Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-86/2022 28.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Şəki Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Resbublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X11 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta-ixtisas təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs o, 27 may 2022-ci il tarixdə saat 20:30 radələrində Şəki şəhəri Heydər Əliyev prospektində yerləşən, Şəki Nitq və X1rşısından keçən, yəni ictimai yer hesab edilən asfalt küçədə, küçə ilə keçən şəxslərin və avtomobillə hərəkətdə olan şəxslərin çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, 2013-cü ildən qeyri-rəsmi ailəli olduğu, Şəki şəhər sakini Zərərçəkmiş şəxs başqa şəxslərlə münasibətinin olduğunu cüzi səbəb kimi bəhanə edərək üzərinə hücum etmiş, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymamış təxminən 10 dəqiqə ərzində ucadan nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək sonuncunu yumruqla bir dəfə vurub yerə yıxmış, sonuncuya sol əlinin bir barmağının və sol bilək nahiyəsinin yumşaq toxumalarının əzilməsi, bağların gərilməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol çiyin qurşağının, sağ əlin ikinci barmağının sıyrıqları, təpə nahiyəsində tüklərin tük soğanaqları səviyyəsində qırılması kimi dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs yerdə olarkən isə telefonundakı zənglərə baxmaq məqsədi ilə telefonunu əlindən almaq üçün barmaqlarını arxaya burarkən 01 ədəd Vyetnamda istehsal edilmiş “Samsung A52” markalı, SM- A525F/DS modelli, 125 GB yaddaş tutumlu mobil telefonunu qəsdən sındırmış Zərərçəkmiş şəxs 350 manat məbləğində maddi ziyan vurmaqla qəsdən xuliqanlıq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla 11 ildir ki, ailə həyatı qurmuş və Bahar onun ikinci həyat yoldaşıdır. Lakin onunla birlikdə rəsmi formada nikahda olmamışlar. Bu birlikdən onların 2017-ci ildə Murad adlı bir övladları da anadan olmuşdur. Bildirmişdir ki, əvvəllər aralarında münasibət normal olmuşdur. Lakin sonradan münasibətləri Zərərçəkmiş şəxs ona xəyanət etməsinə görə, yəni ayrı-ayrı şəxslərlə münasibətdə olmasına görə pisləşməyə başlamışdır. Təxminən 3 ay əvvəl o, Baharın işləməsi üçün Şəki şəhərində “Lazer-epilyasiya” obyekti açaraq onun işləməsinə şərait yaratmış, daha sonra aralarında münasibətlər yavaş-yavaş pozulmuş və Bahar onunla soyuq hərəkət etməyə başlamışdır. Bundan sonra Bahar ondan ayrılmaq istədiyini söyləmişdir. O, isə onunla razılaşmamışdır. Bahar “Lazer-epilyasya” obyekti üçün olan aparatların pulunu verə bilməkdən ötrü işləmək üçün Bakı şəhərinə getməyini demişdir. O, buna etirazını bildirdikdə isə Baharla aralarında mübahisələr başlamışdır. Həmin vaxtdan sonra isə Bahar onun barəsində bir neçə dəfə polisə şikayət etmişdir. Bahar onun barəsində şər-böhtan xarakterli məlumatlar vermişdir. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Qurcana“ restoranında oturub yemək yemişdir. Bundan sonra Baharın qonşusu olan Səmayə xalaya zəng edərək Bahar ilə əlaqə saxlamasını və övladının onunla vaxt keçirməsinə icazə verməsini xahiş etmişdir. Həmin vaxt özünün gələ bilməyəcəyini, Baharın barəsində polisə şikayət edəcəyindən qorxduğu üçün uşağı götürmək məqsədilə taksi göndərmişdir. Təxminən 20 dəqiqə sonra taksi övladını oturduğu kafeyə gətirmişdir. Bir qədər vaxt keçirdikdən sonra Bahara xəbər göndərmişdir ki, işdən çıxan zaman övladı Muradı da aparsın. Dəfələrlə Bahar onun barəsində yalan şikayət etdiyinə görə ona yaxınlaşmamışdır. Saat təxminən 19:00 radələrində azyaşlı övladı Muradı aparıb Baharın işlədiyi yerə yaxınlaşmadan yola salmışdır ki, anasının yanına getsin. Bahar da həmin vaxt yolun o biri tərəfində olmuşdur. O, uşağı Bahara təhvil verdikdən sonra “Qurcana” restoranına qayıtmışdır. Oturduğu yerə geri qayıdıb yenidən həmin stolda əyləşəndə restoranda olan tanışları demişlər ki, heyf bu uşaqdan, uşağı da yazıq eləmisiniz, barışın getsin. O, isə demişdir ki, barışmır, uşağı ilə bir həftədən bir belə vaxt keçirəcək, ancaq barışmayacaq. Əvvəlki ailəsini geri gətirəcək. Bu söhbətdən təxminən 1 saat yarım sonra, yəni təxminən 20:30 radələrində o, restorandan çıxıb taksi ilə üzü Zaqatala şəhəri istiqamətində getməyə başlamışdır. Biləcik kəndinə, uşaqlarının yanına getmək istəmişdir. O, taksi ilə H.Əliyev prospekti ilə gedərkən “Ümid” aptekin yanında oğlu Muradın arxı keçdiyini və avtomobil yolu ilə qaçdığını görmüşdür. Uşağın arxasınca Baharın iş yoldaşı Gülnarənin qışqıra-qışqıra qaçdığını görmüş, Baharın da qulağında telefonla gülə-gülə getdiyini görüb taksini saxlatmışdır. O, maşını saxladan kimi Muradı çağırmış və demişdir ki, hara qaçırsan? Həmin vaxt Bahar telefonu qulağından götürüb Muradın dalınca qaçmışdır. O, Muradı görəndə Murad da onu görüb demişdir ki, “dədə məni də maşınla apar”. O da azyaşlı oğluna “gəl otur aparım” dedikdə Murad demişdir ki, “mama da gəlsin”. O da “gəlsin də” deyəndə Bahar demişdir ki, “yox mən gəlmirəm”. Bu vaxt uşaq yaxınlaşıb gəlib onun sol əlindən tutmuş, o da Bahargilə demişdir ki, “siz gedin, mən Muradı özüm evə aparıram”. Həmin vaxt Bahar sol əli ilə Muradın sağ əlindən tutub demişdir ki, “lazım deyil, özümüz gedirik, işimiz var” deyib uşağı onun əlindən almaq istəmişdir. Murad isə dəfələrlə demişdir ki, onunla getmək istəyir. O, həmin vaxt hirslənib Muradı Baharın əlindən almaq məqsədilə onun barmaqlarını arxaya qatlamışdır ki, uşağı onun əlindən alsın. Uşağı gah bir tərəfə, gah da bir tərəfə çəkmişlər. Həmin vaxt Bahar qışqırıb səs-küy salmağa başlamış və demişdir ki, “uşağı sənə vermirəm, heç məhkəmə də uşağı məndən ala bilməyəcək. Çıx get buradan yoxsa polis çağıracam”. Görmüşdür ki, uşaq ağlayır. Həmin vaxt Bahara demişdir ki, sən niyə qışqırırsan? Ona görə də Baharın əlini buraxmışdır. Sonra taksiyə əyləşib çıxıb Biləcik kəndinə, digər, boşandığı həyat yoldaşından olan uşaqlarını görməyə getmişdir. Təxminən 20 dəqiqə sonra Şəki ŞRPŞ-dən ona zəng gəlmiş, onu təhqiqatçı polis şöbəsinə çağırmışdır. Ancaq həmin gün gələ bilməmişdir. Bundan 2 gün sonra gəlib polis şöbəsində hadisə ilə bağlı izahat vermişdir. O, Baharı yerə yıxaraq zorla əllərini arxaya qatlayıb telefonu əlindən alarkən sol əlinə, sol biləyinə əzik və sıyrıqlar kimi xəsarətlər yetirməmiş, bütün bunların tamamilə yalan olduğunu, hadisə zamanı Baharı yumruqla vurub yerə yıxmadığını, hadisə zamanı Baharın ümumiyyətlə yerə yıxılmadığını və yerdə də xəsarətlər almadığını bildirmiş, Baharın sol əlini tutub arxaya qatlamış və uşağı əlindən almaq istəmişdir. Başqa Bahara heç nə etməmiş, Baharın başında olan tük seyrəkliyinin onun hadisədən əvvəl başında olan şişlərin əməliyyat etməsi ilə əlaqədar olmuş, həmin xəsarətin bu məsələyə heç bir aidiyyəti olmadığını, dediyi kimi həmin göstərilən xəsarətləri necə olub alması barədə heç nə deyə bilməz. Bahara hər hansı xəsarətlər yetirməmişdir. Bahar onu əvvəlki ailəsinə qayıtması üçün qısqanaraq onu şərləmişdir. Hadisə zamanı sərxoş olmamışdır. Hadisə ümumilikdə təxminən 3-5 dəqiqə müddətində davam etmişdir. Hadisə zamanı heç kimə qarşı nalayiq söyüşlər söyməmiş, sadəcə olaraq Bahara demişdir ki, ver uşağı aparım. Bahar isə qışqırıb demişdir ki, vermirəm. Hadisə zamanı orada o, Bahar, Gülnarə, azyaşlı oğlu Murad olmuşdur. Ətrafda tanımadığı şəxslər yolla keçmişlər. Camaat narahat olub onlar tərəfə baxmışlar. O da utandığından Bahara demişdir ki, sakit dur, adamlığın olsun, camaat bizə baxır. Yolla keçən maşınlar öz hərəkətlərinə davam etmişlər. Dayanmamışlar və heç kim onlara yaxınlaşmamışdır, onları bir-birindən heç kim ayırmamış, özü Baharın əlini buraxıb taksiyə oturub getmişdir. Hadisə zamanı Bahar onu vurmamışdır. O, hadisə zaman Zərərçəkmiş şəxs döyməmiş və onu qovmamışdır. O da ondan qorxub qaçıb kişi salonuna girməmişdir. Bu tamamilə yalandır. O, üzü Biləcik kəndinə gedəndə polis əməkdaşı Şahid1 yaşadığı evin qarşısında olmuş, Şahid1 hadisəni görmüşdür və ondan “Ramil nə xəbər var” deyə soruşmuşdur. O da demişdir ki, heç nə yoxdur. Göstərmişdir ki, dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etmiş, lakin zərərçəkmiş onunla barışmamışdır. Əməlindən peşimandır. Qeyd etmişdir ki, zərərçəkmiş şəxsin əsas istəyi ondan uzaq durmağıdır. Buna münasibət bildirərək göstərmişdir ki, onu narahat etməyəcəkdir. Əgər zərərçəkmiş şəxs ondan 500 metr aralı getməsini istəyirsə, ondan 500 metr yox 1000 metr aralı gedəcəkdir. Bildirmişdir ki, ailəlidir, himayəsində 3 az yaşlı övladları vardır. Buna görə də ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2013-cü ildən tanıyır. Onunla aralarında münasibət yaranmış, bir-birini sevib qeyri-rəsmi olaraq bir yerdə yaşamağa başlamışlar. Onun Ramillə olan qeyri-rəsmi münasibətlərindən 2017-ci ildə bir oğulları da olmuşdur. Onunla tanış olanda Ramilin rəsmi ailəsi olmuş, 2(iki) övladı da olmuşdur. Ancaq onun bundan sonradan xəbəri olmuşdur. Ramil qumarda pullar uduzmuş, həm də həmişə ondan pul almışdır, onu borca-xərcə salmışdır. Bununla bağlı aralarında problemlər yaranmışdır. Nəhayət bütün bu məsələlərdən boğaza yığılıb 2022-ci ilin yanvar ayında Ramildən ayrılmışdır. Ramil demişdir ki, ondan ayrılmaq istəmir, onun başqa şəxslərlə münasibətinin olduğunu və bu səbəbdən ayrıldığını deyib şərləmişdir. O, isə Ramilə heç kimlə münasibətinin olmadığını, ancaq Ramilin hərəkətlərindən bezdiyi üçün ondan ayrıldığını ona demişdir. Bütün bu aralarında olan problemlərlə bağlı Ramil bu vaxta kimi bir neçə dəfə onu döyüb xəsarət yetirmişdir. 2022-ci ilin yanvar ayından bəri bir neçə dəfə DİN-in 102 xidmətinə Ramilin onu döyməsi və hədələməsi ilə bağlı şikayət etmişdir. Sadəcə olaraq Ramilin Şəki ŞRPŞ-nə gətirib ya xəbərdarlıq, ya da cərimə edib buraxmışlar. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, 2021-ci ilin oktyabr ayından Şəki şəhərində, icarə əsasında işlədiyi “Miss Lazer” gözəllik salonundan çıaraq saat təxminən 20:00 radələrində piyada, yanında işləyən qız Şahid2 Möhlud qızı və azyaşlı, 5 yaşlı oğlu Muradla birgə M.F.Axundov parkının yanında olan paltar mağazasına getmişlər. Bundan sonra oradan yuxarı qalxıb H.Əliyev prospekti ilə üzü Şəki şəhəri istiqamətində piyada getməyə başlamışlar. O, mağazadan qalxanda hiss etmişdir ki, Ramil taksi ilə onların dalınca düşüb onları izləyir. Ancaq ona fikir verməmişdir. Fikirləşmişdir ki, yəqin ki, çıxıb gedər. Buna baxmayaraq Ramil getmədiyi üçün onun dostu, Natiq adlı Şəki şəhər sakininə zəng edib demişdir ki, Ramil onu izləyir, özü də sərxoşdur. Həm də Natiqə “bəs siz demişdiniz ki, o bir də mənim dalımca düşüb məni incitməyəcək. Mənə polisə getməməyimi demişdiniz”. Elə həmin Natiq adlı Ramilin dostu ilə telefonla danışarkən Şəki şəhəri, H.Əliyev prospektində olan Şəki X1rşısı ilə üzü Şəki şəhəri istiqamətində piyada getmişdir. Həmin vaxt Ramil taksidən düşüb arxadan ona tərəf qaçaraq üstünə hücum edib “lotu-potuyla danışırsan?” deyib ucadan nalayiq söyüşlərlə onu təhqir etməyə başlamışdır. Həmin vaxt kənardan yolla keçən tanımadığı 10-15 nəfərə yaxın şəxs narahat olub onlara tərəfə boylanmışlar. Yolda avtomobillərlə hərəkət edən şəxslər də maşınlarını saxlayıb onlar tərəfə baxmışdılar. Ramil onun danışmağına imkan vermədən camaatın gözü qarşısında yumruqla başının arxa hissəsindən bir dəfə vurub arxadan hər iki qolu ilə bədənindən tutub ayağı ilə badalaq vermiş və o, yerə yıxılmışdır. Həmin vaxt arxası üstə yerə yıxılanda başının arxası yerdə, piyada yolunda olan daş metlağa dəymişdr. O, yerə yıxılanda Ramil hər iki əli ilə onun telefonunu əlindən almaq istəmişdir. Ancaq o, telefonu hər iki əli ilə sinəsinə sıxıb ona vermək istəməmişdir. Bu vaxt Ramil əllərini arxaya qatlayıb telefonu əlindən almaq istəmiş və telefonu əyilmişdir. Əllərindən xəsarət almış, həmin vaxt Ramil telefonunu zorla əlindən alıb üzü “Ümid” apteki istiqamətində qaçmağa başlamışdır. O, həmin vaxt ayağa qalxıb Ramilin arxasınca getmək istəmişdir. Ramil təxminən 10 metr qaçmışdır ki, həmin vaxt tanımadığı bir cavan oğlan Ramili qollarından tutub saxlamış və onu yerə yıxıb telefonu əlindən almışdır. Sonra həmin şəxs ona yaxınlaşıb telefonu ona vermiş, o da üzü Univermaq tərəfə qaçmışdır. Qaçan vaxtı geriyə çevrilib baxanda görmüşdür ki, Ramil yenə onun arxasınca nalayiq söyüşlər söyərək gəlir. O, bilməmişdir ki, neyləsin. Ona görə də orada olan kişi bərbəri budkasına girmişdir. Girib içəridə dayanmış, kişi bərbəri budkasının içərisində 2 nəfər, bir bərbər, bir də müştərisi olmuşdur. O, içəriyə ani anda girəndə onlar çaşıb qalmışlar. Demişlər ki, nə olub? O, isə bərbərə demişdir ki, bir nəfər onu döyüb qovur, kömək eləsin. Həmin vaxt tanımadığı həmin kişi bərbəri çölə çıxmışdır ki, onu döyüb qovan şəxsin kim olduğunu bilsin. O, isə təxminən 3-4 dəqiqə içəridə dayanmışdır. Təxminən 3-4 dəqiqə sonra bərbər içəriyə gəldikdə ona demişdir ki, çıx ay xanım, gedibdir, qorxma. O da bundan sonra bərbərxanadan çıxmışdır. Küçəyə çıxanda görmüşdür ki, Gülnarə də onu çağırır. O, Gülnarəyə tərəf gedəndə o demişdir ki, Ramil çıxıb gedib, qorxma gəl. Gülnarəyə çatanda görmüşdür ki, polis əməkdaşı Şahid1 da oradadır. Gülnarə ona demişdir ki, Araz müəllim Ramili çağırıb, həmin vaxt isə Ramil qorxub taksiyə oturub qaçıb. Həmin vaxt orada Araz müəllim ona demişdir ki, nə məsələdir, nə olub? O, isə demişdir ki, Ramil onu döyüb, telefonunu da sındırıb. Bundan sonra Gülnarə çıxıb evlərinə getmişdir. O isə taksiyə oturub Şəki ŞRPŞ-nə gəlib Ramilin onu döyməsi barədə ərizə yazmışdır, həm də hadisə ilə bağlı izahat vermişdir. Həmin gün Ramil ondan sonra Azadə Kərimova adlı, gözəllik salonunda işləyən rəfiqəsinə zəng edib onu nalayiq söyüşlərlə söymüşdür, ona da pozğun olmasını demiş və şərləmişdir. O, Şəki ŞRPŞ-nə gəlib izahat verdikdən sonra evə qayıtmışdır. Sabahısı günü, yəni xx.xx.2022-ci il tarixdə Ramil ona istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng edib ölümlə hədələmişdir. Belə ki, Ramil ona demişdir ki, sənin üzünə “kislota” atacam, elə bilirsən ki, mən həbs olunub səni yaşadacammı? Onu öldürəcəyi ilə hədələmişdir. O da dəstəyi qoymuş və sonra DİN-in 102 xidmətinə zəng edərək Ramilin onu ölümlə hədələməsi barədə məlumat vermişdir. Sonra araşdırma zamanı o, məhkəmə-tibbi ekspertizada müayinə olunmuşdur. Müayinə zamanı xəsarətlərini ekspertə göstərmişdir. Başının arxa hissəsində də küt ağrılar olmuşdur. Başını da ekspertə göstərmişdir. Ola bilsin ki, konkret olaraq başının arxa hissəsində xəsarət olmadığı üçün ekspert həmin xəsarəti küt ağrı kimi qiymətləndirib qeyd etməmişdir. O, hadisə zamanı Ramili vurmamışdır. Heç onu vurmağa imkanı da olmamışdır. Ancaq qaçıb birtəhər canını ondan qurtarmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmuş, hadisə zamanı hər iki əlinin barmaqlarında xəsarətlər yaranmış, sol çiynində də xəsarətlər olmuş, başının təpə nahiyəsində, həmçinin bədənində xəsarətlər olmuşdur. Hadisədən sonra keçən 10 gün müddətində bədənində aldığı xəsarətlərdən göyərən hissələr də yaranmışdır. Belə ki, həmin göyərən hissələr bədəninin əsasən sol çiyin və sinəsinin sol hissəsində yaranmışdır. Hadisə ümumilikdə təxminən 10 dəqiqə müddətində olmuş, hadisə zamanı Ramil ucadan səs-küy salaraq ona qarşı nalayiq söyüşlər söymüşdür. Hadisə zamanı Gülnarə, azyaşlı oğlu Murad orada olmuşlar. Ramilin onu nalayiq söyüşlərlə söyməsini və onu döyməsini görüb oraya tanımadığı təxminən 10 nəfərdən çox adam narahat olub toplaşmışdır. Orada olan şəxslər, yəni Gülnarə və sairə şəxslər Ramili ondan ayırmağa çalışmışlar. Bildiyinə görə polis əməkdaşı Şahid1 da hadisəni əvvəlindən görmüşdür. Ramil Şahid1 görüb oradan qaçmışdır. Ancaq o, bərbərdən çıxdıqdan sonra Şahid1 hadisə yerində görmüşdür. Təqsirləndirilən şəxs ona həmin xəsarətləri hadisə zamanı yetirmişdir. Belə ki, sol əlinin İ barmağı və sol bilək nahiyəsində olan yumşaq toxumalarının əzilməsi, bağların gərilməsi, sağ əlin İİ barmağının sıyrıqları kimi xəsarətləri Ramil onu bir dəfə başından yumruqla vurub yerə yıxdıqdan sonra zorla əllərini arxaya qatlayıb telefonu alarkən yetirmişdir. Sol çiyin qurşağında olan sıyrıqları, həmçinin təpə nahiyəsində tüklərin tük soğanaqları səviyyəsində qırılması kimi xəsarətləri Təqsirləndirilən şəxs onu yumruqla vurub yerə yıxdıqda zərbənin təsirindən yerə yıxıldığı üçün almışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs onun başqa şəxslərlə danışdığını bəhanə edərək qısqandığı üçün telefonu onun əlindən almaq istəmişdir. Təqsirləndirilən şəxs zorla əlindən telefonu alanda telefonunu sındırmışdır. Ona “Samsung A52” markalı telefonunun sındırılmasına görə təxminən 240 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, o, sonradan telefonunun düzəldilməsi üçün nə qədər pul lazım olduğunu telefon ustasından soruşanda o bundan ötrü 240 manat pul lazım olduğunu demişdir. Göstərmişdir ki, Ramildən şikayətçidir. Ramilin onu narahat etməməsini, ondan uzaq durmasını tələb edir. Ona layiq olduğu ədalətli cəza təyin edilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin X5 sahə rəisi, polis leytenantı Şahid1 və Şahid2 ifadələrində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. İş materiallarında olan baxış keçirilməsi haqqında 29 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmiş, hadisənin ictimai yerdə, Şəki şəhəri Heydər Əliyev prospektində olan Şəki Bərpa və X2rşısında baş verdiyi, hadisə zamanı ətrafda müxtəlif şəxslərin olduğu müəyyən edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmiş, hadisənin ictimai yerdə, Şəki şəhəri Heydər Əliyev prospektində olan Şəki Bərpa və X2rşısında baş verdiyi, hadisə zamanı ətrafda müxtəlif şəxslərin olduğu müəyyən edilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli 9087 nömrəli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 20:25-də barəsində “polisin nəzarəti altına vermı” qətimakan tədbiri seçilərək Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən xx.xx.2022-ci il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2004-cü ildə Şəki ŞRPŞdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan araşdırma üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd eilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 3.700 manat cərimə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə ödənilməmiş cərimə cəzası 09 ay islah işləri 20% ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasını icra etmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 597 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının və PA birliyinin Şəki rayon şöbəsinin ekspertinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli 232 nömrəli rəyindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş xx.xx.2022-ci il tarixli 294 nömrəli məktubdan görünür ki, Şəki şəhəri S.Rəhman küçəsi ev 10/38-də yaşayan 1985-ci il təvəllüdlü İskəndərov X7 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda deyildir və müraciət etməmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının və PA birliyinin Şəki rayon şöbəsinin ekspertinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli 21/186 nömrəli canlı şəxsin ekspertizasına dair əlavə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol əlin İ barmağının və sol bilək nahiyəsinin yumşaq toxumalarının əzilməsi, bağlarının gərilməsi, sol çiyin qurşağının, sağ əlin İİ barmağının sıyrıqları, təpə nahiyəsində tüklərin tük soğanaqları səviyyəsində qırılması bərk-küt əşyanın təsirindən törənmişdir. Bu xəsarətlərdən: sol əlin İ barmağının və sol bilək nahiyəsinin yumşaq toxumalarının əzilməsi, bağlarının gərilməsi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sol çiyin qurşağının, sağ əlin İİ barmağının sıyrıqları, təpə nahiyəsində tüklərin tük soğanaqları səviyyəsində qırılması sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Yuxarıda qeyd edilən xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, özü-özünə yetirilməyə xarakterik deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4716 nömrəli ekspertiza rəyindən görünür ki,ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd, Vyetnamda istehsal edilmiş “Samsung A52” markalı, SM-A525F/DS modelli, 125 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 350 manat müəyyən olunur. Ekspertiza xərci 50 manat təşkil edir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli 185- 22563-1222 nömrəli cavabdan görünür ki, əməliyyat tapşırığı ilə bağlı tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca getdiyi taksinin sürücüsünün, sonuncunun hadisə zamanı qaçaraq girdiyi, “Univermaq” tərəfdə olan kişi salonunda olan bir nəfər kişi bərbərinin və onun müştərisinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin telefonunu aldıqdan sonra qaçarkən “Ümid” adlanan aptekin qarşısında onu saxlayıb yerə yıxıb telefonu əlindən alıb zərərçəkmiş şəxsə qaytaran, cavan yaşlarında olan şəxsin şəxsiyyətləri müəyyən edilmədiyi üçün istintaqa təqdim edilmələri mümkün olmamışdır. Zərərçəkmiş şəxs hadisə zamanı telefonla danışdığı, “Ramilin dostu” kimi təqdim etdiyi “Natiq” adlı şəxsin şəxsiyyəti əməliyyat yolu ilə müəyyən edilmişdir. Həmin şəxsin ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan X13 olduğu müəyyən edilmiş və dindirilməsi üçün istintaqa təqdim edilmişdir. Şəki şəhər sakinləri Şahid2 Möhlud qızı və X12 dindirilməsi üçün istintaqa təqdim edilmiş, lakin hadisə zamanı Təqsirləndirilən şəxs ucadan səs-küyünə və nalayiq söyüşlərinə oraya toplaşmış, avtomobili ilə hərəkətdə olarkən narahat olub dayanmış şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi mümkün olmadığından onların ifadələrinin alınması üçün istintaqa təqdim edilməsi mümkün olmamışdır. Hadisənin 10 dəqiqə müddətində baş verməklə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın və orada olan şəxslərin istirahətinin kobud surətdə pozulduğu, onun etdiyi qanunazidd hərəkətlərlə ətrafdakı şəxslərin narahatlığına səbəb olduğu müəyyən edilmişdir. İş materiallarında olan Şəki şəhəri İHB-nin “Dolmabaxçalar” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 135 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yaşayır və daimi qeydiyyatdadır. Daxil olmuş xasiyyətnamədən görünür ki, göstərilən ünvanda yaşadığı müddət ərzində Zərərçəkmiş şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Şəki şəhəri İHB-nin “Əşirlər” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 228 və 230 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır və daimi qeydiyyatdadır. Himayəsində 03 (üç) azyaşlı uşaqları vardır. Daxil olmuş xasiyyətnamədən görünür ki, göstərilən ünvanda yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşdə olan Şəki rayonu İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 987 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək ödənilməmiş cərimə cəzası aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 09 ay islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs iş yeri üzrə cəzasını icra etdiyi üçün xx.xx.2019cu il tarixdə Şəki rayonu İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Bu hal işdə olan Şəki rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 7(075)-70/2017 saylı qərarı ilə də müəyyən olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla onun Zərərçəkmiş şəxs zor tətbiq edib xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yeri olan ünvan 7 ünvanını tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Zərərçəkmiş şəxs baxış zamanı təqdim etdiyi 01 ədəd, 350 manat dəyərində, Vyetnamda istehsal edilmiş “Samsung A52” markalı, SM-A525F/DS modelli, 125 GB yaddaş tutumlu sındırılmış mobil telefon onun özünə qaytarılmalıdır. Zərərçəkmiş şəxs vurulmuş 350 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. 01 may 2012-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş hər hansı əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdə saat 20:35-dən xx.xx.2022-ci il tarixdə saat 20:25-dək həbsdə saxlandığı cəmi 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq yeddi ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş yeddi ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 7 ünvanını tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Zərərçəkmiş şəxs baxış zamanı təqdim etdiyi 01 ədəd, 350 manat dəyərində, Vyetnamda istehsal edilmiş “Samsung A52” markalı, SM-A525F/DS modelli, 125 GB yaddaş tutumlu sındırılmış mobil telefon onun özünə qaytarılsın. Zərərçəkmiş şəxs vurulmuş 350 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş hər hansı əmlakın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-86/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-86/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver