Məhkəmə qərarları › İş №1(076)-101/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-101/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-101/2025 07.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2,, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı ilə, xx.xx.1981–ci il tarixdə Gədəbəy rayonu, Sarıköynək kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Sarıköynək kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Belə ki, o Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu, Seyfəli kəndində yerləşən Rəcəb adlı şəxsə məxsus kirayədə yaşadığı fərdi yaşayış evində tanışı Şəmkir rayon sakini Zərərçəkmiş şəxs, onun özünün spirtli içki almaq üçün ərzaq mağazasına getməsinə etiraz etməsi səbəbindən qarşılıqlı olaraq birbirlərinin ünvanlarına söyüş etməsini bəhanə edərək, məsələnin mahiyyətinə varmadan, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmin fərdi yaşayış evindən götürdüyü istintaqla müəyyən edilməyən bel ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nayihələrindən qəsdən vuraraq ona döş qəfəsinin arxa səfhinin sol yarısının qançırı, sol tərəfli Vİİ-İX-X qabırğalarının sınıqları müşayiət edilən, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 126-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər yurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs taniyir, onların yaşadıqları kəndlər qonşu kənd olduğu üçün bir-birlərini orada görüb tanışlıqları yaranmışdır. Onunla əvvəllər aralarında heç bir narazılıqları və ədavəti olmamış, aralarında münasibətləri yaxşı olmuşdur. O, Natiq Ələsovla birlikdə Şəmkir rayonu, Seyfəli kəndində tanımadığı şəxsə məxsus bağ sahəsində fəhlə işləmiş, Zərərçəkmiş şəxslə bir neçə gün həmin bağ sahəsində işləmiş, həmin kənddə yaşayan Rəcəf adlı şəxsə məxsus evdə pulsuz qalmışlar. Hər gün işə gedib axşam isə evə geri qayıtmışlar. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxslə birlikdə işdən çıxıb Seyfəli kəndində qaldıqları evə gəlmişlər. Axşam olduğu üçün yemək yeməli olduqları halda edə heç bir ərzaq əşyası olmamışdır. O, Zərərçəkmiş şəxslə birlikdə həmin kənddə yerişən “Ailə” adlı ərzaq mağazasına gedib marketdən araq içkisi və konserv alaraq evə geri qayıtmışlar. Onlar yemək yeyib araq içkisi qəbul etmiş, yemək yedikdən sonra Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı Rimanın əmisi oğluna qarşı söyüşlər etməyə başlamış, belə ki, Rimanın əmisi oğlu Zərərçəkmiş şəxs qızı ilə ailə həyatı qurmuş və onlar Rusiya Federasiyasına getdikdən sonra onlar boşanmışdır. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs qızı ilə həyat yoldaşı barışmış və Natiqdən xəbərsiz qızı onunla barışaraq birlikdə Rusiya Federasiyasına getmişlər. Bu səbəbdən əsəbləşərək söyüşlər edən zaman o, Zərərçəkmiş şəxs sakitləşdirmək istəmiş, lakin Zərərçəkmiş şəxs ona qarşı söyüş etməyə başlamışdır. O, ona nə üçün söyüş etdiyini deyən zaman Zərərçəkmiş şəxs ona yaxşı edirəm deyərək ona yumruq atmış və o, Zərərçəkmiş şəxs onun yumurğundan yayınmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs əsləbləmiş, kirayədə qaldıqları evdə bel sapı olmuş və həmin bel sapı ilə odun sobasının içərisindəki külü boşaltmaq üçün evə qoyulmuş, həmin vaxt evə nəzər yetirən zaman bel sapını görmüş və bel sapını götürüb onun baş nahiyyəsindən iki dəfə vurmuş və Zərərçəkmiş şəxs itələyərək yerə yıxmışdır. O, sonra evdən çıxıb getmişdir. Bundan başqa, hadisə 11 fevral 2024-cü il tarixdə Şəmkir rayom, Seyfəli kəndində yerləşən Rəcəf məxsus fərdi yaşayış evində baş vermiş, hadisə zamanı orada heç kim olmamış, Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisəyə səbəb onun qohumuna söyüşlər etməsi və ona yumruq atması olmuş, o, Zərərçəkmiş şəxs bel sapı ilə kürək nahiyyəsindən vurub xəsarət yetirməmişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslə barışığa cəhd etsədə buna nail ola bilməmişdir Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla aralarında münasibətlər yaxşı olmuş, heç bir narazılıqları və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxsla Şəmkir rayonu, Seyfəli kəndində hazırda yadında qalmayan şəxsin bağında bir ay ola idi ki, fəhlə işləmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxsla işdən çıxıb Şəmkir rayonu, Seyfəli kəndində yerləşən kirayədə yaşadıqları evə gəlmişlər. Evdə ərzaq və içki olmadığı üçün o, fikirləşmiş ki, Təqsirləndirilən şəxsla birlikdə mağazaya gedib içki və yemək alıb evə qayıtsınlar. Təqsirləndirilən şəxsla birlikdə Şəmkir rayonu, Seyfəli kəndində yerləşən tanımadığı şəxsə məxsus ərzaq mağazasına getmişlər. Mağazadan spirtli içki, kolbasa və çörək alıb evə qayıtmışlar. Kirayədə qaldıqları evdə yemək yeyib araq içkisi qəbul etmişlər. Sonra araq içkisi qurtarmış və Etibar bildirmiş ki, gedib araq alıb gələcək Təqsirləndirilən şəxs kirayədə qaldıqları evin sahibi araq içkisi qəbul etdikləri üçün narazılıq etdiyini və getməməsini bildirmişdir. Etibar Məmmdova etiraz edən zaman aralarında sözlə mübahisələri baş vermiş, həmin vaxt paltarlarını dəyişən zaman Təqsirləndirilən şəxs qəfildən bir neçə dəfə bel ilə onun kürək nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurmuş və o, yerə yıxılmışdır. Özünü tam itirməyərək özünə məxsus mobil telefonla Şəmkir rayon Mərkəzi xəstəxanasının X10 Şöbəsinə müraciət etmiş, bir qədər sonra Şəmkir rayon Mərkəzi xəstəxanasının həkimləri gəlmiş və ona ilkin tibbi yardım göstərib özləri ilə onu Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. O, Şəmkir rayon Mərkəzi xəstəxnasında olan Zaman polis əməkdaşları onun yanına gəlmiş və o, Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı Şəmkir rayon plis şöbəsinə şikayət etmişdir. Bundan başqa, hadisə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu, Seyfəli kəndində yerləşən tanımadığı şəxsə məxsus qaldıqları kirayə evində baş vermiş, hadisə baş verən zaman yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxsla onun arasında baş vermiş mübahisəyə səbəb onun araq içkisi almaq istəməsi və onun ona icazə verməməsi olmuşdur. Etibar Məmmadov onu bel ilə kürək nahiyəsindən vurub xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxs qarşı nalaiq ifadə işlətməmişdir, Təqsirləndirilən şəxs yalan danışır. Hazırda Təqsirləndirilən şəxsla barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Onunla 13 fevral 2024-cü il tarixdə Şəmkir rayonu, Qaryağdı kəndində yerləşən kirayədə qaldıqları evdə olan zaman əri Natiq Ələsov evə gəlmiş, onun əli ilə belini tutduğunu və tanışı Təqsirləndirilən şəxs barəsində söyləndiyini eşitmiş, o, onun yanına yaxınlaşıb ona nə baş verdiyini soruşduqda əri Zərərçəkmiş şəxs ona birgə işlədiyi Təqsirləndirilən şəxs tərəfindən bel ilə kürək nahiyəsindən vurulduğunu, belində xəsarətin olduğunu, həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərildiyini bildirmişdir. Onun belinə baxan zaman onun belində xəsarətlərin olduğunu görmüşdür. X11 Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı aidiyyatı orqanlara şikayət etməsini soruşduqda Natiq ona şikayət etdiyini bildirib, məhkəmə tibbi ekspertizadan da keçdiyini bildirmişdir. Bundan başqa, hadisə 11 fevral 2024-cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində kirayədə qaldıqları evdə baş verməsi, tanışı Təqsirləndirilən şəxs tərəfindən bel ilə kürək nahiyəsindən xəsarət yetirilməsi barədə məlumatı olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə edərək dalaşdıqları, Şəmkir rayonu Seyfəli kəndində yerləşən fərdi yaşayış eviə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 13 fevral 2024-cü il tarixli 140 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin arxa səfhinin sol yarısının qançırı, sol tərəfli Vİİ-İX-X qabırğaların sınıqları KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddətləri 11 fevral 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. 20 avqust 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin maddə ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Gədəbəy RİHB–nin Dəyirmandağı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində xx.xx.2025-ci il tarixdə saat 20:15 radələrində saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təsdiq edilərək tam sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilməmiş, ona istinad edilən cinayət əməlinin zərərçəkmiş şəxsin ona qarşı təhqiredici ifadələr işlətməsi səbəbindən törətdiyini bildirsə də, iş üzrə zərərçəkmiş şəxsin və şahidin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadələri, işdə olan üzləşdirmə protokolu ilə, biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin ifadələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlnunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayətqanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini və yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, czərərçəkmiş şəxsin hələ də ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin, həm də şəxsin islah olunmasına və gələcəkdə bu kimi hüquq pozuntularına yol verməməsinə xidmət edə bilər. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2024–cü il tarixdən, 20 avqust 2024– cü il tarixədək tutulduğu 01 (bir) gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 19 iyun 2025–ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Şəmkir rayon vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 8 saat üçün nəzərdə tutulan 78 manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 381 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2024–cü il tarixdən 20 avqust 2024–cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 (yetmiş səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar