Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-91/2024 19.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Xüsusi ittihamçı X4, Təqsirləndirilən şəxs X17 və onun müdafiəçisi Salahov Ruslan Fəxrəddin oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Xalatala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X24 CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onunla, yəni X10 ilə, Şəki "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış, icarə müqaviləsi əsasında, axırıncıуa məxsus Şəki şəhəri, S.Rəhman və M.Müşfiq küçələrinin kəsişmə nöqtəsində yerləşən 53 kv.m qeyriyaşayış sahəsi (mağaza) icarəyə verilmiş və o, həmin sahədə sahibkarlıq fəaliyyəti (bijuteriya mallarının alışı-satışı, VÕEN:**********) ilə məşğul olmuşdur. Fəaliyyət dövründə X10 ilə birgə, ünvan 2 ünvanında qeydiyyatda olan, Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Xalatala kəndində doğulmuş, 1985-ci il təvəllüdlü X17 da işçi kimi çalışmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsində onun fəaliyyəti, 2023-cü ilin iyul ayına qədər davam etmiş və o, sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə, daha başqa bir qeyri-yaşayış sahəsini icarəyə götürməklə, adı yuxarıda qeyd edilən sahəni, iş üzrə barəsində şikayət verilən şəxsə, yəni X11 tapşırmışdır. O, başqa mağazada işə başlayandan X17 oğurluğa başlamış və mühasibatlıq yoxlamasında onun mağazada (şikayətçiyə) 25000 (iyirmi beş min) manat borcunun olması ortaya çıxmışdır ki, onun X11 qarşı, həmin borcun qaytarılması ilə bağlı 2(075)-1739/2024 saylı iş Şəki rayon Məhkəməsinin icraatındadır. Göstərilənlərlə paralel, X17, iş üzrə şikayətçinin əri, X25 ilə razılığa gəlmişdir ki, X25, X9 məxsus, ünvan 2 ünvanında yaşayış evi inşa edəcək və X16 görülən işlərin zəhmət haqqını ödəyəcəkdir. X25 qeyd edilən ünvanda, özü də usta kimi işləməklə yaşayış evini inşa etdirmiş, ancaq X17 şikayətçinin ərinə əmək haqqını, yəni 30000 (otuz min) manat ödəməkdən imtina etmişdir ki, X15 pulunun ödənilməsi ilə bağlı, X18 qarşı 2(075)- 2010/2024 saylı iş, Şəki rayon Məhkəməsinin icraatındadır. İş üzrə şikayətçi X10, X6 işlədiyi mağazada yaranmış borc üzrə və X15, Məmmədova Mariyət Mehdi qızına məxsus evdə gördüyü inşaat işləri ilə bağlı haqq-hesab tələb etdiyində X17, X4 və övladı X23 şəkillərini sosial şəbəkələrdə yaymaqla və bu foto şəkillərin altında nalayiq və həqiqətə uyğun olmayan ifadələr işlətməklə onlara böhtan atmış, onları biyabır etmək hədəsi ilə təhqir etmiş və onun təkrar olaraq pul tələbi olarsa, daha başqa şəkillərin paylaşılacağı hədəsi ilə, onu şantaj etmişdir ki, bu barədə ərizəçi tərəfindən qaldırılmış 2(075)- 1966/2024 sayli iş Şəki Rayon Məhkəməsinin icraatındadır. Bundan başqa, konflikt yaranan zaman, X17 iş üzrə şikayətçiyə, lazım gələcəksə əlində, insanın arterial təyziqini inanılmaz dərəcədə qaldırmaq gücünə malik dərmanın olması və həmin dərmanın bir həbi ilə, istənilən adamı həyatdan siləcəyi və ona maneə yaradan kəsləri (ilk növbədə Şəki şəhər sakini, Tehran Lətifovu) bu dərmanın vasitəsi ilə (yeməyinə və yaxud içkisinə qatma yolu ilə) yox etmə planı qurduğunu da etiraf etmişdir. Bütün göstərilənlərdən əlavə, X16 daima, iş üzrə şikayətçiyə pullu bir nəfərlə tanış olmaqla, öz həyatını daha yaxşı qurması fikrini yeritməklə və onu öz ətrafından tanıdığı kişi cinsindən olan şəxslərlə tanış etməyə çalışmaqla, onun ailəsini dağıtmağa çalışmış və şikayətçinin kirayə yaşadığı evə tez-tez gəlib-getməsi ilə, evdən iş üzrə şikayətçiyə məxsus 3000 (üç min) manat pul və qızıl əşyalarının yoxa çıxmasında da, onun əli olmasında, iş üzrə şikayətçi şübhəlidir. Bütün qeyd edilənlər barəsində, X7 istifadə etdiyi + 99450- 869-36-68 , +99***-***-**-** , +99***- ***-**-** , +99***-***-**-** , + 99450 *** ** ** mobil nömrəli telefonların zəng və SMS-ləri tədqiq olunarsa həqiqətlər üzə çıxar. İş üzrə ərizəçinin Şəki ŞRPŞ-nə, Mariyət Məmmədovanın əməllərinə hüquqi qiymət verilməsi üçün etdiyi müraciətə, Şəki ŞRPŞ TB, xx.xx.2024-cü il tarixldə, HK-1/1286 saylı "cinayət işinin rədd edilməsi"-nə dair qərar qəbul etmişdir ki, qərardan verilmiş şikayət, Şəki rayon Məhkəməsinin 6(075)-3/2024 saylı qərarı ilə təmin edilməklə, təkrar istintaqa qaytarılmışdır. xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində "instagram" sosial şəbəkəsində, Mariyət Məmmədova özünə məxsus incibijuteriya_85 səhifəsində, X3 fotoşəkillərini paylaşmaqla, həmin fotoşəkillərdən birincinin altında; -"Bu şərəfsiz oğrunu polis axtarır, iş üçün gəlsə məlumatınız olsun oğrudur" - İkincinin altında isə; -"Məsum görünən şərəfsiz budur" - yazılarını paylaşmaqla, X5 birinci şəkildə "şərəfsiz oğru" adlandıraraq, böhtan atmaqla həm də təhqir etmiş, ikinci şəkildə isə "şərəfsiz" adlandırmaqla təhqir etmişdir. Paylaşımın elə ilk günündə birinci şəkilə 17, ikinci şəkilə isə 20 bəyənmə gəlmiş və deməli, bu şəkillər paylaşıldığı elə ilk gündə ən azı, 37 nəfər tərəfindən təkrar paylaşılmışdır ki, deməli onların da paylaşımlarını minlərlə insan görmüşdür. Sonrakı günlərdə, bəyənmə sayının artması ilə, şəkillərə yorumlarda qeyd edilən təhqir və böhtanlar, inci-bijuteriya_85 tərəfindən təkrarlanaraq hətta, Şəhla Hudulovanın 20000 (iyirmi min) manat pul oğurlamasına dair yalan məlumatlarla da böhtan atılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə: - "Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsi ilə: -"Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma -iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". Həmin Məcəllənin 148-ci maddəsi ilə: -"Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". Beləliklə qeyd edilən xüsusatlara və Azərbaycan Respublikası CPM-nin müvafiq tələblərini əldə rəhbər tutaraq Məhkəmədən, X4 fotoşəkillərini sosial şəbəkələrdə paylaşması ilə, barəsində böhtan, təhqir və yalan məlumatlar yaymasına görə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X10 şikayətində qeyd etdiyi xüsusatları təsdiq və müdafiə edərək göstərdi ki, Mariyət Məmmədova ilə Balakən rayonunda bir məktəbdə oxuyaraq sinif yoldaşı olmuşlar. Mariyət Məmmədova onu Şəki şəhərinə işləməyə dəvət etdiyindən Bakı şəhərində də işləri yaxşı getmədiyindən sonuncu ilə Şəki şəhərində icarəyə yer götürərək bijuteriya mallarının satışı ilə məşğul olmağa başlamışlar. Bir müddətdən sonra aralarında narazılıq yarandığından və əri Vüqarıda öz evində işlədib pulunu vermədiyindən həmin bijuteriya dükanını Mariyətə təhvil vermişdir. Bundan sonra Mariyət onun barəsində qohumlarına, əri Vüqara zəng edərək barəsində xoş olmayan şər və böhtan xarakterli məlumatlar vermişdir. Belə olan halda o, X7 barəsində Şəki Rayon Məhkəməsinə şərəf və ləyaqətin alçaldılması ilə bağlı müraciət etmiş və hazırdada məhkəmənin icraatındadır. Mariyət Məmmədova onun ünvaına etdiyi təhqirlərlə kifayətlənməyib istifadə etdiyi öz mobil telefon vasitəsilə “whatsapp” proqramı vasitəsilə onun şəklini paylaşmış və şəklin altında onu oğru və şərəfsiz adlandırmışdır. Bununla da kifayətlənməyib “inistagram” sosial şəbəkəsində də onu oğru və şərəfsiz adlandıraraq sosial şəbəkə istifadəçiləri ilə bunu müzakirə etmişdir. X17 ilə barışmadığını qeyd edərək məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X17 irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X10 ilə Balakən rayonunda bir məktəbdə oxuyaraq sinif yoldaşı olmuşlar. Şəhla Hudulovanın maddi durumu yaxşı olmadığından ona Şəki şəhərinə gəlməsini və öözünə məxsus bijuteriya mağazasında satıcı işləməsini təklif etmişdir. Sonuncu da təklifi qəbul edib onun sahibliyində olan “İnci bijuteriya” mağazasında satıcı işləmişdir. X19 ailəsinə müdaxiləkər etdiyindən və yoldaşı Tehrana barəsində yalan məlumatlar verdiyindən aralarında narazılıqlar yaranmış və Şəhla onun sahibliyində olan “İnci bijuteriya” mağazasını ona təhvil vermişdir. Bundan sonra mağazada hesabat apararkən 20000 (iyirmi minlik) malın əksik gəldiyini görmüşdür. Bu barədə dayısına zəng vuraraq bildirmişdir. Şəhla Hudulova ondan oğurluq etdiyindən o, istifadəsində olan (050)-655-00- 88 mobil nömrəsinin “whatsapp” proqramı vasitəsilə Şəhla Hudulovanın şəklini paylaşmış və şəklin altında onu oğru və şərəfsiz adlandırmışdır. Onun sahibliyində olan “İnci bijuteriya” mağazasına məxsus “instagram” səhifəsində paylaşılan eyni məzmunlu şəkil və yazışmalar onun tərəfindən edilməmişdir. Həmin mağazanın “instagram” səhifəsinin kodu həm Şəhlada həm onda və mağazaların işçilərində olmuşdur ki, həmin paylaşımlar ona oyun qurmaq üçün başqa şəxslər tərəfindən edilmişdir. Verilmiş ittihamı qəbul etmədiyini, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X12 məxsus (050)-655-00-88 mobil nömrəsinin “whatsapp” proqramı vasitəsindəki paylaşımdan edimiş fotoşəkilli çıxarışdan görünür ki, Şəhla Hudulovanın şəkli paylaşılmış və şəklin altında onu oğru və şərəfsiz adlandırmışdır. X12 məxsus “İnci bijuteriya” mağazasına məxsus “instagram” səhifəsindən paylaşılmış yazıların fotoşəkillərindən görünür ki, X4 fotoşəkli paylaşılmaqla onun oğru və şərəfsiz olması barədə ifadələri işlədilməklə sosial şəbəkə isdifadəçiləri ilə bu hal müzakirə edilmişdir. Şəki şəhər İcra Hakimiyyətinin Bağbanlar məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X2 şəhəri, Vahid Mehtiyev küçəsi ev 130 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 542978 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X13, anası X14r. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 931328 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X8, anası X14r. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, X20 əvvəllər məhkum edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X33 CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sənədlərlə sübuta yetirilir. Belə ki, CM-in 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 148-ci maddəsinə görə cinayət məsuliyyəti kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldığı hallarda yaranır. CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqisosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəfi, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri və s.) başa düşülür. Kütləvi informasiya vasitəsi dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Cinayətin törədilməsinin dördüncü üsulu məlumatların internet informasiya ehtiyatında yayılmasıdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının 3 aprel 1998-ci il tarixli Qanununun 2-ci maddəsinə görə informasiya ehtiyatları dedikdə informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri başa düşülür. İnformasiya ehtiyatlarından biri də internetdir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanununun 3-cü maddəsinə görə kütləvi informasiya vasitələrinə dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları aiddir. Deməli, qanuna görə internet də kütləvi informasiya vasitəsidir. Ona görə də haqqında danışılan üsulun maddənin dispozisiyasına cinayətin törədilməsinin müstəqil üsulu kimi daxil edilməsi anlaşılmazlıq doğurur. Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma dedikdə məlumatın kütləvi nümayiş etdirilməsi başa düşülür. Başqa sözlə, məlumatın internet informasiya ehtiyatında yayılması o halda cinayət məsuliyyəti yaradır ki, həmin məlumat kütləvi nümayiş etdirilmiş olsun. Məlumatın kütləvi nümayiş etdirilməsi dedikdə, həmin məlmatın internet saytlarında, portallarında, sosial şəbəkələrdə (facebook, twitter və s.) yerləşdirilməsi, elektron poçt ünvanlarına göndərilməsi və s. başa düşülür. Məlumatların internet informasiya ehtiyatında kütləvi nümayiş etdirilməsi (yerləşdirilməsi, paylaşılması), onların həm videosunun nümayiş etdirilməsi («YouTube»-da və s.), həm də məlumatın yazı formasında olan mətninin görüntüsünün təqdim edilməsi başa düşülməlidir. Məlumatların internet informasiya ehtiyatında nümayiş etdirilməsinin kütləviliyi belə məlumatların ən azı üç nəfər kənar şəxsin tanış olmasını nəzərdə tutur. Bu sayda şəxsin həmin məlumatla tanış olduğu andan cinayət başa çatmış hesab edilir. Məlumatın hansı dildə yayılması əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Əsas məsələ məlumatla tanış olan şəxslərin məlumatın təqdim edildiyi dili başa düşmüş olmalarıdır. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenum Qərarının: 4-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarındaqeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X21rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və biləbilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42); 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan başqa məhkəmə qeyd edir ki, X1 Şəhla Qazımahama qızının barəsində ona məxsus “İnci bijuteriya” mağazasının “instagram” səhifəsindən paylaşılmış yazıların tərəfindən edilmədiyini bildirsə də, məhkəmə qeyd edir ki, Mariyət Məmmədova “İnci bijuteriya” mağazasının sahibi olmaqla həmin səhifə də, onun istifadəsində olmaqla özünün istifadəsində olan (050)-655-00-88 mobil nömrəsinin “whatsapp” proqramı vasitəsindəki paylaşımla “İnci bijuteriya” mağazasının “instagram” səhifəsində Şəhla Hudulovanın barəsində olan paylaşımlar eynilik təşkil edir. Beləliklə də Mariyat məmmədovanın bildirdikləri öz məsuliyyətinin həcmini azaltmaq üçün həmin paylaşımların onun tərəfindən edildiyini inkar etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X17 yalan olduğunu bilə-bilə X4 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan və təhqir edən məlumatları mediada və internet informasiya ehtiyatında yaymış və bununla da CM-in 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə X11 irəli sürürlmüş CM-in 147.2-ci maddəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 147.2-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda isə X7 hərəkətlərində belə bir halın, yəni X4 barəsində ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atılması halının mövcudluğu istisna olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, X11 əməlində CM-in 147.2-ci maddəsinin tərkib əlaməti olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, X11 barəsində CM-in 147.1-ci və 148-ci maddələri ilə ittiham hökmü çıxarılmalı, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X7 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X11 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 66.2-ci maddəsinə əsən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs X7 ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.(CM 59.2) Təqsirləndirilən şəxs X7 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X11 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, X7 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 147.1 və 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X11 CM-in 147.2-ci maddəsi ilə bəraət verilməli, X17 CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli, təyin edilmiş cərimə cazaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilsin. X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat cərimə cəzası, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X11 qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilsin. X20 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-91/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-91/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver