Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-96/2025 05.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Şəki rayonu, Qayabaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(075)- 12/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İrəli sürülmüş ittiham, onunla bağlı izahat və ifadələr: Təqsirləndirilən şəxs qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, ittiham aktına əsasən o, həmkəndlisi Zərərçəkmiş şəxs 7150 (yeddi min bir yüz əlli) manat pul müqabilində onun və oğlu Şahid3 xəstəlikləri ilə əlaqədar pensiyaya çıxmalarına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib, onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 22 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 36A ünvanında yerləşən "xxxx" KB ASC-nin Mingəçevir şəhər filialının qarşısında Zərərçəkmiş şəxs özündən 7000 (yeddi min) manat, 2022-ci ilin dekabr ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 21 radələrində Şəki rayonu, Qayabaşı kəndində onun cinayətkar qəsdindən məlumatı olmayan qardışı X3 vasitəsi ilə 100 (yüz) manat, bundan təxminən iki gün sonra, 2022-ci ilin dekabr ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki rayonu, Qayabaşı kəndində onun cinayətkar qəsdindən məlumatı olmayan qardışı X3 vasitəsi ilə 50 (əlli) manat olmaqla ümumilikdə xeyli miqdar təşkil edən 7150 (yeddi min bir yüz əlli) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda, yəni 7150 (yeddi min bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin oktyabr ayında həmkəndlisi Zərərçəkmiş şəxs ona Bakı şəhərində əməliyyat olunduğunu bildirmiş və xəstəliyi ilə bağlı pensiyaya çıxmasına köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Məhərrəmə maraqlanıb ona bir söz deyəcəyini bildirmişdir. Pensiyaya çıxma qaydalarını bildiyinə görə, bundan sonra kompyuterdə beynəlxalq xəstəliklər təsnifatında xəstəlik kodlarına, yəni hansı xəstəliklərə görə pensiya düşməsinə baxmışdır. Bu zaman Məhərrəmə ayağından əməliyyat olunub ayağına mil qoyulmasına görə də pensiya düşdüyünü görmüş, sonadan Məhərrəmlə görüşəndə ona maraqlandığını, ona xəstəliyi ilə əlaqədar pensiya düşdüyünü, lakin buna görə 4000 manat pul vermək lazım olduğunu, həmin pulu verəcəyi halda onu 1-ci qrup əlillik dərəcəsinə görə pensiyaya çıxara biləcəyini demişdir. Məhərrəm də razılaşmış, ona hazırda pulu olmadığını, yaxın günlərdə banklardan birindən kredit alıb ona xəbər verəcəyini bildirmişdir. Təxminən 2-3 gündən sonra Məhərrəm ona zəng edərək, oğlu Mehdinin də xəstəliyi ilə əlaqədar 2-ci qrup əlillik almasına köməklik etməsini xahiş etmişdir. Məhərrəmə maraqlanıb ona bir söz deyəcəyini demişdir. Məhərrəm ona oğlunun gözündən müalicə alması ilə bağlı sənədlərini verdiyi üçün kompyuterdə yenə beynəlxalq xəstəliklər təsinifatında xəstəlik kodlarına baxmış və Mehdinin də gözləri zəif gördüyünə görə ona da pensiya düşməsini öyrənmişdir. Ona görə sonradan Məhərrəmə zəng vurub oğluna da İİ qrup əlillik pensiyası almağa köməklik edə biləcəyini, buna görə 3000 manat pul verməli olduğunu demişdir. Məhərrəm də həmin pulu verməyə razılaşmışdır. Bir neçə gündən sonra Məhərrəmin və oğlunun pensiya işi ilə bağlı söhbət etmək üçün onun evinə getmişdir. Məhərrəm ona özünün və oğlunun pensiya məsələsi üçün nəğd pulu olmadığını pulu bankdan götürüb verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Məhərrəm birlikdə Mingəçevir şəhərinə bankdan kredit almağa getmələrini xahiş etdiyi üçün onun avtomobili ilə Mingəçevir şəhərində yerləşən Unibanka getmişdir. Məhərrəm həmin bankdan öz adına kredit götürmüşdür. Məhərrəm həmin bankdan 5800 manat kredit götürmüş və həmin pulun üzərinə özündə olan 1200 manat pulu qoyub ona cəmi 7000 manat pul vermişdir. Özünə pul lazım olduğu üçün yalandan Məhərrəmə bankın qarşısında gözləməsini, onun və oğlunun işini həll etməyə başlamaq üçün pulu tanışına verib qayıdacağını bildirmişdir. Məhərrəmdə razılaşıb bankın qarşısında dayanmışdır. Məhərrəmdən aralanıb bir qədər Mingəçevir şəhərində gəzmiş, təxminən yarım saatdan sonra Məhərrəmin yanına qayıdıb ona aldığı 7000 manat pulu tanışının kartına köçürdüyüynü, narahat olmamasını yaxın vaxtlarda tanışının onun və oğlunun pensiya işini həll edəcəyini demişdir. Məhərrəm də ona minətdarlığını bildirdi. Bundan sonra Məhərrəmin avtomobilinə əyləşib birlikdə yaşadıqları Şəki rayonu Qayabaşı kəndinə qayıtmışlar. Bundan başqa 2022-ci ilin dekabr ayında Məhərrəm ona zəng edib evinə çıxarış almaqda köməklik etməsini xahiş etmişdir. Razılaşdığı üçün Məhərrəm də sənədləşmə işlərini aprarması üçün ona etibarnamə verəcəyini demişdir. Sonra Məhərrəm ona sənədləşmə işlərini aparması üçün Oğuz rayon natoriat kontorunda etibarnamə vermişdir. Məhərrəmin tapşırığına əsasən əvvəlcə onun adına olan qaz sayğacını onun oğlu Mehdinin adına keçirmişdir. Həmin işləri görməsi üçün Məhərrəmdən 100 manat pul almışdır. Həmin pulun bir hissəsini qaz sayğacının rüsumuna və gediş-gəlişə xərcləmişdir. Sonra Məhərrəmin xahişi ilə işıq sayğacını da onun adından oğlu Mehdinin adına keçirmişdir. Həmin işə görə də Məhərrəmdən 100 manat almışdır. Pulun bir hissəsini qaz sayğacının rüsumuna, qalan hissəsini yol xərclərinə istifadə etmişdir. Bundan başqa telefon və internetin Məhərrəmin adından oğlu Mehdinin adına keçirilməsi üçün bir dəfə 50, bir dəfədə 40 manat pul alıb həmin işləri görmüşdür. Eyni zamanda Məhərrəmdən borc olaraq 100 manat pul almışdır. 2023-cü ilin yanvar ayında Məhərrəm ona zəng edib, özünün və oğlunun pensiya işi ilə maraqlanan zaman ona narahat olmamasını, onun və oğlunun işini həll etdiyini, sənədləşmə işləri aparıldığını, hazır olan kimi ona xəbər verəcəyini demişdir. Sonradan da Məhərrəm özünün və oğlunun pensiyası ilə bir neçə dəfə maraqlandığı üçün hər dəfə ona sənədləşmə işləri getdiyini bildirmişdir. Sonuncu dəfə Məhərrəm pensiya işi ilə maraqlananda məcbur qalıb ona oğlunun işinin alınmadığını, pulunu qaytaracağını bildirmişdir. Lakin pulu olmadığı üçün Məhərrəmdən oğlunun pensiya işini həll etmək üçün aldığı pulu qaytara bilməmişdir. 2023-cü ilin may ayında Məhərrəm yaşadıqları evə gələrək anasına onun pulunu vermədiyini, ona görə oğlundan gedib polisə şikayət edəcəyini demişdir. Anası da Məhərrəmə bankda gecikməsi olduğu üçün ona kredit verilmədiyini, öz adına kredit alıb pulunu götürməsini, aldığı kredit borcunun oğlunun ödəməsini təklif etmişdir. Məhərrəm də razılaşmışdır. Ona görə xx.xx.2023-cü il tarixdə Məhərrəmlə birlikdə Mingəçevir şəhərinə getmişlər. Məhərrəm "xxxx"dan öz adına 12.500 manat kredit almış və həmin pulun 8250 manatı ilə əvvəl alıb ona verdiyi pulun kreditini bağlamışdır. Qalan 4250 manatın 1200 manatını özü götürmüş, 3050 manat isə kəndlərinə qayıtdıqdan sonra anasına vermişdir. Həmin vaxt anası ilə birlikdə Məhərrəmə onun bankdan aldığı 12.500 manat kreditini aylıq ödənişini hər ay vaxtında ödəyəcəklərinə söz vermişlər. Sonradan maddi imkanı olmadığı üçün Məhərrəmin alıb ona verdiyi kreditin aylıq ödənişini ödəyə bilməmişdir. 2023-cü ilin iyul ayının sonlarında özünə pul lazım olduğu üçün anası Məhərrəmə zəng edib ondan 200 manat borc verməsini xahiş etmişdir. Məhərrəm də razı olduğu üçün Məhərrəmin evinə gedərək ondan 200 manat borc pul almışdır. Həmin puluda bu günə kimi qaytara bilməmişdir. Sonradan krediti ödəyə bilmədiyi üçün Məhərrəm üç ay özü krediti ödəmişdir. 2023-cü ilin noyabr ayından Məhərəmin kredit alıb onaverdiyi pulun aylıq ödənişini tam ödəyə bilməsədə həmin aydan etibarən bəzən ayda 300 manat, bəzən 150 manat, bəzən 100 manat, müxtəlif vaxtlarda yəni müxtəlif məbləğlərdə olmaqla bu günədək Məhərrəmin kreditinin 2667,48 manat olan hissəsini ödəmişdir. Zərərçəkmiş şəxs və oğlu Mehdini pensiyaya çıxarmaq üçün yalandan tanışı vəkilin vasitəsi ilə pensiyaya çıxaracağını demişdir. Həqiqətdə isə heç bir tanışı olmamışdır. Pul lazım olduğu üçün yalandan Məhərrəmə onu və oğlu Mehdini tanışının vasitəsi ilə pensiyaya çıxaracağını demişdir. Məhərrəmi və onun oğlunu xəstəlikləri ilə əlaqədar pensiyaya çıxmalarına köməklik edəcəyi adı ilə ondan cəmi 7150 manat pul almışdır. Belə ki, həmin pulun 7000 manatını Mincəçevir şəhərində özü Məhərrəmdən almışdır. 2022-ci ilin dekabr ayının ortalarında saat 21 radələrində Bakı şəhərinə Məhərrəmin pensiya işlərini həll etmək üçün qardaşı Pərvizi onun evinə göndərmiş, Məhərəm də qardaşı Pərviz vasitəsi ilə ona 100 manat pul vermişdir. İki gün sonra yenə eyni qaydada Məhərrəmdən qardaşı Pərviz vasitəsi ilə 50 manat pul almışdır. Zərərçəkmiş şəxs 7000 manat pulu alan zaman, yanlarında başqa şəxslər olmamışdır. Zərərçəkmiş şəxs oğlu Şahid3 vasitəsi ilə aldığı 40 manat pulu borc kimi almışdır. X6 100 manat, iki gün sonra isə 50 manat pul alan zaman onun həmin pulu Məhərrəmdən onları pensiyaya çıxarmaq adı ilə aldığını bilməmişdir. Pərviz onun həmin pulu Məhərəmdən borc kimi aldığını bilmişdir. Törətmiş olduğu əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yaşadıqları ev darısqal olduğu üçün 2022-ci ilin noyabr ayının əvvəllərində qərara gəlmişdir ki, 2022-ci ilin oktyabr ayında bud çanaq sümüyündən əməliyyat olunmuş, evinə gələndən sonra qohumları, qonşuları və tanışları ona baş çəkməyə gəlmişlər. O cümlədən oğlu Mehdinin sinif yoldaşı və həmkəndlisi olan Təqsirləndirilən şəxs bir neçə dəfə ona baş çəkməyə gəlmişdir. Söhbət zamanı İbrahim ona xəstəxanadan əməliyatı ilə əlaqədar pensiyaya çıxmağı üçün sənəd verilib-verilmədiyini soruşmuşdur. Həmin vaxt İbrahimə həkiminin ona sənəd verdiyini, həmin sənədləri təqdim edib xəstəliyi ilə əlaqədar İİİ qrup əlil kimi pensiyaya çıxa biləcəyini gemişdir.Bu zaman İbrahim ona Bakı şəhərində bir vəkil tanışının olduğunu, istəcəyi halda onunla danışıb ona İ qrup əllilik dərəcəsi almasına köməklik etməsini xahiş edəcəyini demişdir. İbrahimə həmin vaxt həkinin ona İİİ qrup əlillik düşdüyünü, İ qurup əlliyə düşmədiyini bildirmişdir. İbrahimdə ona tanış ilə danışıb ona bir söz deyəcəyini demişdir. İki gündən sonra İbrahim evinə gəlmiş, söhbət zamanı ona tanışı ilə danışdığını, tanışının onu İ qrup əlilliyə çıxarda biləcəyini, lakin bu işin həll olunması üçün 4000 pul istədiyini bildirmişdir.İbrahimə həmin vaxt dediyi məbləğdə pulu olmadığını bildirmişdir. Sonra İbrahimə demişdir ki,oğlu Mehdinində gözü görmür. Maraqlansın görsün onu da xəstəliyi ilə əlaqədar pensiyaya çıxarmaq olurmu.İbrahimdə ona maraqlanacağını demişdir. Bir neçə gündən sonra İbrahim evlərinə gəlib ona tanışı ilə danışdığını, oğlunu xəstəliyi ilə əlaqədar İİ qurup əliliyə görə pensiyaya çıxarda biləcəyini, bunun üçün 3000 manat pul lazım olduğunu demişdir. İbrahimə pulu olmadığını bildirsədə, İbrahim təkidlə narahat olmamasını, bankdan kredit götürməsini, 2022-ci ilin dekabr ayının sonuna kimi onun və oğlu pensiya işini həll edib kartlarını gətirib verəcəyini demişdir. Bundan sonra İbrahimin təklifi ilə razılaşmışdır.xx.xx.2022-ci il tarixdə İbrahimlə birlikdə Mingəçevir şəhərinə getmişdir.Mingəçevir şəhərində yerləşən Unibankdan 6000 kredit sifariş vermişdir. Bankda 200 manat komissiya haqqı çıxılandan sonra ona 5800 manat kredit verilmişdir. İbrahimdə kredit götürən zaman ona zamin durmuşdur. Həmin 5800 manat pulu üzərinə özündə olan 1200 manat pulu qoyub cəmi 7000 manat pul bankın qarşısında İbrahimə vermişdir. İbrahim pulu ondan alıb bu gün tanışına göndərməli olduğunu deyib ondan aralanıb getmişdir.Razılaşdıqları üçün 10-15 dəqiqədən sonra Mingəçevir şəhər bazardan İbrahimlə görüşmüşlər. İbrahim ona aldığı pulu tanışına göndərdiyini bildirmişdir.Bundan sonra İbrahimlə birlikdə yaşadıqları Qayabaşı kəndinə qayıtmışlar. Bundan başqa 2022-ci ilin dekabr ayının ortalarında İbrahim ona subsidya almağa köməklik edəcəyi adı ilə ondan 200 manat pul istəyən zaman ona subsidiya istəmədiyini bildirmiş və ona özünün və oğlunun pensiya işlərinə lazım olan sənədləri hazırlaması üçün 200 manat pul vermişdir. Sonra evinin qarşısında küçədə İbrahimə 200 manat pul vermişdir. Üç gündən sonra İbrahimin qardaşı Pərviz evinə gəlib, ona qardaşı İbrahimin 100 manat pul istədiyini bildirdiyi üçün İbrahimə zəng vurub ondan pulu nə üçün istədiyini soruşmuşdur. İbrahimdə ona pensiya işlərinin həlli üçün Bakı şəhərinə gedəcəyini və qardaşına 100 manat yol pulu verməsini demişdir. Razılaşdığı üçün İbrahimin qardaşına evinin həyətində 100 manat pul vermişdir. İki gündən sonra yenə İbrahimin qardaşı evlərinə gəlib qardaşı İbrahimin pul istədiyini dediyi üçün İbrahimə zəng edib onunla danışmışdır. İbrahim ona sənədlərin hazırlanması üçün 50 manat lazım olduğunu bildirdiyinə görə onun qardaşına evinin həyətində 50 manat pul vermişdir. 2022-ci ilin dekabr ayının sonlarında İbrahim qeydiyyatdan keçəmək üçün Şəki MRX-na aparmışdır. Yolda İbrahim ondan borc kimi 100 manat pul istədiyi üçün Oğuz rayonu, Yaqublu kəndinin qarşısında avtomobilində İbrahimə 100 manat pul vermişdir. Şəki RMX-na gəlib qeydiyyatdan keçib geri qayıtmışlar. Üç gündən sonra İbrahim evinə gəlib ondan borc kimi 100 manat pul istədiyi üçün evində ona 100 manat borc pul vermişdir. Bundan bir neçə gün sonra təxminən 2022-ci ilin dekabr ayının 25-də İbrahim ona zəng edib, pensiya işi ilə bağlı onun kartına 40 mant pul göndərməsini xahiş etdiyi üçün ona kart nömrəsini oğluna göndərməsini demişdir. Sonra Bakı şəhərində işləyən oğlu Mehdiyə zəng vurub İbrahimin göndərəcəyi karta 40 manat pul köçürməsini bildirmişdir. Oğlu da sonradan ona zəng vurub İbrahimin kartına 40 manat pul köçürdüyünü demişdir. İbrahimin dediyi vaxt tamam olanda ona zəng vurub pensiya işi ilə maraqlanan zaman İbrahim ona narahat olmamasını yaxın vaxtlarda işini həll edəcəyini bildirmişdir. Sonradan İbrahimin hər dəfə aldatdığını başa düşüb ona pensiyaya çıxmaq istəmədiklərini, aldığı pulu qaytarmasını demişdir. İbrahimdə ona bir həftəyə kimi pulunu qaytarıb verəcəyinə söz vermişdir. Sonradan İbrahim pulunu vermədiyi üçün onların evinə gedib onun anası Lyudmila ilə görüşmüşdür. Söhbət zamanı İbrahimin anasına oğlu İbrahimin onu və oğlu Mehdini pensiyaya çıxarmaq adı ilə aldadıb 7000 manat pulunu alıb nə onları pensiyaya çıxardığını, nə də pulunu qaytarmadığını,İbrahim pulunu qaytarmadığı halda ondan polisə şikayət edəcəyini demişdir. Lyudmila da ona oğlundan şikayət etməməsini, bankdan kredit alıb onun pulunu tam şəkildə verəcəyini demişdir. Lyudmilaya həmin vaxt bir söz deməmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Lyudmilaya zəng vurub pulunu istəmişdir. Lyudmilada ona bankda gecikməsi olduğuna görə kredit verilmədiyini bildirmiş və ona öz adına kredit alıb borcunu götürməsini hər ay aldığı kreditin ödənişini özünün ödəyəcəyini təklif etmişdir.Əvvəl razı olmasada sonradan razılaşmışdır.xx.xx.2023-cü il tarixdə Lyudmila, oğlanları İbrahim və Pərvizlə birlikdə Mingəçevir şəhərinə getmişlər. Unibankdan öz adına 12.500 manat kredit almışdır. Lyudmilada ona zamin durmuşdur. Pulu bankdan alandan sonra həmin pulun 8250 manatı ilə əvvəl aldığı pulun kreditini bağlamış, qalan pulun 4250 manatın 1200 manatını özü götürmüş,3020 manat isə kəndlərinə qayıtdıqdan sonra evində Lyudmilaya vermişdir. Lyudmila həmin pulu ondan borc kimi istədiyi üçün pulu ona vermişdir. Lyudmila və oğlanları ona aldığı 12.500 manat kreditin 655 manat aylıq ödənişini hər ay vaxtında ödəyəcəklərinə söz vermişlər. Krdeditin ödəniş vaxtı tamam olanda Lyudmila aldığı kreditin ödənişini 3 ay ödəmədiyinə görə məcbur qalıb kreditin ödənişini özü ödəmişdir. 5ci ay gələndə Lyudmila aylıq ödənişi hissə hissə ödəmişdir. Sonradan da Lyudmila təxminən 5-6 ay, alıb ona verdiyi kreditin aylıq ödənişini ödəsədə sonradan kreditin qalan hissəsini ödəməmişdir. Lyudmiladan kreditin qalan hissəsinidə ödəməsini tələb etmişdir. Lakin o, kreditin qalan hissəsini ödəmədiyi üçün İbrahimin barəsində polis şöbəsinə şikayət etmişdir. İbrahim ona özünü və oğlunu pensiyası çıxarmaq üçün Bakı şəhərində yaşayan tanış vəkilinin vasitəsi ilə pensiyaya çıxaracağına söz vermişdir. Lakin tanışının adını ona deməmişdir. Dəfələrlə İbrahimdən tanışının nömrəsini istəsədə, o dediyi tanışının telenfon nömrəsini ona verməmiş. Ona tanışının onu tanımadığını, ona görə onunla danışmayacağını demişdir. İbrahim onu və oğlunu xəstəlikləri ilə əlaqədar pensiyaya çıxmalarına köməklik edəcəyi adı ilə aldadıb ondan xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhərində yerləşən "xxxx"ın qarşısında cəmi 7000 manat, bundan başqa 2022-ci ilin dekabr ayının ortalarında saat 12 radələrində sənədlərini hazırlamaq adı ilə onu aldadıb yaşadığı evin qarşısında küçədə ondan 200 manat, 2022-ci ilin dekabr ayının ortalarında saat 21 radələrində Bakı şəhərinə işlərini görməyə gedəcəyi adı ilə ondan 100 manat pul istədiyi və qardaşı Pərvizi evinə göndərdiyi üçün yaşadığı evin həyətində onun qardaşı Pərvizə 100 manat, iki gün sonra yenə İbrahim pul istədiyi və qardaşı Pərvizə evinə göndərdiyi üçün evinin həyətində onun qardaşı Pərvizə 50 manat pul vermişdir. Həmçinin 25 dekabr 2022-ci il tarixdə İbrahim ona zəng vurub pensiya işləri ilə bağlı onun kartına 40 mant pul göndərməsini xahiş etdiyi üçün oğlum Mehdiyə zəng edib İbrahimin göndərcəyi kart hesabına 40 manat pul göndərməsini bildirmiş, oğlu Mehdi də işlədiyi Abşeron rayonu Mehdabad qəsəbəsindən İbrahimin kartına 40 manat pul göndərmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayının sonlarında İbrahim ondan 100 manat borc pul istədiyi üçün Oğuz rayonu, Yaqublu kəndinin qarşısında avtomobilində ona 100 manat, 2022-ci ilin dekabr ayının sonlarında İbrahim pulu olmadığı üçün ondan 100 manat borc pul istədi evində ona 100 manat,xx.xx.2023-cü il tarixdə təxminən 14 radələrində qaz, işıq pullarını ödəmək üçün ondan 200 manat borc pul istədiyi üçün yaşadığı evin həyətində İbrahimə 200 manat pul vermişdir. İbrahim onu və oğlu Mehdini xəstəlikləri ilə əlaqədar pensiyaya çıxarmaq adı ilə aldadıb ondan cəmi 7390 manat pul almışdır. Həmçinin İbrahim anası ondan 3020 manat borc pulmış, lakin o da aldığı 3020 manat borcunu qaytarmamışdır. Sonradan Lyudmila aldığı kreditin aylıq ödənişlərini 6 ay ödəsə də, sonradan kreditin qalan hissəsini ödəməmişdir. O, xx.xx.2026-cı il tarixli ərizəsini təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam həcmdə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, həyat yoldaşı əməliyyat olunub qayıtdıqdan sonra İbrahimlə əlaqə saxlamış və onlardan Məhərrəmin və oğlunun xəstəliyi ilə əlaqədar pensiyaya çıxmalarına köməklik etmək üçün 7000 manat pul istəmişdir. Oğlu gözdən əlilliyi olan şəxsdir. Oğlu ilə bağlı 3000, Məhərrəmlə bağlı 4000 manat pul istəmiş və pensiyaya çıxardacağını vəd etmişdir. Buna görə gedib Mingəçevirdən kredit götürüblər. Lakin bununla məsələ həll olunmadı. İbrahim tez-tez gəlib əlavə pullar istəyir və yalan vədlər verirdi. Sonradan isə İbrahimə zəng vurub aldığı pulu qaytarmasını bildirmişlər. İbrahim isə hər dəfə pulunu qaytaracağına söz versədə sonradan pulunu verməmişdir. Ona görə Məhərrəm İbrahimin anasına bu barədə məlumat verib ona oğlu İbrahim aldığı pulu qaytarmadığı halda ondan şikayət edəcəyini demişdir. İbrahimin anasıda şikayət edilməməsini və oğlu İbrahimin aldığı pulu kredit alıb qaytaracağına söz vermişdir. Bir müddət keçəndən sonra İbrahimin anası Lyudmila Məhərrəmə bankda gecikməsi olduğuna görə ona kredit verilmədiyini, ona görə öz adına kredit alıb pulunu götürməsini, hər ay aldığı kreditin ödənişini ödəyəcəyini təklif etmişdir. Məhərrəm razılaşdığı üçün Mingəçevir şəhərində Unibankdan Məhərrəmin adına 12000 manat kredit alıb İbrahimə verdiyi kreditə olan borcunu bağlamışdır. Həmçinin həmin vaxt bankdan götürdüyü puldan Lyudmila ondan borc pul istədiyi üçün Lyudmilaya 3000 manat borc pul vermişdir. İbrahimin anası onlara ödənişlərin edilməsi ilə bağlı kart vermiş lakin kartı yoxladıqda kartin boş olduğu məlum olmuşdur. Kreditin ödəniş vaxtı tamam olanda Lyudmila aldığı kreditin ödənişini ödəməmişdir. İlk üç ayın kreditini Məhərrəm ödəmişdir. Əvvəllər bu əməllərindən xəbərdar olmamışlar. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs İbrahimin anasıdır. İbrahimin atası 2014-cü ildə rəhmətə gedib. Onu çətinliklə böyüdüb. Hadisədən əvvəlcədən xəbəri olmamışdır. Məsələdən sonradan xəbərdar olmuşdur. Öz adına kredit götürə bilmədiyi üçü Məhərrəmdən onun öz adına kredit götürməsini xahiş etmişdir. Həmin borcu əvvəlcə ödəyə bilməmişdir. Başqa bankda borcu olduğu üçün 478 manat həmin borc üzrə ödəniş etmiş, bu kreditlə bağlı borcunu ödəyə bilməmişdir. Sonradan kartını Məhərrəmə göndərmiş, lakin onlar kartdan istifadə edə bilmədikləri üçün kartı özünə geri qaytarmışdır. Əvvəllər ibtidai sinif müəllimi kimi işləmiş, lakin sonra məktəbəqədər hazırlıq qruplarına keçmişdir. Buna görə maaşı da azalmışdır. Ona görə kreditin 2-3 aylıq ödənişini Məhərrəm özü ödəmişdir. Növbəti 6 ayını isə özü ödəmişdir. Sonradan problemləri olduğu üçün yenə kreditin aylıq ödənişini ödəyə bilməmişdir. Sonradan yenə Məhərəmin aldığı kreditin 4 ayının ödənişini ödəmişdir. Məhərəmin aldığı kreditin cəmi 10 ayının hər ay 300 manat olmaqla 3000 manat kredit borcunu ödəmişdir. Belə ki, Məhərrəmin aylıq kredit ödənişi 655 manat olsada, onun həmin pulu ödəməyə maddi imkanı olmadığı üçün hər ay 300 manat pul ödəniş etmişdir. Sonradan maddi imkanı olmadığı üçün Məhərrəmin kreditinin qalan hissəsini ödəyə bilməmişdir.Sonradan kredit ödənişini vaxtında ödəyə bilmədikləri üçün bank onlara qarşı məhkəmədə iddia qaldırmışdır.Məhkəmədə həmin iddiaya baxılmış və Məhərrəmin kredit alıb ona verdiyi pulun qalan hissəsinin onun tərəfindən ödənilməsi barədə qərar qəbul edilmişdir. May ayından etibarən hər ay 150 manat ödəniş etməyə İcra və Probasiya Şöbəsində razılaşmışlar. Oğlu bu hadisədən başqa kiməsə pensiya düzəltməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 2022-ci ildə qardaşı İbrahim ona zəng vurub Məhərrəm dayıdan 100 manat pulu alıb gətirməsini, bir azdan evlərinə gəlib pulu ondan götürəcəyini bildirmişdir. Ona görə Məhərrəm dayının evinə getmiş və ona onu yanına qardaşı İbrahimin göndərdiyini demişdir. Məhərrəm dayıda ona 100 manat pul verdiyi üçün həmin pulu gətirib evlərində qardaşı İbrahimə vermişdir. Bundan başqa iki gündən sonra qardaşı İbrahim yenə ona zəng edib, Məhərrəm dayı ilə danışdığını,Məhərrəmin ona 50 manat pul verəcəyini, həmin pulu ondan alıb evlərinə gətirməsini, evlərində pulu ondan alacağını demişdir. Bundan sonra Məhərrəmin evinə gedib ondan 50 manat pul alıb, həmin pulu gətirib qardaşı İbrahimə vermişdir. Qardaşından Məhərrəm dayıdan həmin pulu nə məqsədlə aldığını soruşmadığı üçün qardaşının həmin pulu ondan nə üçün aldığını bilməmişdir. Kiməsə sənəd düzəltməsi ilə bağlı məlumatı yoxdur.Sonradan Məhərrəm dayı onların evinə gəlmiş və İbrahimdən şikayət etmişdir. Sonradan qardaşı İbrahim, anası və Məhərrəm dayı ilə birlikdə Mingəçevir şəhərinə getmişlər. Məhərrəm dayı öz adına 12.500 manat kredit almış, anasıda ona zamin olmışdur. Məhərrəm dayı ilə razılaşmışlar ki, onun götürdüyü kreditin aylıq ödənişini ödəsinlər. Lakin sonradan maddi imkanları olmadığı üçün Məhərrəm dayının kreditinin ilk iki-üç ayının aylıq kredit ödənişini ödəyə bilməmişlər.Ona görə Məhərrəm dayı aylıq kredit ödənişini özü ödəmişdir.Bir müddət sonra Məhərrəm dayının aylıq kredit ödənişinin bir neçə ayını anası ödəmişdir. Sonradan yenə problemləri olduğu üçün yenə kreditin aylıq ödənişini ödəyə bilməmişlər. Bir il ərzində Məhərəm dayının aldığı kreditin 3000 manat olan hissəsini ödəmiş, qalan hissəsi isə ödənməmişdir. İbtidai istintaqında şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Abşeron rayonu, Mehdabad qəsəbəsində yerləşən “Lassa” şirkətində təkərçi işləməklə həmin qəsəbədə yaşamışdır.Həmkəndlisi və qonşusu olan İbrahimin atası Məhərrəmi və onu xəstəlikləri əlaqədar pensiyaya çıxarmaq adı ilə atasını aldadıb ondan 7000 manat pul almasından məlumatı olmamışdır. Snradan bilmişdir ki, atası onun və özünün xəstəliyi ilə əlaqədar pensiyaya çıxmalarına köməklik etmək üçün İbrahimə 7000 manat pul vermişdir. Bir dəfədə özü İbrahimin kartına 40 manat pul göndərmişdir. Belə ki, 2022-ci ilin dekabr ayının sonlarında atası ona zəng edib, İbrahimin göndərəcəyi karta 40 manat pul göndərməsini xahiş etmişdir. Ona görə həmin gün Mehdabad qəsəbəsində işlədiyi «Lassa» şirkətinin yaxınlığındakı «Oba» marketin içərisində quraşdırılan terminaldan Məhərrəmin ona göndərdiyi karta 40 manat pul köçürmüşdür. Az sonra atasına zəng edib ona bu barədə məlumat vermişdir. Həmçinin İbrahimin özünə zəng vurub kartına 40 manat pul göndərdiyini demişdir. İbrahimdə ona pulun çatdığını bildirmişdir. Ona görə İbrahimə göndərdiyi pulun qəbzini lazım bilmədiyi üçün atmışdır. 2023-cü ilin iyun ayında atası ona zəng edən zaman ona İbrahimin onun və özünün xəstəliyi ilə əlaqədar pensiya çıxarmağa köməklik edəcəyi adı ilə aldadaraq 7000 manat pul aldığını, lakin bu günə kimi nə onları pensiyaya çıxardığını, nə də pulunu qaytarmadığını demişdir. Həmin vaxt İbrahimin atasını və onu pensiyaya çıxarmaq adı ilə aldadıb atasından 7000 manat pulunu aldığını bilmişdir. Sonradan isə İbrahim atasını və onu xəstəlikləri ilə əlaqədar pensiyaya çıxmağa köməklik etmədiyinə görə atası ona zəng vurub aldığı pulu qaytarmasını bildirmişdir. İbrahim isə hər dəfə atasını aldadıb pulunu qaytaracağına söz versədə sonradan atasının pulunu verməmişdir. Ona görə atası İbrahimin anasına bu barədə məlumat verib ona oğlu İbrahim aldığı pulu qaytarmadığı halda ondan şikayət edəcəyini demişdir. İbrahimin anasıda atasından şikayət etməməsini və oğlu İbrahimin aldığı pulu kredit alıb qaytaracağına söz vermişdir. Bir müddət keçəndən sonra İbrahimin anası Lyudmila atası Məhərrəmə bankda gecikməsi olduğuna görə ona kredit verilmədiyini, ona görə öz adına kredit alıb pulunu götürməsini, hər ay aldığı kreditin ödənişini ödəyəcəyini təklif etmişdir. Atasıda razıladığı üçün Mingəçevir şəhərində Unibankdan öz adına 12.500 manat kredit alıb İbrahimə verdiyi kreditə olan borcunu bağlamışdır. Həmçinin həmin vaxt bankdan götürdüyü puldan Lyudmila ondan borc pul istədiyi üçün Lyudmilaya 3000 manat borc pul vermişdir. Lakin kreditin ödəniş vaxtı tamam olanda Lyudmila atasının aldığı kreditin ödənişini ödəməmişdir. Atasıda məcbur qalıb krediti özü ödəmişdir. Ona görə atasda İbrahim barəsində polis şöbəsinə şikayət etmişdir. Atasının onun və özünün pensiya çıxması ilə bağlı İbrahimlə özünün söhbət etdiyini, bu barədə əvvəlcədən məlumatı olmadığını, lakin atasının deməsinə görə İbrahimin onu və atasını Bakı şəhərində yaşayan tanışı olan vəkilin vasitəsi ilə xəstəlikləri ilə əlaqədar pensiyaya çıxaracağına söz verdiyini, lakin İbrahimın atasına tanışının kim olduğunu demədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması və istintaqının aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır.(İş v. 1) - xx.xx.2023-cü il tarixdli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarda göstərilənlərə əsasən HK-1/2254 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, X2 aylıq kredit ödənişin vaxtında ödənilməməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisənin mülki xarakterli olması və ona mülki qaydada məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir.(İş v.33-34) - xx.xx.2025-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə yoxlama aparılması üçün qaytarılması barədə qərardan görünür ki, həmin qərarla Şəki ŞRPŞ-nin İstintaq bölməsində toplanmış HK-1/2254-23 nömrəli material üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilməsi, həmin material əlavə araşdırma aparılması üçün Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinə göndərilmişdir.(İş v. 41-43) - Şəki şəhər İcra Başçısının Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan və xasiyyətnaməndən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İş v. 91-92, 138) - İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.3cü maddəsi ilə xitam verilmiş, həmçinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. (İş v. 131-132) - Cinayət işinə əlavə edilmiş Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 619 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur.(İş v. 168) - Şəki Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(075)-12/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. (İş v. 174-186) - Sorğuya cavab olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Şəki Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 ( on bir) ay 26 (iyirmi altı ) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzaslnln 12 noyabr 2025-ci il tarixədək çəkilməmiş qalan hissəsi 01 (bir) il 10 (on) ay 16 (on altı) gündür. Məhkumun qeydiyyata alındığl 02 oktyabr 2025-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 01 (bir) ay 10 (on) gününü çəkmişdir. - Sorğuya cavab olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərar tətbiq edilmiş və o, xx.xx.2026-cı il tarixli amnistiyanın tətbiq edilməsi ilə bağlı qərarla yuxarıda qeyd olunan məhkəmə hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. - Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam həcmdə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətə meyilli şəxs olmuş, hazırki vaxtadək Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə barəsində 1 dəfə məhkəmə tərəfindən hökm çıxarılmışdır. Həmin hal məhkəmə tərəfindən onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Həmin Qərara əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzim etməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyin etmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(075)-12/2025 saylı hökmü ilə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla, Təqsirləndirilən şəxs 04 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, “Konstitusiya və Suverenlik İli” münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərar tətbiq edilməklə, Təqsirləndirilən şəxs cəzadan azad edilməsi nəzərə alınmaqla, həmin cəza təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 il azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasının icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(075)-12/2025 saylı hökmü ilə təyin edilmiş 01 il (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla, Təqsirləndirilən şəxs 04 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə, Təqsirləndirilən şəxs cəzadan azad edilməsi nəzərə alınmaqla, həmin cəza təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №1(075)-96/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-96/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver