Məhkəmə qərarları › İş №1(075)-87/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-87/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-87/2022 21.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1996-cı il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(025)-45/2021 nömrəli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, "xxxx" MMC-də briqadir köməkçisi işləyən, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X2 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 125-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, o, “İnstagram” sosial şəbəkəsi vasitəsilə xx.xx.2022-ci il tarixdə tanış olduğu və həmin tarixdən etibarən sevgi və digər yaxın münasibətdə olduğu 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aralarındakı münasibətin 2022-ci ilin mart ayının sonlarından bitirməsi təklifi ilə razılaşmayaraq və Zərərçəkmiş şəxs buna dair istəyinə məhəl qoymayaraq razılığı olmadan məcburi qaydada onunla münasibətlərini davam etdirmək istəmiş, xx.xx.2022-ci il tarixdə saat 17:48-də və 18:36-da Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***- **-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə ona digər bir nəfər oğlanla olan 2 ədəd şəklini göndərərək sevgilisi olduğunu deməsi ilə münasibətlərini bərpa edə bilməyəcəyini bilib sonuncunun ondan ayrılmasının qarşısını almaq məqsədilə özündən asılı vəziyyətə gətirdiyi Zərərçəkmiş şəxs məxsus digər oğlanla qucaqlaşdığı 2 ədəd şəkli, həmçinin aralarında xx.xx.2022-ci il tarixdə olmuş cinsi əlaqə barədə məlumatları sonuncunun əri Şahid4 göndərəcəyi, bununla da onu rüsvay edəcəyini deyərək hədə-qorxu gəlmiş, həmin hədə-qorxunu reallaşdırmaq məqsədilə həmin tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs qonşusu Şahid3 “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə zəng edərək Şahid4 mobil nömrəsini istəmiş, bundan sonra Şahid3 Zərərçəkmiş şəxs yaşadığı evə gedərək sonuncuya Rakifin Qəbələ rayonundan olan iş yoldaşının zəng edərək mobil nömrəsini istədiyini deyib həmin zəng edən şəxsin mobil nömrəsini Zərərçəkmiş şəxs verməsi ilə sonuncu həmin mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə olduğunu görüb onun həmin hədə-qorxunu real icra etmək niyyətində olduğuna əmin olub emosional gərginlik halı keçirmiş, bununla da o, Zərərçəkmiş şəxs qorxu yaratmağa nail olmuş, sonuncuya məxsus şəkillərin öz istifadəsində olan “Xiaomi Redmi 9 Pro” markalı mobil telefonda olduğunu, buna görə də ondan asılı olduğunu bildiyi üçün həmin şəkilləri əri Şahid4 göndərməsi, həmçinin onunla intim münasibətləri barədə məlumatları sonuncuya deməsi nəticəsində ailəsi, yaxınları, ümumiyyətlə cəmiyyətdə rüsvay olacağını deyərək Kubranın həmin şəkilləri göndərməməsini dəfələrlə yalvararaq xahiş etməsinə məhəl qoymayaraq, əksinə bundan sonra Zərərçəkmiş şəxs qarşı hədələrinin şiddətini artıraraq həmin şəkilləri, eləcə də aralarında baş tutmuş cinsi əlaqə barədə məlumatları ərinə deyəcəyinə dair hədə-qorxu gəlməyə davam etmiş, həmin tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs həmin şəkilləri artıq ərinə göndərdiyi görüntüsünü yaratmaq üçün danışıq zamanı “elədiyimi uje elədim” dedikdən sonra sonuncunun yalvarışlarının nəticəsiz qaldığını, onun hədələrini reallaşdırdığını, bununla da əri, ailə üzvləri və yaxınlarına rüsvay olduğunu düşünüb tək çıxış yolunun özünü öldürmək olduğu qənaətinə gəlib 08 may 2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı Şəki rayonu, Cəyirli kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki qoz ağacının budağına bağlanmış mələfədən özünü boyun nahiyəsindən asıb intihar etməsiylə ondan sair cəhətdən, yəni rüsvayedici məlumatlar cəhətdən asılı olmuş Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yaymaqla hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hədələrini artıq reallaşdırdığını düşünüb, sair cəhətdən, yəni aralarında olan sevgi münasibəti zamanı sonuncunun sərəncamında olan rüsvayedici şəkil və məlumatlar cəhətdən ondan asılı olduğunu başa düşərək, ailə üzvləri və cəmiyyətdə rüsvay olmaqdan tək çıxış yolunun özünü öldürmək olduğu qənaətinə gəlib bu həddə çataraq, xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs onun üçün rüsvayedici hesab olunan şəkil və intim münasibət barədə məlumatları yayacağı ilə bağlı hədələrini artıq gerçəkləşdirməsi nəticəsində biabır olduğunu yəqin etməsi səbəbindən qeyri-adi psixofizioloji vəziyyətdə (həyəcanlı vəziyyətdə, təsir altında və s.) əri tərəfindən bağışlanmasını diləyən məzmunda əlyazma yazdıqdan sonra yaranmış emosional gərginlik halında autoaqressiv (insanın aqressivliyinin özünə qarşı yönəlməsi) davranış aktını icra edərək Şəki rayonu, Cəyirli kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki qoz ağacının budağına bağlanmış mələfədən özünü asıb intihar edərək, boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəbindən ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxsın özünü asıb öldürməsinin Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində baş verdiyi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 125-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən evlərinin həyətində toy edərək xx.xx.2004-cü il təvəllüdlü X4 ilə ailə həyatı qurmuşdur. xx.xx.2021-ci il tarixdə oğlan övladı dünyaya gəldiyi üçün barəsində Qəbələ RPŞ-də Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanaraq məhkəməyə göndərilmiş və Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona 8 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə barəsində amnistiya tətbiq olunaraq cəzası 6 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə cəzanı tam çəkərək azadlığa buraxılmışdır. Şəki rayonu, Cəyirli kəndində yaşayan Kubra ilə “İnstagram” mobil tətbiqetməsi vasitəsilə tanış olmuş, xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində “fidanbaxisova8” adlı profil onun istifadə etdiyi “elmar_6662” adlı profilə dostluq atmış, bundan sonra o, həmin profilə mesaj yazaraq danışmağa başlamış, mesajlaşma zamanı həmin şəxsin Kubra adlı evli, 2 uşaq anası olan biri olduğunu bilmişdir. O da öz növbəsində həmin şəxsə mesaj yazaraq əvvəllər evli olub sonra ayrıldığını, adının Elmar olduğunu demiş və Kubradan ona şəklini atmasını xahiş etdikdən sonra Kubra da ona özünün bir ədəd şəklini göndərmişdir. Bundan sonra Kubraya o özünün də bir neçə şəklini göndərmişdir. Onlar həmin vaxt biraz mesajlaşdıqdan sonra görüntülü zənglə danışmış, həmin zəng zamanı o, Kubranın istifadə etdiyi ***-***-**-** mobil nömrəsini götürüb onunla “Whatsapp” mobil tətbiqetməsi ilə mesajlaşmağa başlamışdır. Bundan sonra Kubra ilə onlar sevgili kimi danışmışlar. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Kubra ilə danışan zaman onun yanına gəlmək istədiyini dedikdə Kubra ona gəlməsini demiş, o da Bakı şəhərindən sürücüsünü tanımadığı taksiyə minib Qəbələ rayonu, Mıxlıqovaq kəndinə gəlmişdir. Sonra həmin kənddə onlara məxsus evə iş paltarlarını qoyub yenidən taksiyə əyləşib Oğuz rayonu, Kərimli kəndinə getmiş, orada tanımadığı başqa bir taksiyə minib Şəki rayonu, Cəyirli kəndinə gəlmişdir. Kubra ilə mesajlaşaraq ona “Whatsapp” mobil tətbiqetməsi olduğu məkanı (konum) atmasını xahiş etmiş, bundan sonra Kubra ona canlı konum atmış, həmin məlumat əsasında onun yaşadığı evə gedib çatmışdır. Kubra yola çıxaraq onu qarşılamış, öz yaşadığı evə salmışdır. Həmin vaxt evdə onun qayınanası, qaynı, eltisi, onların və Kubranın öz uşaqları olmuşdur. Kubra onu birbaşa özünün yatdığı otağa salmış, bir neçə dəqiqə sonra Kubranın eltisi otağa girib onu görmüşdür. Kubra isə eltisinə yalandan guya onun rəfiqəsinin sevgilisi olduğunu və hava soyuq olduğu üçün hələlik Kubranın otağına gəldiyini, birazdan çıxıb rəfiqəsi ilə görüşəcəyini demişdir. Kubranın eltisi buna inanıb heç nə demədən otaqdan çıxmış, o da bir müddət Kubranın otağındakı şkafda gizlənmişdir. Gecə evdə hamı yatdıqdan sonra onlar Kubra ilə 3 dəfə cinsi əlaqəyə girmiş, hər 3 cinsi əlaqə zamanı o, Kubranın cinsiyyət orqanına boşalmışdır. Bundan sonra o, bilmədən yuxuya getmiş, xx.xx.2022-ci il tarixdə səhər saat 05:00 radələrində Kubra onu oyadaraq evdən yola salmış, o, Kubranın yaşadığı evdən çıxıb təxminən 40-45 dəqiqə piyada yeriyərək “SOCAR” YDM-nə tərəf gəlmişdir. Həmin YDM-nin yaxınlığında gözləyərkən saat təxminən 06:30 radələrində “Qazel” markalı avtomobilə əl edib saxladıb onu Şəki şəhərinə aparmasını xahiş etmişdir. Həmin avtomobilə əyləşən zaman sürücü tək olmuş, daha sonra yolda getdikcə müştərilər toplamışdır. O, avtomobilə əyləşdikdən sonra sürücü onun kim olduğunu, haradan gəldiyini və s. soruşmuşdur. Söhbət zamanı o, həmin sürücüyə yalandan Rakifin dostu olduğunu, Rakiflə iş gördükləri üçün onun evinə gəldiyini, lakin Rakifin evdə olmadığını, buna baxmayaraq Rakifin anasının onu buraxmayaraq onlarda qalmağa razı saldığını demişdir. Kubra ona ərinin adının Rakif olduğunu demiş, sürücü də adının Coşqun olduğunu və Rakifgilin qonşusu olduğunu demişdir. Həmin tanışlıq nəticəsində onlar birbirilərinə istifadə etdikləri mobil nömrələri vermiş, daha sonra Coşqun onu Şəki şəhərində “Daşqaya” adlanan ərazidə dairəvi yolun yaxınlığında düşürmüşdür. Bundan sonra atasının Şəki şəhərindəki tanışı Nizami dayıgilə gedib orada atasının gəlməyini gözləmişdir. Belə ki, atasının həmin gün Nizami dayıdan göyərçin aparmağa gələcəyini bildiyi üçün o, onlara getmişdir. Sonra atasıyla birlikdə Qəbələ rayonu, Mıxlıqovaq kəndinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə, o, Kubra ilə cinsi əlaqəyə girib daha sonra yatıb qaldıqdan sonra Kubra onun telefonunu qurcalamış və onun Ləman adlı qızla sevgili olduğunu bilmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 05:00 radələrində o, Kubranın yaşadığı evdən çıxıb getmiş, həmin gün səhər saat təxminən 08:00 radələrində Kubra ona Ləman barədə “Whatsapp” mobil tətbiqetməsi ilə mesajlar yazmış, bu məsələ üstündə mübahisələri düşmüşdür. Kubranı qorxutmaq üçün ona hələ də Şəki şəhərində olduğunu, yaşadığı kənddən tanışı olduğunu, axşam saat 18:00 radələrində yenidən onların evinə gəlib qayınanasına hər şeyi danışacağını demişdir. Kubra münasibətlərinin bitdiyini, daha ona yazmamasını demişdir. Biraz sonra Kubraya telefonla zəng etdikdə Kubra ona sevgilisi Ləmanla danışacağını, Ləmana münasibətləri haqda hər şeyi deyəcəyini bildirdikdə o da həmin zəngdə Kubraya Ləmanla danışacağı təqdirdə Coşqunla görüşüb kəndə gələrək onun ailəsinə münasibətləri haqda hər şeyi deyəcəyini bildirmişdir. Buna görə də ona Ləmanla danışmamasını tapşırmışdır. Həmin vaxt Kubra ilə mübahisə etdikdən sonra Kubra onu bloka (qara siyahı) atmışdır. Bundan sonra o, ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp+” mobil tətbiqetməsi vasitəlilə Kubra ilə əlaqə saxlamışdır. Həmin “Whatsapp+” mobil tətbiqetməsində Kubra özünün olduğu bir neçə şəkli ona göndərmiş, aprel ayı ərzində də onlar həmin “Whatsapp+” mobil tətbiqetməsi ilə əlaqə saxlamışdır. Sonradan ölkədə həmin mobil tətbiqetmənin istifadəsində problemlər yarandığı üçün həmin proqramı silmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17:00 radələrində Kubra onu “Whatsapp” mobil tətbiqetməsində blokdan çıxarıb ona tanımadığı bir nəfər oğlanla olan şəklini göndərmişdir. O, həmin şəxsin Kubranın əri olduğunu dedikdə Kubra ona şəkildəki oğlanın onun əri yox, sevgilisi olduğunu, həmin oğlanın Naxçıvanlı olduğunu demişdir. Kubra bununla onu qısqandırmağa çalışmış, o da Kubranın bu hərəkətindən əsəbiləşib onunla mübahisə etməyə başlamışdır. Həmin gün saat təxminən 18:00 radələrində o, Kubraya “Whatsapp” mobil tətbiqetməsi ilə görüntülü zəng etmiş, həmin zəng zamanı danışarkən Kubra yenə onu qıcıqlandırmağa, qısqandırmağa çalışmışdır. O da Kubranı həqiqətən qısqandığı və ondan başqa hər hansı şəxslə danışmasının qarşısını almaq üçün Kubraya ona göndərdiyi sevgilisi ilə olan şəkillərini Rakifə göndərəcəyini deyərək hədə-qorxu gəlmişdir. Hətta görüntülü zəngdən biraz əvvəl Coşquna zəng edərək Kubranın əri Rakiflə iş gördüklərini, Coşqunun ona Rakifin nömrəsini verməsini xahiş etmişdir. Coşqun Rakifin nömrəsini öyrənib ona verəcəyini deyərək sağollaşmışdır. O, Kubra ilə görüntülü zənglə danışan zaman Coşqun onların həyətinə gəlib Kubranı həyətə səsləmiş və Qəbələdən bir nəfərin Rakifin nömrəsini istədiyini Kubraya demişdır. Kubra Coşquna yalandan hazırda Rakiflə telefonda danışdığını, həmin adamın nömrəsini ona verməsini demişdir. Coşqun da onun nömrəsini Kubraya demiş, daha sonra Kubra evə keçib görüntülü zəngdə ona Coşqunun verdiyi nömrəni göstərmiş, onun Rakifin nömrəsini istədiyini bilmişdir. O, bu hərəkətilə Kubraya şəkillərini ərinə göndərmək imkanı olduğunu sübut etmək istəmişdir. Kubra bundan çox qorxub ağlamağa başlamış və ondan həmin şəkilləri ərinə göndərməməsini xahiş etmişdir. O isə Kubraya fikrinin qəti olduğunu, Kubranın onunla oyun oynamaq imkanının olmadığını, həmin şəkilləri onun ərinə göndərəcəyini, Rakifə onlara gələrək Kubra ilə cinsi əlaqəyə girdiyini deyəcəyini demişdir. Həmin vaxt onların arasında təxminən 3-4 dəqiqə danışıq olmuş, təxminən 10 dəqiqə sonra onlar yenə görüntülü danışmış və həmin zəngdə də onların söhbəti ancaq Rakif olmuşdur. Kubra ağlayaraq ona yalvarmış, ondan özünün ona göndərdiyi sevgilisi ilə olan iki ədəd şəkli Rakifə göndərməməsi üçün ona yalvarmışdır. O isə Kubraya həmin şəkilləri Rakifə göndərəcəyini deyərək Kubraya hədə-qorxu gəlməyə davam etmişdir. Həmin zəng vaxtı da Kubra ancaq ağlayaraq danışmış, həmin zəng təxminən 4-5 dəqiqə davam etmiş, daha sonra Kubra ona 4-5 dəfə görüntülü zəng etmişdir. Lakin o, həmin zənglərə cavab verə bilməmiş, həmin gün saat təxminən 19:30 radələrində o, Kubraya görüntülü zəng edib təxminən 2-3 dəqiqə danışmışdır. Həmin zəngdə də eyni qaydada Kubra ağlayaraq ondan Rakifə nəsə deməməsi üçün yalvarmışdır. O isə Kubraya qəti olaraq Rakifə hər şeyi danışacağını, şəkilləri göndərəcəyini, Kurbanın onunla, həmin Naxçıvanlı oğlanla cinsi əlaqədə olduğunu, onun onlara gəlib Kubra ilə cinsi əlaqədə olduğunu deyəcəyini demişdir. Onun məqsədi Kubranı qorxutmaq olmuş, o, Kubranın ondan başqa heç kimlə danışmasını istəmədiyi üçün Kubraya hədə-qorxu gəlmişdir. Kubra daha sonra ona mesaj yazaraq ona yalan danışdığını, göndərdiyi şəkildəki adamın öz əri olduğunu, ondan başqa heç kimlə danışmadığını desə də o, Kubranın həqiqəti demədiyini bilmişdir. Çünki Kubranın ərinin şəklini əvvəllər gördüyü üçün Kubranın ona göndərdiyi şəkillərdəki adamın Kubranın əri yox, sevgilisi olduğuna əmin olmuşdur. Buna görə də o, Kubraya hədə-qorxu gəlməyə davam etmiş, Kubra danışıqları zamanı tez-tez onu çox sevdiyini, onsuz yaşaya bilmədiyini demişdir. Kubra onun danışığı nəticəsində şəkilləri onun ərinə göndərmək fikrinin qəti olduğunu başa düşmüş, buna görə də dayanmadan ona həmin şəkilləri ərinə göndərməməsi üçün yalvarmışdır. Həmin gün saat 22:00 radələrində o, yenidən Kubraya görüntülü zəng edən zaman 1-2 dəqiqə danışanda Kubra ona yenə şəkilləri onun ərinə göndərməməsini dedikdə o, həmin vaxt Kubraya “elədiyimi uje eləmişəm” sözlərini demişdir. Bundan sonra Kubra ona “uşaqları yatdırım gəlim danışarıq” sözlərini deyib sağollaşmışdır. Həmin zəngdən təxminən 5 dəqiqə sonra o, yenidən Kubraya görüntülü zəng etdikdə isə telefona Kubranın qaynı qızı Fidan cavab vermişdir. Fidan nəyə görə zəng etdiyini soruşduqda Fidana Kubranın ona zəng etməli olduğu halda etmədiyini demişdir. Fidan isə ona onları bir daha narahat etməməsini, Kubranı bezdirməməsini deyərək onun nömrəsini həmin mobil tətbiqdə bloka (qara siyahı) atmışdır. Əvvəlki vaxtlarda Kubra ilə görüntülü danışıqları zamanı Fidan bir neçə dəfə onu gördüyü üçün onu tanımışdır. Həmin vaxtdan sonra Kubra ilə hər hansı əlaqəsi olmamışdır. O, Kubranın özünü öldürəcəyini fikirləşmədiyi üçün ona qarşı hədə-qorxu gəlmişdir. Sonradan həmin gün saat təxminən 22:30 radələrində o, qardaşı Cavidandan xahiş etmişdir ki, Kubraya “heç kimə heç nə demədiyini” yazsın. O, qardaşının həmin mesajı yazmasından sonra Kubranın onu blokdan çıxaracağını düşünmüşdür. Onun qardaşı həmin vaxt Kubraya səsli zənglər etsə də, Kubra telefona cavab verməmişdir. Cavidan özünün istifadəsində ***-***- **-** mobil nömrənin votsapı ilə Kubraya yazmışdır. O inanmazdı ki, Kubra onun dediklərinə görə özünü öldürər. Kubraya hədə-qorxu gəlməsi nəticəsində onun özünü asaraq öldürməsinə görə çox peşmandır. O, Kurbanın bir nəfər oğlanla olan iki ədəd şəklini əri Rakifə göndərməklə onu hədələmiş, Kubra bunun nəticəsində rüsvay olacağını bilmişdir. O, Kubradan əl çəkmək istəməmiş, buna görə Kubraya bu cür hədə-qorxu gəlməklə onu özündən asılı hala gətirmək istəmişdir. Kubra həmin şəkillərin ərinə göndərilməsindən qorxmuşdur. Qorxmasının səbəbi onun ərinə xəyanət etdiyinin bilinəcəyi, ailəsinin yanında rüsvay olacağı olmuşdur. Kubra görüntülü danışıq zamanı özünü öldürəcəyi barədə ona dəfələrlə desə də o, Kubranın bunu etməyəcəyini düşündüyü üçün Kubraya hədə-qorxu gəlməyə davam etmişdir. Kubra onun həmin şəkilləri ərinə göndərəcəyi iqtidarında olduğunu bilmiş, hətta qonşusu Coşqun onun evinə gələrək Rakifin nömrəsini istədiyini bildikdə daha da qorxuya düşmüşdür. Əlavə olaraq göstərmişdir ki, Kubra ondan başqa da 10 yaxın oğlanlarla danışmış və əlaqə saxlamışdır. Bildirmişdir ki, Kubranın ona göndərdiyi şəkilləri ərinə göndərməsini ona bildirsə də əslində belə bir niyyəti olmamışdır. Lakin qeyd etdiyi kimi hərəkətləri Kubradan qisas almaq üçün etmişdir. Belə ki, gecə Kubra ilə onlara məxsus evdə qalanda o yatan zaman Kubra onun telefonunu qurcalamış, qeyri-rəsmi yaşadığı həyat yoldaşının, çox yaxın olduğu və faktiki münasibətdə olduğu qızın telefonunu taparaq onlara “Elmardan əl çəkin, Elmar mənimdir” kimi mesajlar yazaraq onun şəxsi həyatına müdaxilə etmiş və o da həmin məsələni çox çətinliklə yola vermişdir. Buna görə də Kubradan acıqlı olmuşdur. Bildirmişdir ki, əməlindən çox peşmandır. Hadisənin bu istiqamətdə inkişaf etməsini arzulamamışdır. Himayəsində 1 azyaşlı uşağı var. Etdiyi düşüncəsiz hərəkəti ilə öz övladını atasız, Kubranın da 2 övladını anasız qoymuşdur. Bilir ki, bu hərəkəti ilə Allah onu cəzalandırmışdır. Göstərmişdir ki, qardaşı X11 iştirakçısıdır. Bütün bunları nəzərə alaraq ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X13 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma övladıdır. Mərhum Zərərçəkmiş şəxs 2013-cü ildə Şahid4la ailə həyatı qurmuş, bu nikahdan 2 uşağı dünyaya gəlmişdir. Kubra həmişə mehriban, gülərüz, mülayim təbiətli olmuş, hamı tərəfindən sevilmişdir. Kubranın əri Rakif Bakı şəhərində işlədiyi üçün orada yaşamış, Kubra da 2 övladı ilə birlikdə qaynanası ilə yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində Kubranın eltisi Bənövşə ona zəng edərək Kubranın xəstələndiyini və onu görmək istədiyini demiş, o da dərhal evdən çıxıb Kubragilə getmişdir. Kubranın yaşadığı evin həyətinə daxil olduqda qızı Kubranın özünü asaraq öldürdüyünü bilmişdir. O, gördüklərindən şok keçirmiş, sonradan öyrənmişdir ki, qızı Elmar adlı oğlanın hədə-qorxularından çox qorxduğu üçün özünü asaraq öldürmüşdür. Elmar Kubranı biabır etməklə, münasibətləri barədə əri Rakifə hər şeyi danışmaqla şantaj etmişdir. Elmar adlı şəxs onun qızını daim narahat etmiş, onu həyatdan bezdirmişdir. Kubra da biabır olmaqdan qorxduğu üçün, həm də Elmarın ondan əl çəkmədiyini görüb bu cür addım atmışdır. Elmar adlı şəxsdən şikayətçidir, həmin şəxsə ən ağır cəza verilməsini tələb etmişdir. O, Elmar adlı şəxsi tanımır, sadəcə olaraq qızı özünü asdıqdan sonra öyrənmişdir ki, Kubra Elmar adlı şəxslə sevgili olubdur. Kubra sonradan ondan ayrılmaq istəsə də Elmar buna icazə verməmişdir. O, əlavə olaraq ona təqdim edilən şəkillərə baxdıqdan sonra bildirmişdir ki, həmin şəkillərdəki qadın onun mərhum qızı Zərərçəkmiş şəxsdır. Həmin iki ədəd şəkildə Kubranın qucaqlaşaraq şəkil çəkdirdiyi oğlanı tanımır, kim olduğunu bilmir, həmin şəkillərdəki oğlan onun kürəkəni Rakif deyil, başqa oğlandır. O təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Qanuni nümayəndəsi X1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsi olmuşdur. Onlar eyni kənddə yaşadıqları üçün bir-birlərini tanısalar da, 2021-ci ilin dekabr ayında peşə öyrənmək üçün yaşadıqları kənddə fəaliyyət göstərən “Səbinə” gözəllik salonuna gedən zaman bir-birlərini yaxından tanımış, rəfiqə olmuşlar. Həmin gözəllik salonu kəndlərində Xurma adlı qadın tərəfindən öz yaşadığı evin həyətində fəaliyyət göstərmişdir. Kubra evli olmuş və onun 2 övladı olmuş, əri Rakif Bakı şəhərində işlədiyi üçün ara-sıra kəndə gəlib-getmişdir. Kubra Şəki rayonu, Cəyirli kəndində yaşadığı evdə qayınanası Anabəyim, qaynı Akif, eltisi Bənövşə, onların övladları Fidan və Aydan, eləcə də özünün azyaşlı övladları Bahar və Tərxanla birlikdə yaşamışdır. Kubranın qızı Baharın 3, oğlu Tərxanın isə 7 yaşı vardır. Kubranın deməsinə görə əri ilə münasibətləri soyuq olmuş, tez-tez dalaşmışlar. O, 2022-ci ilin mart ayında Kubranın Elmar adlı oğlanla sevgili olduğunu bilmişdir. Kubranın deməsinə əsasən Elmarın Qəbələ rayonunda yaşadığını bilmiş, Kubra həmin şəxslə mobil telefonda görüntülü zənglərlə danışmış, lakin həmin şəxs barədə ona ətraflı məlumat deməmişdir. Təxminən 20-25 gün əvvəl, 2022-ci ilin aprel ayının ortalarında o, Kubragilin yaşadığı evdə olarkən Kubra ona Elmarla dalaşdığını, artıq onunla danışmadığını demişdir. Kubra Elmarı votsapda bir neçə dəfə bloka atmış, Elmar hansısa yollarla Kubra ilə əlaqə saxlayaraq yenidən danışmağa, barışmağa cəhd göstərmişdir. Kubra ona Elmarın onu şantaj etdiyini, Elmarla əlaqəni kəsəcəyi təqdirdə onun Kubranın əri Rakifə münasibətləri barədə hər şeyi danışacağını deyərək ona hədə-qorxu gəldiyini demişdir. Elmarın bu cür hədə-qorxu gəlməsi nəticəsində Kubra məcbur olub onunla əlaqə saxlamağa davam etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 09:00 radələrində o, Kubranın istifadə etdiyi ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçilmiş votsapa mesaj yazıb danışmağa başlamış, həmin gün Kubra özünü yaxşı hiss etmədiyini, bədənində ağrıları olduğunu, halsız olduğunu demiş, onun onlara gəlməsini xahiş etmişdir. Həmin gün saat təxminən 17:00 radələrində Kubranın yaşadığı evə gedib onunla görüşəndə Kubranın həqiqətən də xəstə olduğunu, yataqda uzandığını görmüşdür. Kubra çox işlədiyini, yemək yemədiyini deyib buna görə ağrıdığını söyləmişdir. Kubra ilə ümumi şeylərdən söhbət etdikdən sonra o, əmisi Paşanın ad günü olduğu üçün əmisigilə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində Kubra ona istifadə etdiyi ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçilmiş votsapdan “Elmar məni təhtid edir” mesajını yazmışdır. O, Kubradan Elmarın nə dediyini soruşduqda Kubra ona səsli mesaj ataraq “Coşquna zəng edibdi, Rakifin nömrəsini istəyib” sözlərini demişdir. O, Kubradan Rakifin nömrəsini Coşquna verib-vermədiyini soruşduqda isə Kubra ona yenidən səsli mesaj ataraq “Coşqunun gəlib Kubradan əri Rakifin nömrəsini istədiyini, Rakifin Qəbələ rayonundan bir iş yoldaşının soruşduğunu dediyini, Rakiflə danışdığını, Rakifin özünün nömrəni atması üçün Coşqundan həmin adamın nömrəsini aldığını” demişdir. Həmin səsli mesajın ardınca Kubra ona yenə səsli mesaj göndərərək Elmarın Kubraya “ya mənimsən ya torpağın, ya səni öldürdəcəm, ya da mənim olacaqsan” sözlərini dediyini bildirmiş, daha sonra Kubra ona yenidən səsli mesaj atıb “bu səfər mən bitdim, bu səfər mən öldüm” sözlərini demişdir. O, Kubraya narahat olmamasını dedikdə Kubra ona “Elmarda şəkillərim var, onu nə edim bəs” mesajını yazmışdır. Həmin vaxt onun yadına düşmüşdür ki, Kubranın əvvəllər sevgili olduğu Amalla da şəkilləri olmuş, Elmar yəqin həmin şəkilləri görüb əsəbiləşmişdir. O, əvvəllər Kubranın telefonunda onun Amalla qucaqlaşaraq şəkillər çəkdirdiyini görmüşdür. O vaxt Kubradan həmin adamın kim olduğunu soruşduqda ona oğlanın adının Amal olduğunu demişdir. Elmar Kubra ilə dalaşandan sonra həmişə münasibətləri barədə Rakifə hər şeyi danışacağı ilə bağlı ona hədə-qorxu gələrək Kubranı münasibəti davam etdirməyə məcbur etmişdir. Həmin gün də Elmar ola bilsin ki, Kubranın Amalla olan şəkillərini ələ keçirib ayrılmaması üçün həmin şəkilləri Rakifə göndərməklə Kubraya hədəqorxu gəlmişdir. Bundan sonra o, Kubraya mesaj yazaraq nə olduğunu soruşsa da həmin mesajları oxuyub ona cavab yazmamışdır. Kubra tez-tez telefonunu söndürdüyü üçün o, Kubranın yenə telefonu söndürdüyünü düşünüb onu narahat etməmişdir. Coşqun Kubranın qonşusudur, Elmarla Coşqunun nə kimi əlaqələrinin olması barədə onun məlumatı yoxdur. Kubranın ona göndərdiyi səsli mesajlardan, o, belə başa düşmüşdür ki, Elmar Kubranın ərinin nömrəsini tapmaq üçün Coşqunla əlaqə saxlamış, Coşqun Rakifin nömrəsini götürüb Elmara vermək üçün Kubrayla danışmış, Kubra isə Coşquna Rakifin nömrəsi verməmiş, Rakiflə danışanda ona Elmarın nömrəsini verəcəyini deyərək Coşqundan Elmarın nömrəsini almışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində Kubra ona hələ də cavab yazmadığı üçün o, Kubraya “insanı öldürərsən” deyə mesaj yazmışdır. Bundan təxminən 1 saat sonra qonşuları İlhamə xala onun anasını çağıraraq Kubragilə getməyi təklif etmiş, anası həmin vaxt İlhamə xaladan nə baş verdiyini soruşduqda İlhamə Kubranın özünü asaraq öldürdüyünü demişdir. Bundan sonra onlar Kubragilə getdikdə onun həqiqətən də özünü asaraq öldürdüyünü bilmişdir. Kubranın özünü öldürməsinə səbəb xx.xx.2022-ci il tarixdə Elmarın ona hədə-qorxu gəlməsi olmuşdur. Kubra Elmarla olan münasibətini sonlandırmaq istəsə də Elmar Kubradan əl çəkmək istəməmiş, buna görə də Kubraya hədə-qorxu gələrək münasibətləri barədə Rakifə hər şeyi danışacağını, Rakifə şəkillər göndərəcəyini demişdir. Kubra əri Rakifin, eləcə də ailəsinin yanında biabır olacağını düşünüb özünü öldürmüşdür. O, əlavə olaraq bildirmişdir ki, Elmar adlı şəxs Kubranı son vaxtlar bezdirmiş, ona tez-tez hədə-qorxular gəlmişdir. Kubra Elmardan ayrılmaq istəsə də Elmar buna imkan verməmiş, Kubranı qorxudaraq onu təzyiq altında saxlamışdır. Kubra ilə görüşəndə sonuncu ona Elmardan nə qədər ayrılıb qurtulmaq istəsə də Elmarın buna icazə vermədiyini, ondan əl çəkmədiyini demişdir. Kubra ayrılmasın deyə Elmar Kubra ilə yaşadıqlarını onun ərinə, yəni Rakifə danışacağı ilə Kubraya davamlı olaraq hədə-qorxu gəlmişdir. Kubra da Elmarın bu hədələrindən bezdiyi üçün son vaxtlar ölmək istədiyini tez-tez dilə gətirmişdir. xx.xx.2022ci il tarixdə də Kubra həmin danışıqda Elmarın hədə-qorxularından bezdiyi üçün bu cür yazmışdır. Sonda xx.xx.2022-ci il tarixdə Elmarın hədə-qorxuları, həmçinin Coşqunun Kubragilin evinə gəlməsi Kubranı çox qorxutmuş, nəticədə Kubra özünü asaraq öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun eltisi olmuş, onlar eyni evdə yaşamışlar. Kubranın əri Rakif isə Bakı şəhərində işlədiyi üçün orada yaşayır. Kubra ilə onun arasında yaxşı münasibət olmuşdur. Kubra xasiyətcə mülayim, mehriban, deyib-gülən insan olmuşdur. Kubranın əri ilə də münasibətləri yaxşı olmuş, aralarında hər hansı problem olmamışdır. 2022-ci ilin təxminən mart ayında saat təxminən 22:00 radələrində Kubranın otağına girəndə həmin otaqda yad bir nəfər oğlan olduğunu görmüş, qapını açdığı kimi də bağlamışdır. Bundan sonra Kubra onun arxasınca otaqdan çıxıb yanına gəlmişdir. Kubradan otaqdakı həmin şəxsin kim olduğunu soruşmuş, Kubra həmin oğlanın nənəsi tərəfdən qohumu olduğunu, rəfiqəsi Nərminə ilə görüşmək üçün gəldiyini, Nərminənin anası yatdıqdan sonra gedib onunla görüşəcəyini demişdir. O da Kubranın dediklərinə inanıb digər otağa keçmiş, lakin evdə qayınanasına, ərinə bu barədə nəsə deməmişdir. Həmin gün təxminən yarım saat sonra yenidən Kubranın otağına getmiş, lakin həmin oğlanı otaqda görməmişdir. Həmin vaxt Kubra ona oğlanın artıq getdiyini demişdir. Bu hadisədən təxminən 2 gün sonra o, Nərminədən bu barədə soruşanda Nərminə də Kubranın ona dediklərinin eynisini demiş, oğlanın ondan ötrü gəldiyini təsdiqləmişdir. O da bundan sonra Kubranın dediklərinə inanmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində qonşuları Coşqun onların yaşadıqları evin həyətinə gələrək Kubranı həyətə səsləmişdir. Coşqunun səsinə o, qızı Fidan, daha sonra Kubra həyətə çıxmışdır. X19 iş yoldaşının ona zəng edib Rakifin nömrəsini istədiyini demişdir. Kubra da Coşqundan həmin adamın nömrəsini alıb Rakifə verəcəyini deyib yola salmışdır. O, Rakifin nömrəsini istəyən şəxsin kim olduğunu bilməmişdir. Həmin gün saat təxminən 22:00 radələrində onun qızı Aydan Kubranın otağından gəlib onu çağıraraq Kubranın qızı Baharın ağladığını demiş, o, yerindən durub Kubranın otağına gedəndə Kubranın otaqda olmadığını görmüşdür. Aydan Kubranın həyətdəki tualetə getdiyini demişdir. Həmin gün işıqlar söndüyündən Kubra ondan qızı Aydanın onun yanında yatmasını xahiş etmiş, o da buna icazə vermişdir. O, Kubranın qızı Baharın ağladığını görüb seyvana çıxaraq Kubranı səsləmiş, Kubra da gələcəyini demişdir. Bundan sonra o, evə girdikdə Baharın sakitləşdiyini görüb yatağına gedərək yatmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 08:00 radələrində o, həyətə düşüb tualetə gedən zaman Kubranın həyətdəki qoz ağacından özünü asaraq öldürdüyünü görmüşdür. O, gördüklərindən şoka düşüb qışqırmağa başlamış, səsinə yaşadıqları evdəkilərlə yanaşı qonşular da gəlmişlər. Onlar gələnə kimi o, Kubranın yanına gedib onun boğazındakı düyümü açmağa çalışmışdır. Kubra uşaqlarının istifadə etdiyi prastinanı (yataq üzünü) qoz ağacının budağına bağlamaqla özünü asaraq öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, Şəki şəhərində "xxxx" MMC-nin Şəki filialında sürücü işləyir. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində təxminən saat 07:30 radələrində özünün idarə etdiyi “Vito” markalı avtomobil ilə Cəyirli kəndindən çıxaraq Şəki şəhərinə iş yerinə gəlmişdir. Yol üstü Xəyal adlı mühafizə polisinin əməkdaşını və Çayqaraqoyunlu kəndində yerləşən “SOCAR” YDMnin yaxınlığında dayanmış adını bilmədiyi və ilk dəfə gördüyü oğlanı da maşını ilə götürmüşdür. Həmin oğlan özü ona əl edərək saxlatmışdır. Ümumiyyətlə kənddən şəhərə gələrkən yolda dayanan və onunla yol üstü olan adamları maşını ilə götürərək getdikləri yerdə düşürtmüş, əvəzində həmin adamlar ona yol pulu vermişlər. Xəyalı Şəki şəhərində sonuncunun iş yerində, digər oğlanı da Şəki şəhərində “pavilyonun kruqu” adlanan yerdə düşürtmüşdür. Düşürməmişdən əvvəl həmin oğlan ondan gündəlik olaraq hansı yolu sürərək gəldiyini soruşmuş, o, isə Cəyirli kəndindən gəldiyini demişdir. Bundan sonra həmin oğlan həmin kənddə Akif adlı şəxsin yaşayıb-yaşamadığını soruşmuş, o, isə Akif adlı şəxsin qonşusu olduğunu və vəfat etdiyini demişdir. Həmin oğlan isə onun dediyi Akifin dediyi adam olmadığını bildirmişdir. Bundan sonra həmin oğlan onunla əlaqə saxlayıb şəhərə gələndə onun maşını ilə gəlməkdən ötrü onun istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini götürmüşdür. Onun istifadəsində yalnız ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri vardır. Bundan başqa istifadəsində heç bir nömrə yoxdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 16-17:00 radələrində ***-***-**-** mobil telefon nömrəsindən onun ***-***-**-** mobil telefon nömrəsinə bir nəfər “Votsap” mobil tətbiqi vasitəsilə zəng edərək özünü aprel ayında “SOCAR” YDM-dən onun maşını ilə şəhərə gələn oğlan kimi təqdim edərək Rakif adlı qonşusunun nömrəsini istədiyini bildirmişdir. Belə ki, həmin oğlan ona demişdir ki, Rakiflə birgə hansısa tikinti işinin görülməsini 2000 manata danışmışlar, hazırda işi yekunlaşdırır, lakin onları işlədən şəxs 2000 əvəzinə 1500 manat pul verir. Odur ki, həmin işi 1500 manat müqabilində işləyibişləməməsini Rakiflə məsləhətləşmək istədiyini ona demişdir. O da vaxt qazanmaqdan ötrü yalandan həmin oğlana İsmayıllıda olduğunu, bir az sonra nömrə barədə ona deyəcəyini demişdir. Belə ki, vaxt qazanaraq Rakifin ailəsindən həqiqətən də sonuncunun nömrəsini həmin oğlana verib-verməməyini soruşmaq istəmişdir. Rakif özü isə təxminən 2- 3 həftə əvvəl Bakı şəhərinə getmişdir. Həmin zəngdən təxminən 10-15 dəqiqə sonra o, Rakifgilin evinə gedərək “Kübra bacı” deyərək Rakifin arvadı Kübranı çağırmış ki, Rakifin nömrəsini ondan istəyən oğlana verib-verməməsini soruşmuşdur. Əvvəlcə Rakifin qardaşının uşağı Fidan bayıra çıxmış, daha sonra Rakifin anası Anabəyim xala, daha sonra Fidanın anası Bənövşə, onların arxasınca isə Bənövşənin əri Əkə evdən çıxmışdır. Həmin vaxt ona gələn zəng barədə onlara danışmış və Rakifin əlaqə nömrəsini veribverməməyini onlardan soruşmuşdur. Kübra isə ona bildirmişdir ki, indicə telefonla Rakiflə danışmış, onunla əlaqə saxlayan şəxsin nömrəsini ona versin, özü Rakifə həmin şəxsin nömrəsini verəcək ki, özləri əlaqə saxlasınlar. O da onunla əlaqə saxlayan oğlanın ***-***- **-** mobil telefon nömrəsini Kübraya vermişdir. 08 may 2022-ci il tarixdə saat 18-19:00 radələrində həmin şəxs ***-***-**-** mobil telefon nömrəsindən ona zəng edərək Rakifin ona zəng etmədiyini bildirmişdir. Həmçinin həmin şəxs ona “Bakıya nə vaxt gəlsən qulluğundayam” sözlərini demiş, bununla da həmin şəxsin Bakı şəhərində yaşadığını bilmişdir. Odur ki, o, Kübranın ***-***-**-** mobil telefon nömrəsinə “Votsap” vasitəsilə yazaraq Rakifə sonuncunu axtaran oğlana zəng etməyini deyib-demədiyini soruşmuşdur. Kübra isə həmin adamın nömrəsini Rakifə verdiyini bildirmişdir. Həmçinin o, Kübradan hər hansı probleminin olub-olmamasını soruşmuşdur. Belə ki, Kübranın evində olarkən onun vəziyyətinin həmişəki kimi yaxşı olmadığını, qaraqabaq olduğunu hiss etmişdir. O, Kübra və Rakifi axtaran oğlan ilə arasında olan yazışmanı silmiş, belə ki, o, ümumiyyətlə “Votsapla” apardığı yazışmaları tez-tez silir və telefonunun yaddaşında saxlamamışdır. xx.xx.2022-ci il tarixdə Kübra Baxışovaya təqdim etdiyi mobil nömrə 2022-ci ilin aprel ayının əvvəllərində onun maşınla Çayqaraqoyunlu kəndində yerləşən “SOCAR” YDM-nin yaxınlığından götürüb şəhərin “pavilyonun kruqu” adlanan ərazidə düşürdüyü şəxs olmuşdur. O həmin şəxsin kim olmasını, ad, soyad, ata adını, yaşadığı ünvanı bilmir. Həmin şəxs ona zəng edərək Rakifin nömrəsini istədiyi üçün o, Kübragilin evinə gedib Rakifin nömrəsini həmin şəxsə verib-verməməyini soruşmuşdur. Bu zaman Kübra Rakiflə danışdığını, həmin şəxsin mobil nömrəsini ona verməyini, özünün həmin nömrəni Rakifə verərək onları özlərinin əlaqə saxlayacaqlarını dediyi üçün o, həmin mobil nömrəni Kübra Baxışovaya vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi - anası Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisinin arvadı olmuşdur. Onlar eyni evdə yaşamışlar. Onlarla yanaşı həmin evdə anası Bənövşə, atası Akif, nənəsı Anabəyim, 13 yaşlı bacısı Aydan, onların uşaqları Bahar və Tərxan birlikdə eyni evdə yaşamışlar. Əmisi Rakif isə Bakı şəhərində işlədiyi üçün orada yaşayır. Kubra ilə onun arasında yaxşı münasibət olmuşdur. Kubra “Xiaomi Redmi” markalı telefon istifadə etmiş, telefonla çox məşğul olmuşdur. 2022-ci ilin təxminən mart ayında Kubranın bir neçə dəfə öz telefonu ilə görüntülü zənglə tanımadığı bir nəfər oğlanla danışdığını görmüşdür. Kubra görüntülü zənglə kimləsə danışanda həmişə qulaqcıqdan istifadə etdiyi üçün o, onların nə danışdığını eşitməmişdir. Kubra həmin oğlanla tez-tez görüntülü danışmışdır. Hətta bir neçə dəfə Kubra həmin oğlana onu təqdim edərək onu da həmin oğlanla danışdırmışdır. O, həmin oğlanın danışan zaman sonuncunun adının Elmar olduğunu bilmişdir. Kubra onu Elmarla danışdırarkən onlar sadəcə bir-biriləri ilə hal-əhval tutmuş, başqa nəsə danışmamışlar. Kubra ona Elmarla dost olduqlarını demişdir. xx.xx.2022-ci il tarixdə Kubra ağrıdığı üçün demək olar ki, otağından çıxmamışdır. Həmin gün axşam saatlarında qonşuları Coşqun onların yaşadıqları evin həyətinə gələrək Kubranı çölə səsləmişdir. Coşqunun çağırışına əvvəlcə o, daha sonra anası və bacısı, sonda isə Kubra çölə çıxmışlar. Coşqun həmin vaxt Kubraya “Qəbələdən bir nəfər Rakifin iş yoldaşı Rakif qaqaşın nömrəsini istəyir, pul haqq-hesabı var” demişdir. Kubra da Coşqundan həmin adamın nömrəsini götürüb Rakifə deyəcəyini söyləmişdir. Kubra Coşqundan nömrəni götürəndən sonra ona həmin nömrəni bloka atmasını demişdir. Bundan sonra Kubra təkrar öz otağına qayıtmışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində o, Kubranın otağına girmişdir. Həmin vaxt həmin otaqda Kubradan başqa heç kim olmamışdır. O, otağa girəndə Kubranın üzü-üstə çarpayıda uzanaraq ağladığını görmüşdür. Kubranın təxminən 15-20 gün qarnında ağrılar olmuşdur. Kubranın onlara deməsinə görə həmin ağrılar qadın xəstəliyi ilə əlaqədar olmuşdur. O, Kubradan nəyə görə ağladığını soruşduqda, sonuncu ağrıları olduğuna görə ağladığını demişdir. Həmin vaxt Kubranın telefonuna görüntülü zəng gəlmiş, Kubra ondan telefona cavab verməyini xahiş etmişdir. O, zəngi açmışdır. Görüntülü zəng edən Elmar olmuşdur. Elmar onu görəndə acıqlı və əsəbi şəkildə ona demişdir ki, telefonu tez Kubraya versin. O, isə Kubranın ağrıdığını deyib telefonu verməyəcəyini Elmara demişdir. Elmar yenə ona hirsli şəkildə demişdir ki, telefonu Kubraya versin, Elmar ona “qələt eləsin, mənə zəng eləsin” sözlərini demiş, o, isə telefonu verməyəcəyini deyib telefona adboy vermişdir. Həmin vaxt Kubra taxtın üstündə uzanıb ağlamışdır. Bir az sonra Elmar yenidən Kubranın votsapına görüntülü zəng etmişdir. O, bu dəfə telefonu götürüb zəngi rədd etmiş və Elmarı votsapda bloka atmışdır. Bundan sonra Kubranın istifadə etdiyi votsapda Elmarla olan danışıqları silmişdir. O, Elmarın “Kubra qələt eləsin” sözünü deməsindən əsəbiləşib həmin danışığı silmişdir. Həmçinin Elmarı bloka özü atmışdır ki, zəng edib Kubranı daha da narahat etməsin, əgər Kubra onunla yenidən danışmaq istəsə özü onu blokdan çıxardar. Bundan sonra o, telefonu Kubranın özünə vermişdir. Bundan sonra o, anası çağırdığı üçün otaqdan çıxmışdır. Daha sonra bacısı Aydan və Kubranın uşaqları ilə birlikdə televizora baxmağa başlamışdır. Təxminən yarım saat sonra evdə hamı yatmağa getmiş, o, isə televizora baxmağa davam etmişdir. Kubra ağrıdığına görə həmin gün Aydanın onunla yatmasını xahiş etmiş, anası da buna icazə vermişdir. Buna görə də Kubranın uşaqları və Aydan Kubranın olduğu otağa gedib yatmışlar. Onlar otağa gedəndə Kubra otaqdan çıxıb həyətə getmişdir. Həmin vaxt Kubranın əlində öz telefonundan başqa nəsə olmamışdır. O, Kubranın otaqdan çıxıb çölə getdiyini görüb hara getdiyini soruşduqda Kubra həyətdəki tualetə getdiyini demişdir. Bundan sonra o, saat 12:00-ə kimi televizora baxıb daha sonra yatmağa getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 08:00 radələrində anası həyətə düşən zaman Kubranın özünü ağacdan asaraq öldürdüyünü görmüşdür. Bundan sonra o, qaçaraq hamıya xəbər vermişdir. Biraz sonra anası ona tapşırmışdır ki, uşaqları da götürüb əmisi Niyaməddingilə getsin. Buna görə də o, bacısı və Kubranın uşaqlarını götürüb əmisigilə getmişdir. Sonradan anasının deməsinə görə bilmişdir ki, Kubra Tərxanın istifadə etdiyi prastina (yataq üzü) ilə özünü həyətdəki qoz ağacından asaraq öldürmüşdür. xx.xx.2022-ci il tarixdə o, Kubranın otağında təxminən 2-3 dəqiqə qalmışdır. Həmin vaxt Kubra kravatda uzanaraq ağlamışdır. Elə bu vaxt telefona zəng gəlmiş və zəngə o, cavab vermişdir. Zəng edən şəxs Elmar olmuşdur. Elmar əsəbi və acıqlı formada onunla danışaraq telefonu Kubraya verməsini demişdir. O, isə telefonu Kubraya verməmiş, zəngə adboy vermişdir. Həmin zəngdən sonra başa düşmüşdür ki, Kubra ilə Elmar dalaşmışlar. O, otaqda olan müddətdə Kubra Elmarla danışmadığı üçün Elmarın ona hədə-qorxu gəlib-gəlmədiyini bilmir. Kubranın ağlamağından belə anlamışdır ki, Elmar ona hədə-qorxu gəlmişdir. X20 aralarındakı münasibət barədə sonuncunun ərinə məlumat verəcəyi barədə hədə-qorxu gələ bilərdi. xx.xx.2022-ci il tarixdə o, otaqda olarkən Kubra özünü öldürməmişdən əvvəl ona demişdi ki, Elmar aralarındakı münasibət barədə Rakifə hər şeyi danışması ilə bağlı ona hədə-qorxu gəlmişdir. Elmar Kubranı həqiqətən çox istəmişdir, buna görə də Kubranın ondan başqa heç kimlə danışmasını istəməmişdir, Kubranı çox qısqanmışdır. Kubra özünü öldürməmişdən əvvəl həmin gün o, Kubranın otağında olarkən, sonuncu ona demişdi ki, Elmar ona “ya mənimsən ya torpağın” demiş, o da Elmara “mən səni istəmirəm” demişdir. Kubra otağından çıxıb həyətə düşəndən sonra evə qayıtmamışdır. Kubra tualetə gedəndə telefonu da özü ilə apardığı üçün evə həmişə gec qayıtmışdır. Buna görə də o, bundan şübhələnməmişdir. Kubra tez-tez özünün şəkillərini çəkmişdir. Kubra Elmara da özünün bir neçə şəklini göndərmişdir. Kubra Elmar istədiyi üçün sonuncuya şəkillərini göndərmişdir. Kubra ilə Elmar tez-tez dalaşmışlar, demək olar ki, yola getməmişlər. Bir dəfəsində Elmar Kubranı “mənim olacaqsan” deyərək bezdirmiş, Kubra da Elmardan əl çəkməsini xahiş etsə də Elmar ondan əl çəkməyəcəyini demişdir. Həmin vaxt Kubra albomdan öz ərinin şəklini Elmara göstərib evli olduğunu, ondan əl çəkməsini demişdir. Kubra Elmarın istifadə etdiyi 5-6 mobil nömrəni bloka atsa da Elmar hər dəfə təzə mobil nömrə alıb Kubraya yazaraq sonuncunu bezdirmişdir. Hətta xx.xx.2022-ci il tarixdə də Elmar təzə nömrə ilə Kubraya yazıb sonuncuya hədə-qorxu gəlmişdir. Zərərçəkmiş şəxs ilə “İnstagram” sosial şəbəkəsində “fidanbaxisova8” hesab vasitəsilə tanış olmuşdur. Həmin hesab onun ad, soyadı ilə açılsa da hesabı Kubra özü istifadə etmişdir, çünki o, telefon istifadə etmir. Sadəcə olaraq ara-sıra Kubranın telefonu ilə o da həmin hesaba girmişdir. Bildiyi qədərilə Kubranın istifadəsində 02 ədəd mobil nömrə olmuşdur. Həmin nömrələri əzbərdən bilmir. Mərhum Zərərçəkmiş şəxs, intihar edəcəyi barədə ona qabaqcadan heç nə deməmişdir. Axır vaxtlar Kubranın hərəkətlərində, davranışlarında hər hansı dəyişiklik hiss etməmişdir, son vaxtlar Kubranın qarnında ağrılar çox olmuşdur. Elmar demək olar ki, hər dəfə danışanda Kubraya qarşı hədə-qorxu gəlmişdir. Elmar Kubranı əri Rakifə münasibətləri barədə hər şeyi deyəcəyini, mesajlaşmaları sonuncuya atacağını deyərək Kubranı qorxu altında saxlamışdır. Kubra Elmardan ayrılmaq istədiyi üçün Elmar ona hədə-qorxu gəlmişdir. xx.xx.2022-ci il tarixdə də X23 hər şeyi deyəcəyi ilə, Kubranın şəkillərini Rakifə atacağı ilə hədə-qorxular gəlmişdir. Bu barədə Kubra özü ona demişdir. Bildiyi qədərilə Kubranın Elmardan başqa şəxslə sevgilisi olmamışdır. Mərhum Zərərçəkmiş şəxs rəfiqəsi Nərminə olmuş, sonuncudan başqa heç kimlə dostluq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Şahid4 2013-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan onların bir qız və bir oğlan övladı dünyaya gəlmişdir. Nəvəsi Tərxanın 7 yaşı, digər nəvəsi Baharın isə 3 yaşı vardır. Rakif işi ilə əlaqədar 2-3 ildir ki, Bakı şəhərində yaşamış və işləmişdir. Zərərçəkmiş şəxs ilə onların arasında mehriban münasibət olmuş, biz bir-birilərinə hörmət etmişlər. Kubra ev işlərində ona və digər gəlini Bənövşəyə köməklik göstərmişdir. Buna baxmayaraq Kubra tez-tez özünə məxsus olan mobil telefonla məşğul olmuşdur. Bəzi vaxtlar gecə saatlarında Kubranın otağından danışıq səsləri gəldiyi üçün səhər ondan kimlə danışdığını soruşduqda həmişə bacısı ilə danışdığını demişdir. Son vaxtlar Kubra xəstə olduğunu, ağrıdığını demişdir. O, eləcə də əri Rakif Kubranı xəstəxanaya aparmağı desələr də Kubra özü müayinə olunmaq istəməmişdir. Axır vaxtlar ağrıları ilə əlaqədar olaraq Kubra gün ərzində istirahət etmiş, o Kubranı iş görməyə qoymamışdır. xx.xx.2022ci il tarixdə Kubra ağrıları ilə əlaqədar gün ərzində yataraq istirahət etmişdir. Həmin gün də telefon onun əlindən düşməmişdir. Həmin gün saat təxminən 18:00 radələrində qonşuları Coşqun onların həyətinə gələrək Kubranı səsləyib çölə çağırmışdır. Həmin vaxt Kubra ilə yanaşı onlar da eyvana çıxmışlar. Coşqun həmin vaxt Kubraya bir nəfər oğlanın Rakifin nömrəsini istədiyini, işlə bağlı pul haqq-hesabı olduğunu demişdir. Kubra Coşqundan həmin adamın nömrəsini götürüb bu barədə Rakifə deyəcəyini bildirmiş, Coşqun da çıxıb getmişdir. Kubra bundan sonra da yenə yataraq istirahət etmişdir. Həmin gün saat 22:00 radələrində Kubra nəvəsi Aydanın yanında uşaqlarını yatılı vəziyyətdə qoyub həyətdəki toletə getmişdir. Biraz sonra Kubranın qızı Bahar ağlamağa başlamış, Aydan da anası Bənövşəni çağırıb ondan Kubranı çağırmasını xahiş etmişdir. O, həmin vaxt öz yataq otağında olsa da səsləri eşidib başa düşmüşdür. Bənövşə eyvana çıxaraq Kubranı səsləmiş, Kubra da uzaqdan “gəlirəm də gəlirəm” deyə cavab vermişdir. Bənövşə evə keçən zaman Baharın ağlaması dayanmış, Bənövşə də öz otağına getmişdir. Bundan sonra hamı yuxuya getmiş, heç kim Kubranın tualetdən qayıdıb qayıtmadığını bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 08:00 radələrində hamı oyananda Aydan anası Bənövşəyə Kubranın gecə onlarla yatmadığını demişdir. Bənövşə də tez həyətə düşüb tualetə tərəfə getmişdir. Biraz sonra Bənövşə qışqırmağa başlamış və onlar dərhal həyətə çıxıb sonuncunun yanına gedəndə Kubranın yerdə uzanmış meyitini görüb şok keçirmişlər. Bənövşə həyətdə Kubranı axtararkən sonuncunun ağaca bağlanmış mələfədən asılmış vəziyyətdə meyitini tapmış, dərhal mələfəni açaraq Kubranı yerə salmışdır. Bundan sonra onların səs-küyünə qonşular gəlmiş, daha sonra təcili tibbi yardım xidmətinə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, İİ qrup əlil olmaqla heç yerdə işləmir. 2005-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2 qız övladı anadan olmuşdur. Ailəsi ilə birlikdə Şəki rayonu, Çəyirli kəndində ata evində yaşayırlar. Həmin evdə anası Şahid6 və qardaşı Şahid4 ailəsi yaşayır. Qardaşı Rakif Bakı şəhərində işlədiyi üçün, tez-tez gəlib ailəsinə baş çəkir. Qardaşı arvadı mərhum Zərərçəkmiş şəxs xasiyyətcə mülayim insan olmuş, hamı ilə yaxşı yola getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində qonşusu Coşqun onların yaşadığı evin həyətinə gələrək Kubranı həyətə səsləmişdir. Coşqunun səsinə hamısı həyətə çıxmışlar. Coşqun Kubraya demişdir ki, Rakifin iş yoldaşı ona zəng edib Rakifin nömrəsini istəyir. Kubra da Coşqundan həmin adamın nömrəsini alıb Rakifə verəcəyini deyib onu yola salmışdır. Rakifin nömrəsini istəyən şəxsin kim olduğunu bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 08:00 radələrində arvadı Bənövşə həyətdə cığırmağa başlamış və onlar dərhal həyətə çıxıb onun yanına gedəndə Kubranın yerdə uzanmış meyitini görüb şok keçirmişdir. Bənövşə həyətdə Kubranı axtararkən onun ağacdan mələfədən asılmış vəziyyətdə meyitini tapmış və dərhal mələfəni açaraq Kubranı yerə salmışdır. Bundan sonra səs-küylərinə qonşular gəlmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş; Cinayət işində olan hadisə yerinə baxış keçirilməsi haqqında 09 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şəki rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evidir və həmin evin həyətyanı sahəsidir. Hadisə yerinə baxışa başlandıqdan sonra baxış iştirakçısı Şahid1 mərhum Zərərçəkmiş şəxs onun ərinin qardaşının arvadı olduğunu, baxış keçirilən evdə birgə yaşadıqlarını, mərhumun meyitini bu gün saat 08 radələrində həyətlərində olan qoz ağacından asılı vəziyyətdə aşkar etdiyini, bundan sonra meyiti dartaraq parçadan sürüşdürüb çıxardığını, səsinə qonşuluqda yaşayan adamların gəldiyini, həmin adamların köməyi ilə meyiti evə, otaqların birinə apardığını bildirmişdir. Bundan sonra fərdi yaşayış evinin həyətində olan həmin qoz ağacına baxıldı. Həmin ağacın budağına göy rəngdə parça bağlandığı müəyyən olundu. Parçanın ağaca bağlandığı yerdən ağacın gövdəsinə kimi 70 sm məsafə vardır. Həmin budağın altında ağacın gövdəsindən 30 sm məsafədə yerdən hündürlüyü 40 sm, eni 51 sm, uzunluğu isə 82 sm olan dəmir şəbəkə vardır. Həmin dəmir parçanın bağlandığı budağın arasında 207 sm məsafə vardır. Parçanın üzərində 3 ədəd ilgək vardır. Birinci ilgək budağa bitişikdir. Birinci ilgəklə ikinci ilgək arasında 85 sm, ikinci ilgəklə üçüncü ilgək arasında 80 sm məsafə vardır. Şahid1 bildirdi ki, mərhum Zərərçəkmiş şəxs meyitini həmin parça boğazına keçirilmiş vəziyyətdə aşkar etmişdir. Bundan sonra həmin qoz ağacından 37 metr məsafədə yerləşən fərdi yaşayış evinə baxış keçirildi. Həmin ev ikimərtəbəlidir. Pilləkənlə qalxdıqdan sonra yerdə 02 ədəd qara rəngli rezin çəkmələr aşkar olundu. Baxış iştirakçısı Şahid1 bildirdi ki, həmin çəkmələr mərhumun meyitinin ayağından çıxarılaraq həmin yerə qoyulub. Pilləkənlə qalxdıqdan sonra sol tərəfdə yerləşən otağa daxil olundu və otağın döşəməsində beli üzərində uzadılmış və qırmızı rəngli parçaya bükülmüş vəziyyətdə mərhum Zərərçəkmiş şəxs meyiti aşkar olundu. Parça açıldıqdan sonra meyitə baxış zamanı meyitin boynundakı stranqulyasiya şırımından başqa hər hansı xəsarət aşkar olunmadı. Baxış iştirakçısı Şahid1 meyit asıldığı parçadan çıxarıldıqdan sonra həmin otaqda yerə uzadıldığını bildirdi. Bundan sonra mərhum Zərərçəkmiş şəxs yatdığı otağa baxış keçirildi. Həmin otağa baxış zamanı çarpayının üzərində çəhrayı rəngli qabda “Redmi” markalı qara rəngli mobil telefon aparatı aşkar olundu. Baxış iştirakçısı Şahid1 bildirdi ki, həmin mobil telefon aparatı mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş, mərhumun meyitini aşkar edəndə həmin telefonu dəmir şəbəkənin üzərində görmüş və həmin telefonu oradan götürüb meyiti evə gətirəndə çarpayının üzərinə qoymuşdur. Otaqda olan tumbanın üzərində eni 14,8, uzunluğu 21 sm olan qatlanaraq iç-içə vəziyyətdə 02 ədəd ağ kağız parçaları aşkar olundu. Həmin kağız parçalarının birinin üzərində göy rəngli qələmlə əlyazma üsulu ilə “canım anam gözəl anam haqını halal elə nə sənə görə nə uşaqlarıma görə yaşıya bilmədim çalışdım çabaladım olmadı eliyə bilmədim uşaqlarım sənə birdə rakifə əmanət mən yaxşı ana ola bilmədim uşaqlarıma baxa bilmədim siz yaxşı baxın nolar incinməsinlər mama olara görə yaşa mənə görə pis olma yaxşımı sağol mənim canım mamam haqını halal et səni çox istəyirəm bağışla məni” sözləri yazılmışdır. Digər kağız parçasının üzərində göy rəngli qələmlə əlyazma üsulu ilə “Rakif sən mənim dəyərlimsən sən də çalış bağışla məni mən sənə sənin kimi biri olanmadım. uşaqlarıma yaxşı bax oları yaxşı böyüt çalış Haqını Halal et səni çox istəyirəm” sözləri yazılmışdır. Baxış iştirakçısı Şahid1 bildirdi ki, həmin kağız parçaları mərhum Zərərçəkmiş şəxs xəttinə oxşar xətlə yazılıb. Həmin tumbanın üzərində həmçinin qırmızı qabıqlı üzərində “Good books” yazısı olan 01 ədəd dəftər aşkar olundu. Həmin dəftərdə göy rəngli qələmlə əlyazma üsulu ilə yemək reseptləri və s. araşdırma üçün əhəmiyyət kəsb etməyən yazılar müəyyən olundu. Baxış iştirakçısı Şahid1 bildirdi ki, həmin dəftərdə yazılan yemək reseptləri mərhum Zərərçəkmiş şəxs tərəfindən yazılıb. Bundan sonra fərdi yaşayış evinin digər otaqlarına baxış keçirildi, lakin araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet, odlu və ya soyuq silah, qanabənzər ləkə aşkar olunmadı. Baxış zamanı 01 ədəd “Redmi” markalı mobil telefon aparatı, üzərində əlyazmalar olan 02 ədəd kağız parçaları, 01 ədəd qırmızı qabıqlı dəftər, 02 ədəd qara rezin çəkmələr, budağa bağlanmış 01 ədəd göy rəngli parça götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. (İ cild.s. 5-16). Cinayət işində olan Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi haqqında 09 may 2022-ci il tarixli protokoldan görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmışdır. Meyitin bədənində aşağıdakı paltarlar vardır: boz rəngli uzun qol kofta, qara rəngli qısa qol kofta, bushalter, qara rəngli şalvar, iki ədəd boz rəngli corablar, qara rəngli trusik. Meyitin hər qulağında 02 ədəd qızılı rəngli metal sırğa, sol qolunda isə 01 ədəd gümüşü rəngli metal qolbaq vardır. Meyit qadın cinslidir, düzgün bədən quruluşlu, kafi qidalıdır, uzunluğu 161 sm-dir. Əllə yoxladıqda meyit soyuqdur. Əzələ qacıması yaxşı inkişaf etmişdir. Meyit ləkələri meyitin arxa səthində yerləşməklə tünd bənövşəyi rəngdədir. Meyit ləkəsinə barmaqla təzyiq etdikdə ləkənin rəngi avazıyır və təzyiq götürüldükdə 2 dəqiqədən sonra qismǝn öz əvvəlki rəngini bərpa edir. Saçları qara rənglidir, uzunluğu 35- 40 sm-dir, başın tüklü hissəsini əllə yoxladıqda patoloji hərəkətlilik yoxdur. Gözləri qapalıdır. Bəbəklər simmetrik genəlmişdir, diametri 0,4 sm-dir. Gözün konyiktiva qişasında nöqtəvari qansızmalar müəyyən olunur. Hər iki xarici qulaq keçəcəkləri va burun dəlikləri sərbəstdir. Ağzı qapalıdır, dişləri təbiidir tamdır. Dili dişlərinin arxasındadır. Dodaqların keçid qişası bozumtul rəngdədir, qurudur. Kəllə tağı və üz skelet sümüklərində patoloji hərəkətlilik yoxdur. Boynu adi hərəkətlidir. Döş qəfəsi silindirikdir. Qarnı qabırğa qövsü səviyyəsindədir. Qabırğalar, döş sümüyü, körpücük və kürək sümükləri, yuxarı və aşağı ətraf sümüklərində əllədikdə patoloji hərəkətlilik müəyyən olunmur. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, qadın tiplidir. Arxa keçəcək ətrafı təmizdir, anus dəliyi genişlənməmişdir, şüavari büküşlüdür. Xarici cinsiyyət üzvləri va arxa keçəcək nahiyəsində dəri-zöhrəvi, infeksion xəstəlik əlamətləri və zədələnmələr yoxdur. XƏSARƏTLƏR: Boyunun ön səthində, boyunun yuxarı 1/3-dən qalxan-çap istiqamətdə, aşağıdan-yuxarıya doğru uzanaraq ənsənin tüklü hissəsində qurtaran. qapanmayan, tək, fasiləsiz, yastıqlı, enli stranqulyasiya şırımı vardır. Stranqulyasiya şırımı alt çənənin mental hissəsindən 5,0 sm, sağ qulaq sırğalığından 3,0 sm, sol qulaq sırğalığından 2,2 sm məsafədə aşağıdan keçir. Stranqulyasiya şırımının sağda enlidir, eni sağda 1,1-1,8 sm, eni ön hissələrdə 2,0- 3,6 sm-dir, solda 0,8 sm-dır, dərinliyi 0,4 sm-dir. Şırımın aşağı kənarı bir qədər biçilmiş, yuxarı kənarı isə zəif uçqunludur, ətrafı sıyrıqlıdır. Bəzi sahələrdə epidermisdə nöqtəvari qansızmalıdır, şırım boynun sol yan səthində yaxşı biruzə olunur. Meyitin xarici müayinəsi zamanı digər xəsarət müəyyən olunmadı, bütün əllənən skelet sümüklərində pataloji hərəkətlilik-sınıq aşkar olunmadı. (İ cild.s. 17-21). Cinayət işinə əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında 09 may 2022ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefon aparatı qablaşdırmadan çıxarıldıqdan sonra baxış keçirilərək aşağıdakılar müəyyən edildi: həmin mobil telefon aparatı “Xiaomi Redmi” markalıdır, modeli «M2006C3LG»-dir, qara rənglidir, kifayət qədər istifadə olunmuş və sönülü vəziyyətdədir. Telefonun arxa qapağının üzərində «Redmi» sözləri vardır. Mobil telefonun uzunluğu 164.9 eni 77.1 qalınlığı 9 mm-dir. Mobil telefon aparatının sağ tərəfindəki 1x10 mm ölçüdə olan düyməni basılı saxladıqdan sonra mobil telefon açılır. Mobil telefondakı tarix real tarixə saat isə real saata uyğundur. Telefonun menyusu azərbaycan dilindədir. Mobil telefondan 2 ədəd mobil telefon nömrəsinin olduğu müəyyən olundu. Həmin nömrələrdən biri ***-***-**-**, digəri isə ***-***-**-**-dür. Bundan sonra mobil telefonda olan «Whatsapp» mobil tətbiqinə baxış keçirildi. Həmin mobil tətbiqə baxış zamanı mərhum Zərərçəkmiş şəxs «Pirənsəsim» adı ilə qeydə alınmış ***-***-**-** mobil telefon nömrəsi ilə yazışmalar apardığı müəyyən olundu. Zərərçəkmiş şəxs ilə Nərmin Paşayevanın istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə aşağıdakı tarixlərdə və məzmunda yazışma aparıldığı müəyyən olundu: 08 may 2022-ci il saat 18:52 - Zərərçəkmiş şəxs: Ay nunu; 08 may 2022ci il saat 18:52 - Zərərçəkmiş şəxs: Elmar; 08 may 2022-ci il saat 18:52 - Zərərçəkmiş şəxs: Məni təhdit edir; 08 may 2022-ci il saat 18:52 - Şahid2 : Ne; 08 may 2022-ci il saat 18:52 - Şahid2 : Deyir; 08 may 2022-ci il saat 18:53 - Şahid2 : ? 08 may 2022-ci il saat 18:53 - Zərərçəkmiş şəxs (*səsli mesajla ağlayaraq): Ay Nunu, Coşuya şey eliyibdi, Coşuya zəng edibdi ki, Rakifin nömrəsini ver mənə, mən neyləyəcəm? 08 may 2022-ci il saat 18:54 - Şahid2 : Ay bleee; 08 may 2022-ci il saat 18:54 - Şahid2 : Verib bes; 08 may 2022-ci il saat 18:54 - Şahid2 : ? 08 may 2022-ci il saat 18:54 - Şahid2 : Ay da; 08 may 2022-ci il saat 18:54 - Zərərçəkmiş şəxs (*səsli mesajla ağlayaraq): Gəldi Coşu mənə dedi ki, Rakif qaqaşın nömrəsini Qəbələdən bir iş yoldaşı var o istəyib. Dedim ki, Rakiflə danışıram, Rakifə deyərəm atar, o nömrəni ver mənə, sən neynirsən onun nömrəsini, at bloka. 08 may 2022-ci il saat 18:55 - Şahid2 : Ay da; 08 may 2022-ci il saat 18:55 - Şahid2 : Senanda meni oldurecek; 08 may 2022-ci il saat 18:55 - Şahid2 : Ey; 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Buda dediki; 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Dost olaq; 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Atiram bloka; 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Sende; 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Gor; 08 may 2022-ci il saat 18:56 - Zərərçəkmiş şəxs: Kimi; 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Ne isteyir ee o; 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Rasim; 08 may 2022-ci il saat 18:56 - Zərərçəkmiş şəxs: Məni; 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Dost; 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Olaq deyur; 08 may 2022-ci il saat 18:56 - Zərərçəkmiş şəxs (*səsli mesajla ağlayaraq): Mənə deyir ki, ya mənimsən ya torpağın, ya səni öldürtəcəm Rakifə, ya mənim olassan, ikisindən biri, zorla gözəllik olur, istəmirəm onu mən. 08 may 2022-ci il saat 18:56 - Şahid2 : Ay da; 08 may 2022-ci il saat 18:57 - Şahid2 : Of; 08 may 2022-ci il saat 18:57 - Zərərçəkmiş şəxs(*səsli mesajla ağlayaraq): Ay Nunu, nağarajam, bu səfər öldüm, bu səfər bitdim. 08 may 2022-ci il saat 18:58 - Şahid2 : Of; 08 may 2022-ci il saat 18:58 - Şahid2 : Gor bir teri; 08 may 2022-ci il saat 18:58 - Zərərçəkmiş şəxs: Nə; 08 may 2022-ci il saat 18:58 - Zərərçəkmiş şəxs: Nə edim; 08 may 2022-ci il saat 18:59 - Şahid2 : Of; 08 may 2022-ci il saat 18:59 - Şahid2 : Ay da; 08 may 2022-ci il saat 18:59 - Şahid2 : De; 08 may 2022-ci il saat 18:59 - Şahid2 : Famile; 08 may 2022-ci il saat 19:00 - Zərərçəkmiş şəxs: Nə deyim; 08 may 2022-ci il saat 19:00 - Zərərçəkmiş şəxs: Familə; 08 may 2022-ci il saat 19:05 - Şahid2 : Deki; 08 may 2022-ci il saat 19:05 - Şahid2 : Meni narahat eden var; 08 may 2022-ci il saat 19:05 - Zərərçəkmiş şəxs: Ay nunu elmarda; 08 may 2022-ci il saat 19:05 - Zərərçəkmiş şəxs: Səkillərim var; 08 may 2022-ci il saat 19:05 - Zərərçəkmiş şəxs: E; 08 may 2022-ci il saat 19:05 - Zərərçəkmiş şəxs: Onu nə edim bəs; 08 may 2022ci il saat 19:05 - Şahid2 : Ne wekilin var ki; 08 may 2022-ci il saat 19:06 - Şahid2 : Oz wekilerindide; 08 may 2022-ci il saat 19:06 - Zərərçəkmiş şəxs: Hə famillə danısırdım onda; 08 may 2022-ci il saat 19:06 - Zərərçəkmiş şəxs: Necə acıqlayım ona; 08 may 2022-ci il saat 19:06 - Zərərçəkmiş şəxs: Mən; 08 may 2022-ci il saat 19:14 - Şahid2 : Of; 08 may 2022-ci il saat 19:56 - Şahid2 : Ne oldu; 08 may 2022-ci il saat 19:56 - Şahid2 : Ne ede bildin; 08 may 2022-ci il saat 19:56 - Şahid2 : Offf; 08 may 2022-ci il saat 22:20 - Şahid2 : Baji; 08 may 2022-ci il saat 22:20 - Şahid2 : Ne oldu; 08 may 2022-ci il saat 22:25 - Şahid2 : Ay Kuklam; 08 may 2022-ci il saat 22:25 - Şahid2 : Bir soz de; 08 may 2022-ci il saat 22:25 - Şahid2 : Narahat qaldim; 09 may 2022-ci il saat 09:06 - Şahid2 : İnsani oldurersen. Bundan sonra mobil telefonda olan digər «Whatsapp» tətbiqinə baxış keçirilərkən ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi ilə mərhum Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında aşağıdakı tarixlərdə və məzmunda oxunmamış mesajların olması müəyyən olundu: 08 may 2022-ci il saat 22:37 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi (səsli mesajla): Salam Aleykum. Axşamınız xeyir. Xanım nömrənizi Elmar verdi. Elmar deyir bir dənə tez mənə yazsın, işim var onunla. 08 may 2022-ci il saat 22:37 ***-***-**-**: Deyir ki heç kimə heçnə deməmişəm narahat olmasın 08 may 2022-ci il saat 22:38 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: Deyir ki hec kimə hecnə deməmisəm narahat olmasın; 08 may 2022-ci il saat 22:39-da ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisindən buraxılmış səsli zəng olunmuşdur. 08 may 2022-ci il saat 22:39 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: . 08 may 2022-ci il saat 22:39 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: . 08 may 2022-ci il saat 22:39 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: . 08 may 2022-ci il saat 22:39 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: . 08 may 2022-ci il saat 22:39 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: . 08 may 2022-ci il saat 22:39 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: . 08 may 2022-ci il saat 22:39 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: . 08 may 2022-ci il saat 22:39 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: . 08 may 2022-ci il saat 22:40 ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisi: 08 may 2022-ci il saat 22:40-da ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisindən buraxılmış səsli zəng olunmuşdur. Qeyd edilən mesajların oxunmaması onu göstərir ki, həmin mesajlar mərhum Zərərçəkmiş şəxs özünü öldürdükdən sonra göndərilmişdir. Həmin «Whatsapp» tətbiqinə baxış zamanı müəyyən olunmuşdur ki, ***- ***-**-** mobil telefon nömrəsi ilə mərhum Kubra Baxşəliyevanın istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi arasında «Whatsapp» tətbiqi vasitəsilə 08 may 2022-ci il tarixdə aşağıdakı videogörüntülü zənglər edilmişdir : Saat 18:22-də ***-***-**-** mobil telefon nömrəsindən buraxılmış videozəng; Saat 18:23-də ***-***-**-** mobil telefon nömrəsinə edilmiş videozəng; Saat 18:26-da ***-***-**-** mobil telefon nömrəsindən buraxılmış videozəng; Saat 18:27-də ***-***-**-** mobil telefon nömrəsinə edilmiş videozəng; Saat 18:37-də ***-***-**-** mobil telefon nömrəsindən buraxılmış videozəng; Saat 19:11-da ***-***-**-** mobil telefon nömrəsinə edilmiş videozəng; Saat 19:12-də ***- ***-**-** mobil telefon nömrəsinə edilmiş videozəng; Saat 19:16-da ***-***-**-** mobil telefon nömrəsinə edilmiş videozəng; Saat 19:27-də ***-***-**-** mobil telefon nömrəsinə edilmiş videozəng; Saat 19:36-da ***-***-**-** mobil telefon nömrəsindən edilmiş videozəng; Saat 22:06-da ***-***-**-** mobil telefon nömrəsindən buraxılmış videozəng; Saat 22:10-da ***-***-**-** mobil telefon nömrəsinə edilmiş videozəng; Saat 22:15-də ***- ***-**-** mobil telefon nömrəsindən buraxılmış videozəng; Saat 22:16-da ***-***-**-** mobil telefon nömrəsindən edilmiş videozəng; Saat 22:17-də ***-***-**-** mobil telefon nömrəsindən buraxılmış videozəng. Bundan sonra “Mesajlar” qovluğuna daxil olundu və orada istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Bundan sonra mobil telefondakı digər mobil tətbiqlərə, habelə “Mi Video”, Fayl İdarəçisi” qovluqlarına və mobil telefonda olan digər qovluq və proqramlara baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Bununla da mobil telefon aparatına baxış başa çatdı. (İ cild, s.58-68). İşdə olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli, 44 nömrəli Qərardan və Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, s.100 və 110-111). Cinayət işinə əlavə edilmiş əşyanın könüllü olaraq təqdim olunması, götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon aparatı “Xiaomi Redmi 9 Pro” markalı, qara-mavi rənglidir, kifayət qədər istifadə olunmuş, işlək vəziyyətdədir, korpusunun uzunluğu 160, eni 75, qalınlığı 5 mm-dir, telefonun alt hissəsində 01 ədəd qulaqlıq üçün nəzərdə tutulmuş diametri 3 mm olan keçid, 01 ədəd adapter üçün nəzərdə tutulmuş USB keçidi və 5 ədəd səsin eşidilməsi üçün deşiklər vardır. Telefonun ön yuxarı hissəsində kamera və dinamik vardır. Mobil telefon aparatının korpusunun arxasında 04 ədəd kamera və 01 ədəd fləş fənər vardır. Kameranın yuxarı hissəsində “64MP QUAD CAMERA”, telefonun arxa aşağı hissəsində “Redmi”, “Made in China Model M2003J6B2G X12., Ltd.” sözləri yazılmışdır. Mobil telefon aparatının sol tərəfində 2x200 mm ölçüdə 01 ədəd səsin azaldıb-artırılması üçün düymə, onun alt hissəsində 3x200 mm ölçüdə ekranı yandırıb-söndürmək, barmaq izini oxumaq və s. üçün düymə vardır. Telefonun sağ tərəfində 2x200 mm ölçüdə mobil nömrə taxmaq üçün hissə vardır. Mobil telefon aparatının sağ tərəfdə yerləşən düyməni basdıqdan sonra mobil telefon aparatının ekranı açılır. Ekranı yuxarı sürüşdürdükdə ekran kilidi çıxır. Kilidi açmaq naxışlıdır, baxış iştirakçısı Təqsirləndirilən şəxs ekran kilidinin açılması üçün istifadə etdiyi naxışı göstərdi. 09 ədəd naxış yuxarıdan aşağı soldan-sağa olmaqla şərti olaraq 1-dən 9-a kimi nəzərə alınsa 7-4-1-2-5-8-3-6-9 rəqəmlərinə buraxmadan naxış çəkildikdə ekran kilidi açılır. Həmin mobil telefonun tarixi real tarixə, saatı isə real saata uyğundur. Mobil telefonun menyusu azərbaycan dilindədir. Mobil telefon aparatında *#06# düymələri basıldıqdan sonra ekranda “İMEİ1: **********36077/00 İMEİ2: **********36085/00”, “İCCİD1: ********************, İCCİD2: ********************”, “Seriya nömrəsi: 27953/20Z803073” yazısı görünür. Həmçinin *666# düymələri basıldıqdan sonra ekranda “MSİSDN: **********2” sözləri görsənir. Mobil telefon aparatında “Galereya”-“Albomlar” qovluğuna daxil olundu, həmin qovluqda “Bütün şəkillər”, “Kamera”, “Videolar”, “Ekran görüntüləri”, “Pictures”, “Digər albomlar”, “Zibil qutusu”, “Təmizləyici” qovluqlarının olduğu müəyyən olundu. “Bütün şəkillər” adlı qovluğa daxil olundu və mərhum Zərərçəkmiş şəxs məxsus 23 ədəd şəkil olduğu müəyyən olundu. Həmin şəkillərdən ikisi mərhum Zərərçəkmiş şəxs bir nəfər oğlanla güzgü qarşısında çəkdirdiyi şəkillərdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs həmin şəkillərin Zərərçəkmiş şəxs ona xx.xx.2022-ci il tarixdə göndərərək şəkildəki oğlanın onun sevgilisi olduğunu və oğlanın Naxçıvanlı olduğunu dediyini bildirdi. Həmçinin o, qeyd etdi ki, Zərərçəkmiş şəxs ona həmin 2 şəkli göndərərək onu əsəbiləşdirmək, qısqandırmaq istəmiş, o da həmin 2 şəkli Rakifə göndərəcəyini bildirərək mərhum Zərərçəkmiş şəxs qarşı hədə-qorxu gəlmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs məxsus digər 21 ədəd şəkli 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ilə “Whatsapp+” mobil tətbiqetməsi vasitəsilə danışarkən sonuncu göndərmişdir. Bundan başqa adı çəkilən qovluqda Təqsirləndirilən şəxs özünə və digər şəxslərə məxsus fotoşəkillər, habelə müxtəlif məzmunlu fotoşəkillərin olduğu müəyyən olundu. Bundan başqa həmin qovluqda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı fotoşəkil, video və ya hər hansı məlumat aşkar olunmadı. Həmçinin “Galereya”-“Albomlar” qovluğunda digər qovluqlara da baxış keçirildi, istintaq üçün əhəmiyyət kəsb edən hər hansı fotoşəkil, video və ya hər hansı məlumat aşkar olunmadı. Bundan sonra “Kişiler”-“Sonuncular” qovluğuna daxil olundu. Həmin hissədə mərhum Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsinin “ŞiriniM” adı ilə qeydiyyata alındığı müəyyən olundu. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs ilə yalnız həmin mobil nömrə vasitəsilə əlaqə saxlamışdır, bundan başqa ona məxsus hər hansı mobil nömrə olub-olmamasını bilməmişdir. Bundan başqa həmin qovluqda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı zəng, danışıq və s. aşkar edilmədi. Bundan sonra “Whatsapp” mobil tətbiqetməsinə daxil olundu. Həmin mobil tətbiqetmədə ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçilmişdir. Həmin mobil tətbiqetmədə mobil telefonda “ŞiriniM” adı ilə qeydiyyata alınmış Zərərçəkmiş şəxs ilə baş tutmuş danışıqlara baxış keçirildi. Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə və son olaraq xx.xx.2022-ci il tarixdə danışıq (mesajlaşma) olması müəyyən olundu. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” profilini bloka (qara siyahıya) saldığı üçün o, 2022-ci ilin aprel ayı ərzində özünə məxsus ***-***-**-** mobil nömrə “Whatsapp+” mobil tətbiqetməsində qeydiyyatdan keçərək Kubra ilə danışmış, sonradan mobil tətbiqdə problemlər yarandığı üçün həmin mobil tətbiqi silmişdir. Həmin mobil telefondakı “Whatsapp” mobil tətbiqinə baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 17:48-də və 18:36-da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünün başqa şəxslə çəkildiyi şəkli göndərməsi və həmin şəxsi öz sevgilisi kimi təqdim etməsi müəyyən olundu. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdə saat 17:48-dən başlayaraq həmin gün saat 22:04-ə qədər danışıq olması müəyyən olundu. Bundan sonra “Whatsapp” mobil tətbiqində “Zənglər” bölməsinə baxış keçirildi. xx.xx.2022-ci il tarixdə saat 18:27-də Zərərçəkmiş şəxs tərəfindən görüntülü zəng olunduğu və 8 dəqiqə 52 saniyə danışıq baş tutması, həmin tarixdə saat 18:45-də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs görüntülü zəng olunduğu və 3 dəqiqə 16 saniyə danışıq baş tutması, saat 18:54-də Zərərçəkmiş şəxs tərəfindən görüntülü zəng olunması və 11 saniyə danışıq baş tutması, saat 18:58-də Təqsirləndirilən şəxs tərəfindən görüntülü zəng olunması və 4 dəqiqə 5 saniyə danışıq baş tutması, saat 19:36-da Təqsirləndirilən şəxs tərəfindən görüntülü zəng olunması və 2 dəqiqə 43 saniyə danışıq baş tutması, saat 22:10-da Zərərçəkmiş şəxs tərəfindən görüntülü zəng olunması və 2 dəqiqə 43 saniyə danışıq baş tutması və son olaraq saat 22:16-da Təqsirləndirilən şəxs tərəfindən görüntülü zəng olunması və 1 dəqiqə 1 saniyə danışıq baş tutması müəyyən olundu. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:48-də və saat 18:36-da Zərərçəkmiş şəxs ona bir nəfər oğlanla çəkdirdiyi şəkli göndərdikdən sonra o, bundan əsəbiləşib Kubraya hədəqorxu gəlməyə, Kubranın göndərdiyi iki ədəd fotoşəkli onun əri Rakifə göndərəcəyini deməyə başlamış, Kubra bundan sonra qorxaraq ağlayaraq ona yalvarmışdır. Kubranın ona yalvarmasına baxmayaraq o, fikrinin qəti olduğunu Kubraya çatdırmış, hətta Coşqunla əlaqə saxlayaraq Rakifin nömrəsini istəmişdir. Bununla da Kubra onun bunu bacara biləcəyini görərək daha da qorxmuşdur. Kubraya hədə-qorxu gələrək şəkilləri Rakifə atmaqla yanaşı, özünün və şəkildəki Naxçıvanlı oğlanın Kubra ilə cinsi əlaqəyə girdiyini deyəcəyini də demiş, bununla da Kubra həmin gün ona atdığı şəkillərə görə peşman olmuşdur. O, Kubranın özünü öldürəcəyinə inanmadığı üçün fikrindən geri dönməmiş, qeyd edilən görüntülü zənglər zamanı dayanmadan Kubraya qarşı hədə-qorxu gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:10-da Zərərçəkmiş şəxs tərəfindən edilən görüntülü zəng zamanı Kubra ona şəkilləri Rakifə göndərməməsini dedikdə o, Kubraya “elədiyimi uje eləmişəm” sözlərini demiş, Kubra da ona “uşaqları yatızdırım gəlim danışarıq” deyib sağollaşmışdır. Saat 22:16-da o, Kubraya görüntülü zəng edən zaman isə telefona Kubranın qaynı qızı Fidan cavab vermiş və ona “sən nə istəyirsən qızdan, əl çək bizdən, bir də Kubraya zəng eləmə” sözlərini deyərək sağollaşmış və onun profilini bloka (qara siyahı) salmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18:38-də Təqsirləndirilən şəxs tərəfindən “Cosqun Səki” adı ilə qeydiyyata alınmış nömrənin “Whatsapp” mobil tətbiqetməsinə zəng edilmiş, 3 dəqiqə 7 saniyə danışıq baş tutmuş, saat 18:44-də yenidən zəng edilmiş və 9 saniyə danışıq baş tutmuşdur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:38-də Coşqun adlı şəxsə zəng edərək Rakiflə iş gördüyünü, bu səbəbdən onunla danışmalı olduğu üçün sonuncunun mobil nömrəsini ondan istəmiş, Coşqun isə Zərərçəkmiş şəxs yaşadığı evə gedərək ona bu barədə məlumat verərək Rakifin mobil nömrəsini istəmişdir. Kubra isə Coşqundan bu barədə maraqlanan adamın, yəni onun mobil nömrəsini alaraq Rakifə verəcəyini demiş, bununla da Rakifin nömrəsini istəyən adamın o olduğunu bilmişdir. Beləliklə Kubra onun Rakifin nömrəsini axtardığını görüb daha da qorxmuşdur. Bundan başqa “Whatsapp” mobil tətbiqində digər şəxslərlə olan danışıqlara, zənglərə baxış keçirildi, istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Bundan sonra “İnstagram” mobil tətbiqinə daxil olundu. Həmin mobil tətbiqdə Təqsirləndirilən şəxs “elmar_6662” adı ilə qeydiyyatdan keçdiyi müəyyən olundu. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs ilə həmin mobil tətbiqdə tanış olmuş, sonuncu “fidanbaxısova8” adlı profillə qeydiyyatdan keçmişdir. Daha sonra mesajlar bölməsinə daxil olunaraq “fidanbaxısova8” adı ilə qeydiyyatdan keçilmiş hesabla olan mesajlara baxış keçirildi. Həmin hesabla xx.xx.2022-ci il tarixdə saat 19:37-dən saat 22:51-dək danışıq olması müəyyən olundu. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, həmin profil istifadə edən şəxs adının Kubra olduğunu, ailəli olduğunu qeyd etmiş, onlar bir-birilərinə öz şəkillərini göndərərək bəyəndikdən sonra səsli zənglə və görüntülü zənglə danışmış, görüntülü zəng zamanı Kubranın istifadə etdiyi mobil nömrəni aldıqdan sonra danışmağa “Whatsapp” mobil tətbiqetməsində davam etmişlər. Bundan başqa “İnstagram” mobil tətbiqində digər mesajlara baxış keçirildi, istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilmədi. Bundan sonra “Mesajlar” qovluğuna daxil olundu və orada istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Bundan sonra “Youtube”, “TikTok” “Snapchat” mobil tətbiqlərinə, habelə “Mi Video”, Fay İdarəçisi” qovluqlarına və mobil telefonda olan digər qovluq və proqramlara baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Bununla da mobil telefon aparatına baxış başa çatdı.(İ cild, s.126-145). Cinayət işinə əlavə edilmiş fotoşəkillər üzrə tanınmanın aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 fotoşəkildə əks olunan fotoşəkilləri nəzərdən keçirdikdən sonra əli ilə fotocədvəldə 2 nömrə ilə nömrələnmiş fotoşəkili göstərərək həmin fotoşəkildə olan şəxsin xx.xx.2022-ci il tarixdə yaşadığı Şəki rayonu, Cəyirli kəndində yerləşən evdə mərhum Zərərçəkmiş şəxs otağında gördüyü şəxsin fotoşəkildə göstərdiyi şəxs olduğunu bildirmişdir. Qeyd edilən qrafada şəkli əks olunmuş şəxs Təqsirləndirilən şəxsdur. (İ cild, s.202-204). Cinayət işində olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli, 21 №-li məktubundan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs həqiqətən Şəki rayonu, Cəyirli kəndində yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (İ cild, s. 222-223). Cinayət işinə əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, SDS- 2321 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs barəsində 2015-ci ildən indiyədək Şəki Rayon Məhkəməsində heç bir işə baxılmamışdır. (İ cild, s. 225). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli, 520 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İ cild, s. 227). Cinayət işində olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 790/1 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə TTYS-na çağırış olunmamış, 2022-ci ilin mart-may ayları ərzində X18 Mərkəzə, həmçinin cari il ərzində “Şəki RMX” PHŞ-nə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İ cild, s. 229). Cinayət işində olan Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli, 189-15791-1222 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs barəsində Şəki ŞRPŞ-də təqsirləndirici material müəyyən edilməmişdir. (İ cild, s. 236). Cinayət işində olan Qəbələ RPŞ-nin xx.xx.2022-ci il tarixli, 8/144-15217-1222 №-li məktubundan görünür ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs barəsində 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi olmuş, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi üzrə ittiham aktı rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmişdir. Hazırda Qəbələ RPŞ-də Təqsirləndirilən şəxs barəsində icraatda heç bir təqsirləndirici material yoxdur, cinayət işi istintaqı aparılmır. (İ cild, s. 238). İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(025)-45/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə və 13 avuqst 2021-ci il saat 23:50-dən 14 avqust 2021-ci il saat 01:00-dək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (İ cild, s. 247-250). İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(025)-314/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilmişdir. (İ cild, s. 251- 252). Cinayət işində olan “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” PHŞ-n xx.xx.2022-ci il tarixli, 967 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin Poliklinika şöbəsinin narkoloji, nevroloji və psixiatrik kabinetlərində qeydiyyatda deyildir. Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-yə xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə - TTYŞ – 103 bölməsinə ambulans çağırışı və xx.xx.2021-ci il tarixdə - TTY Kərimova Gülnisə həkimə birbaşa müraciət etmişdir. (İİ cild, s. 2). Cinayət işində olan Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli, 189-16812-1222 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in BƏSİ İdarəsinin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcuddur. Həmin məlumata əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə 08 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Xətai RPİ-də toplanmış cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkumluğu barədə isə heç bir məlumat yoxdur. (İİ cild, s. 4-6). Cinayət işində olan Şəki ŞRPŞ-nin Sarıca PB-nin xx.xx.2022-ci il tarixli, 372-897- 1222 №-li məktubundan görünür ki, Şəki rayonu Cayirli kəndində yaşamış mərhum Zərərçəkmiş şəxs əvvəllər ailə üzvləri qohumları və qonşuları arasında hər hansı narazılıq ədavət olmamış və bu barədə, onun şikayəti əsasında, habelə onun barəsində Şəki ŞRPŞ-nin Sarıca PB-də araşdırma aparılmamış, əvvəllər özünü öldürməyə cəhd etməmişdir. Əməliyyat yolu ilə müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs özünü öldürmə səbəbi sosial şəbəkədə tanış olduğu şəxsin ona aid rüsvay edici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gəlməsi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs özünü öldürmək niyyəti barədə heç kimə əvvəllər heç bir söz deməmiş, özünü asarkən hadisəni heç kim görməmiş, hadisəni görən şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, ailə üzvlərinin, yaxınlarının və rəfiqəsinin dindirilməsi üçün rayon prokurorluğuna gəlmələri təmin olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs heç bir ictimai faydalı əməklə məşğul olmamış, sakit həyat tərzi yaşamış, heç bir dini icma, birlik, qrup və s. ilə əlaqəsi habelə həmin qruplarla əlaqəsi olan şəxslərlə münasibəti olmamışdır. Mərhum Zərərçəkmiş şəxs spirtli içkilərə, narkotik vasitələrə və psixotrop maddələrə heç bir aludəliliyi və meyilliliyi olmamış eyni zamanda spirtli içki, narkotik və psixotrop maddə qəbul edən şəxslərlə münasibəti müəyyən edilməmiş və əvvəllər heç kimə pul və ya digər borclarının olması müəyyən edilməmişdir. (İİ cild, s. 8). Cinayət işində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 16/1-335xid-146 nömrəli məktubundan görünür ki, təqdim olunmuş “İphone 6S” və “Xiomi Redmi” markalı mobil telefonların yaddaşında olan və pozulmuş məlumatlar “UFED Sellebrite” aparatı ilə bərpa edilərək, əldə edilmiş məlumatlar elektron yaddaş qurğusuna yazılmaqla təqdim edilmişdir. (İİ cild, s. 13). Cinayət işində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 16/1-334xid-145 nömrəli məktubundan görünür ki, təqdim olunmuş “Xiomi Redmi” markalı mobil telefonun üzərindəki SİM kartı çıxarılmadığı və internet şəbəkədən ayrılmadığı üçün kənar şəxs tərəfindən format olunduğundan yaddaşında olan və pozulmuş məlumatların bərpa edilməsi texniki imkanlar xaricindədir. (İİ cild, s. 15). Cinayət işinə əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında 10 iyun 2022ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş “Xiaomi Redmi” markalı mobil telefon aparatında bir sıra məlumatlar bərpa edilmişdir. “Whatsapp” mobil tətbiqinə daxil olundu. Həmin mobil tətbiqdə bəzi danışıqlar, mesajlaşmalar və s. bərpa olunduğu müəyyən olundu. Mərhum Zərərçəkmiş şəxs “Kiki” adı ilə qeydiyyata aldığı Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aşağıdakı tarixlərdə və məzmunda yazışma aparıldığı müəyyən olundu: 07 may 2022-ci il saat 10:08 – Şahid2: Neynirsən; 07 may 2022-ci il saat 10:08 – Şahid2: Yaxwisina; 07 may 2022-ci il saat 10:08 – Zərərçəkmiş şəxs: Yox pisəm valla; 07 may 2022-ci il saat 10:08 – Şahid2: Offff; 07 may 2022-ci il saat 10:09 – Zərərçəkmiş şəxs: Gedirəm; 07 may 2022-ci il saat 10:09 – Şahid2: Hara; 07 may 2022-ci il saat 10:09 – Zərərçəkmiş şəxs: O tərəfə; 07 may 2022-ci il saat 10:09 – Şahid2: Az seyleme; 07 may 2022-ci il saat 10:09 – Şahid2: Yene bawladi bu; 07 may 2022-ci il saat 10:10 – Şahid2: Az get da de da; 07 may 2022-ci il saat 10:10 – Şahid2: Ozune zulum verirsen; 07 may 2022-ci il saat 10:10 – Şahid2: Delisen sen; 07 may 2022-ci il saat 10:10 – Şahid2: Besdi Kubra; 07 may 2022-ci il saat 10:10 – Zərərçəkmiş şəxs: Nə bəsdi; 07 may 2022-ci il saat 10:11 – Zərərçəkmiş şəxs: Ölmək istəyirəm; 07 may 2022-ci il saat 10:12 – Şahid2: Deli olma; 07 may 2022-ci il saat 10:12 – Şahid2: Men sensiz ne ederem; 07 may 2022-ci il saat 10:13 – Zərərçəkmiş şəxs: Baş daşıma danışarsan; 07 may 2022-ci il saat 11:11 – Şahid2: Seyleme; 07 may 2022-ci il saat 11:11 – Zərərçəkmiş şəxs: Nə səyləmə; 07 may 2022-ci il saat 11:12 – Zərərçəkmiş şəxs: Əlimə şans düşüb; 07 may 2022-ci il saat 11:24 – Şahid2: (*ağlayan emoji*); 07 may 2022-ci il saat 11:24 – Zərərçəkmiş şəxs: Nə olub; 07 may 2022-ci il saat 11:26 – Şahid2: Seni sevirem; 07 may 2022-ci il saat 11:26 – Zərərçəkmiş şəxs: Məndə; 07 may 2022-ci il saat 11:26 – Şahid2: Awkim; 07 may 2022-ci il saat 11:27 – Zərərçəkmiş şəxs: Can; 07 may 2022-ci il saat 11:29 – Şahid2: Seni isdeyirem; 07 may 2022-ci il saat 11:34 – Zərərçəkmiş şəxs: Məndə səni. Bundan başqa “Whatsapp” mobil tətbiqində araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı yazışma, yazılı və ya səsli mesaj, şəkil və ya video və s. aşkar olunmadı. Bundan sonra “Gallery” qovluğuna baxış keçirildi. Həmin qovluqda bərpa edilmiş şəkillər arasında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı fotoşəkil, video və ya hər hansı məlumat aşkar olunmadı. Bundan sonra “Zənglər” qovluğuna daxil olundu. Həmin hissədə araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı zəng, danışıq və s. aşkar edilmədi. Bundan sonra “Mesajlar” qovluğuna daxil olundu və orada istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Bundan sonra telefonda olan digər mobil tətbiqlərə və proqramlara baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Bununla da mobil telefon aparatına baxış başa çatdı. (İİ cild, səh. 19-22). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-in məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 21 №-li rəyindən görünür ki, mərhumə Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar müəyyən edilmişdir: mexaniki asfiksiya, boyun üzvlərinin ilgǝylə sıxılması və boyunun stranqulyasiya şırımı. - Mərhumǝ Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin ilgǝylə Sıxılması nəticəsində baş vermiş mexaniki asfeksiya olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir, ölümün baş vermə müddəti meyitin məhkəmə tibbi ekspertizasından 10-12 saat əvvələ uyğun gəlir. - Mərhumə Zərərçəkmiş şəxs meyitinin boyun nahiyəsində olan stranqulyasiya şırımı hadisə yerindən götürülmüş mələfənin təsirindən əmələ gəlməsi istisna edilmir. - Mərhumə Zərərçəkmiş şəxs meyitinin boyun nahiyəsində olan stranqulyasiya şırımı həyatidir, boyunun ön səthində, boyunun orta 1/3-dən qalxan-çǝp istiqamətdə, aşağıdan-yuxarıya doğru uzanaraq ənsənin tüklü hissəsində qurtarır. - Mərhumǝ Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. - Mərhumə Zərərçəkmiş şəxs arxa keçəcəyində və cinsiyyət orqanlarında hər hansı xəsarət, onunla təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik xəsarətlər aşkar edilmədi. (İİ cild, s. 43-47). Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/789 №-li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və "İOS 13.6" əməliyyat sistemi ilə təhciz olunmuş "İphone 6s" markalı "A1688" modelli "**********18631" imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran ve "Android 11" əməliyyat sistemi ilə təhciz olunmuş "X27 9 Pro" markalı "M2003J6B2G" modelli "**********36077, **********36085" imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və "Android 10" əməliyyat sistemi ilə təhciz olunmuş "Xiaomi Redmi 9A" markalı "M2006C3LG" modelli "**********81530, **********81539" imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş "İphone 6s" markalı "A1688" modelli, "X27 9 Pro" markalı "M2003J6B2G" modelli və "Xiaomi Redmi 9A" markalı "M2006C3LG" modelli mobil smartfonların yaddaşlarından pozulmuş məlumatların bərpası aşkar olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat "Ekspertiza 5-789" adlı iş çantasında üzərində Verbatim" yazısı olan iki ədəd "DVD-R" tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Ekspertiza xərci 150 manat təşkil etmişdir. (İİ cild, s. 82-87). Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/981 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, kağız parçası üzərində "canım anam gözəl anam haqını halal..." sözləri ilə başlayıb, "...səni çox istəyirəm bağışla məni" sözləri ilə bitən Əlyazmalar; kağız parçası üzərində "Rakif sən mənim dəyərlimsən..." sözləri ilə başlayıb, "...səni çox istəyirəm" sözləri ilə bitən əlyazmalar - Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, kağız parçası üzərində "canım anam gözəl anam haqını halal..." sözləri ilə başlayıb, ..səni çox istəyirəm bağışla məni" sözləri ilə bitən Əlyazmaların; kağız parçası üzərində "Rakif sən mənim dəyərlimsən..." sözləri ilə başlayıb, "...səni çox istəyirəm" sözləri Mbitən əlyazmaların qeyri-adi psixofizioloji vəziyyətdə (həyəcanlı vəziyyətdə təsir altında ve s) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olundu. Ekspertiza xərci 127 manat təşkil etmişdir. (İİ cild, s. 91-94). Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 11/293 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümündən əvvəlki dövrdə fərdi-psixoloji xüsusiyyətlərində psixogen-depressiv reaksiya əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş emosional gərginlik halını keçirmişdir. Həmin halın yaranma səbəbləri rəyin tədqiqi hissəsində təhlil edilmişdir. Həmin hissədə qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs özünü öldürməzdən əvvəlki dövrdə qarşılaşdığı şəraitlə - ailəli olduğu halda başqa şəxslərlə ərinə xəyanət etməsinin aşkara çıxması, görüşdüyü şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə arasında olan intim münasibətləri barədə ərinə məlumat verəcəyini bildirərək ona hədə-qorxu gəlməsi ilə əlaqədar onun emosional halında kəskin dəyişikliklər yaranmış, Zərərçəkmiş şəxs ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş qorxu və biabır olma hissi ilə müşayiət olunan emosional gərginlik halını keçirmişdir. Belə bir emosional vəziyyətdə, yəni emosional gərginlik halında olan, hadisədən əvvəl Təqsirləndirilən şəxs “hədələrindən bezdiyini və ölmək istədiyini tez-tez dilə gətirən” Zərərçəkmiş şəxs idrak proseslərinin strukturunda, ilk növbədə qavrayışının mütəşəkkilliyində, təfəkkürünün təhlil və tərkib proseslərində əhəmiyyətli dərəcədə dəyişikliklər əmələ gəlmiş, o, autoaqressiv (insanın aqressivliyinin özünə qarşı yönəlməsi) davranış aktını yerinə yetirməklə intihar etmişdir. Zərərçəkmiş şəxs ölümündən əvvəlki dövrdə emosional gərginlik halında olması onun davranış aktlarında təzahür etmişdir. Ekspertiza xərci 120 manat təşkil etmişdir. (İİ cild, səh. 98-103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 314 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki ruhi psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırkı eksperiza imkan verir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəsisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırkı ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozuntusunun az ifadəli olması əsas verir. (İİ cild, s. 105-106). Cinayət işində olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 350 №-li məktubundan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Mıxlıqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatda olmaqla Bakı şəhərində yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild, s. 125- 126). Cinayət işində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-270/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (İİ cild, s. 128-130). Cinayət işində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(010)-665/2021 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilmiş, məhkum Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün hissəsi 06 (altı) ay azaldılmışdır. (İİ cild, s. 132-135). Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən düzgün olaraq məhkəmə məsuliyyətinə verilmişdir. X15 baş vermiş hadisəni törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs X7 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən, həmçinin onun əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə təqsirləndirilən şəxs X8 məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə yuxarıda qeyd etdiklərinə əsasən törədilən cinayət üzrə təqsirləndirilən şəxsin cəzalandırılmasına fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, bu cür cinayətlərin bir daha və başqaları tərəfindən törədilməməsi və qarşısının alınması məqsəsdini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edə bilər. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(010)-665/2021 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilmiş, məhkum Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün hissəsi 06 (altı) ay azaldılmışdır. Belə olduğu halda Təqsirləndirilən şəxs cəzasını çəkərək xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bundan əvvəl Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 2 il keçməmiş yeni cinayət əməli törətmişdir. CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məccələnin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmələr müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X15, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs özünü asmaq üçün istifadə etdiyi mələfə və hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş Zərərçəkmiş şəxs sağlığında öz dəsti-xətti ilə yazdığı sərbəst xətt nümunələri olan 01 ədəd dəftər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Zərərçəkmiş şəxs istifadəsində olmuş bir ədəd “Xiaomi Redmi 9A” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılmalıdır. İş üzrə maddi sübut kimi hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs sağlığında öz dəsti-xətti ilə yazdığı 02 ədəd vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs könüllü surətdə araşdırmaya təqdim etdiyi Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd “Xiaomi Redmi 9 Pro” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 397 manat (üç yüz doxsan yeddi manat) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə maddi ziyanın, mülki iddianın və xüsusi müsadirə olunması təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Hökmetdi: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 may 2022-ci il tarixdə saat 17:50-dən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs özünü asmaq üçün istifadə etdiyi mələfə və hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş Zərərçəkmiş şəxs sağlığında öz dəsti-xətti ilə yazdığı sərbəst xətt nümunələri olan 01 ədəd dəftər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Zərərçəkmiş şəxs istifadəsində olmuş bir ədəd “Xiaomi Redmi 9A” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılsın. İş üzrə maddi sübut kimi hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs sağlığında öz dəsti-xətti ilə yazdığı 02 ədəd vərəq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs könüllü surətdə araşdırmaya təqdim etdiyi Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd “Xiaomi Redmi 9 Pro” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 397 manat (üç yüz doxsan yeddi manat) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın və xüsusi müsadirə olunması təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar