Məhkəmə qərarları › İş №1(075)-89/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-89/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-89/2025 28.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanova Şəbnəm Fərhad qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində X10 üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, etibarnamə üzrə nümayəndəsi X6, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs2, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Nümayəndə, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 2008-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 127.2.3-cü maddəsi, xx xxxxxx 2007-ci ildə Şəki rayonu, Dərəcənnət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, subay, işləməyən, Şəki rayonu, Dərəcənnət kəndində pasport qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs1 09 mart 2025-ci il tarixdə, saat 12 radələrində sinif yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Şəki şəhər 12 saylı tam orta məktəbin binasının arxa tərəfindəki dağlıq ərazidə sinif yoldaşı olan, Şəki şəhər 12 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Zərərçəkmiş şəxs sonuncunun sinif yoldaşı olan qızların son zəng zamanı əyinlərinə hansı paltarı geyinəcəkləri ilə bağlı etdikləri təkliflə razılaşmayaraq «Votsapp» ani mesajlaşma proqramında sinif yoldaşları olan Şahid4 Niymət qızı ilə bununla bağlı mübahisə etməsini ona irad tutmuş, onun ünvanına nalayiq ifadələr işlədərək, həmin mübahisə zəminində heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə onun sifətinə, alnına, başına, boynuna və qarın nahiyəsinə qəsdən çoxsaylı əl və ayaq zərbələri vuraraq Zərərçəkmiş şəxs sol gözünün alt qapağında, sağ gözün alt qapağında qançırlar, burunun yumşaq toxumalarının əziyi, burunun üstündə qançır, sağ alın nahiyəsində sıyrıq, sol çiyin oynağının arxa səthində qançır kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər və sol maksillar (üst çənə) sümüyün qapalı, yerdəyişən sınıqları kimi dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirməklə qəsdən, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 09 mart 2025-ci il tarixdə, saat 12 radələrində sinif yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Şəki şəhər 12 saylı tam orta məktəbin binasının arxa tərəfindəki dağlıq ərazidə sinif yoldaşı olan, Şəki şəhər 12 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Zərərçəkmiş şəxs sonuncunun sinif yoldaşı olan qızların son zəng zamanı əyinlərinə hansı paltarı geyinəcəkləri ilə bağlı etdikləri təkliflə razılaşmayaraq, «Votsapp» ani mesajlaşma proqramında sinif yoldaşları olan Şahid4 Niymət qızı ilə bununla bağlı mübahisə etməsini ona irad tutmuş, onun ünvanına nalayiq ifadələr işlədərək həmin mübahisə zəminində heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə onun sifətinə, alnına, başına, boynuna və qarın nahiyəsinə qəsdən çoxsaylı əl və ayaq zərbələri vuraraq Zərərçəkmiş şəxs sol gözünün alt qapağında, sağ gözün alt qapağında qançırlar, burunun yumşaq toxumalarının əziyi, burunun üstündə qançır, sağ alın nahiyəsində sıyrıq, sol çiyin oynağının arxa səthində qançır kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər və sol maksillar (üst çənə) sümüyün qapalı, yerdəyişən sınıqları kimi dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirməklə qəsdən, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurma cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Şəki şəhər 12 saylı tam orta məktəbin 11-ci sinifində oxumuşdur. İş üzrə Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik, qohumluq əlaqəsi olmamış, münasibətləri normal olmuşdur. Məktəbdə humanitar təmayüllü 11-ci sinif(11H), texniki təmayüllü 11-ci sinif(11T) və peşə təmayüllü 11-ci sinif(11P)lər olmuşdur. O, humanitar təmayüllü 11H sinfində oxumuşdur. Oxuduğu sinifin şagirdləri bir-biri ilə əlaqə saxlamaq üçün mobil telefonun Whatsapp proqramında qrup yaratmış, onu da həmin qrupa daxil etmişlər. Bundan başqa, məktəbin 11H və 11T sinif şagirdləri bir-biri ilə əlaqə saxlamaq üçün mobil telefonun Whatsapp proqramında qrup yaratmış, həmin qrupa da onu daxil etmişdirlər. Fuad ona qarşı heç bir bir xoşa gəlməz hərəkətlər etməmiş, lakin bir neçə dəfə də Fuad qızlara qarşı hörmətsizlik edib sonra danışıb həll etmişlər. Bildiyinə görə, Fuadın Musa, Elnur və İlham ilə də münasibəti normal olmuş, Fuad həmin şəxslərə qarşı heç bir bir xoşa gəlməz hərəkətlər etməmişdir. 8 mart 2025-ci ildə, saat 23 radələrində o, mobil telefonunda olan hər iki sinfin yaratdığı qrupa daxil olub, qrupda olan qızların son zəng günü geyinəcəkləri paltarla bağlı yazışdığını, yazışma zamanı aralarında mübahisə yarandığını görmüşdür. Yazışmaya sinifin oğlanları Fuad, Emin və Elmar da qoşulmuşlar. O, da qrupa, “qızların mübahisəsidirsə, oğlanlar onların mübahisəsinə qarışmasın” yazmışdır. Mübahisə yönündə yazışmalar davam etmiş, oğlanlar mübahisəyə müdaxiləni dayandırmamışlar. O, yenə də, “qızların mübahisəsinə oğlanlar qarışmasın” yazmış və qrupdan çıxmışdır. Təxminən 5-10 dəqiqədən sonra o, öz sinifinin qrupuna daxil olub, sinifinin qızları ilə Fuadın yazışaraq mübahisə etdiklərənə görmüşdür. O, soruşmaq məqsədilə, nə üçün mübahisə etdiklərini yazmışdır. Bu vaxt iki sinifin qrupunda olan səs yazısını və yazıların ekran görüntüsünü alıb onların sinifinin qrupuna atmışlar. Baxıb görmüşdür ki, Fuad səs göndərib Xədicənin ünvanına deyir ki, «mənim beynimi oynatma, səni oynadaram», sonra yazıb ki, «kim podiuma çıxmaq istəyir mən paltar alım çıxsın». Sonra səs göndərmişdir ki, «kim mənim şəxsiyyətimə toxunan nalayiq söz desə, evinin böyüyünü çölə çıxararam». Sonra Xədicənin ünvanına yazmışdır ki, «sənin mənim hörmətinə çatmağa çox var». Həmin vaxt Emin və Elmar da yazmışlar ki, «Fuad düz deyir». O, hər iki sinifin birgə qrupuna daxil olub baxanda, eyni səslərin həmin qrupda da olduğunu görmüşdür. Bundan sonra Fuad onun mobil telefonunun Whatsapp proqramına yazmışdır ki, «mənə zəng elə sözüm var». O, da Fuada zəng edib, düzgün hərəkət etmədiyini demiş, Fuad sakit dayanıb heç nə deməmişdir. O, Fuada, “sabah danışarıq” demiş, Fuad da, “oldu” deyib razılaşmışdır. Sonra onun telefonunun Whatsapp proqramına zəng gəlmiş, açıb, sinif yoldaşları İlham və Elnurun qrup yaradıb danışdıqlarını, onu da qrupa daxil etdiklərini görmüşdür. Elnur və İlham ondan, Fuadın etdiyi hərəkətdən xəbərinin olub-olmadığını soruşmuş, o da, xəbəri olduğunu söyləmişdir. Elnur və İlham, Fuadın düzgün hərəkət etmədiyini demiş, o da, təsdiq etmişdir. Danışdıqları ərəfədə digər sinif yoldaşı Musanı da qrupa daxil etmişlər. Musa da, Fuadın düz hərəkət etmədiyini demişdir. Onlar 4 nəfər birlikdə qrupda danışıb, sabah saat 11 radələrində 12 nömrəli məktəbin yanında Fuadla görüşüb danışmaq qərarına gəlmişlər. Səhəri gün, yəni 9 mart 2025-ci ildə səhər durub hər iki sinifin yaratdığı qrupa daxil olub baxanda görmüşdür ki, Fuad yazıb ki, «kim mənimlə danışmaq istəyirsə böyüklərini gətirsin, böyüklərinə özümü tanıtdırım». O, qrupdan çıxıb saat 11 radələrində 12 nömrəli məktəbin yanına getmiş, bir neçə dəqiqədən sonra İlham, sonra Musa, daha sonra isə Elnur gəlib çıxmışlar. O, Fuada zəng edib, İlham, Musa və Elnurla birlikdə məktəbin yanında olduqlarını, dostlarından kimi istəyirsə götürüb gəlməsini demişdir. Fuad da, özü tək gələcəyini bildirmiş və bir neçə dəqiqədən sonra gəlmişdir. O, həmin yerdən adamlar keçdiyini, dağa gedib orada söhbət etmələrini təklif etmiş, Fuad da razılaşmış, birlikdə məktəbin yanı ilə keçib dağa qalxıb, bir qədər getdikdən sonra düzənlik yerdə dayanmışlar. O, Fuada, düz hərəkət etmədiyini, heç olmasa üzr istəməsini demiş, Fuad heç nə deməmişdir. O, Fuada, bacısının ünvanına, «səni oynadaram, özümü sənə tanıdaram» deyərsə xoşuna gələrmi? deyib soruşmuş, Fuad üstünə gəlib onun sağ gözünün altına yumruq vurmuş, o da Fuadın sifətinə yumruq vurmuş və onlar tutaşıb birbirini yumruq-təpiklə vurmağa başlamışlar. Elnur Fuadın belindən tutub yerə yıxmışdır. Fuad yerə yıxılandan sonra o, Fuadın sifətinə yumruq vurmuşdur. İlham gəlib onu tutub çəkib ayıran zaman o, Fuadın sifətinə təpiklə vurmuşdur. O, Fuadı təkrar vurmaq istəyəndə, İlham tutub saxladığı üçün vura bilməmişdir. Bir müddət sakitləşəndən sonra Fuada demişdir ki, üzr istəyib qrupa səs göndərsin. Fuad da razılaşmışdır. Həmin vaxt Musa onun mobil telefonunu gətirib Elnura vermiş, Elnur da onun telefonunun kodunu bildiyi üçün açıb səs yazmanı işə salıb Fuada yaxınlaşdırmışdır. Fuad da «Başda Xədicə olmaqla qrupda olan bütün qızlardan üzr istəyirəm, qələt eləmişəm» demişdir. O, Fuada demişdir ki, «sən deməlisən ki, «mən əskik oğlanam». Bundan sonra Fuad təkrarən «Başda Xədicə olmaqla qrupda olan bütün qızlardan üzr istəyirəm, qələt eləmişəm, mən əskik oğlanam» demişdir. Onlar da həmin səsi iki sinifin birləşdiyi qrupa göndərmişlər. Bundan sona o, Elnur, Musa və İlham birlikdə aşağı düşmüşlər. Bir qədər düşəndən sonra o, sinif yoldaşı Eminə zəng edib demişdir ki, məktəbin yanına gəlsin, sözü var. Onlar məktəbin yanına çatdıqdan bir neçə dəqiqə sonra Emin gəlib çıxmışdır. O, Elnur və Emin birlikdə dağa tərəf, Musa və İlham isə Fuadın yanına getmişlər. Fuad bir qədər aşağı düşüb dayanmışdır. O, Elnur və Emin bir qədər qalxıb oturub söhbət etmişlər. O, Eminlə söhbət etdikdə, Elnur kənarda dayanmış, sonra Musa və digərlərinin yanına gedib bir az orada dayanıb yenidən onların yanına qayıtmışdır. Söhbət zaman o, Eminə demişdir ki, «biz Fuadı döymüşük, sən də düz hərəkət etməmisən». Emin də soruşmuşdur ki, nəyi düz etməyib. O, Eminə demişdir ki, Fuadı dəstəklədiyinə görə, Fuad və Elmarla birləşib qızı təkləmişlər. Emin də səhv etdiyini demişdir. Sonra o, telefonunda səs yazmanı qurub, üzr istəyib səs göndərməsini istmiş, Emin də «başda Xədicə olmaqla qrupda olan qızlardan üzr istəyirəm, səhv etmişəm» deyib qrupa səs göndərmişdir. Bundan sonra o, onlarla paralel oxuyan Elmara zəng edib, sözü olduğunu bildirmiş, Elmar da «gəlirəm» demişdir. O, Elnur, Musa və İlhamla birlikdə məktəbin yanına düşmüş, sinif yoldaşı Kənan gəlib Fuadın qolundan tutub evlərinə tərəf aparmışdır. Məktəbin qarşısında ayrılmışlar, Elnur onun yanında qalmışdır. Onlar bir qədər aşağı düşdükdə Elmar gəlib çıxmışdır. O, əvvəlcə Elmara, Fuadla dalaşdığını bildirib, Eminə dediyi kimi düz hərəkət etmədiyini deyib, buna görə üzr istəməli olduğunu bildirmiş, Elmar da razılaşmışdır. Elmar onun telefonu vasitəsi ilə qrupa səs göndərib «başda Xədicə olmaqla qrupda olan qızlardan üzr istəyirəm, səhv etmişəm» demişdir. Həmin gün qrupda yaranmış mübahisədən sonra o, Xədicəyə yazmışdır ki, «narahat olma». Xədicə də ona yazmışdır ki, «sən zaysan, söhbət bağlanıbdır, heç nə eləməyəsən, birdən dalaşarsan gedib özünə nəsə eləyər, biz zibilə düşərik». O da Xədicəyə yazmışdır ki, «narahat olma». O, Xədicəyə yazmışdır ki, «narahat olma, Fuadla söhbət edib başa salıb yoluna qoyacağıq». Fuad hər iki sinifin qrupunda Xədicənin ünvanına yazmışdır ki, «mənim beynimi oynatma, səni oynadaram». Sonra yazmışdır ki, kim podiuma çıxmaq istəyirsə mən paltar alım çıxsın». Sonra Xədicənin ünvanına demişdir ki, «sənin mənim hörmətimə çatmağa çox var». Emin və Elmar da Fuadın qrupa göndərdiyi səsləri və yazıları dəstəkləyib yazmışlar ki, «Fuad düz deyir». Lakin Fuad onun, Elnurun, Musanın və İlhamın ünvanına heç nə yazmamışdır. Həmçinin, Fuad qrupda yazmışdır ki, «mənimlə danışmaq istəyən böyüklərini çağırsın, özümü böyüklərinə tanıdım». Bu söz də ona pis təsir etdiyinə görə həmin sözü özünə qaytarmaq üçün Fuadı danışığa çağırmışdır. Onun əvvəlcədən Fuadı vurmaq niyyəti olmamışdır. Dağa qalxdıqdan sonra o, Fuada demişdir ki, bacına qarşı, «səni oynadaram, özümə sənə tanıdaram» desə xoşanı gələrmi? Bundan sonra Fuad əsəbləşib onu vurmuşdur. O, Fuadın bacısını söyməmiş, həmçinin Fuad da heç kimi söyməmişdir. O, Fuadın sifətinə və başına yumruq-təpiklə vurmuş, neçə dəfə vurduğu xatirində qalmamışdır. O, Elnurun Fuadı vurmasını görməmişdir. X30 belindən tutub yerə yıxmışdır. Onların bu hərəkətləri təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt Fuad qışqırmamış və heç kimi köməyə çağırmamışdır. İlham və Musa Fuadı vurmamış və Fuada qarşı heç bir xoşa gəlməz hərəkət etməmişlər. Həmçinin həmin vaxt Musa video çəkiliş aparmamışdır. Xədicəyə qarşı və ümumi hamının valideynlərinin ünvanına lazımsız sözlər dediyinə görə o, Fuadı döyüb sonrada üzr istəməsini tələb etmişdir. Fuadın dediklərini dəstəklədiklərinə görə Elmar və Emin də çağırıb üzr istədib səslərini qrupa göndərmişdir. Hadisədən sonra onu və digər uşaqları Polis Şöbəsinə çağırıb izahat işləri aparıldıqdan sonra həmin qrup telefonlardan silinmişdir. Hazırda həmin yazışmalar və səs yazıları onun telefonunda qalmamışdır. O, zərərçəkmiş şəxsə xəsarət yetirmiş, lakin xuliqanlıq etməmişdir. Sonradan səhvini başa düşüb barışmaq üçün özü və valideynləri səylər göstərmiş, zərərçəkmiş və anası onları qəbul etməmiş, barışmamışlar. Hazırda da o, məhkəmə zalında zərərçəkmiş şəxsin nümayəndəsi olan anasından üzr istəmiş, zərərçəkmiş şəxsə da zəng vurub barışmaq üçün üzrxahlıq etməyə çalışmış, lakin alınmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyana görə maddi köməklik etməyi də valideynləri təklif etmiş, onların etdiyi maddi təklifin az olduğunu bildirib qəbul etməmiş, daha çox məbləğ istəmişlər. O, qeyd olunanların nəzərə alınıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 127.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Şəki şəhər 12 saylı tam orta məktəbin 11-ci sinifində oxumuşdur. İş üzrə Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik, qohumluq əlaqəsi olmamış, münasibətləri normal olmuşdur. Məktəbdə humanitar təmayüllü 11-ci sinif (11H), texniki təmayüllü 11-ci sinif (11T) və peşə təmayüllü 11-ci sinif(11P)lər olmuşdur. O, humanitar təmayüllü 11H sinfində oxumuşdur. Oxuduğu sinfin şagirləri bir-biri ilə əlaqə saxlamaq üçün mobil telefonun Whatsapp proqramında qrup yaratmış, onu da həmin qrupa daxil etmişlər. Bundan başqa, məktəbin 11H və 11T sinif şagirdləri bir-biri ilə əlaqə saxlamaq üçün mobil telefonun Whatsapp proqramında qrup yaratmış, həmin qrupa da onu daxil etmişdirlər. Fuad ona qarşı heç bir bir xoşa gəlməz hərəkətlər etməmiş, bildiyinə görə Musa, Elnur və İlham ilə də münsibəti normal olmuş, Fuad həmin şəxslərə qarşı heç bir bir xoşa gəlməz hərəkətlər etməmişdir. 8 mart 2025-ci ildə, saat 23 radələrində, mobil telefonunun Whatsapp proqramından ona zəng gəlmiş, telefonu açıb görmüşdür ki, qrup şəklində danışıq gedir, Qrupda sinf yoldaşları Məhəmməd, Musa və İlham da olmuş, onu da həmin qrupa daxil etmişlər. Məhəmməd Fuadın sinif yoldaşı Xədicəyə qarşı “Səni gəlib evindən çıxararam, ananı da səni də təpiyimin atına salaram. Səni oynadaram-fırladaram.” yazdığını demişdir. Buna görə, Məhəmməd demişdir ki, “sabah saat 11 radələrində 12 nömrəli məktəbin yanında görüşək, mən Fuadı söhbət etməyə çağıracam”. Onlar da etiraz etməmişlər. Səhəri gün, yəni 9 mart 2025-ci ildə, saat 11 radələrində o, 12 nömrəli məktəbin yanına getmiş, çatanda Məhəmməd, Musa və İlhamı orada görmüşdür. Məhəmməd ona demişdir ki, Fuadı çağırıb və ona deyib ki, istəyirsə dostlarını da götürüb gətirsin. Fuad da, özü tək gələcəyini demişdir. Təxminən 5-10 dəqiqə sonra Fuad gəlmişdir. Məhəmməd demişdir ki, «Burda evlər var, ağzımızdan söyüş çıxar, ona görə gedək dağda söhbət eləyək». Buna görə, onlar birlikdə məktəbin yanı ilə məktəbin arxa tərəfinə, oradan da dağlıq əraziyə getmişlər. Fuad da etiraz etməmiş, onlarla birlikdə getmişdir. Məktəbin arxasına keçib dağın yuxarısına tərəf bir qədər getdikdən sonra düzənlik yerdə dayanmışlar. Məhəmməd Fuada düzgün hərəkət etmədiyini bildirmiş, Fuad da, etdiyi hərəkətə görə üzr istədiyini Məhəmmədə demişdir. Məhəmməd Fuada demişdir ki, elədiyi hərəkət cındırlıqdır, üç nəfər oğlan bir qızın üstünə düşüblər. Məhəmməd üç nəfər oğlan deyəndə sinif yoldaşları Fuadı, Emini və Elmarı nəzərdə tutmuşdur. Fuad cavab vermək istəyəndə Məhəmməd Fuada, «sakit dur qulaq as, kəs səsini» deyib onu danışmağa qoymamışdır. Məhəmməd Fuada demişdir ki, «sənin Xədicəyə dediyin sözləri mən bacının ünvanına desəm xoşuna gələrmi»? Bu vaxt Fuad Məhəmmədin üstünə gedib sifətinə yumruq vurmuşdur. Məhəmməd də Fuadı vurmağa başlamışdır. Onlar tutaşanda o, Fuadın kürəyinə bir dəfə yumruq vurub belindən tutub kənara atmış, Məhəmmədin də sinəsindən tutub itələmişdir ki, ayrılsınlar. Məhəmməd təkrar Fuadın üstünə gedib yumruq-təpiklə sifətinə, qarnına bir neçə dəfə vurmuşdur. Məhəmməd Fuadı döydükdən sonra, Fuada demişdir ki, qrupa səs göndərib üzr istəməlidir. Fuad da razılaşmışdır. Məhəmməd telefonu kənara qoyduğundan, Musaya telefonunu gətizdirmiş, Məhəmməd Fuadı vurmaq istəyəndə İlham Məhəmmədi tutub saxlamışdır. Musa telefonu Məhəmmədə tərəf aparıb kodunu açdırmış, Musa telefonda səs yazmanı işə salıb telefonu Fuada yaxınlaşdırmışdır. Fuad, «mən başda Xədicə olmaqla qrupdakı qızlardan üzr istəyirəm» demişdir. Məhəmməd telefonu Musadan götürüb səsi yazmanı saxlayıb, «bu cür yox, mən deyən kimi üzr istəməlisən» demişdir. Məhəmməd Fuada demişdir ki, «başda Xədicə olmaqla qrupda olan qızlardan üzr istəyirəm, qələt etmişəm, başımı daşa döymüşəm, bir də belə şeylər olmaz, mən əskik oğlanam» desin. Fuad həmin sözləri demək istəmədikdə, Məhəmməd ona, «biz deyən kimi üzr istəməlisən, yoxsa o biri gözünü də vurub qaraldacağıq» deyib sifətinə və başına yumruq vurmuşdur. Bundan sonra Fuad razılaşmış, Məhəmməd telefonun səs yazmasını işə salıb Fuada yaxınlaşdırmış, Fuad da Məhəmmədin dediyi sözləri telefona demiş və səsi yazılmış, səsi qrupa göndərmişdir. Məhəmməd təkrar Fuadın üstünə gedib sifətinə 2 dəfə təpik zərbəsi vurmuşdur. Təkrar Fuadı vurmaq istəyəndə İlham Məhəmmədin qabağına durub «bəsdir, artıq gedək» demişdir. İlham Məhəmmədi aparanda o, və Musa onların arxasınca getmişlər. Birlikdə məktəbin yanına çatanda Məhəmməd əvvəl Emin adlı sinif yoldaşına zəng edib, sözü olduğu üçün 12 nömrəli məktəbin yanına gəlməsini istəmişdir. Emin razılaşıb gələcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Emin gəlmiş, Məhəmməd Emini dağa tərəf aparanda, o, da, arxasınca getmişdir. İlham və Musa isə Fuadın yanında qalmışlar. Məhəmməd təxminən 5-6 metr aralıda kolun arxasında Eminlə danışmağa başlamış, o isə kənarda gözləmiş, arabir Fuad tərəfə də keçib qayıtmişdır. Söhbət zamanı Məhəmməd Eminə, «sən də qızlardan üzr istəməlisən» demişdir. Məhəmməd telefonu Eminə yaxınlaşdırmış, Emin üzr istəmiş, Məhəmməd də səsini yazmış və qrupa göndərmişdir. Bu vaxt oraya Kənan gəlib çıxmış, özü ilə tibbi maska və su gətirmiş, Fuada su vermişlər. O, Məhəmməd, Musa, İlham və Emin birlikdə məktəbin yanına düşmüşlər. Emin onlardan ayrılıb getmişdir. Məhəmməd Elmara da zəng edib məktəbin yanına çağırmışdır. İlham və Musa da aralanıb getmiş, Kənan da Fuadın qolundan tutub aparmışdır. O Məhəmmədlə birlikdə evə gedəndə Elmar gəlib çıxmış, Məhəmməd Elmarla danışan zaman o, kənarda dayanmışdır. Məhəmməd və Elmar yolun kənarında olan avtobus dayanacağında oturub söhbət etmişlər. Elmarın da səs göndərib qızlardan üzr istəməsini sonradan Məhəmməd ona demişdir. Qrupda olan yazışmanı o, oxumamışdır. Ancaq Məhəmməd demişdir ki, Fuad qrupda Xədicənin ünavanına yazmışdır ki, «səni gəlib evindən çıxararam, ananı da səni də təpiyimin altına salaram. Səni oynadaram-fırladaram». Məhəmməd onlar məktəbin yanında olanda, öz mobil telefonunda ekran görüntüsü alıb şəklini çəkdiyi həmin yazını ona göstərmişdir. Fuadın Xədicənin ünvanına başqa nə yazdığını bilməmişdir. Məktəbin yanında görüşüb dağa qalxdıqdan sonra Məhəmməd Fuadın ünvanına nalayiq ifadələr işlətmiş, «Xədicəyə dediyin sözü sənin bacına desəm qəbul edərsənmi» deyib Fuadın özünə qarşı söyüş söymüşdür. Həmin vaxt Fuad da bir dəfə Məhəmmədin sifətinə yumruq vurmuş, Məhəmməd də yumruq-təpiklə Fuadın sifətinə, başına, kürəyinə, ayaqlarına vurmağa başlamış, o, Fuadın belindən tutub kənara yıxmışdır. Həmin vaxt onların bu hərəkəti təxminən 15 dəqiqə davam etmişdir. X16rşı nalayiq ifadələr işlətmiş, sonra Fuadı vurub yerə yıxmış, yerdə də Fuadı vurmuş, Fuadın üzr istəməsini tələb etmiş, səsini yazıb göndərmişdir. Fuad qışqırmamış və heç kimi köməyə çağırmamışdır. Həmin vaxt İlham və Musa Fuadı vurmamışlar. Musa və İlham Fuada qarşı heç bir xoşa gəlməz və qanuna zidd hərəkət etməmiş, kənarda dayanmışlar. Həmçinin, həmin vaxt Musa video çəkiliş aparmamışdır. Fuad Məhəmmədin və onun ünvanına nalayiq ifadə işlətməmiş, söyməmiş, həmçinin onu vurmamışdır. Axşam Məhəmməd, Musa, İlham və o, Whatsapp proqramında danışan zaman qərara gəlmişlər ki, Fuadla görüşüb söhbət etsinlər. Bu məqsədlə də, səhəri gün məktəbin yanında görüşmüşlər. Fuadla görüşməkdə məqsədləri öz aralarında söhbət etmək olmuş, görək Fuadın nə üçün qrupda qızlara qarşı xoşagəlməz sözlər işlətməsinin səbəbini öyrənmək, bir daha belə etməməsini istəmişlər. Fuadı döymək niyyətləri olmamışdır. Həmçinin, həmin qrupu kim yaratdığını və sonradan qrupda olan yazışmaları və səsləri kimin sildiyini bilməmişdir. O, zərərçəkmiş şəxsi döyməmiş, yalnız itələyib yıxmış, xəsarət yetirməmişdir. Səhvini başa düşüb barışmaq üçün özü və valideynləri səylər göstərmiş, zərərçəkmiş və anası onları qəbul etməmiş, barışmamışlar. Hazırda da o, məhkəmə zalında zərərçəkmiş şəxsin nümayəndəsi olan anasından üzr istəmiş, zərərçəkmiş şəxsə də zəng vurub barışmaq üçün üzürxahlıq etməyə çalışmış, lakin alınmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyana görə maddi köməklik etməyi də valideynləri təklif etmiş, onların etdiyi maddi təklifin az olduğunu bildirib qəbul etməmiş, daha çox məbləğ istəmişlər. O, qeyd olunanların nəzərə alınıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəl X25 Təmayüllü Liseydə oxumuş, 2023-cü ilin sentyabr ayından təhsilini 12 saylı tam orta məktəbdə davam etdirmişdir. 12 saylı məktəbdə humanitar təmayüllü 11-ci sinif (11H), texniki təmayüllü 11-ci sinif (11T) və peşə təmayüllü 11-ci sinif (11P) olmuşdur. O, humanitar təmayüllü 11H sinfində oxumuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 onun sinif yoldaşları olmuşdur. Həmin şəxslərlə yaxın münasibəti olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin o, həmin şəxslərə qarşı heç bir xoşagəlməz hərəkətlər etməmişdir. Məktəbin 11 H və 11 T sinif şagirləri bir-biri ilə əlaqə saxlamaları üçün mobil telefonun Whatsapp proqramında qrup yaratmışdılar. xx.xx.2025-ci ildə saat 23 radələrində sinif yoldaşı Məryəm həmin qrupda 11-ci sinifin son zəng günü keçiriləcək tədbirdə hansı paltarı geyinəcəkləri ilə bağlı mövzu açmışdır. Qrupda qızlar yazışan zaman aralarında mübahisə yaranmışdır. O, qrupa, “dava eləməyin, ehtiyac yoxdur” yazmışdır. Bir neçə qız ona «sən fikir bildirmə, sən danışma» yazmışdır. Sinif yoldaşı Şahid5 da «Fuad düz deyir, dalaşmayın» yazmışdır. Həmin qızlar Eminin də ünvanına, «sən sus, danışma» yazmışlar. Sinif yoldaşı Məryəm, «biz bu rəngi seçmişik» (onlar göy rəngi seçmişdilər) yazmışdır. Yenə də yazışma zamanı qızlar arasında mübahisə davam etmişdir. 11 T sinif şagirdi Elmar da öz sinifinin qızlarının dediklərini təsdiqləmişdir. Bu vaxt onun oxuduğu sinifin qızları Elmarın ünvanına, «sən qarışma» yazmışlar. O, qrupa, «aralarında mübahisə varsa qızlar öz arasında həll eləsin, oğlanları bu mübahisəyə qatmasınlar» yazmışdır. Bu vaxt sinif yoldaşı Xədicə qrupda onun ünvanına, «sən canın yaltaqlıq eləmə» yazmışdır. Bu söz ona təsir etdiyi üçün, «bu nə sözdür mənə yazırsan» yazmışdır. Emin Xədicənin ünvanına «Fuad düzünü deyir, yaltaqlıq etmir» yazmışdır. Lakin Xədicə heç nə yazmamışdır. Sonra o, qrupda Xədicənin ünvanına, «öz sinifimizdə zarafat edirik, böyük qrupda bir-birimizə hörmətsizlik etməyək» yazmışdır. Xədicə onun ünvanına, «sən mənə hörmətdən danışası ən axırıncı adam olarsan» yazmışdır. O, da Xədicəyə, «Sən mənim səviyyəmə çat, sonra mən səninlə danışaram» yazmışdır. Digər uşaqlar Xədicənin ünvanına, «düzgün hərəkət etmədi, sinifinin şagirdidir, niyə belə hərəkət elədi» yazmışlar. Yazışma zamanı Xədicə ilə onun arasında mübahisə davam etmişdir. Xədicə onun ünvanına, «sən sus» yazmışdır. O, da, «mənim əsəblərimlə oynamayın, sizinlə oynamayım» yazmışdır. Sonra o, oxuduğu sinifinin qrupuna daxil olub Xədicənin ünvanına səs göndərmişdir ki, «sənin elədiyin hərəkət hörmətsizlikdir, sənin atanı çağırıb söhbət edəcəm». Xədicə də onun ünvanına, «sən qələt edirsən» yazmışdır. Bundan sonra böyük qrupa Məhəmməd, «nə olub»? yazmışdır. Qızlar da, «sizin sinifin qızları paltar söhbəti açıb, bunun üstündə mübahisələri olub» yazmışlar. Məhəmməd də, «SMS-ləri oxuyub aydınlaşdıracaq, danışar» yazmışdır. O, bir müddət oturub fikirləşmiş və Xədicəyə qarşı düz hərəkət etmədiyi qərarına gəlmişdir. Buna görə o, Xədicənin özünün telefonuna «üzürlü say» yazmışdır. Xədicə də ona, «yeri get» yazmışdır. Səhəri gün, yəni xx.xx.2025ci ildə, saat 11 radələrində Məhəmməd Whatsapp proqramı vasitəsi ilə ona zəng edib, kimi istəyirsə götürüb 12 nömrəli məktəbin yanına gəlməsini, onunla söhbət edəcəyini demişdir. O da heç kimə deməyib məktəbin qarşısına özü tək getmişdir. Məhəmmədin yanında sinif yoldaşları Elnur, Musa və İlham olmuşdur. Məhəmməd ona, «dağ tərəfə gedək orada söhbət edərik» demişdir. O, da etiraz etməmiş və həmin şəxslərlə birlikdə 12 nömrəli məktəbin yanından keçən yolla dağa tərəf getmişdir. Yolda Məhəmməd və digərləri öz aralarında danışsalar da ona heç nə deməmişlər. Bir qədər dağa qalxdıqdan sonra düzənlik yerdə dayanmışlar. Məhəmməd ondan, nə üçün qızla elə danışdığını soruşmuş, o da Məhəmmədə, kim düz olubsa onun tərəfini tutdüğünü demişdir. Məhəmməd də ona, «sənin elədiyin hərəkət cındırlıqdır, üç nəfər oğlan bir qızın üstünə düşmüsüz» demişdir. O, Məhəmmədə cavab vermək istəyəndə, Məhəmməd ona, «sakit dur qulaq as» deyib onu danışmağa qoymamışdır. Məhəmməd üç nəfər oğlan deyəndə, Emini, Elmarı və onun özünü nəzərdə tutmuşdur. Həmin vaxt Məhəmməd Eminin və Elmarın ünvanına naralyiq ifadələr işlətmiş, o, Məhəmmədə, həmin vaxt olmuş vəziyyəti danışmağa imkan verməsini və Xədicədən üzr istəməsini demişdir. Məhəmməd də, Xədicə yaxşı qızdır, heç kimin hünəri çatmaz ona pis söz desin demişdir. Həmçinin Məhəmməd ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Elnur və Musa da Məhəmmədin dediklərini təsdiq etmişdirlər. Məhəmməd yumruğunu sıxıb onun qarşısında, Elnur isə onun sağ tərəfində, Musa və İlham isə bir qədər kənarda dayanmışlar. Məhəmməd onun bacısının ünvanına söyüş söyüb ona tərəf addım atanda o, Məhəmmədin sifət nahiyəsinə yumruq atmış, yumruq sonuncunun sifətini sürtüb keçmişdir. Məhəmməd də yumruqla onun sifətinə, başına vurmağa başlamışdır. O, özünü qoyurub Məhəmmədi tutub saxlamağa çalışmış və onlar tutaşmışlar. Məhəmməd əynindəki koftanı onun başına çəkmiş, bundan sonra o, qarşısını görə bilməmişdir. Həmin vəziyyətdə Məhəmməd onu vurmağa davam etmişdir. Yanında olan Elnur onun belindən tutub sürüyərək kolluğun üzərinə yıxmışdır. Məhəmməd və Elnur onu yumruq-təpiklə vurmuşlar. O, sifətinə vurmaması üçün sifətini tutmuşdur. Bir müddət vurduqdan sonra Məhəmməd ona, sifətini açmasını demiş, lakin o, sifətini açmamışdır. Elnur əllərini tutub sifətini açmışdır. Məhəmməd də onun sol gözünə bir neçə dəfə yumruq vurmuşdur. Bu vaxt onun əlləri boşalmışdır. Elnur da sifətinə təpik vurmuşdur. Elnur və Məhəmməd onu döydükdən sonra, Məhəmməd ondan, qrupa səs göndərib üzr istəməsini istəmişdir. O da, normal şəkildə üzr istəməyə razılaşmışdır. Məhəmməd mobil telefonunu açıb qrupa daxil olub ona, səs göndərib üzr istəməsini demişdir. Məhəmməd telefonu onun ağzına yaxınlaşdırmış, o da adi şəkildə «hamınız üzrlü sayın» demişdir. Məhəmməd isə, biz deyən kimi üzr istəməlisın demişdir. Məhəmməd ona, «denən ki, qələt eləmişəm, mən əskik oğlanam» demişdir. O bu cür üzr istəmək istəmədikdə, Məhəmməd ona, «biz deyən kimi üzr istəməlisən, o biri gözünü də vurub qaraldacağıq» deyib sifətinə və başına yurmuq vurmuşdur. Musa və Elnur da, «biz deyən kimi üzr istə» demişlər. Sonra o, məcbur olub Məhəmmədin dediyi kimi səs göndərib üzr istəmişdir. Bundan sonra İlham, «bəsdir daha düşək» demişdir. Məhəmməd vurmaq üçün onun üstünə gəlmək istəyəndə, İlham Məhəmmədin qarşısına keçib qoymamışdır. Məhəmməd, «hələ işim qurtarmayıb» demişdir. Lakin İlham onu itələyib «artıq bəsdir» deyib ayırmışdır. Elnur ona, incimə ki, «belə oldu» demişdir. O da Elnura, «incimirəm, siz mənim dostumuzsuz» demişdir. Elnur da, «biz əvvəl dost idik, indi dost deyilik, sən yediyin çörəyi itirdin demişdir. Biz səni təkləməmişik, şükür elə ki, kənarda dayanan 2 nəfər səni vurmayıb». Bu sözləri deyib Elnur, İlham, Məhəmməd və Musanın arxanca getmişdir. Həmin vaxt o, böyürü üstə uzanmış vəziyyətdə qalmışdır. Bir müddət həmin vəziyyətdə qalıb bir az özünə gələndən sonra gödəkçəsini götürüb yava-yavaş aşağı düşüb dağa qalxan daşlıq-torpaq maşın yolunun kənarında, daşın üstündə oturmuşdur. Musa və İlham ona yaxınlaşıb, bu vəziyyətdə evə gedə bilməyəcəyini, tanış uşaq varsa zəng edib çağırmasını, gəlib onu evinə aparmasını demişlər. Musa onun dostu Kənana zəng edib, “Fuadın vəziyyəti pisdir, gəl onu evinə apar, gələndə tibbi maska ilə su gətirib gəl” demişdir. Kənan əvvəl inanmamış, lakin Musa Kənana, həqiqətən də vəziyyətinin pis olduğunu başa salmışdır. Bu vaxt onun qulağına səs gəlmiş, Məhəmməd və Elnurun Eminlə etdikləri söhbəti eşitmişdir. Görmüşdür ki, bir qədər kənarda Emin dizi üstə oturub, Məhəmməd və Elnur başının üstündə dayanmışlar. Musa ilə İlham onun qarşı tərəfində dayandıqları üçün o, Məhəmmədgili tam görə bilməmişdir. Məhəmməd Eminə, «yuxarıda birini döymüşük, səni də onun vəziyyətinə salacağıq» demişdir. Emin də, «məni vurmayın üzr istəyəcəm» demişdir. Bu vaxt Eminin üzr istəməsinin səsini eşitmişdir. Kənan gəlmiş, onun vəziyyətini görub nə baş verdiyini soruşanda, o, Kənana, Məhəmmədlə Elnurun onu döydüklərini demişdir. Kənan da ona, «onlar aşağıda Emini danışdırıb yola saldılar. Səni də döyüblər, nə məsələdir?» soruşmuşdur. O, Kənana, halı olmadığını, sonra danışacagını demişdir. O, su içib bir az özünə gəlmiş, Kənan ondan masqanı nə üçün istədiyini soruşanda, Musa, evinə gedəndə yolda polisin görməsi üşün lazım olduğunu demişdir. Məhəmməd və Elnur onların yanına gəlmiş, Məhəmməd onun ünvanına nalayiq ifadə işlədərək Kənana onu göstərib, «bununla gəzməyin» deyib getmişdir. Kənan onu qaldırıb yarı yola kimi aparmış, məşğələyə tələsdiyi üçün onun dostu Ramazana zəng vurub çağırmışdır. Ramazan gəlib onu vəziyyətini görüb evlərinə aparmış, evə çatdıqdan sonra anası onun vəziyyətini görüb xəstəxanaya aparmışdır. Dağda onların bu hərəkəti təxminən 30-40 dəqiqə davam etmiş, Məhəmməd onu vurmaq istəyəndə o, səsinə kiminsə gəlməsi üçün qışqırmış, lakin Məhəmməd onu vuraraq qışqırmamağını tələb etdiyi üçün sakit dayanmışdır. Həmin vaxt Musa və İlham onu vurmamışlar. Ancaq Musa, Məhəmmədin dediyi kimi ezr istəməsini demişdir. İlham isə kənarda sakit dayanmış. heç nə deməmişdir. Sonda Məhəmməd təkrar onu vurmaq istəyəndə İlham Məhəmmədi itələyib aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Niymət qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, hadisə törədilən vaxt Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid1 12 nömrəli orta məktəbin 11-ci sinif şagirdləri olmaqla yanaşı, onun sinif yoldaşları olmuşlar. Təxminən 3 ilə yaxındır həmin uşaqlarla bir sinifdə oxumuş, sinif yoldaşı kimi normal münasibəti olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 12 saylı tam orta məktəbdə 11 T, yəni texniki, 11 H, yəni humanitar və 11 P, yəni peşə sinifləri vardır. 11 P sinifinin digər siniflərlə yaxın əlaqəsi olmamışdır. Məktəbin 11 H sinif şagirdləri Whatsapp proqramı vasitəsi ilə qrup yaratmış, o cümlədən, 11 T sinifinin uşaqlarının da Whatsapp proqramında ayrıca qrupu olmuşdur. Bundan başqa, hər iki sinifin şagirdləri birgə Whatsapp qrupu da olmuşdur. xx.xx.2025-ci ildə, gecə saat 22 radələrində hər iki sinifin birgə qrupunda qızlar öz aralarında son zəng zamanı geyinəcəkləri paltarla bağlı yazışan zaman onun oxuduğu sinifin qızları çəhrayı rəngdə geyinməyi qərarlaşdırmışlar, 11 T sinfinin qızları yazmışlar ki, həmin rəngi onlar seçmişlər. İki sinfin qızları arasında mübahisə yaranmış, 11 T sinifinin qızları cəhrayı rəngdən imtina etmişlər. Qızlar yazışan zaman oğlanlardan Fuad, Elmar və Emin da qurpa daxil olmuşlar. Fuad qrupa, «sabah birbirinizlə üz-üzə gələcəksiniz, mübahisə yaratmayın, mehriban olun» yazmışdır. Bir neçə qız Fuadın ünvanına, «sən fikir bildirmə, sən danışma» yazmışlar. O, da Fuada qarşı, «yaltaqlıq eləmə» yazmışdır. Sinif yoldaşı Şahid5 də, «Fuad düz deyir, dalaşmayın» yazmışdır. Qızlar Eminin də ünvanına, «sən sus, danışma» yazmışlar. Qızlar arasında mübahisə davam etmişdir. 11 T sinif şagirdi Elmar da öz sinifinin qızlarının dediklərini təsdiqləyəndə, oxuduğu sinifin qızları Elmarın ünvanına, «sən qarışma» yazmışlar. Fuad qrupa, «aranızda mübahisə varsa, qızlar öz arasında həll etsin, oğlanları bu mübahisəyə qatmasın» yazmışdır. O da həmin qrupda Fuada qarşı, «sən canın yaltaqlıq eləmə» yazmışdır. Fuad da, «beynim çönür» yazmışdır. O, da Fuada yazmışdır ki, «qızla danışırsan, mənimlə belə danışma». Sonra o, öz sinifinin qrupuna daxil olub Fuad barədə, «bir də mənimlə belə danışmayasan» yazmışdır. Fuad da, «öz sinifimizdə zarafat edirik, böyük qrupda bir-birimizə hörmətsizlik etməyək» yazmışdır. O, da əsəbləşib Fuadın ünvanına, «sən mənə hörmətdən danışası ən axırıncı adam olarsan» yazmışdır. Fuad da onun ünvanına, «Sən mənim səviyyəmə çat, sonra mən səninlə danışaram» yazmışdır. Fuadla arasında mübahisə davam etmiş, o, Fuadın ünvanına, «sən sus» yazmışdır. Fuad da, «mənim əsəblərimlə oynamayın, sizinlə oynamayım» yazmışdır. Sonra Fuad qrupda onun ünvanına səslə, «kim mənim şəxsiyyətimə toxunsa, onun böyüyünü çıxarıb söhbət edəcəyəm» mesajı göndərmişdir. O da Fuada qarşı, «sən qələt edəcəksən» yazmışdır. Fuad, «mənimlə oynamayın, sizinlə oynayaram» yazmışdır. Bundan sonra böyük qrupa Məhəmməd, «nə olub?» yazmışdır. Qızlar da, «sizin sinfin qızları paltar söhbəti açılıb, bunun üstündə mübahisələri olub» yazmışlar. Məhəmməd də, «mən SMS-ləri oxuyub aydınlaşdıracam, danışarıq» yazmışdır. Məhəmməd Fuadın göndərdiyi «kim mənim şəxsiyyətimə toxunsa onun böyüyünü çıxarıb söhbət edəcəyəm» səsinə qulaq asıb Fuada, «bu nə sözdür deyirsən» yazmışdır. Qrupda mübahisə davam etmiş, o, qrupdan çıxmışdır. Bir müddət sonra Fuad onun telefonunun Whatsapp proqramına yazıb üzr istəmişdir. O da artıq heç nə deməmişdir. Səhəri gün, yəni 9 mart 2025-ci ildə, günorta saatlarında 11T-11H qrupuna daxil olanda, Məhəmmədin telefonundan səsli mesaj gəlməsini görmüşdür. Səsə qulaq asanda, Fuadın, «başda Xədicə olmaqla qrupda olan bütün qızlardan üzr istəyirəm, qələt etməmişəm, mən əskik oğlanam» dediyini eşitmişdir. Qrupa yenə də Məhəmmədin telefonundan səs gəlmiş, bu dəfə Eminə məxsus səs yazısı göndərilmişdir. Emin də «başqa Xədicə olmaqla qrupda olan bütün qızlardan üzr istəyirəm, qələt etmişəm, mən əskik oğlanam» demişdir. Bundan sonra qrupa yenə də Məhəmmədin telefonundan səsli mesaj gəlmiş, bu dəfə Elmarın səsi gəlmişdir, Elmar da “başda Xədicə olmaqla qrupda olan bütün qızlardan üzr istəyirəm, qələt etmişəm, mən əskik oğlanam» demişdir. Həmin gün axşam Fuadın anası qrupa səsli mesaj göndərmişdir ki, “Xədicənin, Məhəmmədin, Elnurun, Musanın və İlhamın valideynləri xəstəxanaya gəlsin, Fuadı döyüb pis günə salıblar.” Anası işdə olduğu üçün evə gecə gəlmiş, gələndən sonra o, olanları anasına danışmışdır. Anası zəng edib Fuadın anası ilə danışıb Fuadın vəziyyətini soruşmuşdur. Fuad həmin gecə ona yazıb üzr istədikdən bir müddət sonra Məhəmməd onun telefonundakı Whatsapp proqramına, «narahat olma» yazmışdır. O, da Məhəmmədə, “sən zaysan, söhbət bağlanıbdır, heç nə eləməyəsən, birdən döyüb eliyərsiz biz zibilə düşərik” yazmışdır. Məhəmməd də ona, «narahat olma» yazmışdır. Fuadın qrupda ona qarşı dediyi sözlər şagirdə yaraşan sözlər olmamışdır. Sonradan Fuadın bu hərəkətinə görə üzr istəməsi onu təəcübləndirmişdir. Ancaq o, Məhəmməd və başqasının Fuadı döymələrinin əlyehinə olmuşdur. Hesab etmişdir ki, düzgün hərəkət etməmişdirlər. Qrupda yazışmalar problem yaratdığı üçün o, mobil telefonunda olan qrupdan həmin gün çıxmış, sonra qrupu silmişlər. Buna görə telefonunda həmin yazışmalar qalmamışdır. O, sonradan eşitmişdir ki, oxuduğu məktəbin arxa tərəfində dağlıq ərazidə aralarında mübahisə olmuş, Məhəmməd və Elnur Fuadı döymüşlər, Musa və İlham isə kənarda dayanıb baxmışlar. Sonra Fuada üzr istədib səsini qrupa göndərmişlər. O, eləcə də göstərmişdir ki, Fuad qrupda olan qızlarla mübahisə etmişdir, lakin mübahisəsi əsasən onun özü ilə olmuşdur. Fuad həmin vaxt qrupda Məhəmmədə və ya valideynlərinə qarşı hər hansı nalayiq ifadə işlətməmiş, təhqir etməmişdir. Elnur və Məhəmmədin Fuadı döyməsinin əleyhinə olmuş, bundan əvvəlcədən xəbəri olmamış, sonradan bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, o, hadisə vaxtı Şəki şəhər 12 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olmuşdur. 12 saylı məktəbdə humanitar təmayüllü 11-ci sinif (11H), texniki təmayüllü 11-ci sinif (11T) və peşə təmayüllü 11-ci sinif (11P)ləri olmuşdur. O, humanitar təmayullu 11H sinifində oxumuşdur. Məktəbin 11 H və 11 T sinif şagirləri birbirilərilə əlaqə saxlamaları üçün mobil telefonun Whatsapp proqramında qrup yaratmış, onu da həmin qrupa daxil etmişlər. Lakin o, sonra həmin qrupdan çıxmışdır. Fuadla münasibəti normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Fuad ona qarşı heç bir xoşa gəlməz hərəkətlər etməmişdir. Bildiyinə görə Fuadın Məhəmməd, Elnur və İlham ilə də normal münasibəti olmuşdur. Fuad onlara qarşı da heç bir bir xoşa gəlməz hərəkətlər etməmişdir. 8 mart 2025-ci ildə, saat 22-23 radələrində oxuduğu sinifin qrupuna baxıb, uşaqların «bir-birinizə qarşı ləyaqətsiz sözlər yazmayın, ayıbdır» yazdığını görmüşdür. Fuad səsli mesaj göndərmiş, Xədicə də ona cavab yazmışdır. Fuad Xədicənin ünvanına, «kim məni təhqir etsə, onun böyüyünü evindən çıxarıb ayağımın altına salaram» yazmışdır. Xədicə də, «sən qələt edərsən elə şey eləməyə» yazmışdır. Digər sinif uşaqları isə onlara irad bildirmişlər. Onun mobil telefonunun Whatsapp proqramına qrupla zəng gəlmiş, qrupda danışanlar Məhəmməd, Elnur və İlham olmuşdur. Məhəmməd, sabah Fuadı 12 nömrəli məktəbin yanına çağırıb, nə üçün qrupda bu cür danışmasının söhbətini edəcəyini demiş, öz aralarında, səhəri gün saat 11 radələrində 12 nömrəli məktəbin yanında görüşməyə razılaşmışlar. Səhəri gün, yəni 9 mart 2025-ci ildə, saat 11 radələrində o, 12 nömrəli məktəbin yanına getmişdir. O, çatanda Məhəmməd orada olmuş, bir neçə dəqiqədən sonra Elnur və İlham gəlmişlər. Məhəmməd Fuada zəng edib, məktəbin yanında Elnur, Musa və İlhamla birlikdə gözlədiklərini, dostlarından kimi istəyirsə gətirib gəlməsini təklif etmiş, Fuad da, tək gəldiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Fuad gəlmiş, 12 nömrəli məktəbin qarşı tərəfində görüşmüşlər. Məhəmməd, gedib dağda söhbət eləmələrini təklif etmiş, onlar birlikdə məktəbin yanı ilə məktəbin arxa tərəfinə, oradan da dağlıq əraziyə getmişlər. Fuad da etiraz etməyib onlarla getmişdir. Məktəbin arxasına keçib dağın yuxarısına tərəf bir qədər getdikdən sonra düzənlik yerdə dayanmışlar. Məhəmməd Fuada düzgün hərəkət etmədiyini demiş, Fuad da, etdiyi hərəkətə görə üzr istədiyini Məhəmmədə bildirmişdir. Məhəmməd Fuada, elədiyi hərəkətin cındırlıq olduğunu, üç nəfər oğlanın bir qızın üstünə düşdüyünü demiş, Fuad cavab vermək istəyəndə Məhəmməd Fuada, «sakit dur, qulaq as, kəs səsini» deyib danışmağa qoymamışdır. Məhəmməd Fuada qarşı nalayiq sözlər işlədərək, “sən səhvsən” demişdir. Fuad isə sakit dayanmışdır. Məhəmməd Fuadın bacısının üvanına söyüş söydüyü üçün Fuad dözməyib Məhəmmədə yumruq atmış, yumruq Məhəmmədin sifətinə dəymişdir. Məhəmməd Fuadı yumruqla vurmağa başlamış, tutaşanda Elnur Fuadın belindən tutub yerə yıxmışdır. Fuad yerə yıxılandan sonra Elnur Fuadı yumruqla vurmuşdur. Elnur kənara çəkiləndə Məhəmməd yaxınlaşıb Fuadı yumruq-təpiklə vurmuşdur. Fuad əlləri ilə sifətini tutub durmuşdur. Məhəmməd Fuada, sifətini açmasını demiş, lakin Fuad əllərini sifətindən çəkməmişdir. Elnur Fuadın əllərini tutub kənara çəkmiş, sifəti açılandan sonra Məhəmməd Fuadın sifətinə 5-6 dəfə yumruq zərbəsi vurmuşdur. O, yaxınlaşıb Məhəmmədin çiynindən tutub «bəsdir» demiş, Məhəmməd onun əlini kənara edib, «sən qarışma, kənarda dur» demişdir. O, çəkilib kənarda dayanmışdır. Məhəmməd Fuadın sifətinə təpik zərbəsi vurmuşdur. Elnur və Məhəmməd Fuadı döydükdən sonra, Məhəmməd Fuada, qrupa səs göndərib üzr istəməsini demişdir. Fuad da razılaşmışdır. Məhəmməd telefonunu kənara qoymuşdur, telefonu gətirməsini ona demiş, o, telefonu Məhəmmədin gödəkçəsinin cibindən götürüb Məhəmmədə vermişdir. Məhəmməd telefonu açıb Fuada yaxınlaşdırmışdır, Fuad, «mən başda Xədicə olmaqla qrupdakı qızlardan üzr istəyirəm» demişdir. Məhəmməd səsi saxlayıb, «bu cür yox, biz deyən kimi üzr istəməlisən» demişdir. Məhəmməd Fuada, «başda Xədicə olmaqla qrupda olan qızlardan üzr istəyirəm, qələt etmişəm, başımı daşa döymüşəm, bir də belə şeylər olmaz, mən əskik oğlanam» sözlərini deyib üzr istəməli olduğunu demişdir. Fuad həmin sözləri demək istəmədikdə, Məhəmməd ona, “bu cür üzr istəməsən, o biri gözünü də vurub qaraldacağıq” deyib Fuadın sifətinə və başına yurmuq vurmuşdur. Fuad razılaşmış, Məhəmməd telefonu hazırlamış, Fuad həmin məzmunda üzr istəmiş, səsli mesajı qrupa göndərmişlər. Məhəmməd təkrar Fuadın üstünə gedib sifətinə 2 dəfə təpik zərbəsi vurmuş, təkrar Fuadı vurmaq istəyəndə İlham Məhəmmədi qabağına durub, «bəsdir, artıq gedək» demişdir. İlham Məhəmmədi aparanda o, və Elnur da onların arxasınca getmişlər. Onlar məktəbin yanına çatanda Məhəmməd Emin adlı sinif yoldaşına zəng edib, dünən qrupda olanlarla bağlı 12 nömrəli məktəbin yanına gəlməsini istəmişdir. Onlar məktəbin yanına çatanda Emin də gəlmişdir. Məhəmməd, Elnur və Emin birlikdə dağa tərəf, Fuadın olduğu yerdən bir qədər kənara tərəfə getmişlər. O, İlhamla birlikdə məktəbin yanında oturmuşlar. Fuadın gələ bilmədiyini görüb, İlhamla birlikdə Fuadın yanına gedib, bu vəziyyətdə evə gedə bilməyəcəyini, tanışlarından birinə zəng edib çağırmasını, gəlib onu evinə aparmasını Fuada demişdir. Fuad ona, Kənana zəng etməsini demiş, o, da öz telefonu ilə Kənana zəng edib, Fuadın vəziyyəti pis olduğunu, gəlib Fuadı evinə aparmasını, gələndə tibbi maska ilə su alıb gətirməsini demişdir. O, Kənana maska götürməsini, Fuad evə gedəndə sifətində olan xəsarətlər görünməməsinə görə taxması üçün demişdir. Kənan əvvəl ona inanmamış, Fuad özü Kənanla danışıb həqiqətən də vəziyyətinin pis olduğunu başa salmışdır. Kənan gəlmiş, Fuadın vəziyyətini görüb nə baş verdiyini soruşanda, Fuad heç nə deməmişdir. Kənan Fuadın qolundan tutub aparmışdır. O, İlham ilə 12 nömrəli məktəbin yanına çatanda Məhəmmədlə Elnur orada olmuş, Məhəmməd və Elnur Kənanla görüşmüş, qıza ağlına gələni yazdığına görə Fuadı döydüklərini demişlər. Kənan heç nə deməmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, Məhəmməd və Elnur Fuada qarşı nalayiq ifadələr işlətmişlər, vurub yerə yıxmış, yerdə də vurmuşlar. Fuadın üzr istəməsini tələb edib, səsini yazıb qrupa göndərmişlər. Fuad qışqırmamış, heç kimi köməyə çağırmamışdır. O və İlham Fuadı vurmamış, Fuada qarşı xoşa gəlməz və qanuna zidd hərəkətlər etməmişlər. Həmçinin həmin vaxt o, video çəkiliş aparmamışdır. Fuaddan ayrıldıqdan sonra Məhəmməd və Elnur zəng edib Emini çağırmış, dağa tərəf aparıb oradan üzr istədib səsini yazıb qrupa göndərmələrini o, sonradan bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə dost və yaxın münasibətdə olmuş, bəzi məşğələlərə birlikdə getmişlər. Təqsirləndirilən şəxs1 üzdən tanımış, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid1 isə əvvəllər tanımamışdır. Həmin şəxslərlə heç bir ədavəti, düşmənçiliyi olmamışdır. 9 mart 2025-ci ildə, saat 1230 radələrində telefonuna zəng gəlmiş, zəng edən ona, “Fuadı döyüblər, pis gündədir, su və tibbi maska götür gəl, Fuadı evlərinə apar” demişdir. O, həmin şəxsin dediyini başa düşməyib özü təkrar həmin nömrəni yığıb nə baş verdiyini soruşduqda, həmin şəxs yenə də ona, Fuadın döyülüb, pis gündə olduğunu, su və maska götürüb 12 nömrəli məktəbin arxa tərəfindəki dağlıq əraziyə gəlib Fuadı evinə aparmasını demişdir. Fuadın səsi gəlmiş, “gəl” demişdir. O, tibbi maska və su alıb deyilən yerə getmişdir. 12 nömrəli məktəbin arxa tərəfində dağlıq ərazidə əvvəlcə Məhəmməd, Elnur və Eminin oturub söhbət etdiklərini, bir qədər kənarda isə İlham və Musanın dayandığını görmüşdür. Onlardan da bir qədər kənarda Fuad oturmuşdur. Fuadın sifəti şişmiş və göyərmiş vəziyyətdə olmuş, ağzından qan gəlmişdir. Fuadın vəziyyəti pis olmuşdur. O, çatıb Fuada su vermiş, Fuad suyu içib bir müddət sonra özünə gəlmişdir. Ona zəng edənin Musa olduğu orada ona məlum olmuşdur. Bir neçə dəqiqədən sonra Məhəmməd və Elnur onların yanına gəlmiş, Məhəmməd çatıb Fuadın ünvanına nalayiq ifadə işlədərək, Fuadla gəzməməsini ona demişdir. O, isə Fuadla dost olğunu, çalışdığı qədər Fuadın yanında olacağını Məhəmmədə demişdir. Məhəmməd heç nə deməmiş, aralanıb Elnur, Musa və İlhamla birlikdə getmişdir. O, Fuadı qaldırıb yavaş-yavaş evlərinə tərəf aparmışdır. Sifətinin göyərtiləri və şişkinliyi görünməməsi üçün Fuad maskanı taxmışdır. O, Fuadı məktəbdən bir qədər yuxarı apardıqdan sonra “Səyyarə” bulağının yanına çatanda Fuadın və onun dostu Ramazan gəlmiş, o, tələsdiyi üçün Fuadı Ramazana verib çıxıb getmişdir. O, Fuadı evlərinə tərəf aparan zaman nə baş verdiyini soruşanda, Fuad danışa bilmədiyi üçün ona, “danışa bilmirəm, sonra hər şeyi danışaram” demişdir. Buna görə də, o, Fuadı incitməmişdir. Bir müddət sonra söhbət zamanı Fuadın dediklərindən bilmişdir ki, mobil telefonun Whatsapp proqramı vasitəsi ilə sinif yoldaşları arasında yaradılmış qrupda söhbət zamanı Fuadın, sinif yoldaşı olan bir qızla arasında mübahisə olmuş, mübahisə zamanı qıza qarşı kobud söz demiş, lakin sonradan qızdan üzr istəmişdir. Səhəri gün Məhəmməd zəng edib onu 12 nömrəli məktəbin yanına çağırmış, məktəbin yanına gedəndə Məhəmmədin yanında Elnur, Musa və İlham olmuşdur. Söhbət etmək üçün Məhəmməd onu dağın ətəyinə dəvət etmiş, birlikdə dağın ətəyinə getmişlər. Orada Məhəmməd və Elnur onu döyərək pis vəziyyətə salmış, sonra da üzr istədib səsini yazıb qrupa göndərmişlər. Sonra da, gəlib Fuadı evlərinə aparsı üçün zəng edib onu çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid1 12 nömrəli orta məktəbin 11-ci sinif şagirdləri olmaqla yanaşı, onun sinif yoldaşları olmuşlar. Uzun müddətdir ki, həmin uşaqlarla bir sinifdə oxumuş, münasibətləri normal olmuş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. 12 saylı tam orta məktəbdə 11T, yəni texniki, 11H, yəni humanitar və 11 P, yəni peşə sinifləri olmuşdur. 11P sinifinin digər siniflərlə yaxın əlaqəsi olmamışdır. 11H sinif şagirdləri Whatsapp proqramı vasitəsi ilə qrup yaratmış, eyni zamanda 11T sinifinin uşaqları ilə də Whatsapp proqramında birgə qrupları olmuşdur. xx.xx.2025-ci ildə, gecə saat 22 radələrində hər iki sinifin birgə qrupunda qızlar öz aralarında son zəng zamanı geyinəcəkləri paltarla bağlı yazışan zaman onun oxuduğu sinifin qızları çəhrayı rəngdə geyinməyi qərarlaşdırmışlar, 11T sinifinin qızları isə, həmin rəngi onlar seçdiklərini yazmışlar. Hər iki sinifin qızları arasında mübahisə yaranmışdır. Oğlanlardan o, Fuad və Elmar da qurpa daxil olmuşlar. Fuad qrupa, «sabah bir-birinizlə üz-üzə gələcəksiniz, mübahisə yaratmayın, mehriban olun» yazmışdır. Bir neçə qız Fuada, «donumuzun rəngidir, sən qarışma» yazmışdır. Xədicə də Fuadın ünvanına, yaltaqlıq eləmə yazmışdır. O, da, «Fuad düz deyir, dalaşmağın yeri yoxdur» yazmışdır. Qızlar onun ünvanına, «sən sus, danışma» yazmışlar. Qızlar arasında mübahisə davam etmiş, 11T sinif şagirdi Elmar da öz sinifinin qızlarının dediklərini və Fuadın dediyini təsdiqləyəndə, onun oxuduğu sinifin qızları Elmarın ünvanına, «sən qarışma» yazmışlar. Fuadın nə yazdığını xatırlamamışdır. Cavab olaraq Xədicə qrupda, “sən canın yaltaqlıq eləmə” yazmışdır. Fuad və Xədicə öz sinifinin qrupuna keçib yazışmışlar. Mübahisə davam etmiş, Fuad Xədicəyə, «öz sinifimizdə zarafat edirik, böyük qrupda bir-birimizə hörmətsizlik etməyək» yazmışdır. Xədicə də Fuadın ünvanına, «sən mənə hörmətdən danışası ən axırıncı adam olarsan» yazmışdır. Fuad da Xədicənin ünvanına, ”sən mənim səviyyəmə çat, sonra mən səninlə danışaram” yazmışdır. Xədicə Fuadın ünvanına, «sən sus» yazmışdır. Fuad, «mənim əsəblərimlə oynamayın, sizinlə oynamayım» yazmışdır. Sonra Fuad qrupda Xədicənin ünvanına səs göndərib, “kim mənim şəxsiyyətimə toxunsa, onun böyüyünü çıxarıb söhbət edəcəyəm” demişdir. Xədicə də Fuadın ünvanına, “sən qələt edəcəksən” yazmışdır. Bundan sonra böyük qrupa Məhəmməd nə olub?” yazmışdır. “Qızlar da, “sizin sinifin qızları paltar söhbəti açmışlar, bunun üstündə mübahisələri olmuşdur” yazmışlar. Məhəmməd də, “mən SMS-ləri oxuyub aydınlaşdıracağam, danışarıq” yazmışdır. Məhəmməd Fuadın göndərdiyi “kim mənim şəxsiyyətimə toxunsa, onun böyüyünü çıxarıb söhbət edəcəyəm” səsinə qulaq asıb Fuada, bu nə sözdür deyirsən?” yazmışdır. Mübahisə davam etmiş, Fuad, Xədicənin telefonuna «üzürlü say, yorğun vaxtıma düşmüşdü» şəxsi yazmış, Xədicə də, “olandan sonra üzr istəmək lazım deyil” yazmışdır. O, artıq yatmağa hazırlaşdığı üçün telefonu kənara qoyub yatmışdır. Səhəri gün, yəni 9 mart 2025-ci ildə səhər saatlarında o, məşğələyə getmiş, saat 13 radələrində Məhəmməd ona zəng edib əsəbi şəkildə, “məktəbin qarşısına gəl, danışaq” demişdir. Səbəbini soruşanda, Məhəmməd “elədiyin işdən xəbərin varmı?” demişdir. O, Məhəmməddən nə etdiyini soruşmuş, Məhəmməd ona “gəl danışaq” demişdir. O məktəbin qarşısına gəlmiş, məktəbin üst tərəfindən Məhəmməd, Elnur, İlham və Musa gəlmiş, Məhəmməd ona, “gedək dağ tərəfdə söhbət edək” demişdir. O, etiraz etməmiş və birlikdə məktəbin arxa tərəfinə keçib bir qədər dağa tərəfə qalxmışlar. Məhəmmədlə o, yerdə oturmuş, Məhəmməd ona, Fuad Xədicəyə qarşı belə sözləri yazanda, nə üçün qarşısındakının qız olduğunu yazmadığının səbəbini ondan soruşmuş, o, da, Fuadın qrupda, paltar üstə mübahisə etməyə ehtiyac olmadığını yazdığını, o, da Fuadın dediyini təsdiqlədiyini demişdir. Məhəmməd yenə də ona demişdir ki, “Fuad səs göndərəndə ki, mənim beynimlə oynamayın, sizinlə oynayaram” və “kim mənim şəxsiyyətimə toxunsa, onun böyüyünü çıxarıb söhbət edəcəyəm” yazanda gərək sən ona yazardın ki, qarşısındakı qızdır. Onlar söhbət edən vaxt Musa demişdir ki, İlhamla gedib Fuadın dostuna zəng edib çağırsın, gəlib Fuadı aparsın. Məhəmməd də razılaşmış, Musa və İlham dağa tərəf getmişlər. Bir neçə dəqiqə sonra qayıdıb demişlər ki, dostuna zəng etmişlər, cavab verməmişdir, digər dostu Kənana zəng etmişlər, gələcəkdir. İlham və Musa kənarda gəzmişlər, Elnur da bir qədər kənarda dayanmışdır. Məhəmməd ona demişdir ki, “Fuadı döymüşük, səhvini başa düşüb üzr istəyib. Sən də üzr istəməlisən”. O da Məhəmmədə demişdir ki, “Davaya, qanqaraçılığa ehtiyac yoxdur, üzr istəyərəm”. Sonra Məhəmməd ona demişdir ki, “mənim dediyim kimi üzr istəməlisən”. Məhəmməd qabaqcadan demişdir ki, “başda Xədicə olmaqla, qrupda olan bütün qızlardan üzr istəyirəm, qələt eləmişəm, mən əskik oğlanam”. O da Məhəmmədin dediyi kimi demişdir. Məhəmməd onun səsini yazmış, sonra o, ayrılıb evlərinə getmişdir. Məhəmməd onun səsli mesajını T-H qrupuna göndərmişdir. Sonradan eşitmişdir ki, Məhəmməd Fuadın da səsini qrupa göndərib. Həmçinin Elmarı da çağırıb eyni qaydada üzr istədib səsini yazıb qrupa göndərmişlər. Bundan sonra o, qrupdan çıxmış və bir də qrupa daxil olmamışdır. Sabahısı gün qrup ləğv olunmuşdur. Fuad həmin vaxt qrupda Məhəmmədə qarşı və ya onun valideyinlərinə qarşı hər hansı bir nalayiq ifadə işlətməmiş və təhqir etməmişdir. Məktəbin arxa tərəfindəki dağın girişində Məhəmməd ondan üzr istəməyini tələb edən zaman Elnur, Musa və İlham kənarda sakit dayanmış, ona qarşı heç nə deməmiş və ona hədə-qorxu gəlməmişlər. Məhəmməd ondan üzr istədən zaman o, orada Fuadı görməmişdir. O, Fuadın dağda döyülməsini eşitmişdir, lakin Fuadın konkret kim tərəfindən və nə dərəcədə döyülməsi bilməmişdir. Hadisədən sonra Məhəmməd gəlib ondan üzr istəmiş, Elnur, Musa və İlham ona qarşı heç nə etməmişlər. Buna görə də onun həmin şəxslərdən heç bir şikayəti və tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid1 12 nömrəli orta məktəbin 11-ci sinif şagirləri olmaqla yanaşı onun sinif yoldaşları olmuşlar. Təxminən 2 ilə yaxındır həmin uşaqlarla bir sinifdə oxumuşdur. O, 9-cü sinifədək Şəki X2 liseydə oxumuşdur. 10-cu sinifdən 12 nömrəli məktəbə oxumağa başlamışdır. Həmin şəxslərlə sinif yoldaşı kimi normal münasibəti olmuş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. 9 mart 2025ci ildə, saat 12 radələrində Fuad mobil telefonunda olan Whatsapp proqramı vasitəsi ilə yazıb ondan harda olduğunu soruşmuş, o, kursda olduğunu yazmışdır. Lakin onun yazdığı Fuadın telefonuna çatmamışdır. Bir müddət sonra Kənan adlı Fuadın məşğələ yoldaşı ona zəng edib, Fuadın döyüldüyünü, gəlib Fuadı evlərinə aparmasını demişdir. O, əvvəl inanmamış, Fuadı kimin döydüyünü sonruşmuş, Fuadı Məhəmməd və digəri döydüyünü Kənan ona demişdir. O, Fuadın döyülməyinə inanmamış, buna baxmayaraq Kənanın dediyi kimi 12 nömrəli məktəbin yanına getmişdir. Məktəbə çatmağa təxminən 100-150 metr qalmış, Kənanın Fuadın qolundan tutub gətirdiyini görmüşdür. Çatıb, Fuadın sifətinin şişdiyini, gözünün altınin qaraldığını, danışa bilmədiyini görmüşdür. Məhəmmədlə Fuad bir-biriləri ilə çox yaxın olmuş, o, Fuadın məhs Məhəmməd tərəfindən döyülməsinə inanmamışdır. Kənan onlardan ayrılıb getmiş, o, Fuadla bir qədər getdikdən sonra yolun kənarında yerləşən kafenin internetinə qoşulub telefonunda olan 11 H və 11 T qurunun birgə qrupuna daxil olanda, Məhəmmədin mobil telefonundan göndərilmiş səsli mesajda Fuadın səsinin gəldiyini eşitmişdir. Qulaq asanda, Məhəmməd və digərlərinin Fuada üzr isdətdiklərini bilmişdir. Mesajda Fuad qızlardan üzr istəmişdir. O, səsə tam qulaq asmayıb, Fuadı evlərinə aparmış, yenidən dərsinə getmişdir. Həmin gün axşam Fuadın səsinə qulaq asmüş, Fuad, «başda Xədicə olmaqla qrupda olan qızlardan üzr istəyirəm, qələt etmişəm, p**x yemişəm, mən əskik oğlanam» demişdir. X26 döyülməsi ilə bağlı şikayət etdiyini sonradan eşitmişdir. O, əvvəldən 11 T və 11 H siniflərinin yaratdıqları Whatsapp proqramındakı qrupa daxil olmamış, qrupda bir gün qabaq qızlar arasında nə söhbət olduğunu bilməmişdir. Sonradan Fuadın danışdıqlarından bilmişdir ki, Whatsapp proqramındakı qrupda qızlar öz aralarında son zəng günü geyinəcəkləri paltarın rəngi ilə bağlı mübahisə etmiş, Fuadın mübahisəyə qoşulub dediyi söz Xədicənin xoşuna gəlməmişdir. Sonradan o, Xədicədən üzr istəmişdir. Səhəri gün Məhəmməd zəng edib onu məktəbin yanına çağırmış, birlikdə məktəbin arxa tərəfindəki dağa qalxmışlar. Məhəmmədin yanında Musa, Elnur və İlham olmuşdur. Məhəmməd Fuadı döymüş, Elnur da yerə yıxıb təpiklə vurmuşdur. Musa və İlham isə kənarda dayanıb baxmışlar. O, məktəbin yanına gəlib Fuadı götürən zaman orada Kənan olmuş, Məhəmməd və qeyrilərini orada görməmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən Şəki ŞRPŞ-ya yazılmış 9 mart 2025-ci il tarixli ərizədən görünür ki, o, 9 mart 2025-ci il tarixdə, saat 12 radələrində Məhəmməd, Musa, Elnur və İlham adlı şəxslər tərəfindən döyüldüyünü bildirmiş və onların barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli raportda göstərilir ki, xx.xx.2025-ci il tarixdə, saat 1615-də Şəki RMX-nın Qəbul Şöbəsindən həkim A.Novruzov telefonla Şəki ŞRPŞ-ya məlumat verərək bildirmişdir ki, Şəki şəhəri, F.Sadıqov küçəsi ev 4-də yaşayan, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “sol göz ətrafında ödəmlər, sağ qol altı nahiyədə sıyrıntılar” xəsarəti ilə tibbi yardım göstərilmişdir. Deməsinə görə, Zərərçəkmiş şəxs sinif yoldaşları tərəfindən döyülmüşdür. xx.xx.2025-ci il tarixli raportda göstərilir ki, xx.xx.2025-ci il tarixdə saat 2017-də Şəki şəhər sakini X11 DİN-in 102 xidmətinə (**********) ***-***-**-** saylı telefon nömrəsindən zəng edərək, xx.xx.2025-ci il tarixdə 17 yaşlı oğlu Zərərçəkmiş şəxs 4 nəfər şəxs tərəfindən döyülməsi, hazırda isə həmin uşaqların valideynləri tərəfindən hədələnməsi barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixli raportda göstərilir ki, xx.xx.2025-ci il tarixdə, saat 1400-da Şəki RMX-nın Qəbul Şöbəsindən həkim V.İbrahimov telefonla Şəki ŞRPŞ-ya məlumat verərək bildirmişdir ki, Şəki şəhəri, F.Sadıqov küçəsi ev 4-də yaşayan, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “hər iki gözdə qansızma” xəsarəti ilə tibbi yardım göstərilmişdir. Deməsinə görə, Zərərçəkmiş şəxs sinif yoldaşları tərəfindən döyülmüşdür. xx.xx.2025-ci il tarixli diskə baxış protokolunda qeyd olunmuşdur ki, həmin diskdə olan Whatsapp sosial şəbəkəsinə göndərilmiş 2 ədəd səs yazısına baxış keçirilən zaman, səs yazısından birinin Zərərçəkmiş şəxs məxsus 35 saniyəlik səs yazısı olması müəyyən edilmişdir. Həmin səs yazısında Zərərçəkmiş şəxs hamıdan, o cümlədən, Xədicə adlı sinif yoldaşından zorla üzr istəməsi, özünün əskik oğlan olmasını deməsi müəyyən edilmişdir. Digər səs yazısı isə Təqsirləndirilən şəxs1 məxsus 54 saniyəlik səs yazısı olmuşdur. Həmin səs yazısında Təqsirləndirilən şəxs1, bəzilərinin klaviatura aslanlığı etməsini, yaxşı qıza kim söz atsa onun aqibətinin belə olacağını, hamının mehriban olmasını demişdir. xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokolda qeyd edilmişdir ki, Şəki şəhəri, F.Sadıqov küçəsi ev 4-də yaşayan Zərərçəkmiş şəxs Şəki ŞRPŞ-ya ərizə ilə müraciət edərək, 9 mart 2025-ci il tarixdə, saat 12 radələrində Şəki şəhəri “Dağdibi” deyilən ərazidə Şəki şəhər sakinləri Şahid1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid2 tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında hadisə iştirakçıları və hal şahidlərinin iştirakı ilə Şəki şəhəri “Dağdibi” deyilən ərazidə “Üçbucaq” deyilən yerdən üzü dağa istiqamətdə baxış keçirilmişdir. Hadisə baş verən ərazi dağın ətəyində yerləşməkdədir. Həmin ərazidən təxminən 1 km aşağıda fərdi yaşayış evləri yerləşir. Hadisə yerindən maddi sübut əhəmiyyətli hər hansı əşya götürülməmişdir. Fotoşəkillərdən görünür ki, hadisə iştirakçıları - Şahid1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid2 Şəki şəhərinin “Dağdibi” adlanan ərazisində yerləşən hadisə yerinə keçirilmiş baxışda iştirak etmiş və hadisə yerini göstərmişlər. İşi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli 58 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol gözün alt qapağında, sağ gözün alt qapağında qançırlar, burunun yumşaq toxumalarının əziyi, burunun üstündə qançır, sağ alın nahiyəsində sıyrıq, sol çiyin oynağının arxa səthində qançır və sol maksillar sümüyün qapalı, yerdəyişən sınıqları bərk küt əşyanın təsirindən əmələ gələ bilərlər, yetirilmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gələ bilərlər, ağırlıq dərəcəsinə görə - sol gözün alt qapağında, sağ gözün alt qapağında qançırlar, burunun yumşaq toxumalarının əziyi, burunun üstündə qançır, sağ alın nahiyəsində sıyrıq, sol çiyin oynağının arxa səthində qansır sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sol maksilar «üst çənə» sümüyün qapalı yerdəyişən sınığı sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. X7 tərəfindən Şəki ŞRPŞ-ya yazılmış xx.xx.2025-ci il tarixli ərizədə bildirilmişdir ki, şahid qismində ifadəsi alınmalı olan Təqsirləndirilən şəxs1 onun doğma oğludur. Bu səbəbdən, onun Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. 19 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə X7 iş üzrə yetkinlik yaşına çatmayan şahid qismində dindirilməli olan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X11 tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs göz, üz, qol nahiyələrində və bədənin müxtəlif hissələrində xəsarətlər vardır. 26 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmalı Zərərçəkmiş şəxs nümayəndəsi qismində təyin edilmişdir. X11 tərəfindən Şəki ŞRPŞ-ya yazılmış xx.xx.2025-ci il tarixli ərizədə bildirilmişdir ki, ərindən uzun müddətdir ayrılmışdır. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hazırda onun öz himayəsində yaşayır. Bu səbəbdən, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. 26 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə X11 iş üzrə yetkinlik yaşına çatmayan şahid qismində dindirilməli olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Şəki şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə «Dağdibi» məhəllə nümayəndəliyinin 1303 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də, Şəki şəhəri, Ruhulla Axundov küçəsi ev 12 ünvanda qeydiyyatda olmaqla yaşayır. Ailə üzvləri atası X7 və anası X12r. Şəki şəhər İHB-nın “Nöyülbulaq” məhəllə nümayəndəliyi tərəfindən X17 verilmiş 137№-li, xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, “Nöyülbulaq” məhəlləsi, M.F.Axundov küçəsi 927 saylı evdə yaşayan X15 ailə üzvləri arvadı X1, oğulları Təqsirləndirilən şəxs2, X21 və qızı X9r. Şəki şəhər İHB-nın “Nöyülbulaq” məhəllə nümayəndəli tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı məhəllə üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. Cinayət işi üzrə təyin olunmuş, canlı şəxsin ekspertizasının 28 mart 2025-ci il tarixli 84 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədənində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. Şəki Rayon Psixatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli, 498 №-li məktubunda göstərilir ki, Şəki şəhəri, Ruhulla Axundov küçəsi ev 12 ünvanda qeydiyyatda olan, 2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 2 ünvanda qeydiyyatda olan, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 18-1-71/2-843/2025 saylı məktubunda göstərilir ki, Şəki şəhəri, Ruhulla Axundov küçəsi ev 12 ünvanda qeydiyyatda olan xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 «Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. Şəki şəhər İHB-nın «Topqarağac» məhəllə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 167№-li arayışdan görünür ki, Zərərçəkmiş şəxs həqiqətən də ünvan 5 ünvanında yaşayır. Şəki şəhəri 12 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayından Şəki şəhəri 12 №-li tam orta məktəbin 10-cu sinfinə qəbul edilmişdir. Sakit təbiətli şagirddir. Dərslərə məsuliyyətlə yanaşır. Tarix fənninə daha çox maraq göstərir. Qavrama qabiliyyəti qənaətbəxşdir. 22 may 2025-ci il tarixli, 1982 №-li qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Şəki şəhəri 12 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs1 1-ci sinifdən həmin məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 11-ci sinfində oxuyur. Sinif yoldaşları ilə ünsiyyətcildir, mehribandır. Qavrama qabiliyyəti zəifdir. Qaynar təbiətlidir. Riyaziyyat və tarix fənlərinə maraq göstərir. İdmanla məşğul olur. Bir çox fəxri fərmanlara və medala layiq görülmüşdür. Şəki şəhəri 12 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs2 2-ci sinifdən həmin məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 11-ci sinfində oxuyur. Sinif yoldaşları ilə ünsiyyətcildir, mehribandır. Azərbaycan dili fənninə maraq göstərir. İdmanla məşğul olur. Bir çox fəxri fərmanlara və medala layiq görülmüşdür. Cinayət işində olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolunda göstərilir ki, Təqsirləndirilən şəxs1 Şəki ŞRPŞ-nin inzibati binasının qarşısında avtomobilə əyləşəndən sonra Şəki şəhəri, N.Nərimanov küçəsi ilə sürməyi bildirdi, həmin küçədə yerləşən 12 nömrəli məktəbin üst tərəfindən keçən Aqşin Abdullayev küçəsində, N.Nərimanov küçəsinin kəsişdiyi yerin yaxınlığını göstərərək sinif yoldaşları Təqsirləndirilən şəxs2, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs ilə həmin yerdə görüşdüklərini, sonra o, məktəbin arxa tərəfini üzü dağa tərəf istiqaməti göstərib görüşəndən sonra birlikdə həmin istiqamətə getdiklərini, məktəbin arxa tərəfinə keçdikdən sonra dağın ətəyinə doğru təxminən 700-800 metr getdikdən sonra düzənlik sahəni göstərib Fuad Abdurrahmanlı ilə həmin yerdə mübahisə etdiklərini və onu döydüklərini, daha sonra onun qızlardan üzr istəməsi səsini yazıb 11-ci sinifin yaratdığı qrupa göndərdiklərini, bundan sonra o, geri qayıdıb məktəbdən təxminən 150 metr məsafədə dağa gedən daşlıq-torpaq yolun kənarını göstərərək Şahid5 zəng edib çağırıb, sonra Təqsirləndirilən şəxs2lə birlikdə həmin yerə aparıb orada ondan sinif qızlarından üzr istədib səsini yazaraq 11-ci sinifin yaratdığı qrupa göndərdiklərini, həmin yerdən təxminən 20 metr qabağı göstərib həmin vaxt Zərərçəkmiş şəxs həmin yerdə olduğunu bildirdi. Bundan sonra o, məktəbin qarşı tərəfinə gəlib məktəbdən təxminən 200 metr aşağıda yolun sağ kənarını göstərib sinif yoldaşı Təqsirləndirilən şəxs2lə birlikdə, Şahid3 zəng edib çağırıb, həmin yerdə qızlardan üzr istədib səsini yazıb 11-ci sinifin yaratdığı qrupa göndərdiklərini bildirdi. Fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1, ifadəsinin yerində yoxlanılması zamanı sinif yoldaşları Şahid1, Təqsirləndirilən şəxs2 və Şahid2 və Zərərçəkmiş şəxs ilə əvvəlcədən görüşdükləri Şəki şəhəri, Aqşin Abdullayev küçəsində, N.Nərimanov küçəsinin kəsişdiyi yerin yaxınlığını, onlarla görüşdükdən sonra 12 nömrəli məktəbin arxa tərəfinə doğru getdikləri istiqaməti, məktəbin arxa tərəfindən dağlıq əraziyə getdikləri istiqaməti, Zərərçəkmiş şəxs ilə mübahisə etdikləri, onu döydükləri və sinif qızlarından üzr isdətdikləri ərazini, sinif yoldaşı Təqsirləndirilən şəxs2lə birlikdə Şahid5, Şahid3 aparıb sinif qızlarından üzr istətdikləri əraziləri göstərmişdir. 22 may 2025-ci il tarixli, 1999 №-li qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin olunmuş kompleks ambulator məhkəmə - psixatrik və ambulator məhkəmə-psixoloji ekspertizanın 30 may 2025-ci il tarixli 328 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Onda hal-hazırda da hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onla idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ittiham olunduğu əmələ görə anlaqlı hesab edilir. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində hazırda hər hansı tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla etmiş olduğu hərəkətin xarakter və mənasını anlaya bilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, aqressiya kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Cinayət işi üzrə təyin olunmuş kompleks ambulator məhkəmə-psixatrik və ambulator məhkəmə-psixoloji ekspertizanın 30 may 2025-ci il tarixli 342 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Onda hal-hazırda da hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onla idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ittiham olunduğu əmələ görə anlaqlı hesab edilir. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli AR CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində hazırda hər hansı tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla etmiş olduğu hərəkətin xarakter və mənasını anlaya bilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, aqressiya kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Cinayət işi üzrə təyin olunmuş ambulator məhkəmə-psixoloji ekspertizanın 30 may 2025-ci il tarixli 343 nömrəli rəyində qeyd olunmuşdur ki, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onda yalan danışmağa meyillilik əlamətləri müşahidə edilmir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X13 vəsatət verərək, Şahid1, Şahid4 Niymət qızı və Şahid2 da cinayətin təşkil edilməsində iştirak etdiklərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Onun vəsatəti əsassız hesab edilib, rədd edilmişdir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin göstərilən əməli törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı, habelə məhkəmə istintaqı zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq zamanı CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunduğundan, hər iki təqsirləndirilən şəxsə CM-nin 127.2.3-cü maddəsi ilə cəza təyin edilməlidır. CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən, onların təqsirləndirildiyi 127.2.3cü maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının nəzərdə tutulmasını diqqətdə saxlayır. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 41-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qaneedici olmalıdır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanun normaları, tövsiyyələr və presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, əməlin ictimai təhlükəlilik dərəcəsi təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-nin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-nin 59.1-ci maddəsinə əsasən və hadisəni törədərkən yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmaq üçün səylər göstərməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən, cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq, cəza təyin etmənin ümumi əsasları baxımından belə nəticəyə gəlir ki, ona, təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi tam ədalətli və əsaslıdır, bu cəzanın məqsədini təmin edə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-nin 59.1-ci maddəsinə əsasən və hadisəni törədərkən yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmaq üçün səylər göstərməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən, cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq, cəza təyin etmənin ümumi əsasları baxımından belə nəticəyə gəlir ki, ona, təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi tam ədalətli və əsaslıdır, bu cəzanın məqsədini təmin edə bilər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublı̇ kası Konstı̇ tusı̇ ya Məhkəməsı̇ Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 85-4.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200-dan növbəti gün saat 700-dək yaşayış yerini tərk etməmək, Şəki şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Şəki Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə axşam saat 2200-dan növbəti gün saat 700-dək yaşayış yerini tərk etməmək, Şəki şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Şəki Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, yetkinlik yaşına çatdığına görə, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Hökmün icrası Şəki Rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə ekspertiza xərcinin, maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200-dan növbəti gün saat 700-dək yaşayış yerini tərk etməmək, Şəki şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Şəki Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200-dan növbəti gün saat 700-dək yaşayış yerini tərk etməmək, Şəki şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Şəki Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın, yetkinlik yaşına çatdığına görə, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi ziyanın, mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökm Apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar