Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-94/2021 25.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəki şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxx 1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqın mövqeyinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, Şəki rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum edilməsinə, Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarına əsasən həmin hökmün dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanma müddəti çıxılaraq qəti olaraq üzərində 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasına baxmayaraq cəzasını çəkib qurtarmadan məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən, tamah niyyəti ilə, həm satış, həmdə satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 30 iyun 2021-ci il tarixdə saat 14:15 radələrində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə prospektində yerləşən "xxxx" X11 Cəmiyyətinin yaxınlığında tanışı Şahid3 ilə narkotik vasitə olan marixuananın bir bükümünü 10 manata olmaqla, iki bükümünü isə 20 (iyirmi) manata satmağa razılaşıb, həmin məbləğdə pulu ondan aldıqdan sonra həmin gün saat 18:25 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında sonuncu ilə yenidən görüşərək həmin narkotik vasitənin bir ədəd kağız bükümdə 0,23 qram və bir ədəd kağız bükümdə 0,43 qram olmaqla iki ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,66 qram olan hissəsini ona satmış, 30 iyun 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin X2 və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid3 həmin gün saat 18:30 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə həmin tarixdə saat 20:15dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ ön kiçik cibindən bir ədəd kağız bükümdə 0,23 qram və bir ədəd kağız bükümdə 0,43 qram olmaqla iki ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,66 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 23:40 radələrində Şəki şəhəri, Şərbablar küçəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X9 küçəsi 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq üzərinə 01 iyul 2021-ci il tarixdə saat 01:22-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zamanı əynindəki şalvarın sağ yan cibindən narkotik vasitənin satışından qazanc kimi əldə etdiyi, 01 ədəd A11110699 seriyalı olan 10 manat kağız pul əskinazı və 01 ədəd olan A13012665 seriyalı 10 manat kağız pul əskinazı olmaqla ümumilikdə 20 manat kağız pul əskinazı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, həm satış, həmdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni 7,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, həmin gün saat 18:25 radələrində həmin narkotik vasitənin 0,66 qram hissəsini Şahid3 satdıqdan sonra qalmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,39 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan özünün şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımış, 30 iyun 2021-ci il tarixdə saat 23:40 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Şərbablar küçəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X9 küçəsi 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq üzərinə 01 iyul 2021-ci il tarixdə saat 01:22-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,29 qram və 3,10 qram olmaqla ümumi təmiz çəkisi 6,39 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitənin marixuana növündən istifadə edir. Üzərində narkotik vasitə saxladığına görə Şəki ŞRPŞ-də barəsində cinayət işi başlanılmış, ibtidai istintaqı yekunlaşdıqdan sonra baxılması üçün Şəki rayon məhkəməsinə göndərilmişdir. 04 mart 2021-ci il tarixdə Şəki rayon Məhkəməsinin hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Lakin Şəki rayon Məhkəməsinin qeyd edilən hökmündən narazı qaldığı üçün həmin hökmdən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və o azadlığa buraxılmışdır. Göstərmişdir ki, hazırda ona CM-nin 234.1 və 234.2-ci maddələri ilə verilmiş ittihamı qəbul etmir. Çünki o həmin cinayətləri törətməmişdir. Belə ki, 30 iyun 2021-ci il tarixdə Şəki şəhərində olan Axundov parkında olmuş və saat təxminən 21:30 radələrində oradan çıxaraq piyada evlərinə getmək istəmişdir. Axundov parkından yuxarı S.Rəhman küçəsinin yuxarı başında olan Qəbirstanlığın yanına çatanda Reno markalı **-AP-*** nömrəli avtomobil onun yanında saxlamış, maşından bir neçə polis əməkdaşı yerə düşərək onun əlini buraraq maşına otuzdurmuş və Şəki ŞRPŞ-nə aparmışlar. Şöbədə Elmir adlı polis əməkdaşı onun qarşısına kibrit qutusunda nəşə qoyaraq həmin narkotik vasitələrin ona məxsus olmasını, həmçinin həmin qutudakı nəşədən Şahid3 satmasını etiraf etməsini demişdir. Lakin o buna qəti etirazını bildirdikdə ona işgəncə verərək yanaşı qoyulmuş stoldan asmışlar. Həmin stolda 1-2 saat asılı qalmış və özündən getmişdir. 30-40 dəqiqə sonra özünə gəlmişdir. Bundan sonra yenə ona kibrit qutularını cibinə qoymasını aşağı müstəntiqin otağına düşməsini və orada çəkiliş zamanı hər şeyi etiraf etməsini demişlər. Bundan sonra məcbur olmuş nəşə dolu kibrit qutularını cibinə qoymuş aşağı müstəntiqin otağına düşmüş, orada videoçəkiliş zamanı hər şeyi etiraf etmişdir. Demişdir ki, həmin nəşə dolu kibrit qutuları onundur. Həmçinin həmin qutulardakı nəşədən Şahid3 2 bükümü 20 manata satmışdır. Bildirmişdir ki, Şahid3 uşaqlıqdan tanıyır, onunla eyni məktəbdə oxumuşlar. İntiqamla bir yerdə heç vaxt narkotik maddə qəbul etməmiş və ya ona narkotik maddə satmamış və ya verməmişdir. Göstərmişdir ki, əslində elə olmamış, onun üzərində nə nəşə dolu kibrit qutuları olmuş nə də ki, həmin nəşədən İntiqama satmamış, ondan pul almamışdır. Həmçinin ona verilən suallara cavabında bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən o Şəki rayon prokurorunun yanına aparılmış, prokuror onu sorğu-sual etmişdir. Lakin həmin zaman o prokurora polislərin ona psixi və fiziki təsir etməsi və onu döymələri barədə qanunsuzluqlarından bəhs etməmişdir. Həmçinin bundan sonra onu məhkəməyə aparmışlar. Hakim barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən də qeyd olunanlarla bağlı bir şey söyləməmişdir. Özünü təqsirli bilmədiyini göstərmişdir. Sonda cinayət törətmədiyini, ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitənin marixuana növündən istifadə edir. Üzərində narkotik vasitə saxladığına görə 04 mart 2021-ci il tarixdə Şəki rayon Məhkəməsinin hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. 04 may 2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və azadlığa buraxılmışdır. Şəki şəhər sakini Şahid3 uzun müddətdir ki, yəni orta məktəbdən tanıyır. Eyni məktəbdə oxumuşlar. Aralarında qohumluq, həmçinin ədavət və düşmənçilik olmamışdır. İntiqam onun narkotik vasitə istifadə etməyini bilmiş, onun yanında narkotik vasitə istifadə etməsə də narkotiklə həbs edildiyini bilmişdir. Polis tərəfindən saxlanılmasından təxminən 15-20 gün bundan əvvəl Şəki rayonu ərazisində olan “Nuruşbulaq” adlanan yerdən içməli su gətirməyə getmişdir. Elə apardığı qablara su doldurub yaxın ətrafda gəzinərkən yolun kənarında yabanı halda bitmiş çətənə kollarını görmüş, həmin çətənə bitkisinin yarpaqlarını yığıb üzərində olan kağız bükümlərə bükmüş, sonra çıxıb evə qayıtmışdır. Evlərinin həyətinin yaxınlığında olan divarın üstündə qurutmuş, pula ehtiyacı olduğu üçün həmin “nəşəni” satmaq fikri olmuş, 30 iyun 2021-ci il tarixdə günorta saat 14:00 radələrində tanışı Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng edərək demişdir ki, “nəşəyə” ehtiyacı var. İntiqamın “nəşə” çəkməyini bilməmiş, lakin yaxın uşaq olduğu və münasibəti olduğu üçün ona “nəşə” satmağa qərar vermişdir. Ona demişdir ki, 20 manata ona “nəşə” verər. Pula ehtiyacı olmuş və ona görə də İntiqama demişdir ki, pulu götürüb Kombinatın yanına gəlsin. X7 adlanan yerin yanına gəlmiş, o İntiqamı orada gözləmiş, İntiqam cibindən çıxarıb ona 2 ədəd 10 manatlıq kağız pul əskinazı vermiş, ancaq o, İntiqama həmin vaxt “nəşə” verməmişdir. Ona demişdir ki, 1-2 saata ona zəng edəcəkdir. İndi üstündə “nəşə” yoxdur. Lakin telefonunun enerjisi olmadığından İntiqama zəng edə bilməmişdir.Telefonu enerjiyığana qoyduqdan sonra saat təxminən 18:00 radələrində İntiqama zəng edib demişdir ki, “nəşəni” götürüb məhlələrinə gəlir. Küçəyə çıxsın, nəşəni ona versin. O da demişdir ki, indi düşür. Belə olub o, kibrit qutusunun içərisində olan “nəşə”dən bir az götürüb 2 ədəd kağıza büküb şalvarının cibinə qoymuş, “Nuruşbulaq”dan yığdığı “nəşəni” də 2 ədəd kibrit qutusunda şalvarının sol yan cibinə qoymuş, İntiqamın ona verdiyi 2 ədəd 10 manatlıq pul əskinazları da şalvarının sağ yan cibində olmuşdur. Bundan sonra İntiqamla onların evlərinin yanında görüşmüş, 2 ədəd kağız bükümdə olan narkotik vasitəni 20 manata ona vermişdir. Bundan sonra İntiqamdan ayrılıb çıxıb Şəki şəhərində olan Axundov parkına getmişdir. Parkda xeyli gəzişmiş, saat təxminən 21:30 radələrində evə gedərkən 2 nəfər mülki paltarda olan polis əməkdaşı ona yaxınlaşmışlar. Onun narkotik vasitələrin qəbulu, saxlanılması və satışında şübhəli olduğunu demişlər və onlarla birgə Şəki polis şöbəsinə getməyini tələb etmişlər. O da buna etiraz etməmiş və polislərlə birgə Şəki ŞRPŞ-nə gəlmişdir. Gəlib birinci mərtəbədə olan müstəntiqin otağına keçmiş, müstəntiq tərəfindən hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkillərin siyahısı təqdim olunmuş, daha sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmişdir. Sonra müstəntiq tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, müstəntiq həmin vaxt üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o, əvvəlcə şalvarının arxa sağ cibindən 01 ədəd mobil telefonu, şalvarın sağ yan cibindən 01 ədəd elektron nəzarət vasitəsini və 02 ədəd 10 manatlıq kağız pul əskinazlarını, şalvarın sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi və 02 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Üzərində başqa heç nə olmadığını bildirmiş, əllərini qaldırmaq təklif olunmuş, hər iki əlini yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən əynindəki köynəyin boyun hissəsində, şalvarın bel nahiyəsində, şalvarın sağ və sol yan ciblərində, arxa ciblərində axtarış aparılmışdır. Sonra ayaqqabılarını çıxarmağı təklif olunmuş, ayaqqabılarını çıxarıb silkələmiş, corablarını çıxarıb silkələmişdir. Burada da heç nə aşkar olunmamışdır. Bundan sonra üst-başını səliqəyə salmışdır. Corablarını və ayaqqabısını geyinmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş, o da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərinə qoyduğu əşyaların özünün olduğunu bildirmiş, ondan üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunun içərisində nə olması soruşulduqda o, həmin kibrit qutularında narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları açıldıqda hər iki kibrit qutusunun içərisində narkotik vaitəyə bənzər, quru halda olan bitki kütlələrinin olması müəyyən edilmiş, həmçinin o, sual-cavab zamanı həmin kütlələrdən 20 manat müqabilində tanışı Şahid3 da satdığını bildirmişdir. Sonra üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon, 02 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli bitki kütlələri, 02 ədəd 10 manatlıq pul əskinazlarının qablaşdırılacağı bildirilmiş, əvvəlcə zərflər açılaraq içərisi ona və iştirakçılara, vəkilə göstərilmişdir. Zərflərin içərisinin boş olduğunu görmüşlər. Bundan sonra müstəntiq tərəfindən masanın üzərində, olan 01 ədəd mobil telefonu, 02 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli bitki kütlələri, 02 ədəd 10 manatlıq pul əskinazları ayrı-ayrı zərflərə qoyulmuş və ağzı bağlanmışdır. Zərflərin üzəri möhürlənmiş, daha sonra imzalar çəkilmiş, o da zərfin üzərini imzalamışdır. 01 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd elektron nəzarət vasitəsi iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirildikdən sonra protokol tərtib edilməsi üçün dayandırılmış, bundan sonra protokol tərtib edilmiş, heç bir şikayət olmamış, protokol ucadan oxunmuş, o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd 10 manatlıq pul əskinazları Şahid3 satdığı narkotik vasitə olan qurudulmuş marixuanadan əldə etdiyi həmin pullar olmuş, əldə etdiyi narkotik vasitənin bir hissəsi üzərindən aşkar olunub götürülmüşdür. Bir hissəsinin isə Şahid3 üzərinə şəxsi axtarış zamanı götürüldüyünü bildirmişdir. Bu hal işə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdə də öz əksini tapmışdır. Şahid3 15.10.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq bildirmişdir ki, Şəki ŞRPŞ-də aparılan istintaq zamanı üzərində videoçəkilişlə axtarış keçirilərkən, şübhəli şəxs kimi dindirilərkən, üzləşmə aparılarkən, həmçinin dindirilərkən verdiyi ifadələrini bir daha təsdiq etdiyini göstərmişdir. Xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay olar ki, narkotik vasitənin marixuana növündən istifadə edir. Narkotik vasitədən düşəndə 3-4 dəfə siqaretə doldurub istifadə eləmişdir. Şəki şəhər sakini Təqsirləndirilən şəxs ilə Şəki şəhər 10 nömrəli məktəbdə paralel sinifdə oxumuş, onunla münasibəti yaxşı olmuşdur. Elnurun narkotik vasitə olan marixuanadan istifadə eləməsini təxminən 6-7 ay olar ki, bilmişdir. Belə ki, aralarında söhbət olarkən Elnur demişdir ki, “nəşə”dən yəni marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə edir. O da həmin vaxt Elnurun “nəşə” çəkməyini bilmişdir. Ancaq Elnur bu 6-7 ayda onun yanında “nəşə” və onunla birgə, bir yerdə heç vaxt “nəşə” çəkməmişdir. 30 iyun 2021-ci il tarixdə könlünə “nəşə” çəkmək düşmüş, üstündə 20 manat pulu olmuş və fikirləşmişdir ki, bu pula “nəşə” alıb çəksin. Düşünmüşdür ki, Elnurdan “nəşə” ala bilər. Ancaq Elnura pul vermədən “nəşə” ala bilməyəcəyini başa düşdüyü üçün saat təxminən 13:00 radələrində Elnurun istifadəsində olan mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə zəng edb ona demişdir ki, ona “nəşə” lazımdır. Demişdir ki, cibində pulu da var. Elnur ondan cibində nə qədər pul olduğunu soruşanda o da Elnura 20 manat pul olduğunu demişdir. Onda Elnur telefonda ona demişdir ki, Şəki şəhərində olan İpək Kombinatının qarşısına gəlsin. O da 2 ədəd 10 manatlıq pul götürüb Şəki şəhərində olan İpək Kombinatının yanına getmişdir. O, avtobusla gedib çatanda Elnur artıq orada olmuş, onunla görüşüb salamlaşmışdır. O, Elnurla görüşəndə cibində olan 2 ədəd 10 manatlıq pul əskinazlarını ona vermiş və demişdir ki, “nəşə” nə vaxta hazır olar? O isə demişdir ki, 1-2 saata düzələr. 1-2 saat sonra Elnura zəng edib narkotikin hazır olub-olmadığını soruşmaq istəyəndə ona zəng çatmamışdır. Dalbadal bir neçə dəfə zəng etmiş, ancaq yenə də zəng çatmamışdır. Saat təxminən 18:00 radələrində Elnur istifadəsində olan mobil telefonla ona zəng edib demişdir ki, daha o, gəlməsin, özü “nəşəni” gətirib məhəlləyə gəlir. O, Elnurla saat 18:25 radələrində məhəllədə görüşmüş, Elnur şalvarının cibindən çıxarıb 2 ədəd kağız bükümdə olan “nəşəni” ona vermişdir. O, Elnurdan təxminən 50 metr aralanmışdır ki, mülki paltarda olan 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb narkotik vasitələrin qəbulu, satışında şübhəli olduğunu bildirib Şəki ŞRPŞ-nə dəvət etmişlər. O da etiraz etməmiş və Şəki ŞRPŞ-nə gəlmişdir. Burada inzibati binanın 1-ci mərtəbəsində müstəntiqin xidməti otağına keçmiş, müstəntiq tərəfindən hüquq və vəzifələri ona izah olunmuş, bundan sonra dövlət hesabına ona Musa Sarıyev vəkil təyin olunmuşdur. Sonra müstəntiq tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, ona müstəntiq həmin vaxt üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o da əynindəki şalvarın sağ ön cibindən 01 ədəd “Redmi Not 9” markalı telefonu, həmin şalvarın sağ ön cibindən 01 ədəd alışqanı və həmin cibin üst hissəsində olan kiçik cibindən iki ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq ondan üzərində təqdim etmədiyi əşyanın olub-olmadığını soruşanda o bütün əşyaları təqdim etdiyini bildirmişdir. Daha sonra qollarını qaldırmaq təklif olunmuş, o, hər iki qolunu yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən əynindəki qısaqol köynəyin boyun hissəsində, şalvarının sol və sağ ciblərində, arxa ciblərində axtarış aparılmışdır. Sonra ayaqqabılarını və corablarını çıxarıb silkələmiş, ancaq heç bir cinayət xarakterli əşya və narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra üst-başını səliqəyə salmış, daha sonra ona masanın üzərinə qoyduğu əşyaları bir-bir təqdim etmək təklif olunmuş, o, əvvəlcə masanın üzərində olan bükümlərdə, yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan “nəşə” olduğunu bildirmiş, müstəntiq həmin bükümlərdə olan bitki mənşəli kütləni haradan əldə etdiyini soruşanda həmin bükümləri Elnur adlı şəxsdən bu gün əldə etdiyini, buna görə də Elnura 20 mant pul verdiyini, həmçinin həmin bükümləri Elnurdan yaşadığı küçədə, yəni Şəki şəhəri T.Vahabova küçəsində aldığını, 20 manat pulu isə Elnura, bu gün saat 13:00 radələrində Şəki şəhər İpək Kombinatının yanında verdiyini bildirmişdir. Elnurun Şəki şəhər sakini olmaqla təxminən öz boyunda, 25-30 yaşlarında olan bir şəxs olduğunu bildirmiş, daha sonra həmin bükümlərin içərisində olan yaşıl rəngli kütlənin çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəyi bildirilərək ağ rəngli zərfə qoyulub möhürlənmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Redmi Not 9” markalı mobil telefon da iş üçün əhəmiyyət daşıdığından qablaşdırılaraq götürülmüş, üzərindən aşkar edilib götürülmüş 01 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış zamanı heç bir şikayət və vəsatət olmamış, protokol tərtib olunduqdan sonra o da imza etmişdir. Məhkəmə iclasında Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, polis kapitanıdır. Vəzifəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, 30 iyun 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin X2 əməliyyat müvəkkili, polis leytenantı Anar İbrahimova əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan Şahid3 qanunsuz olaraq narkotik vasitələri əldə edir, üzərində saxlayır və satışı ilə məşğuldur. Anar İbrahimov 30 iyun 2021ci il tarixdə Şahid3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və satması barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra Şahid3 qanunsuz əməllərini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, daha sonra Anar İbrahimov və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Mahir Məmmədovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Anar İbrahimov bu barədə qərar qəbul etmiş, hər iki qərarlar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra məhkəməyə və prokurorluğa bu barədə məlumat verilmiş, bundan sonra 30.06.2021-ci il tarixdə saat 18:30 radələrində Şahid3 Şəki şəhəri 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Şahid3 Şəki ŞRPŞ-nə gətirildikdən sonra şöbənin inzibati binasının birinci mərtəbəsində olan müstəntiq Araz Vəlizadənin otağında ona hüquq və vəzifələri izah olunmuş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil Musa Sarıyevin və iştirakçıların iştirakı onun üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki həmin şalvarın sağ ön cibinin üst hissəsində olan kiçik cibindən iki ədəd kağız bükümdə narkotik vasitəyə bənzər, yaşıl rəngli bitki kütləsi aşkar olunaraq götürülmüşdür. Şahid3 üzərindən aşkar edilmiş, 02 ədəd kağız bükümdə olan vasitələrin narkotik vasitə olan “nəşə”, yəni qurudulmuş marixuana olduğunu, 30.06.2021-ci il tarixdə tanışı, Şəki şəhər sakini “Elnur” adlı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Həmin narkotik vasitə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. “Elnur” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və İstintaq Bölməsinə dəvət edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun icraatına 30.06.2021-ci il tarixdə əməliyyat tapşırığı daxil olmuş, əməliyyat tapşırığı ilə bağlı onun və Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Elnur” adlı şəxsin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxs 30.06.2021-ci il tarixdə saat 23:40 radələrində Şəki şəhəri Şərbablar küçəsində yerləşən qəbiristanlığın yaxınlığında Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Ramil Adamovla birgə onlar tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, ona vəkillərin siyahısı təqdim olunmuş və dövlət hesabına vəkil Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Müstəntiq Təqsirləndirilən şəxs həmin vaxt üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o, əvvəlcə şalvarının arxa sağ cibindən 01 ədəd mobil telefonu, şalvarın sağ yan cibindən 01 ədəd elektron nəzarət vasitəsini və 02 ədəd 10 manatlıq kağız pul əskinazlarını, şalvarın sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi və 02 ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Üzərində başqa heç nə olmadığını bildirmiş, əllərini qaldırmaq təklif olunmuş, hər iki əlini yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən əynindəki köynəyin boyun hissəsində, şalvarın bel nahiyəsində, şalvarın sağ və sol yan ciblərində, arxa ciblərində axtarış aparılmışdır. Sonra ayaqqabılarını çıxarmağı təklif olunmuş, ayaqqabılarını çıxarıb silkələmiş, corablarını çıxarıb silkələmiş, burada da heç nə aşkar olunmamışdır. Bundan sonra üst-başını səliqəyə salmış, corablarını və ayaqqabısını geyinmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş, o da buna etiraz etməmişdir. Bundan sonra masanın üzərinə qoyduğu əşyaların özünün olduğunu bildirmiş, ondan üzərində aşkar edilmiş 02 ədəd kibrit qutusunun içərisində nə olması soruşulduqda o, həmin kibrit qutularında narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları açıldıqda hər iki kibrit qutusunun içərisində narkotik vasitəyə bənzər, quru halda olan bitki kütlələrinin olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxsla sual-cavab zamanı o, həmin kütlələrdən 20 manat müqabilində tanışı Şahid3 satdığını bildirmiş, sonra üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon, 02 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli bitki kütlələri, 02 ədəd 10 manatlıq pul əskinazlarının qablaşdırılacağı ona bildirilmişdir. Əvvəlcə zərflər açılaraq içərisi Təqsirləndirilən şəxs və iştirakçılara, vəkilə göstərilmiş, zərflərin içərisinin boş olduğunu görmüşlər. Bundan sonra müstəntiq tərəfindən masanın üzərində olan 01 ədəd mobil telefonu, 02 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli bitki kütlələri, 02 ədəd 10 manatlıq pul əskinazları ayrı-ayrı zərflərə qoyulmuş və zərfin ağzını bağlamışdır. Zərflərin üzəri möhürlənmiş, daha sonra imzalar çəkilmiş, o da zərfin üzərini imzalamışdır. 01 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd elektron nəzarət vasitəsi iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxsla sual-cavab edilərkən o, həmin bitki kütləsini 15-20 gün bundan qabaq əldə etdiyini, Şəki rayonunda olan “Nuruş bulaq” adlanan tərəflərdə, yolun kənarında, yəni yol keçəndə yabanı halda bitmiş çətənə bitkisini görüb əlini atıb götürdüyünü, istifadə eləmək, bir də pula ehtiyacı olduğu üçün satmaq məqsədilə yabanı halda bitmiş çətənə bitkisindən topladığını, qurutduğunu bildirmişdir. 30 iyun 2021-ci il tarixdə isə axşam saatlarında polislər tərəfindən saxlandığını, üzərindən aşkar edilmiş narkotk vasitəni satmaq fikrinin olmadığını, istifadə etmək fikrinin olduğunu, həmçinin üzərindən aşkar edilmiş 02 ədəd 10 manatlıq pul əskinazlarının, yəni 20 manat pulun tanışı Şahid3 “nəşə” satdığı üçün həmin şəxsin ona verdiyi pullar olduğunu bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılmış, hər bir iştirakçıya, o cümlədən də ona nümayiş etdirilmiş, protokol tərtib olunmuş, heç bir şikayət olmamış, protokol ucadan oxunmuş, o da digər iştirakçılarla birgə protokolun düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Vaqif oğlu şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək Şahid1 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 30 iyun 2021-ci il tarixli protokolda göstərilmişdir ki, 30 iyun 2021-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Şahid3 əynindəki şalvarın sol ön cibindən 01 ədəd mobil telefon, həmin şalvarın sağ ön cibindən 01 ədəd alışqan və həmin cibin üst hissəsində olan kiçik cibindən 02 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə aşkar edilərək götürülmüş, şalvarın sağ ön cibinin üst hissəsində olan kiçik cibindən, 02 ədəd kağız bükümdə aşkar edilmiş narkotik vasitəyə bənzər yaşıl rəngli kütlə və şalvarın sol ön cibindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, həmin şalvarın sağ ön cibindən aşkar edilmiş 01 ədəd alışqan iş üçün əhəmiyyət daşımadığından Şahid3 özünə qaytarılmış, Şahid3 üzərindən aşkar edilmiş 02 ədəd kağız bükümdə olan vasitənin narkotik vasitə olan “nəşə” olduğunu, həmin “nəşəni” 30 iyun 2021-ci il tarixdə Şəki şəhər sakini olan tanışı Elnur adlı şəxsdən 20(iyirmi) manata özünün istifadə etməsi üçün aldığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. (İ cild. i/v-43-51) İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 01 iyul 2021-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs Əli oğlunun əynindəki şalvarın arxa sağ cibindən 01 ədəd mobil telefonu, şalvarın sağ yan cibindən 01 ədəd elektron nəzarət vasitəsi və 02 ədəd, 01 ədədi A11110699 və 01 ədədi isə A13012665 nömrəli 02 ədəd 10 manatlıq kağız pul əskinazları, şalvarın sol yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi və 02 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər yaşıl rəngli bitki kütləsi aşkar edilərək götürülmüşdür. Həmin 02 ədəd 10 manatlıq, A11110699 və A13012665 nömrəli kağız pul əskinazları, həmçinin 01 ədəd mobil telefonu və 02 ədəd kibrit qutularında olan narkotik vasitəyə bənzər yaşıl rəngli bitki kütlələri qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər yaşıl rəngli bitki kütlələrini təxminən saxlanmazdan 15 gün əvvəl Şəki şəhəri “Nuruşbulaq” deyilən ərazidə yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarından yığıb qurudub saxladığı narkotik vasitə olduğunu, həmin narkotik vasitənin bir hissəsini tanışı Şahid3 30 iyun 2021ci il tarixdə 20 manata satdığını, üzərindən aşkar edilmiş 02 ədəd 10 manatlıq pul əskinazlarının da Şahid3 ona narkotik vasitə satmasına görə verdiyi pul əskinazları olduğunu, üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan narkotik vasitəni də “Nuruşbulaq”dan əldə etdiyi narkotik vasitə olduğunu, həmin kibrit qutusunun içindən bir hissə narkotik vasitəni İntiqama Davudluya satdığını bildirmişdir. (i/v-91-100) İşdə olan Şəki RMX-nin Narkoloji şöbəsinin 01.07.2021-ci il tarixli 207 A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyindən marixuana qəbulu faktı aşkar edilmişdir. (İ cild. i/v-148) İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizanın 30 iyun 2021-ci il tarixli 17/484 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid3 oğlunun üzərindən aşkar edilmiş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kağız bükümlərdə,ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram və 0,43 qram, ümumi təmiz çəkisi 0,66 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata 0.04 qram sərf edilmiş, 0.62 qram qalıq qalmışdır. Ekspertiza xərci 34.55 manat təşkil edir. (İ cild, i/v-97-98) İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizanın 01 iyul 2021-ci il tarixli 17/486 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs Əli oğlunun üzərindən aşkar edilmiş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 3,29 qram və 3,10 qram, ümumi təmiz çəkiləri 6,39 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar üzərində “şübhəli şəxs Şahid3 üzərindən aşkar edilmiş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. 6.39 qram marixuanadan tədqiqata 0.04 qram sərf edilmiş və 6.35 qram qalıq qalmışdır. Həmçinin 0.62 qram marixuanadan tədqiqata 0.04 qram sərf edilmiş və 0.58 qram qalıq qalmışdır. (İ cild, i/v-110-113) İşdə olan 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun ifadələri arasında ziddiyyətlər olduğundan onlar videoçəkilişlə üzləşdirilmiş, üzləşmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək 30 iyun 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxsla zəngləşib Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" ASC-nin yaxınlığında görüşüb ona 02 ədəd 10 manatlıq pul əskinazları ilə 20 manat pul verdiyini, bundan sonra isə həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında satdığını bildirmişdir. İşdə olan Şəki rayonu X1 ŞRPŞ-nə daxil olmuş 09.07.2021-ci il tarixli 736 nömrəli məktubdan görünür ki, Şəki şəhəri 20 yanvar küçəsi ev 1/2 ünvanında yaşayan,1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki rayonu Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İ cild, i\v-216) İşdə olan Şəki RMX Publik hüquqi şəxsindən daxil olmuş 14.07.2021-ci il tarixli 838 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Əli oğlu 30.01.2021-ci il tarixdən “kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Şəki RMX publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadır. (İ cild, i/v-238) İşdə olan 17.07.2021-ci il tarixdə əməliyyat tapşırığına verilmiş 189-19202-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs Şəki şəhəri “Nuruşbulaq” adlanan ərazidən, yolun kənarındakı meşəlik sahəsində yabanı halda bitmiş çətənə bitkilərindən yığıb-yığmamasını, eyni zamanda həmin ərazidə yabanı halda çətənə bitkilərinin bitib-bitməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisi olması, narkotik vasitənin satışında digər şəxslərlə əlbir olmaması və digər cinayətlərdə birgə iştirakının olmaması müəyyən edilmişdir. İşə əlavə edilmiş, mobil telefona baxış keçirilməsi haqqında 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 “Redmi Not9” markalı mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, mobil nömrələrə baxış zamanı Şahid3 bildirdi ki, tanışı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonu da yaddaşdadır. Onunla “whatshapp” sosial şəbəkəsində yazışmamışdır. Ancaq Elnurun ***-***-**-** nömrəsini telefonuna “Elnur dəllək” kimi qeyd etmişdir. Həmin mobil nömrə axtarıldı və tapıldı. Həmin mobil nömrənin həqiqətən də “Elnur dellek” kimi yazıldığı müəyyən edildi. Baxış zamanı Şahid3 ***-***-**-** nömrəli mobil telefonu ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə, yəni telefona “Elnur dellek” kimi yazıldığı mobil nömrə ilə 30 iyun 2021ci il tarixdə gələn və gedən zənglərin olduğu müəyyən edildi. Lakin telefona baxış zamanı müəyyən edildi ki, “Redmi Not 9” markalı mobil telefonlarda gələn və gedən zənglərin vaxtı, yəni saatı və dəqiqəsi, müddəti görünmür və telefonun yaddaşında avtomatik olaraq saxlanılmır. Ona görə də 30 iyun 2021-ci il tarixdə Şahid3 ***-***-**-** nömrəli mobil telefonu ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi arasında gələn və gedən zənglərin dəqiq saatı, dəqiqəsi və müddəti müəyyən edilmədi. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 03.08.2021-ci il tarixli 907 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Əli oğlu narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ c. səh. 18) İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 14.07.2021-ci il tarixli 382 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Əli oğlu ona şamil edilən cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT10(psixi və davranış pozuntularının belynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserində keçirilmiş 08.05.2020-ci il tarixli 227 saylı ambulator məhkəmə psixiatriya ekspertizası rəyi), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa affektiv reaksiyalarla cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT10 (psixi və davranış pozuntularının belynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma(kompensasiya) mərhələsində olduğundan o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərin idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. (İİ c. s.19-21) İşdə olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş 23.08.2021-ci il tarixli 1003/10 nömrəli məktubdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 178/2021 saylı, 04 may 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 07(yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş 20 may 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 24 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkumun cəzası 19 yanvar 2023-cü il tarixində başa çatır. Şəki rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 4(075)-54/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 01 iyul 2021-ci il tarixdən hesablanmaqla 01 oktyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-178/2021 saylı, 04 may 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 07(yeddi) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 iyul 2021-ci il tarixədək çəkilməmiş qalan hissəsi 01 (bir) il 06 (altı) ay 19 (on doqquz) gündür. Məhkum qeydiyyata alındığı 24 may 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 01(bir) ay 7(yeddi) gününü çəkmişdir. (İİ c. s.34). İşə əlavə edilmiş telefon danışıqlarına baxış keçirilməsi haqqında 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Əli oğlunun istifadə etdiyi ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs Əli oğluna məxsusdur. Nömrənin aktivləşmə tarixi 01.02.2021-ci il tarixidir. Ona məxsus sənədin seriya nömrəsi AA 1171678-dir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə 01.06.2021-ci il tarixdən 01.07.2021-ci il tarixədək gələn və gedən mesajlara baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən Şahid3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə gələn və ya gedən mesajlar aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**- ** mobil nömrəsinə 01.06.2021-ci il tarixdən 01.07.2021-ci il tarixədək gələn və gedən telefon zənglərinə baxış keçirilməsinə başlanmış, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən Şahid3 Məzahir oğlunun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə 04.06.2021-ci il tarixdən başlamaqla 01.07.2021-ci il tarixədək müddətlərdə 39 dəfə gələn və gedən telefon zənglərinin olduğu müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 04.06.2021-ci il tarixdə saat 18:14-də 10 saniyə, həmin dəqiqədə 9 saniyə, 18:24-də 9 saniyə, 18:25-də 31 saniyə, 06.06.2021-ci il tarixdə saat 12:16-da 27 saniyə, saat 18:24də 42 saniyə, saat 18:54-də 27 saniyə, saat 19:11-də 66 saniyə, 07.06.2021-ci il tarixdə saat 17:02-də 73 saniyə, saat 20:59-da 41 saniyə, 08.06.2021-ci il tarixdə saat 13:55-də 25 saniyə, 12.06.2021-ci il tarixdə saat 13:02-də 29 saniyə, saat 13:10-da 20 saniyə, saat 13:20-də 23 saniyə, 13.06.2021-ci il tarixdə saat 14:25-də 34 saniyə, saat 18:45-də 29 saniyə, saat 19:41-də 22 saniyə,15.06.2021-ci il tarixdə saat 19:58-də 93 saniyə, saat 20:23-də 27 saniyə, saat 20:35-də 13 saniyə, saat 22:03-də 33 saniyə, 18.06.2021-ci il tarixdə saat 18:28-də 9 saniyə, həmin dəqiqədə 9 saniyə, 19.06.2021-ci il tarixdə saat 16:24-də 34 saniyə, saat 19:37-də 30 saniyə, 25.06.2021-ci il tarixdə saat 13:11-də 27 saniyə, saat 18:51-də 23 saniyə, saat 18:54-də 9 saniyə, 26.06.2021-ci il tarixdə saat 15:24-də 71 saniyə, saat 17:45-də 44 saniyə, 29.06.2021-ci il tarixdə saat 21:13-də 120 saniyə, 30.06.2021-ci il tarixdə saat 12:10-da 63 saniyə, saat 12:27-də 89 saniyə, saat 12:41-də 29 saniyə, saat 12:50-də 48 saniyə, saat 12:54-də 21 saniyə, saat 15:52-də 29 saniyə, saat 15:59-da 16 saniyə, saat 16:11-də 41 saniyə müddətində danışıqların olduğu müəyyən edilmişdir. Bundan başqa həmin faylda iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmamış, baxış zamanı protokol tərtib edildikdən sonra "xxxx" MMC-dən 25.08.2021-ci il tarixli AZF/LGL-18635/21 nömrəli məktubla icraatıma daxil olmuş, məktuba əlavə edilmiş CD diski cinayət işinə əlavə edilmiş, bununla da Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə gələn və gedən zənglərə, telefon danışıqlarına, mesajlara baxış keçirilməsi yekunlaşdırılmış, baxış ilə əlaqədar tərəfimdən protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və düzəliş edilməsi təklif olunmamış, şikayət və etiraz daxil olmamışdır. (İİ c. s.48-49) Cinayət işinə əlavə edilmiş, Şəki Apellyasiya Məhkəməsindən 30 avqust 2021-ci il tarixdə 33/981 nömrəli məktubla daxil olmuş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.05.2021-ci tarixli 1(107)-178/2021 nömrəli qərarından görünür ki, Şəki rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixədək olan 2 gün və 04 mart 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək olan 2 ay həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla cəmi 4 ay 4 gün ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İİ c. s. 65-73). İşdə olan 17.08.2021-ci il tarixli Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Dolmabaxçalar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 118 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki şəhər “Dolmabaxçalar” məhəlləsi 20 yanvar küçəsi 1/2 saylı evdə yaşayır, subaydır, yaşadığı evdə anası, 2 qardaşı və onların ailə üzvləri ilə birgə yaşayır. Yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Onun barəsində məhəllə nümayəndəliyinə şifahi və ya yazılı şikayət daxil olmamışdır. (İİ cild, səh 16-17) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 12.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 93.1.2, 93-1,2 maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmiş, CM-nin 234.1-ci maddəsinə əsasən 02 il azadlığın məhdudlaşdırılması cəzası 69.3-cü maddəsinə əsasən həbsdə saxlanma müddəti çıxılıb, qəti olaraq 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İ cild, i/v-215) İşdə olan şübhəli şəxsin tutulması haqqında 2583 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.07.2021-ci il tarixdə saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i/v-76-77) İşə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti səmimi etiraf etmişdir. Həmçinin işdə olan Şahid3 Şəki ŞRPŞ-də aparılan istintaq zamanı üzərində videoçəkilişlə axtarış keçirilə və Təqsirləndirilən şəxs ilə üzləşmə aparılmasını əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Şahid3 əldə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Beləliklə məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun 2 ədəd büküm narkotik vasitə olan cəmi 0.66 qram qurudulmuş marixuananı Şahid3 20 manata qanunsuz olaraq satması tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın satılması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi üzrə verilmiş ittihama münasibət bildirərək qeyd edir ki, hər hansı əməlin cinayət hesab edilməsi həmin əməli törədən şəxsin barəsində mühüm cinayət-hüquqi nəticələr törətdiyindən cinayət-hüquqi məsuliyyətə səbəb olan hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir. Cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindən və Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Lakin ibtidai istintaq orqanı onun əməlini Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə tövsif etməkdə səhvə yol vermişdir. Belə ki, Dövlət ittihamçısı verilən ittihamdan görünür ki, o, Şəki rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrum edilməsinə, Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarına əsasən həmin hökmün dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanma müddəti çıxılaraq qəti olaraq üzərində 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasına baxmayaraq cəzasını çəkib qurtarmadan məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən, tamah niyyəti ilə, həm satış, həmdə satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 30 iyun 2021-ci il tarixdə saat 14:15 radələrində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə prospektində yerləşən "xxxx" X11 Cəmiyyətinin yaxınlığında tanışı Şahid3 ilə narkotik vasitə olan marixuananın bir bükümünü 10 manata olmaqla, iki bükümünü isə 20 (iyirmi) manata satmağa razılaşıb, həmin məbləğdə pulu ondan aldıqdan sonra həmin gün saat 18:25 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında sonuncu ilə yenidən görüşərək həmin narkotik vasitənin bir ədəd kağız bükümdə 0,23 qram və bir ədəd kağız bükümdə 0,43 qram olmaqla iki ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,66 qram olan hissəsini ona satmış, 30 iyun 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin X2 və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid3 həmin gün saat 18:30 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə həmin tarixdə saat 20:15-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ ön kiçik cibindən bir ədəd kağız bükümdə 0,23 qram və bir ədəd kağız bükümdə 0,43 qram olmaqla iki ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,66 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə saat 23:40 radələrində Şəki şəhəri, Şərbablar küçəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X9 küçəsi 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq üzərinə 01 iyul 2021-ci il tarixdə saat 01:22-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zamanı əynindəki şalvarın sağ yan cibindən narkotik vasitənin satışından qazanc kimi əldə etdiyi, 01 ədəd A11110699 seriyalı olan 10 manat kağız pul əskinazı və 01 ədəd olan A13012665 seriyalı 10 manat kağız pul əskinazı olmaqla ümumilikdə 20 manat kağız pul əskinazı aşkar edilərək götürülmüşdür. Dövlət ittihamçısı həmin narkotik vasitənin 0.66 qram hissəsini Şahid3 satdıqdan sonra qalmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,39 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan özünün şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımış, 30 iyun 2021-ci il tarixdə saat 23:40 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Şərbablar küçəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X9 küçəsi 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq üzərinə 01 iyul 2021-ci il tarixdə saat 01:22-dən etibarən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, 02 (iki) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 3,29 qram və 3,10 qram olmaqla ümumi təmiz çəkisi 6,39 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində saxlayaraq daşımış cəmi 7,05 qram narkotik vasitə olan qurudulmuş marixuananın 0.66 qram hissəsini 30 iyun 2021-ci il tarixdə 20 manat müqabilində Şahid3 satmış, yerdə qalan 6,39 qram hissəsi isə elə həmin tarixdə onun üzərində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən ittihama görə o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham öz-özlüyündə ziddiyyətlidir. Belə ki, tamah niyyətinin olması narkotik vasitənin yalnız satış məqsədi ilə əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərməni nəzərdə tutur. Tamah niyyətinin olması narkotik vasitəni satış məqsədi olmadan əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı istisna edir. Belə ki, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıdığı narkotik vasitənin bir hissəsini sataraq yerdə qalan hissəsini daşıyan şəxsin əməlinin həm Cinayət Məcəlləsinin 234.2, həm də həmin Məcəllənin 234.1-ci maddələrinə tövsif edilməsi həmin şəxsin vəziyyətinin ağırlaşdırılmasına gətirib çıxarır və bu da yol verilməzdir. Çünki, şəxsin şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində daşıması, onun həm də satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşıması kimi əməlini də ehtiva edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki vəziyyətdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yanaşı, ona həmin Məcəllənin 234.1-ci maddəsi ilə ittiham verilməsi qanuni hesab edilə bilməz. Əks hal eyni əmələ görə şəxsin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təkrarən cəzalandırılması ilə nəticələnəcəkdir. Bu isə Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinin tələblərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əhatə olunur, bu səbəbdən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun bunda təqsirli olması tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi daha düzgündür. Həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqdini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. İbtidai istintaq zamanı toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Onun əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd edilən cinayət əməlini törətməməsi ilə bağlı gətirdiyi arqumentlərə tənqidi yanaşır və hesab edir ki, bu arqumentlər onun özünün müdafiəsi üçün gətirilmiş dəlilərdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində, üzərində videoçəkiliş vasitəsilə baxış keçirilən zaman, həmçinin Şahid3 ilə üzləşmə çəkilişində heç bir etiraz etmədən bəhsi keçən cinayət əməlini törətdiyini etiraf etmişdir. Həmçinin məhkəmə iclasında ona ünvanlanan suallara cavabında bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən o Şəki rayon prokurorunun yanına aparılmış, prokuror onu sorğu-sual etmişdir. Lakin həmin zaman o prokurora polislərin onu hazırkı cinayəti etməsini boynüna alması ilə bağlı ona psixi və fiziki təsirlər edilməsi ilə əlaqədar qanunsuzluqlarından bəhs etməmişdir. Həmçinin bundan sonra onu məhkəməyə aparmışlar. Hakim barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən də qeyd olunanlarla bağlı məhkəməyə bir şey söyləməmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qəsdən əldə edərək özündə saxladığı narkotik vasitə olan marixuananı tamah niyyətilə satması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nın 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsidir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndirildiyi CM-nın 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən, narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakı ilə bağlı onun əvvəllər də məhkum olunmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən də Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, onun şəxsiyyətini, şəxsiyyətini səciyyələndirən halları, ibtidai istintaq və məhkəmə araşdırması zamanı göstərdiyi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əmələ münasibətini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ədalətli həddə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzadır. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmçinin ona Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməməsini də nəzərə almalıdır. Ona təyin ediləcək cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 01 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Şəki rayon Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respubliksı CİM-nin 51-2.2-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Qanunun bu müddəasından çıxış edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 01 iyul 2021-ci il tarixdə seçildiyindən barəsində olan qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətinə hesablanmamalıdır. Yəni Təqsirləndirilən şəxs barəsində olan azadlığın məhdudlaşdırılması cəzaları CM-nin 68.1.1-1-ci maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu tarixinədək çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu 01 iyul 2020-ci il tarixinədək çəkilməmiş qalan 1 il 6 ay 19 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda aydın olur ki, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) ay 09 (doqquz) gün 12 (on iki) saata bərabər olur. CM-nin 69.1-ci maddəsində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı üzrə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə cəza riyazi olaraq 9 (doqquz) ay 09 (doqquz) gün 12 (on iki) saata bərabər olur. CM-nin 69.1 və 69.2-ci maddələrinin tələbləri baxımından isə azadlıqdan məhrum etmə cəzasının növünün dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətləri illər, aylar və yaxud da günlərlə hesablana bilər. Belə olduqda məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs əvəz edilməklə üzərində saxlanılan 9 (doqquz) ay 09 (doqquz) gün 12 (on iki) saat azadlıqdan məhrumetmə cəzasının 12 (on iki) saatı təqsirləndirilən şəxsin xeyrinə təfsir edilərək hesablanmaqla onun xeyrinə şərh edilməli, Təqsirləndirilən şəxs üzərində yalnız 9 (doqquz) ay 09 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanmış hesab edilməlidir. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Şahid3 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,58 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6.35 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan, Şahid3 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi Not9” markalı mobil telefon qanuni sahibinə qaytarılmalı, 01 kağız zərfin içərisində 02 ədəd 10 manatlıq, A11110699 və A13012665 nömrəli depozitə verilmiş kağız pul əskinazları dövlət nəfinə keçirilməlidir. 03 ədəd videoçəkilişlər olan disklərin, 01 ədəd telefon danışıqları olan diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. 69,10 (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı müddəalar ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək üç il, altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il, 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının onun şübhəli şəxs qismində tutulduğu 01 iyul 2021-ci il tarixinədək çəkilməmiş qalan 1 il 6 ay 19 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla, cəmi doqquz ay, doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən birləşdirilməklə onun üzərində qəti olaraq dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 01 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Şəki rayon MX PHŞ-nin Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Şahid3 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,58 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra cəmi qalıq çəkisi 6.35 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan, Şahid3 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi Not 9” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut olan cinayət yolu ilə əldə edilmiş A11110699 və A13012665 nömrəli 02 ədəd 10 manatlıq pul əskinazları xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə keçirilsin. İşdə olan 03 ədəd videoçəkilişlər olan disklər, 01 ədəd telefon danışıqları olan disk cinayət işinin materiallarında (əlavə edilməklə) saxlanılsın. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. 69,10 (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-94/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-94/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver