Məhkəmə qərarları › İş №1(075)-89/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-89/2022

22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-89/2022 22.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 iştirakı ilə, X4 barəsində X11 16 avqust 2022-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X4 barəsində X11 16 avqust 2022-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında dindirilən zaman zalda ona qarşı “tərbiyəsiz” deyərək, həmin sözü dəfələrlə təkrar etmiş və onu təhqir etmiş, bundan başqa xx.xx.2022-ci il tarixdə ona qarşı “öl, öl, öl" deyərək, onu təhqir etmiş, hər iki halda “102” xidmətinə zəng edərək Şəki Şəhər-Rayon Polis Şöbəsinə gedərək barəsində yalan olduğunu bilə-bilə polisə ərizə ilə şikayət edərək onu təhriq etmiş, hər iki halda polislə üzləşməyə gəlməmiş, polisə isə yalan ifadə verdiyinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-148-ci maddələri ilə X7 təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 məhkəmə hazırlıq iclasında göstərmişdir ki, 2014-cü ilin aprel ayının 7-də oğlu X12 toy edərək, Şəki rayon Baltalı kənd sakini X8 ilə ailə qurmuş, X5 evlərinə gəlin gətirmişdir. Həmin gündən onun ailəsinin dinc həyatı pozulmuşdur. Belə ki, dəfələrlə oğlundan Şəki Şəhər-Rayon Polis Şöbəsinə əsassız şikayətlər etmişdir. Yekunda oğlunu 2016-cı il sentyabr tarixli, 2(075)-104/2016 saylı işlə 2 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. 2016-cı ildə Tünzalə öz ərizəsinə əsasən oğundan boşanmışdır. Nəyinsə hesabına bir uşağa görə 100 (bir yüz) manat aliment kəsiblər. Oğlu türmədə olan zaman 2016-cı ildə iddia qaldıraraq alimentin məbləğini 100 (bir yüz) manatdan 115 (bir yüz on beş) manata çatdırmışdır. Oğlu türmədə olduğu müddətdə yığılan 300 (üç min) manat alimenti nəyinsə hesabına almışlar. Apardığı qızılları əsasssız iddia qaldırmış 3000 (üç min) manatlıq qızılı onlardan almışlar. İki dəfə şərəf və ləyaqətin alçaldılmasına dair əsassız iddia qaldıraraq 2000 (iki min) manat pullarını almışlar. Üç dəfə əsassız iddia qaldıraraq apardığı cehiz əşyalarının üstünə əlavələr edərək, yenidən iddia qaldıraraq 2000 (iki min) manat pulunu onlardan almışlar. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə alimentin artırılmasına dair iddia qaldıraraq 115 (bir yüz on beş) manat aliment məbləğini 250 manata qədər çatıdırılmasını tələb etmişlər. X7 məhkəmədə öz qızı olan Tünzalənin nümayəndəsi kimi iştirak etmiş, xx.xx.2022-ci il tarixdə həmin iş üzrə sonuncu iclasdan oğlu ilə zaldan çıxıb getdikləri zaman dəhlizdə onlara qarşı “öl, öl öl, məhkəməni mən uddum” deyərək, birbaşa 102 xidmətinə yalan məlumat vermiş, ondan Şəki Şəhər-Rayon Polis Şöbəsinə şikayət ərizəsi ünvanlamışdır. Həmin işlə bağlı Şəki ŞRPŞ-də xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmədə ona dəymiş maddi-mənəvi zərərin tələbinə dair iddia qaldırmışdır. Həmin iş üzrə xx.xx.2022-ci il tarixdə məhkəmə baxış iclası zamanı X7 hakim tərəfindən dindirildikdə yalan, şər, böhtan ifadələrinin hər kəlməsinin arasında ona “tərbiyəsiz” demiş və dəfələrlə təkrar etmişdir. O da Sədaqətə “tərbiyəsiz özünsən” dedikdə, hakim onu zaldan çıxarmışdır. O, dəhlizdə oturmuşdur. X7 zaldan çıxıb getdiyi zaman təkrar ona “tərbiyəsiz” demiş və məhkəmədən çıxıb, əvvəlki qaydada 102 xidmətinə zəng edərək, polis şöbəsinə gedib barəsində yalan, şər-böhtan xarakterli şikayət ərizəsi yazmışdır. xx.xx.2022-ci il tarixdə ona Şəki Şəhər- Rayon Polis Şöbəsindən zəng gəlmiş və barəsində şikayət olduğu bildirilmişdir. Həmin gün polis şöbəsinə getmiş, yazılı izahat vermişdir. Guya o, Sədaqəti məhkəmədə təhqir etmiş, hakim onu zaldan çıxarmışdır. O, Sədaqəti təhqir etməmişdir, Sədaqət ona “tərbiyəsiz” demişdir. Bu sözlərlə Sədaqət onu təhqir etmişdir. Göstərmişdir ki, o, 2(075)-l269/2022 saylı iş üzrə elektron vəsatət qaldıraraq X6 ona qarşı işlətdiyi “tərbiyəsiz” sözlərini protokola alınması və qətnamədə qeyd edilməsini xahiş etmiş, lakin məhkəmə münaqişənin uzanmaması üçün vəsatətinin qeydə alınmasından imtina etmişdir. Onsuz da onlarla aralarında olan münaqişə 2014-cü ildən bu günə qədər gəlib çıxmışdır. X7 həmin günü iclas zalından çıxaraq, 102 xidmətinə zəng edərək Şəki Şəhər- Rayon Polis Şöbəsinə getmiş, yalan olduğunu bilə-bilə ondan ərizə ilə polisə şikayət etmişdir. 2014-cü ildən bu günə qədər ondan və ailəsindən polisə, məhkəməyə dəfələrlə yalan şər-böhtan dolu şikayət ərizələri vermişdir. 2016-cı ildə X4 yalanları səbəbli oğluna və həyat yoldaşına 2 (iki) il iş verilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2016-cı il tarixli ittiham aktından X4 ifadəsi ilə Cəlilov Süleymanın ifadələrini müqayisə etdikdə, Sədaqətin şərçi, böhtançı, yalançı olması məlum olur. Bildirmişdir ki, o, dəhlizdə oturan zaman X7 iclasın sonunda zaldan çıxıb getdikdə ona yenidən “tərbiyəsiz” demişdir. X7 yenə əvvəlki qayda ilə 102 xidmətinə zəng edərək Şəki Şəhər-Rayon Şöbəsinə gedərək, yalan olduğunu bilə-bilə ondan ərizə ilə şikayət etmiş ki, guya o, Sədaqəti təhqir etmişdir. İclas zamanı hakim onu yerindən icazəsiz qalxıb “tərbiyəsiz özünsən” dediyinə görə zaldan çıxarmışdır. Göstərmişdir ki, X2 Elçibəyin dövründə ad, soyadını dəyişdirib, burda qalan ermənilərdəndir, erməni mənşəlidir. X7 özü onu, ailəsini təhqir edir, özü etdiyini onun üstünə atır, 102 xidmətinə zəng edib, polisə gedərək, yalandan ərizə ilə polisə şikayət etmişdir. Erməni milləti bic millətdir. 2(075)-1269/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə işi zamanı X7 polisə özünün yalan şikayəti üzrə xx.xx.2022-ci il tarixli polisin qərarı ilə bağlı polis baş leytenantı əzimov Natiq Namiq oğlu barədə “görək Natiq Namiq oğlu polisdə işləyə biləcək” sözlərini işlətmişdir. Görünür Sədaqət özünü Şəki rayonunun qoçusu hesab edir. X7 əvvəllər polis şöbəsində süpürgəçi işləmişdir. Polis əməkdaşı köhnə kadrlardan olduğu üçün, Sədaqətin tanışı ola bilər. Ermənilər müsəlmanlardan qisas almaq üçün güc strukturlarından özlərinə dayaq seçirlər. X1 ermənistanın keçmiş prezidenti Sarkisyana oxşayır. Bildirmişdir ki, X7 xx.xx.2022-ci il tarixdə məhkəmədə sonuncu iclasdan çıxıb arxadan gəlib yanlarından keçdikdə ona qarşı “öl, öl, öl, məhkəməni mən uddum” demiş, bu sözlərlə onu təhqir etmişdir. İkinci dəfə 2(075)- 1269/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixdə zalda və dəhlizdə iclasdan sonra ona “tərbiyəsiz” demiş, onu təhqir etmiş və hər iki halda 102 xidmətinə zəng edərək, polis şöbəsinə gedərək yalandan ərizə ilə şikayət etmiş, öz əməli ilə onu təhqir etmişdir. X3 Tülzalə Nüsrət qızı 2016-cı ildə oğlundan öz ərizəsi ilə boşanmış, onlara qarşı 10-dan çox məhkəmədə əsassız iddia qaldırmışdır. Onların ucbatından onun ailəsinin dinc həyatı pozulmuşdur. 2(075)-510/2017 saylı iş üzrə onlara qarşı şər-böhtanın üstü açılmış, cəld ərizə ilə iddialarını geri almışlar. 2019-cu ilin iyun ayında ona qarşı X7, X8, X13 şər-böhtan ataraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişlər. xx.xx.2019-cu il tarixli, 1(004)-146/2019 saylı şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Rayon Məhkəməsinin qərarı ilə razılaşmamış, Bakı şəhəri Apellyasiya Məhkəməsinə şikayət vermişlər. X14 xx.xx.2022 tarixdə məhkəmə zalından sonuncu iclasdan çıxıb dəhlizdə getdikləri zaman arxadan gəlmiş, yanlarından keçdikdə onlara “öl, öl, öl, məhkəməni mən uddum” demiş və onları təhqir etmişdir. Sonra birbaşa telefonla “102” xidmətinə zəng etmiş və Şəki Şəhər-Rayon Polis Şöbəsinə gedib yalan olduğunu bilə-bilə qəsdən şikayət etmişdir. Öz ərizəsi ilə yayımlamış, onun şərəf və ləyaqətini alçaltmışdır. Onun şərəf və ləyaqətini alçaldaraq nüfuzdan salmışdır. 2014-cü ildən bu günə qədər onlara qarşı təhqir və şərəf və ləyaqətlərini alçaltdıqlarına görə mənəvi ziyana 100.000 (bir yüz min) manat məbləğində, onlara qarşı qaldırılmış ondan çox əsassız məhkəmə iddialarına görə və xx.xx.2022-ci il tarixdə X7 onlara qarşı törətdiyi cinayət əməllərindən ona 50.000 (əlli min) manat maddi ziyan dəymişdir. Məhkəmə yollarında qalmış, arzuolunan işlərindən yayınmışlar. Bu gün də yayındırır. Xüsusi ittiham qaydasinda şikayətin məhkəmənin icraatına qəbul edilməsi və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. Belə ki, CPM-nin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. İşin məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.5-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli QƏRARİ-nın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin QƏRAR-ın 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələblərinə uyğun olmadıqda, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinin tələbinə əsasən xüsusi ittiham qaydasinda şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X11 xüsusi ittiham qaydasında verdiyi şikayətdə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından onun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 barəsində X11 16 avqust 2022-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərar apellyasiya şikayəti verilmədiyi halda, elan edildikdən 20 gün keçdikdə qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar