Məhkəmə qərarları › İş №1(076)-101/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-101/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-101/2024 16.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs–Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslərin müdafiəçiləri– Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Məhəmməd oğlunun, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər–Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxx 1965–ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küşəsi, ev-51 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1954–cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4–cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui–istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir rayonu, Kür qəsəbə sakini Zərərçəkmiş şəxs dayandırılmış təqaüdünü bərpa etdirəcəklərinə dair yalan vədlər verməklə, 2022-ci ilin mart-sentyabr aylarında Şəmkir rayonunun ərazisində, müxtəlif ünvanlarda, nağd və kart hesabına köçürülməklə vahid niyyətlə Zərərçəkmiş şəxs ümumilikdə 7000 (yeddi min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qurup şəxs halında etibardan sui–istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Kür qəsəbə sakini Zərərçəkmiş şəxs dayandırılmış təqaüdünü bərpa etdirəcəyinə dair yalan vədlər verməklə, 2022-ci ilin mart-sentyabr aylarında, Şəmkir rayonunun ərazisində müxtəlif ünvanlarda nağd və kart hesabına köçürülməklə vahid niyyətlə 8000 (səkkiz min) manat məbləğində pulunu, həmçinin tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs onun dayandırılmış təqaüdünü bərpa etdirəcəklərinə dair yalan vədlər verməklə 2022-ci ilin mart-sentyabr aylarında Şəmkir rayonunun ərazisində, müxtəlif ünvanlarda, nağd və kart hesabına köçürməklə, cəmi 7000 (yeddi min) manat məbləğində pulunu, ümumilikdə isə vahid niyyətlə Zərərçəkmiş şəxs 15000 (on beş min) manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şahid3 onun dostudur. Təqsirləndirilən şəxs2 bir neçə ildir tanıyır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2la Şəmkir şəhərində tanımışdır. Belə ki, onlar Şəmkir şəhərində çay içərkən Həsən Ayazı ona Gədəbəyli olmasını deyib tanış etmişdir. Həmin vaxt onlar bir-birilərinə telefon nömrələrini vermişlər. Bakı şəhərində olarkən o, bir neçə dəfə Ayazla telefon vasitəsilə danışmışdır. Sonra Şəmkir şəhərində Ayazla görüşmüş və həmin vaxt pula ehtiyacı olduğundan kimdən faizə pul götürə biləcəyini soruşmuşdur. Ayaz onun ehtiyacı olduğu pulu düzəldə biləcəyini demişdir. O, Ayaza 2-3 min manata ehtiyac olduğunu bildirmişdir. O, Abşeron şəhəri, Sulutəpə adlanan yerdə torpaq sahəsini almaq istəmiş və həmin vaxt ona torpaq yerinin sənədlərini rəsmiləşdirməyə pul lazım olmuşdur. O, Ayazla ona verəcəyi hər 1000 (bir min) manata 3-4 ay üçün 250 manat qaytaracağı barədə razılıq əldə etmişdir. Ayaz ona 2500 manat pul göndərəcəyini bildirmişdir. O, Bakı şəhərinə getdikdən təxminən 1 ay sonra Ayaz onun adına poçt vasitəsilə 1000 (bir min) manat pul göndərmişdir. Bundan 1 ay sonra 1500 (bir min beş) manatı isə Şəmkir şəhərində Ayazdan almışdır. Ümumilik o, Ayazdan 2500 (iki min beş) manat pul almışdır. Bundan başqa Ayazdan pul almazdan 1 ay əvvəl o, Həsəndən də borc kimi 4000 (dörd min) manat pul almışdır. Ümumilikdə o, Həsən və Ayazdan 6500 (altı min) manat pul almışdır. O, pulu Ayazdan faizə, Həsəndən isə borc kimi almışdır. Sonra imkanı olmadığına görə pulu qaytara bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ayaz tərəfindən polisə şikayət olunmuşdur. Təqsirləndirilən şəxs1 sualları cavablandırarkən ifadəsində göstərdi ki, O, Ayazdan pensiya düzəltmək adı ilə pul almamışdır. Ayaz ona Şəmkir şəhərində 1500 manat pul vermiş, sonra isə onun vəsiqəsi olmadığına görə tanışı Təbrizin adına göndərmişdir. O, pensiya üçün Ayaz və Həsəndən 7000 manat pul istəməmişdir. Ayazın Həsənə nə üçün pul verdiyini bilmir. Ayaz və Həsən yalan danışırlar. O, Həsəndən 4000 manat pulu borc kimi Ayazı tanımamışdan 1 ay əvvəl Gəncə şəhərində almışdır. Bakı şəhərində Ayaz və Həsənlə bir neçə dəfə görüşmüşlər, lakin o, Həsəndən aldığı 4000 manat pulu Bakı şəhərində almamışdır. Ayaza verilən qəbzi Təbriz həmin pula görə yazmışdır. Həmin vaxt onun şəxsiyyət vəsiqəsi üzərində olmadığından və Təbriz Ayaza verilən qəbzi onun adından yazmışdır. Ayaz və Həsəndən ümumilikdə 6500 manat pul almış, 1200 manat isə Ayazdan aldığı pulun faizi hesablanmışdır, bu səbəbdən Təbriz tərəfindən yazılan qəbzdə 7700 manat pul yazılmışdır. Ayaza olan borcunun 2000 manatını ödəmiş, yerdə qalan 4500 manatı isə həbsdən azad olunduqdan sonra ödəyəcəkdir. Ona görə də qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını və onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayında Ayaz onun yaşadığı evə gələrək pensiyasının kəsildiyini və ona pensiyasının bərpa edilməsinə köməklik etməyini xahiş etmişdir. O, da Ayaza maraqlanıb deyəcəyini bildirmişdir. Gədəbəy rayonundan olan Sübhan adlı şəxsin pensiya düzəltməklə məşğul olduğunu bildiyinə görə o, Sübhana zəng edib bu barədə bildirmişdir. Sübhanda pensiyanın bərpa etməyə tanışını olduğunu, bunun üçün ilkin 4000 manat, sonra isə 3000 manat da əlavə pul lazım olacağını bildirmişdir. Ayaz da Sübhanı tanıdığına görə o, Ayaza bu barədə bildirmiş və Ayaz onunla razılaşmışdır. Ayaz onun yaşadığı evdə Sübhana verilməsi üçün ona 7000 manat pul vermişdir. Həmin vaxt o, Ayaza 7000 manat pulun 4000 manatını verməyi, 3000 manat pulu isə özündə saxlamağı təklif etmiş, Ayaz da onunla razılaşmışdır. Bundan sonra onlar birlikdə Bakı şəhərinə getmişlər və 20 yanvar metrosu yaxınlığında yerləşən adını bilmədiyi çayxanada Sübhanla görüşmüşlər. Orada o, 4000 manat pulu Sübhana vermişdir. Sübhan pulu sayıb götürmüşdür. Sübhan söz vermiş ki, 2-3 aya pensiya bərpa olunacaq, pensiya bərpa olunduqdan sonra əlavə 3000 manat pul əlavə verəcəklər. Ayaz və o, Sübhana 3000 manat da evdə olduğunu və pensiya bərpa olan kimi 3000 manat verəcəklərini demişlər. Təxminən 15 gün keçdikdən sonra Ayaz onun yanına gələrək Sübhanın işi düzəltmək üçün əlavə olaraq 1500 manat pul istədiyini demişdir. O, özündə olan 3000 manatdan 1500 manatını Ayaza vermiş və Ayaz pulu Sübhana kartla göndərmişdir. Təxminən 3-5 gün keçdikdən sonra Ayaz yenidən gələrək Sübhanın əlavə olaraq 1000 manatda istədiyini bildirmişdir. O, puldan Ayaza 1000 da vermiş və Ayaz pulu Sübhana göndərmişdir. Ümumilikdə onlar Sübhana 6500 manat pul vermişlər. Təxminən 1-2 ay keçdikdən sonra iş düzəlmədiyinə görə o, Ayaza bildirmiş ki, “Bakıya gedək və Sübhandan pulu alaq”. Onlar 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhərinə getmişlər. Həmin vaxt Sübhan tanışı Təbriz ilə gəlmişdir. Onlar Sübhandan pul istəmişlər və razılıq əldə olunmuşdur ki, ümumilikdə 6500 manatdan əlavə yol xərcləri kimi 500 manatda həmin pulun üstünə gəlinəcək, əlavə olaraq pensiyanın gec bərpa olmasına görə hər ay üçün 300 manat olmaqla 4 ay, yəni ümumilikdə 7700 manat pulu iş düzəlməsə onlara qaytaracaqlar. Təbriz əl yazması ilə kağız yazıb vermişdir. Sübhanın şəxsiyyət vəsiqəsinin olmadığına görə əl yazmasını Təbriz yazmış və vəsiqəsini şəklini çəkmişlər. Sonra Təbrizin tutulmasını bildikdən sonra Ayaz şikayət etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 sualları cavablandırarkən ifadəsində göstərdi ki, o, Ayazdan 15000 manat pul almamış, Ayazın göstərdikləri yalandır. Ayaz ona ümumilikdə 7000 manat pul vermiş, həmin puldan 6500 manatı Sübhana vermiş, 500 manatı isə yol xərci kimi birlikdə xərcləmişlər. O, Ayazdan pensiya düzəltmək üçün əlavə olaraq 8000 manat pul almamışdır. Ona görə də qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs2 onun həmyerlisidir. Onun pensiyası 2021-ci ildə kəsildiyindən, pensiyanın bərpa edilməsi məqsədi ilə səhiyyə orqanlarına müraciət etmiş, lakin müsbət nəticə əldə olunmamışdır. 2022-ci ilin mart ayında Həsənlə söhbət edərkən o, pensiyasının bərpa edilməsinə ona köməklik etməsini xahiş etmişdir. Həsən ona tanışlarının olmasını, pensiyasını düzəldə biləcəyini demiş və Kür qəsəbə sakini Rizvanın oğlu Aqilində pensiyasını düzəltdiyini bildirmişdir. Onlar 5000 manata pensiyanın bərpa edilməsi üçün razılaşmışlar. Pulu verməmişdən əvvəl o, Həsənlə Gəncə şəhərinə gedib adı sonradan ona məlum olan Fəxrəddin adlı şəxslə görüşmüşlər. Fəxrəddin pensiyanın bərpa edəcəyinə söz vermiş, bunun üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Danışıq əsnasında pensiyanın müddətsiz təyin edilməsini xahiş etmişdir. Fəxrəddin və Həsən əlavə olaraq 1000 manat da verməli olduğunu bildirmişlər. Onlar görüşdükdən sonra yaşadığı evə gəlmişlər. Bir gün sonra Həsən yaşadığı evə gəlib ondan 5000 manat pul almışdır. 06 aprel 2022-ci il tarixdə Həsən ona pensiyasının bərpa olunması ilə bağlı sənəd vermişdir. Sənəddə əlilliyin səbəbi kimi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik yazılmış və müddətsiz olması göstərilmişdir. Müddətsiz olduğuna görə Həsən ondan əlavə 1000 manat pul istəmişdir. O, həmin günü Həsənin yaşadığı evə gedərək arvadı Gülarənin və anası Tamaşanın yanında ona əlavə olaraq 1000 manat pul vermişdir. Həsən pensiyanın hərbi xidmətlə əlaqədar yazıldığına görə yüksən pensiya alacağını deyib, əlavə olaraq 2000 manat istəmişdir. O, əvvəllər 260 manat pensiya almış, Həsən isə ona 400-450 manat pensiya alacağını bildirmiş, buna görə o, Həsənlə razılaşmış, həmin günü əlavə olaraq Həsənə 2000 manat da pul vermişdir. Həmin vaxt Həsən ona pensiyanın bir aya düzələcəyini demişdir. Təxminən iki ay keçdikdən sonra o, Həsənlə əlaqə saxlamış və ona pensiyanın düzəlmədiyini demişdir. O, Həsənin ona verdiyi sənədi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında yoxlatdıran zaman ona qeyd olunan sənədin qeydiyyatda olmadığını demişlər. Həsən onun pensiyasının düzəltmədiyi üçün o, Həsənə onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. Həmin vaxt Həsən ona “Bakıda iş görən şəxslər tutulub, sənin sənədini də həll edəcəm” demiş və şikayət etməməyini xahiş etmişdir. Sonradan 2022-ci ilin sentyabr ayında Həsən ona Bakı şəhərində Sübhan adlı şəxsin olmasını, pensiya düzəltməklə məşğul olduğunu deyib pensiyanın bərpası məqsədi ilə ondan əlavə olaraq 7000 manat pul istəmişdir. O, Həsənlə razılaşıb yaşadığı evdə Həsənin arvadı Gülarənin iştirakı ilə ona 7000 manat pul vermişdir. O, Həsənə pulu verdikdən bir neçə gün sonra özünü Sübhan kimi təqdim edən şəxs ona zəng edib Həsənə pensiya ilə əlaqədar nə qədər pul verməyini soruşmuş, o, Həsənə 7000 manat pul verdiyini bildirmişdir. Sübhan da Həsənin 3000 manat pul verməsini, əlavə olaraq 1000 manat pul lazım olmasını demişdir. O, da “Həsən bilər sən bilərsən” demişdir. Təxminən bir saat sonra Həsən onun mobil telefonuna zəng edib Sübhanın zəng edib-etmədiyini soruşmuş, o Sübhanın zəng etməsini, nə qədər pul verməyini soruşduğunu, 7000 manat pul verməyini demişdir. Həsən ona Sübhanın dələduz olmasını demiş və gedib pulu Sübhandan almağı təklif etmişdir. Onlar Şəmkir şəhərində yerləşən Yamin şadlıq sarayının qarşısında Sübhanla görüşdükdə Həsən Sübhandan pulu istəmiş, Sübhan onlara pulu aidiyyəti orqanlara verdiyini bildirmiş və pulu geri almaq üçün 10 gün vaxt istəmişdir. 2022-ci ilin oktyabr ayında Sübhan ona zəng edib pensiyanın bərpa olacağını deyib, bunun üçün əlavə olaraq 1500 manat pul lazım olmasını bildirmiş və Həsəndə olan puldan 1500 manatı ona verməsini deməyini xahiş etmişdir. O, buna inanıb Həsəndən evlərində 1500 manat pulu alıb Şəmkir şəhəri İstiqlal parkında Sübhana vermişdir. Sonradan o, dəfələrlə Sübhanla əlaqə saxlayan zaman pensiya üçün əlavə olaraq 1000 manat pul lazım olmasını deyib pulu həkim Şahid3 adına poçtla göndərməyini bildirmişdir. O, da Həsəndən əlavə olaraq 1000 manat pulu götürüb Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən poçt vasitəsi ilə Şahid3 adına 1000 manat pul göndərmişdir. O, dəfələrlə Sübhanla əlaqə saxlamağına baxmayaraq Sübhan ona işinin həllini tapa biləcəyini demişdir. Bundan sonra 06 yanvar 2023-cü il tarixdə o, Həsənlə birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində 20 Yanvarda tanımadığı bir çayxanada onlar görüşmüşlər. Həmin vaxt orada Sübhan ona “əgər pensiyan düzəlməsə sənə minimum əmək haqqı ilə yəni 300 manat 4 aylıq pulunu verəcəyik” demişdir. Təbriz ona “əgər inanmırsansa sənə kağız yazım verim” bildirmişdir. O, da Təbrizlə razılaşmışdır. Təbriz ona əl yazması ilə kağız vermiş, kağıza 7700 manat pulu 09 yanvar 2023-cü il tarixə kimi verəcəyinə söz vermişdir. İş həllini tapdıqdan sonra pulu Həsəndən alacağını demişdir. 09 yanvar 2023-cü il tarixdə o, Təbrizlə əlaqə saxlamağına baxmayaraq Təbriz onun pulunu qaytarmamışdır. O, da polisə şikayət edəcəyini bildirmişdir. 13 yanvar 2023-cü il DSMF-dən ona mesaj gəlmişdir ki, “sənədləriniz qeydiyyata düşüb”. O, bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında yoxlatdıran zaman bir aya təsdiq kodunun gələcəyini demişlər. Bir ay sonra o, yenidən əlaqə saxlayan zaman ona 142 çağrı mərkəzi ilə saxlamağını demişlər. 142 çağrı mərkəzi ilə əlaqə saxlayan zaman onun qeydiyyatda olmağını bildirmişlər. Təxminən 15 gün sonra o, yenidən 142 nömrəsinə zəng etmiş və ona kodunun yanlış olmasını, başqa şəxsə məxsus olmasını demişlər. 2023-cü ilin may ayının əvvəllərində Sübhan və Həsənlə əlaqə saxlayıb pulunu istədikdə Həsən ona pensiyanın düzələcəyini demişdir. Bundan sonra Həsənin onu aldatdığını başa düşüb, bu barədə polisə müraciət etmək qərarına gəlmiş və polisə şikayət etmişdir. O, Həsənə pensiyanı bərpa etmək məqsədilə 7000 manat və 8000 manat olmaqla ümumilikdə 15000 manat pul vermişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməmişdir. Bu səbəbdən onlardan şikayətçidir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Məhəmməd qızı da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 10 ilə yaxındır tanıyır, onunla dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 tanımamış, yalnız bir dəfə Sübhan ilə birlikdə həmin şəxslərlə Bakı şəhəri, 20 Yanvar metrosu tərəfdə yerləşən adını xatırlamadığı çayxanada oturub çay içmişlər. Onlar Bakı şəhərində görüşməzdən əvvəl Sübhanın şəxsiyyət vəsiqəsi olmadığına görə Ayazın Şəmkir rayonundan onun adına poçt vasitəsilə göndərdiyi 1000 manat pulu Bakı şəhərində çıxarıb Sübhana vermişdir. Sübhan ona Ayazdan sələmə pul götürdüyünü demişdir. 06 yanvar 2023-cü il tarixdə Sübhanla birlikdə Bakı şəhəri, 20 Yanvar metrosunu yaxınlığında olan çayxanaya getmişlər. Orada Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ilə görüşmüşlər. Söhbət vaxtı ona məlum olmuşdur ki, Sübhan adını bilmədiyi başqa şəxsə olan borcunu verə bilmək üçün Ayazdan ümumilikdə 6500 manat pul almışdır. Həmin vaxt Ayaz ondan pulunu qaytarmasını tələb etmişdir. Onlar Ayazla razılaşmışlar ki, Sübhan özünə məxsus Sulutəpə adlanan yerdə olan torpağını satıb Ayazın pulunu qaytaracaq. Ayaz Sübhandan dediyini təsdiq etməsi üçün əl yazması tələb etmişdir. Həmin vaxt Sübhanın şəxsiyyət vəsiqəsi olmadığına görə o, öz adından əl yazması ilə Ayaza 6500 manat və 1200 manat faizi ilə birlikdə 7700 manat pulu 3 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixə qaytaracağına söz verməyi barədə qeyd yazıb Ayaza vermişdir. Bundan sonra, 14 mart 2023-cü il tarixdə o, həbs olunduğuna görə onun Ayaz və Sübhan arasında hansı söhbətlərin olub-olmasından xəbəri olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Daşkəsən rayonu, Bayan kəndində qeydiyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 2020-ci ildə arvadı COVİD-19 VİRUS İNFEKSİYASİ xəstəliyinə tutulan zaman xəstəxanada görmüş ondan sonra onların münasibətləri yaranmışdır və bir birlərinə ailəvi gediş-gəlişləri olmuşdur. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, istintaq müddətində görmüşdür. O, Ayaza pensiya düzəldəcəyinə söz verməmiş, Ayaz və Həsənlə Gəncə şəhərində görüşməmiş, Ayazın onun barəsində göstərdikləri həqiqəti əks etdirmir. O, Ayaz adlı şəxsi ümumiyyətlə görməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan vərəqinin surətindən görünür ki, Zərərçəkmiş şəxs ikinci dərəcəli əlillik statusunun verilməsi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərari ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək ona 05 il cəza təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilərək ona 04 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 04 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021- ci il tarixli Amnistiya qərarının 2.4.-cü bəndinə əsasən cəzadan azad edilmiş və Azərbaycan Respublikası Milli Məclisin 0511.2021-ci il tarixli Amnistiya qərarının 7-ci hissəsinə əsasən məhkumluğu üzərindən götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Nəsimi rayon 33 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Kür qəsəbə İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxslərin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özlərini elan edilmiş ittiham üzrə təqsirli bilməsələr də, iş üzrə zərərçəkmiş şəxsin və Şahid1 Məhəmməd qızının həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxslərin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxslərin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxslər bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pulu borc şəkilində, yəni faizə aldığını qeyd etsədə, məhkəmə istintaqı zamanı həmin halı təsdiq edən mötəbər sübutlar mövcud olmamış, əksinə iş üzrə digər Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pensiyasını düzəltmək üçün ondan 7000 manat pul istəməsini və onun vasitəsilə Təqsirləndirilən şəxs1 pensiya düzəltmək üçün 6500 manat pul verilməsini təsdiq etmiş, buna görədə məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs 8000 manat pul almadığını, ikinci epizod üzrə, yəni 7000 manat pulu isə Təqsirləndirilən şəxs1 pensiya düzəltmək üçün verdiyini, onun başqa heç bir niyyətinin olmadığını və özünü elan olunmuş ittihamlar üzrə təqsirli hesab etmədiyini bildirsədə, məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatlara da tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs və Şahid1 Məhəmməd qızı məhkəmə istintaqı zamanı dindirilərkən ziddiyyətsiz ifadə vermişlər. Onlar ifadə verərəkən və sualları cavablandırarkən hadisələri ardıcıl və ziddiyyətsiz canlandırmaqla, hadisələri detalları ilə mahiyyətinə uyğun təsvir etmişlər. Buna görədə məhkəmə onların ifadələrinin həqiqətə uyğun olmayan ifadə olması qənaətinə gəlməyə heç bir məntiqi əsaslar görmür. Məhkəmə, iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid2 və əlavə şahid qismində dindirilmiş Şahid4 ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, Şahid2 Təqsirləndirilən şəxs2 arvadıdır, Şahid4 onun yaxın dostudur, həmçinin Şahid3 Təqsirləndirilən şəxs1 dostudur. Məhkəmə, göstərilənlərə əsasən belə qənaətə gəlir ki, həmin şahidlər iş üzrə marağı olan şəxslər olmaqla təqsirləndirilən şəxslərin mənafeyinə xələl gəlməməsi üçün hadisələri tam təsvir etməməklə, iş üzrə bir sıra həqiqətləri gizlədə bilərlər. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdikləri ifadələri özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və Şahid1 Məhəmməd qızının, eyni zamanda Təqsirləndirilən şəxs2 iş üzrə digər Təqsirləndirilən şəxs1 qarşı verdiyi ifadəsi yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, təqsirləndirilən şəxslərə qarşı elan olunmuş ittihamın və hökmün əsasına məhz sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2n qabaqcadan əlbir olan bir qurup şəxs halında aldatma və etibardan sui–istifadə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişlər. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM–in 178.2.1 və 178.2.4–cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham hökmü çıxarılmalı və onlar təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduqlarını müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək şübhəli şəxs qismində və həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 sentyabr 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 12 sentyabr 2023–cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 07 oktyabr 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması 02 ay müddətə, yəni 07 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlamılması 01 ay 05 gün müddətə, yəni 12 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Bundan başqa cinayət işinin materiallarında olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət 04 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30 may 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində, həbsdə saxlanıldığı 04 ay müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli isə həbsə alındığı gündən, yəni 30 may 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən, yəni 16 avqust 2024–cü il tarixdən hesablanmalıdır və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə 15000 manat maddi ziyan vurulmuş, lakin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 37 (otuz yeddi) saat və Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən isə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 37 (otuz yeddi) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 222 manat və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 222 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 12 sentyabr 2023-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 04 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 may 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 16 avqust 2024– cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 222 manat və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 222 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar