Məhkəmə qərarları › İş №1(075)-99/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-99/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-99/2023 28.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin mart ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 24 radələrində Zərərçəkmiş şəxs məxsus Şəki şəhəri, 123-cü kvartalda yerləşən fərdi yaşayış evinin mişar daşları ilə hörülmüş hasarının üzərindən keçib qanunsuz olaraq saxlanc yeri hesab edilən həyətə daxil olduqdan sonra həmin həyətdəki fərdi yaşayış evinin qapısı olmayan giriş hissəsinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs Asim oğluna məxsus hər birinin dəyəri 650 (altı yüz əlli) manat olmaqla, ümumi dəyəri 1300 (bir min üç yüz) manat olan iki ədəd, Ford Transit markalı avtomobilin işlənmiş vəziyyətdə olan sürətlər qutusunu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 1300 (bir min üç yüz) manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin mart ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 24 radələrində Zərərçəkmiş şəxs Asim oğluna məxsus Şəki şəhəri, 123-cü kvartalda yerləşən fərdi yaşayış evinin mişar daşları ilə hörülmüş hasarının üzərindən keçib qanunsuz olaraq saxlanc yeri hesab edilən həyətə daxil olduqdan sonra həmin həyətdəki fərdi yaşayış evinin qapısı olmayan giriş hissəsinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 650 (altı yüz əlli) manat olmaqla, ümumi dəyəri 1300 (bir min üç yüz) manat olan iki ədəd, Ford Transit markalı avtomobilin işlənmiş vəziyyətdə olan sürətlər qutusunu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs Asim oğluna ümumilikdə cəmi 1300 (bir min üç yüz) manat dəyərində maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Şəki şəhəri, N.Nərimanov prospektində Elşən adlı şəxsə məxsus avtoyuma yerində avtoyuyucu işləməklə ailəsi üçün qazanc əldə edir. Həmin avtoyuma yerində dörd-beş il əvvəl Şəki şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 da onunla birlikdə işləyir. 2023cü ilin mart ayının ortalarında dəqiq xatırlamadığı vaxtda işdə olarkən Ramazan ilə aralarında söhbət edən vaxt ona pul əldə etmək üçün haradansa gedib oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 da, onun etdiyi təklifə etiraz etmədən birlikdə gedib oğurluq etməyə razı olmuşdur. Oğurluq etmədən bir neçə gün əvvəl Şəki şəhəri 123-cü kvartalda yerləşən yeni yaşayış massivinə gəzib baxarkən bir evin həyətində çoxlu plastik meyvə yeşikləri və əşyalar olmasını görmüşdür. Evin hasarından həyətə boylanıb baxarkən evin həyətyanı sahəsində və evdə çoxlu əşyalar olsa da, yaşayış olmadığını görmüşdür. Ramzana haradansa oğurluq etməyi təklif edərkən əşyalar olan ev barədə ona məlumat vermişdir. 2023-cü ilin mart ayının ortalarında gecə saat 12 radələri olarkən Ramzan görüşmüş və birlikdə Şəki şəhəri 123-cü kvartal istiqamətində getmişlər. Ramazan avtomobili Şəki şəhəri, Z.Əliyeva küçəsində yolun kənarında saxlamış, birlikdə avtomobildən düşüb xeyli gedib oğurluq edəcəkləri evə çatıb, evin həyətinə və ətrafa nəzər saldıqda evdə işıq yanmadığını və heç kimin olmadığına tam əmin olmuşlar. Birlikdə evin arxa tərəfinə keçib 2-3 metr hündürlükdə olan pəncərələrə yaxınlaşıb, əvvəlcə o, divarın dibində olan dəmir borudan yapışıb pəncərəyə qalxmış, oradan da evin altıaçığına düşmüşdür. Onun arxasınca da Ramazan həmin yerdən evin altıaçığına düşmüşdür. Onlar telefon işığı ilə ətrafa nəzərə yetirdikdə yerdə iki ədəd surətlər qutusu olmasını görmüşlər. Həmin vaxt qərara gəlmişlər ki, əlavə nəsə axtarmayaraq, 02 ədəd surətlər qutusunu götürüb çıxsınlar. O, evin həyətyanı sahəsindən darvaza qapısına yaxınlaşıb qapının arxa kilidini açmış, daha sonra Ramazanla köməkli şəkildə 02 ədəd surətlər qutusunu götürüb küçəyə çıxarıb darvaza qapısının yaxınlığına qoymuş, darvaza qapısının kilidini bağlamadan küçədən örtüb yola avtomobili saxladıqları yerə tərəf gedib avtomobili yolun kənarından götürüb oğurladıqları surətlər qutusunu avtomobilin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Oğurladıqları surətlər qutusunu Ramazana məxsus avtomobil ilə onun yaşadığı evə gətirib, evin darvaza qapısının yaxınlığında həyətyanı sahəyə qoymuşlar. Səhəri gün Ramazanla görüşdükdən sonra qərara gəlmişlər ki, oğurladıqları iki ədəd surətlər qutusunu hissələrə ayırıb metal qəbulu məntəqlərindən birinə satıb pul əldə etsinlər. Bundan sonra oğurladıqları surətlər qutusunu kuvatla hissələrə ayırıb Ramazana məxsus avtomobilin yük yerinə yığmışlar. Sonra avtoyuma iş yerinə yaxın yerdə yerləşən metal qəbulu məntəqəsində işləyən Ayaz dayının yanına gedib oğurladıqları iki ədəd surətlər qutusunun hissələrə ayrılmış vəziyyətədə metal kimi satmışlar. Sadıqları surətlər qutusu ümumilikdə 60 manat etmişdir. Ramazanla həmin 60 manatı iki hissəyə bölmüşlər. Ona düşən 30 manatı götürüb şəxsi işlərinə xərcləmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Zərər çəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ilə Şəki şəhəri, N.Nərimanov prospektində yerləşən avtoyuma yerində avtoyuyucu işləyərkən tanış olmuşdur. Vüqar Musaev ilə bir yerdə işlədiyinə görə aralarında xoş münasibət yaranmışdır. 2023-cü ilin mart ayının təxminən 17-18 tarixlərində işdə olarkən tanışı Vüqar ilə aralarında söhbət edən vaxt pul əldə etmək üçün haradansa gedib oğurluq etməyi təklif etmişdir. Həmin vaxt pula çox ehtiyacı olduğuna görə Təqsirləndirilən şəxs1 etdiyi təklifinə etiraz etmədən onunla birlikdə gedib oğurluq etməyə razı olmuşdur. Təqsirləndirilən şəxs1 ilə oğurluq edəcəkləri gün günorta saatlarında Şəki şəhəri 123-cü kvartalda yerləşən yeni yaşayış massivində oğurluq edəcəkləri evin yaxınlığına gedib ətrafa və evə baxıb nəzərə yetirmiş, evin ətrafı mişar daşları ilə hasarlandığını, hündür darvaza qapısı olduğunu, divardan boylanıb baxdıqlarında həyətdə çoxlu plastik meyvə yeşikləri və müxtəlif əşyalar olmasını görmüşlər. Evin arxa hissəsinə keçib baxdıqlarında divarın yaxınlığında dəmir şalban olduğunu, həmin yerdən evin həyətinə düşməyin daha çox əlverişli olduğunu görmüş, evə nəzərə yetirdikdən sonra Vüqar ilə oradan uzaqlaşıb getmişlər. Axşam təxminən saat 12 radələri olarkən Vüqar ilə görüşüb idarə etdiyi Vaz-21011 markalı, **-BG- *** dövlət nömrə nişanlı avtomobil ilə Şəki şəhəri 123-cü kvartal istiqamətində getmişlər. Onları heç kim görməsin deyə idarə etdiyi avtomobili Şəki şəhəri, Z.Əliyeva küçəsində yolun kənarında saxlamışlar, onlar birlikdə avtomobildən düşüb gedib oğurluq edəcəkləri evə çatmışlar. Evin həyətinə və ətrafa nəzər saldıqda evdə işıq yanmadığını, orada heç kimin olmadığına tam əmin olmuşlar. Bundan sonra evin arxa tərəfinə keçib 2-3 metr hündürlükdə olan pəncərələrə yaxınlaşmışlar. Əvvəlcə Təqsirləndirilən şəxs1 divarın dibində olan dəmir borudan yapışıb pəncərəyə qalxmış, oradan da evin giriş hissəsinə düşmüşdür. Daha sonra onun arxasınca dəmir şalbanın üzərinə, oradan da evin qarşısına düşmüşdür. Onlar telefon işığı ilə ətrafa nəzərə yetirdikdə yerdə iki ədəd surətlər qutusu olmasını görmüşlər. Həmin vaxt qərara gəlmişlər ki, əlavə nəsə axtarmasınlar, iki ədəd surətlər qutusunu götürüb evdən çıxsınlar. Vüqar evin həyətyanı sahəsindən darvaza qapısına yaxınlaşıb arxa kilidini açmış, daha sonra köməkli şəkildə iki ədəd surətlər qutusunu götürüb küçəyə çıxarıb darvaza qapısının yaxınlığına qoymuşlar. Darvaza qapısının kilidini bağlamadan küçədən qapını örtüb yola avtomobili saxladığı yerə getmişlər və avtomobili yolun kənarından götürüb surətlər qutularını (avtomobil ehtiyyat hissələrini) qoyduqları yerə sürüb, köməkli şəkildə oğurladıqları surətlər qutusunu avtomobilin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Oğurladıqları surətlər qutusunu ona məxsus avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə gətirib, evin darvaza qapısının yaxınlığında həyətyanı sahəyə qoymuşlar. Səhəri gün Vüqar ilə görüşdükdən sonra qərara gəlmişlər ki, oğurladıqları iki ədəd surətlər qutusunu hissələrə ayırıb metal qəbulu məntəqlərindən birinə satıb pul əldə etsinlər. Onlar birlikdə oğurladıqları surətlər qutusunu kuvatla hissələrə ayırıb ona məxsus avtomobilin yük yerinə yığmışlar. Sonra avtoyuma iş yerinə yaxın yerdə yerləşən metal qəbulu məntəqəsində işləyən Ayaz dayının yanına gedib oğurladıqları iki ədəd surətlər qutusunun hissələrə ayrılmış vəziyyətədə metal kimi 60 manata satmışlar. Təqsirləndirilən şəxs1 ilə həmin 60 manat pulu iki hissəyə bölmüşlər. Ona düşən 30 manat pulu götürüb şəxsi işlərinə xərcləmişdir. Törətdiyi əməldən çox peşmandır. Zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Şəki mərkəzi bazarında xırdavat malların satışı ilə məşğul olur, bununla yanaşı müxtəlif şəxslərdən plastik meyvə yeşikləri alıb-satmaqla ailəsi üçün qazanc əldə edir. Bina evində yaşadıqlarına görə alıb-satdığı plastik yeşikləri, müxtəlif əşyaları, avtomobil ehtiyyat hissələrini yığmaq üçün yeri yoxdur. Buna görə bir neçə il əvvəl Şəki şəhəri 123-cü kvartalda yerləşən yeni massivdən 0.04 ha torpaq sahəsi alıb kənarlarını mişar daşları ilə hasarlayıb dörd otaqlı ev tikdirmişdir. Həmin evin iki otağı təmirli olsa da, iki otağı təmirsizdir. Aldığı plastik meyvə yeşiklərini, lazımısız əşyaları, avtomobil ehtiyyat hissələrini həmin evin həyətyanı sahəsinə və daxili hissəsinə yığıb saxlayır. Sonradan isə lazım olan əşyaları oradan götürüb istifadə edir. Demək olar ki, hər iki-üç gündən bir həmin fərdi yaşayış evinə gedib-gəlir, lakin orada olan əşyalar dağınıq halda olduğudan nəyin yerində olduğunu, nəyin yerində olmadığını bilmir. Ona məxsus bir neçə yük avtomobilləri vardır. Ford Transit yük avtomobilinin bir çox ehtiyyat hissəsini alıb 123-cü kvartalda yerləşən fərdi yaşayış evinə yığmış, yük avtomobillərində nasazlıq yarandığında əvvəllcədən alıb saxladığı ehtiyyat hissələrdən götürüb istifadə edir. Son dövürlərdə ona məxsus Ford Transit markalı avtomobilinin suratlər qutusunda nasazlıq yaranmışdır. 2023cü ilin iyun ayının əvvələri olarkən hazırda xatırlamadığı tarixdə Şəki şəhəri 123-cü kvartalda yerləşən evinə gedib orada evin altıaçığına əvvəlcədən alıb qoyduğu, işlənmiş "Ford Transit" markalı avtomobilin surətlər qutusunu götürüb ustanın yanına aparmaq istəmiş ki, nasaz suratlər qutusunu təmir etdirsin. Evin altıaçığından surətlər qutusunu axtaran zaman iki ədəd surətlər qutusunun yerində olmadığını görmüş, əvvəlcə elə zənn etmiş ki, surətlər qutusu plastik meyvə yeşikləri altında qalmışdır. Sonradan şəxsi işlərinə görə bir neçə gün evə gedib surətlər qutusunun yerində olub-olmamasına baxa bilməmişdir. xx.xx.2023-cü il tarixdə yenidən surətlər qutusunu götürmək üçün evə gedib baxdıqda surətlər qutusunun plastik meyvə yeşiklərinin və ya evin hər hansı bir yerində olmadığını görmüşdür. Həmin vaxt başa düşmüş ki, 2023-cü ilin iyun ayının əvvələrində surətlər qutusunu axtardığı vaxt naməlum şəxs və ya şəxslər ona məxsus iki ədəd surətlər qutusunu oğurlamışlar. Ona məxsus evin ətrafı mişar daşı ilə hasarlı olsa da, hasardan evin həyətinə düşüb darvaza qapısını açıb rahat şəkildə avtomobili evin həyətinə salıb, istənilən əşyanı avtomobilə yığıb aparmaq mümkündür. Onun fikiricə oğurluq edən şəxs və ya şəxslər hasardan evin həyətinə düşüb, avtomobili evin həyətinə sürüb 02 ədəd ağır çəkili surətlər qutusunu avtomobilə qoyub aparmışlar. xx.xx.2023-cü il tarixdə evindən oğurluq olmasına tam əmin olduqdan sonra Şəki şəhər-rayon Polis Şöbəsinə gəlib ona məxsus evdən Fortd Transit markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 02 ədəd surətlər qutusunun oğurlanması barədə məlumat vermişdir. Xahiş etmiş ki, ona məxsus evdən oğurluq edən şəxs və ya şəxslər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilsinlər. 2023-cü il iyun ayının əvvələrində naməlum şəxs və ya şəxslərin ona məxsus evdən 02 ədəd Fortd Transit markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin surətlər qutusunu oğurlamalarını aşkar etmiş, lakin dəqiq olaraq oğurluq hadisəsinin törədilmə vaxtını bilməmişdir. Qeyd olunanlardan başqa naməlum şəxs və ya şəxslər ona məxsus evdən oğurluq etməmişlər və ya hansısa əşyanı zədələməmişlər. Naməlum şəxs və ya şəxslər ona məxsus evin hasarından evin həyətinə qanununsuz olaraq daxil olub evin altıaçığına qoyduğu 02 ədəd, işlənmiş, hər birinin dəyəri 650 (altı yüz əlli) manat olan, ümumi dəyəri 1300 manat olan Fortd Transit markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin surətlər qutusunu oğurlamaqla ona ümumilikdə 1300 manat maddi ziyan vurulmuş, surətləq qutusu işlənmiş olmaqla X5 istehsalı olan ehtiyat hissəsidir. Onun yaxın qohumlarından, hətta uzaq qohumlarından, tanışlarından və qonşularından kiminləsə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Ona məxsus evdə ehtiyyat hissəsi olmasından azyaşlı oğlu və sürücü Fuadın məlumatı olmuş, başqa heç kimin məlumatı olmamışdır. Onun hadisə barədə hər hansı şəxs barəsində şübhələndiyi şəxs yoxdur. Ona məxsus evdən bu kimi hadisə əvvəllər baş verməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun əri olmaqla hazırda ölkə xaricindədir. Zərərçəkmiş şəxs Şəki mərkəzi bazarında xırdavat malların satışı ilə məşğul olur, bununla yanaşı müxtəlif şəxslərdən plastik meyvə yeşikləri alıb-satmaqla qazanc əldə edir. Bina evində yaşadıqlarına görə alıb-satdığı plastik yeşikləri, müxtəlif əşyaları, avtomobil ehtiyyat hissələrini yığmaq üçün yerləri yoxdur. Buna görə bir neçə il əvvəl Şəki şəhəri 123-cü kvartalda yerləşən yeni massivdən 0.04 ha torpaq sahəsi alıb kənarlarını mişar daşları ilə hasarlayıb dörd otaqlı ev tikdirmişlər. Əri Zərərçəkmiş şəxs özlərinə məxsuüs Şəki şəhəri 123-cü kvartalda yerləşən həyət evindən naməlum şəxs və ya şəxslər ona məxsus 02 ədəd surətlər qutusunu oğurlamışlar. Daha sonra əri polisə müraciət etdiyindən həyətdə olan surətlər qutusunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladığı məlum olmuşdur.Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara dəymiş ziyanı ödəmişlər, onlardan şikatyət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, fərdi əməklə məşğul olur. Dörd-beş il olar ünvan 3 ünvanında yaşadığı evin həyətində metal qəbulu işi ilə məşğul olub ailəsi üçün qazanc əldə edir. Müxtəlif Şəki şəhər sakinərindən ucuz qiymətə, metal, plasmas tullantı əşyaları, enerji içki qabları alıb Bakı şəhərində yerləşən "Bakstil Kompani" adlı zavoda baha qiymətə satır. Təxmini yadında qalan 17-18 mart 2023-cü il tarixi saat 15 radələri olarkən Şəki şəhər sakinləri Ramazan və Vüqar adlı şəxslər qırmızı rəngli, Vaz-21011 markalı avtomobil ilə onun yanına gəlmişlər. Avtomobilin yük yerində olan hissələrə ayrılmış dəmir və alminum metal olduğunu göstərmişlər. Həmin metala baxıb tərəziyə qoymuş, Ramazan ilə Vüqarın gətirib ona satdıqları metalın dəyəri 60 manat etmişdir. Ramazan ilə Vüqar pulu alıb çıxıb getmişlər. Onların satdığı bir hissəsi dəmir, bir hissəsi isə alminum olan metalın oğurluq olmasından məlumatı olmamış, çünki Ramazan ilə Vüqar adlı uşaqları əvvəlcədən avtoyuma yerindən tanıyır. Həmin şəxslər əvvəllər də bir neçə dəfə avtomobil ehtiyyat hissələri və dəmir əşyalar gətirib satmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, naməlum şəxs və ya şəxslər tərəfindən Şəki şəhəri, 123-cü kvartalda yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin altıaçığından naməlum şəxs və ya şəxslər tərəfindən "Ford Transit" markalı avtomobilə aid işlənmiş iki ədəd surətlər qutusu oğurlanmışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 29 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki şəhəri 123-cü kvartalda yerləşən oğurluq etdikləri evi göstərərək 2023-cü ilin mart ayının ortalarında həmin evdən Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etdiklərini deyib, oğurluq etdikləri yeri göstərmişdir. İstintaq hərəkətinin icrası gündüz vaxtı, təbii işıqlandırma hava şəraitində keçirilmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5229 nömrəli rəyinə əsasən ekspertiza təyini haqqında göstərilən 1999-cu il istehsalı "Ford Transit" markalı avtomaşına aid olan iki ədəd işlənmiş sürətlər qutusunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan ümumi orta bazar qiyməti 1300 (2 x 650 man) manat müəyyən olunur. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəksə də həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə edə bilmişdir, yəni cinayət əməlini törədərkən Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 anlaqlılığını istisna etməyən psixi pozuntu müşahidə olunmur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci madələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 476 №-li məktubundan görünür ki, Rəsullu X3 Şəhər- Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 593 №-li məktubundan görünür ki, Musayev X4 Şəhər- Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.20223-cü il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəki rayonu ərazisində və Respublikamızın digər rayonları ərazisində digər cinayətlərin törədilməsində iştiraklarının olub-olmaması, onların Şəki şəhəri 123-cü kvartalda yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq hadisəsini törədərkən kiminləsə əlbir olub-olmamaları, onların oğurluq etmələrindən kimlərinsə məlumatının olub-olmaması, avaralıqla məşğul olmaları, onların maraq dairəsi, yaxın münasibətədə olduqları şəxslərin dairəsi, spirtli içkilər və narkotik maddələr qəbul edib-etməmələrini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəki şəhər sakini Zərərçəkmiş şəxs məxsus evdən oğurladıqları "Ford Transit" markalı avtomaşına aid 02 ədəd surətlər qutusunu hissələrə ayırıb metal kimi satdıqları Şahid metal olaraq aldığı surətlər qutusunun oğurluq olmasından məlumatının olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə tərəfimizdən müvafiq tədbirlər davam etdirilir. Gələcəkdə əhəmiyyətli məlumat əldə olunarsa Sizə əlavə olaraq məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi (arvadı) Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxslər onlara dəymiş 1300 (bir min üç yüz) manat zərəri tam olaraq ödəmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmişlər, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbləri yoxdur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzaibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 220 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının "Damarçı" məhəllə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 337 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X9 və X2 onlara qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-in 59.2-ci maddəsi), himayəsində iki azyaşlı uşağının olmasını (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər 28 iyun 2023-cü il tarixdən 29 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxslərə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar