Məhkəmə qərarları › İş №1(075)-90/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-90/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-90/2021 15.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X17 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1993-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla X5 cəza çəkən, barəsində qətimkan tədbiri seçilməsi məsələsina baxılan zaman ona Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.01.2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi iş üzrə nəzərə alınmış, hazırda X14 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, İsmayıllı rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Şəki Apellyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qeyd edilən cinayətə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib özündə saxlayaraq daşımış, 27.01.2020-ci il tarixdə saat 15:50 radələrində Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında barəsində olan cinayət işinə baxılan zaman Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il, 11 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək məhkəmə zalında həbs edildiyi zaman ünvan 3 ünvanında yerləşən Şəki Məhkəmə Kompleksinin Qarovul binasında X23 Konvoy Tağımının əməkdaşları tərəfindən onun üzərinə keçirilmiş tam axtarış-baxış zamanı əynindəki gödəkçənin sol iç döş cibindən 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,377 qram, 0,372 qram və 0,432 qram olmaqla ümumi təmiz çəkisi 1,181 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayına qədər narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitənin heroin növündən istifadə etmişdir. Qəbul etdiyi narkotik vasitəni yaşadığı Bakı şəhəri, Nizami rayonu ərazisində kim olmalarını xatırlamadığı şəxslərdən alıb istifadə etmişdir. "xxxx" ASC-dən oğurluq edilməsində iştirak etməsi səbəbindən İsmayıllı rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli hökmü ilə o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2020-ci ilin yanvar ayında Bakı şəhərində ona zəng edilərək İsmayıllı rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə 27.01.2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılacağı bildirilmişdir. 27.01.2020-ci il tarixdə səhər saatlarında Şəki şəhərinə yola düşməkdən ötrü Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Beynəlxalq Avtovağzalda taksi axtaran zaman avtovağzalın həyətində yerdə bir ədəd siqaret qutusu olduğunu görmüş, içərisində siqaret ola biləcəyini düşünərək onu götürüb ağzını açdıqda, içərisində üç ədəd sellofan büküm olduğunu görmüş, əvvəllər də istifadə etdiyinə görə həmin bükümlərdə narkotik vasitə olan heroin olmasını anlamış və onu siqaret qutusundan çıxarıb əynindəki gödəkçənin sol iç döş cibinə qoyaraq özü ilə götürmüşdür. O, Şəki şəhərinə gəlib Şəki Məhkəmə Kompleksinin inzibati binasına daxil olmuşdur. İsmayıllı rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxılması nəticəsində Şəki Apellyasiya Məhkəməsinin 27.01.2020ci il tarixli qərarı ilə ona 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin qərarla sözügedən iş üzrə təqsirləndirilən şəxs Şahid5 və Şahid4 da azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş və hər üçü məhkəmə zalında həbs edilmişlər. Məhkəmə zalında həbs edilən zaman PM-nin əməkdaşları onlara üzərlərində olan əşyaları yaxınlarına vermələrini xahiş etmişdir. O, da üzərində olan telefon qulaqcığını Şahid4 valideyninə vermişdir. Yadından çıxdığı üçün üzərində olan narkotik vasitələri heç kəsə verməmişdir. Bundan sonra X6 əməkdaşları onların hər üçünü birlikdə qarovul otağına aparmış, üzərlərinə növbə ilə axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra əvvəlcə onun üzərinə axtarış keçiriləcəyi deyilib, Şahid5 və Şahid4 axtarış zamanı hal şahidi olmaları təklif edilmiş, onlar öz razılıqlarını bildirmiş və onlara hüquq və vəzifələri izah edilmişdir. Şahid5 və Şahid4 onunla heç bir düşmənçilik, şəxsi ədavət və ya qərəzli münasibətinin olmamasını bildirmişlər. Daha sonra Şahid5 və Şahid4 hal şahidlikləri ilə onun üstündə axtarış aparılmağa başlanılmışdır. Əvvəlcə ona üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edilmiş, o, üzərində heç bir əşya olmadığını bildirmiş, X6 əməkdaşlarından biri onun üstünə axtarış keçirməyə başlamış və axtarış zamanı əynindəki gödəkçənin sol iç döş cibindən 3 (üç) ədəd sellofan büküm aşkar olunmuş, ondan həmin bükümlərin içərisində nə olması soruşulduqda, o, həmin bükümlərdə narkotik vasitə olan “kokos” olmasını bildirmişdir. Axtarış aparan şəxs həmin sellofan bükümləri otaqdakı masanın üzərinə qoymuş, onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Şahid5 və Şahid4 üzərinə də baxış keçirilsə də onların üzərlərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra X6 Əməliyyat Şöbəsinin rəisi Elxan Hacıyəhyayev də onların olduqları qarovul otağına gəlmiş və onun da iştirakı ilə onun əynindəki gödəkçənin sol iç döş cibindən aşkar olunmuş 3 (üç) ədəd sellofan büküm açılmış, həmin bükümlərin içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə olması aşkar olunmuş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Protokol tərtib olunmuş, ucadan oxunmuş, o da digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, onun narkotik vasitə qəbul etməyindən və ya hadisə zamanı narkotik vasitəni üzərində saxlayıb, daşımağından nə ailə üzvlərinin, nə də başqa şəxslərin məlumatı olmamışdır. O, yuxarıda da qeyd edildiyi kimi əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Lakin, o bu müddət ərzində heç vaxt narkotik vasitə satmamış, o cümlədən, kiməsə pay formasında və yaxud bəxşiş kimi narkotik vasitə verməmişdir. O, yuxarıda qeyd edilən cinayət əməlini törətdiyi üçün məsuliyyətə cəlb olunmuş və cəzasını çəkir. Lakin, hal-hazırda törətdiyi cinayət əməlindən başqa heç bir cinayət əməlini törətməmişdir. Onun Şahid5 və ya Şahid4 ilə heç bir ədavəti və ya düşmənçiliyi olmayıb. O, məhkəmə zalında həbs olunarkən, Qaravul binasında onun üstünə keçirilən axtarış zamanı X10 aparılarkən və ya daha sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Göstərmişdir ki, əməlindən peşmandır. Ona sanksiyanın aşağı həddində cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, X6 Əməliyyat Şöbəsinin rəisi vəzifəsində işləyir. Onun vəzifəsi əməliyyat məlumatları əsasında məhkum olunmuş və ya həbs edilmiş şəxslərdə olan qanunla qadağan olunmuş əşyaların aşkar olunaraq götürülməsi, o cümlədən, X6 digər əməkdaşları tərəfindən aşkar olumuş əşyaların götürülməsi və sənədləşdirilməsidir. Göstərmişdir ki, 27.01.2020-ci il tarixdə saat 16:15 radələrində X5 xidməti vəzifələrinin icrası ilə məşğul olduğu zaman o, X6 rəhbərliyinin göstərişi əsasında X23 Konvoy tağımının əməkdaşlarından daxil olmuş Şəki Məhkəmə Kompleksində məhkumlardan birinin üzərindən qadağan olunmuş əşya aşkar olunmasına dair məlumatla bağlı Şəki Məhkəmə Kompleksinə getmişdir. Kompleksin Qarovul binasında X23 Konvoy tağımının əməkdaşları olan qarovul rəisinin köməkçisi, ədliyyə baş çavuşu X2, müşayiətçi, ədliyyə baş çavuşu Şahid2 və hal şahidləri Şahid4 və Şahid5 iştirakları ilə Şəki Apellyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməklə məhkum olunmuş, Təqsirləndirilən şəxs üzərinə X23 Konvoy tağımının əməkdaşları tərəfindən tam axtarışbaxış tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçənin iç döş cibindən aşkar olunmuş 3 (üç) ədəd sellofan büküm açılmış, həmin bükümlərin içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə olması aşkar olunmuş, həmin 3 (üç) ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, özü də digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmin zərf Məhkəmə Ekspertiza Mərkəzinin X24 göndərilmiş və 27.01.2020-ci il tarixli 45 nömrəli Ekspert Arayışına əsasən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin iç döş cibindən aşkar olunmuş 3 (üç) ədəd sellofana bükülmüş vəziyyətdə olan narkotik vasitəyə bənzər kütlənin kustar üsulla hazırlanmış heroin olması müəyyən edildiyindən faktla bağlı toplanılmış material hüquqi qiymət verilməsi üçün Şəki ŞRPŞ-yə göndərilmişdir. Şahid3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti, heç bir ədavəti və düşmənçiliyi olmayıb, həmçinin heç bir qohumluq və ya dostluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak edən şəxslər Şahid4 və Şahid5 olmuşlar. O, həmin şəxsləri tanımır, onlarla heç bir münasibəti yoxdur, əvvəllər də heç bir münasibəti olmayıb. Şəxsi axtarışın keçirilməsində iştirak edə biləcək başqa şəxs olmadığına görə o, öz razılıqları ilə hal şahidi kimi Şahid4 və Şahid5 seçmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunduqdan sonra Qaravul binasında onun iştirakıyla üstünə keçirilən şəxsi axtarış zamanı X10 aparılarkən və ya daha sonra Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəki X1rovul rəisinin köməkçisi vəzifəsində işləyir. Onun vəzifəsi konvoy müşayiət zamanı məhkumların üst başlarını yoxlamaq, onların üstlərində olan qadağan olunmuş əşyaların aşkar olunub götürülməsini təmin etmək, eləcə də, məhkəmə iclas zalında həbs olunmuş məhkumun üstündə tam-axtarış aparmaq, üzərində qadağan olunmuş əşya olduqda həmin əşyanı götürmək və bu barədə rəhbərliyə məlumat verməkdən ibarətdir. 27 yanvar 2020-ci il tarixdə X7 cəza çəkən məhkum X15 və X3 Şəki Məhkəmə Kompleksində Apeliyasiya şikayətinə baxıldığı üçün o, müşayiətçi ədliyyə baş çavuşu Şahid2, Fuad Maqsudov, Emil Mehdiyev və qaravul rəisi Rauf Məmmədovla birlikdə həmin məhkumları Şəki Məhkəmə Kompleksinə aparmışdır. Qarovul rəisi və müşayiətçilər Şahid2, Fuad Maqsudov, Emil Mehdiyev isə Məmməd Bəkirovu və Cəsarət İbrahimovu məhkəmə zalına aparmışlar. O, isə qarovul binasında dayanmışdır. Təxminən saat 15:30 radələrində hakim köməkçisi ona zəng vuraraq məhəkəmə zalından 3 şəxsin həbs ediləcəyi barədə məlumat vermiş, o da bu barədə qarovul rəisinə məlumat vermişdir. Bir qədər sonra qarovul rəisi və taborun müşayiətçiləri Şahid2, Fuad Maqsudov, Emil Mehdiyevlə birlikdə X16 və X4 qarovul binasına gətirib ona təhvil vermişlər. O, həmin şəxsləri təhvil alıb qarovul binasında olan kameralara yerləşdirmişdir. Qarovul rəisi və taborun müşayiətçiləri Şahid2, Fuad Maqsudov, Emil Mehdiyevlə birlikdə qarovul binasına sonradan adları ona məlum olan məhkəmə zalından həbs olunmuş Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 qarovul otağına gətirmişlər. O, qarovul rəisinin, müşayiətçilər Şahid2, Fuad Maqsudovun, Emil Mehdiyevin iştirakları ilə əvvəlcə Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də üzərində heç bir əşya olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərinə tam-axtarış aparmağa başlamış, onun əynində olan qara rəngli gödəkcənin sol iç cibindən üç ədəd ayrı-ayrı sellofan bükümlər aşkar etmişdir. O, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə «kakos» olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüləri otaqdakı stolun üzərinə qoymuş, başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Qaravul rəisi Rauf Məmmədov bu barədə taborun rəhbərliyinə məlumat vermiş, o, Rauf Məmmədovun, müşayiətçilər Fuad Maqsudovun, Emil Mehdiyevin və Şahid2 iştirakları ilə Şahid4 və Şahid5 üzərlərinə tam-axtarış keçirmiş, həmin şəxslərin üzərlərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. X8 əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Elxan Hacıyəhyayev qarovul binasına gəlmiş və onun, müşayiətçilər Şahid2, Şahid4 və Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroinə oxşar maddə olan üç ədəd sellofan büküm açılmış və açıq qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin üç ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Protokol tərtib olunmuş, ucadan iştirakçılara oxunmuş, heç bir əlavə və düzəliş daxil olmamışdır. Özü də digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid1 Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi, həmçinin heç bir qohumluq əlaqəsinin olmamasını bildirmişdir. O, Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsində iştirak edən hal şahidlərini tanımır və onlarla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunduqdan sonra qarovul otağına gətirilərkən və ondan sonra Təqsirləndirilən şəxs qarşı onun və X6 digər əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X23 Konvoy Tağımının müşayiətçisi vəzifəsində işləyir. Onun vəzifəsi konvoy müşayiəti zamanı məhkumların üst başlarını yoxlamaq, onların üstlərində olan qadağan olunmuş əşyaların aşkar olunub götürülməsini təmin etmək, eləcə də məhkəmə iclas zalında həbs olunmuş məhkumun üstündə tam-axtarış aparmaq, üzərində qadağan olunmuş əşya olduqda həmin əşyanı götürmək və bu barədə rəhbərliyə məlumat verməkdən ibarətdir. 27 yanvar 2020-ci il tarixdə X7 cəza çəkən məhkum X15 və X3 Şəki Məhkəmə Kompleksində Apeliyasiya şikayətinə baxıldığı üçün o, qarovul rəisinin köməkçisi Şahid1, müşayiətçilər Fuad Maqsudov, Emil Mehdiyev və qaravul rəisi Rauf Məmmədovla birlikdə həmin məhkumları Şəki Məhkəmə Kompleksinə aparmışdır. O, qarovul rəisi, müşayiətçilər Fuad Maqsudov, Emil Mehdiyevlə birlikdə Məmməd Bəkirovu və Cəsarət İbrahimovu məhkəmə zalına aparmış, qarovul rəisinin köməkçisi Şahid1 isə qarovul binasında dayanmışdır. Bir qədər sonra Məmməd Bəkirovun və Cəsarət İbrahimovun məhkəməsi başlamışdır. Məhkəmənin hakimləri Məmməd Bəkirovu, Cəsarət İbrahimovu, həmçinin Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 dindirdikdən sonra müşavirə otağına getmiş, müşavirə otağından qayıtdıqdan sonra qərarlarını elan etmişlər. Apellyasiya məhkəməsinin hakimləri Məmməd Bəkirovun və Cəsarət İbrahimovun barəsində təyin olunmuş həbs cəzasının qüvvədə saxlanılmasını, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 məhkəmə zalından həbs edilmələrini elan etmişdir. Qərar elan edildikdən sonra o, Fuad Maqsudov, Emil Mehdiyevlə birlikdə Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 yaxınlaşıb onların qollarına qandal vurmuşdur. Qarovul rəisi həmin şəxslərə üstlərində olan əşyalarını çıxarıb məhkəmə zalında olan qohumlarına vermələrini təklif etmiş, Təqsirləndirilən şəxs üstündə heç nə olmadığını bildirmişdir. Şahid5 və Şahid4 üstlərində olan mobil telefonlarını, adapteri çıxarıb qohumlarına vermişlər. X20 və Cəsarət İbrahimovu isə digər əməkdaşlar qarovul otağına düşürmüşlər. Sonra o, qarovul rəisi və müşayiətçilər Fuad Maqsudov, Emil Mehdiyevlə birlikdə Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 Şəki Penitensiar Müəsissəsinə təhvil vermək üçün qarovul otağına düşürmüş, orada qarovul rəisinin köməkçisi Şahid1 onun, qarovul rəisinin, müşayiətçilər Fuad Maqsudovun, Emil Mehdiyevin iştirakları ilə əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif etmiş, o isə üzərində heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra qarovul rəisinin köməkçisi Şahid1 Təqsirləndirilən şəxs üzərinə tam-axtarış aparmağa başlamış, və tam axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən üç ədəd ayrı-ayrı sellofan bükümlər aşkar etmiş və Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğunu soruşduqda, o, həmin bükümlərdə narkotik vasitə «kakos» olduğunu bildirmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükülüləri otaqdakı stolun üzərinə qoymuş, bundan başqa axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra qarovul rəisi Rauf Məmmədov bu barədə taborun rəhbərliyinə məlumat vermiş, sonra Şahid4 və Şahid5 üzərlərinə tam-axtarış keçirmiş, lakin axtarış zamanı həmin şəxslərdən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bir qədər sonra X8 əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Elxan Hacıyəhyayev qarovul binasına gəlmiş və özünün, Şahid4 və Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroinə oxşar maddə olan üç ədəd sellofan bükümlər açılmış, bükümlərin içərisində açıq qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sonra onların iştirakları ilə həmin üç ədəd bükümlər əməliyyat şöbəsinin rəisi tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib olunmuş, ucadan iştirakçılara oxunmuş, heç bir əlavə və düzəliş daxil olmamış, özü də digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-dən oğurluq edilməsində iştirak etməsi səbəbindən İsmayıllı rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli hökmü ilə o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmdən verilmiş apellyasiya şikayətinə 27.01.2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində baxılması nəticəsində Şəki Apellyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli qərarı ilə ona 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin qərarla sözügedən iş üzrə Təqsirləndirilən şəxs və Şahid5 da azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş və hər üçü məhkəmə zalında həbs edilmişlər. X6 əməkdaşları onların hər üçünü birlikdə qarovul otağına aparmış, hər üçünə üzərlərinə növbə ilə axtarış keçiriləcəyi bildirilmişdir. Onlara əvvəlcə Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəyi, ona və Şahid5 Təqsirləndirilən şəxs üzərinə keçiriləcək axtarış zamanı hal şahidi olmaları təklif edilmişdir. O və Şahid5 öz razılıqlarını bildirmiş və onlara hüquq və vəzifələri izah edilmişdir. Onlar Təqsirləndirilən şəxs ilə aralarında heç bir düşmənçilik, şəxsi ədavət və ya qərəzli münasibətin olmamasını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs üstünə axtarış aparılmağa başlanılmış, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, o isə üzərində heç bir əşya olmadığını bildirmişdir. X6 əməkdaşlarından biri Təqsirləndirilən şəxs üstünə axtarış keçirərkən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç döş cibindən 3 (üç) ədəd sellofan büküm aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olan “kokos” olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümlər otaqdakı masanın üzərinə qoyulmuş, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun və Şahid5 üzərinə də baxış keçirilsə də onların üzərlərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. X6 Əməliyyat Şöbəsinin rəisi Elxan Hacıyəhyayev də onların olduqları qarovul otağına gəlmiş və Elxan Hacıyəhyayevin də iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç döş cibindən aşkar olunmuş 3 (üç) ədəd sellofan büküm açılmış, həmin bükümlərin içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə olması aşkar olunmuş, sonra aşkar olunmuş həmin 3 (üç) ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Protokol tərtib olunmuş, ucadan oxunmuş, özü də digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid4 ifadəsində Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və ya düşmənçiliyi olmadığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə heç bir məlumatı olmayıb. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunarkən, bundan sonra qarovul binasında onun iştirakıyla üstünə keçirilən axtarış zamanı, X10 aparılarkən və ya daha sonra Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməsinin şahidi olmamışdır. Üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid5 Şahid4 oğlu ilə eyni olan ifadə vermişdir. İşdə olan Axtarış-baxış aparılması haqqında 27 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki Məhkəmə Kompleksinin Qarovul binasında X6 əməkdaşları tərəfindən 27.01.2020-ci il tarixdə saat 15:50 radələrində Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs üzərinə tam axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki gödəkçənin iç cibindən 3 ədəd sellofana bükülmüş vəziyyətdə narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra içərilərində narkotik vasitəyə bənzər kütlələr olan həmin 3 ədəd sellofan büküm zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüşdür. (İş v. 6) İşdə olan Məhkəmə-kimyəvi ekspertizanın X25 27 yanvar 2020-ci il tarixli 45 №-li arayışında göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə ...” sözləri və imzalar olan zərfin içərisindəki, 03 (üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,377 qr., 0,372 qr., 0,432 qr., ümumi təmiz çəkisi – 1,181 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Heroinlərin ümumi təmiz çəkisi – 1,181 qr., tədqiqata sərf edildi – 0,150 qr. (hər ob. – 0,050 qr.), qalıq – 1,031 qr. Ekspertiza xərci 71.94 manatdır. (İş v. 12-14) X26 Məhkəməsinin 1(107)-8/2020 saylı, 27.01.2020-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 may 2019-cu il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə məlumat aşağıdakı kimidir: Şəki Apellyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 01 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İş v. 25) İşə əlavə olunmuş Göyçay RPŞ-dən daxil olmuş əməlliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatı olan şəxslərin müəyyən edilməsi məqsədi ilə əlaqədə olduğu şəxslər arasında soraqlaşma keçirilmiş, lakin onunla mütəmadi əlaqədə olan şəxslərin məlumatının olmaması və eləcə də ailə üzvlərinin məlumatının olamaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisidir, lakin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir müsbət nəticə əldə olunmamışdır. (İş v. 94) İşdə olan Göyçay RMX-nin 20.03.2020-ci il tarixli 917 №-li arayışında göstərilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi ev 8 ünvanında yaşayan Buqayev X12 və Psixiatrik Kabinetlərdə qeydiyyatda yoxdur. (İş v. 95) İşdə olan Göyçay MİS-in 17.03.2021-ci il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 5 ünvanında yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş v. 100-102) İşdə olan Məhkəmə-kimyəvi ekspertizanın X25 20 aprel 2020-ci il tarixli 17/224 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə ...” sözləri və imzalar olan zərfin içərisindəki, 03 (üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,327 qr., 0,322 qr., 0,382 qr., ümumi təmiz çəkisi – 1,031 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim olunmuş, 03 (üç) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Heroinlərin ümumi təmiz çəkisi – 1,031 qram, tədqiqata sərf edildi – 0,150 qram (hər ob. – 0,050 qram), qalıq – 0,881 qram. Ekspertiza xərci 102.12 manatdır. (İş v. 134-136) İşdə olan Şəki ŞRPŞ-dən daxil olmuş əməlliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan və ya kimdən almasını, narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını, kimlərləsə əlbir olub-olmamasını, eləcə də digər cinayətlərin törədilməsində iştirakının olub-olmamasını müəyyən etmək məqsədilə bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. (İş v. 140) İşdə olan Məhkəmə-narkoloji ekspertizanın 18 avqust 2021-ci il tarixli 963 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İş v. 223) İşin təhlili zamanı müəyyən edildi ki, Buqayev X13 rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmdən zərərçəkmiş "xxxx" ASC narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şikayətə baxan Şəki Apellyasiya Məhkəməsi özünün 27.01.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Apellyasiya məhkəməsinin həmin qərarında göstərilmişdir ki, qərar dərhal qüvvəyə minir. Göründüyü kimi Təqsirləndirilən şəxs özünün deməsinə görə Bakı şəhərində yerdən tapdığı 3 büküm və 1.181 qram çəkidə olan heroini götürərək üzərində daşımış və barəsində keçirilən məhkəmə iclası ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinə gəlmişdir. Məhkəmə iclasında isə barələrində həbs qərarı çıxarılaraq məhkəmə zalından həbs edilmiş, məhkəmə tərəfindən təyin edilən 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün Şəki PM-nə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələr məhz barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyi vaxtdan sonra Şəki Məhkəmə Kompleksində aşkar edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan heroinin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilərək toplanmış mötəbər sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlini səmimi olaraq etiraf etməsini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı gündən, yəni 15 sentyabr 2021-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 174.06 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,881 qram qalmış narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 ay, 10 gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq bir il, səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən, yəni 15 sentyabr 2021-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Göyçay rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,881 qram qalmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 174.06 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar