Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-88/2024 20.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1970-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Qarabağ müharibəsi əlili, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri, S.Rəhman küçəsində "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş, sonuncuya məxsus 4207...1047 nömrəli və 5167...9295 nömrəli bank kartlarını tapdıqdan sonra qəsdən, tamah niyyəti ilə və vahid niyyətlə əhatə olunan qəsdlə özgə əmlakını gizli yolla talamaq məqsədilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək vahid niyyətlə həmin kartların hesabında olan pul vəsaitini gizli yolla ələ keçirmək üçün 26 may 2024-cü il tarixdə, saat 1850 dəqiqədə 4207...1047 nömrəli bank kartını Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ATM RİM Oğuz Şəki adlı bankomata daxil etməklə və üzərinə qələmlə yazılmış koddan istifadə etməklə Zərərçəkmiş şəxs hesabında olan pul vəsaitinin 200 (iki yüz) manatını çıxarmaqla, həmin tarixdə, saat 1851 dəqiqədə 5167...9295 nömrəli bank kartını Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ATM RİM Oğuz Şəki adlı bankomata daxil etməklə və üzərinə qələmlə yazılmış koddan istifadə etməklə Zərərçəkmiş şəxs hesabında olan pul vəsaitinin 1317 (bir min üç yüz on yeddi) manatını çıxarmaqla, həmin tarixdə, saat 1920 dəqiqədə 4207...1047 nömrəli bank kartını Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən ATM RİM X10 adlı bankomata daxil etməklə və üzərinə qələmlə yazılmış koddan istifadə etməklə Zərərçəkmiş şəxs hesabında olan pul vəsaitinin 1000 (bir min) manatını çıxarmaqla, həmin tarixdə, saat 1922 dəqiqədə 4207...1047 nömrəli bank kartını Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən ATM RİM X10 adlı bankomata daxil etməklə və üzərinə qələmlə yazılmış koddan istifadə etməklə Zərərçəkmiş şəxs hesabında olan pul vəsaitinin 500 (beş yüz) manatını çıxarmaqla Zərərçəkmiş şəxs hesabında olan pul vəsaitinin 3017 (üç min on yeddi) manat hissəsini bankomatdan çıxararaq vahid niyyətlə Zərərçəkmiş şəxs ümumilikdə 3017 (üç min on yeddi) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə, saat 11 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsi ilə, Şəki şəhər bazarı istiqamətində piyada gedən zaman yolun sol kənarında yerdən 2 ədəd plastik kart tapmışdır. Kartları götürüb baxmış, kartlar "Beynəlxalq Bank”a məxsus olmaqla, üzərlərində pin kodları yazıldığını görmüşdür. Kartları özündə saxlamış, xx.xx.2024-cü ildə Beynəlxalq Banka məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzada küçəsində yerləşən "Ekanom” marketin qarşısındakı bankomatdan ayrılıqda 200 manat və 1317 manat olmaqla cəmi 1517 manat, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən bankomatdan isə ayrılıqda 1000 manat və 500 manat olmaqla cəmi 1500 manat, ümumilikdə 3017 manat məbləğində pul çıxartmış, sonra kartları qırıb Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən "Rahat” marketin yaxınlığında su arxına atmışdır. Puldan 592 manatı ilə borcunu qaytarmış, 158 manatında dərmanlarını almaq üçün istifadə etməklə, ümumilikdə 720 manatını xərcləmiş, 2200 manatını Şəki şəhəri, Z.Bünyadov küçəsində yaşadığı evdə gizlətmiş, 97 manatını isə xərcləmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları pulun onun tərəfindən bankomatdan çıxarıldığını müəyyənləşdirərək bu haqda ondan soruşularkən baş verənləri etiraf edib olduğu kimi danışıb ifadə vermiş, həmin puldan evində saxladığını yerini göstərib təqdim etmiş, baxış keçirilərək pul saxladığı yerdən götürülmüşdür. İbtidai istintaq dövründə o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək barışmış, zərərçəkmiş şəxs onu bağışlamışdır. O, xəstəliyi ilə bağlı ehtiyacı olduğundan həmin puldan istifadə etdiyini, özünün, ailə üzvlərinin xəstəliklərini, ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, O, həmişə alışveriş zamanı plastik kartla ödəniş etmiş, kartdan pulu mobil telefonunda olan proqram vasitəsilə ödədiyi üçün kartları üzərində gəzdirməmiş, adətən pul qabının içərisindəki xüsusi cibə qoyub istifadə etməmiş, pul kisəsini də idarə etdiyi avtomobilin sürətlər qutusunun yanındakı boşluq hissəsində saxlamışdır. İstifadə zamanı çətinlik çəkməmək üçün giriş pin kodlarını kartların üzərində yazmışdır. xx.xx.2024-cü ildə, saat 16 radələrində anası ilə birlikdə Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən toyuq əti satılan mağazaya getmiş, idarə etdiyi özünə məxsus avtomobili mağazanın yaxınlığında saxlamış, avtomobildən düşüb mağazaya daxil olmuşlar. Mağazadan aldıqları toyuq ətinin pulunu anası ödəmiş və birlikdə maşına minərək evlərinə getmişlər. xx.xx.2024-cü ildə, saat 21 radələrində evə gedən zaman telefonuna baxdıqda "Azərkart” proqramından ona çoxlu mesajlar gəldiyini görmüş, gün ərzində müəyyən xidmətlər, təkliflər barədə və ya reklam xarakterli mesajlar gəldiyindən əvvəlcə həmin mesajlara əhəmiyyət verməmişdir. Lakin sonradan mesajlara baxdıqda, ona məxsus iki ədəd "Beynalxaklq Bank”a məxsus kartdan ümumilikdə 3047 manat pul çıxarıldığını görmüşdür. Pul qabını yoxlayarkən içərisindəki pullar yerində olmuş, lakin kartları yerində olmadığından dərhal Beynəlxalq Banka zəng edərək məlumat verib kartlarını bloklatmışdır. O, kartlarından pulun nəğdləşdirilməsini dəqiqləşdirib bu barədə Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Kartlarından ümumilikdə 3047 manat 17 qəpik pul çıxmaqla ona eyni məbləğdə ziyan dəymiş, onların 3017 manatı təqsirləndirilən şəxs tərəfindən bankomatdan çıxarılmaqla oğurlanıb götürülmüş, 30 manat 17 qəpiyi isə pulun nağdlaşdırılması müqabilində tutulmuş xərc, rüsum olmuşdur. İbtidai istintaq dövründə ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxsin özünün və arvadının xəstəlikdən əziyyət çəkdiklərini, ailə vəziyyətinin çətin olduğunu bildiyi üçün bağışlayaraq təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. 30 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin əsas girişindən sağ tərəfdə yerləşən, istifadə olunmayan əşyaları saxlamaq üçün olan otaqda əşyaların arasında boz rəngli sellofan torbanın içərisində gizlətdiyi 2200 manat pul aşkar olunaraq götürülmüşdür. (İş.v 7-13) 09 iyul 2024-cü il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1150-də CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 54-55) 11 iyul 2024-cü il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 78-80) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi haqqında 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatət təmin edilməyib, məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. (İş.v 82-84) 11 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, CM-nın 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o Şəki ŞRPŞ-nın MSY-dən azad edilmişdir. (İş.v 85-86). Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 680 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. (İş.v 90) Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 635 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinka şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İş.v 91) "xxxx" ASC Şəki filialıdan götürülmüş Bank kartı hesab məlumatlarında və onlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda göstərilir ki, 26 may 2024-cü il tarixdə, saat 1850-də Zərərçəkmiş şəxs məxsus 4207...1047 nömrəli bank kartı hesabından Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ATM RİM Oğuz Şəki adlı bankomat vasitəsilə 200 manat, həmin tarixdə, saat 1851-də 5167...9295 nömrəli bank kartından Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ATM RİM Oğuz Şəki adlı bankomatdan 1317 manat, həmin tarixdə, saat 1920-də 4207...1047 nömrəli bank kartından Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən ATM RİM X10 adlı bankomatdan 1000 manat, həmin tarixdə, saat 1922-də 4207...1047 nömrəli bank kartından Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən ATM RİM X10 adlı bankomatdan 500 manat olmaqla ümumilikdə 3017 manat pul çıxarılmışdır. (İş.v 96-98). Şəki şəhər İHB-nın ”Bazar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş.v 99-100). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v 101). Dəymiş ziyanın ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə dəymiş ziyan olan 3017 manat pulu Zərərçəkmiş şəxs Ahəd oğluna ödəmişdir. (İş.v 102-103) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 X8 X2 xx.xx.2024-cü il tarixli 561 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirməsi səbəbindən onun əməli CM-nin 22.1-ci maddəsinin təsir altına düşür. (İş.v 104-106). Şəki şəhər İHB-nın ”Fətəli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyətnamədən və arayışdan görünür ki, Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş.v 108-109). Elektron Sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcə əlillik statusuna malikdir. Vəsiqələrin, tibbi sənədlərin surətindən görünür ki, Nağıyev X4 müharibəsi veteranı və əlilidir, müharibə dövründə yaralanmışdır, üzvi (müharibədə aldığı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, epileptiform tutmalar və konqnitiv funksiyaların enməsi ilə F07.0 diaqnozu qoyulmuşdur, psixatriya xəstəxanasının qeydiyyatındadır. Məhkəmə tədqiq edilən sübütların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü ildə, qəsdən, tamah niyyəti ilə, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək, özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talamaq məqsədilə Şəki şəhəri, S.Rəhman küçəsində tapdığı "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş 4207...1047 nömrəli bank kartını 26 may 2024-cü ildə, saat 1850 dəqiqədə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ATM RİM Oğuz Şəki adlı bankomata daxil edib, üzərinə qələmlə yazılmış koddan istifadə edərək Zərərçəkmiş şəxs hesabında olan pul vəsaitinin 200 manatını, həmin tarixdə, saat 1851 dəqiqədə 5167...9295 nömrəli bank kartını Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ATM RİM Oğuz Şəki adlı bankomata daxil edib, üzərinə qələmlə yazılmış koddan istifadə edərək Zərərçəkmiş şəxs hesabında olan pul vəsaitinin 1317 manatını, həmin tarixdə, saat 1920 dəqiqədə 4207...1047 nömrəli bank kartını Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən ATM RİM X10 adlı bankomata daxil edib, üzərinə qələmlə yazılmış koddan istifadə edərək Zərərçəkmiş şəxs hesabında olan pul vəsaitinin 1000 manatını, həmin tarixdə, saat 1922 dəqiqədə 4207...1047 nömrəli bank kartını Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən ATM RİM X10 adlı bankomata daxil edib, üzərinə qələmlə yazılmış koddan istifadə edərək Zərərçəkmiş şəxs hesabında olan pul vəsaitinin 500 manatını çıxarmaqla Zərərçəkmiş şəxs ümumilikdə 3017 manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə gizli olaraq oğurlamaqla talamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.3-1-ci maddəsinin tərkibi vardır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə məcmu halda obyektiv hüquqi qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxsin CMnin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır və işə baxılan zaman mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.9cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, 59.1.12-59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi vurduğu ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır. Eyni zamanda CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, İİ qrup əlil olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qaneedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanun normaları, tövsiyyələr və presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən hallar təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Cinayətlərin təsnifatına görə CM-nin 177.2.3-1-ci maddəsində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduğu maddələrin sanksiyasında həbsə alternativ cəza olduğunu, azadlıqdan məhrum edilmədən islah olnunmasının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Birləşmiş Millətlər Təşkilatının həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair minimal standart qaydalarının (Tokio qaydaları) 8.1-ci maddəsinə görə həbs edilmə ilə bağlı olmayan tədbirləri seçmək səlahiyyəti olan məhkəmə orqanı hökm çıxararkən cəmiyyətdə normal həyata qayıtmaq baxımından hüquq pozucusunun tələbatını, cəmiyyətin müdafiəsi və qurbanın mənafelərini nəzərə alır. Göründüyü kimi hazırki halda, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı göstərilənlər, qeyd olan cinayət hadisəsini törədən zaman və ondan sonrakı davranışı, onun azadlığın məhdudlaşdırılması cəzası alması ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini, günün müəyyən vaxtlarında isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsi nəticəsində dəymiş 3017 manat maddi ziyanın ödənilməsi, iş üzrə mülki iddia, məhkəmə məsrəfləri olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlandığı 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə Şəki rayonu ərazisini, axşam saat 2200-dan növbəti gün saat 600-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Şəki rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi, iş üzrə mülki iddia, məhkəmə məsrəfləri olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan məhkum tərəfindən surətinin ona verildiyi) andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-88/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-88/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver