Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-100/2023 22.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon Vəkil bürosunun vəkili Dövlət ittihamçısı2 iştirakları ilə, xx.xx.1989-cu ildə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu Dəllər- Cırdaxan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində onunla qonşuluqda yaşayan qardaşı Zərərçəkmiş şəxs aralarında işıq pulu borcunun üstündə yaranmış mübahisə zamanı əli ilə qəsdən döyərək ona burun yəhərinin sıyrığı, boyunun sağ yan səthinin qançırı, döş qəfəsinin sol yarısının ön səthinin yumşaq toxumalarının qançır və ağrı halında əzniyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Tahir onun qardaşıdır. Tahir onunla eyni kənddə ayrı evdə yaşayır və Şahid1 qardaşı Tahirin ailəsi ilə birlikdə eyni evdə yaşayır, qardaşı Mahirlə onun yaşadığı evin elektrik sayğacı eynidir. İşıq pulu borcu olduğu üçün işıq idarəsi tərəfindən evinə enerjinin verilməsi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə atası Elxan borc alıb işıq pulu borcunun 50 manatını ödədiyi üçün evlərinə elektrik enerjisinin verilməsi bərpa olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində bacısı Sevda yaşadıqları evin həyətində olan zaman qardaşı Tahirgildən səs-küy gəldiyini eşidib onların evinə getmiş, qardaşı Tahirin evində olan zaman atası Elxanın qardaşı Tahirdən işıq pulu istədiyini, Tahir isə atasına pul vermədiyini bilmişdir. Həmin vaxt atası sayğacdan işığı söndürmüş, bundan sonra qardaşı Mahir işığı yandırmış, atası yenə işığı söndürən zaman qardaşı Tahir ağac parçası gətirib atasını vurmaq istəyəndə bacısı Sevda ağacı onun əlindən almış, Tahir daha sonra yerdən daş götürüb atasını vurmaq istəyəndə Sevda həmin daşı onun əlindən almış, həmin vaxt əsəbləşmiş, yumruqla qardaşı Tahirin sinəsinə vurmuş, boğazından tutub kənara itələmişdir. Həmin vaxt bacısı Sevda onları aralamış, bundan sonra yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs qardaşıdır. Mahir onunla eyni kənddə ayrı evdə yaşayır. Atası Şahid1 onunla birlikdə eyni evdə yaşayır. Qardaşı və atası Elxan onu yaşadığı evdən çıxarmaq istəyirlər. Bu səbəbdən tez-tez aralarında mübahisələri olur qardaşı Mahirlə onun yaşadığı evin elektrik sayğacı eynidir. İşıq pulu borcları olduğu üçün təxminən iki gün evlərinə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Atası Elxan xx.xx.2023-cü il tarixdə işıq pulu borcunu ödəmək üçün ondan pul istəyəndə ona 10 manat pul versə də, atası ondan həmin pulu götürməmiş, əlavə pul istəmişdir. Sonra atası 50 manat işıq pulu ödədiyi üçün evlərinə elektrik enerjisinin verilməsi bərpa olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evlərinin həyətində olan zaman səs-küy eşidib evə getmişdir. Evdə olan zaman qardaşı Mahir və bacısı Sevda onun yaşadığı evdə olmuş, atası Elxanla arvadı Şahid3 mübahisə etdiyini görmüş, həmin yaxt atası ona işıq pulu ödəmirsiz çıxın evimdən gedin demiş, atası sayğacdan işığı öndürmüşdür. Bundan sonra gedib yenidən sayğacdan işığı yandırmış, ancaq atası yenə şayğacdan işığı söndürmüşdür. Daha sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı atası Elxan və qardaşı Mahir onu söyüb təhqir etmiş, qardaşı Mahir üzərinə gəlib yumruqla onun sinəsindən vurmuş, boğazından tutub əli ilə cırmaqlamış, yerə yıxılandan sonra arvadı Əfsanə və bacısı Sevda onları aralamış, bundan sonra arvadı ilə birlikdə küçəyə çıxıb qardaşı Mahir və atası Elxanın sakitləşməsini gözləmişdir. Təxminən 5-10 dəqiqə gözləyəndən sonra evinə getmiş, daha sonra isə tibbi yardım almaq üçün Şəmkir rayon Xəstəxanasına getmiş, tibbi yardım alandan sonra yaşadığı evə qayılmışdır. İş materiallarında olan Şəmkir rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb eksperti N.Ə.Sadıqovun 02 fevral 2023-cü il tarixil 101 saylı “canlı şəxsin ekspertizası" rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər- burun yəhərinin sıyrığı, boyunun sağ yan səthinin qançırı, döş qəfəsinin sol yarısının ön səthinin yumşaq toxumalarının qançır və ağrı halında əzniyi KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddətəri 01 fevral 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, Təqsirləndirilən şəxs ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxsnın məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM 73.2-ci maddəsində sadalanan cinayətlər üzrə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icrааtа xitаm verilsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı2 məhkəmə istintaqında iştirak etməyə görə sərf edilmiş 3 saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 18 (on səkkiz) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-100/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-100/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver