Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-88/2021 12.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonu Qayabaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi plastmas qabın içindəki neft məhsulunu zərərçəkmiş şəxslərin üstünə tökərək şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 26 may 2021-ci il tarixdə saat 09:30 radələrində Şəki rayonu, Qayabaşı kəndində yaşadığı evdən içərisində "A-92" markalı neft məhsulu olan 01 (bir) litirlik plastmas qabı özü ilə götürüb ictimai yer hesab olunan, Şəki rayonu, Sarıca kənd ərazisində yerləşən, Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gəlib, Şəki rayonu, Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs1 xidməti iş otağına daxil olaraq orada əsaslı səbəb olmadan yüksək səslə mübahisə edərək səs-küy salıb, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan hərəkətlərə yol verərək, ucadan nalayiq ifadələr danışıb otaqda olan stol, stulu və yazılı kağızları dağıdıb yerə səpələyərək icra nümayəndəliyinin iş rejimini 15 dəqiqə ərzində pozaraq yandırmaq və zərər yetirmək məqsədilə özü ilə gətirdiyi 01 (bir) litirlik plastmas qabın içərisindəki "A- 92" markalı neft məhsulundan silah qismində istifadə edərək neft məhsulunu qəsdən əvvəlcə otaqda olan Şəki rayonu, Qayabaşı bələdiyyəsinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs2, daha sonra isə Şəki rayonu, Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Zərərçəkmiş şəxs1 üzərinə töküb onlara zor tətbiq edib yandıracağı ilə hədələyərək Zərərçəkmiş şəxs1 hər iki gözün buynuz qişa və konyuktiva kisəsinin üst və alt göz qapaqlarının kimyəvi yanıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid5 ilə evlidir və 2 övladı var. Şəki rayonu, Qayabaşı kəndində yerləşən evdə öz ailəsi ilə yanaşı qardaşı X12 və ailəsi, həmçinin bacıları X9 və Şahid9 ilə birlikdə yaşayır. Bacıları subaydır, heç vaxt ailə həyatı qurmamışlar. Yaşadıqları ev onlara rəhmətlik valideynlərindən miras qalmış, hazırda da rəhmətlik anası X4 adına qeydiyyatdadır. Həmin evdə onlar 10 nəfər birlikdə yaşayırlar. Onların maddi imkanı çox aşağı səviyyədə olmuş, evdə yalnız o, işləyib pul qazanmışdır. 2019-cu ildə Bakı şəhərində yerləşən "xxxx" MMC-də fəhlə kimi işləmişdir. 2020-ci ilin noyabr ayında işdən azad olunduğu üçün Şəki rayonu, Qayabaşı kəndinə qayıtmış və həmin tarixdən etibarən yaşadığı evə pul gətirən olmamışdır. 10 nəfər şəxs onun İİ qrup əlilliyə görə aldığı 130 manat aylıq müavinətlə dolanmışdır. Ona və ailə üzvlərinə maddi yardım göstərilməsi ilə bağlı dəfələrlə müxtəlif orqanlara müraciət etsə də hər hansı bir köməklik göstərilməmişdir. Hazırda onların dolanışığı bərbad vəziyyətdədir. 04.09.2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində yaşadıqları evə ziyan dəymiş, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş komissiya tərəfindən yaşadığı evə bir neçə dəfə baxış keçirilsə də hər hansı tədbir görülməmiş, yaşadıqları ev təmir edilməmişdir. 21.04.2021-ci il tarixdə o, COVİD-19 virusuna yoluxmuş və təcili tibbi yardım maşını ilə Şəki RMX PHŞ-in Modul Tipli xəstəxanasına yerləşdirilmişdir. Ondan sonra 2 bacısı da COVİD-19 virusuna yoluxmuş, onlar da Modul Tipli xəstəxanaya yerləşdirilmişlər. Yaşadıqları ev karantinə alınmış, bütün ailə üzvləri təcrid olunmuşdur. 14 gün xəstəxanada müalicə aldıqdan sonra 10.05.2021-ci il tarixdə evə buraxılmış və 14 gün də evdə müalicə olunmuşdur. Bu müddət ərzində yalnız qonşuların köməkliyi ilə ayaqda dura bilmişlər. Heç kim çölə çıxa bilmədiyi üçün hər hansı iş görə bilməmiş, pul qazana bilməmişdir. 24.05.2021-ci il tarixdə yaşadığı evdə tətbiq olunan karantinin götürülməsi barədə onlara mesajlar gəlmişdir. 26.05.2021-ci il tarixdə səhər saat təxminən 08:30-da evdən çıxmış və 09:15 radələrində o, 9 nəfər ailə üzvü ilə birlikdə Şəki rayonu, Qayabaşı kənd icra nümayəndəliyinə getmişdir. Onların oraya getməkdə məqsədi həmin şəxslərdən ailəsinə köməklik göstərmələrini, onlara iş vermələrini, ərzaq yardımı göstərmələrini xahiş etmək olmuşdur. O, kənd icra nümayəndəliyinin inzibati binasına özü ilə içərisində benzin olan 1 litrlik plastik qab da götürmüşdür ki, onlara köməklik göstərilməyəcəyi təqdirdə yanacaq vasitəsilə özünü yandıraraq öldürsün. İcra nümayəndəliyinin binasına çatanda o, ailə üzvlərinə çöldə gözləmələrini bildirmiş və icra nümayəndəliyinin binasına təkbaşına daxil olmuşdur. Əvvəlcə Qayabaşı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs2 otağına girsə də, onun otaqda olmadığını görüb icra nümayəndəsi Zərərçəkmiş şəxs1 xidməti otağına getmiş və onun xidməti otağına daxil olmuşdur. Otağa daxil olduqdan sonra həmin otaqda olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə salamlaşaraq, hər ikisinə “biz acından ölürük, ailəm ac-susuzdur, siz nə fikirləşirsiniz?” sözlərini dedikdə, Zərərçəkmiş şəxs2 ona “get, şikayət elədiyin media kanallarına de, sənə köməklik eləsinlər” cavabını vermiş, sonra ona şillə vurmaq istəmiş, o, da geri çəkilmişdir. İcra nümayəndəsi Zərərçəkmiş şəxs1 oturduğu stulu əlinə götürərək ona otaqdan çıxmasını söylədikdə, əlində olan plastmas qabın qapağını açaraq içərisində olan benzini öz üstünə tökmüş, bu zaman Zərərçəkmiş şəxs2 onun üstünə gələrək onu qucaqlamış və bu zaman əlindəki benzin sıxılaraq həm onun həm də Sahibin üstunə tökülmüşdür. O, əlindəki benzin dolu plasmas qabdan nə Sahibin, nə də Cabirin üstünə benzin tökməmişdir. Həmin vaxt yerə tökülmüş benzinə görə ayağı sürüşərək yerə yıxılan zaman əlindəki kibrit yerə düşərək islanmış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə qaçaraq otaqdan çölə çıxmışdır. O, Sahib və Cabirin arxası ilə çölə çıxmış, kibrit ilə özünü yandırmaq istədikdə ailə üzvləri və sonradan ora gəlmiş polis əməkdaşları ona mane olmuş və onun özünü yandırmağına imkan verməmişlər. Göstərmişdir ki, hadisə 26.05.2021-ci il tarixdə saat təxminən 09:30 radələrində Şəki şəhər İHB-nin Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında baş vermişdir. Həmin günü saat 09:15 radələrində Şəki rayonu, Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə gedərkən özü ilə benzin aparmaqda məqsədi özünü yandıraraq öldürmək olmuşdur. O, bütün bunları ailə vəziyyətinin və maddi durumunun ağır olmasına görə etmiş, ailəsinin yaşadığı ağır vəziyyətə dözə bilmədiyi üçün özünü öldürmək niyyətində olmuş, Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 öldürmək niyyəti ümumiyyətlə olmamışdır. Həmin vaxt yerə tökülmüş benzin ayağını sürüşdürdüyü üçün yerə yıxıldığı üçün əlindəki kibrit yerdəki benzinin içinə düşdüyünə görə islanmışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaçaraq otaqdan çıxmış, otağa onun ailə üzvləri və polis əməkdaşları daxil olmuşdur. O, özünü yandıraraq öldürmək istəsə də ailə üzvləri və polis əməkdaşları ona mane olmuşlar. Orada olduğu müddət ərzində hər hansı əmlakı məhv etməmiş və ya zədələməmişdir. O, özü ilə apardığı benzini təxminən 5-6 ay əvvəl adını və yerini xatırlamadığı yanacaq doldurma məntəqəsindən almışdır. 26.05.2021-ci il tarixdə saat 09:30 radələrində Şəki rayonu, Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etməmiş, əksinə həmin şəxslər ona qarşı zor tətbiq etmək istəmiş, amma ona qarşı heç bir fiziki güc tətbiq etməmiş, xəsarət yetirməmişdir. Hadisə yerində Nigar, Mirzə və adlarını xatırlamadığı bir çox şəxslər olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs2 ona qarşı nalayiq ifadə işlətmiş, həmin şəxsdən başqa heç kim nalayiq ifadə işlətməmişdir. Məlum hadisə 10-15 dəqiqə vaxt ərzində baş vermişdir. Göstərmişdir ki, etmiş olduğu əməlindən çox peşmandır, özünü tam təqsirli bilir. Bildirmişdir ki, ona cəza təyin edərkən himayəsində 2 azyaşlı uşağının olmasını, həm ailə qurmayan, həm də yaşlı və xəstə bacılarının olmasını, özünün İİ qrup əlil olmasını, evinin qəzalı vəziyyətdə olmasını, maddi vəziyyətlərinin çox aşağı vəziyyətdə olmasını, 10 nəfərdən artıq ailə üzvünün onun himayəsində olmasını, həmçinin himayəsində olan qardaşı oğlu Hüseynin Vətən müharibəsi iştirakçısı olmasını, digər qardaşı oğlu Eminin isə hazırda işğaldan azad edilmiş Kəlbəcər rayonunda həqiqi hərbi xidmətdə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 17 yanvar 2017-ci il tarixdən Şəki rayonu, Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ailə vəziyyəti həqiqətən acınacaqlı vəziyyətdə olmaqla yanaşı, 2015-ci ilin sentyabr ayında baş vermiş zəlzələ nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin zərər görməsinə görə müraciətinə baxılmış, evin konstruksiyasına düzgün materiallardan istifadə olunmadığına görə FHN tərəfindən Akt tərtib edilmiş və evə dəyən ziyanın zəlzələ ilə əlaqəsi olmadığı sübut olunmuşdur. Təqsirləndirilən şəxs yuxarı instansiyalara müraciəti ilə bağlı məlumat daxil olmuş, evinin yararsız olduğuna görə ona ev tikilmədiyini öyrənmişdir. Təqsirləndirilən şəxs bacılarının işlə təmin olunmalarına görə ona müraciət etmiş, onları bu məsələnin həlli ilə bağlı bələdiyyə sədri Zərərçəkmiş şəxs2 yönləndirmişdir. Faiqin ailəsinə kollektiv arasında pul yığaraq 2 kisə un, 50 manat da pul ilə yardım etmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının 24-də Covid 19 xəstəliyinə tutulduğundan Şəki rayonu Modul tipli xəstəxanada 14 gün karantin şəraitində müalicə almış, həmin müddətdə bələdiyyə tərəfindən 30 manat da pul ayrılaraq onun ailəsinə verilmişdir. Təqsirləndirilən şəxs qardaşı X10 və özünə köməklik göstərilməsi ilə bağlı Şəki rayon İcra hakimiyyətinə müraciət edilmiş və həmin müraciətə əsasən Faiqin qardaşına 300 manat, özünə isə 50 manat pul ayrılmışdır. Təqsirləndirilən şəxs pulun az olduğuna etiraz edərək pulu götürməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq telefonla zəng edərək “mənə maddi kömək etmirsiniz, idarəni də, özümü də yandıracam” demişdir. 26.05.2021-ci il tarixində səhər saat 09:30 radələrində Təqsirləndirilən şəxs idarəyə gələrək onun otağına daxil olmuş, icra başçısının oraya gəlməyəcəyi təqdirdə özünü öldürəcəyini deyərək əlini torbaya atıb içərisindəki plastmas benzin qabını açmış, ilk növbədə benzini Bələdiyyə sədrinin üzərinə tökmüş, benzin Zərərçəkmiş şəxs2 başının sağ nahiyəsindən tökülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ani olaraq benzini onun da başından aşağı tökdüyü üçün gözlərini yandırmağa başlamışdır. Təqsirləndirilən şəxs bu vaxt əlini kibritə uzadan zaman Zərərçəkmiş şəxs2 onu qucaqlayıb yandırmağa qoymamış və cəld çölə çıxmışdır. Təqsirləndirilən şəxs kibriti yenidən yandırmaq istəsə də Təqsirləndirilən şəxs həyat yoldaşı içəri daxil olaraq kibriti onun əlindən almağa çalışmışdır. O, divardan tutatuta otaqdan çıxmış və Zərərçəkmiş şəxs2 idarə etdiyi maşına minmiş, gözünü benzin yandırdığına görə Şəki rayonu, Turan qəsəbəsində yerləşən xəstəxanaya getmişlər. Xəstəxanadan onlara Şəki RMX-na getmələrini tövsiyyə etmişlər. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar Sarıca polis bölməsinə getmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz əməllərini bilə-bilə nümayəndəliyin içşiləri arasında törətmiş, digər işçilərin iş rejimini və normal iş fəaliyyətini pozmuş, açıqca hörmətsizlik göstərmişdir. Hadisə 26.05.2021-ci il tarixində saat 09:30 radələrində Şəki rayonu, Qayabaşı kənd inzibati ərazi üzrə nümayəndəliyinin inzibati binasında baş vermişdir. Təqsirləndirilən şəxs onun üzərinə benzin tökdüyündən çölə çıxaraq su ilə üzünü yumaq istəmiş, daha sonra Şəki rayonu, Turan qəsəbəsində yerləşən xəstəxanaya getmişdir. O, Təqsirləndirilən şəxs onu və bələdiyyə sədrini yandırmaq məqsədi ilə Şəki rayonu Qayabaşı kəndi İƏD-nə gəldiyini güman edir. Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verməmiş, onu şillə ilə vurmamışdır. Təqsirləndirilən şəxs onun üzərinə benzin tökdüyünə görə hər iki gözündə qızartılar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs onun üzərinə benzin tökərkən iş vaxtı olmuş, həmin vaxt xidməti vəzifələrini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs işlə bağlı heç vaxt rəsmi ərizə ilə Qayabaşı İcra nümayəndəliyinə müraciət etməmişdir. Təqsirləndirilən şəxs bələdiyyə sədri Zərərçəkmiş şəxs2 üzərinə benzin tökməsini yalnız o, görmüşdür. Zərərçəkmiş şəxs2 otaqdan çıxandan sonra qapı açıq qalmış, qapının qarşısında Şəki rayonu, Qayabaşı icra nümayəndəliyinin əməkdaşı Nigar Qarayeva, həmçinin Qayabaşı kənd sakinləri Şahid8, Şirkət Paşayev, Sarıca kənd sakini Fikrət Hacəliyev bundan sonra otaqda baş verənləri, yəni Təqsirləndirilən şəxs onun üzərinə benzin tökməsini görmüşlər. Zərərçəkmiş şəxs2 otaqdan çıxdıqdan sonra Təqsirləndirilən şəxs adlarını bilmədiyi arvadı, bacıları və qardaşı oğlu onun otağına daxil olmuşlar və Faiqin onun üzərinə benzin tökməsini, əlindəki kibriti alışdırmaq istəməsini görmüşlər. Onlar hadisə baş verən zaman Faiqə hər hansı zor tətbiq etməmişlər. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəsinin və maddi durumlarının çox aşağı səviyyədə olmasını bilir. Belə ki, Təqsirləndirilən şəxs öz ailəsi və uşaqlarından başqa iki yaşlı bacıları da onun himayəsindədirlər. Evləri də qəzalı vəziyyətdədir. Bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Onu bağışlamışdır. Onun tutulmasını istəmir. Buna görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2010-ci ilin yanvar ayından Şəki rayonu, Qayabaşı Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Qayabaşı kənd sakini kimi tanıyır. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının sonları onun mobil telefon nömrəsinə zəng edərək evdə uşaqlarının ac olduğunu deyərək pul istəmişdir. O isə razılaşaraq 1-2 gün sonra Təqsirləndirilən şəxs qaynı Habil adlı Sarıca kənd sakininə 30 manat pul vermişdir. Həmin pul onun özünün şəxsi vəsaiti olmuş, bələdiyyə büdcəsindən olmamışdır. 1 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək kobud şəkildə pulun az olmasına narazılığını bildirmiş, telefonu bağlamışdır. 15 may 2021-ci il tarixdə Habil Sarıca kəndində icra nümayəndəsi Zərərçəkmiş şəxs1 və onunla görüşüb Təqsirləndirilən şəxs ailəsinin maddi vəziyyətinin pis olmasını, onlara köməklik etmələrini ondan xahiş etmişdir. Buna görə də Sarıca kəndində yerləşən ərzaq dükanını işlədən Asim adlı şəxsə zəng edərək Habili yanına göndərəcəyini, ona 50 manatlıq nisyə mal verməsini, sonradan pulunu ödəyəcəyini bildirmişdir. Habil də onların bu danışığını eşitmiş və dükana gedəcəyini demişdir. Lakin 5- 10 dəqiqə sonra Təqsirləndirilən şəxsla telefonla danışıb sonuncunun buna razı olmadığını, Habilin dükana getməyəcəyini demişdir. 26.05.2021-ci tarixdə saat 08:30 radələrində Şəki rayonu, Sarıca kəndində yerləşən iş yeri olan Qayabaşı Bələdiyyəsininin inzibati binasına getmişdir. Saat 09:20 radələrində xidməti otağından çıxıb Zərərçəkmiş şəxs1 xidməti otağına daxil olmuşdur. 09:30 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 otağına daxil olmuş, qapını örtmüş və yüksək səslə icra başçısı gəlməyənə kimi onları buraxmayacğını demişdir. Sonra isə Təqsirləndirilən şəxs əlindəki torbanın içərisidən 1 litrlik kola butulkasını çıxarıb əvvəlcə onun, sonra isə Cabirin üzərinə benzin tökmüşdür. Təqsirləndirilən şəxs ikinci dəfə onun üzərinə benzin tökmək istəyəndə onun əllərindən tutaraq saxlamağa çalışmış, buna baxmayaraq Təqsirləndirilən şəxs yenə də onun üzərinə benzin tökmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əlini sağ cibinə salmış, o, Faiqin kibrit və ya alışqan çıxarmasından ehtiyatlanmış, dərhal otaqdan və binadan qaçıb çıxmışdır. Sonra Sarıca polis bölməsinə baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs adını bilmədiyi arvadı, 2 bacısı icra nümayəndəsinin otağına girmiş, heç 1 dəqiqə çəkməmiş icra nümayəndəsi Zərərçəkmiş şəxs1 də otaqdan və binadan qaçaraq çölə çıxmışdır. Zərərçəkmiş şəxs1 bədəni, baş və sifət nahiyəsi tamamilə benzin ilə islanmış benzin həmçinin onun gözlərinə tökülmüşdür. Zərərçəkmiş şəxs1 onun avtomobilinə əyləşmiş, birlikdə Turan qəsəbəsində yerləşən xəstəxanaya getmiş, orada Zərərçəkmiş şəxs1 ilkin tibbi yardım göstərilmiş və onun gözləri müalicə olunmuş və onlara Şəki RMX-na getmələri tövsiyyə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə verdiyi məlumat əsasında araşdırmanın aparılması ilə əlaqədar Sarıca polis bölməsinə getmişlər. Təqsirləndirilən şəxs qanunsuz əməllərini bilə-bilə bələdiyyənin və nümayəndəliyin işçiləri arasında törətmişdir, bələdiyyənin və nümayəndəliyin işçilərinin iş rejimini və normal iş fəaliyyətini pozmuş, açıqca hörmətsizlik göstərmişdir. Hadisə baş verərkən binada həmçinin Qayabaşı bələdiyyəsində mühasib vəzifəsində işləyən Şahid7 olmuşdur. Onun baş vermiş hadisəni görüb-görməməsini bilmir. Hadisə 26.05.2021-ci il tarixində saat 09:30 radələrində Şəki rayonu, Qayabaşı kəndi icra ərazi nümayəndəliyinin binasında baş vermiş, həmin bina həmçinin Qayabaşı Bələdiyyəsinin inzibati binasıdır. Təqsirləndirilən şəxs qarşıhər hansı qanunsuzluğa yol verməmiş, ona şillə vurmamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Həmin şəxslə onun heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Boğazın sağ nahiyəsi, sağ gözü acışaraq ağrımış, boğazının sağ tərəfində qızartılar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs Qayabaşı Bələdiyyəsinə kömək və ya iş üçün rəsmi qaydada yazılı ərizə ilə müraciət etməmişdir. Təqsirləndirilən şəxs birinci dəfə onun üzərinə benzin tökəndə otaqda Zərərçəkmiş şəxs1 və ondan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs üzərinə benzin tökməsini həmin vaxt yalnız Zərərçəkmiş şəxs1 görmüşdür. Lakin o, qapını açıb otaqdan çıxdıqdan sonra otağın qabağında dayanmış Şəki rayonu, Qayabaşı icra nümayəndəliyinin əməkdaşları Nigar Qarayeva, həmçinin Qayabaşı kənd sakinləri İbrahim Hümbətov və Şirkət Paşayev, Sarıca kənd sakini Fikrət Hacəliyev otağın qapısını açdığına görə bundan sonra otaqda baş verənləri görmüşlər. Həmçinin o, otaqdan çıxdıqdan sonra Təqsirləndirilən şəxs adlarını bilmədiyi arvadı, iki bacısı və qardaşı oğlu icra nümayəndəsinin otağına daxil olmuşlar. Hadisə zamanı hər hansı bir şəxsin nalayiq ifadə işlətməsini eşitməmişdir. Təqsirləndirilən şəxs tamamilə yalan danışır. O, nalayiq ifadə işlətməmiş, onu şillə ilə vurmağa cəhd etməmişdir. Faiq benzini üzərinə töküb yandırmağa cəhd edəndə o, qaçıb Zərərçəkmiş şəxs1 otağını tərk etmişdir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəsinin və maddi durumlarının çox aşağı səviyyədə olmasını bilir. Belə ki, Təqsirləndirilən şəxs öz ailəsi və uşaqlarından başqa yaşlı iki bacıları da onun himayəsindədirlər. Evləri də qəzalı vəziyyətdədir. Bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Onu bağışlamışdır. Onun tutulmasını istəmir. Buna görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid2 ifadəsində göstərmişdir ki, 2010-cu ildən Şəki rayonu, Qayabaşı İƏD üzrə nümayəndəliyində xadimə işləyir. 26.05.2021-ci il tarixdə təxminən saat 09:00 radələri olarkən işə gəlib idarənin təmizlik işlərini görüb kənarda əyləşib dincəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və ailə üzvlərinin birlikdə idarəyə tərəf gəldiklərini görmüş, onları gəlib onun yanında əyləşmişlər. Təqsirləndirilən şəxs nümayəndəliyin binasına daxil olmuşdur. Təqsirləndirilən şəxs nümayəndəliyinin binasına daxil olmasından 2-3 dəqiqə sonra Qayabaşı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs2 qaçıb çölə çıxmışdır. Onun arxası ilə də kənd icra nümayənədəsi Zərərçəkmiş şəxs1 əlini sifətinə tutub çölə çıxdığını görmüşdür. Onlar hər ikisi idarənin binasını tərk edib yola çıxmışlar. Zərərçəkmiş şəxs1 ona otaqdan avtomobilinin açarları ilə telefonunu gətirməsini demişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində içərisində benzin olan plastmas qabla birlikdə çölə çıxdığını görmüşdür. O, Zərərçəkmiş şəxs1 otağından avtomobilin açarı ilə telefonu götürüb yola çıxan zaman Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 orada olmadıqılarını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs Qərənfil adlı bacısının ürəyi getmişdir. Təqsirləndirilən şəxs nümayəndəliyin binası önündə küçədə əlində olan benzini üzərinə töküb özünü yandırmağa cəhd edən zaman ailə üzvləri və bir neçə polis əməkdaşları onu tutub saxlamış, əlində olan benzin qabını almışlar. Sonradan hadisə yerinə gəlmiş polis əməkdaşları Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırmışlar. Bunlardan başqa onun heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs1 otağında nə baş verməsini görməmiş, sadəcə idarənin dəhlizindən çölə qədər olan hadisənin şahidi olmuşdur. Zərərçəkmiş şəxs2 idarənin binasından qaçıb çölə çıxdıqdan sonra, Zərərçəkmiş şəxs1 də onun arxası ilə əli sifətində çölə çıxdığını, Təqsirləndirilən şəxs isə əlində benzin qabı ilə idarənin giriş qapısı önünə çıxaraq səs-küy etməsinin şahidi olmuşdur. Hadisə təxminən 10-15 dəqiqə vaxt içində davam etmişdir. Zərərçəkmiş şəxs1 əlini üzünə tutaraq deyərək nümayəndəliyin binasından çıxmasını görmüş, Zərərçəkmiş şəxs2 də qaçıb çölə çıxmasını görsə də, onun xəsarət almasını görməmişdir. Təqsirləndirilən şəxs ailə üzvlərinin mübahisəyə müdaxilə etmələrinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri Faiqin etdiyi hərəkətə görə onu qınamışlar. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X5 ifadəsində göstərmişdir ki, o, Şəki rayonu Qayabaşı və Sarıca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Həsrətli Cabir Cabbar oğlunu təxminən 3 ildir ki, tanıyır. Cabir müəllim 3 ildir ki, onların kəndinin icra nümayəndəsi işləyir. Şəki rayonu Qayabaşı kənd sakini Təqsirləndirilən şəxs isə uzun müddətdir ki, tanıyır. Onların heç biri ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Qayabaşı və Sarıca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin binası Sarıca kəndində yerləşir və icra nümayəndəsi Cabir müəllim də orada icra nümayəndəsinin vəzifələrini həyata keçirir. 26 may 2021-ci il tarixdə o, təsərrüfatla bağlı subsidiya alması məqsədilə icra nümayəndəsi Cabir müəllimdən arayış almaq məqsədi ilə saat təxminən 09:00 radələrində kəndlərində olan X2 yeməkxanası tərəfdən çıxıb icra nümayəndəliyi tərəfə getmişdir. Yeməkxana ilə nümayəndəlik arasında təxminən 300 metr məsafə vardır. O, gedib İcra Nümayəndəliyinin həyətinə çatanda nümayəndəliyin binasından ucadan səsküy gəldiyini görmüşdür. O, nümayəndəliyin çöl dəmir darvazasına çatanda icra nümayəndəsi Cabir müəllim qaça-qaça çölə, yəni küçəyə tərəf gəldiyini görmüş, ucadan qışqırıb gözlərinin çıxdığını dediyini eşitmişdir. Cabir müəllim küçədə olan, kəndin bələdiyyə sədri Zərərçəkmiş şəxs2 maşınına tərəf gedib maşına oturmuş, bələdiyyə sədri Zərərçəkmiş şəxs2 də maşını tez sürətlə sürüb yeməkəxana istiqamətində getmişdir. Cabir müəllim onun yanından küçəyə çıxarkən Təqsirləndirilən şəxs, bacıları, həyat yoldaşı, 2 nəfər qardaşı uşaqları, 2 nəfər onların azyaşlı uşaqları və nümayəndəliyin xadiməsi Nigar Qarayeva nümayəndəliyin həyətində olmuş, Faiq ucadan qışqırıb özünü yandıracağını demişdir. İcra nümayəndəliyinə Qayabaşı kənd sakini X6 ilə birgə getmiş, Təqsirləndirilən şəxs və onunla birgə gələn şəxslərin hərəkətlərini görmüşlər. Təqsirləndirilən şəxs orada ucadan hay-küy etdiyindən nümayəndəliyin binasının içərisinə girə bilməmişlər. Onlar da bundan sonra icra nümayəndəliyinin həyətindən çıxıb getmişdir. Onlar gedəndə Faiq, bacıları və 2 nəfər qardaşının oğlu və onların 2 nəfər azyaşlı uşaqları hələ də nümayənədliyin həyətində olmuşlar. Onların, xüsusən də Faiqin ucadan səsküyləri gəlməyə davam etmişdir. O, bundan sonra Şirkətlə oradan uzaqlaşmış, evə getmiş, Şirkət də öz kəndlərinə getmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzərinə benzin atmasını görməmiş, oraya gələndə artıq hadisə baş verib bitmiş olmuşdur. Hadisə yerinə gələndə Təqsirləndirilən şəxs əlində, yaxud da yerdə benzin izləri, benzinin olduğu hər hansı bir qab görməmişdir. Orada olan şəxslərdən eşitdiyinə görə Təqsirləndirilən şəxs hadisə vaxtı əlində “Fanta” qabında benzin olmuş və o benzini Cabir müəllimin sifətinə atmışdır. Faiqi orada olan şəxslərdən heç kim sakitləşdirə bilməmişdir. Həmin vaxt icra nümayəndəliyinin həyətində Təqsirləndirilən şəxs, bacıları, həyat yoldaşı, 2 nəfər qardaşının uşaqları, 2 nəfər azyaşlı uşaqları, nümayəndəliyin xadiməsi Nigar Qarayeva, o və Şirkət Paşayev olmuşdur. Əlavə kənd camaatından narahat olub yavaş-yavaş hadisə yerinə toplaşan şəxslər olmuşdur. İcra nümayəndəliyinin iş fəaliyyəti də təxminən 20 dəqiqədən çox dayanmışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid4 ifadəsində göstərmişdir ki, o, Şəki rayonu Qayabaşı və Sarıca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Həsrətli Cabir Cabbar oğlunu təxminən 3 ildir ki, tanıyır. Cabir müəllim 3 ildir ki, onların kəndinin icra nümayəndəsi işləyir. Şəki rayonu Qayabaşı kənd sakini Təqsirləndirilən şəxs isə uzun müddətdir ki, tanıyır. Onların heç biri ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Qayabaşı və Sarıca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin binası Sarıca kəndində yerləşir və icra nümayəndəsi Cavid müəllim də orada icra nümayəndəsinin vəzifələrini həyata keçirir. 26 may 2021-ci il tarixdə saat təxminən 09:30 radələrində icra nümayəndəliyində hadisə olduğunu və icra nümayəndəsi Cabir müəllimin sifətinə Qayabaşı kənd sakini Təqsirləndirilən şəxs benzin atdığını eşidib icra nümayəndəliyinin qarşısına gəlmişdir. Nümayəndəliyin qarşısında olanda Sarıca kənd sakini Şahid3 oğlunun nümayəndəliyin qarşısı ilə çıxıb getdiyini görmüş, Fikrətdən heç nə soruşmamış və icra nümayəndəliyinin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqda burada nümayəndəliyin xadiməsi Nigar Qarayeva və Şəki polis şöbəsinin əməkdaşlarının olmasını görmüşdür. Ara sakitləşmiş, o, icra nümayəndəsinin otağına polislərlə birgə daxil olmuşdur, Otağa daxil olduqda yerdə plastik 1 litrlik, əzilmiş vəziyyətdə, içərisində təxminən 100 qram miqdarında benzin olan qabı görmüşdür. Həmiçinin yerdə 01 ədəd dağılmış vəziyyətdə içərisində kibritlər olan kibrit qutusu, 01 ədəd isə kiçik şəffaf sellofan olduğunu görmüşdür. Yerdə benzin ləkələrinə bənzər ləkələr olmuş, icra nümayəndəsinin ön stolunun üzərində olan sənədlər yerə dağılmışdır. Cabir müəllimin ön stolunun üstündə də benzin ləkələrinə bənzər ləkələr olmuşdur. Həmin vaxt polis əməkdaşları hal şahidi kimi iştirak etməyi təklif etmiş, o da buna etiraz etməmişdir. Hadisə yerinə polislər tərəfindən baxış keçirilmiş, o, da baxış zamanı hal şahidi qismində iştirak etmiş, sonra isə çıxıb yaşadığı evinə getmişdir. Təqsirləndirilən şəxs Həsrətli Cabir Cabbar oğlunun üzərinə benzin atmasını görməmiş, hadisə yerinə gələndə artıq hadisə baş çatmışdır. O, hadisə yerinə gələndə Təqsirləndirilən şəxs, onun bacıları və digərlərini hadisə yerində olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 oxşar məzmunda ifadə verərək Şahid4 ifadəsində götərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid5 ifadəsində göstərmişdir ki, 2020-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və 2 övladları var. Şəki rayonu, Qayabaşı kəndində yerləşən yaşadığı evdə onlarla yanaşı qaynı X7 özü və ailəsi, həmçinin baldızları X9 və Şahid9 da yaşayır. Baldızları subaydır, heç vaxt ailə həyatı qurmamışlar. Yaşadıqları ev onlara həyat yoldaşının rəhmətlik valideyinlərindən miras qalmış, həmin ev hazırda da rəhmətlik qayınanası X4 adına qeydiyyatdadır. Həmin evdə onlar 10 nəfər ilə birlikdə yaşayırlar. Onların maddi imkanı çox aşağı səviyyədə olmuş, evdə yalnız həyat yoldaşı işləyib pul qazanmışdır. Onların hamısı əri Təqsirləndirilən şəxs İİ qrup əlilliyə görə aldığı 130 manat aylıq müavinətlə dolanmışlar. Ona və ailə üzvlərinə maddi yardım göstərilməsi ilə bağlı dəfələrlə müxtəlif orqanlara müraciət etsələr də, onlara hər hansı köməklik göstərilməmişdir. Hazırda onun və ailə üzvülərinin dolanışığı bərbad vəziyyətdədir. Onlar dəfələrlə iş üçün aidiyyatı orqanlara müraciət etsələr də hər hansı işlə təmin olunmamışdır. 04.09.2015-ci il tarixdə Şəki rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində onların da yaşadığı evə ziyan dəymişdir. Həmin vaxt Şəki şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş komissiya tərəfindən yaşadığı evə bir neçə dəfə baxış keçirilsə də hər hansı bir tədbir görülməmiş, yaşadıqları ev təmir edilməmişdir. Hazırda yaşadıqları evin vəziyyəti çox pisdir. 21.04.2021-ci il tarixdə əri Emin “COVİD 19” virusuna yoluxmuş və təcili tibbi yardım maşını ilə Şəki RMX PHŞ-in Modul Tipli xəstəxanasına yerləşdirilmişdir. Ondan sonra 2 baldızı da “COVİD 19” virusuna yoluxduqları üçün onlar da Modul Tipli xəstəxanaya yerləşdirilmişlər. Onlar virusa yoluxduqları üçün yaşadıqları evdə karantinə alınmış, bütün ailə üzvləri təcrid olunmuşlar. 14 gün xəstəxanada müalicə aldıqdan sonra əri evə buraxılmış və əlavə 14 gün də evdə müalicə olunmuşdur. Həmin müddət ərzində yaşadıqları ev karantinə alınmış, ailə üzvlərinin çölə çıxmasına qadağa qoyulmuşdur. Bu müddət ərzində isə yalnız qonşuların köməkliyi ilə ayaqda dura bilmişlər. Ailələrində heç kim çölə çıxa bilmədiyi üçün hər hansı iş görə bilməmişlər və pul qazana bilməmişlər. 24.05.2021-ci il tarixdə yaşadığı evdə tətbiq olunan karantinin götürülməsi barədə onlara mesajlar gəlmiş və yalnız bundan sonra onlar çölə çıxmağa başlamışlar. 26.05.2021-ci il tarixdə səhər saatlarında onlara köməklik olunması üçün bütün ailə üzvləri ilə birlikdə Şəki rayonu, Qayabaşı kənd icra nümayəndəliyinə getmiş və saat təxminən 09:15 radələrində nümayəndəliyin həyətinə çatmışlar. Onların oraya getməkdə məqsədləri Qayabaşı icra nümayəndəsindən və Qayabaşı bələdiyyəsinin sədrindən ailələrinə köməklik göstərmələrini, onlara iş vermələrini, ərzaq yardımı göstərmələrini xahiş etmək olmuşdur. Faiqin özüylə evlərindən içərisində yanacaq vasitəsi – benzin olan qabı da götürməsini bilməmişdir. Onlar icra nümayəndəliyinə çatdıqda Faiq onlara çöldə gözləmələrini bildirmiş və icra nümayəndəliyinin binasına təkbaşına daxil olmuşdur. O, Qayabaşı bələdiyyəsinin sədri Sahibin otağına getsə də sonradan koridora qayıtmış, koridorda olan xadimə ona Zərərçəkmiş şəxs2 Qayabaşı kənd icra nümayəndəsi Zərərçəkmiş şəxs1 otağında olduğunu demişdir. Sonra əri Faiq Zərərçəkmiş şəxs1 otağına getmişdir. Onlar həmin vaxt çöldə oturacaqda oturmuşlar. Bir az sonra Zərərçəkmiş şəxs1 otağından səs-küy gəldiyini eşidib, o dərhal icra nümayəndəsinin xidməti otağına qaçmışdır. İcra nümayəndəsinin otağının qarşısına çatdıqda bələdiyyə sədri Zərərçəkmiş şəxs2 otaqdan çıxaraq çölə qaçmış, əri Təqsirləndirilən şəxs otağın ortasında yerə yıxıldığını görmüşdür. O, həmin vaxt ərinin əlində kibrit olduğunu görmüş və həmin kibriti otaqdan bayıra çıxanda onun əlindən almışdır. Zərərçəkmiş şəxs1 əli ilə otaqdan çıxmağı işarə etmişdir. Bir qədər sonra köməyə gələn polis əməkdaşlarının yardımı ilə onlar Faiqin özünü yandırmasına mane olmuşlar və onu sakitləşdirmişlər. Sonra isə polis əməkdaşları onları Sarıca Polis bölməsinə dəvət etmişlər. Həmin gün səhər uşaqlar yuxudan oyandıqdan sonra yemək istəmişlər. Evdə uşaqlar üçün yemək olmamışdır. Təqsirləndirilən şəxs evdən çıxıb icra nümayəndəliyindən bələdiyyədən kömək istəməyə getmişdir. Təqsirləndirilən şəxs getdikdən sonra onlar ailə üzvlərini də onun arxası ilə icra nümayəndəliyinə getmişlər. Onlar icra nümayəndəliyinə çatanda Faiq onları içəri girməyə qoymamış, özü gedib danışacağını bildirmişdir. Faiq özü icra nümayəndəliyinin binasına daxil olmuş, bir qədər sonra oradan tappıltı səsi gəldiyini eşitmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mübahisə etdiyini, həmin şəxslərin qaçıb binanı tərk etmələrini görmüşdür. Zərərçəkmiş şəxs1 və Qayabaşı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs2 üzərində hər hansı xəsarət olmamışdır. Lakin onların hər ikisinin paltarları yaş olmuş, üstlərindən benzin iyi gəlmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edib onların üzərinə benzin atmasının şahidi olmamış, çünki Təqsirləndirilən şəxs özü tək icra nümayədəsinin binasına daxil olmuş, onlar isə çöldə onun sözünü deyib qayıtmasını gözləmişlər. O, əvvəlcədən Təqsirləndirilən şəxs icra nümayəndəliyinə gedib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə mübahisə edəcəyindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs icra nümayəndəliyinə getməkdə məqsədi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi kömək və iş istəmək olmuşdur. Əvvəllcədən onun icra nümayəndəliyinə mübahisə üçün getməsini bilsəydi, onun getməsinə imkan verməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid9 və Şahid1 analoji ifadə verərək Şahid5 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid6 Şahid5 ifadəsinə oxşar olan məzmunca eyni ifadə vermiş, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. Bildirmişdir ki, anası 6 yaşında vəfat etdikdən sonra əmisi Faiqin himayəsində və yanında qalmış, hazırda da Şəki rayonu, Qayabaşı kəndində əmisi Faiqgillə eyni evdə, ayrıca bir otağında yaşayırlar. Göstərmişdir ki, qeyd edilən evin yarı hissəsi qəzalı vəziyyətdə olduğundan orada yaşaya bilmirlər. Yemək-içməkləri əmisi Faiqgillə bir yerdədir. Özü 21.09.2020-ci ildən 09.01.2021-ci ilədək Vətən müharibəsinin iştirakçısı olmuşdur. Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Cəbrayılın və Qubadlının azad edilməsinə görə medalla təltif edilsə də Laçının azad edilməsinə görə medalla hələ təltif edilməmişdir. Özündən kiçik qardaşı Emin hal-hazırda Kəlbəcər rayonunda həqiqi hərbi xidmətdədir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid8 ifadəsində göstərmişdir ki, 01.06.2021-ci il tarixindən yeni yaradılmış qurum olan "Dost” iş mərkəzində sosial işçi kimi işləyir. Aylıq 250 manat maaş alıb ailəsi üçün dolanışıq edir. Hər gün səhər saat 09:00-da işə gəlib, axşam üstü saat 18:00-da işdən çıxır. Hər gün işə gəldiklərində icra nümayəndəsində olan davamiyyət cədvəlinə işə gəlib-getmələri ilə bağlı imza edirlər. Hər gün olduğu kimi 26.05.2021-ci il tarixdə Şəki rayonu, Qayabaşı kənd icra nümayəndəliyinə gəlib davamiyyət cədvəlinə imza etmişdir. Ondan sonra icra nümayəndəsi Zərərçəkmiş şəxs1 də gəlib salamlaşıb iş otağına keçmişdir. Cabir müəllimin gəlməsindən bir qədər sonra Qayabaşı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs2 gəlib salamlaşıb iş otağına getmişdir. Onların işi bütün kənd ərazisində yolların kənarını təmizləyib abadlıq işləri aparmaqdan ibarətdir. Saat 09:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs, həyat yoldaşı Xatirə, iki azyaşlı övladı, iki bacıları və qardaşı uşaqları ilə birlikdə icra nümayəndəliyinə gəldiklərini görmüşdür. Təqsirləndirilən şəxs inzibati binaya daxil olmuş, lakin ailə üzvləri çöldə dayanıb onu gözləmişlər. O, da inzibati binanın qarşısında dayanıb siqaret çəkmişdir. Təqsirləndirilən şəxs binaya daxil olmasından bir qədər keçdikdən sonra səs-küy olduğunu, bələdiyyə sədri Zərərçəkmiş şəxs2 üzəri islanmış vəziyyətdə qaçıb binadan çölə çıxdığını görmüşdür. Əvvəlcə Zərərçəkmiş şəxs2 üzərinin su olduğunu zənn etmiş, Zərərçəkmiş şəxs2 qaçıb çölə çıxdıqdan sonra onun arxası ilə Zərərçəkmiş şəxs1 üst-başının suya bulaşmış halda, əli ilə gözünü tutub çölə qaçdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onların üzərinə benzin atdığını bilmişdir. Təqsirləndirilən şəxs da onların arxası ilə çölə çıxmış və "hara-qaçırsız, hara-qaçırsız" deyərək qışqırıb səs-küy etmişdir. Təqsirləndirilən şəxs arvadı və bacıları onun qarşısına qaçıb ağlamağa başlamışlar. Təqsirləndirilən şəxs isə əlində olan kibriti yandırmaq istəmişdir. Zərərçəkmiş şəxs1 qaçıb çölə çıxdıqdan sonra ona otaqdan telefonunu və açarları gətirməsini demişdir. O, Zərərçəkmiş şəxs1 telefon və açarlarını götürmək istəyəndə görmüşdür ki, xadimə Nigar həmin əşyaları götürüb özündə saxlayıb. Təqsirləndirilən şəxs arvadı Xatirə ərinin əlində olan kibriti alıb atmış, iki bacısı isə ağlayıb onu sakitləşdirməyə çalışmışlar. Polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs çətinliklə sakitləşdirib Sarıca polis bölməsinə dəvət etmişlər. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə mübahisə etməsinin, onların üzərinə benzin atıb yandırmağa cəhd etməsini şəxsən görməmişdir. Zərərçəkmiş şəxs2 üzərinin islanmış vəziyyətədə qaçıb binadan çölə çıxdığını, bir qədər sonra onun arxası ilə Zərərçəkmiş şəxs1, sonra isə Təqsirləndirilən şəxs onların arxası ilə çölə çıxmalarını görmüşdür. Onların arasında baş vermiş mübahisəni görməmişdir. Hadisə zamanı xadimə Nigar, Təqsirləndirilən şəxs bacıları, arvadı və qardaşı uşaqları olmuş, daha sonra isə səs-küyə Fikrət, Şubay və Mətləb gəlmişlər. Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 konkret olaraq xəsarət almalarının şahidi olmamış, Zərərçəkmiş şəxs1 binadan çıxıb qaçan zaman üst-başının islanmış vəziyyətdə olduğunu, əlini isə sifətinə tutub qaçdığını görmüşdür. Sonradan Təqsirləndirilən şəxs özü ilə gətirdiyi benzini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üzərinə töküb onları yandırmağa cəhd etdiyini bilmişdir. Zərərçəkmiş şəxs2 də üst-başı benzin ilə islanmış vəziyyətdə olmuşdur. İşdə olan Şübhəli şəxsin tutulması haqqında 26 may 2021-ci il tarixli 1613 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək həmin gün saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. (İş v.76-77) İşdə olan Şəki Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün saat 19:15-də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İş v.163-167) İşdə olan 26.05.2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Şəki şəhər İHB-nin Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında icra nümaynədəsi Zərərçəkmiş şəxs1 xidməti otağında olan stullar aşmış vəziyyətdə olmuş, döşəmədə 01 ədəd kibrit qutusu, kibrit qutusunun yaxınlığında səpələnmiş kibritlər və yazılı sənədlər döşəmədə dağınıq vəziyyətdədir. Həmçinin baxış zamanı həmin inzibati binanın giriş qapısı yaxınlığında 01 ədəd əzilmiş vəziyyətdə kapron "kola" butulkası və içərisində Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizlər olan 01 ədəd sellofan torba aşkar olunaraq götürülmüşdür. (İş v.10-15) İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanasının 08.06.2021-ci il tarixli, 643 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. (İş v.193) İşdə olan Şəki MRX-nın Narkoloji şöbəsinin 12.06.2021-ci il tarixli 734 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İş v.196) İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş 05.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı məlumat yoxdur. (İş v.180) İşdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd İƏD üzrə nümayəndəliyinin 07.06.2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Qayabaşı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, himayəsində iki azyaşlı övladı yəni, 2012-ci il təvəllüdlü qızı Lalə Cəfərova və 2018-ci il təvəllüdlü oğlu Ayxan Eminov vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş v.181-182). Qeyd edilənlər işə əlavə edilmiş seriya İ-FP 170083 saylı və AZ-İV 223975 saylı doğum şəhadətnamələri və uşaqlara məxsus şəxsiyyət vəsiqələri ilə də təsdiq olunur. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd İƏD üzrə nümayəndəliyinin 03.08.2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs2 Şəki rayonu, Qayabaşı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, Şəki rayonu Qayabaşı bələdiyyəsinin sədri vəzifəsində işləyir, iş yeri üzrə müsbət xarakterizə olunur. (İş v.235-237) İşdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Suçma kənd İƏD üzrə nümayəndəliyinin 05.08.2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 Şəki rayonu, Dərəcənnət kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, ünvan 5fəsində işləyir, iş yeri üzrə müsbət xarakterizə olunur. (İş v.238-240) İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Şəki rayon şöbəsinin 26.05.2021-ci il tarixli, 216 nömrəli canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs2 bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. (İş v.186-187) İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Şəki rayon şöbəsinin 27.05.2021-ci il tarixli, 215 nömrəli canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs1 hər iki gözün buynuz qişa və konyuktiva kisəsinin, üst və alt göz qapaqlarının kimyəvi yanıqları aşındırıcı tipli kimyəvi maddənin təsirindən əmələ gəldiyi, benzinin təsirindən əmələ gəlməsi istisna edilmədiyi, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən 26.05.2021-ci il tarixinə uyğun olduğu və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsərət olması göstərilmişdir. (İş v.188-190) İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Şəki rayon şöbəsinin 31.07.2021-ci il tarixli, 399 nömrəli canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. ( cild 2 İş v.11-12) İşdə olan Azərbaycn Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən Şəki ŞRPŞ-nə daxil olmuş 06.07.2021-ci il tarixli 6/2299 nömrəli rəyində göstərilmişdir; a) tədqiqata təqdim olunmuş üzərində "Şəki rayonu, Qayabaşı kənd İƏD-si üzrə nümayəndəliyin binasının dəhlizindən götürülmüş bir litirlik "Coca-cola" plastmas qabında içərisində yanacaq maye olan bir ədəd qab..." yazıları olan kağız paketdə qablaşdırılmış "coca-cola" butulkasında olan qırmızımtıl rəngli neft məhsulu qoxulu maye (145 ml) tezalışan neft məhsulu-"A-92" markalı benzindir. b) Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd qara rəngli şalvar və 01 ədəd ağ rəngli qısaqol köynəyin, həmçinin Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd göy rəngli gödəkcə, 01 ədəd göy rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli şalvarın üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. c) tədqiqata təqdim olunmuş üzərində "Şəki rayonu, Qayabaşı kənd İƏD-si üzrə nümayəndə Zərərçəkmiş şəxs1 xidməti otağında qulaq çöpündə yerdən və stolların üzərindən götürülmüş 2 ədəd yaxma..." yazıları olan kağız zərfdə qablaşdırılmış 02 ədəd qulaq çöpü üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır¸ bu neft məhsulları "Coca-cola" butulkasındakı tezalışan neft məhsulubenzinlə eyni qrup mənsubiyyətinə malikdirlər. ç) Ekspertiza tədqiqatına təqdim edilən obyektlər (geyim paltarları və qulaq çöpü) üzərində olan izlər eyni qrup mənsubiyyətinə malik olan tezalışan neft məhsullarına məxsusdur. Ekspertiza xərci 52.40 manatdır. (İş v.198-203) İşdə olan Azərbaycn Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən Şəki ŞRPŞ-nə daxil olmuş 02.07.2021-ci il taixli 6/2370 nömrəli rəyində göstərilmişdir;
1. Tədqiqata təqdim olunmuş termiki təsirə məruz qalmamış 1 (bir) ədəd ağ-boz rəngli uzunqol gödəkcənin, 1 (bir) ədəd boz rəngli uzunqol üçdüymə koftanın və 1 (bir) ədəd göy rəngli şalvarın üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır.
2. Tədqiqata təqdim olunmuş termiki təsirə məruz qalmamış 4 (dörd) ədəd A4 formatlı ölçüyə uyğun olan kağızların və 1 (bir) ədəd qəhvəyi papağın üzərlərində neft məhsullarına məxsus izlər yoxdur.
3. Tədqiqata təqdim olunmuş koftanın, gödəkcənin və şalvarın üzərində olan neft məhsullarına məxsus izlər eyni qrup mənsubiyyətinə malikdirlər. Ekspertiza xərci 80 manatdır. (İş v.206-209) İşdə olan Şəki ŞRPŞ-nə verilmiş əməliyyat tapşırığının 08.06.2021-ci il tarixli 189- 45281-2112 nömrəli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26.05.2021-ci il tarixdə Şəki rayonu, Qayabaşı İƏD üzrə nümayəndəliyinin inzibati binasında icra nümayəndəsi Zərərçəkmiş şəxs1 və Qayabaşı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs2 ilə mübahisə edib onların üzərinə benzin töküb xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi müəyyən olunduqdan sonra bir sıra əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında əvvəllər mübahisə, narazılıq, ədavət və ya düşmənçiliyin olmaması, onun qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməli törətmədiyi, hadisəyə şahidlik etmiş X5, Şahid4, Şahid7, Şahid8 və X6 müəyyən olunaraq Şəki ŞRPŞ-nin İB-nə gəlmələri təmin olunmuşdur. (İş v.205) İşə əlavə edilmiş AZ-İİ 304702 saylı nikah şəhadətnaməsininin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında nikah aktı bağlanmışdır. İşə əlavə edilmiş seriya İ-FP 170083 saylı və AZ-İV 223975 saylı doğum şəhadətnamələrinin təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Lalə və Ayxan adlarında 2 azyaşlı uşaqları vardır. İşə əlavə edilmiş 023707 saylı Vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İşə əlavə edilmiş 05.11.2021-ci il tarixli, 480 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdədir. İşdə olan Şahid6 Oktay oğluna məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, o Cəbrayıl, Qubadlı və Laçın istiqamətində döyüşlərdə iştirak etmişdir. İşə əlavə edilmiş 1-5554 saylı Vəsiqədən görünür ki, Şahid6 Oktay oğlu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, Şahid6 Oktay oğlu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşə əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan ev qəzalı vəziyyətdədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CMin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi plastmas qabın içindəki neft məhsulunu zərərçəkmiş şəxslərin üstünə tökərək şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən onun himayəsində 2 azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin hər birinin ayrı-ayrılıqda ondan şikayət və tələbinin olmamasını, onu bağışlamalarını, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində ailə qurmayan yaşlı və xəstə 2 bacısının olmasını, özünün İİ qrup əlil olmasını, evinin qəzalı vəziyyətdə olmasını, maddi vəziyyətlərinin çox aşağı vəziyyətdə olmasını, bundan başqa qardaşı oğlu Şahid6 Vətən müharibəsi iştirakçısı olmasını, digər qardaşı oğlu Emin Eminovun isə hal-hazırda işğaldan azad edilmiş Kəlbəcər rayonunda həqiqi hərbi xidmətdə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs əməlində məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını da nəzərə almışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin müddəalarının tətbiq edilməsini, onun islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli və onun davranışı üzərində nəzarəti həyata keçirən İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, 02 ədəd zərfdə qablaşdırılmış hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş içərisində (145 ml) yanacaq maye qırmızımtıl rəngli "A-92" markalı neft məhsulu olan 01 ədəd bir litirlik plastmas "Coca-cola" butulka, 01 ədəd kibrit qutusu, 06 ədəd kibrit, Zərərçəkmiş şəxs1 xidməti otağında yerdən və stolların üzərindən benzin nümunələri götürülmüş qulaq çöpləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qara rəngli şalvar və 01 ədəd ağ rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd göy rəngli gödəkcə, 01 ədəd göy rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ-boz rəngli uzunqol gödəkcə, 01 ədəd boz rəngli uzunqol üçdüymə kofta və 01 ədəd göy rəngli şalvar, 04 ədəd A4 formatlı ölçüyə uyğun olan kağızlar və 01 ədəd qəhvəyi papaq hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza xərci olan 132.40 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar 26 may 2021-ci il tarixdə saat 18:15-dən 27 may 2021-ci il tarixədə saat 19:15-dək şübhəli şəxs qismində tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı müddət 2 gün kimi nəzərə alınsın və 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş iki il azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq bir il, on bir ay, iyirmi səkkiz gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 01 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilsin və onun barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş içərisində (145 ml) yanacaq maye qırmızımtıl rəngli "A-92" markalı neft məhsulu olan 01 ədəd bir litirlik plastmas "Coca-cola" butulka, 01 ədəd kibrit qutusu, 06 ədəd kibrit, Zərərçəkmiş şəxs1 xidməti otağında yerdən və stolların üzərindən qulaq çöpü ilə götürülmüş benzin nümunələri olan 2 ədəd zərflər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qara rəngli şalvar və 01 ədəd ağ rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd göy rəngli gödəkcə, 01 ədəd göy rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli şalvar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ-boz rəngli uzunqol gödəkcə, 01 ədəd boz rəngli uzunqol üçdüymə kofta və 01 ədəd göy rəngli şalvar, 04 ədəd A4 formatlı ölçüyə uyğun olan kağızlar və 01 ədəd qəhvəyi papaq hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahiblərinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 132.40 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Cahid İmanov