Məhkəmə qərarları › İş №1(076)-100/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-100/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-100/2025 07.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1997-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayon, Zəyəm qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə saat 00:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən X13 Məktəbin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs 24 avqust 2024-cü il tarixdə gecə saatlarında tanışı Şahid3 yaşadığı evin qarşısında yüksək səslə işlətdiyi nalayiq söyüşləri yaxın qohumları tərəfindən eşitmələrinə görə iradını bildirmiş, bu zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onu əlləri və ayaqları ilə qəsdən vuraraq ona sağ gözaltı nahiyənin qançırı, sol gözün ağlı qışasının tış yarısına hissəvi qansızma və sağ diz oynağının ön səthinin sıyrığı ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi səbəbindən ondan qisas almaq niyyətilə əlləri və ayaqları ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən zərbələr endirərək ona alt çənənin sol yarısının, sol bazunun yuxarı üçdə birinin bayır səthinin qançırları və sol əlin şişkinlik fonunda qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən və sağ gözaltı nahiyənin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndlisidir. Hal hazırda Zərərçəkmiş şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsinin yeni məhləsində yaşayır. Onunla bu günədək aralarında heç bir narazılıqları və ədavətləri olmamış, münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs əmisi oğlu Şahid1 ilə Ülvi Əliyevin keçmiş arvadı X1 ilə bir il bundan əvvəl onun Zəyəm qəsəbəsində yerləşən evində intim münasibətdə olduğu zaman onları görmüş, sonra bu barədə Zəyəm PB-nə onların şikayətləri olmuş və həmin xüsusatla bağlı araşdırma aparılmışdır. X12 arvadı Mariyanadan boşanmaq üçün Şəmkir rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2024cü il tarixdə Ülvi Əliyev Bakı şəhərində yaşayan bacısı Vəsilənin yanına çıxıb getmiş, Ülvinin anası X8 evdə tək qaldığı üçün Ülvi Əliyev ona zəng edərək onlara gedib anasına baş çəkməsini xahiş etmiş, o, Ülvi Əliyev ilə telefonda danışa-danışa onların evi istiqamətinə getmiş, Nurlan X4pı qapıya qonşu olmuş, o, Ülvi Əliyevgilin evlərinə çatan zaman həmin vaxt markasını və dövlət qeydiyyat nişanını bimədiyi avtomobil onun üzərinə idarə edən zaman o, kənara çəkilmiş və həmin avtomobili idarə edən şəxsə qarşı söyüş etməyə başlamışdır. Bu vaxt Şahid1 anası Dürdanə evdən çölə çıxaraq ona nə üçün söyüş etdiyini soruşan zaman o, ona cavab olaraq ona söyüş etmədiyini və tanımadığı avtomobilin onun üzərinə idarə etməsinə görə söyüş etdiyini bildirmişdir. Dürdanəni başa saldıqdan sonra o, Ülvigilin evlərinə getmiş, O, Ülvinin anasıgildə qalmış və səhəri evlərinə getmişdir. xx.xx.2024-cü il tarixdə Nurlanın əmisi oğlu Zərərçəkmiş şəxs ona zəng edib Dürdanə ilə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün axşam saatlarında görüşməyi təklif etmiş, artıq Ülvi Əliyev Bakı şəhərindən evlərinə qayıtmış, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Ülvi ilə evlərində söhbət edən zaman Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş, Anar onu Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən tam orta məktəbin yaxınlığına çağırmış, o, Ülvi Əliyevgildən çıxıb Zərərçəkmiş şəxs dediyi yerə getmiş, o, həmin yerə çatmış və Anarla salamlaşmış, Anar ona nə üçün əmisi arvadı Dürdanəgilin evlərinin qarşısında söyüş etdiyini bildirsə də Zərərçəkmiş şəxs ona qəsdən Dürdanəgilin evlərinin qarşısında söyüş etmədiyini və tanımadığı avtomobilin sürücüsünə söyüş etdiyini bildirmiş və qəfildən Zərərçəkmiş şəxs yumruqla onun sol göz nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs onu vuran zaman o da onun yumruqla sağ göz nahiyəsinə vurmuş, Anar ilə mübahisə edən zaman bu vaxt əmisi oğlu Elçin yanlarına gəlmiş və onları aralaşdırmışdır. Onlar mübahisəli söhbət edən zaman Ülvi Əliyev özünə məxsus "Mersedes Benz" markalı avtomobillə yanlarına gəlmiş, Ülvi Əliyev idarə etdiyi avtomobildən düşərək yanlarına gəlib Zərərçəkmiş şəxs sözlə mübahisə edən zaman Zərərçəkmiş şəxs Ülvi Əliyevin üzərinə gedərək ona məlum olmayan və gecə saatları olduğu üçün tam görə bilmədiyi əşya ilə Ülvi Əliyevin alt çənə nahiyəsindən vurub xəsarət yetirmiş və həmin vaxt Ülvinin çənə nahiyəsindən qan axmağa başlamışdır. Bu vaxt Ülvi Əliyev özünə məxsus "Mersedes Benz" markalı avtomobilinin arxa yük yerindən taxta parçasını götürüb bir dəfə Zərərçəkmiş şəxs sol çiyin nahiyəsindən vurmuş, hadisəni eşidib harayçılığa gələn Elçin və Samir onları aralaşdırmış və hər kəs öz evinə getmişdir. Bundan başqa, hadisə xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən tam orta məktəbin 200 metr məsafəliyində heç kimin olmadığı yerdə baş vermiş, hadisə zamanı orada əmisi oğlu Şahid2 və Zərərçəkmiş şəxs kürəkəni Samir olmuş, hadisə zamanı o, Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən yumruqla vurmuş, həmçinin Zərərçəkmiş şəxs onun sol göz nahiyəsindən yumruqla vurmuşdur. Hadisəyə səbəb onun Zərərçəkmiş şəxs bibisi Dürdanəgilin evlərinin yaxınlığında söyüş etməsi, Dürdanənin Çıxıb onunla bu səbəbdən mübahisə etməsi olmuş, hadisə zamanı ondan, Ülvi İbrahimovdan, Samir və Elçindən başqa heç kim olmamış, Zərərçəkmiş şəxsla mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmandır və Zərərçəkmiş şəxsla barışmasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Barəsində şikayət edən X9 onun qohumudur. Onunla bu günədək ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Əmisi Şahid1 ilə Ülvinin keçmiş arvadı X2 bir il bundan öncə Mariananın əmisi qızı Hamayanın evində intim münasibətdə olduğu zaman Ülvü görmüş, Ülvü bu barədə rəsmi olaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Mahin Ülvinin evinə gələn zaman onların evinin qarşısında nəlayiq ifadələr işlətdiyini Nurlanın anası Dürdanə görüb ona öz narazılığını bildirmiş, Nurlan ona belə bir halın baş verdiyini demiş, 27 avqust 2024-cü il tarixdə o, Mahin Sahahovaya zəng edib onunla görüşüb məsələyə aydınlıq gətirmək fikrində olduğunu demiş, o, Mahinlə telefonda danışan zaman Ülvü onun yanında olmuş və ona qarşı söyüş işlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs onun dediyi yerə, yəni X13 məktəbinin 200 metr uzaqlığında yerləşən heç kimin olmadığı yerə gəlmiş, Təqsirləndirilən şəxs onun yanına gələndən sonra onun əmisi oğlu Elçində gəlmiş, orada Mahinlə mübahisələri yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla sağ göz və çənə nahiyəsindən vurmuş, bu vaxt Elçin onları aralaşdırmış, Təqsirləndirilən şəxs onu vurandan sonra o, əsəbləşərək Mahinin üzərinə gedib təpiklə onun diz nahiyəsindən vurmuşdur. Bundan sonra həmin yerə Ülvüdə gəlmiş, onun ardınca bibisi oğlu Samir gəlmiş, o, Ülvüdən nə səbəbə telefonda ona söyüş təhqir etdiyini soruşmuş, Şahid3 ona yaxşı edib deyən zaman bu səbəbdən Ülvü ilə aralarında mübahisə yaranmış, Şahid3 ilə əlbəyaxa dalaşmış, O, yumruqla Ülvünün çənə nahiyəsindən vurmuş, Şahid3 vurandan sonra o, özünə məxsus "Mersedes Benz" markalı avtomobilə tərəfə qaçmış və avtomobilin arxa yük yerindən taxta parçası götürüb onun üzərinə gələrək sol çiyin və bilək nahiyəsindən vurmuşdur. Həmin vaxt onları Elçin və Samir aralaşdırmış və evlərinə getmişdirlər. Bundan başqa, hadisə xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən tam orta məktəbin 200 metr məsafəliyində heçkimin olmadığı yerdə baş vermiş, hadisə zamanı orada Şahid2 və kürəkəni Samir olmuş, hadisə zamanı Təqsirləndirilən şəxs onun sağ göz nahiyəsindən, Şahid3 isə onun sol çiyin və sol bilək nahiyəsindən vurmuşdur. O, isə Təqsirləndirilən şəxs sol göz nahiyəsindən vurmuş, hadisəyə səbəb Təqsirləndirilən şəxs bibisi Dürdanəgilin evlərinin yaxınlığında söyüş etməsi, Dürdanənin çıxıb onunla bu səbəbdən mübahisə etməsi olmuşdur. Hadisə zamanı ondan, Təqsirləndirilən şəxs, Samir və Elçindən başqa heç kim olmamış, onun Zərərçəkmiş şəxsla mübahisəsi təxminən 3-4 dəqiqə davam etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmış və onun barəsində şikayətin yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 29 avqust 2024-cü il tarixli 817 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sağ gözaltı nahiyənin hemotoması, alt çənənin sol yarısının, sol bazunun yuxarı üçdə birinin bayır səthinin qançırları və sol əlin arxa səthinin şişkinlik fonunda qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 28 avqust 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ gözaltı nahiyənin hemotoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, alt çənənin sol yarısının, sol bazunun yuxarı üçdə birinin bayır səthinin qançırları və sol əlin arxa səthinin şişkinlik fonunda qançırı isə sağlamlığa zǝrǝrvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB Zəyəm qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 17 sentyabr 2024-cü il tarixli 16/945 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş taxtadan hazırlanmış predmet soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə saat 00:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən X13 Məktəbin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs 24 avqust 2024-cü il tarixdə gecə saatlarında tanışı Şahid3 yaşadığı evin qarşısında yüksək səslə işlətdiyi nalayiq söyüşləri yaxın qohumları tərəfindən eşitmələrinə görə iradını bildirmiş, bu zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onu əlləri və ayaqları ilə qəsdən vuraraq ona sağ gözaltı nahiyənin qançırı, sol gözün ağlı qışasının tış yarısına hissəvi qansızma və sağ diz oynağının ön səthinin sıyrığı ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi səbəbindən ondan qisas almaq niyyətilə əlləri və ayaqları ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən zərbələr endirərək ona alt çənənin sol yarısının, sol bazunun yuxarı üçdə birinin bayır səthinin qançırları və sol əlin şişkinlik fonunda qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən və sağ gözaltı nahiyənin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,50 manat (otuz bir manat əlli qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar