Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-86/2021 08.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1974-cü ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, 20 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməlini törətmişdır. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 27 ədəd soyuq silahı əldə edib gəzdirərək yaşadığı ünvan 1 ünvanında saxlamış, sonradan 2020-ci ilin dekabr ayınn sonlarında həmin 27 ədəd soyuq silahın 13 ədədin yaşadığı evdən kağız qutuya yığıb qanunsuz olaraq gəzdirərək aparıb Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən işlədiyi avtomobil təmir sexində gizlədərək saxlamış, 19 iyun 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin gün keçirilən əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı evin aynabəndindəki servantın içərisindən 2 ədəd, servantın siyirməsindən 4 ədəd, yataq otağındakı termonun siyirməsindən 5 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçaqları, qonaq otağındakı paltar şkafının üstündən 3 ədəd deşici xassəyə malik olub, kustar üsulla hazırlanmış soyuq silah hesab edilən atıcı xəncər aşkar edilərək götürülmüş, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq 20 iyun 2021-ci il tarixdə saat 02:00 radələrində onun işlədiyi Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən avtomobil təmir sexinə baxış keçirilmiş, baxış zamanı həmin avtomobil təmiri sexindəki kağız qutunun içərisindən 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, «Kalaşnikov» konustruksiyalı avtomat silahın, funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan soyuq silah hesab edilən süngü bıçaq, 11 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçaqları, 1 ədəd əldəqayırma üsulu ilə hazırlanmış deşici xassəyə malık, üzərində düzəlişlər edilməyən atipik soyuq silah olmaqla cəmi 27 ədəd qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən «Səma petrol» yanacaq doldurma məntəqəsinin aşağı hissəsində atasından qalma avtomobil təmiri sexində fərdi qaydada çilingər kimi işləyir. Əvvəllər isə ticarətlə məşğul olmuşdur. Özü bıçaq həvəskarı olduğu üçün hərdən «Sədərək» bazarına gedəndə orada bıçaq satıldığını görəndə xoşu gələn bıçaqlardan almışdır. Bundan başqa Bakı şəhərində yerləşən suvenir mağazalarından da müxtəlif vaxtlarda bıçaqlar almışdır. Aldığı həmin bıçaqları yaşadığı evdə yataq otağında qutuda saxlamışdır. 2020-ci ilin dekabr ayının sonlarında evində saxladığı həmin bıçaqların çox hissəsini kağız qutuya yığıb işlətdiyi avtomobil təmiri sexinə aparıb həmin sexdəki divanın yan tərəfində yerə qoymuşdur. Bıçaqların suvenir kimi olanlarını isə yaşadığı evin aynəbəndində şifonerin içərisinə və siyirməsinə, qonaq otağında olan paltar şkafının başına və yatdığı otaqdakı termonun içərisinə qoyub saxlamışdır. Bundan başqa ibadətlə məşğul olur, 15-16 il olar ki, namaz qılır. Ona görə Bakı şəhərinə gedəndə oradan dini kitablar alıb evdə boş vaxtlarında oxumuşdur. Bundan başqa özünə məxsus bir ədəd 12 kalibirli tək lülə ov tüfəngi, iki ədəd tir tüfəngi, oğlu Ayxana məxsus isə bir ədəd qoşa lüləli ov tüfəngi vardır. Həmin tüfəngləri yaşadığı evin qonaq otağındakı dəmir seyfdə saxlamışdır. 19 iyun 2021ci il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı evin həyətində olan zaman həyət qapısı döyüldüyünü eşidib gedib qapını açıb çölə çıxmış və evinin qarşısında küçədə bir neçə nəfər mülki geyimdə və polis geyimində olan şəxslərin dayandıqlarını görmüşdür. Həmin şəxslər özlərini ona təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra özünü ona təhqiqatçı kimi təqdim edən Natiq adlı şəxs bildirmişdir ki, yaşadığı evdə soyuq silah və dini kitablar əldə etməsi və saxlaması barədə onlara məlumat daxil olub, ona görə yaşadığı evin həyətinə və evinə baxış keçirmək istəyirlər. Həmin vaxt bir söz tapa bilmədiyi üçün polis əməkdaşlarına evində və işlədiyi avtomobil təmir sexində suvenir kimi bir neçə bıçaq saxladığını etiraf etmişdir. Sonra özünün könullü razılığı və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə, həyətindəki tikililərə və evinə baxış keçirilməsi barədə ərizə verdikdən sonra polis əməkdaşları, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evinin aynəbəndindəki kitab rəfindən 111 ədəd dini kitablar, şifonerdə qabların arasına qoyduğu 02 ədəd, şifonerin siyirməsindən 04 ədəd, qonaq otağındakı paltar şkafının üstündən 3 ədəd və yataq otağındakı teromonun siyirməsindən 5 ədəd olmaqla cəmi 14 ədəd müxtəlif ölçülərdə bıçaqlar aşkar olunmuşdur. Sonra polis əməkdaşları ona evində başqa soyuq silah olub-olmadığını soruşduqda polis əməkdaşlarına yaşadığı evdə qonaq otağında dəmir seyfdə özünə və oğluna məxsus ov tüfəngləri olduğunu bildirmiş və qonaq otağındakı seyfi açıb oradan 2 ədəd tir tüfəngini, 1 ədəd 12 çaplı təklülə ov tüfəngini və 1 ədəd 16 çaplı qoşalülə ov tüfəngini, 07 ədəd 16 kalibrli, 02 ədəd 12 kalibrli patoronları, 2 ədəd fişəng patronların çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi silahlar, patronlar və dini kitablar onun, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra yaşadığı evin bütün otaqlarına, həyətindəki tikililərə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra o, polis işçiləri və hal şahidləri ilə birlikdə polis şöbəsindən çıxıb Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən «Səma petrol» yanacaq doldurma məntəqəsinin aşağı hissəsində yerləşən atasından qalma avtomobil təmiri sexinə getmişlər. Həmin sexə onun, hal şahidlərinin və polis işçilərinin iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı işlədiyi avtomobil təmiri sexindəki divanın yanındakı kağız qutudan 55 ədəd müxtəlif ölçülərdə bıçaqlar aşkar olunmuş və onun, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, daha sonra soyuq silahın satışı ilə məşğul olmadığını, evindən aşkar olunmuş bıçaqları suvenir kimi aldığını bildirmişdir. Göstərmişdir ki, yaşadığı evdə bıçaq saxlamasından oğlu Ayxanın və arvadının məlumatı olmuş, lakin başqa heç kimin məlumatı olmamışdır. Qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təzyiqə məruz qalmamışdır. Evində aşkar olunmuş bıçaqların soyuq silah olmasını bilməmiş, həmin bıçaqları müxtəlif vaxtlarda təxminən 20-25 il bundan əvvəl «Sədərək» və «Binə» bazarlarından tanımadığı adamlardan, xatırlamadığı qiymətlərə almışdır. 2020-ci ilin dekabr ayında televizora baxan zaman kriminal verilişdə bir şəxsin üzərindən evində olan bıçaqlara oxşayan bıçaqlardan çıxdığı üçün onun tutulduğunu görmüş, ona görə evində olan bıçaqların çox hissəsini yəni 55 ədədini kağız qutuya yığıb aparıb işlədiyi avtomobil təmiri sexinə qoymuşdur. Bildirmişdir ki, evində ibadətlə məşğul olsada, heç vaxt dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məlumat materiallarını yaymamış və ya satmamışdır. Azərbaycan Respublikası Konustitusiyasına və qanunvericiliyinə zidd olan açıq çağırışlar etməmiş, eləcədə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verməmişdir. Təklülə ov tüfəngini Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ovçular mağazasından 15 il əvvəl almış, həmin ov tüfənginin sənədinin olduğunu bildirmişdir. 2 ədəd tir tüfənglərini də 10 il əvvəl həmin mağazadan birini 180 manata almışdır. Qoşa lülə ov tüfəngini isə Şəki ovçular mağazasından 2019-cu ildə almışdır. Həmin ov tüfəngi oğlunun adına olmuş, evindən akşar olunmuş 12 və 16 kalibrli patronları 2019-cu il tarixdə Şəki şəhərindək ovçular mağazasından alınmışdır. 2 ədəd fişəng patoronları özünün toyundan qalmışdır. Həmçinin təxminən 1-2 il bundan əvvəl özünün işlədiyi sexdə kustar üsulla bıçaq hazırladığını bildirmişdir. Əməlindən peşmandır. Himayəsində xəstə anası var. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 19.06.2021-ci il tarixdə ona ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq dini ədəbiyyatlar və soyuq silah hesab edilən bıçaqlar saxlaması barədə əməliyyatı məlumatı daxil olmuşdur. Ona görə daxil olmuş məlumatın yoxlanılması üçün 19 iyun 2021-ci il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Natiq Əzimova həvalə edilmişdir. 19 iyun 2021-ci il tarixdə saat 21:30 radələrində Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, əməliyyat müvəkkili Şahid3 və təhqiqat bölməsinin təhqiqatçısı Natiq Əzimovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanın qarısına gəlmişlər. Əvvəlcə baxışda hal şahidi qismində iştirak etmək üçün iki hal şahidi də dəvət etmişlər. Hal şahidləri gələndən sonra təhqiqatçı qarşısında dayandıqları Qorxmazın evinin həyət qapısını bir neçə dəfə döymüşdür. Təxminən 2-3 dəqiqədən Qorxmaz küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs küçəyə çıxandan sonra təhqiqatçı ona özünü təqdim edib polis əməkdaşı olduğunu və onun yaşadığı evdə qanunsuz olaraq dini ədəbiyyatlar və soyuq silah hesab edilən bıçaqlar saxlaması barədə onlara məlumat daxil olduğunu bildirmişdir. Bu zaman Qorxmaz bir anlıq duruxmuş sonra təhqiqatçıya evində dini kitablar, həmçinin bıçaqlar olduğunu etiraf etmişdir. Sonra Təqsirləndirilən şəxs könullü razılığı və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə, həyətindəki tikililərə və evinə baxış keçirilməsinə razı olması barədə ərizə vermişdir. Təhqiqatçı əvvəlcə Qorxmazdan hal şahidlərinə və digər iştirakçılara baxışda iştirakına etirazının olubolmadığını soruşmuşdur. Qorxmazda iştirakçılara etirazının olmadığını demişdir. Bundan sonra baxış başlanmışdır. Baxış keçirilməzdən əvvəl təhqiqatçı hal şahidlərinə, eyni zamanda digər iştirakçılara hüquq və vəzifələrini izah etmişdir. Sonra təhqiqatçı onun, hal şahidlərinin, Qorxmazın özünün və əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakı ilə baxış keçirməyə başlamışdır. Baxış zamanı Qorxmazın evinin aynəbəndindəki kitab rəfindən müxtəlif adda 111 ədəd dini kitablar, şifonerdə qabların arasından 02 ədəd, şifonerin siyirməsindən 04 ədəd, qonaq otağındakı paltar şkafının üstündən 3 ədəd və yataq otağındakı termonun siyirməsindən 5 ədəd olmaqla cəmi 14 ədəd müxtəlif ölçülərdə bıçaqlar aşkar olunmuşdur.Təhqiqatçı sonra sorğu zamanı evində başqa soyuq silah olubolmadığını soruşduqda Qorxmaz onlara evinin qonaq otağındakı dəmir seyfdə özünə və oğluna məxsus ov tüfəngləri olduğunu bildirmişdir. Daha sonra Teymur qonaq otağındakı seyfi açıb oradan 2 ədəd tir tüfəngini, 1 ədəd 12 çaplı təklülə ov tüfəngini və 1 ədəd 16 çaplı qoşalülə ov tüfəngini, 07 ədəd 16 kalibrli, 02 ədəd 12 kalibrli patoronları, 2 ədəd fişəng patronlarını və 26 ədəd alışdırıcı kapsulları çıxarıb təhqiqatçıya təqdim etmişdir. Baxış zamanı Qorxmazın evindən aşkar olunmuş 111 ədəd dini kitablar, 14 ədəd mütəlif ölçülü bıçaqlar, 2 ədəd tir, 2 ədəd ov tüfəngləri, 2 ədəd fişəng patronları, 09 ədəd ov tüfəngi üçün nəzərdə tutulmuş patronlar və 26 ədəd alışdırıcı kapsullar təhqiqatçı tərəfindən onun, Qorxmazın özünün, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakı ilə qablaşdırılb möhürlənərək götürülmüşdür. Bundan sonra Qorxmazın yaşadığı evin bütün otaqlarına, həyətindəki köhnə tikililərə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Qorxmaz baxış zamanı işlədiyi avtomobil təmir sexində də bıçaqlar saxladığını bildirdiyi üçün hal şahidləri, Qorxmazın özü, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la birlikdə onun işlədiyi Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən «Səma petrol» yanacaq doldurma məntəqəsinin aşağı hissəsində yerləşən avtomobil təmiri sexinə gəlib həmin sexə baxış keçirmişlər. Baxış zamanı Qorxmazın işlədiyi avtomobil təmiri sexindəki divanın yanındakı kağız qutudan 55 ədəd müxtəlif ölçülərdə bıçaqlar aşkar olunmuş və həmin bıçaqlar onun, hal şahidlərinin, Qorxmazın özünün və əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmçinin Şahid3 03.09.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. O ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 19 iyun 2020-ci il tarixdə saat 21:30 radələrində Şəki şəhəri, Bağbanlar küçəsi ilə şəhərin H.Əliyev prospektinin kəsişməsi istiqamətində piyada hərəkət edən zaman tanımadığı mülki geyimdə olan bir şəxs ona yaxınlaşıb özünü təqdim edib polis əməkdaşı olduğunu, bir şəxsin yaşadığı evə və evinin həyətinə baxış keçirmək istədiklərini, onun da orada hal şahidi qismində iştirak etməsini xahiş etdikdə razılaşmış və həmin polis əməkdaşı ilə birlikdə sonradan ona məlum olan ünvan 2 ünvanının qarşısına getmişdir. Sonra polis əməkdaşları başqa bir hal şahidi dəvət etmişlər. Həmin hal şahidi gələndən sonra özünü təhqiqatçı Natiq kimi təqdim edən şəxs ona və digər hal şahidinə qarşısında dayandıqları sonradan ona məlum olan Qorxmaz adlı şəxsin evini göstərib həmin evə və evin həyətyanı sahəsinə baxış keçirəcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı qarşısında dayandıqları Qorxmazın evinin həyət qapısını bir neçə dəfə döymüşdür. Təxminən 3-4 dəqiqədən Qorzxmaz adlı şəxs küçəyə çıxmışdır. Qorxmaz evinin qarşısına küçəyə çıxandan sonra təhqiqatçı ona özünü təqdim edib polis əməkdaşı olduğunu və onun yaşadığı evdə soyuq silah olan bıçaq və dini ədəbiyyat saxlaması barədə onlara məlumat daxil olduğunu demişdir. Qorxmaz təhqiqatçıya evində dini kitablar, həmçinin bıçaqlar olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs könullü razılığı və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə, həyətindəki tikililərə və evinə baxış keçirilməsinə razı olması barədə ərizə vermişdir. Təhqiqatçı əvvəlcə Qorxmazdan ona və digər hal şahidinə və digər iştirakçılara baxışda iştirakına etirazının olub-olmadığını soruşmuşdur. Qorxmazda iştirakçılara etirazının olmadığını demişdir. Bundan sonra baxış başlanmışdır. Baxış keçirilməzdən əvvəl təhqiqatçı ona və digər hal şahidinə, eyni zamanda digər iştirakçılara hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı onun və digər hal şahidinin, Qorxmazın özünün və polis əməkdaşlarının iştirakı ilə baxış keçirməyə başlamışdır. Baxış zamanı Qorxmazın evinin aynəbəndindəki kitab rəfindən müxtəlif adda 111 ədəd dini kitablar, şifonerdə qabların arasından 02 ədəd, şifonerin siyirməsindən 04 ədəd, qonaq otağındakı paltar şkafının üstündən 3 ədəd və yataq otağındakı teromonun siyirməsindən 5 ədəd olmaqla cəmi 14 ədəd müxtəlif ölçülərdə bıçaqlar aşkar olunmuşdur.Təhqiqatçı sonra sorğu zamanı evində başqa soyuq silah olub-olmadığını soruşduqda Qorxmaz polis əməkdaşlarına evinin qonaq otağındakı dəmir seyfdə özünə və oğluna məxsus ov tüfəngləri olduğunu bildirmiş və qonaq otağındakı seyfi açıb oradan 2 ədəd tir tüfəngini, 1 ədəd 12 çaplı təklülə ov tüfəngini və 1 ədəd 16 çaplı qoşalülə ov tüfəngini, 07 ədəd 16 kalibrli, 02 ədəd 12 kalibrli patoronları, 2 ədəd fişəng patronlarını və 26 ədəd alışdırıcı kapsulları çıxarıb təhqiqatçıya təqdim etmişdir. Baxış zamanı Qorxmazın evindən aşkar olunmuş 111 ədəd dini kitablar, 14 ədəd mütəlif ölçülü bıçaqlar, 2 ədəd tir, 2 ədəd ov tüfəngləri, 2 ədəd fişəng patronları, 09 ədəd ov tüfəngi üçün nəzərdə tutulmuş patronlar və 26 ədəd alışdırıcı kapsullar təhqiqatçı tərəfindən onun, digər hal şahidinin, Qorxmazın özünün və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Qorxmazın yaşadığı evin bütün otaqlarına, həyətindəki köhnə tikililərə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Qorxmaz baxış zamanı işlədiyi avtomobil təmir sexində də bıçaqlar olduğunu bildirdiyi üçün o, digər hal şahidi, Qorxmazın özü və polis əməkdaşları ilə birlikdə onun evindən çıxıb onun işlədiyi Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən «Səma petrol» yanacaq doldurma məntəqəsinin aşağı hissəsində yerləşən avtomobil təmiri sexinə gedib həmin sexə baxış keçirmişlər. Baxış zamanı Qorxmazın işlədiyi avtomobil təmiri sexindəki divanın yanındakı kağız qutudan 55 ədəd müxtəlif ölçülərdə bıçaqlar aşkar olunmuş və həmin bıçaqlar onun, digər hal şahidinin, Qorxmazın özünün və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunub, ucadan oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, daha sonra ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunda ifadə verərək Şahid4 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:00-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman evinin aynabəndindəki servantın içərisindən 2 ədəd, servantın siyirməsindən 4 ədəd, yataq otağındakı termonun siyirməsindən 5 ədəd, qonaq otağındakı paltar şkafının üstündən 3 ədəd müxtəlif ölçülü cəmi 14 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Həmçinin hadisə yerinə baxış keçirilməsi haqqında 20 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 20 iyun 2021-ci il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs işlədiyi Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən avtomobil təmir sexinə baxış keçirilmiş, baxış zamanı həmin avtomobil təmiri sexindəki kağız qutunun içərisindən 55 ədəd müxtəlif ölçülü bıçaqlar aşkar edilib götürülmüşdür. İşdə olan məhkəmə ballistik ekspertizasının 20 iyul 2021-ci il tarixli, 17/448 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən «1-5»-dək və «7-23»-dək rəqəmlərlə işarələnmiş 22 ədəd predmet zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarıdır, soyuq silah hesab edilirlər, üzərində sonradan düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilən «6» rəqəmi ilə işarələnmiş 1 ədəd predmet zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, «Kalaşnikov» konustruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan süngü bıçaqdır, soyuq silah hesab edilir, üzərində sonradan düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilən «24» rəqəmi ilə işarələnmiş qatlanan konustruksiyalı 12 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı ov bıçaqlarıdır, soyuq silah hesab edilmirlər, üzərində sonradan düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilən «25» rəqəmi ilə işarələnmiş qatlanan konustruksiyalı 13 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı turist bıçaqlarına uyğun gəlirlər, soyuq silah hesab edilmirlər, üzərində sonradan düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilən «26» rəqəmi ilə işarələnmiş qatlanmayan konustruksiyalı 10 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təsərrüfat təyinatlı bıçaqlardır, soyuq silah hesab edilmirlər, üzərində sonradan düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilən «27» rəqəmi ilə işarələnmiş qatlanmayan konustruksiyalı 3 ədəd predmet bıçaq formasında zavod üsulu ilə hazırlanmış, suvenir məmulatlardır, soyuq silah hesab edilmirlər, üzərində sonradan düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilən «28» rəqəmi ilə işarələnmiş 4 ədəd predmet qılınc formasında kustar üsulla hazırlanmış, suvenir məmulatlarıdır, soyuq silah hesab edilmirlər, üzərində sonradan düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilən «29» rəqəmi ilə işarələnmiş 3 ədəd predmet deşici xassəyə malik olub, kustar üsulla hazırlanmış atıcı xəncərdirlər, soyuq silah hesab edilirlər, üzərində sonradan düzəlişlər edilməmişdir. -Tədqiqata təqdim edilən «30» rəqəmi ilə işarələnmiş 1 ədəd predmet əldəqayırılma üsulu ilə hazırlanmış deşici xassəyə malik olub atipik soyuq silahdır, üzərində sonradan düzəlişlər edilməmişdir. Tədqiqatın dəyəri 61.20 manatdır. İşdə olan 10.07.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan “Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən 23.06.2021-ci il tarixdə verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan «Şəki Rayon Mərkəzi Xəstəxanası» X7 daxil olmuş 13.08.2021-ci il tarixli, 980 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Şəki Rayon Mərkəzi Xəstəxanası» X8 Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanasından daxil olmuş 10.08.2021-ci il tarixli, 794 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser mühahidəsində yoxdur. İşdə olan 01316 saylı “Şübhəli şəxsn tutulması haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuş, 22.06.2021-ci il tarixdə saat 22:55-də Şəki ŞRPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində çəkilməsi real olan cəza ilə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və onun şübhəli şəxs kimi tutulduğu müddət nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə onun üzərinə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan üzrə maddi sübut olan 27 ədəd soyuq silah olan bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə cəmi 61 manat 20 qəpik - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 20.06.2021-ci il tarixdən 22.06.2021-ci il tarixədək “şübhəli şəxs qismində tutulduğu” 2 gün müddət həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq səkkiz ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış səkkiz ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan üzrə maddi sübut olan 27 ədəd soyuq silah olan bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə cəmi 61 manat 20 qəpik - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-86/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-86/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver