Məhkəmə qərarları › İş №1(075)-91/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-91/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-91/2022 08.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas X2, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1998-ci ildə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu, Qoxmuq kəndində yaşayan Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə saat 01:20 radələrində yaşadığı evin həyatyani sahəsində mətbəx kimi istifadə etdikləri yerdə aralarında ailə-məişət münasibətləri zəmnində baş vermiş mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs sol qol nahiyəsinə boşqabın sınmış hissəsini atmaqla, sol bazunun cərrahi tikişə ehtiyacı olan əzilmiş-kəsilmiş yarası xəsarəti ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci ildə, saat 23:20 radələrində, Şəki rayonu, Qoxmuq kəndində yaşadığı evdə, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Fəridə nalayiq ifadələr işlədib iradlarını bildirmiş, həmin vaxt qardaşı Zərərçəkmiş şəxs yanındakı dəm çaynikini götürüb ona tərəf atmış, lakin dəm çayniki ona dəyməmişdir. Bundan sonra o da həyətdəki balaca su vedrəsini götürüb qardaşı Zərərçəkmiş şəxs tərəf atmış, lakin su vedrəsi qardaşı Fəridə dəyməmiş, qardaşı Zərərçəkmiş şəxs stolun üstündə olan yemək boşqabını götürüb ona atan zaman boşqab ona dəymədən divara dəyib sınmışdır. Qardaşı Fəridin bu hərəkətinə çox əsəbləşdiyi üçün ona atdığı boşqabın sınmış hissəsini götürüb Fəridə atan zaman boşqabın sınmış hissəsi Fəridin sol qol nahiyyəsinə dəymiş və ona xəsarət yetirmişdir. Əməlindən peşiman olduğunu, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, hadisə zamanı zərərçəkmişə heç bir maddi zərər dəymədiyini, zərərçəkmiş şəxsin onu bağışlamasını bildirib, bunları nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. O, məhkəməyə bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, qardaşı Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə, saat 23:20 radələrində, Şəki rayonu, Qoxmuq kəndində yaşadıqları evdə, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətmiş, həmin vaxt o, yanındakı dəm çaynikini götürüb qardaşı Təqsirləndirilən şəxs tərəf atmış, lakin dəm çayniyi ona dəyməmişdir. Bundan sonra Farizin də həyətdəki balaca su vedrəsini götürüb ona tərəf atmış, lakin su vedrəsi ona dəyməmişdir. Daha sonra əsəbləşib o, stolun üstündə olan yemək boşqabını götürüb qardaşı Təqsirləndirilən şəxs atan zaman boşqab ona dəymədən divara dəyib sınmışdır. Onun bu hərəkətinə çox əsəbləşdiyi üçün qardaşı Fariz atdığı boşqabın sınmış hissəsini götürüb ona atan zaman boşqabın sınmış hissəsi onun sol qol nahiyyəsinə dəymiş və ona xəsarət yetirmişdir. Hadisə nəticəsində ona heç bir maddi zərər dəymədiyini, üzürxahlıq etdiyinə və qardaşı olduğuna görə Təqsirləndirilən şəxs bağışladığını və barışdığını, Farizə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi və bu haqda məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və zərərçəkmiş şəxsə maddi zərər dəymədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 Təcrübi və Tədris birliyinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 354 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarət – sol bazunun cərrahi tikişə ehtiyacı olan zəilmiş-kəsilmiş yarası iti kəsici kənarı olan əşyanın təsirindən törənmişdir, boşqabın təsirindən əmələ gəlməsi mümkündür, müddəti müayinədən bir günə qədər vaxta olmaqla, qərarda qeyd edilən xx.xx.2022-ci il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İş v 25-26) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (İş v 55) Şəki şəhər İHB-nın Qoxmuq kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, 739/1 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. (İş v 68) Şəki şəhər İHB-nın Qoxmuq kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş v 69) İş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs onun qardaşıdır və birlikdə yaşayırlar. Barışmaqlarını və qardaşının ondan şikayətçi olmadığını nəzərə alaraq, onu cinayət məsuliyyətindən azad edərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona qarşı heç bir iddiası, tələəbi yoxdur. Ona qarşı vurulmuş ziyanı tam ödəmişdir. Barışmaqlarını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək, işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailləri ictimati birliyi tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli, Mİ seriyalı 008451 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 299.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.4-ci maddəsində göstərilir ki, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göründüyü kimi məhkəmə hazırlıq iclasınadək iş üzrə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və iddiası olmamış, hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi zərər dəyməmişdir. Eyni zamanda qanunda, məhkəmənin hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələyə baxılması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və onun əməli CMnin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hazırlıq iclasının gedişində müəyyən olundu ki, təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir və özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə hadisə nəticəsində maddi ziyan dəyməmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nın 59.1-ci maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, müharibə iştirakçısı olmasını CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-nin 40.3-cü maddəsində göstərilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi müdafiə tərəfi də məhkəməyə ərizə ilə müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 40.3. 43.1.2, 43.3, 299, 300.1.7, 300.5, 305, 381, 383 və 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şəki rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar