Məhkəmə qərarları › İş №1(076)-100/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-100/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-100/2024 07.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 26 fevral 2023-cü il tarixdə saat 20 radələrində BD-301-928 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında özünə məxsus idarə etdiyi “VAZ-21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəmkir şəhəri, S.Vurğun küçəsində, rayonun mərkəzi hissəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığın gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçüı mümkün olan tədbirləri görməli olduğu halda Qanunun qeyd olunan tələblərinə riayət etməyərək öz hərəkət istiqamətində olan Şahid1 idarə etdiyi “VAZ 21015”markalı **- NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin qabaq oturacağında sərnişin qismind əyləşmiş Şəmkir rayonu, Yeni-Həyat kənd sakini Zərərçəkmiş şəxs sağ almının gicgah nahiyəsinin dərialtı hemotoması, üst dodağının selikli hissəsinin əzilmi yarası, baş beyinin sağ alın payında subdural hemotoması ilə müşayiət olunan sağlamlığı uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, özünə məxsus “VAZ-21074” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil rəsmi olaraq öz adına qeydiyyatdadır. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi var. 26 fevral 2023-cü il tarixdə saat 20 radələrində özünə məxsus “VAZ-21074” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən onun hərəkəti istiqamətində “VAZ-21015” markalı avtomobilin arxaya hərəkət etdiyini təxminən 10-15 metr məsafədən görmüşdür. O, əyləc sistemini işə salaraq avtomobili dayandırmaq istəmişdir, lakin avtomobil dayanmayıb həmin avtomobilin arxa hissəsindən öz avtomobili ilə toqquşmuş, toqquşma nəticəsində “VAZ-21015" markalı avtomobilin arxa hissəsi və onun avtomobilinin qabaq hissəsinə ziyan dəymişdir. O, avtomobildən düşən zaman “VAZ-21015” markalı avtomobildə bir nəfər sonradan adını bildiyi Zərərçəkmiş şəxs adlı sərnişin qadının xəsarət aldığını görmüşdür. Qadının xəstəxanaya yerlşdirilməsi üçün onların yanına gəlmiş, qadına həkimlər tərəfindən ilkin tibbi yardım göstərilməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. xx.xx.2023-ci il tarixdə, saat 20 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində idarə etdiyi “VAZ-21074” **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ-21015” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində o, xəsarət almamışdır. Hadisə baş verən vaxt onun idarə etdiyi “VAZ-21074” **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin surəti 50-60 km/saat olmuş, hadisə baş verən vaxt spirtli içki qəbul etməmişdir. Həmin vaxt ayıq vəziyyətdə olmuş, hadisə baş verən zaman və əvvəl onun idarə etdiyi avtomobilində ondan başqa heç kim olmamışdır. Şahid1 idarə etdiyi avtomobili 10-15 metr məsafədən görmüş və hadisənin qarşısını almağa heç cür imkanı olmamışdır. Hazırda zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əri Şahid1 məxsus “VAZ-21015” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Lakin əri Şahid1 həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Şəmkir şəhərində yaşayan qohumunun yas mərasimindən çıxıb əri Şahid1 məxsus avtomobillə evə gedən zxaman o, avtomobilin qabaq oturacağında əyləşmiş, əri Şahid1 isə avtomobili idarə etmişdir. Avtomobildə onlardan başqa heç kim olmamış, əri Şahid1 idarə etdiyi avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin hərəkət zolağında avtomobilin dayanmasını görüb avtomobilin hərəkət sürətini azaltmış, qarşıda dayanan avtomobil nasazlıq səbəbindən işə salına bilmədiyi üçün əri Şahid1 arxaya avtomobili idarə edib həmin maneəni keçərək yoluna davam etmək istəmişdir. Şahid1 idarə etdiyi “VAZ-21015” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya idarə edən zaman sonradan bildiyi “VAZ-21074” dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 məxsus avtomobillə arxa hissədən toqquşmuş, avtomobillər toqquşan zaman onun baş nahiyəsi Şahid1 idarə etdiyi avtomobilin qabaq şit hissəsinə dəyərək xəsarət almışdır. Şahid1 onun xəsarət aldığını görüb onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmiş, eyni zamanda, Şahid1 məxsus avtomobildə hadisə baş verən zaman o, və Şahid1 olmuş, başqa heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Belə ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Özünə məxsus “VAZ-21015” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Lakin həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Şəmkir şəhərində yaşayan qohumunun yas mərasimindən çıxıb arvadı Zərərçəkmiş şəxs ilə birlikdə özünə məxsus “VAZ-21015” markalı avtomobillə evə gedən zaman Zərərçəkmiş şəxs avtomobilin qabaq oturacağında əyləşmiş, avtomobildə onlardan başqa heç kim olmamışdır. O, avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin hərəkət zolağında avtomobilin dayanmasını görüb avtomobilin hərəkət sürətini azaltmışdır. Qarşıda dayanan avtomobil nasazlıq səbəbindən işə salına bilmədiyi üçün o, arxaya avtomobili idarə edib həmin maneəni keçərək yoluna davam etmək istəmişdir. O, avtomobili arxaya idarə edən zaman sonradan bildiyi “VAZ-21074” dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus avtomobillə arxa hissədən toqquşmuş, avtomobillər toqquşan zaman arvadı Zərərçəkmiş şəxs baş nahiyəsi idarə etdiyi avtomobilin tarpedasına dəyərək həmin vaxt xəsarət almışdır. O, arvadı Zərərçəkmiş şəxs xəsarət aldığını görüb onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmiş və müayinə edilmişdir. Eyni zamanda, xx.xx.2023-ci il tarixdə, saat 20 radələrində avtomobillərin toqquşması nəticəsində heç bir xəsarət almamış, o, idarə etdiyi “VAZ-21015” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş, hadisə baş verən vaxt onun idarə etdiyi avtomobilin surəti 20 km/saat olmuşdur. O, hadisə baş verən vaxt spirtli içki qəbul etməmiş, həmin vaxt ayıq vəziyyətdə olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru vəzifəsində xidmət edir, polis serjantı rütbəsi daşıyır. xx.xx.2023-cü il tarixdə 20 radələrində dislokasiya üzrə Şəmkir şəhəri ərazisində xidmət yoldaşı Şahid2 ilə xidmətdə olan zaman rayon polis şöbəsinin növbətçi hissəsindən radiostansiya vasitəsi ilə şəhərin S.Vurğun küçəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış, o, xidmət yoldaşı Şahid2lə birlikdə xidməti avtomobillə dərhal olaraq hadisənin baş verdiyi S.Vurğun küçəsinə getmiş, hadisə yerinə gəlib çatan zaman “VAZ-21015” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ-21074” markalı avtomobilin toqquşduğunu görmüş, hadisə yerində hadisəni öyrənən zaman ona “VAZ-21015” markalı avtomobilin sürücüsü Şahid1 özünə məxsus “VAZ-21015” markalı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman hərəkəti istiqamətində digər avtomobilin nasazlıq səbəbindən dayanması nəticəsində avtomobili saxlayıb geri hərəkət edərək həmin maneəni keçmək istəyən zaman arxadan hərəkətdə olan “VAZ-21074” dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə gəlib Sabirə məxsus “VAZ-21015” markalı avtomobilin arxa hissəsindən vurması məlum olmuşdur. Həmin vaxt Şahid1 məxsus “VAZ-21015” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət aldığını görmüşlər. Sərnişin Zərərçəkmiş şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılmış, sonra polis şöbəsinin TB-nin təhqiqatçısı tərəfindən hadisə yerinin sənədləşdirilməsi aparılaraq hadisə yerinin fotoşəkilləri çəkilmiş və sənədləşdirmə qurtardıqdan sonra onlar tərəfindən hər iki avtomobil Şəmkir RPŞ-nin avtomobil duracağına yerləşdirilmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 elan edilmiş ifadəsində Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi və həmin xüsusatları bir daha təsdiq etdiyi məlum olur. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqında 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir şəhəri, S.Vurğun küçəsində baş vermişdir. Avtomobil yolu asfalt örtükdən ibarət olmaqla hamar, düz və qurudur, yolunun ümumi eni 11 metr olmaqla yol iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş, icazə verilən maksimal sürət 50 km/saatdır. Hadisədən əvvəl “VAZ-2107” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə Şəmkir şəhəri istiqmətində, “VAZ-21015” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri, S.Vurğun küçəsində eyni istiqamət zolağında geriyə döğru hərəkət edib, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerində “VAZ-21015” markalı avtomobil yolun sağ kənarından hərəkət hissəsinə doğru 4.6 m, “VAZ-21074” markalı abtomobil isə 3.9 metr məsafədə dayanmışdır. “VAZ-21074” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən qalma 14.6 metr tormuz izi müəyyən edilmiş, tormuz izi yolun sağ hərəkətində yolun hərəkət hissəsinə döğru 4.5metr məsafədə 14.6 metr uzunluğundadər. “VAZ-21150” markalı avtomobilin arxa, “VAZ-21074” markalı avtomobilin ön hissəsi deformasiya olunubdur. Cinayət işinin materiallarında olan 26 fevral 2023-cü il tarixli, 59 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi törədən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan, BDYPİ Tovuz RQİ TBŞ-si tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək “BC” kateqoriyalı, AD-301928 saylı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Şəmkir rayon şöbəsi ekspertinin 27 mart 2023-cü il tarixli 295 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sağ alın-gicgah nahiyəsinin dərialtı hemotoması, üst dodağın selikli hissəsinin əzilmiş yarası, baş beyinin sağ alın payında subdural hemotoması KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 26 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. . Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 10 aprel 2023-cü il tarixli 8/839 nömrəli rəyindən görünür ki, “VAZ- 21150” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərətkəri haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəısinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahid1 “VAZ-21150” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında “Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ-21074” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışıq əldə etmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “VAZ-21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2-ci bəndə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “VAZ-21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini təqsirli olaraq törətmişdir. Məhkəmə, istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 128 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan “VAZ-21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “VAZ-21015” markalı, **-AN-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 22 (iyirmi iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 (bir yüz otuz iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. İş üzrə maddi sübut olan “VAZ-21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “VAZ-2015” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 qaytarılması nəzərə alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə hazırki qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar