə müxtəlif hüquq mühafizə orqanlarına şikayətlər ünvanlamışdır. Bu barədə İbrahimlə dəfələrlə danışmışdır. İbrahim demişdir ki, “deyəsən uşaq “patı” “şüşə” çəkir, gərək müalicə etdirəm”. Həmçinin göstərmişdir ki, Kamran digər qonşulara qarşı da analoji hərəkətlər etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə mütəxəssiz qismində dindirilən Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi X8 ona ünvanlanan suallara cavabında göstərmişdir ki, hal-hazırda Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışır. Bildirmişdir ki, K.Abdukərimlini tanıyır. Belə ki, K.Abdukərimli 2020-ci ildən etibarən “Paranoid şizofreniya F-20.0” diaqnozu ilə Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. Həmçinin 2021-ci ilin noyabr ayından etibarən 3 ay müddətində xəstəxanada stasionar da müalicə almışdır. Göstərmişdir ki, Paranoid şizofreniya elə xəstəlikdir ki, həmin xəstəlik bəzi insanlarda ildə 1-2 dəfə, bəzilərində isə 5- 6 və daha çox dəfə kəskinləşir. Əgər xəstədə kəskinləşmə baş verərsə həmin xəstəni Şəki rayon Psixiatriya Xəstəxanasında saxlamaq səlahiyyətləri olmur. Qeyd etmişdir ki, ümumiyyətlə “Paranoid şizofreniya” xəstəsi olan şəxs artıq hər hansı cinayət əməlinə yol vermişdirsə onun müalicəsi bir mənalı olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X10 Şəxsində aparılmalıdır. Həmin şəxslərin Şəki rayon Psixiatriya Xəstəxanasında müalicəsi mümkün deyil. Beləliklə də bu əməllərə yol vermiş xəstələr Respublika Psixiatriya Xəstəxanasının həkimləri tərəfindən 6 aydan bir müayinə olunur və onların daha ağır və ya daha yüngül rejimdə məcburi müalicə alması məqsədilə Sabunçu rayon məhkəməsinə təqdimatlar verilir. K.Abdukərimli də 6 aylıq müalicə kursu keçdikdən sonra onun məcburi ambulatoriya müşahidəsi altında psixi müalicə alması müəyyənləşdirilə bilər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş işdə olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxışın keçirilməsi haqqında protokolundan görünür ki, Şəki şəhəri, H.Əliyev prospektində yerləşən “Elman şirniyyat evi” şirniyyat mağazasının pəncərələri sındırılmışdır. İşdə olan daxil olmuş əməliyyat tapşırığının cavabında qeyd edilmişdir ki, əməliyyat tapşırığının icrası istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlər edilmişdir. Zərərçəkmiş şəxs Seyran oğlu ilə Təqsirləndirilən şəxs arasında cari dövrdə, yaxud əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizanın 03 fevral 2021-ci il tarixli, 52 №- li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş “Hər iki ənsə-gicgah nahiyyələrinin travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi, dərialtı hematomaları, sağ dizin sıyrıqlan” xəsarətləri bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2021-ci il tarixinə uyğundur, xəsarətlərin döyülmə zamanı ağac parçasının təsirindən əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş işə əlavə edilmiş Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 464 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Paranoid şizofreniya F-20.0” diaqnozu ilə Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. İşdə olan Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(075)-48/2022-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17.05.2-22-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə Təqsirləndirilən şəxs barəsində olan arayış və xasiyyətnamədən görünür ki, o, həqiqətən də ünvan 6 ünvanında qeydiyyatdadır, yaşadığı müddət ərzində “Şərbablar” Məhhəllə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə əldə edilmiş stasionar məhkəmə psixatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 77 saylı ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Paranoid şizofreniya” formasında xroniki psixi xəstəlik müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittham edilən cinayət əməlini törədərkən keçirdiyi “Paranoid şizofreniya” xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Bunda görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində Anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da onda qeyd olunan “Paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində öz hərkəılərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Hal- hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacının yarandığı müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə formasında tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. İşdə olan Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(075)-78/2022-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsi kimi təhlükəsizlik tədbiri seçilməklə o Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X10 Şəxsinə yerləşdirilmişdir. İşdə olan Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(075)-79/2022-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət-prosessual fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin olunmuş məhkəmə-soyuq silah ekspertizanın 27 iyul 2022-ci il tarixli, 17/571 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, beyzbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. Ekspertiza xərci 30.60 manatdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 245 №-li məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən “Kanabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, asılılıq sindromu” diaqnozu üzrə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 iyul 2022-ci il tarixli, 4015 saylı qərardan görünür ki, X4 cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halında qiymət verərək həqiqətən də ictimai təhlükəli əməlin törədilməsi və həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 464 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Paranoid şizofreniya F-20.0” diaqnozu ilə Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 77 saylı ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Paranoid şizofreniya” formasında xroniki psixi xəstəlik müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittham edilən cinayət əməlini törədərkən keçirdiyi “Paranoid şizofreniya” xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Bunda görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində Anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da onda qeyd olunan “Paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində öz hərkəılərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Halhazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacının yarandığı müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə formasında tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ümumi tipli psixiatriya stasionarında məcburi müalicədir. Həmin Məcəllənin 97.1-ci maddəsinə görəpsixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasn intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri-digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini və onun məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olmasını sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(075)-48/2022-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(075)-79/2022-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayətprosessual fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(075)-78/2022-saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsi kimi təhlükəsizlik tədbiri seçilməklə o Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X10 Şəxsinə yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan saxlanılması üçün Şəki ŞRPŞ-nin Təminat Hissəsinə təhvil verilmiş hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 01 ədəd beysbol çubuğu qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, iş üzrə 30.60 mаnаt məbləğində ekspertizа xərci dövlət büdcəsi hesabına aid edilməlidir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş 400 manat maddi ziyanın tamamilə ödənilməsi, mülki iddianın, üzərinə həbs qoyulacaq əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348-ci və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad olunsun və barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X10 Şəxsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan saxlanılması üçün Şəki ŞRPŞ-nin Təminat Hissəsinə təhvil verilmiş hadisə yerinə baxış zamanı hadisə yerindən götürülmüş 01 ədəd beysbol çubuğu qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş 400 manat maddi ziyanın tamamilə ödənilməsi, mülki iddianın, üzərinə həbs qoyulacaq əmlakın olmaması nəzərə alınsın. İş üzrə 30.60 mаnаt məbləğində ekspertizа xərci dövlət büdcəsi hesabına aid edilsin. Qərardan elan olunduğu 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar