Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-10/2025 07.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, dövlət ittihamçıları– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi- X3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri– Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə xx.xx.1983-cü ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, Qazax şəhəri, N.X9, ev-32, mənzil-02 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 24 aprel 2023-cü tarixdə, saat 18 radələrində X5 məxsus ƏN-V № 573804 nömrəli, xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə” və AE 852507 nömrəli, xx.xx.2013-cü il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Şəmkir magistral avtomobil yolunun Şəmkir rayonu, Keçilli kəndi ərazisindən keçən hissəsində Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan öz hərəkət zolağında əks, yəni Şəmkir rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 İsə oğlunun idarə etdiyi “QAZ-2410” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət istiqamətinə çıxmasını görüb “X16” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yol hərəkəti qaydalarının qeyd olunan tələblərini pozaraq hərəkətini davam etdirib avtomobili qarşı sol hərəkət zolağına çıxartmış, bu zaman Zərərçəkmiş şəxs2 idarə etdyi “QAZ 2410” markalı avtomobili öz yoluna doğru istiqamətləndirərkən Təqsirləndirilən şəxs həmin avtomobillə toqquşması nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 sağ gözaltı nahiyəsinin hematoması, burun əsasının və alt çənənin sağ yarısının əzilmiş yarası, burun və əng sümüklərinin, üst və alt kəsici dişlərin alt çənə kəsici dişlərin dişalveollarının yerini dəyişmiş sınıqları, sağ İİ qabırğanın yerini dəyişməyən sınığı, sağ çiyinüstü nahiyənin qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan,həmçinin “QAZ 2410” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 İsə oğlunun onurğa beyninin boyun şöbəsinin əzilməsi ilə müşayiət olunan onurğa sütununun İV boyun fəqərəsinin sınıq-çıxığı, sol said sümüklərinin aşağı 1/3-nin sınığı və sol saidin dərialtı hemotoması, ağciyərlərin əzilməsi,sol qulaq seyvanının və sağ əlin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön və sağ yan səthlərinin, sol bazunun, sağ diz oynağı nahiyəsinin qançırları, boyun nahiyəsinin sol saidin, hər iki baldırın sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, onurğa sütununun boyun şöbəsinin qapalı küt travması ilə əlaqədar İV boyun fəqərəsinin sınıq-çıxığı və onurğa beyninin boyun şöbəsinin əzilməsi nəticəsində inkişaf edən uzunsov beyinin, beyin kötüyünün və onurğa beyininin ödemi xəsarətlərindən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadə verməkdən imtina edərək ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. 24 aprel 2023-cü il tarixdə o, Gəncə şəhərində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs onu Qazax rayonuna aparmaq üçün yaşadıqları evə gəlmişdir. O, azyaşlı oğlu Rahid və Valehlə birlikdə Qazax rayonuna getmək üçün həmin istiqamətdə Valehə məxsus Mercedes markalı avtomobillə hərəkətə başlamışlar, uşağın istiliyi olduğu üçün avtomobilin pəncərəsindən uşağa hava vurması üçun avtomobildə orta hissədə əyləşmişdir. Həmin vaxt uşaq onun qucağında yatmış və üzərində olan örtük yerə tərəf sallandığından, örtüyü qaldırmaq istəyərkən başı qarışmış, bu zaman qarşıdan gələn digər avtomobillə üzbəüz olduqlarını görmüşdür. Həmin vaxt başı uşağa qarışdığı üçün yol nəqliyyat hadisəsinin necə baş verməsini görə bilməmişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra o, özündə olmamış əlavə olaraq nə baş verdiyini görməmiş və bilməmişdir. O, hadisədən iki gün sonra xəstəxanada ayılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı mərhum Zərərçəkmiş şəxs2 İsə oğlunun hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 İsə oğlu onun atasıdır. O, vəfat etməmişdən əvvəl özünə məxsus QAZ-2410 markalı avtomobili idarə etmişdir. 24 aprel 2023-cü il tarixdə ona atasının yol nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumatdan sonra atasının aldığı xəsarətləri ilə bağlı onlar əvvəlcə Şəmkir rayonunda yerləşən Mərkəzi xəstəxanaya sonra isə Gəncə şəhər Mərkəzi klinik xəstəxanaya getmişlər. Lakin atası Zərərçəkmiş şəxs2 vəziyyəti yaxşı olmadığı üçün onlar sonradan onu Bakı şəhərində yerləşən Nevrocərrahiyyə Xəstəxanasına aparmaq məcburiyyətində qalmışlar. Lakin bütün edilən köməkliklərə baxmayaraq atası Zərərçəkmiş şəxs2 03 may 2023-cü il tarixdə aldığı xəsarətlərdən Bakı şəhərində yerləşən Nevrocərrahiyyə xəstəxanasında vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X10 təxminən 1 ildir ki, tanıyır. O, Şəmkir-Gəncə yolunun üzərində heyvan yemləri satan mağaza işlədir. O, da onun işlətdiyi mağazaya tez-tez gəldiyi üçün onu oradan tanımışdır. 24 aprel 2023-cü il tarixdə Vaqif də yem alıb-satmaq istədiyini əvvəldən ona dediyi üçün o, Vaqiflə birlikdə ona məxsus QAZ 2410 markalı avtomobillə Gəncə şəhəri istiqamətində hərəkətə başlamışlar. O, avtomobillə gedən zaman Vaqifin içkili olduğunu görmüş, ondan “içkili avtomobil idarə etməməsini, polis işçilərinin onu saxlayacağını demiş” o, isə ona heç bir problem olmayacağını deyib hərəkətə davam etmişdir. Onlar Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman Şəmkir rayonunda yerləşən Agroparkın qarşısına çatmamış Vaqif idarə etdiyi avtomobillə əks hərəkət zolağına keçmiş, o, həmin vaxt həyacandan tutulduğu üçün Vaqifə “öz yoluna keç” deyə bilməmişdir. Həmin vaxt öz hərəkət zolağına keçmək istəyərkən qarşıdan gələn Mercedes markalı avtomobil ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. O, hadisədən sonra nə baş verdiyini xatırlamır, bir müddət sonra bir nəfər tanımadığı şəxsin onu yerdən qaldırdığını görmüş, daha sonra onlar oradan Gəncə şəhər 3 saylı xəstəxanaya TTY avtomobili ilə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2004-cü ildən DİO-da, tutduğu vəzifədə isə 2012-ci ildən xidmət aparır. Polis baş serjantı rütbəsi daşıyır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində xidmətdə olan zamanı Şəmkir rayonu Könüllü kənd ərazisində yerləşən Aqroparkın qarşısında avtoqəza olması barədə məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq üçün qeyd edilən əraziyə xidməti avtomobillə getmişdir. Hadisə yerinə çatdıqdan sonra Volqa 2410 markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mercedes markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşduğunu aşkar etmişdir. Dərhal hadisə ilə bağlı Şəmkir RPŞ-nin növbətçi hissəsinə məlumat vermişdir. Hadisə vaxtı Volqa 2410 markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə iki nəfər digər avtomobillə isə üç nəfər şəxsin xəsarət aldığı müəyyən edilmişdir. Xəsarət almış şəxslər Şəmkir RMX-na təxliyyə edilmişlər. Məlumat verdikdən sonra hadisə yerinə Şəmkir RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri gəlmişlər. Şəmkir RPŞ-nin TB-nin təhqiqatcısı polis kapitanı Müşviq Şahmuradov hadisə yerinin müayinəsini apardıqdan sonra hadisənin iştirakçısı olmuş avtomobillər Şəmkir RPŞ-nin duraçağına yerləşdirilmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 aprel 2023–cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gəncə-Şəmkir avtomagistral yolunun Şəmkir rayonu, Könüllü kəndindən keçən hissəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarətdir. Yol örtüyünün eni 15.3 metr, hərəkət hissəsinin eni 7.65 metr təşkil etmişdir. Hərəkət hissəsinin sol tərəfindən boş torpaq sahəsi, sağ tərəfdə torpaq sahələri yerləşir. Hərəkət iki istiqamətli olmaqla 2 hərəkət zolağı vardır. Hərəkət hissəsi yol nişanlarınının təsir zonasına düşmür. Yol işiqlandırılmır. Yol-nəqliyyat hadisəsi zamanı toqquşan nəqliyyat vasitələrinin sayı ikidir. Toqquşma hadisəsindən əvvəl Mercedes Benz markalı **-BE-*** qeydiyyat nömrə nişanlı avtomobil Şəmkir şəhəri istiqamətində, QAZ 2410 markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil isə Gəncə şəhəri istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Toqquşmadan sonra avtomobil üzü Gəncə şəhəri istiqamətində dayandıqda yolun sağ hissəsində, yəni Mercedes Benz markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkətdə olduğu hissədə dayanmışdır. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin foto şəkilləri və hadisə yerinin sxem planı çəkilmişdir. Cinayət işinin materiallarında olan sərxoşluğun müayinə edilməsi haqqında 24 dekabr 2023–cü il tarixli 123 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 03 may 2023–cü il tarixli 35/MEŞ nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 İsə oğlunun meyitinin bədənində aşkar edilmiş xəsarətlər– onurğa beyninin boyun şöbəsinin əzilməsi ilə müşayiət olunan onurğa sütununun İV boyun fəqərəsinin sınıq-çıxığı, sol said sümüklərinin aşağı 1/3-nin sınığı və sol saidin dərialtı hemotoması, ağciyərlərin əzilməsi, sol qulaq seyvanının və sağ əlin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön və sağ yan səthlərinin, sol bazunun, sağ diz oynağı nahiyəsinin qançırları, boyun nahiyəsinin sol saidin, hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqədirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 İsə oğlunun ölümünə səbəb yol-nəqliyyat qəzası zamanı aldığı onurğa sütununun boyun şöbəsinin qapalı küt travması ilə əlaqədar İV boyun fəqərəsinin sınıq-çıxığı və onurğa beyninin boyun şöbəsinin əzilməsi nəticəsində inkişaf edən uzunsov beyinin, beyin kötüyünün və onurğa beyninin ödəmi olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə tibb–ekspertinin 01 may 2023– cü il tarixli 440 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sağ gözaltı nahiyəsinin hematoması, burun əsasının və alt çənənin sağ yarısının əzilmiş yarası, burun və əng sümüklərinin, üst və alt kəsici dişlərin alt çənə kəsici dişlərin dişalveollarının yerini dəyişmiş sınıqları, sağ İİ qabırğanın yerini dəyişməyən sınığı, sağ çiyinüstü nahiyənin qançırı küt əşyaların təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 24 aprel 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2023–cü il tarixli 8/2128 nömrəli rəyindən görünür ki, QAZ 2410 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 İsə oğlunun hərəkətlərində “ X16 “ Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs2 QAZ-2410 markalı avtomobilli sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X16“ Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən sürücü Təqsirləndirilən şəxs göstərməsinə əsasən müəyyən edilən QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı andan toqquşma yerinə kimi Mercedes Benz markalı avtomobilin 20 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı andan toqquşma yerinə kimi Mercedes Benz markalı avtomobilinin qət etdiyi minimum məsafə 66 metrdir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X16“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023–cü il tarixli 8/2818 nömrəli rəyindən görünür ki, Mercedes Benz markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X16“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, QAZ 2410 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 İsə oğlunun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs2 QAZ-2410 markalı avtomobilli sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X16“ Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 20 may 2024–cü il tarixli 8/1186 nömrəli rəyindən görünür ki, məhkəmə tərəfindən qərarda qeyd olunan məhkəmə iclasında şahid Kərimovun və iş üzrə tərəflərin göstərdiklərinə əsasən, yəni sərnişin Kərimovun göstərdiyi toqquşma yerinin hərəkət hissəsinin sağ və sol kənarlarına nəzərən koordinantları barədə məlumat təqdim edilmədiyindən, sürücü Mustafayevin və sərnişin Məmmədovanın göstərdikləri məlumatlar isə real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini konkret formada tədqiq etmək mümkün deyildir. Məhkəmə tərəfindən Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti və hərəkəti üçün təhlükə yaranan andan Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə sürücü Mustafayevin ifadəsinin yerində yoxlanılması zamanı müəyyən olunaraq aşağda hesablanan kritik məsafə ilə müqayisə edilməklə müvafiq nəticəyə gəlinə bilər. - hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən müvafiq sürət həddinə uyğun 25,4-34,6-45 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən müvafiq sürət həddinə uyğun 25,4-34,6-45 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 09 yanvar 2025–ci il tarixli 8/2658 nömrəli rəyindən görünür ki, nəqliyyat vasitələrinin konkret toqquşma yeri, hadisədən bilavəsitə sonra hadisə yerinə baxış keçirilərkən toqquşma nəticəsində nəqliyyat vasitələrindən ayrılaraq hadisə yerinə tökülmüş hissələrə (torpaq qırıntılarına, rəng hissəciklərinə, şüşə, plastmas qırıntılarına və s.), hadisə yerində qalmış təkər izlərinə və nəqliyyat vasitələrinin alt hissələrinin asfalt səthi ilə kontaktı zamanı hərəkət hissəsində yaranan izlərə əsasən hadisə yerinin müayinəsi zamanı təhqiqat (istintaq) tərəfindən müəyyən edilir. Torpaq, rəng hissəcikləri və xırda şüşə, plastmas hissələri həcmcə kiçik və çəkisi az olduğundan, həmin hissəciklər nəqliyyat vasitələrinin toqquşması Zamanı zərbə nəticəsində ayrılaraq praktiki olaraq toqquşma yerinə düşür. Yol-nəqliyyat hadisələri ekspertizası yolu hadisə yerinin fotoşəkillərinə əsasən toqquşma yerinin konkret olaraq hansı nəqliyyat vasitəsinin hərəkət zolağında yerləşməsini müəyyən etmək mümkün olmur. Ona görə də iş materiallarında olan fotoşəkillərlə Mercedes Benz markalı avtomobilin hərəkət zolağında toqquşmaya xarakterik izlərin qalıb-qalmamasını və toqquşmaya xarakterik hissələrin tökülüb-tökülməməsini yol-nəqliyyat hadisələri ekspertizası yolu müəyyən etmək mümkün deyildir. Məhkəmə tərəfindən qərarda toqquşma yerinin konkret olaraq hansı nəqliyyat vasitəsinin hərəkət zolağında yerləşməsi göstərilmədiyindən və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə hadisə yerinin fotoşəkillərinə əsasən toqquşma yerinin konkret olaraq hansı nəqliyyat vasitəsinin hərəkət zolağında yerləşməsini müəyyən etmək mümkün olmadığından Mercedes Benz markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə mexanizminin real hadisə mexanizminə uyğun olubolmamasını yol-nəqliyyat hadisələri ekspertizası yol müəyyən etmək mümkün deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə- hərəkət üçün təhlükə yaranan andan toqquşmaya kimi 3-5 saniyə vaxtın keçməsi şəraitində Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürucusu Təqsirləndirilən şəxs hərəkətlərində “X16” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan andan Mercedes Benz markalı avtomobilin toqquşma yerindən 20,9 metr məsafədə olması şəraitində Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Vahıd oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 782 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması davranış pozuntuları ilə xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cı baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin nevrotik səviyyədə və mülayim ifadəli olması səbəbindən o, ona şamil edilən əməli törədən zamanı öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarnda olmuşdur.O hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması davranış pozuntuları ilə xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalqtəsnifatı 10-ci baxış) F 07.2 xəstəliyi keçirməsinə baxmayaraq o, qərarın təsviri hissəsində göstərilən əməli törədərkən ANLAQLİ olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və DİN–nin BDYPİ–nin Tovuz RQİ və TBŞ–si tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli 016–260 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2023–cü il tarixdə xx.xx.2025–ci il tarixə kimi BC–318324 saylı “B1 ,B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert və X6- Sosial Ekspert Komissiyasın qərarından görünür ki Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlildir və əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X14 Birliyi tərəfindən verilmiş Ə-020315 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və o, müharibə veteranı kimi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-1425 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 2374 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-53055 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-8306 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-4799 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-14267 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan X1 xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ildən X2 ambulator qeydiyatdadır və həmin tarixdən pulsuz dərman reqistrindən qeydiyatdarır. Xəstə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstəxanada stasionar müalicədə olmuşdur və mütəmadi olaraq həkim nəzarəti altındadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 341.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il 06 ay sınaq müddəti nüəyyən edilməklə təyin olunmuş cəza şərti hesab olunmuş, Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş və onun üzərindən məhkumluğu götürülmüşdür. Cinayət işinin materiallarında olan Qazax RİHB–nin Qazax Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il anadan olmuş Vahid, xx.xx.2013-cü il anadan olmuş Gülay adlı iki nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2020-ci il anadan olmuş Əli adlı bir nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Qazax RİHB–nin Qazax Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış və zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən xx.xx.2024–cü il tarixdə notarial qaydada yazılmış ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, iş üzrə ibtidai araşdırma zamanı qanunvericiliyin tələblərinə riayət edilməklə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin təqsirliliyi tam sübut olunmuşdur. Məhkəmə, ilk olaraq məhkəmə baxışı iclasında tədqiq edilmiş, ittiham və müdafiə tərəfinin mübahisələndirdiyi sübutlara ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, 24 aprel 2023-cü tarixdə, saat 18 radələrində Gəncə-Şəmkir magistral avtomobil yolunun Şəmkir rayonu, Keçilli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə baş verdikdən sonra Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı Müşfiq Şahmuradov tərəfindən hal şahidlərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gəncə-Şəmkir avtomagistral yolunun Şəmkir rayonu, Könüllü kəndindən keçən hissəsində baş vermişdir. Toqquşma hadisəsindən əvvəl Mercedes Benz markalı **-BE-*** qeydiyyat nömrə nişanlı avtomobil Şəmkir şəhəri istiqamətində, QAZ 2410 markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil isə Gəncə şəhəri istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Toqquşmadan sonra avtomobillər üzü Gəncə şəhəri istiqamətində dayandıqda yolun sağ hissəsində, yəni Mercedes Benz markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkətdə olduğu hissədə dayanmışdır. Həmçinin hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, toqquşma yeri Gəncə şəhəri istiqamətində sağ hərəkət zolağında yəni, QAZ-2410 markalı avtomobilin hərəkət etdiyi yolda baş vermişdir. Bundan sonra işin istintaqını aparan müstəntiq Elşən Məmmədov tərəfindən “Yol-nəqliyyat hadisələri ekspertizası təyin olunmuş və aparılmış ekspertiza tədqiqatı nəticəsində ekspert tərəfindən müəyyən olunmuşdur ki, sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi QAZ-2410 markalı avtomobili Gəncə şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən, avtomobili qarşı sol hərəkət zolağına çıxartmış, bu zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs 60 km/saat sürətlə idarə etdiyi Mercedes Benz markalı avtomobili sola istiqamətləndirərək sol hərəkət zolağına çıxartmış və bu zaman QAZ-2410 markalı avtomobil öz yoluna qayıdaraq avtomobillər arasında toqquşma baş vermişdir. Toqquşmaya kimi QAZ-2410 markalı avtomobil Mercedes Benz markalı avtomobilin hərəkət zolağını tam boşaltmışdır. Toqquşma yeri Gəncə şəhəri istiqamətində sağ hərəkət zolağında hərəkət hissəsinin sağ kənarından sola doğru 4.3 metr məsafədə yerləşir. X15 markalı avtomobilin qabaq sağ hissəsi ilə Qaz -2410 markalı avtomobilin qabaq sol hissəsi arasında baş vermişdir. Sürücü Mustafayevin hadisə yerində göstərməsinə əsasən QAZ- 2410 markalı avtomobil onun yoluna çıxdığı andan toqquşma yerinə kimi Mercedes Benz markalı avtomobil 20 metr məsafə qət etmişdir. Həmçinin tədqiqat zamanı müəyyən edilmişdir ki, təhlükə yaranan anda, yəni qarşıdan əks istiqamətdən hərəkətdə olan QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda Mercedes Benz markalı avtomobilin toqquşma yerindən olduğu minimum məsafə 66 metrə uyğundur. İstintaq tərəfindən sürücü Təqsirləndirilən şəxs göstərməsinə əsasən müəyyən edilən, QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı andan toqquşmaya kimi Mercedes Benz markalı avtomobilin 20 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Beləliklə, ekspert belə qənaətə gəlmişdir ki, QAZ 2410 markalı **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 İsə oğlunun hərəkətlərində “ X16 “ Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, sürücü Zərərçəkmiş şəxs2 QAZ-2410 markalı avtomobilli sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X16“ Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücü Təqsirləndirilən şəxs göstərməsinə əsasən müəyyən edilən QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı andan toqquşma yerinə kimi Mercedes Benz markalı avtomobilin 20 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı andan toqquşma yerinə kimi Mercedes Benz markalı avtomobilinin qət etdiyi minimum məsafə 66 metrdir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X16“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Daha sonra 29 avqust 2023-cü il tarixli, 8/2128 nömrəli rəyində ziddiyyətlər olduğundan Şəmkir Rayon Prokuroru Azər Hətəmovun yazılı göstərişi əsasında işin istintaqını aparan müstəntiqin 12 sentyabr 2023-cü il tarixli qərarı ilə “Əlavə komisyon yol-nəqliyyat hadisəsi ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023–cü il tarixli 8/2818 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı müəyyən olunmuşdur ki, təhlükə yaranan anda, yəni qarşıdan əks istiqamətdən hərəkətdə olan QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda Mercedes Benz markalı avtomobilin toqquşma yerindən olduğu minimum məsafə 66 metrə uyğundur. İstintaq tərəfindən sürücü Təqsirləndirilən şəxs göstərməsinə əsasən müəyyən edilən, QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı andan toqquşmaya kimi Mercedes Benz markalı avtomobilin 20 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. 60 km/saat sürətlə hərəkətdə olan Mercedes Benz markalı avtomobilin dayanma yolu 45 metrdir. Hərəkət üçün təhlükə yaranan anda, yəni QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda Mercedes Benz markalı avtomobilin toqquşma yerindən olduğu minimum məsafənin 66 metr Mercedes Benz markalı avtomobilin mövcud şəraitə uyğun dayanma yolundan 45 metr böyük olması onu göstərir ki, sürücü Təqsirləndirilən şəxs vaxtında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi Mercedes Benz markal avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmağa texniki imkanı olmuşdur. Qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs vaxtında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi Mercedes Benz markalı avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmağa texniki imkanı olması və toqquşmanın QAZ-2410 markalı avtomobilin hərəkət zolağında baş verməsi faktları onu izah edir ki, sürücü Təqsirləndirilən şəxs sola doğru apardığı manevr, yəni idarə etdiyi Mercedes Benz markalı avtomobili sola istiqamətləndirərək qarşı sol hərəkət zolağına çıxartması hərəkət təhlükəsizliyini təmin etməmişdir. Beləliklə ekspert komissiyası belə qənaətə gəlmişdir ki, Mercedes Benz markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X16“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, QAZ 2410 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 İsə oğlunun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs2 QAZ-2410 markalı avtomobilli sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X16“ Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan sonra məhkəmə baxışının gedişində müdafiə tərəfinin vəsatəti əsasında əlavə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 20 may 2024–cü il tarixli 8/1186 nömrəli rəydə göstərilmişdir ki, ekspertiza təqdiqatı zamanı qərarda qeyd olunan məhkəmə iclasında şahid Kərimovun və iş üzrə tərəflərin göstərdiklərinə əsasən, yəni sərnişin Kərimovun göstərdiyi toqquşma yerinin hərəkət hissəsinin sağ və sol kənarlarına nəzərən koordinantları barədə məlumat təqdim edilmədiyindən, sürücü Mustafayevin və sərnişin Məmmədovanın göstərdikləri məlumatlar isə real hadisə mexanizminə uyğun olmadığından Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini konkret formada tədqiq etmək mümkün deyildir. Məhkəmə tərəfindən Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti və hərəkəti üçün təhlükə yaranan andan Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə sürücü Mustafayevin ifadəsinin yerində yoxlanılması zamanı müəyyən olunaraq aşağda hesablanan kritik məsafə ilə müqayisə edilməklə müvafiq nəticəyə gəlinə bilər. Hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən müvafiq sürət həddinə uyğun 25,4-34,6-45 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən müvafiq sürət həddinə uyğun 25,4-34,6-45 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Göstərilənlərlə bağlı, yəni ekspert rəyində göstərilən xüsusatların tədqiq edilməsi üçün məhkəmə tərəfindən proses tərəflərinin iştirakı ilə iki dəfə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxs 24 aprel 2023–cü tarixdə, saat 18 radələrində idarə etdiyi Mercedes Benz markalı, 05–BE–747 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə–Şəmkir magistral avtomobil yolunun Şəmkir rayonu, Keçilli kəndi ərazisindən keçən hissəsində Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən QAZ 2410 markalı 20–BT–510 dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına daxil olmasını, toqquşma nöqtəsinin də onun hərəkət zolağında baş verməsini bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs “QAZ 2410” markalı 20–BT–510 nömrəli avtomobilin onun hərəkət zolağına daxil olduğu anda onun idarə etdiyi avtomobilin toqquşma nöqtəsindən 20,9 metr məsafədə yerləşməsi, eyni zamanda onun həmin avtomobili həmin məsafədə görməsi və toqquşma yerinin Mercedes Benz markalı 05–BE–747 nömrəli avtomobilin hərəkət zolağında yerləşməsini göstərmişdir. Məhkəmə, ibtidai istintaq zamanı əldə edilmiş ekspert rəyləri ilə məhkəmə istintaq zamanı əldə edilmiş rəy arasında ziddiyyətlər olduğundan və həmin hal şübhə doğuran məqamlara gətirib çıxartdığından, iş üzrə təkrar məhkəmə–komisyon ekspertizasının təyin edilməsi barədə qərar qəbul etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. 30 avqust 2024–cü il tarixdə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs göstərdikləri, yəni “QAZ 2410” markalı 20–BT–510 nömrəli avtomobilin onun hərəkət zolağına daxil olduğu anda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin toqquşma nöqtəsindən 20,9 metr məsafədə yerləşməsi, eyni zamanda onun həmin avtomobili həmin məsafədə görməsi və toqquşma yerinin Mercedes Benz markalı 05–BE–747 nömrəli avtomobilin hərəkət zolağında yerləşməsi istintaq materiallarına və real hadisənin mexanizminə uyğundurmu, əgər uyğundursa, həmin şəraitdə sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu, olmuşdursa X16 qanunun hansı tələbləri pozulmuşdur ?
2. Toqquşma yeri hansı əlamətlərinə görə müəyyən edilir, istintaq tərəfindən müəyyən edilən toqquşma yeri iş materiallarına və hadisə yerinin müyainəsi protokoluna, həmçinin hadisə yerində çəkilmiş fotoşəkillərə uyğundurmu ?
3. Sürücü Təqsirləndirilən şəxs göstərdiyi kimi “QAZ 2410” markalı 20– BT– 510 nömrəli avtomobil onun yoluna çıxdığı andan toqquşmaya kimi 3–5 saniyə vaxtın keçməsi şəraitində hadisənin qarşını almağa texniki imkanı olmuşdurmu, olmuşdursa “X16” Azərbaycan Respublikası Qanununun hansı tələbləri pozulmuşdur ? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 09 yanvar 2025–ci il tarixli 8/2658 nömrəli rəyindən görünür ki, məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı ekspert komissiaysı aşağıdakı nəticəyə gəlmişdir. Nəqliyyat vasitələrinin konkret toqquşma yeri, hadisədən bilavəsitə sonra hadisə yerinə baxış keçirilərkən toqquşma nəticəsində nəqliyyat vasitələrindən ayrılaraq hadisə yerinə tökülmüş hissələrə (torpaq qırıntılarına, rəng hissəciklərinə, şüşə, plastmas qırıntılarına və s.), hadisə yerində qalmış təkər izlərinə və nəqliyyat vasitələrinin alt hissələrinin asfalt səthi ilə kontaktı zamanı hərəkət hissəsində yaranan izlərə əsasən hadisə yerinin müayinəsi zamanı təhqiqat (istintaq) tərəfindən müəyyən edilir. Torpaq, rəng hissəcikləri və xırda şüşə, plastmas hissələri həcmcə kiçik və çəkisi az olduğundan, həmin hissəciklər nəqliyyat vasitələrinin toqquşması Zamanı zərbə nəticəsində ayrılaraq praktiki olaraq toqquşma yerinə düşür. Yol-nəqliyyat hadisələri ekspertizası yolu hadisə yerinin fotoşəkillərinə əsasən toqquşma yerinin konkret olaraq hansı nəqliyyat vasitəsinin hərəkət zolağında yerləşməsini müəyyən etmək mümkün olmur. Ona görə də iş materiallarında olan fotoşəkillərlə Mercedes Benz markalı avtomobilin hərəkət zolağında toqquşmaya xarakterik izlərin qalıb-qalmamasını və toqquşmaya xarakterik hissələrin tökülübtökülməməsini yol-nəqliyyat hadisələri ekspertizası yolu müəyyən etmək mümkün deyildir. Məhkəmə tərəfindən qərarda toqquşma yerinin konkret olaraq hansı nəqliyyat vasitəsinin hərəkət zolağında yerləşməsi göstərilmədiyindən və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə hadisə yerinin fotoşəkillərinə əsasən toqquşma yerinin konkret olaraq hansı nəqliyyat vasitəsinin hərəkət zolağında yerləşməsini müəyyən etmək mümkün olmadığından Mercedes Benz markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə mexanizminin real hadisə mexanizminə uyğun olub-olmamasını yol-nəqliyyat hadisələri ekspertizası yol müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspert komissiyası məhkəmə tərəfindən qərarda toqquşma yerinin konkret olaraq hansı nəqliyyat vasitəsinin hərəkət zolağında yerləşməsi göstərilmədiyindən və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə hadisə yerinin fotoşəkillərinə əsasən toqquşma yerinin konkret olaraq hansı nəqliyyat vasitəsinin hərəkət zolağında yerləşməsini müəyyən etmək mümkün olmadığını qeyd etsədə, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 24 aprel 2023-cü il tarixli protokola əlavə olunmuş fotoşəkillərə baxış keçirilərkən toqquşma yerinin Gəncə şəhəri istiqamətində sağ hərəkət zolağında, yəni Zərərçəkmiş şəxs2 idarə etdiyi QAZ-2410 markalı avtomobilin hərəkət zolağında baş verməsi müəyyən olunur. Belə ki, məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq ekspert komissiyası özü qeyd etmişdir ki, nəqliyyat vasitələrinin konkret toqquşma yeri, hadisədən bilavəsitə sonra hadisə yerinə baxış keçirilərkən toqquşma nəticəsində nəqliyyat vasitələrindən ayrılaraq hadisə yerinə tökülmüş hissələrə (torpaq qırıntılarına, rəng hissəciklərinə, şüşə, plastmas qırıntılarına və s.), hadisə yerində qalmış təkər izlərinə və nəqliyyat vasitələrinin alt hissələrinin asfalt səthi ilə kontaktı zamanı hərəkət hissəsində yaranan izlərə əsasən hadisə yerinin müayinəsi zamanı təhqiqat (istintaq) tərəfindən müəyyən edilir. Torpaq, rəng hissəcikləri və xırda şüşə, plastmas hissələri həcmcə kiçik və çəkisi az olduğundan, həmin hissəciklər nəqliyyat vasitələrinin toqquşması zamanı zərbə nəticəsində ayrılaraq praktiki olaraq toqquşma yerinə düşür. Hadisə yerinə baxış protokoluna əlavə olunmuş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitələrinin özləri, həmçinin avtomobillərin qırıntıları, xırda şüşə, plastmas hissələri yolun Gəncə şəhəri istiqamətində sağ hərəkət zolağında olması müəyyən olunur, yolun sol hərəkət hissəsinin isə tamamilə təmiz olması müəyyən olunur. Göstərilənlər isə onu deməyə əsas verir ki, nəqliyyat vasitələrinin toqquşma yeri istintaq orqanının müəyyən etdiyi kimi, Gəncə şəhəri istiqamətində sağ hərəkət zolağında, yəni Zərərçəkmiş şəxs2 idarə etdiyi QAZ-2410 markalı avtomobilin hərəkət zolağında olmuşdur. Bundan başqa, məhkəmənin qərarına əsasən aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, hərəkət üçün təhlükə yaranan andan toqquşmaya kimi 3-5 saniyə vaxtın keçməsi şəraitində Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürucusu Təqsirləndirilən şəxs hərəkətlərində “X16” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan andan Mercedes Benz markalı avtomobilin toqquşma yerindən 20,9 metr məsafədə olması şəraitində Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Vahıd oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə ekspert tədqiqatının həmin hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, 30 avqust 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilərkən təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yaranan andan Mercedes Benz markalı avtomobilin toqquşma yerindən 20,9 metr məsafədə olmasını göstərsədə, məhkəmə həmin halı təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadə olması qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatları zamanı müəyyən olunmuşdur ki, təhlükə yaranan anda, yəni qarşıdan əks istiqamətdən hərəkətdə olan QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxan anda Mercedes Benz markalı avtomobilin toqquşma yerindən olduğu minimum məsafə 66 metrə uyğundur. İstintaq tərəfindən sürücü Təqsirləndirilən şəxs göstərməsinə əsasən müəyyən edilən, QAZ-2410 markalı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı andan toqquşmaya kimi Mercedes Benz markalı avtomobilin 20 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Həmçinin 09 yanvar 2025–ci il tarixli 8/2658 nömrəli ekspert rəyində aparılmış tədqiqatla müəyyən olunmuşdur ki, QAZ-2410 markalı avtomobilin Mercedes Benz markalı avtomobilin yoluna çıxdığı andan toqquşmaya kimi keçən 3-5 saniyə vaxt ərzində Mercedes Benz markalı avtomobilin toqquşma yerindən olduğu məsafə 33-41, 6-50-55,5-69,4-83,3 metrdir. Həmin şəraitdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. Nəzərə alsaq ki, hər iki avtomobilin hərəkət surəti məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 60km/saat olmuşdur, həmçinin təqsirləndirilən şəxs 11 mart 2024cü il tarixdə keçirilmiş məhkəmə prosesində dindirilərkən ifadəsində Zərərçəkmiş şəxs2 onun yoluna çıxması ilə onların toqquşması arasındakı vaxt aralığının 3-5 saniyə çəkməsini göstərmişdir, bu səbəbdən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “X16” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertizalarının rəylərini əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” “Hərbi xidmətlərə görə” medalları və Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın real çəkilməli olub–olmaması məsələsinə gəldikdə məhkəmə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini və onlarla barışıq əldə etməsini, habelə İİ Qarabağ müharbə iştirakçısı olmaqla hazırda müharibə veteranı olmasını, müharibə dövründə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” “Hərbi xidmətlərə görə” və Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasını nəzərə alır, hesab edir ki, CM-in 70-ci maddəsinə əsasən ona təyi ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni, eləcə də, ədalətli hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəmiş, onlarla razılıq əldə etmiş, bununla da o, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduğunu sübut etmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM–in 70.1–ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3–cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, CM-in 70-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsidə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qnuni qüvvəyə minənə qədər dəyidirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs məxsus Mercedes–Benz markalı 05–BE–747 dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, digər maddi sübut olan, Zərərçəkmiş şəxs2 İsə oğluna məxsus, Şəmkir RPŞ-də saxlanılan QAZ 2410 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs2 ailə üzvlərinə qaytarılmalıdır. Keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 541 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 541 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22), hökmün icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs məxsus Mercedes–Benz markalı 05–BE–747 dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın və iş üzrə digər maddi sübut olan, Şəmkir RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs2 İsə oğluna məxsus QAZ 2410 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs2 ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 541 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Taleh Musayev