Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-88/2022 26.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 2000-ci ildə Bərdə rayonu, Xəsili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, Bərdə rayonu, Xəsilli kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə saxlanc yeri hesab olunan aptekə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 11 iyun 2022-ci il tarixdə saat 03:40 radələrində Şəki şəhəri, X9 prospektində yerləşən Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan dərman vasitələrinin pərakəndə satışını həyata keçirən saxlanc yeri hesab olunan «Zəfəran» aptekin giriş qapısını əvvəlcədən cinayətkar niyyətini həyata keçirmək üçün hazırlayıb özü ilə götürdüyü dəmir parçası ilə açdıqdan sonra aptekə qanunsuz daxil olub oradakı xidməti otaqdan 01 ədəd 450 manat dəyərində Redmi 9S markalı mobil telefonu, həmin telefonun üzərində olan 01 ədəd 15 manat dəyərində Baksell operatorunda istifadə olunan mobil nömrəni, 01 ədəd 05 manat dəyərində mobil telefon qorucuyu qabı, 01 ədəd 10 qəpik dəyərində «Zəfəran» aptekə məxsus sellofan torbanı, 188 manat əskinaz və 89.54 manat məbləğində qəpik pullar olmaqla cəmi 277 manat 54 qəpik pulu ümumilikdə isə 747 manat 64 qəpik dəyərində əmlakı gizli yolla talayıb zərərçəkmiş şəxs hüquqi şəxs olan Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə 747 manat 64 qəpik maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək intizam xarakterli hərbi hissədə saxlanılmaqla N ay müddətinə sınaq müddəti cəzasına məhkum edilmişdir. Bundan başqa dayısının evindən oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Bərdə rayon məhkəməsinin hökmü ilə 1 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bərdə rayonundan gəzmək üçün Bakı şəhərinə getmişdir. Oradan isə gəzmək üçün Şəki şəhərinə getmək qərarına gəlmişdir.xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Bakı şəhər avtovağzalından tanımadığı taksi ilə Şəki şəhərinə yola düşmüş təxminən saat 23:30 radələrində Şəki şəhərinə gəlib çatmışdır. Şəki şəhərinə gəldikdən sonra şəhərin mərkəzində «Limon» adlı kafenin qarşısında taksidən düşmüşdür. Həmin kafedə dönər yedikdən sonra tanımadığı başqa bir kafedə pivə içmiş, daha sonra başqa bir kafedə çay içmişdir. Şəhərdə bir qədər gəzib istirahət etdikdən sonra cibində təxminən 20 manat pul qalmışdır. Şəhər ərazisində gəzən zaman yolun kənarında «Zəfəran» aptekinin olduğunu görmüşdür. Həmin vaxt geri qayıtmağa və xərcləməyə pulu olmadığı üçün həmin aptekdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra üzərində olan dəmir parçası ilə aptekin qapısını açmışdır. Belə ki, həmin dəmir parçasını özü Bakı şəhərində, Nəsimi rayon ərazisində 28 May metrosunun yaxınlığında özü hazırlamış, tutacaq hissəsinə qara lent yapışdırmış, ağız hissəsini isə itiləmişdir. Həmin dəmir parçasını üzərində gəzdirməkdə məqsədi özünü müdafiə etmək və oğurluq etməkdə istifadə etmək olmuşdur. Aptekin qapısını açdıqdan sonra mühafizə siqnalizasiyası işə düşdüyünə görə qaçaraq aptekdən bir qədər yuxarıda olan köşkün arxasında dayanmışdır. Bir müddət keçməsinə baxmayaraq heç kim gəlməmişdir. Bundan sonra yenidən aptekə gedib qapını açaraq içəri daxil olmuşdur. Həmin vaxt yenidən siqnalizasiya işə düşməsinə baxmayaraq kiminsə gəlməyəcəyini bildiyi üçün aptekə daxil olmuş və orada pul və qiymətli əşyalar axtarmağa başlamışdır. Aptekə daxil olduqdan sonra aptekin əsas hissəsində olan rəfləri axtarsa da heç nə tapmamışdır. Daha sonra isə kassaya yaxınlaşıb onu götürüb aptekdən çıxarıb bir qədər əvvəl gözlədiyi köşkün yanına aparmışdır. Köşkün yanına apardıqdan sonra kassanın üzərində açar olduğunu görüb həmin açar ilə kassanı açmışdır. Lakin həmin vaxt kassanın içərisində pul olmamışdır. Həmin kassanı orada qoyub yenidən aptekə qayıtmışdır. Aptekə qayıtdıqdan sonra aptekin içərisindəki xidməti otağa daxil olmuş, bir neçə yeri axtardıqdan sonra masanın siyirməsindən mobil telefon, masanın altında olan balaca şkafın alt siyirməsindən pul, ikinci siyirməsindən isə sellofan torbalarda qəpik pulları tapıb götürmüşdür. Sonra birinci siyirməyə baxmışdır. Qaranlıq olduğu üçün siyirməni tam aça bilməmiş və əlini siyirmənin içərisinə salıb yoxlasad a orada heç nə olmamışdır. Bundan sonra aptekdən çıxıb piyada şəhərin yuxarı istiqamətinə doğru getmişdir. Şəki şəhərinin mərkəz hissəsində yerləşən «Şəki sarayı»-nın yanına çatanda zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb anket məlumatlarını soruşmuşlar. Həmin vaxt polis əməkdaşlarına öz anket məlumatlarını demişdir. Polis əməkdaşları ondan əlindəki torbanın içərisində nə olduğunu soruşan zaman onlara əlindəki torbanın içərisində özünə məxsus qəpik pullar olduğunu demişdir. Lakin gecə vaxtı olduğuna, həmçinin Şəki rayon sakini olmadığıma görə polis əməkdaşları oğurluq etdiyindən şübhələnib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra isə etdiyi əməli səmimi olaraq etiraf etmiş və Şəki şəhərində yerləşən Zəfəran aptekindən oğurluq etdiyini bildirib oğurladığı pulları və mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa bir neçə gün əvvəl, yəni Bakı şəhərinə getməmişdən əvvəl Qazax və Şəmkir rayonlarından da oğurluq etmişdir. O, daha sonra ifadəsində Şəki şəhərində yerləşən Zəfəran aptekindən xx.xx.2022-ci il tarixdə saat 03:40 radələrində oğurluq etdiyini, həmin aptekdən 01 ədəd Redmi markalı qara rəngli mobil telefon, 188 manat əskinaz və 89.54 qəpik pullar oğurladığını, həmin vaxt yanında heç kimin olmadığını, oğurluq etdiyini heç kimin görmədiyini bildirmişdir. Bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, vurulmuş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Buna görə də ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, təxminən 2015-ci il tarixdən Zərərçəkmiş şəxs QSCdə Oğuz-Balakən rayonları üzrə bölgə rəhbəri vəzifəsində işləyir. Rəhbəri olduğu apteklərdən biri isə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşir. Həmin aptek səhər 09-dan axşam 24-dək işləyir. 11 iyun 2022-ci il tarixdə səhər radələrində 08:30 radələrində Şəki şəhərində yerləşən aptekin baş nəzarətçisi Gülşən xanım ona zəng edib gecə aptekdə oğurluq olması, aptekdə pul və mobil telefon oğurlanması, polis əməkdaşlarının aptekə gəlməsini, oğurluq edən şəxsin polis əməkdaşları tərəfindən gecə saxlanılması, ona görə də hazırda apteki aça bilmədikləri barədə məlumat vermişdir. Ona görə dərhal Şəki şəhərində yerləşən aptekə getmişdir. Aptekə gəldikdən sonra polis əməkdaşları ilə birlikdə aptekə baxış keçirmişlər. Baxış zamanı aptekin yan qapısının dəmir alətlə açılmasını, aptekin içərisində demək olar ki, bütün rəflərində axtarış aparılmasını görmüşlər. Baxış zamanı aptekdən 01 ədəd 450 manat dəyərində Redmi 9S markalı mobil telefonun, 188 manat nəğd pulun və 89.54 manat məbləğində qəpik pulların oğurlanmasını müəyyən etmişlər. Həmin mobil telefon və pullar müdirün xidməti otağından oğurlanmışdır. Baxış zamanı hadisə yerindən əl-barmaq izləri götürülmüş, daha sonra isə aptekə baxış zamanı aptekin qarşı hissəsində olan otluq sahədən aptekin qapısını açmaqdan ötrü adı sonradan ona məlum olan Ayxanın istifadə etdiyi bıçağın olduğunu görmüşlər. Həmin vaxt bıçağa baxış keçirilmiş və maddi sübut kimi götürülmüşdür. Baxış zamanı aptekin kassasının yerində olmadığı üçün kassanı axtarmışlar və kassanı aptekdən bir qədər yuxarı hissədə «elektrik avadanlıqlarının təmiri» köşkünün yaxınlığında olduğunu müəyyən etmişlər. Həmin kassaya da baxış keçirilib maddi sübut kimi götürülmüşdür. Daha sonra müşahidə kamerasının yaddaş görüntülərinə baxış keçirmişlər. Baxış zamanı Ayxanın müşahidə kamerasında oğurluq etməsinin görüntüsünün olmasını, həmin vaxt onun aptekdə olan rəfləri axtarması, kassanın aptekdən çıxarması və digər hərəkətlərinin görüntülərinin olduğu müəyyən etmiş və həmin görüntülər DVD diskə köçürülüb götürülmüşdür. Bundan sonra baxış keçirilməsi yekunlaşdırılmış, protokol tərtib edilmiş və həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, daha sonra ifadəsində oğurluq hadisəsinin xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən «Zəfəran» aptekində baş verdiyini, həmin aptekin "xxxx" QSC-nə məxsus oldğunu və ziyanlığında şirkətə dəydiyini, aptekdən 450 manat dəyərində 01 ədəd mobil telefon, 188 manat nəğd pul və 89.54 manat qəpik pullar oğurlandığını, mobil telefonun qorucuyu qabının qiyməti təxminən 5 manat, mobil nömrənin qiyməti 15 manat, sellofan torbanın qiyməti isə 10 qəpik olduğnu, əvvəllər Təqsirləndirilən şəxs tanımadığını və onunla aralarında ədavət və düşmənçilik olmadığını bildirmişdir. Göstərmişdir ki, təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəmişdir. Buna görə də ondan hər hansı şikayəti və tələbi yoxdur. Onun qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin PPXB-nün manqa komandiri vəzifəsində xidmət aparır. xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində Şəki ŞRPŞ-nin PPXB-nün sürücü polis nəfəri polis serjantı Şahid1 idarə etdiyi Fiat Dobla markalı ** PC *** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri 3 saylı marşurutda xidmət aparan PPXB-nün polis nəfərlərinin xidmətlərini yoxlamağa gedən zaman Şəki şəhəri, M.Rəsulzadə prospektində yerləşən «Şəki Saray» otelinin qarşısı ilə bir şəxsin əlində sellofan torba ilə piyada yuxarı qalxdığını görmüşlər. Avtomobili həmin şəxsin yanında saxlayıb Şahid1la avtomobildən düşüb ona yaxınlaşmışlar. Həmin şəxsdən kim olduğunu, gecə vaxtı haradan gəldiyini, nə kimi köməklik edə biləcəklərini soruşmuşlar. Həmin şəxs də onlara Təqsirləndirilən şəxs olduğunu və Bərdə rayonundan Şəki şəhərinə istirahətə gəldiyini bildirmişdir. Ayxan onları görən zaman həyacanlandığına görə hərəkətləri onlara şübhəli gəlmişdir. Ayxandan əlindəki sellofan torbada nə olduğunu soruşduqda o, selofan torbada qəpik pullar olduğunu bildirmiş və selofan torbanı açıb onlara göstərmişdir. Sonra cibindən də kağız pullar çıxarıb onlara göstərmiş, həmin qəpik pulların və kağız pullarında ona məxsus olduğunu bildirmişdir. Ayxanın Şəki şəhərinə istirahətə gəlməsini deməsi və gecə yarısı əlində torbada küçədə qəpik pullarla gəzməsi onun həmin qəpik pulları hardansa oğurlamasına şübhə yaratmışdır. Ona görə Şahid1la Təqsirləndirilən şəxs oğurluq etməkdə şübhəli olduğu üçün xidməti avtomobilə mindirib polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra o sellofan torbada olan qəpik pulları və bir ədəd telefonu göstərib Şəki şəhərində aptekdən oğurladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası müstəntiq Abdulla Xəlilova həvalə edildiyi üçün Təqsirləndirilən şəxs ona təqdim etmişlər. Sonra xidməti zərurətlə əlaqədar xidməti əraziyə qayıdıb getmişdir. Polis nəfəri Şahid1 isə polis şöbəsində qalmışdır. Sonradan polis nəfəri Şahid1 Təqsirləndirilən şəxs Şəki şəhərində yerləşən «Zəfəran» aptekindən oğurluq etdiyini, onun həmin aptekdən oğurladığı 188 manat əskinaz pulları, həmçinin bir ədəd Redmi markalı mobil telefonu, sellofan torbada olan cəmi 89,54 manat məbləğində qəpik pulları müstəntiqə təqdim etdiyini eşitmişdir. O, daha sonra ifadəsində Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla aralarında heç bir ədavət və düşmənçilik olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid1 eyni məzmunda ifadə verərək Şahid2 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan bir ədəd Redmi 9S markalı mobil telefon, 188 manat əskinaz pul və 89.54 manat məbləğində qəpik pullar aşkar olunaraq götürülmüşdür. (iş v. 10-18) İşdə olan şübhəli şəxsin tutulması haqqında 11 iyun 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:35-də tutulmuşdur. (iş v. 45-46) İşdə olan istintaqın gedişi zamanı zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, o, 11 iyun 2022-ci il tarixdə saat 03:40 radələrində Şəki şəhəri, X9 prospektində yerləşən Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus «Zəfəran» aptekindən 01 ədəd Redmi markalı mobil telefonu, 188 manat əskinaz pulları və 89.54 manat məbləğində qəpik pulları oğurladığı yeri dəqiq göstərmiş və bu barədə protokol tərtib edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. (iş v.59-64) İşdə olan Bərdə rayonu, Xəsili kənd icra nümayəndəliyindən daxil olmuş xx.xx.2022ci il tarixli 282 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Xəsili kəndində yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (iş v.115-117) İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək N ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama, N ay müddətinə şərti sınaq müddəti cəzasına məhkum olunmuş, bundan başqa Bərdə RPŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi tamamlanaraq xx.xx.2022-ci il tarixdə Bərdə rayoni məhkəməsinə göndərilmişdir. (iş v. 121) İşdə olan xx.xx.2022-ci il tarixli, PHŞ/6.28-32022-238 nömrəli «Bərdə RMX» X10 daxil olmuş məktubdan görünür ki, Bərdə rayonu, Xəsili kəndində yaşayan Təqsirləndirilən şəxs «Bərdə RMX» X11 poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser dqeydiyatında yoxdur. (iş. v.125) İşdə olan Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 30 iyun 2022-ci il tarixli, 17/541 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı bıçaqdır, soyuq silah hesab edilmir. Ekspertiza xərci 30.60 manat təşkil edir. (iş v. 144-146) İşdə olan Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 17/4717 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş malların istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 286.0 manat müəyyən edilir. Ekspertiza xərci 50 manat təşkil edir. (iş v. 147-150) Cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli Bərdə rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il, 11 ay 28 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuşdur. (iş. v 191-201) Yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, götürmə və baxış keçirilməsi haqqında protokolları və işdə olan digər mötəbər istintaq sənədləri ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə oğurluq cinayətini törətməsi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilib. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi və onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, hazırda törətmiş olduğu cinayət əməlindən əvvəl yəni, xx.xx.2022-ci il tarixdə cinayət törətməsini, həmin cinayət işinin Bərdə rayon Məhkəməsinin icraatında olmasını bilməsini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci və 66.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməlidir. Cəzasının əvvəli onun şübhəli şəxs kimi tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdə saat 14:35-dən hesablanmalı, barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş üzrə maddi ziyan olmuş 747 manat, 64 qəpiyin tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan 01 ədəd Redmi 9S markalı mobil telefon, 01 ədəd mobil telefon qorucuyu qab, 01 ədəd Bakcell operatorunda istifadə olunan mobil nömrə, 01 ədəd «Zəfəran» aptekə məxsus sellofan torba, 188 manat əskinaz və 89.54 manat məbləğində qəpik pul qanuni sahibinə qaytarılmalı, bir ədəd bıçaq isə məhv edilməlidir. İş üzrə cəmi 80.60 manat -ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(075)-125/2022 saylı hökmü ilə təyin edilmiş 01 il, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla cəmi on bir ay, iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq iki il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli onun şübhəli şəxs kimi tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdə saat 14:35-dən hesablansın. Barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İş üzrə maddi ziyan olmuş 747 manat, 64 qəpiyin tam ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan 01 ədəd Redmi 9S markalı mobil telefon, 01 ədəd mobil telefon qorucuyu qab, 01 ədəd Bakcell operatorunda istifadə olunan mobil nömrə, 01 ədəd «Zəfəran» aptekə məxsus sellofan torba, 188 manat əskinaz və 89.54 manat məbləğində qəpik pul qanuni sahibinə qaytarılsın, bir ədəd bıçaq isə məhv edilsin. İş üzrə cəmi 80.60 manat -ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-88/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-88/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver