Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-94/2024 05.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1997-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 31,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sellofan bükümdə olmaqla üzərində gəzdirməklə daşıyaraq Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində yerləşən icarə əsasında işlətdiyi kafenin zalında pivə çəlləyinin altında gizlədərək saxlamış, 20 iyul 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində yerləşən icarə əsasında işlətdiyi kafenin qarşısında saxlanılaraq Şəki şəhəri, X6 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 21 iyul 2024-cü il tarixdə saat 01:15 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə icarə əsasında işlətdiyi kafeyə baxış keçirilən zaman qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib işlətdiyi kafenin zalında olan pivə çəlləyinin altında gizlədərək saxladığı bir ədəd sellofan bükümdə olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 31,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ildən başlayaraq hərdən bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əvvəllər istifadə etdiyi narkotik vasitə olan marixuananı Bakı şəhərində tanımadığı İran vətəndaşından alıb istifadə etmişdir. Bakı şəhərində aldığı narkotik vasitənin üstündən bir az götürüb həmin gün istifadə etmişdir. Qalan hissəsini isə cibinə qoyub üstündə saxlamışdır. Aldığı narkotik vasitəni Şəki şəhərində M.Rəsulzadə və B.Vahabzadə küçələrinin kəsişməsində yerləşən icarə əsasında işlətdiyi kafedə pivə çəlləyinin altına qoyub gizlətmişdir. Bir iki dəfə həmin narkotik vasitənin üstündən götürüb istifadə etmişdir. Qalan hissəsini isə yenə çəlləyin altına qoyub gizlətmişdir. 20 iyul 2024-cü il tarixdə təxminən saat 17 radələrində olan zaman işlədiyi kafeyə mülki geyimdə olan şəxslər gəlib ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və satması barədə onlara məlumat daxil olduğunu, ona görə onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. İşlətdiyi kafedə narkotik vasitə olduğundan və polis əməkdaşlarının həmin narkotik vasitəni tapacaqlarından və onu tutub polis şöbəsinə aparacaqlarından ehtiyat edərək sol əli ilə kafenin şüşəsini vurub sındırıb özünə xəsarət yetrmişdir ki, polis əməkdaşları onu tutub polis şöbəsinə aparmasınlar. Həmin vaxt kafenin pəncərəsinin şüşəsi sınıb sol qolunu kəsmişdir. Sonra polis əməkdaşları onu oradan polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları sonra qolunun dərin kəsildiyini görüb polis şöbəsindən onu Şəki rayon mərkəzi xəstəxanasına aparmışlar. Həkimlər ona tibbi yardım göstərib qolunu sarğı qoymuşlar. Bundan sonra polis əməkdaşları onu Şəki ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və satması barədə onlara məlumat daxil olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını ona təqdim edərək istədiyi vəkilin iştirakını təmin edəcəklərini bildirmişdir. Vəkillərin siyahısından vəkil "Xəyal" müəllimi seçdiyi üçün təhqiqatçı zəng vurub "Xəyal" müəllimi PŞ-nə dəvət edərək ona təqdim etmişdir. Bundan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Sonra onu PŞ-nə dəvət edən polis işçilərinin, vəkili "Xəyal"müəlimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı boz rəngli cins şalvarın sol ön cibindən bir ədəd Samsunq markalı telefonunu çıxarıb stolun üstünə qoymuşdur. Təqdim etdiyi əşyadan başqa üstündən heç nə o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Sonra təhqiqatçı ondan narkotik vasitə istifadə edib-etməməsini, narkotik vasitənin satışı ilə məşğul olubolmamasını, başqa yerdə narkotik vasitə saxlayıb-saxlamamasını soruşan zaman təhqiqatçıya bir ay bundan əvvəl İran vətəndaşından 100 manata bir ədəd sellofan bükümdə özü istifadə etmək üçün narkotik vasitə olan marixuana aldığını, həmin narkotik vasitədən bir dəfə istifadə etmək üçün 15-20 gün əvvəl tanışı Cahangirə pay kimi verdiyini, qalan narkotik vasitəni işlətdiyi kafedə pivə çəlləyinin altında gizlədərək saxladığını bildirmişdir. Bundan sonra vəkili Müdafiəçi1 və polis işçiləri ilə birlikdə işlətdiyi kafeyə getmişlər və kafeyə daxil olub kafenin zalında olan pivə çəlləyini altında gizlətdiyi bir ədəd sellofan bükümdə olan narkotik vasitəni götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin içərisində narkotik vasitə marixuana olan sellofan bükümü zərfin içərisinə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. xx.xx.2024-cü il tarixdə ona Şəki rayonu ərazisində "Cahangir" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə daxil olmuş məlumatın yoxlanılması və "Cahangir" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün xx.xx.2024-cü il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin PPXBnün polis nəfəri Azər Qazıyevdən və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və narkotik vasitənin satışı ilə məşğul olması barədə barəsində əməliyyat məlumatı daxil olmuş "Cahangir "adlı şəxsin ünvan 4 ünvanında yaşayan X1 olduğu müəyyən edilmiş və o, göstərilən tarixdə evinin yaxınlığında Şəki şəhəri, S.Vurğun küçəsində saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilib, vəkilin iştirakı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Cahangir Ağabalayev üzərindən narkotik vasitə olan marixuananın aşkar edildiyini, həmin narkotik vasitəni 19 iyul 2024-cü il tarixdə Ağdaş rayonu, Maşhad kəndində Cahangir adlı şəxsdən 90 manata özü istifadə etmək üçün alıb üzərində saxladığını, bundan başqa bir ay əvvəl isə Şəki şəhər sakini Coşqun adlı şəxsdən bir büküm narkotik vasitə olan marixuana aldığını bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 Şəki rayonu ərazisində "Coşqun" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı, eləcədə Şəki şəhərində Marxal yolu istiqamətdə «üçbucaq» adlanan ərazidə kafe işlədən «Coşqun» adlı şəxsin şəxsiyyətinin müəyyən olunması barədə icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Ona görə əməliyyat müvəkkili Şahid2 daxil olmuş məlumatın yoxlanılması və "Coşqun" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupu yaradılımışdır. Bundan sonra "Coşqun "adlı şəxsin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu və onun Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində kafe işlətdiyini müəyyən edib onun işlətdiyi kafeyə getmişlər. Əməliyyat müvəkkili Şahid2lə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və narkotik vasitə satması barədə onlara məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs gözləmədikləri halda sol əli ilə kafenin pəncərəsinin şüşəsinə zərbə endirmişdir. Zərbədən pəncərənin şüşəsi sınıb yerə və Coşqunun sol qolunun üzərinə düşmüşdür. Tez yaxınlaşıb Coşqunu tutub sakitləşdirib və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Coşqunun qolundan qan axdığı üçün onu Şəki rayon mərkəzi xəstəxanasına aparmışlar. Həkimlər Təqsirləndirilən şəxs ilk tibbi yardım göstərdikdən sonra onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Əhməd Rəsulluya həvalə edildiyi üçün onu əməliyyat müvəkkili Şahid2lə birlikdə təhqiqatçının xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs vəkillərdən Müdafiəçi1 seçərək onun dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi1 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onların iştirakı ilə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs da əynindəki boz rəngli cins şalvarın sol ön cibindən bir ədəd Samsunq markalı telefonu çıxarıb stolun üstünə qoymuşdur. Bundan başqa üstündən heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etməməsini, narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını, başqa yerdə narkotik vasitə saxlayıb-saxlamamasını soruşan zaman o, təhqiqatçıya bir ay əvvəl İran vətəndaşından 100 manata bir ədəd sellofan bükümdə özü istifadə etmək üçün narkotik vasitə olan marixuana aldığını, həmin narkotik vasitədən bir dəfə istifadə etmək üçün 15-20 gün əvvəl tanışı Cahangirə pay verdiyini, qalan narkotik vasitəni işlətdiyi kafedə pivə çəlləyinin altında gizlədərək saxladığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi1 və mütəxəssis Kamal Məmmədzadə ilə birlikdə Şəki ŞRPŞ-dən çıxıb Təqsirləndirilən şəxs Şəki şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində işlətdiyi kafeyə getmişlər. Təqsirləndirilən şəxs kafenin zalına daxil olub pivə çəlləyinə yaxınlaşıb çəlləyin altında gizlətdiyi bir ədəd sellofan bükümü çıxarıb təhqiqatçıya təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təhqiqatçı həmin sellofan bükümü açdıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuşdur. Bundan sonra narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:41-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 18:15-də Şəki Şəhər-Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 21 iyul 2024cü il tarixli protokoldan və hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı DVD diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs işlətdiyi kafeyə baxış keçirilən zaman kafenin zalında olan pivə çəlləyinin altından bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya oxşar yaşıl rəngli kütlə aşkar edilib götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 21 iyul 2024-cü il tarixli 3-16-16/2-17/643 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində « Şübhəli şəxs Təqsirləndirilən şəxs işlətdiyi kafedən əldə edilmiş maddi sübut …» yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd çəhrayı sellofan bükümdə təmiz çəkisi- 31,70 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 31,70 qr., tədqiqata sərf edildi - 0,10 qr., qalıq - 31,60 qr. Məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 1481 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli, 3-13-109/2-78384/24 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs işlətdiyi kafedə pivə çəlləyinin altından aşkar olunub götürülmüş bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuananı əldə etdiyi mənbəni, narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, kimlərlə birlikdə narkotik vasitə istifadə etməsini, onun narkotik vasitələrdən istifadə etməsi barədə kimlərinsə məlumatının olub-olmamasını,onun həmin narkotik vasitəni həqiqətən Bakı şəhərində İran vətəndaşından alıb-almamasını, həmçinin digər cinayətlərin törədilməsində iştiraklarının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, onun işlətdiyi kafedən aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 31,60 qram çəkidə olan marixuana maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nə məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə və hadisə yerinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki şəhər «İpəkçi» məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5 daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-71/2- 1140/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5 «Şəki Rayon Mərkəzi Xəstəxanası» X7 poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 707 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının disponser müşahidəsində yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi və daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 1481 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir,narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 31,60 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar - Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 31,60 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-94/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-94/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver