Məhkəmə qərarları › İş №1(075)-96/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-96/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-96/2021 20.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1967-ci ildə Şəki ravonu, Baltalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Baltalı kəndində pasport qeydiyyatında olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Şəki rayonu, Baltalı kəndində yaşayan Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixdə saat 06:00 radələrində yaşadığı kəndin ərazisində yerləşən küçədəki köhnə tikilinin qarşısında, Şəki rayonu, Baltalı kənd sakini qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs burun nahiyyəsinə yumruq ilə vuraraq burnun yumşaq toxumaların əzilməsi, burun tağının travmatik şişkinliyi və hematoması, burun qanaxması xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, iş üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışaraq onu bağışladığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib, iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror Dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının 26 avqust 2021-ci il tarixli, 447 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri: burnun yumşaq toxumaların əzilməsi, burun tağının travmatik şişkinliyi və hematoması, burun qanaxması xəsarətləri olduğu, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, törənmə müddəti qərarda qeyd edilən 25.08.2021-ci ıl tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan X4 02.09.2021-ci il tarixli, 1082 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X4 qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının 01.09.2021-ci il tarixli, 902 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayonlararası Psixiatriya xəstəxanasında dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 03.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şəki şəhər İHB-nın Baltalı kənd İƏD-si üzrə nümayəndəsinin 30.08.2021-ci il tarixli, 368 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməkdə özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışmışdır. Barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur və onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Bununla bağlı zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə zərərçəkmiş şəxsin onunla barışması əsasına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar