Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-10/2024 17.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma və təkrarən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Şəmkir şəhəri Qafur Məmmədov küçəsində qonşusu Zərərçəkmiş şəxs1 şort geyinib yaşadığı evin qarşısında dayanmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun bədəninin müxtəlif nayihələrinə yumruq və təpiklə qəsdən vuraraq ona həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sol əlin İİ daraq sümüyünün yerini dəyişməyən sınığı xəsarəti ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 2022-ci ilin fevral ayının ortalarında istintaqla dəqiq müəyyən olunmayan vaxtda, ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin hasarından aşmaq yolu ilə qanunsuz daxil olaraq evin həyətindən ümumi dəyər 400 manat məbləğində olan müxtəlif növ metal hissələrini oğurlamaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 2022-ci ilin aprel ayının əvvəllərində istintaqla dəqiq müəyyən olunmayan vaxtda vahid niyyətlə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus evə hasardan aşmaq yolu ilə həyətyanı sahəyə qanunsuz daxil olaraq evin arxa hissəsində yığılmış hər birinin dəyəri 200 manat olan, 11 ədəd 2200 manat dəyərində aliminium pəncərələri, hər birinin dəyəri 200 manat olan, 2 ədəd 400 manat dəyərində 3 metr uzunluğu, 50 santimetr diametri olan dəmir borları və hər birinin dəyəri 40 manat olan, 30 ədəd 1200 manat dəyərində 2.5 metr uzunluğu olan dəmir boruları oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 3800 (üç min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs1 Mirhüseyn oğlu onunla qonşuluqda yaşamışdır. Onların münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 15 sentyabr 2020-ci il tarixdə o yaşadığı evə gəldiyi zaman yolda qonşusu Mahirin şortiklə dayanmasını görmüşdür. Bu zaman azyaşlı övladı qucağında olduğundan Mahirə heç bir söz deməmişdir. Azyaşlı övladını evə qoyduqdan sonra o, yenidən yola çıxaraq Mahirin yanına gəlmiş və Mahirə şortiklə yolda dayanmasına görə irad bildirmişdir. Lakin Mahir onun iradını qəbul etməyərək "əcəb edirəm” demişdir. Buna görə də onların arasında mübahisə yaranmış, mübahisə zamanı o, Mahirin müxtəlif nahiyələrindən yumruq və təpiklə vuraraq Mahiri döymüşdür. Həmin vaxt Mahirin arvadı yola çıxaraq onları aralamış, onlar aralandıqdan sonra bacısı və arvadı yola çıxaraq onu evə aparmışlar. Bundan sonra isə o, Mahirin aralarında baş vermiş dava nəticəsində əlinin sındığını və Mahirin polisə bu barədə şikayət etməsini eşitmişdir. Bundan az sonra isə Vətən müharibəsi başlandıqda səfərbərliklə bağlı onu da hərbi xidmətə çağırmışlar və 2021-ci ilin yanvar ayının ortalarınadək o, hərbi xitmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra o, fəhlə işləyərək ailəsini dolandırmışdır. 2022-ci ilin fevral ayında iş olmadığından ailəsinə baxmaqda çətinlik çəkmişdir. Həmin vaxtlar atası ilə anası işləmək üçün Rusiya Federasiyasına getmişlər. Evdə arvadı Bəsti və azyaşlı övladı olmuşdur. Ailədə müəyyən qədər çətinliklər olduğundan arvadı Bəsti ilə azyaşlı övladını qaynatası Fidayilin evinə qoymuş, özü isə çox vaxtı evdə olmuşdur. Həmin vaxtlarda onunla üzbəüz evi olan Gədəbəy rayon sakini Elməddinin evə gəlib getdiyini görmüşdür. Həmin vaxtlarda o, Elmədinə məxsus evin həyətində ağır çəkili dəmirlərin olmasını görmüşdür. Elməddin həmin dəmirləri heç nəyə istifadə etməmişdir. Ona görə də o, həmin dəmirləri oğurlayaraq satıb özünə pul etməyi fikirləşmişdir. Gecə saat 02 radələrində o, hasardan keçərək həyətə daxil olmuş, orada olan ağır çəkili dəmiri yuvarlayaraq yol darvazasının yanına gətirmiş, daha sonra çöl qapısını açaraq dəmiri yola çıxarmış və yuvarlaya-yuvarlaya öz həyətinə aparmışdır. Daha sonra isə qapıları bağlamışdır. Səhəri gün həmin dəmiri dəmir kəsən elektrik aparatla hissələrə bölmüş və ailəsinə məxsus motosikletə yükləyərək Şəmkir rayonu Çinarlı qəsəbəsinə gedən yolun yaxınlığında yerləşən adını xatırlamadığı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparmış və orada metal qəbul edən şəxsə dəmirləri satmaq istədiyini bildirmişdir. Ondan şəxsiyyət vəsiqəsini istədikdə o, şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Bu zaman onun anket məlumatlarını orada işləyən şəxs dəftərə qeyd etdikdən sonra 200 manat müqabilində dəmirləri ondan almışdır. O da həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan bir müddət sonra o, yenidən oğurluq etmək qərarına gəlmiş və qonşuluqda yaşayan Sevincin tez-tez evdə olmadığını görmüşdür. Sevincin evinin arxasında alüminium pəncərələrin olmasını görmüşdür. Ona görə də o, həmin pəncərə çərçivələrini oğurlayıb satmağı düşünmüşdür. Sevincgilin evləri onların həyət ilə bitişik olduğundan gecə saatlarında o, hasara qalxaraq Sevincə məxsus evin arxasına düşmüş, orada olan 11 ədəd pəncərə çərçivəsindən 6 ədədini götürərək nərdivanla hasara qaldırmış və öz həyətinə keçirtmişdir. Keçirtdiyi dəmirləri hissələrə bölərək yenə də səhərisi gün əvvəl metal satdığı metal qəbulu məntəqəsinə aparmış və 50 manat satmışdır. Bundan təxminən 2 gün sonra o, yenə fikir verdiyində Sevincgilin evdə olmadığını görmüş və yenidən Sevincgilin evinin arxasına keçərək orada qalan 6 ədəd aliüminium pəncərə çərçivələrini götürərək öz həyətinə keçirtmişdir və səhəri gün hissələrə bölərək aparıb əvvəlki metal qəbulu məntəqəsinə satmışdır. Bu dəfə 120 manat pul əldə etmiş və öz ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra o, qonşusu Sevincin polisə şikayət etdiyini eşitmişdir. Həmçinin, Elməddinin də gəlib evinə baxdığını və polisə şikayət etdiyini eşitmişdir. Həmin vaxt onu polis əməkdaşları polis şöbəsinə dəvət etdiyindən o, polisin ondan şübhələnməsini bilmiş və polis şöbəsində oğurluqları özünün etdiyini bildirmişdir. O, oğurluğu tək etmiş, ona kimsə köməklik etməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 yaşadığı evdən təxminən 400-500 kiloqram ağırlığında dəmir və Sevinc Ellzovanın evindən 11 ədəd alüminium materialından olan pəncərələri götürmüşdür. Zərərçəkmiş şəxslərin qeyd etdiyi digər əşyalar barədə məlumatı olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş zərəri ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq dövründə zərər çəkmiş şəxs qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı iş üzrə tərəflərin etiraz olmadan elan olunaraq tədqiq edilmiş, X1 ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, əvvəllər aralarında yaxşı münasibətləri olmuşdur, heç bir ədavət olmamışdır. 15 sentyabr 2020-ci il tarixdə günorta saatlarında o, həyat yoldaşı Şahid1 ilə yaşadığı evin qarşısına çıxmışdır. Həmin vaxtı onunla qonşuluqda yaşayan Tural öz yaşadığı evin qarşısında olmuşdur. Bu zaman Tural onun yanına gələrək ona əyninə şortik geyinərək yola çıxmasına görə irad bildirmişdir. Buna görə də onların arasında mübahisə yaranmış, mübahisə zamanı Tural onu yumruq və təpiklə qarın nahiyyəsindən vurmuşdur. Onlar əlbəyaxa olduqları zaman Tural onu küçədəki daşların üzərinə yıxaraq, döyməyə başlamışdır. Həmin vaxtı o, sol qolundan və qabırğalarından xəsarət almışdır. Bu zaman arvadı Nazilə onları aralamışdır. Zərərçəkmiş şəxs1 həmçinin göstərmişdir ki, Turalla onun mübahisəsi yaşadığı küçədə baş vermiş, mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, yolda kənar şəxslər olmamışdır. Zərər çəkmiş şəxs İbrahimov X8 Federasiyasında olduğundan məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə göndərərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, heç bir şikayət və tələbinin olmamasını, cinayət işinə onun iştirakı olmadan baxılıb yekun qərar çıxarılmasını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2012-ci ildə onun ailə üzvləri Şəmkir rayonu Posanlı qəsəbəsində fərdi yaşayış evi almışlar. Həmin ev onun adına rəsmiləşmiş və evə o nəzarət etmişdir. Onlar həmin evi aldığında evin həyətində dəmir materialından yığılmış istilikxana olmuşdur. Həmin istilikxana köhnə və səliqəsiz olduğundan o həmin istilikxananı sökərək oradan çıxan dəmirləri bir kənara yığmışdır. Onların içərisində istilikxananın şüşələrini daşımaq üçün ağır çəkili dəmir çərçivələr də olmuşdur. Həmin materiallar istifadəsiz olmuşdur. 2022-ci ilin fevral ayında o, evə nəzarət etmək üçün gedib baxmış, həmin vaxt hər şey qaydasında olmuşdur. Bundan sonra o, işləri çox olduğundan bir müddət evə baxmağa gedə bilməmişdir. 2022-ci ilin aprel ayının 14-də evə gəldiyində bir kənara yığdığı dəmir materialların yerində olmadığını görmüşdür. O həmin dəmirlərin oğurlandığını başa düşdüyündən Şəmkir rayon polis şöbəsinə gələrək baş vermiş oğurluq barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək oğurluq baş verən yerə baxış keçirərək müvafiq sənədləşmə aparmışlar. Həmin vaxt ona məlum olunmuşdur ki, onların həyətyanı sahəsindən ümumilikdə bir ton çəkidə müxtəlif metal qırıntıları oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, onların həyətdən oğurluğu onun evi ilə üzbəüz evdə yaşayan Təqsirləndirilən şəxs etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onun barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət işinə onun iştirakı olmadan baxılıb yekun qərar çıxarılmasını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, əri Sənan uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayaraq işləmişdir. O isə üç övladı ilə birlikdə ünvan 4 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Tural onunla qonşuluğunda yaşayır. Onun yaşadığı evin arxasında evinin istifadə edilmiş pəncərələri və bir neçə ədəd dəmir hissələr olmuşdur. Sonuncu dəfə həmin pəncərələrə, dəmirlərə 2022-ci ilin yanvar ayında baxan zaman bütün əşyalar yerində olmuşdur. O, həmin vaxtdan sonra bir neçə dəfə həmin əşyaların yanından keçən zaman metalların azaldığını hiss etsə də həmin metallara diqqətlə baxıb nəyin yerində olmadığını müəyyən etməmişdir. 11 aprel 2022-ci ildə o, gecə yatan zaman evin arxa hissəsindən səs gəldiyini eşitmiş, həmin vaxt hava küləkli olduğundan o, küləyin təsirindən həmin metalların səs etdiyini düşünsə də həmin günün səhərisi evin arxasına keçib pəncərələrə və dəmirlərə baxmaq istəmişdir. Həmin gün 18 radələrində o, evin arxasına keçib baxdığında orada olan alüminium pəncərələrin və digər dəmirlərin orada olmadığını görmüş və oğurlandığını başa düşmüşdür. Onların evinin arxasında olan hər birinin dəyəri 160 manat olan 11 ədəd almünium pəncərələrin, 2 ədəd təxminən 3 metr uzunluğu 50 sm diametri hər birinin dəyəri 350 manat olan 2 ədəd dəmir borunun, hər birinin dəyəri 40 manat olan 2.5 metr uzunluğunda 30 ədəd dəmir borunun yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra o, ilk olaraq polis şöbəsinə müraciət etmişdir. Polis əməkdaşları gəlib onun evinə baxış keçirtmişlər. Sonradan isə o, evdən oğurluq edən şəxsin qonşuluqda yaşayan Tural olduğunu bilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onun barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət işinə onun iştirakı olmadan baxılıb yekun qərar çıxarılmasını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs1 Mirhüseyn oğlu onun əridir. Mahirin şikayət etdiyi Təqsirləndirilən şəxs isə onlarla qonşuluqda yaşayır. Tural və ailəsi ilə münasibətləri həmişə yaxşı olmuşdur. Heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında əri Zərərçəkmiş şəxs1la birlikdə yaşadığı evin qarşısına çıxmışdır. Həmin vaxt qonşuluqda olan Tural da yaşadığı evin qarşısında dayanmışdır. Bu zaman Tural onların yanına gələrək Mahirə yola şortiklə çıxdığına görə irad bildirmiş və qəfldən Mahirin yaxasından tutmuşdur. Mahir Turala nəyə görə belə etdiyini soruşduqda Tural “Camaatın anası bacısı var sənə şortiklə yola çıxma demişəmmi?” demişdir. O, ortaya girərək Turaldan ailə üzvlərinin tez-tez onlara gəldiyini, həmin vaxtlar Mahirin evdə şortiklə olduğunu, nəyə görə ailə üzvlərinə onlara gəlməyə icazə verdiyini soruşmuşdur. Tural isə ona heç bir cavab vermədən Mahirin sinəsində yumruqla vurmuşdur. Mahir həmin zərbəni gözləmədiyindən yerə yıxılmışdır. O, Mahirin ayağa qalxmasına köməklik edərək Turala etdiyi hərəkətə görə irad bildirmişdir. Bu zaman Tural yenidən Mahirin üzərinə gələrək yenidən Mahiri yumruqla vuraraq orada olan arxın içərisinə yıxmış və Mahiri vurmağa başlamışdır. Lakin o, ortaya girərək Turalın Mahiri çox vurmasına imkan verməmişdir. Turalı oradan kənarlaşdıraraq Mahiri həyətə aparmışdır. Həmin vaxtı da Tural kənarlaşmaq istəməyərək Mahirə “Gəl kənarda söhbət edək” demişdir. O da Mahirə Turalın özündən çox kiçik olmasını, Turala baş qoşmamağı deyərək həyətə aparmışdır. Onlar həyətə keçdikdən sonra Mahir sol əlində və sinə nahiyəsində ağrısı olduğunu bildirmişdir. Buna görə də onlar həkimə getdiyində Mahirin sol əlinin sındığını bilmişlər. Bundan sonra Mahir ərizə ilə polis şöbəsinə şikayət etmişdir. Həmin vaxt da polis əməkdaşları gələrək hadisə baş verən yerə baxış keçirmiş və Mahirlə onun izahatını almışlar. Bir müddət sonra isə ailə vəziyyəti ilə əlaqədar olaraq Mahir işləmək üçün Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan sonra da Azərbaycan Respublikasına gəlməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək X6 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən 2022-ci ilin yanvar ayından həmin ilin may ayına kimi Şəmkir şəhərində Mərkəzi bazardan bir qədər aralıda yerləşən yerdə obyekt götürərək metal qəbulu işi ilə məşğul olmuşdur. Lakin, sonradan həmin sahədə qazancı olmadığından fəaliyyətini dayandırmışdır. Hazırda başqa işlə məşğuldur. Metal qəbul etdiyi zaman metal gətirən şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götürərək müvafiq qeydlər aparmış, bundan əlavə həmin şəxslərin şübhəli görünənlərinin əlavə olaraq gətirdiyi metalla birlikdə şəkillərini çəkərək özündə saxlamışdır. Bundan başqa obyektin hər tərəfi müşahidə kameraları ilə təmin olunmuş, bu da gələn şəxslər haqqında məlumatları bir ay müddətində yaddaşda saxlamağa imkan vermişdir. Barəsində soruşulan Təqsirləndirilən şəxs yanına gəldiyində tanımışdır. 2022-ci ilin mart ayı ərzində, həmçinin aprel ayının əvvəllərində Tural bir neçə dəfə onların yanına metal gətirib satmışdır. O, Turaldan şəxsiyyət vəsiqəsini istədikdə Tural vəsiqəsinin olmadığını, hərbi xidmət vəsiqəsiz getdiyini bildirmişdir. O, Turaldan gətirdiyi metalı haradan əldə etdiyini soruşmuş, Tural ona həmin metalı başqa yerdən aldığını, üzərinə bir qədər pul qoyaraq satdığını bildirmişdir. Həmin vaxtları Tural motosikletlə gəlmişdir. O, Turaldan şübhələndiyindən Turalın adını özündə olan qeyd dəfətərinə qeyd etdikdən sonra Turalın fotoşəklini gətirdiyi metalın yanında çəkmişdir. Tural bir neçə dəfə gəldiyindən onlara alüminium materialı, doğranmış dəmir materialı gətirmişdir. Sonradan isə o, Turalı görməmişdir. Turalın barəsində heç bir məlumatı olmamışdır. 2022-ci ilin may ayından isə işləri zəif getdiyindən onlar orada olan fəaliyyətini dayandırmışdır. Hazırda həmin obyektin heç bir fəaliyyəti olmamışdır. Təqsirləndirilən şəxs həmişə metal gətirdikdə tək gəlmiş, onun gətirdiyi metal da doğranmış vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Qızı Bəsti 2017-ci ildə Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs ilə evlənmişdir. Onların birgə nikahlarından bir övladları olmuşdur. X20 valideyinləri ilə birgə yaşamışdır. 2022-ci ilin əvvəllərində Turalın valideyinləri Rusiya Federasiyasında olduğundan, həmçinin Tural çox vaxtı işdə olduğundan qızı onlarda qalmışdır. 2022-ci ilin aprel ayının 15-də onlar Turalın polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını eşitmiş və bu barədə maraqlandıqda Turalın qonşularında yaşayan Zərərçəkmiş şəxs3 və üzbəüz yaşayan Gədəbəy rayon sakini olan Zərərçəkmiş şəxs2 evindən dəmir materialları oğurlanmasını bilmişlər. Lakin, Turalın həmin dəmir materialları necə oğurlaması, hara satması barədə onların heç bir məlumatı olmamışdır. Bundan sonra Turalın ailə üzvləri ilə birləşərək zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmişlər. Sonradan Tural onlara hər iki qonşusunun evindən dəmir hissələri özü evdə tək olduğu vaxtı oğurladığını və Şəmkir şəhəri ərazisində metal qəbul edən yerlərə sataraq pulunu öz ehtiyaclarına xərclədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin başlanmasına səbəb və əsas 15 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Fəzail oğlunun Şəmkir şəhəri Q.Məmmədov küçəsində yaşadığı evin qarşısında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qonşusu Zərərçəkmiş şəxs1 Mirhüseyn oğlunu yumruq və təpiklə vuraraq ona həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sol əlin İİ daraq sümüyünün yerini dəyişməyən sınığı xəsarəti ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasma səbəb olan az ağır xəsarət yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına az ağır zərər vurması barədə Şəmkir RPŞ-nin Təhqiqat bölməsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə toplanmış 57-Sİ-20 nömrəli böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları olmuşdur. xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Şəmkir şəhəri Q.Məmmədov küçəsində Zərərçəkmiş şəxs1 Mirhüseyn oğlunun və Təqsirləndirilən şəxs mübahisə etdikləri yerə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli 1216 saylı Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsi tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Mirhüseyn oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin ağrı halında əzniyi və sol əlin İİ daraq sümüyünün yerini dəyişməyən sınığı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 15 sentyabr 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol əlin İİ daraq sümüyünün yerini dəyişməyən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, döş qəfəsinin ağrı halında əzniyi isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. 08 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Mirhüseyn oğlunun müraciəti əsasında açılmış 64-Sİ-20 №-li böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə cinayət işi başlanması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Pərvin Pirverdiyev tərəfindən qaldırılmış xx.xx.2020-ci il tarixli vəsatət təmin edilərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 10 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şəmkir RPŞ-nin İB-nin müstəntiqi Vüqar Emçiyevin icraatına qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. 01 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin o, “Vətən müharibəsi”ndə iştirak etdiyindən ona həmin maddədə nəzərdə tutulan ittiham elan etmək mümkün olmamış və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmşdır. 13 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 şikayət ərizəsi əsasında toplanmış material aidiyyəti üzrə Şəmkir RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. 30 avqust 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Faktla bağlı xx.xx.2022-ci il tarixdə Şəmkir RPŞ-nin müstəntiqi, polis kapitanı X14 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcələsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 Şəmkir şəhəri Q.Məmmədov küçəsində yerləşən evinin həyətində 11 ədəd alüminim pəncərə çərçivələrinin, 2 ədəd qalın, 30 ədəd isə nazik ölçülü boruların oğurladığı yeri göstərmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Şəmkir rayonu Posanlı yaşayış massivində yerləşən evinin həyətində bir kənara yığdığı dəmir materialların oğurladığı yeri göstərmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Şəmkir şəhəri Q.Məmmədov küçəsində yerləşən evinin həyətindən oğurladığı pəncərə çərçivələrinin və boruların yerini, həmçinin Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu Posanlı yaşayış massivində yerləşən evinin həyətindən oğurladığı dəmir materialların yeri göstərmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müstəntiq Elşən Məmmədov tərəfindən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, törətdiyi cinayət əməli kifayət qədər əsaslarla sübut olunduğundan 17 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qsimində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmiş və həmin tarixdə Şəmkir RPŞ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 17 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən ********* nömrəli cinayət işi üzrə onun barəsində müstəntiq Elşən Məmmədov tərəfindən axtarış elan olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 27 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şəmkir rayonunda tutularaq istintaqa təqdim edilmiş və həmin tarixdə ********* nömrəli cinayət işi üzrə icraat müstəntiq Elşən Məmmədov tərəfindən təzələnərək istintaq davam etdirilmişdir. 27 avqust 2022-ci il tarixdə müstəntiq Elşən Məmmədov tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 03 sentyabr 2022-ci il tarixdə müstəntiq Elşən Məmmədovun icraatında Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin istintaqının davam etdirilməsi Şəmkir RPŞ-nin İB-nin müstəntiqi Vüqar Emçiyevə həvalə olunmuş və həmin tarixdə cinayət işi onun tərəfindən icraata qəbul edilərək istintaq davam etdirilmişdir. 03 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi icraatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmiş, işin ********* nömrəsi saxlanılmaqla birgə icraatda istintaq aparılmışdır. 03 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2 3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin həmin maddələri ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 10 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs səhhətində olan problemlə bağlı cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmş, 12 aprel 2023-cü il tarixdə isə zərurət aradan qalxdığından həmin cinayət işinin icraatı təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2022-ci il tarixli 9/4619 nömrəli nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada aşağıdakı kimi müəyyən edilmişdir: 1.11 ədəd aliminium pəncərələr -2200 (11x200) manat, 3 metr uzunluğu, 50 santimetr diametri olan 2 ədəd dəmir boru - 400.00 (2x200) manat, 1 ton ağırlığında dəmir metal (dəmir qırıntı halında olduğu halda) - 400 manat; 2.5 metr uzunluğunda dəmir borunun diametri məlum olmadığından qiymətləndirmə aparmaq mümkün deyildir. İş materiallarında olan SX № ******* saylı xx.xx.2015-ci il tarixli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2020-ci il tarixdən isə xx.xx.2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında xx.xx.2023-cü il tarixd üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verərək, Təqsirləndirilən şəxs ona məxsus 11 ədəd alüminim pəncərə çərçivələri, 2 ədəd qalın, 30 ədəd isə nazik ölçülü boruları oğurladığını bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 üzləşmə zamanı yaşadıqları evin arxa tərəfində özlərinə məxsus olan 11 ədəd aliminium materialdan hazırlanmış pəncərə çərçivələri, həmçinin orada iki ədəd 3 metr uzunluğunda 50 metr diametrində olan hər birinin dəyəri 350 manat olan dəmirboru, həmçinin 30 ədəd hər birinin dəyəri 40 manat olan 2.5 metr uzunluğunda dəmir borular olduğunu, həmin əşyalara 2022-ci ilin yanvar ayında baxdığında yerində olduğunu, sonradan isə onun bir neçə dəfə orada olan əşyaların azaldığını hiss etdiyini, lakin oğurlana biləcəyini düşünmədiyindən oraya baxmadığını, 2022-ci ilin aprel ayının 11-də gecə evin arxasında küləkli havada səs eşitdiyini, həmin gün saat 18 radələrində evin arxasına baxdığında orada olan aliminium pəncərələrin və digər dəmirlərin orada olmadığını görmüş və bundan sonra polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin qismən yalan danışdığını, onun evinin arxasından yalnız 11 ədəd aliminium pəncərələri oğurladığını, 2022-ci ilin aprel ayında hasardan Zərərçəkmiş şəxs3 evinin arxasına baxdığında orada aliminium pəncərə çərçivələrinin olduğunu görmüş, ilk növbədə orada olan nərdivan vasitəsi ilə 6 ədəd aliminium çərçivələri götürmüş və aparıb satmış, bir neçə gün sonra isə o beş ədəd aliminium çərçivələri eyni üsulla onların həyətlərindən çıxarmış, həmin vaxt təxminən gecə saat 01 radələri olmuş, nə onların, nə də ki, Zərərçəkmiş şəxs3 evində heç kim olmamış, oradan oğurlanmış digər əşyalar barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 Mirhüseyn oğlu və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş zərəri tam ödəmiş, aralarında barışıq əldə olunmuş, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyan tam şəkildə ödənilməsi, qeyd edilən zərərçəkmiş şəxslər məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxsin onlara vurulmuş maddi ziyanı tam şəkildə ödədiyindən və barışıq əldə olunduğundan şikayət və tələbinin olmamalarını bildirmələri onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus həyətyanı sahədən 400 manat dəyərində müxtəlif metal qırıntılarını və Zərərçəkmiş şəxs3 məxsus hər birinin dəyəri 200 manat olan, 11 ədəd 2200 manat dəyərində aliminium pəncərələri, hər birinin dəyəri 200 manat olan, 2 ədəd 400 manat dəyərində 3 metr uzunluğu, 50 santimetr diametri olan dəmir borları və hər birinin dəyəri 40 manat olan, 30 ədəd 1200 manat dəyərində 2.5 metr uzunluğu olan dəmir boruları oğurlamasını dolayısı ilə etiraf edir. Odur ki, təqsirləndirlən şəxsin törətdiyi cinayət əməlini oğurlanmış əmlakların sayına, çəkisinə və predmetinə münasibətdə tam olaraq etiraf etməməsi və buna görə də əsassız dəlillər gətirməsi özünün müdafiəsinə yönəlmişdir, heç bir fakta və sübuta əsaslanmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin məlumat axtarış kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, “Vətən müharibəsi”ndə iştirak etməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2.-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, cəzaların həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinin tələbinə əsasən şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq cəzadan çıxılmalı və onlara qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, orta həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, 15 aprel 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş müddət təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalı, Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “polisi nəzarəti altına vermə qətimkan tədbiri” hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərci olaraq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 21:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 (bir yüz otuz iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-10/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-10/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver