Məhkəmə qərarları › İş №1(075)-96/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-96/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-96/2022 05.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1967-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, tam orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda tutulana qədər yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqın mövqeyinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə etmə, saxlama, daşıma cinayətini, həmçinin qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən heroin əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və satış məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarında, 0,045 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı, Şəki şəhəri, Giləhli küçəsi ev 4 ünvanında yerləşən evin yaxınlığında 01 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan həmin 0,045 qram çəkidə narkotik vasitə olan heroini 15 manat pul müqabilində tanışı Şahid5 satmış, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 14 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində Şəki şəhəri, X20 küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X18 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ tərəfində olan ciblikdən həmin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,045 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 0,351 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyun 2022-ci il tarixdə, saat 17:30 radələrində yaşadığı Şəki şəhəri, Giləhli küçəsi ev 4 ünvanında yerləşən evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X18 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda, 03 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,113 qram, 0,146 qram və 0,092 qram, ümumi təmiz çəkisi 0,351 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilmiş, lakin CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 1995-ci ildən etibarən narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Buna görə də əvvəllər 1995-ci, 1999-cu, 2008-ci, 2016-ci və 2020-ci illərdə narkotik maddələrin qeyriqanuni dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə xx.xx.2021-ci ildə azadlığa çıxmış və hazırda məhkumluğu ödənilməmişdir. Üzərində narkotik vasitə saxladığına görə Şəki ŞRPŞ-də barəsində cinayət işi başlanılmış, ibtidai istintaqı yekunlaşdıqdan sonra həmin cinayət işi baxılması üçün Şəki rayon məhkəməsinə göndərilmişdir. Göstərmişdir ki, hazırda ona elan edilmiş CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittihamı qəbul etmir. Çünki o həmin cinayəti törətməmişdir. Belə ki, 14 iyun 2022-ci il tarixdə Şəki şəhəri, Giləhli küçəsi ev 4 ünvanında yaşadığı evdə olmuş və yatmışdır. Həmin gün saat təxminən 12:00 radələrində 3-4 mülki geyimli polislər onun evinə daxil olaraq onda narkotik vasitə olduğunu bildirmişlər. Həmin vaxt arvadı və uşaqları da evdə olmuşdur. Bundan sonra polislər onu maşına otuzduraraq Şəki ŞRPŞ-nə aparmışlar. Şöbədə tanımadığı polis əməkdaşı onun qarşısına 3 bükümdə heroin qoyaraq həmin narkotik vasitələrin ona məxsus olmasını, həmçinin həmin qutudakı heroindən Şahinə satmasını etiraf etməsini demişdir. O, ilk əvvəl buna etirazını bildirmişdir. Lakin sonradan tanımadığı polis əməkdaşalrı ona hədə-qorxu gəlmiş, buna görə də heroinlərin ona məxsus olmasını, həmin heroindən bir qədərini Şahid5 satmasını demişdir. Əməliyyatcılar onu döyməmişlər, onu sadəcə yanaşı qoyulmuş stoldan asmışlar. Göstərmişdir ki, sonra videoçəkilişlə üzərinə baxış keçirilmiş, çəkiliş zamanı üzərində heroin olmasını və həmin heroindən Şahinə satmasını etiraf etmişdir. Həmçinin Şahinlə videoçəkilişlə üzləşdirilmiş və üzləşmə zamanı da hər şeyi etiraf etmişdir. Hər iki videoçəkiliş həqiqətdir. Bildirmişdir ki, Şahid5 tanıyır, o da dəfələrlə məhkum olmuş, eyni CÇM-də cəza çəkmişlər. Həmin gün Şahinlə telefonda danışsa da onunla görüşməmişdir. Şahinə heç vaxt narkotik maddə satmamış və ya pay verməmişdir. Həmçinin ona verilən suallara cavabında bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən o Şəki rayon prokurorunun yanına aparılmış, prokuror onu sorğu-sual etmişdir. Lakin həmin zaman o prokurora polislərin ona psixi və fiziki təsir etməsi barədə qanunsuzluqlarından bəhs etməmişdir. Həmçinin bundan sonra onu məhkəməyə aparmışlar. Hakim barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən də qeyd olunanlarla bağlı hakimə bir şey söyləməmişdir. Bundan başqa xəstə olduğu üçün barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı məhkəməyə vəsatət verəndə də hakimə bu barədə heç nə deməmişdir. Son sözü zamanı da CM-nin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilmiş, lakin CM-nin 234.2-ci maddəsi üzrə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ev tikintisi və təmiri ustası kimi fərdi qaydada fəaliyyət göstərir və bu yolla əldə etdiyi qazancla dolanır. Şahid5 onun yaşadığı küçənin qonşuluğundakı küçədə yaşayır və o, Şahini uzun illərdir ki, tanıyır. O, əvvəllər tanışlarından Şahinin üzərində narkotik vasitə saxladığına görə məhkum olunduğunu eşitdiyinə görə narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Şəki şəhəri ərazisindəki “Yuxarı baş” deyilən ərazidə yerləşən Uşaq xəstəxanasının yaxınlığındakı zibil tullantıları atılan ərazinin yanından keçərək evinə gedən zaman yerdə kibrit qutusu olduğunu görmüş və götürüb, içinə baxdıqda kibrit qutusunun içərisində 04 ədəd gümüşü rəngli büküm olduğunu görmüşdür. O, həmin bükümlərin içinə baxdıqda əvvəllər də istifadə etdiyindən tanıdığına görə bükümlərdə narkotik vasitə olan kakos, yəni heroin olduğunu anlamış və daha sonra özü istifadə etmək üçün cibinə qoyaraq özü ilə götürmüşdür. O, içərisində 04 büküm narkotik vasitə heroin olan həmin kibrit qutusunu gündəlik geyindiyi şalvarın cibində saxlamışdır. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şahin xatırlamadığı nömrədən onun ***-***-**-** saylı nömrəsinə zəng edib ona bədənində ağrılar olduğundan narkotik vasitə olan heroinə ehtiyyacının olduğunu bildirib, heroin əldə etməkdə kömək edə bilib-bilməyəcəyini soruşduqda, o, özündə heroin olduğunu, Şahinə də verə biləcəyini bildirmişdir. Həmin telefon danışığı zamanı gəldikləri razılığa əsasən onlar həmin gün təxminən saat 12:00 radələrində onun yaşadığı küçədə yaşadığı evin yaxınlığında ikilikdə görüşmüş, həmin vaxt o, üzərində olan, zibilliyin yaxınlığında tapdığı həmin 04 büküm heroindən 01 büküm heroini Şahinə vermiş və Şahin də həmin bir büküm heroinin əvəzində cibindən 15 manat pul çıxarıb ona vermiş, o, həmin pulu götürüb cibinə qoymuş və Şahin çıxıb getmişdir. Daha sonra o, Şahinin verdiyi, 3 ədəd beş manatlıq pul əskinaslarından ibarət olan həmin 15 manat pulu siqaretə, mobil telefonunun balansına pul yükləməyə və su almağa xərcləmişdir. Həmin gün mağazadan evinə gedən zaman Şəki şəhəri, Giləhli küçəsində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmiş və onun narkotik vasitə satışı ilə məşğul olmağı barədə məlumatlarının olmasını bildirib, buna görə birlikdə polis şöbəsinə getməli olduğunu qeyd etmişdilər. Həmin vaxt o, polis əməkdaşlarına etiraz etmədən polislərlə birlikdə Polis şöbəsinə getmiş, polis şöbəsinə getdikdən sonra inzibati binanın girişində onun adını və soyadını qeydə almışlar. Daha sonra isə onu iş otaqlarından birinə aparmışlar. Orada olduğu zaman müstəntiq ona şübhəli şəxs qismində tutulacağını və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Bundan sonra müstəntiq ona Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, o, təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən vəkil Müdafiəçi seçmiş, sonra müstəntiq zəng edərək vəkil Müdafiəçi və üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparması üçün mütəxəssis dəvət etmişdir. Müdafiəçi gəlib ona təqdim olunduqdan sonra müstəntiq onu şübhəli şəxs qismində tutmuş, bundan sonra Müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparmağa başlamışdır. Belə ki, müstəntiq əvvəlcə ona, Müdafiəçi və digər iştirakçılara hüquq və vəzifələrini, həmçinin qanunda nəzərdə tutulmuş məsuliyyətlərini izah etmişdir. Sonra müstəntiq tərəfindən ona üzərində, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Bu zaman o, əynindəki qara rəngli uzunqol köynəyin sol döş cibindən 01 ədəd KGTEL markalı mobil telefonunu, 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, əynindəki şalvarın sağ yan cibindən içərisində 3 büküm heroin olan 01 ədəd kibrit qutusunu, əynindəki köynəyin qarın nahiyəsindən isə 01 ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş və bunlardan başqa üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış və üzərindən heç bir əşya aşkar olunmamışdır. Bundan sonra müstəntiq ondan üzərindən aşkar edilmiş, yəni şəxsi axtarış zamanı təqdim edərək masanın üzərinə qoyduğu əşyaları təqdim etməyini xahiş etdikdə, o, həmin 01 ədəd kibrit qutusunun içərisində 03 büküm narkotik vasitə olan kokos, yəni heroin olduğunu bildirmişdir. Bundan sonra həmin kibrit qutusu açıldıqda içərisində gümüşü rəngli 3 ədəd büküm olması müəyyən edilmişdir. Ondan həmin bükümlərdəki kütlə haqqında soruşulduqda, o, həmin kütlələrin kakos olduğunu, 1 həftə əvvəl “Yuxarı baş” deyilən ərazidəki Uşaq Xəstəxanasının yaxınlığındakı zibilliyin yanında yerdən kibrit qutusu tapdığını, içərisinə baxdıqda içərisində kakos olduğunu görüb, özü istifadə etmək üçün götürüb cibinə qoyaraq özü ilə götürdüyünü bildirmişdir. Bütün bunlardan sonra müstəntiq ona xx.xx.2022-ci il tarixdə Şahid5 şəhər ərazisində saxlanılıb polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 1 bükümdə içərisində Şahinin özünün deməsinə görə narkotik vasitə olan kakos aşkar edilərək götürüldüyünü, Şahinin həmin narkotik vasitəni ondan almasını demişdir. Bu haqda nə bildirə bilməyi soruşulduqda, o, həmin gün günortaya az qalmış, yaşadığı küçədə Şahinlə görüşdüyünü, Şahinə bir büküm narkotik verdiyini, Şahinin də həmin narkotikin əvəzinə ona 15 manat pul verdiyini bildirmişdir. Bundan sonra ona və digər iştirakçılara üzərindən aşkar edilmiş həmin kibrit qutusnun qablaşdırılacağı bildirilmiş, bu zaman üzərindən aşkar edilmiş, içərisində 03 büküm heroin olan həmin 01 ədəd kibrit qutusu içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd KGTEL markalı mobil telefonu bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Üzərindən aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır. Bundan sonra müstəntiq bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş, o, heç bir vəsatəti və etirazının olmadığını bildirib protokolu imzalamışdır. Göstərmişdir ki, o, təxminən bir neçə aydır ki, narkotik vasitənin heroin növündən istifadə edir və o, bu müddət ərzində istifadə etdiyi narkotik vasitəni ətraf rayonlarda tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitəni üzərində saxlayıb gəzdirməyində məqsədi özü istifadə etmək olmuşdur. Onun hadisə zamanı üzərində narkotik vasitə saxlamağından nə ailə üzvlərinin, nə də başqa şəxslərin məlumatı olmamışdır. Həmin narkotik vasitəni Şahid5 satan zaman onların yanlarında və ya ətraflarında heç kim olmamışdır. Hal-hazırda evində və ya başqa bir yerdə narkotik vasitə saxlamır. O, əvvəllər Şahid5 və ya başqa şəxsə narkotik vasitə satmamışdır. Hadisə zamanı Şahid5 ona həmin narkotik vasitə olan heroini ondan özü istifadə etmək məqsədi ilə almasını demişdir. Şahid5 ondan aldığı həmin narkotik vasitəni konkret olaraq haradan əldə etdiyini bilməmişdir. O, əvvəllər törətdiyi cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və cəzasını çəkmişdir. Lakin, başqa heç bir cinayət əməlini törətməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə yaxud təsirə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid5 ifadəsində göstərmişdir ki, o, bağban kimi fərdi qaydada fəaliyyət göstərir və bu yolla əldə etdiyi qazancla dolanır. X4 onun yaşadığı küçənin qonşuluğundakı küçədə yaşayır və Kamaləddini uzun illərdir ki, tanıyır. Əvvəllər tanışlarından Kamaləddinin üzərində narkotik vasitə saxladığına görə məhkum olunduğunu eşitdiyinə görə onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Təxminən bir neçə ay olarmış ki, hazırda kim olmalarını xatırlamadığı şəxslərdən narkotik vasitə olan qurudulmuş marixuana və ya heroin alıb istifadə etmişdir. Təxminən bir-neçə ay əvvəl Kamaləddinlə küçədə rastlaşıb söhbət edən zaman Kamaləddinə ağrılarının olmasını demişdir. Kəmaləddin ona özünün də ağrıdığını demişdir. Kəmaləddindən narkotik maddəsinin olub-olmamasını soruşmuşdur. Kəmaləddin də hazırda olmadığını, lakin yaxın günlərdə götürəcəyini ona demiş, həmçinin ondan onun üçün də alıbalmamsını soruşmuşdur. Göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə narkotik vasitəyə ehtiyyacı olduğundan heroin istifadə etmək və bu məqsədlə onun üçün heroin təşkil etməsindən ötrü Kamaləddindən xahiş etmək qərarına gəlmiş, o, Kamaləddinə zəng edib narkotik vasitəyə ehtiyyacı olduğunu bildirmişdir. Kamaləddindən heroin əldə etməkdə ona kömək edə bilib-bilməyəcəyini soruşduqda, Kamaləddin özündə heroin olduğunu, ona da sata biləcəyini bildirmişdir. O, Kamaləddindən narkotiki ona neçəyə satacağını soruşduqda, Kamaləddin ona bir büküm heroini 15 manata sata biləcəyini demiş, o da razılığını bildirmişdir. Telefon danışığı zamanı gəldikləri razılığa əsasən o, həmin gün Kamaləddinin yaşadığı küçəyə getmiş və həmin gün təxminən saat 12:00 radələrində həmin küçədə Kamaləddinin yaşadığı evin yaxınlığında ikilikdə görüşmüşlər. Həmin vaxt Kamaləddin cibindən 01 büküm heroin çıxarıb ona vermiş, o da həmin bir büküm heroinin müqabilində Kamaləddinə 15 manat pul vermişdir. Kamaləddin həmin pulu götürüb cibinə qoymuş və o, çıxıb getmişdir. Bundan bir qədər sonra yaşadığı Şəki şəhəri F.X.Xoyski küçəsində olduğu vaxt tanışı X9 ona salam vermiş yanından keçib getmiş, həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmiş və onun üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamağı barədə məlumatlarının olmasını bildirərək buna görə polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına etiraz etmədən polislərlə birlikdə Polis şöbəsinə getmiş, polis şöbəsinə gəldikdən sonra inzibati binanın girişində onun adını və soyadını qeydə almışlar. Daha sonra isə onu iş otaqlarından birinə aparmışlar. Orada olduğu zaman müstəntiq ona şübhəli şəxs qismində tutulacağını və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Müstəntiq ona Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, o da təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən vəkil Fərid Əliyevi seçmişdir. Daha sonra müstəntiq zəng edərək vəkil Fərid Əliyevi və üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparması üçün mütəxəssis dəvət etmiş, müdafiəçi Fərid Əliyev gəlib ona təqdim olunduqdan sonra müstəntiq onu şübhəli şəxs qismində tutmuş, bundan sonra müdafiəçi Fərid Əliyevin və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparmağa başlamışdır. Belə ki, müstəntiq əvvəlcə ona, müdafiəçi Fərid Əliyevə və digər iştirakçılara hüquq və vəzifələrini, həmçinin qanunda nəzərdə tutulmuş məsuliyyətlərini izah etmiş, sonra müstəntiq tərəfindən ona üzərində, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Bu zaman o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, həmin şalvarın sol yan cibindən pul əskinazlarını, əynindəki şalvarın sağ tərəfində olan ciblikdən Kamaləddindən aldığı, içərisində heroin olan həmin 01 ədəd gümüşü rəngli bükümü çıxarıb masanın üzərinə qoymuş və bunlardan başqa üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir əşya aşkar olunmamışdır. Bundan sonra müstəntiq ondan üzərindən aşkar edilmiş, yəni şəxsi axtarış zamanı təqdim edərək masanın üzərinə qoyduğu əşyaları təqdim etməyini xahiş etdikdə, o, masanın üzərinə qoyduğu əşyaların özünə məxsus olduğunu bildirmişdir. Həmin 01 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə olması aşkar edilmiş, ondan üzərindən aşkar olunmuş həmin bükümün içərisindəki kütlə haqqında soruşulduqda, o, həmin kütlənin kokos, yəni narkotik vasitə olan heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə Kamaləddin adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra ona və digər iştirakçılara həmin 01 ədəd bükümdəki kütlənin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Bu zaman içərisində narkotik vasitə heroin olan həmin büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Üzərindən aşkar edilmiş digər əşyaları isə özünə qaytarılmışdır. Bundan sonra müstəntiq bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş, o, heç bir vəsatəti və etirazının olmadığını bildirib protokolu imzalamışdır. Bildirmişdir ki, o, bir neçə aydır ki, narkotik vasitə istifadə edir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımağında məqsədi özü istifadə etmək olmuşdur. Onun narkotik vasitə qəbul etməyindən və ya hadisə zamanı narkotik vasitəni üzərində saxlayıb, daşımağından nə ailə üzvlərinin, nə də başqa şəxslərin məlumatı olmamışdır. O, yuxarıda da qeyd edildiyi kimi narkotik vasitə istifadəçisidir. Lakin, o, bu müddət ərzində heç vaxt narkotik vasitə satmamış, o cümlədən, kiməsə pay formasında və yaxud bəxşiş kimi narkotik vasitə verməmişdir. O, həmin narkotik vasitəni Kamaləddindən alan zaman onların yanlarında və ya ətraflarında heç kim olmamışdır. Hal-hazırda evində və ya başqa bir yerdə narkotik vasitə saxlamır. Üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni aldığı Kamaləddin adlı tanışının həmin narkotik vasitəni haradan əldə etdiyini bilmir. O, Təqsirləndirilən şəxsdan narkotik vasitə alan zaman Kamaləddinə həmin pulu neçə manatlıq əskinaslar şəklində verməyini xatırlamır. O, əvvəllər törətdiyi cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və cəzasını çəkmişdir. Lakin, başqa heç bir cinayət əməlini törətməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə yaxud təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, polis leytenantıdır. Onun vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Bildirmişdir ki, “Şahin” adlı şəxsin Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, “Şahin” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə tərəfindən raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Alınmış əməliyyat məlumatına əsasən “Şahin” adlı şəxsin xx.xx.1985-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şahid5 olması müəyyən edilmiş və həmin tarixdə də tərəfindən Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Şahid5 cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin icazəsi ilə 14 iyun 2022-ci il tarixdə onun rəhbərliyi, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Fikrət Fikrətlinin, Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Ramaldan Məmmədovun iştirakları ilə əməliyyat qrupu yaradılmış, qrupun üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Göstərmişdir ki, həmin gün keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid5 yaşadığı evin yaxınlığında Şahid5 yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş, Şahinə narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demiş və Şahin razılığını bildirmişdir. Həmin vaxt Şahid5 yanında şəxsiyyəti ona sonradan məlum olan X10 da olmuşdur. Fariz Əhmədov onları görüb küçə boyunca qaçmağa başladığından üzərində narkotik vasitə ola biləcəyindən şübhələnərək arxasınca getmişlər. Bu zaman Fariz Əhmədov bir qədər qaçıb yerə yıxılmış, onlar da Farizin yanına çatıb, Farizə narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demiş və Fariz razılığını bildirmişdir. Bundan sonra onlar Şahid5 və Fariz Əhmədovu polis şöbəsinə gətirmiş və üstlərinə şəxsi axtarış keçirilib barələrində tədbir görülməsi üçün o, raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Fariz Əhmədovun üstünə şəxsi axtarış keçirilməsi müstəntiq Muradxan Zülfüqarova həvalə edilmiş, Şahid5 isə üstünə şəxsi axtarış keçirilməsi X13a həvalə edilmişdir. Şahid5 üstünə keçiriləcək şəxsi axtarışda iştirak etmək üçün Abdulla Xəlilovun iş otağına daxil olmuşdur. X13 öz xidməti iş otağında Şahid5 Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Şahid5 siyahıdakı vəkillərdən Fərid Əliyevi seçmişdir. Bir qədər sonra vəkil Fərid Əliyev gəlmiş, sonra Şahid5 şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Şahid5 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti vəzifəsində xidmət aparan Kamal Məmmədzadə dəvət edilmiş, daha sonra Kamal Məmmədzadə gəlmiş və Kamala hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi Fərid Əliyevin, onun, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Şahid5 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid5 təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bu zaman Şahid5 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, həmin şalvarın sol yan cibindən pul əskinazlarını, əynindəki şalvarın sağ tərəfində olan ciblikdən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb masanın üzərinə qoyub, üzərində başqa bir əşyanın olmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən Şahinin üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış və əlavə olaraq heç bir əşya aşkar olunmamışdır. Bundan sonra müstəntiq Şahindən üzərindən aşkar edilmiş əşyaları təqdim etməyini xahiş etdikdə, Şahin masanın üzərinə qoyduğu əşyaların özünə məxsus olduğunu bildirmiş, həmin 01 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə olması aşkar edilmiş, Şahindən üzərindən aşkar olunmuş həmin bükümün içərisindəki kütlə haqqında soruşulduqda, Şahin həmin kütlənin narkotik vasitə kokos olduğunu, həmin kütləni özü istifadə etmək məqsədi ilə Kamaləddin adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra ona və digər iştirakçılara həmin 01 ədəd bükümdəki kütlənin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, bu zaman içərisində narkotik vasitəyə bənzər kütlə olan həmin büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüş, Şahinin üzərindən aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır. Bundan sonra müstəntiq bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş və o, heç bir vəsatəti və etirazının olmadığını bildirib protokolu imzalamışdır. Həmçinin bildirmişdir ki, o, Şahid5 əvvəllər tanımamış, Şahinlə heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmamışdır, heç bir qohumluq əlaqəsi yoxdur. Şahid5 saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra Şahinə qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Onun vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Şəki şəhər sakini Şahid5 qanunsuz olaraq narkotik vasitə əldə edilməsi, daşınması və satışı ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid5 xx.xx.2022-ci il tarixdə Şəki şəhəri ərazisində saxlanılaraq Şəki ŞRPŞ-yə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı Şahid5 üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı Şahid5 həmin kütləni Şəki şəhər sakini olan “Kamaləddin” adlı şəxsdən aldığını bildirmişdir. “Kamaləddin” adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə təqdim edilməsi üçün İB-nin müstəntiqi Abdulla Xəlilov tərəfindən Şəki ŞRPŞ-yə əməliyyat tapşırığı verilmiş və həmin əməliyyat tapşırığının icrası ona həvalə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində “Kamaləddin” adlı şəxsin xx.xx.1967-ci il təvəllüdlü, Şəki şəhəri, Giləhli küçəsi ev 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs olması və yaşadığı ünvanın yaxınlığında olması müəyyən edilmişdir. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o və Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 Kəmaləddin Bədəlovun yaşadığı ünvan 5 ünvanındakı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və Kamaləddinə narkotik vasitə satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demiş, Təqsirləndirilən şəxs da razılaşdığı üçün onu polis şöbəsinə gətirib, Şəki ŞRPŞ-nin İB-yə təqdim etmişlər. Bildirmişdir ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi X13a həvalə edilmiş, X13 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmişdir. Bir qədər sonra vəkil Müdafiəçi gəlmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti vəzifəsində xidmət aparan Kamal Məmmədzadə dəvət edilmiş, daha sonra Kamal Məmmədzadə gəlmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra Müdafiəçi, onun, əməliyyat müvəkkili Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli uzunqol köynəyin sol döş cibindən 01 ədəd KGTEL markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu, əynindəki köynəyin qarın nahiyəsindən isə 01 ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa bir əşyanın olmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış və üzərindən heç bir əşya aşkar olunmamışdır. Bundan sonra müstəntiq Kamaləddindən üzərindən aşkar edilmiş əşyaları təqdim etməyini xahiş etdikdə, Kamaləddin 01 ədəd kibrit qutusunun içərisində 03 büküm narkotik vasitə olan kokos olduğunu bildirmiş, sonra həmin kibrit qutusu açıldıqda içərisində gümüşü rəngli 3 ədəd büküm olması müəyyən edilmiş, Kamaləddindən həmin bükümlərdəki kütlə haqqında soruşulduqda, Kamaləddin həmin kütlələrin kakos olduğunu, 1 həftə əvvəl “Yuxarı baş” deyilən ərazidəki Uşaq Xəstəxanasının yaxınlığındakı zibilliyin yanında yerdən kibrit qutusu tapdığını, içərisinə baxdıqda içərisində kakos olduğunu görüb, özü istifadə etmək üçün götürüb cibinə qoyaraq özü ilə götürdüyünü bildirmişdir. Bütün bunlardan sonra müstəntiq Kamaləddinə xx.xx.2022-ci il tarixdə Şahid5 şəhər ərazisində saxlanılıb polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 1 bükümdə içərisində Şahinin özünün deməsinə görə narkotik vasitə olan kakos aşkar edilərək götürüldüyünü, Şahinin həmin narkotik vasitəni Kamaləddin adlı şəxsdən aldığını bildirdiyini, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Kamaləddin adlı şəxsin onun olmağı barədə əməliyyat məlumatı daxil olduğunu bildirib, bu haqda nə bildirə bilməyi soruşulduqda, Təqsirləndirilən şəxs həmin gün günortaya az qalmış, yaşadığı küçədə Şahinlə görüşdüyünü, Şahinə bir büküm narkotik verdiyini, Şahinin də həmin narkotikin əvəzində ona 15 manat pul verdiyini bildirmişdir. Bundan sonra ona və digər iştirakçılara Kamaləddinin üzərindən aşkar edilmiş həmin kibrit qutusunun qablaşdırılacağı bildirilmiş, bu zaman Kamaləddinin üzərindən aşkar edilmiş, içərisində 03 ədəd büküm olan həmin 01 ədəd kibrit qutusu içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra Kamaləddinin üzərindən aşkar olunmuş 01 ədəd KGTEL markalı mobil telefon bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüş, Kamaləddinin üzərindən aşkar edilmiş digər əşyalar isə özünə qaytarılmışdır. Bundan sonra müstəntiq bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş və o, heç bir vəsatəti və etirazının olmadığını bildirib protokolu imzalamışdır. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmamışdır, həmçinin heç bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 şahid qismində dindirilən zaman oxşar məzmunda ifadə verərək X11 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 14 iyun 2022-ci il tarixli protokolda göstərilmişdir ki, 14 iyun 2022-ci tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsində Şahid5 üstünə şəxsi axtarış keçirilən zaman onun əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan, həmin şalvarın sol yan cibindən pul əskinazları, əynindəki şalvarın sağ tərəfində olan ciblikdən içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd gümüşü rəngli büküm aşkar olunmuş, həmin vaxt Şahid5 gümüşü bükümün içərisindəki kütlənin narkotik vasitə kokos olduğunu, həmin kütləni özü istifadə etmək məqsədi ilə Kamaləddin adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra 01 ədəd gümüşü büküm qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Şahid5 özünə qaytarılmışdır. (İ cild. i/v-55-65) İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild. i/v-126-128) İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 14 iyun 2022-ci il tarixli protokolda göstərilmişdir ki, 14 iyun 2022-ci tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli uzunqol köynəyin sol döş cibindən 01 ədəd KGTEL markalı mobil telefon, 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu, əynindəki köynəyin qarın nahiyəsindən 01 ədəd siqaret qutusu aşkar olunmuş, həmin 01 ədəd kibrit qutusu açıldıqda içərilərində narkotik vasitəyə bənzər kütlələr olan 3 ədəd gümüşü rəngli büküm olması müəyyən edilmiş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələrin kakos olduğunu, 1 həftə əvvəl “Yuxarı baş” deyilən ərazidəki Uşaq Xəstəxanasının yaxınlığındakı zibilliyin yanında yerdən kibrit qutusu tapdığını, içərisinə baxdıqda içərisində kakos olduğunu görüb, özü istifadə etmək üçün götürüb cibinə qoyaraq özü ilə götürdüyünü bildirmişdir. Həmçinin, həmin zaman Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şahid5 saxlanılıb polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zamanı üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütləni Kamaləddin adlı şəxsdən aldığını bildirməsi haqqında məlumat verildikdə, Təqsirləndirilən şəxs həmin gün yaşadığı küçədə Şahinlə görüşüb, bir büküm narkotik verdiyini, Şahinin də həmin narkotikin əvəzində ona 15 manat pul verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində 03 ədəd büküm olan həmin 01 ədəd kibrit qutusu və 01 ədəd KGTEL markalı mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. (İ cild i/v-141-151) İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizanın 15 iyun 2022-ci il tarixli 17/486 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Şahid5 üzərinə şəxsi axtarış keçirilən zaman...” sözləri yazılmış və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,045 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman...” sözləri yazılmış və imzalar olan zərfin içərisindəki 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,113 qram, 0,146 qram və 0,092 qram, ümumi çəkiləri - 0,351 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. 0.045 qram heroindən tədqiqata 0.02 qram sərf edilmiş 0.025 qram qalıq qalmışdır. Həmçinin 0.351 qram heroindən tədqiqata 0.15 qram sərf edilmiş 0.201 qram qalıq qalmışdır. Ekspertiza xərci 69.10 manat təşkil edir. (İ cild. i/v-161-164) İşdə olan Şəki rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixli, 4(075)-71/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İİ cild, səh 18-21) İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın 21 iyun 2022-ci il tarixli 887 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsindən yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (İİ cild, səh 83) İşdə olan mobil telefona baxış keçirilməsi haqqında 20 avqust 2022-ci il tarixli protokolda görünür ki, Təqsirləndirilən şəxs məxsus olan KGTEL markalı mobil telefona baxış keçirilmişdir. mobil telefona baxış keçirilən zaman əvvəlcə “Menu” hissəsindəki “Messaging”, “Organizer”, “Phonebook”, “Opera Mini”, “Settings”, “Multimedia”, “KGTEL Zone”, “Services” adlı hissələrə baxış keçirilsə də əhəmiyyət kəsb edə biləcək heç bir şey aşkar olunmadı. “Call center” adlı hissəyə daxil olunduqda “Call logs” bölümündəki “All calls” adlı hissədə müxtəlif mobil nömrələrdən daxil olan və çıxan zənglərə dair qeydiyyatın olması müəyyən olundu. Həmin zənglər nəzərdən keçirilən zaman xx.xx.2022ci il tarixdə +**********91 nömrəsi ilə əlaqə saxlanılması müəyyən olundu. Həmin vaxt Təqsirləndirilən şəxs mobil telefonundakı +**********91 nömrəsinin hadisə zamanı narkotik vasitə olan heroini satdığı Şahid5 məxsus olduğunu, hadisə zamanı Şahid5 ilə həmin nömrə vasitəsi ilə danışdığını bildirdi. Həmin telefon danışığının təfərrüatlarına baxıldıqda müəyyən olundu ki, +**********91 nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 11:23-də danışılması və 18 saniyyə danışıq aparlmışdır. Təqsirləndirilən şəxs Şahid5 ilə +**********91 nömrəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə apardığı telefon danışığının təfərrüatları soruşulduqda, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şahid5 +**********91 nömrəsi vasitəsi ilə onunla danışan zaman Şahin ona bədənində ağrılar olduğundan narkotik vasitə olan heroinə ehtiyyacının olduğunu bildirib, heroin əldə etməkdə ona kömək edə bilib-bilməyəcəyini soruşmuş və zaman o, özündə heroin olduğunu, Şahinə də verə biləcəyini bildirmişdir. Həmin telefon danışığı zamanı gəldikləri razılığa əsasən həmin gün təxminən saat 12 radələrində onun yaşadığı küçədə Şahinlə görüşmüşdür. (İİ cild i/v- 91-93) İşdə olan xx.xx.2022-ci il tarixli, Şəki şəhər İHB-nın “Yuxarı baş” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 103 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 5 ünvanında yaşayır. Kəmaləddin Bədəlov barəsində daxil olmuş xasiyyətnamədən görünür ki, o, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Onun barəsində məhəllə nümayəndəliyinə şifahi və ya yazılı şikayət daxil olmamışdır. (İİ cild, səh 98-100) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Xalq Məhkəməsinin xx.xx.1995ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 227-ci maddəsinin 1-ci hissəsi və 55-ci maddələri ilə təqsirli bilinib 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin hökmlə narkomaniyadan məcburi müalicə təyin edilmişdir. xx.xx.1997-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Təqsirləndirilən şəxs Şəki Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 2-ci hissəsi, 227-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 38 və 55-ci maddələri tətbiq edilərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 07 ay 09 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. - Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsi tətbiq edilərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilərək 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İİ cild, i\v-102-103) İşdə olan Şəki rayonu X1 ŞRPŞ-nə daxil olmuş xx.xx.2022-ci il tarixli, 847 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İİ cild, i\v-110) İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 327 №-li məktubunda göstərilmişdir ki, Şəki şəhəri, Giləhli küçəsi ev 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki şəhər Mərkəzi Xəstəxanasının PHŞ-in həkim narkoloqu tərəfindən göndərilən siyahıya əsasən, xx.xx.2008-ci il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları. Asılılıq sindromu.” diaqnozu üzrə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durur. (İİ cild. i/v-111) İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizanın 21 iyun 2022-ci il tarixli, 398 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (İİ cild. i/v-112- 113) İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(075)-2/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Şəki Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (İİ cild. i/v-115-123) İşdə olan əməlliyyat tapşırığınının xx.xx.2022-ci il tarixli, 189-25365-1222 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, əməliyyat tapşırığının icrası istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs sözügedən cinayətin törədilməsində başqa şəxs və ya şəxslərlə əlbir olmaması, Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirak etməməsi, Təqsirləndirilən şəxs və Şahid5 arasında ədavət, düşmənçilik və ya başqa qərəzli münasibətin olmaması müəyyən olunmuşdur. Həmçinin, bir sıra tədbirlər keçirilsə də Təqsirləndirilən şəxs Şahid5 satdığı narkotik vastə olan heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə videoçəkilişi əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti səmimi etiraf etmişdir. Həmçinin işdə olan Şahid5 Şəki ŞRPŞ-də aparılan istintaq zamanı üzərində videoçəkilişlə axtarış keçirilən və Təqsirləndirilən şəxs ilə üzləşmə aparılmasını əks etdirən “CD” diskdəki görüntülərdən məlum olur ki, Şahid5 əldə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 01 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan 0,045 qram çəkidə narkotik vasitə olan heroini 15 manat pul müqabilində tanışı Şahid5 qanunsuz olaraq satması tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın narkotik vasitə olan heroinin qanunsuz olaraq satması hissəsində qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan heroinin satılması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi üzrə verilmiş ittihama münasibət bildirərək qeyd edir ki, hər hansı əməlin cinayət hesab edilməsi həmin əməli törədən şəxsin barəsində mühüm cinayət-hüquqi nəticələr törətdiyindən cinayət-hüquqi məsuliyyətə səbəb olan hansı hərəkət və ya hərəkətsizlik, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir. Cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindən və Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Lakin ibtidai istintaq orqanı onun əməlini Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə tövsif etməkdə səhvə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs verilən ittihamdan görünür ki, o, qəsdən, tamah niyyəti və satış məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarında, 0,045 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı, Şəki şəhəri, Giləhli küçəsi ev 4 ünvanında yerləşən evin yaxınlığında 01 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan həmin 0,045 qram çəkidə narkotik vasitə olan heroini 15 manat pul müqabilində tanışı Şahid5 satmış, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 14 iyun 2022-ci il tarixdə, saat 12:30 radələrində Şəki şəhəri, X20 küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X18 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ tərəfində olan ciblikdən həmin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,045 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 0,351 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyun 2022-ci il tarixdə, saat 17:30 radələrində yaşadığı Şəki şəhəri, Giləhli küçəsi ev 4 ünvanında yerləşən evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X18 prospekti 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda, 03 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,113 qram, 0,146 qram və 0,092 qram, ümumi təmiz çəkisi 0,351 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin 0.045 qram hissəsini Şahid5 satdıqdan sonra qalmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 0,351 qram çəkidə narkotik vasitə hesab edilən heroini qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan özünün şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımış, 14 iyun 2022-ci il tarixdə saat 17:30 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X3 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş Şəki şəhəri, Giləhli küçəsi ev 4 ünvanında yerləşən evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X18 küçəsi 1 ünvanında yerləşən Şəki ŞRPŞ-nın inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq üzərinə həmin gün videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda, 03 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,113 qram, 0,146 qram və 0,092 qram, ümumi təmiz çəkisi 0,351 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində saxlayaraq daşımış olduğu cəmi 0.396 qram narkotik vasitə olan heroinin 0.045 qram hissəsini 14 iyun 2022-ci il tarixdə 15 manat müqabilində Şahid5 satmış, yerdə qalan cəmi 0.351 qram hissəsi isə elə həmin tarixdə onun üzərində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən ittihama görə o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə etmə, saxlama, daşıma cinayətini, həmçinin qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən heroin əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham öz-özlüyündə ziddiyyətlidir. Belə ki, tamah niyyətinin olması narkotik vasitənin yalnız satış məqsədi ilə əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərməni nəzərdə tutur. Tamah niyyətinin olması narkotik vasitəni satış məqsədi olmadan əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı istisna edir. Belə ki, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıdığı narkotik vasitənin bir hissəsini sataraq yerdə qalan hissəsini daşıyan şəxsin əməlinin həm Cinayət Məcəlləsinin 234.2, həm də həmin Məcəllənin 234.1-ci maddələrinə tövsif edilməsi həmin şəxsin vəziyyətinin ağırlaşdırılmasına gətirib çıxarır və bu da yol verilməzdir. Çünki, şəxsin şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində daşıması, onun həm də satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşıması kimi əməlini də ehtiva edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki vəziyyətdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yanaşı, ona həm də həmin Məcəllənin 234.1-ci maddəsi ilə ittiham verilməsi qanuni hesab edilə bilməz. Əks hal eyni əmələ görə şəxsin Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təkrarən cəzalandırılması ilə nəticələnəcəkdir. Bu isə Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinin tələblərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əhatə olunur, bu səbəbdən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlində CM-nin 234.2-ci maddəsi üzrə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun bunda təqsirli olması tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməlinin Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilməsi daha düzgündür. Həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqdini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Onun əməlinin əlavə olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd edilən cinayət əməlini törətməməsi ilə bağlı gətirdiyi arqumentlərə tənqidi yanaşır və hesab edir ki, bu arqumentlər onun özünün müdafiəsi üçün gətirilmiş dəlilərdir. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində, üzərində videoçəkiliş vasitəsilə baxış keçirilən zaman, həmçinin Şahid5 ilə üzləşmə aparılarkən videoçəkilişdə heç bir etiraz etmədən bəhsi keçən cinayət əməlini törətdiyini etiraf etmişdir. Həmçinin məhkəmə iclasında ona ünvanlanan suallara cavabında bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən o Şəki rayon prokurorunun yanına aparılmış, prokuror onu sorğu-sual etmişdir. Lakin həmin zaman o prokurora polislərin onu hazırkı cinayəti etməsini boynüna alması ilə bağlı ona psixi və fiziki təsirlər edilməsi ilə əlaqədar qanunsuzluqlarından bəhs etməmişdir. Həmçinin bundan sonra onu məhkəməyə aparmışlar. Hakim barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən də qeyd olunanlarla bağlı məhkəməyə bir şey söyləməmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən qəsdən əldə edərək özündə saxladığı narkotik vasitə olan heroini tamah niyyətilə satması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və onun İİİ qrup əlil olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən eyni xarakterli cinayət əməli törətməyə görə əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmişdir ki, bu da onun hazırkı əməlinə münasibətdə cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən məhkəmə residivə görə cəza təyin edərkən əvvəllər törədilmiş cinayətlərin sayını, xarakterini, ağırlığını və nəticələrini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan halları, habelə yeni cinayətin xarakterini, ağırlığını və nəticələrini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə təyin edilmiş cəza həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin sanksiyasında daha ciddi cəzanın yuxarı həddi kimi 7 (yeddi) il müddətinədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Odur ki, CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq cəza onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin yarısından, yəni 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından az ola bilməz. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü madəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. İşdə olan tələbnamədən də aydın olduğu kimi Təqsirləndirilən şəxs 1999-cu ildən etibarən eyni xarakterli əməli törətməsinə görə ardıcıl olaraq 5 dəfə (1995-ci, 1999-cu, 2008-ci, 2016-ci və 2020-ci illərdə) azadlıqdan məhrum edilməklə məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndirildiyi CM-nın 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən, narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakı ilə bağlı onun əvvəllərdə dəfələrlə məhkum olunmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ədalətli həddə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs İİİ qrup əlil olması nəzərə alınaraq narkomaniyadan məcburi müalicə təyin olunmamalı və onun Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd zərfin içərisində tədqiqata sərf edildikdən sonra qalan, təmiz çəkisi 0,201 qram olan heroin, həmçinin Şahid5 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd zərfin içərisində tədqiqata sərf edildikdən sonra qalan, təmiz çəkisi 0,025 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. İşdə olan 03 ədəd videoçəkilişlər olan disklər cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. 69,10 (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X5, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı müddəalar ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək dörd il, altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 14 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs İİİ qrup əlil olması nəzərə alınaraq narkomaniyadan məcburi müalicə təyin olunmasın və onun Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd zərfin içərisində tədqiqata sərf edildikdən sonra qalan, təmiz çəkisi 0,201 qram olan heroin, həmçinin Şahid5 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd zərfin içərisində tədqiqata sərf edildikdən sonra qalan, təmiz çəkisi 0,025 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. İşdə olan 03 ədəd videoçəkilişlər olan disklər cinayət işinin materiallarında (əlavə edilməklə) saxlanılsın. İş üzrə mülki iddia, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. 69,10 (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X5, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi, təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar