Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-93/2021 13.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X2 və X7 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs: xx xxxxxx 1961-ci ildə Şəki rayonu Turan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Şəki rayonunun Qayabaşı kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 221.1-ci maddəsi ilə; Təqsirləndirilən şəxs: xx xxxxxx 1990-cı ildə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kəbəcər rayonunun Hopurlu kəndində pasport qeydiyyatında olmaqla Şəki rayonu, Sarıca kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 07 iyun 2021-ci il tarixdə saat 10:00 radələrində ictimai yer hesab olunan, Şəki rayonu, Sarıca kəndinin mərkəzində yerləşən Şahid3 məxsus kafedə domino oynayan zaman heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlətməklə mübahisə yaradaraq ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyaraq onlara münasibətdə laqeydliyini ifadə etməklə şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündən üstün tutub cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarına və əxlaq normalarının kobud surətdə pozulması ilə müşayiət edilən, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, kafedə əyləşan şəxslərə məhəl qoymayıb onların gözü qarşısında heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib söyüş söyərək kafenin iş rejimini 5 dəqiqə pozan hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə yumruqla başının arxa nahiyəsinə qəsdən iki dəfə vuraraq ona baş-beyin silkələnməsi, ənsə nahiyəsinin dərialtı hematoması və travmatik şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, eyni anda zərbədən gözündə olan eynəyi yerə düşüb sınaraq yarasız hala düşməsi nəticəsində Zərərçəkmiş şəxs 15 manat ziyan vurmaqla əmlakın məhv edilməsi ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa o, 07 iyun 2021-ci il tarixdə saat 10:30 radələrində, Şəki rayonu, Sarıca kəndinin mərkəzində yerləşən Şahid3 məxsus kafedə aralarında baş vermiş şəxsi münasibətlərin gərginləşməsi nəticəsində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs2 onu qəsdən yumruqla vuraraq xəsarət yetirməsindən əsəbləşib sonuncunun sağ əlinə təpiklə qəsdən bir dəfə vuraraq ona sağ əl pəncəsi və sağ bilək nahiyəsinin travmatik şişkinliyi, ağrı hesabına hərəkət məhdudluğu, yumşaq toxumaların əzilməsi və dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 221.1-ci maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 07 iyun 2021-ci il tarixdə saat 10:30 radələrində ictimai yer hesab olunan, Şəki rayonu, Sarıca kəndinin mərkəzində yerləşən Şahid3 məxsus kafedə qəsdən ucadan nalayiq ifadələr işlədib söyüş söyərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyaraq onlara münasibətdə laqeydliyini ifadə etməklə şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündən üstün tutub cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik ifadə edən, birgə yaşayış qaydalarına və əxlaq normalarına kobud surətdə pozaraq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın qəsdən zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, kafedə əyləşan şəxslərə məhəl qoymayıb onların gözü qarşısında ucadan nalayiq ifadələr işlədib söyüş söyərək kafenin iş rejimini 2-3 dəqiqə pozan hərəkətlərə yol verərək Təqsirləndirilən şəxs1 zor tətbiq etməklə yumruqla sol qulağının arxasına qəsdən üç dəfə vuraraq ona sol qulaq arxası nahiyəsinin və sol gicgahın məməyəbənzər nahiyəsinin travmatik şişkinliyi və yumşaq toxumaların əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, eyni anda zərbədən gözündə olan eynəyi yerə düşüb zədələnməklə Təqsirləndirilən şəxs1 2(iki) manat ziyan vurmaqla əmlakın zədələnməsi ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələr ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Nizami ilə əvvəllər münasibəti yaxın olmuşdur, onun övladlarının toyunda iştirak etmişdir. Təxminən iki il əvvəl Nizaminin oğlu Şöhrət ilə onun arasında borc pul üstə narazılıq yaranmış, buna görə də o, Nizami və oğlu Şöhrət ilə bir müddət küsülü qalmışdır. Bundan sonra o, hansı kafedə otururmuşsa Nizami gəlib onun stolunda otururmuşdur. Məqsədi isə onunla barışmaq olmuşdur. Çünki Nizami hər dəfə onu görəndə incikliyə son qoymasını və barışmalarını demişdir. 07 iyun 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində o, Sarıca kəndində yerləşən Cümşüdün işlətdiyi kafedə Sarıca kənd sakini Şahid1 ilə çay içmək üçün oturmuşlar. Onlar Bayram müəllimlə çay pulundan domino oynamaq istəmişlər. Bu zaman Nizami gəlib onların oturduqları stola əyləşmişdir. Nizamiyə başqa stolda oturmasını demiş, Bayram müəllim isə ona, qoy otursun demişdir. O da etiraz etməmişdir. Onlar üç nəfər domino oynamağa başlamış, sonda yekunlaşıb stoldan qalxanda Nizami ondan 5 manat pulu istəmişdir. Belə ki, bir gün qabaq Nizamidən 5 manat borc almış, həmin vaxt Nizami ondan 5 manat pulunu istəmiş, o da üstündə xırda pulu olmadığını, narahat olmamasını pulunu verəcəyini demişdir. Bu vaxt Nizami onun ünvanına söyüş söymüş, o, Nizamiyə irad tutub söyüş söyməməsini bildirmişdir. Nizami təkrar ona söyüş söyəndə sol əli ilə onun sifətinin sağ tərəfinə bir dəfə sillə vurmuşdur. Həmin vaxt Nizaminin eynəyi gözündən yerə düşərək sınmışdır. Nizami ona tərəf gələndə Bayram müəllim araya girib onları ayırmışdır. Nizami kafenin həyətindən çölə çıxıb zəng edib oğlunu çağırmış, o isə həmin kafenin həyətində oturmuşdur. Təxminən 4-5 dəqiqədən sonra Nizaminin oğlu Şöhrət kafeyə gəlib, ona yaxınlaşıb heç nə demədən sol qulağının arxasına 3 dəfə yumruq zərbəsi vurmuşdur. Zərbədən gözündə olan eynəyi yerə düşmüş, eynəyin qulağa taxan hissəsi qırılmışdır. Bu vaxt kafedə olanlar Şöhrəti ayırmış və Şöhrət ayrılıb oradan gedəndə onu daha da pis günə salacağını demişdir. O da Şöhrətə demişdir ki, «sən mənə düz edirsən, mənim oğlum sizin torpaqlarınızı ermənilərdən alır, sən də bizi burda döyürsən». Bundan sonra Şöhrət çıxıb getmişdir. Nizami ilə onun arasında mübahisə və onun Nizamini vurması təxminən 3 dəqiqə davam etmişdir. Səhər saatları olduğu üçün kafedə çox adam olmamış, təxminən 3-4 nəfər kənardakı stolda oturmuşdur. Bayram müəllim onları ayırmış və Nizami çölə çıxmışdır. Həmin vaxt o, fikir vermədiyi üçün qonşu stolda kimlərin oturduğunu bilməmişdir. Nizami onu söyən zaman, o, Nizamini söyməmişdir. Həmçinin o, Nizamini vuran zaman, sonuncu onu vurmamış və vurmağa cəhd etməmişdir. Şöhrət kafeyə daxil olub onun yaxasından tutmuş, o da Şöhrətin yaxasından tutmuş, sonra Şöhrət sağ əli ilə onun sifətinə yumruq vuranda o, sifətini yana çevirdiyi üçün Şöhrətin vurduğu yumruq zərbələri onun sol qulağının arxasına dəymişdir. Həmin vaxt orada olanlar Şöhrəti ayırmış ancaq o, Şöhrəti vurmamış və vurmağa cəhd etməmişdir. Şöhrət onu vuran zaman yanında Bayram müəllim, Cümşüd və Şahid2 olmuş, Şöhrəti həmin şəxslər ayırmışdır. O, eynəyin qulağa taxan yerini 2 manat verib düzəltdirmiş, beləliklə eynəyin zədələnməsi ilə bağlı ona 2 manat maddi zərər dəymişdir. Həmçinin göstərmişdir ki, ailəlidir, biri azyaşlı olmaqla 4 övladı vardır. Övladlarından biri Nümayəndə həqiqi hərbi xidmətdə olduğu zaman Kəlbəcər-Murovdağ istiqamətində Vətən müharibəsinin iştirakçısı olmuş və “Suqovuşanın” azad edilməsinə görə medalla təltif olunmuşdur. Hal-hazırda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ilə barışmış onlardan heç bir şikayəti tələbi yoxdur. Həmçinin Zərərçəkmiş şəxs vurulmuş 15 manat ziyanı ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 da ona vurulmuş 2 manat ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs2 ərizə yazaraq ondan şikayətçi olmadığını onunla barışdığını bildirmiş və barəsində CM-nin 128-ci maddəsi üzrə olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Əməlindən peşmandır. Buna görə də oğlunun Vətən Müharibəsi iştirakçısı olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, barışmalarını nəzərə alaraq barəsində CM-nin 128-ci maddəsi üzrə olan cinayət işinə xitam verilməsini, CM-nin 221.1-ci maddəsi üzrə isə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Şəki rayonunun Sarıca kəndində məskunlaşmışlar. Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs1 kənd sakini kimi tanıyır. Mahirlə onun və atası Nizaminin arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 07 iyun 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Sarıca kəndində yerləşən Raufun kafesində oturub Anar Azər oğlu ilə nərd oynayan vaxt yolun əks tərəfində yerləşən Cümşüdün işlətdiyi kafedə səs-küy eşitmiş və tələsik həmin kafeyə tərəf getmişdir. Həmin vaxt atası Nizaminin Cümşüdə məxsus kafenin qarşı tərəfində başını məhəccərə (reşotkaya) qoyub dayandığını görmüşdür. Atasına yaxınlaşıb nə baş verdiyini soruşanda, atası Mahirin onu vurduğunu demişdir. O, atasından ayrılıb kafenin həyətində oturmuş Mahirə, «gəl maşina otur, kənara gedək görək atamı nə üçün vurmusan» demişdir. Mahir isə sakit durub ona heç nə deməmişdir. Sonra o, kafenin həyətinə daxil olub Mahirə yaxınlaşmış, onunla yaxalaşmış və süpürləşmişlər. Kafeyə daxil olanda məqsədi Mahiri vurmaq olmuşdur. Həmin vaxt Mahirə təpik atanda, Mahir də ona təpik atmış, Mahirin atdığı təpik onun sağ biləyinə dəymişdir. Lakin onun atdığı təpik Mahirə dəyməmişdir. Kafeni işlədən Cümşüd araya girib onları aralayıb kafedən çölə çıxarmış, sonra qayıdıb Mahiri əks tərəfdən kafedən çölə çıxarmışdır. Bununla da aralarında olan dava-dalaşa son qoyulmuşdur. Bundan sonra o, atasını da götürüb evinə getmişdir. O, atası Zərərçəkmiş şəxs vurulmasını görməmiş, atasının kafenin qarşısında başını məhəccərə qoyub dayandığını görmüş, Mahir isə kafenin həyətində olmuş, həmin vaxt onlar kənardan bir-biriləri ilə sözlə mübahisə etmişlər. O, Cümşüdün kafesinə yaxınlaşanda kafenin həyətində 2-3 nəfər oturmuşdur. Fikir vermədiyi üçün orada oturanları xatırlamır. Həmin vaxt Mahirin atdığı təpik onun sağ qoluna dəydiyi üçün sağ qolundan xəsarət almışdır. Bundan başqa Mahir onu vurmamışdır. O da Mahirə təpik atmış, lakin atdığı təpik Mahirə dəyib-dəymədiyini bilməmişdir. Cümşüd araya girib onları ayırdığı üçün sonradan bir-birilərini vura bilməmişlər. Həmçinin Mahirlə onun arasındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, Cümşüd onları ayırıb yola saldığı üçün orada qarışıqlıq yaranmamışdır. Bayram müəllimi orada görməmiş, onları Cümşüd ayırmışdır. Məhkəmə iclasında göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs1 vurmuş olduğu 2 manat zərəri ödəmişdir. Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Təqsirləndirilən şəxs1 barəsində olan CM-nin 128-ci maddəsi üzrə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə 1993-cü ildən Şəki rayonu, Qayabaşı kəndində məcburi köçkün kimi məskunlaşmışdır. Təqsirləndirilən şəxs1 həmin ildən tanıyır. Mahirlə əvvəllər münasibəti yaşxşı olmuş, lakin təxminən iki ildir ki, Mahirlə münasibəti soyumuşdur. Bir neçə dəfə aralarında borc pulla bağlı narazılıq yaranmışdır. Bundan sonra da Mahirə rast gələndə ona “torpaqlarınız alınıb, niyə gedib öz torpağınızda yaşamırsınız” demişdir. Buna görə bir müddət küsülü qalmış, 4-5 aydır ki, Mahirlə barışmışdır. 07 iyun 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində o, Mahir və Bayram müəllimlə birlikdə Sarıca kəndində yerləşən Cümşüdün kafesində oturub çay içib domino oynamağa başlamış, “kim uduzsa xalı az olan 1 manat, lap az xalı olan isə 2 manat udan şəxsə verəcək” deyə razılaşmışlar. Onlar oynamağa başlayanda Mahir «əvvəlcə pul verin məndə dursun, sonra uduzanda pul verməyəcəksiz» demişdir. Belə olub o, 5 manat, Bayram müəllim isə 2 manat Mahirə pul vermişdir. Onlar çay içərək domino oynayan zaman o, birinci oyunu udmışdır. Bayram müəllim 1 manat, Mahirin xalı az olduğu üçün isə 2 manat pul vermişdir. Oyunu o, udduğu üçün 50 qəpik çay pulu vermişdir. Sonra ikinci oyuna başlamışlar. Oyun zamanı onun xalı çox olmuş, Mahirin xalı isə tam az olmuşdur. Mahir Bayram müəllimə şərati yaratdığı üçün Bayram müəllim oyunu udmuş, o, Bayram müəllimə 2 manat pul vermişdi. Bundan sonra o, sahəyə press bağlatdırmağa getməli olduğu, ona görə də getməyə hazırlaşdığı üçün Mahirdən verdiyi 5 manat pulu geri istəmişdir, Mahir isə verməmişdir. Mahir ona demişdir ki, onda xırda yoxdur, 100 manatı vardır, xırdalayıb verəcəkdir. Halbuki, Mahir 5 manatı oyun oynamamışdan əvvəl ondan almış və həmin 5 manat cibində olmuşdur. O, Mahirdən nə üçün pulunu vermədiyini soruşanda, Mahir söyüş söymüşdür. Bu vaxt aralarında mübahisə yaranmış, Mahir ona qarşı dediyi nalayiq ifadələri o, Mahirin özünə qaytarmışdır. Bu vaxt Mahir qalxıb onun başının arxasına 1-2 dəfə yumruq zərbəsi vurmuş, zərbədən onun gözündə olan eynəyi yerə düşüb sınmışdır. O, yumruqların sifətinə dəyməməsi üçün əlləri ilə üzünü tutaraq Mahirə qarşı nalayiq ifadələr işlədib, nə üçün onu vurduğunu soruşmuşdur. Mahir onu vuran zaman gözündə olan eynəyi yerə düşüb qırılaraq yararsız hala düşmüşdür. Həmin vaxt Bayram müəllim və orada olan şəxslər onları ayırmış, onu kafedən çölə çıxarmışlar. Bu vaxt yaxınlıqda olan kafedə oturan oğlu Şöhrət onun döyüldüyünü eşitmiş, gəlib ondan nə baş verdiyini soruşanda, o, oğlu Şöhrətə, Mahirlə mübahisə etdiyini və Mahir onu vurduğunu demişdir. Şöhrət də Mahirin yanına getmişdir. Onun gözü zəif gördüyü üçün oğlu Şöhrətlə Mahirin tutaşıbtutaşmadıqlarını görməmiş, Şöhrəti ayırıb çölə çıxardıqlarını görmüşdür. Bundan sonra oğlu Şöhrətlə evinə gəlmişdir. Kafenin həyətində qoyulmuş ayrıca stolda o, Mahir və Bayram müəllimlə oturmuş, digər stollarda da təxminən 7-8 nəfər oturub çay içmişlər. Kafedə kimlərin olduğunu xatırlamır. Ancaq onları Bayram müəllim və Cümşüd ayırmışdır. Cümşüd və Bayram müəllim Mahirin onu vurmasını görmüşdür. Həmin mübahisə və Mahirin onu vurması təxminən 2-3 dəqiqə davam etmişdir, Mahir onu vurandan sonra stolda oturanlar ayağa qalxmış, Bayram müəllim və Cümşüdün araya girib onları ayırdığı üçün orada olanlar onlara yaxınlaşmamışlar. Həmin vaxt o, Mahiri vurmamış və vurmağa cəhd etməmişdir. Mahir onu vuran zaman gözündə olan eynəyi yerə düşərək sınıb yararsız vəziyyətə düşməklə ona 15 manat ziyan dəymişdir. Şöhrət kafeyə daxil olanda söyüş söyməmiş, onun gözləri zəif gördüyü üçün Şöhrətin kafeyə daxil olub Mahirlə mübahisə edərək bir-birlərini vurmasını görməmişdir. Şöhrət kafeyə daxil olanda Bayram müəllim kafedə olmuşdur. Həmin vaxt kafedə olan digər şəxsləri xatırlamır. Onların həmin vaxt kafedə domino oynamalarını Cümşüd bilməmişdir. Kafedə domino oynamalarına görə Cümşüdə pul verməmiş, sadəcə çayın pulunu vermişlər. Göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs1 ona vurulmuş 15 manat zərəri ona ödəmişdir. Onun Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Bunların nəzərə alınmasını və Təqsirləndirilən şəxs1 yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şəki rayonu, Qayabaşı kəndinə məcburi köçkün kimi məskunlaşan vaxtdan, Təqsirləndirilən şəxs1 isə həmkəndli kimi uzun illərdir ki, tanıyır. Hər ikisi ilə onun normal münasibəti vardır. Həmin şəxslərlə onun ədavəti və ya düşmənçiliyi olmayıb. Mahir və Nizami ilə onun qohumluq əlaqəsi yoxdur. O, hazırda təqaüddə olduğu üçün heç yerdə işləmir. Evdə ev işləri ilə məşğul olur. Bəzən isə kəndə çıxıb kafelərin birində oturub çay içir. 07 iyun 2021-ci il tarixdə səhər saatlarında, saat təxminən 09:00 radələrində o, Cümşüdə məxsus kafenin qarşısında Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs görmüş, onlar bir-birindən aralı dayanmış, həmin şəxslərə yaxınlaşıb, çay içməyə dəvət etmişdir. Nizami və Mahir də razılaşmış və birlikdə Cümşüdün kafesinə daxil olub, kafenin həyətində qoyulmuş stolların birində oturub çay sifariş vermişlər. Həmin vaxt çayın pulundan domino oynamaq qərarına gəlmiş, əvvəlcədən pul qoyub, sonra kim uduzsa cığallıq etməsin deyə, saxlamaq üçün o, 2 manat, Nizami isə 5 manat Mahirə pul vermiş və domino oynamağa başlamışlar. Əvvəlcə oyunu Nizami udmuş, sonra isə o, udmuşdur. Sonda Nizami getmək istədiyini bildirib Mahirdən pulu istəmişdir, Mahir də ona, üstündə xırda pulu olmadığını demişdir. Bu vaxt onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Nizami Mahirə, pulunu vermədiyinə görə “var-yox” söyüşü söymüşdür. Mahir də ona, söyüş söyməməsini demişdir. Nizami Mahirə, nə üçün onun pulunu vermədiyini soruşanda, Mahir də ona, «sən də məndən pul alıb vermirdin, mən nəsə deyirdim sənə, indi də mənim üstümdə xırda pulum yoxdur, sabah verəcəm, demişdir». Nizami yenə də pulu verməyənin ünvanına söyüş söyəndə, Mahir Nizaminin sifətinə yumruq atmış və yumruq Nizaminin üzünə dəymişdır. O, araya girib onları ayırmış, Nizamini çölə çıxarmış və demişdir ki, gedin sabah danışarsız. Özü yenidən kafeyə qayıtmışdır. O, qayıdandan sonra Mahirlə Nizami kafenin çıxış qapısının qarşısında tutaşmış, həmin vaxt orada olanlar onları ayırmışlar. Mahir kafeyə qayıtmış, Nizami isə çölə çıxmışdır. Mahir və Nizaminin bu hərəkətindən o, əsəbləşib kənarda tək oturmuşdur. Bir neçə dəqiqə keçəndən sonra isə yenə səs-küy yaranmış, çevrilib baxanda, Nizaminin oğlu Şöhrət ilə Mahirin tutaşdıqlarını görmüşdür. Cümşüd çatıb Şöhrəti ayırıb kafedən çölə çıxarmışdır. Bu vaxt Mahirin eynəyi yerə düşmüş və eynəyin qulağının biri qırılmışdır. Onları ayırandan sonra Şöhrət çıxıb getmişdir. Bundan sonra Mahir çölə çıxıb DİN-nin «102» xidmətinə zəng edib döyülməsi ilə bağlı məlumat vermişdir. Bundan sonra o, kafedən çıxıb evinə getmişdir. Həmçinin o, göstərmişdir ki, Mahir Nizamiyə bir dəfə yumruq atmış, yumruq Nizaminin sifətinə dəymişdir. Bu vaxt o, qalxıb tez onların arasına girib ayırmışdır. Onları ayırıb qayıdandan sonra kafenin qapısının yanında onlar yenə tutaşmışlar. Həmin vaxt Mahirin Nizamini vurub-vurmadığını bilməmişdir. Mahir ilə Nizaminin mübahisəsi təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt orada səs-küy yaranmışdır. Ancaq kafedə olanların narahat olub-olmamasını dəqiq fikir vermədiyi üçün bilməmiş, orada kimlərin olduğunu xatırlamır. Şöhrətin Mahirə yumruq atdığını görmüşdür. Mahir də sol tərəf qulağını tutmuşdur. Həmin vaxt Mahirin gözündəki eynəyi yerə düşmüş, Cümşüd çatıb onları ayırmışdır. X9 vurmasını görməmişdir. Həmin vaxt orada səs-küy yaranmışdır. Orada olan Cümşüd və Əmrah onları ayırmışdır. Onların mubahisə edib tutaşmaları təxminən 1-2 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında əvvəllər ədavət və ya düşmnçilik olması barədə eşitməmişdir. Ancaq onlar mübahisə edən zaman ümumi danışıqdan başa düşmüşdür ki, əvvəllər onların arasında pula bağlı mübahisə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Şəki rayonu, Sarıca kəndinin mərkəzi hissəsində yerləşən çayxanası vardır. O, həmin çayxananı uzun müddətdir işlədir. Zərərçəkmiş şəxs Şəki rayonu, Qayabaşı kəndinə məcburi köçkün kimi məskunlaşan vaxtdan, Təqsirləndirilən şəxs1 isə həmkəndli kimi uzun illərdir ki, tanıyır. Hər ikisi ilə onun normal münasibəti vardır, onlarla onun ədavəti və ya düşmənçiliyi olmamışdır. Mahir və Nizami çox vaxt gəlib onun işlətdiyi çayxanada oturub çay içib nərd və ya domino oynamışlar. Mahir və Nizami bəzən birlikdə oturur, bəzən isə ayrı-ayrı şəxslərlə oturub çay içmişlər. 07 iyun 2021-ci il tarixdə səhər saatlarında, saat təxminən 10:00 radələrində Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs və Bayram müəllim birlikdə kafedə oturub çay sifariş vermişlər. Sonra stolun üstündə olan dominonu qarışdırıb oynamağa başlamışlar. O, onların stolunun üstünə çay və stəkan nəlbəki qoyub digər şəxslərə xidmət etmək üçün getmişdir. Mahir və qeyriləri çay içib domino oynamışlar. Mahir, Nizami və Bayram müəllim çay içib qurtardıqları üçün o, yaxınlaşıb stolun üstündə olan stəkan, nəlbəki, çayniki və stolun üstünə qoyulmuş bir manat pulu götürüb, 50 qəpik pulun qalığını stolun üstünə qoyub oradan uzaqlaşmışdır. Sonra o, kafe üçün qənd-çay almaq məqsədi ilə mağazaya getmişdir. Qayıdıb gələndə ona Mahirlə Nizami mübahisə edib tutaşdıqlarını demişlər. Həmin vaxt Mahir kafedə oturmuş, Nizami isə kafenin həyətindən çöldə olmuşdur. O, gələn müştərilərə çay dəmləmək məqsədilə mətbəxə keçmişdir. O, mətbəxdə çay dəmləyən zaman həyətdə səs eşidib mətbəxdən çıxmış, Nizaminin oğlu Şöhrətin Mahirin üstünə getdiyini görmüş, Şöhrətin Mahirin sifətinə yumruq vurduğunu görmüşdür. O da çatıb Şöhrəti tutub çölə çıxarmışdır. Bundan başqa o, heç nə görməmişdir. Həmin gün kafe üçün qənd-çay almaq məqsədi ilə mağazaya gedən zaman kafenin həyətində Mahir, Nizami, Bayram müəllim, Əmrah və xatırlamadığı bir neçə adamlar olmuşdur. O, mağazaya getdiyi üçün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Həmçinin həmin vaxt Şöhrəti çölə çıxaran zaman kafedə və kafenin qarşı tərəfində kimlərin olduğunu xatırlamır. O, həmçinin göstərmişdir ki, çayxanaya gələnlər çay içib ya domino oynayır, ya da nərd oynadıqlarından, onların nədən domino oynadıqlarını bilməmişdir. O, həmin şəxslərdən ancaq çay pulunu almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şəki rayonu, Qayabaşı kəndinə məcburi köçkün kimi məskunlaşan vaxtdan tanıyır, Təqsirləndirilən şəxs1 isə həmkəndli kimi uzun illərdir tanıyır. Hər ikisi ilə onun normal münasibəti vardır, onlarla onun ədavəti və ya düşmənçiliyi olmamışdır. 07 iyun 2021-ci il tarixdə səhər saatlarında, saat təxminən 10:00 radələrində o, evə tərəf gedən zaman Cümşüd kişinin işlətdiyi kafenin qarşı tərəfindən keçəndə kafenin həyətində Nizami ilə Mahirin tutaşdığını görmüş, Bayram müəllimin köməkliyi ilə Nizami və Mahiri ayırmışdır. Bu vaxt Cümşüd də gəlib çıxmış, birlikdə həmin şəxsləri ayırmışlar. Mahir kafenin həyətində oturmuş, Nizamini isə kafedən çölə çıxarmışlar. O, Mahiri oturdan zaman irad tutub, nə üçün dalaşdıqlarını soruşanda, Mahir ona demişdir ki, «görmürsən var-yox söyüşü söyür». Bundan sonra o, oradan evinə gəlmişdir. Bundan sonra nə baş verdiyini görməmişdir. Həmin vaxt yaxınlıqda Bayram müəllim və kafenin sahibi Cümşüd olmuşdur. Cümşüd ondan sonra gəlmiş, onların köməkliyi ilə Mahirlə Nizamini ayırmışlar. Ətrafda isə yaşlı kişilər olmuşdur. Ancaq fikir vermədiyi üçün konkret kimlərin olduğunu xatırlamır. O, oraya gəlib çıxdıqdan sonra Mahir ilə Nizaminin tutaşması təxminən 1-2 dəqiqə davam etmişdir. Ola bilsin ki, o, hadisə yerinə çatana kimi Mahir Nizamini vurmuşdur. Ancaq o, orada olduğu müddətdə və onları ayıran zaman Mahir Nizamini vurmamışdır. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 mübahisə etmələrini və bir-birilərini vurmalarını görməmişdir. Sonradan eşitmişdir ki, Şöhrət kafeyə gəlib Mahiri vurmuşdur. Başqa heç nə eşitməmişdir. Cinayət işində olan 12.06.2021-ci il tarixdi hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında mübahisə və Təqsirləndirilən şəxs1 sonuncunu vurduğu yer, Şəki rayonu, Sarıca kəndinin mərkəzində yerləşən Şahid3 Əhməd oğluna məxsus kafe olmuş, yəni ictimai yer olmuşdur. Baxışda iştirak edən həmin şəxslərin deməsinə görə sonradan Təqsirləndirilən şəxs2 da gəlib həmin kafedə Təqsirləndirilən şəxs1 vurmuşdur. (İş v. 20-23) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizanın 18.06.2021-ci il tarixli 242 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 sol qulaq arxası nahiyəsinin və sol gicgahın məməyəbənzər nahiyəsinin travmatik şişkinliyi və yumşaq toxumaların əzilməsi, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti 07.06.2021-ci il tarixə uyğundur, xəsarətlər döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İş v. 24- 25) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizanın 18.06.2021-ci il tarixli 249 №-li rəyində göstərilmişdir ki, X1 əl pəncəsi və sağ bilək nahiyəsinin travmatik şişkinliyi, ağrı hesabına hərəkət məhdudluğu, yumşaq toxumaların əzilməsi və dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti 07.06.2021-ci il tarixə uyğundur, xəsarətlər döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İş v. 26- 27) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizanın 18.06.2021-ci il tarixli 250 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, ənsə nahiyəsinin dərialtı hematoması və travmatik şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti 07.06.2021-ci il tarixə uyğundur, xəsarətlər döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İş v. 28-29) İşdə olan Şəki şəhər İHB-nın Qayabaşı kənd İƏD-si üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 25.10.2013-cü il təvəllüdlü 1 az yaşlı övladı vardır. (İş v. 53-55) İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X3 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Şəki ŞRPŞ-də araşdırması aparılmış material üzrə 16.02.2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki rayon məhkəməsinin 18.02.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.2.2ci maddəsinə əsasən barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. (İş v. 56-57) İşdə olan Şəki Rayonlararası Psixatriya xəstəxanasından daxil olmuş 15.07.2021-ci il tarixli, 751 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs və X5 həmin xəstəxanada qeydiyyatda yoxdurlar. (İş v. 73) İşdə olan Şəki RMX-nın Narkoloji şöbəsindən daxil olmuş 04.08.2021-ci il tarixli, 928 nömrəli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 həmin şöbədə qeydiyyatda yoxdurlar. (İş v. 100) İşdə olan Şəki ŞRPŞ-nə verilmiş əməliyyat tapşırığının 19.08.2021-ci il tarixli 372- 467-1221 nötmrəli cavablarında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, 07.06.2021-ci il tarixdə saat 10 radələrində Şəki rayonu, Qayabaşı kəndində yerləşən Şahid3 məxsus kafedə Şahid1, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs domino oynayan zaman çayın pulunun verilməsi ilə bağlı əvvəlcədən yığılmış pulun qaytarılası üstündə sonuncular arasında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 qarşı söyüş söymüş, sonuncu da Zərərçəkmiş şəxs söyüb başının arxa nahiyəsinə yumruqla vurmuş, həmin vaxt kafedə səs-küy yaranaraq ictisai qayda pozulmuş, kafenin iş rejimi bir müddət pozulmuş, yaxınlıqda olan Şahid1, Sarıca kənd sakini Şahid2 onları ayırmışlar. Bundan sonra atasınnı döyülməsini eşidən Təqsirləndirilən şəxs2 həmin kafeyə gəlib Təqsirləndirilən şəxs1 nə üçün atasını vurduğunu soruşanda, aralarında mübahisə yaranmış, bir-birlərinə qarşı nalayiq ifadələr işlətmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs2 yumruqla Təqsirləndirilən şəxs1 sifətinin sol tərəfinə vurmuş, sonuncu da təpiklə Təqsirləndirilən şəxs2 vuraraq bir-birilərinə xəsarət yetirmişlər. Həmin vaxt yenə də kafedə səs-küy yaranaraq ictimai qayda və kafenin iş rejimi bir müddət pozulmuş, nəhayət orada olmuş Şahid3 Əhməd oğlu onları ayırmışdır. (İş v. 119) İşdə olan Şəki şəhər İHB-nın Qayabaşı kənd İƏD-si üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Kəlbəcər rayonu, Hopurlu kənd sakini Zərərçəkmiş şəxs həqiqətəndə Şəki rayonu, Sarıca kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayaş yeri üzrə müsbət xarakterizə olunur. (İş v. 142-144) İşdə olan Şəki şəhər İHB-nın Qayabaşı kənd İƏD-si üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Kəlbəcər rayonu, Hopurlu kənd sakini Təqsirləndirilən şəxs2 həqiqətəndə Şəki rayonu, Sarıca kəndində qeydiyyatda olmaqla yaşayır, himayəsində 2018 və 2019-cu illərdə anadan olmuş 2 az yaşlı övladı vardır, yaşayaş yeri üzrə müsbət xarakterizə olunur. (İş v. 145-147) İşdə olan 24.08.2021-ci il tarixli, 1390 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqımda iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan 24.08.2021-ci il tarixli, 1394 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqımda iltizam” qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş məhkəmənin elektron sistemindən çıxarılmış sorğu edilən şəxs barədə məlumatlardan görünür ki, Nümayəndə atası Təqsirləndirilən şəxs1, anası isə X4r. Bu işə əlavə edilmiş Nümayəndə doğum şəhadətnaməsi ilə də təsdiq olunur. Həmçinin işə əlavə edilmiş AZ-İİİ 198292 saylı doğum şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 25.10.2013-cü ildə anadan olmuş Qismət Əmrahlı adlı azyaşlı uşağı var. İşə əlavə edilmiş məhkəmənin elektron sistemindən çıxarılmış sorğu edilən şəxs barədə məlumatlardan görünür ki, Nümayəndə 24.10.2019-cu il tarixdən 01.07.2021-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Bu hal məhkəməyə təqdim edilmiş Nümayəndə məxsus hərbi biletin surəti ilə də təsdiq edilir. Həmçinin Nümayəndə vətən müharibəsi iştirakçısı olmuş və “Suqovuşanın” azad edilməsi medalı ilə təltif olunmuşdur. Cinayət işində olan Şəki Rayon Məhkəməsinin 1(075)-93/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Аzərbаycаn Respublikаsı CM-nin 128-ci mаddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi cinayət əməli özlərinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekpert rəyi və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onların xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq cinayətlərini, Təqsirləndirilən şəxs2 isə qəsdən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, qərəzli xuliqanlıq cinayətini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1, 07 iyun 2021-ci il tarixdə saat 10:00 radələrində ictimai yer hesab olunan, Şəki rayonu, Sarıca kəndinin mərkəzində yerləşən Şahid3 məxsus kafedə domino oynayan zaman heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlətməklə mübahisə yaradaraq ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyaraq onlara münasibətdə laqeydliyini ifadə etməklə şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündən üstün tutub cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarına və əxlaq normalarına kobud surətdə pozulması ilə müşayiət edilən, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, kafedə əyləşən şəxslərə məhəl qoymayıb onların gözü qarşısında heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib söyüş söyərək kafenin iş rejimini 5 dəqiqə pozan hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə yumruqla başının arxa nahiyəsinə qəsdən iki dəfə vuraraq ona baş-beyin silkələnməsi, ənsə nahiyəsinin dərialtı hematoması və travmatik şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, eyni anda zərbədən gözündə olan eynəyi yerə düşüb sınaraq yarasız hala düşməsi nəticəsində Zərərçəkmiş şəxs 15 manat ziyan vurmaqla əmlakın məhv edilməsi ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 07 iyun 2021-ci il tarixdə saat 10:30 radələrində ictimai yer hesab olunan, Şəki rayonu, Sarıca kəndinin mərkəzində yerləşən Şahid3 məxsus kafedə qəsdən ucadan nalayiq ifadələr işlədib söyüş söyərək ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyaraq onlara münasibətdə laqeydliyini ifadə etməklə şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündən üstün tutub cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik ifadə edən, birgə yaşayış qaydalarına və əxlaq normalarına kobud surətdə pozaraq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın qəsdən zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, kafedə əyləşan şəxslərə məhəl qoymayıb onların gözü qarşısında ucadan nalayiq ifadələr işlədib söyüş söyərək kafenin iş rejimini 2-3 dəqiqə pozan hərəkətlərə yol verərək Təqsirləndirilən şəxs1 zor tətbiq etməklə yumruqla sol qulağının arxasına qəsdən üç dəfə vuraraq ona sol qulaq arxası nahiyəsinin və sol gicgahın məməyəbənzər nahiyəsinin travmatik şişkinliyi və yumşaq toxumaların əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, eyni anda zərbədən gözündə olan eynəyi yerə düşüb zədələnməklə Təqsirləndirilən şəxs1 2 (iki) manat ziyan vurmaqla əmlakın zədələnməsi ilə müşayiət edilən qəsdən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsİf edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsiilə düzgün tövsİf edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.4-cümaddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və övladı Nümayəndə Vətən müharibəsi iştirakçısı olmaqla “Suqovuşanın” azad edilməsi uğrunda medalı ilə təltif edilməsini nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən, onun da əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1la barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Ona görə də məhkəmə onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalıdır. Şəki Rayon Məhkəməsinin 1(075)-93/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində Аzərbаycаn Respublikаsı CM-nin 128-ci mаddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və onun həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınmalıdır. İş üzrə 17 manat maddi ziyan ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus eynək və Zərərçəkmiş şəxs məxsus eynək gündəlik istifadəyə ehdiyacı olduğu üçün onların özlərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla altı ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başlandığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla altı ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başlandığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. İş üzrə 17 manat maddi ziyan ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus eynəyin və Zərərçəkmiş şəxs məxsus eynəyin onların özlərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Şəki Rayon Məhkəməsinin 1(075)-93/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində Аzərbаycаn Respublikаsı CM-nin 128-ci mаddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və onun həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınsın. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiyaşikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-93/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-93/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver