Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-102/2025 04.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclas katibi Həşimov Ağaxan Habil oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərari ilə cəzanın çəkilməmiş 01 il 05 ay 02 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Şəmkir rayonu “İpək yolu” qəsəbəsi, ev-44 ünvanında qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində başqa iş üzrə həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirli Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında olan yolun kənarından tapdığı, psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində yerləşən “Səbət bazarı”nın qarşısına daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin X11 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə, saat 22:05-də Şəmkir rayonu Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində yerləşən “Səbət bazarı”nın qarşısında saxlanılan zaman sol yan cibində saxladığı bir ədəd içərisində psixotrop maddə olan metamfetamin olduğu bükümü ağız boşluğuna qoyaraq udmuş, ona edilən tibbi müdaxilələrdən sonra 10 sentyabr 2024-cü il tarixdə “X8”da Təqsirləndirilən şəxs qida borusundan bir ədəd şəffaf torbacıqda təmiz çəkisi 0,460 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Sədərək Ticarət mərkəzinin yaxınlığından keçən yolun kənarında olan zaman yerdə bir ədəd şəffaf sellofan büküm görmüş və uzun illərdir ki, narkotik istifadəçisi olduğundan və narkotikin adətən həmin formada qablaşdırmada olmasından yerdə olan büküm diqqətini çəkmiş, həmin bükümü götürüb açıb baxan zaman həqiqətən də içərisində olan maddənin onun istifadə etdiyi və şüşə, patı kimi adlandırdığı psixotrop maddə olan metamfetamin olmasını görmüşdür. Həmin metamfetamini öz şəxsi istifadəsi üçün götürüb özündə saxlamış, hətta polis əməkdaşları tərəfindən tutulana qədər həmin metamfetamindən istifadə etmişdir. 09 sentyabr 2024-cü il tarixdə Bakı şəhərindən yaşadığı Şəmkir rayonuna gəlmiş, Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində yerləşən Səbət bazarının qarşısında dayanmış, pxiotrop maddə-metamfetamin isə üzərində, sol yan cibində olmuşdur. Saat 22 radələrində qəfildən mülki geyimli polis əməkdaşları onu tutmaq istəmiş və o, cəld hərəkət edib cibində olan metamfetamini çıxarıb udmuşdur. Bundan sonra polis əməkdaşları onu saxlamış, onu ilkin tibbi yardım üçün Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar, orada ona tibbi müdaxilə edilmiş, lakin udduğu bükümü çıxara bilməmişlər. Bir neçə saat xəstəxanada qaldıqdan sonra polis əməkdaşları onu Gəncə şəhərində yerləşən “Memorial Hospital”a aparmışlar, həmin xəstəxanada ona tibb yardım göstərilmiş, nəhayət ki, 10 sentyabr 2024cü il tarixdə udduğu şəffaf sellofan büküm qida borusundan çıxarılmış, həmin büküm onun gözünün qabağında qablaşdırılmışdır. Bundan sonra ona tibbi yardım göstərilmiş və həmin gecəni Gəncə şəhərində olan “Memorial Hospitalda” keçirmiş, növbəti gün vəziyyəti normallaşmışdır. Qeyd olunan metamfetamini 2024-cü ilin sentyabr ayınınn əvvəllərində dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında piyada gedən zaman yerdə şəffaf sellofan bükümdən tapmış, metamfetaminin istifadəçisi olduğu üçün onu özündə şəxsi istifadə məqsədi ilə saxlamış, üzərində psixotrop maddə olması ilə bağlı heç kimə bildirməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün üzərində olan metamfetamini udmuş, ona tibbi yardım göstərilən zaman isə müqavimət göstərərək metamfetaminin qida borusundan çıxarılmasına mane olmaq istəmişdir. Lakin buna baxmayaraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstəriləməmiş, qanunsuz hərəkətlərə məruz qalmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin X11 cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində polis polkovnik-leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu İpək Yolu qəsəbəsi ev 44də yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 09 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir rayon Polis şöbəsinin X11 əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin X11 rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə, əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və qrupun üzvlərinə davranış xətti izah edilmişdir. Həmin tarixdə, saat 22:05-də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində yerləşən “Səbət Bazarı”nın qarşısında Təqsirləndirilən şəxs saxlanılması üçün hərəkət etmişlər və həmin vaxt Elvin sol yan cibində olan, onlarda olan məlumata görə psixotrop maddə olan metramfetamini cibindən çıxararaq udmuşdur. Elvin orada udduğu bükümün n metamfetamin olmasını və məsuliyyətdən yaxa qurtarması üçün udduğunu bildirmiş, onlar dərhal Təqsirləndirilən şəxs ona ilkin tibbi yardım göstərilməsi üçün Şəmkir rayon mərkəzi xəstəxanasına aparmış, xəstəxanada Elvinə ilkin tibbi yardım göstərilmiş, həmin vaxt elə ona tibbi yardım göstərilən zaman videoçəkiliş aparılmış, çəkiliş zamanı onun tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, həmin zaman cibində olan psixotrop maddə olan metamfetamini cibindən çıxararaq udması və hazırda ona tibbi yardım göstərilməsi barədə məlumat vermişdir. Şəmkir rayon xəstəxanasında Təqsirləndirilən şəxs tibbi müdaxilələr edilməsinə baxmayaraq onun özü də istəmədiyi üçün onun udduğu bükümü çıxarmaq mümkün olmamışdır. Bu hərəkətlər barədə Şəmkir rayon polis şöbəsində protokol tərtib edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yenidən tibbi yardım göstərilməsi üçün “X4” aparmışlar. 10 sentyabr 2024-cü il tarixdə “X8”da həkim Şahid5 tərəfindən Təqsirləndirilən şəxs endoskopiya edilmiş və müəyyən edilmişdir ki, qida borusunun 1/3 hissəsində polietilen kiçik ölçülü yad cisim var, həmin yad cisim videoçəkiliş vasitəsilə çıxarılmış, həmin bükümə baxış zamanı içərisində ağız suyu ilə islanmış vəziyyətdə olan, ilk baxışdan psioxotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmiş və büküm qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tibbi yardımlar göstərilmişdir. Psixotrop maddənin Təqsirləndirilən şəxs qida borusundan çıxarılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə getmişlər və Təqsirləndirilən şəxs də özləri ilə gətirərək Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyevə təqdim etmişlər. Eyni zamanda təhqiqatçı Nurlan Əliquluyev tərəfindən Təqsirləndirilən şəxs qida borusundan aşkar edilmiş psixotrop maddənin olduğu zərfə baxış keçirilərək Şahid1 götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddələrin saxlanılmasında şübhəli bilinərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Elvin qida borusundan aşkar edilmiş metamfetmaini 2024-cü ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında olan yolun kənarından tapmasını, tapmış olduğu metamfetamini öz istifadəsi üçün götürərək özündə saxlamasını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin X11 cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində polis kiçik leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu İpək Yolu qəsəbəsi ev 44-də yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 09 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə ona məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin X11 rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon polis şöbəsinin X11 baş əməliyyat müüvəkkili, polis polkovnik-leytenantı Şahid4 rəhbərliyi ondan, cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və qrupun üzvlərinə davranış xətti izah edilmişdir. Həmin tarixdə, saat 22:05-də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində yerləşən “Səbət Bazarı”nın qarşısında Təqsirləndirilən şəxs saxlanılması üçün hərəkət etmişlər və həmin vaxt Təqsirləndirilən şəxs dərhal sol yan cibində olan metramfetamini cibindən çıxararaq udmuşdur. Təqsirləndirilən şəxs elə orada onlara udduğu bükümün metamfetamin olmasını və məsuliyyətdən yaxa qurtarması üçün udduğunu bildirmiş, onlar dərhal Təqsirləndirilən şəxs ona ilkin tibbi yardım göstərilməsi üçün Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar, xəstəxanada Elvinə ilkin tibbi yardım göstərilmiş, həmin vaxt elə ona tibbi yardım göstərilən zaman videoçəkiliş aparılmış, çəkiliş zamanı əməliyyat qrupunun rəhbəri Şahid4 tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, həmin zaman cibində olan psixotrop maddə olan metamfetamini cibindən çıxararaq udması və hazırda ona tibbi yardım göstərilməsi barədə məlumat vermişdir. Şəmkir rayon xəstəxanasında Təqsirləndirilən şəxs tibbi müdaxilələr edilməsinə baxmayaraq onun özü də istəmədiyi üçün udduğu bükümü çıxarmaq mümkün olmamış, rayon polis şöbəsində protokol tərtib edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yenidən tibbi yardım göstərilməsi üçün “X8”ına aparmışlar. 10 sentyabr 2024-cü il tarixdə “X8”da həkim Elvin endoskopiya edilmiş və qida borusunun 1/3 hissəsində polietilen kiçik ölçülü yad cisim var, həmin yad cisim videoçəkiliş vasitəsilə çıxarılmış, həmin bükümə baxış zamanı içərisində ağız suyu ilə islanmış vəziyyətdə olan, ilk baxışdan psioxotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmiş və həmin büküm qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tibbi yardım göstərilmiş, psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs qida borusundan çıxarılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gəlmişlər və Təqsirləndirilən şəxs də özləri ilə gətirərək Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyevə təqdim etmişlər. Eyni zamanda təhqiqatçı Nurlan Əliquluyev tərəfindən Təqsirləndirilən şəxs qida borusundan aşkar edilmiş psixotrop maddənin olduğu zərfə baxış keçirilərək ondan götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddələrin saxlanılmasında şübhəli bilinərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan metamfetamini Bakı şəhərində, “Sədərək” bazarının yaxınlığında tapdığını demişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadfə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X6 həkim işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla yaxşı və ya pis, heç bir münasibəti olmamışdır. 10 sentyabr 2024-cü il tarixdə X6 işdə olan zaman Şəmkir rayon polis şöbəsinin X11 əməkdaşları Elvini hospitala gətirmişlər və həmin vaxt Elvinin vəziyyəti yaxşı olmamışdır. Ona məlumat vermişlər ki, 09 sentyabr 2024-cü il tarixdə Elvin psixtrop maddələrin saxlanılmasında şübhəli bilinərək saxlanılan zaman içərisində psixotrop maddə olan metamfetamin olduğu bükümü udmuş, həmin büküm onun qida borusunda qalmış, bundan sonra Şəmkir rayon mərkəzi xəstəxanasında tibbi müdaxilələr edilməsinə baxmayaraq büküm çıxarılmamışdır. Elvinlə söhbət zamanı o, özü də ona hadisəni bu formada izah etmiş və həqiqətən də metamfetamin udmasını etiraf etmişdir. O, “Endoskopiya” vasitəsilə kamera ilə Elvinin qida borusuna baxmış və həqiqətən də qida borusunun orta 1/3 hissəsində polietilen kiçik ölçülü yad cisim görülmüşdür. Həmin yad cisim tibbi müdaxilə ilə tutucu forsepslə onun tərəfindən çıxarılmışdır. Çıxarılan yad cisim şəffəf rəngli sellefon olmuş və içərisində ağız suyu vasitəsilə islanmış vəziyyətdə ilk baxışdan həqiqədən də psixotrop maddəyə bənzər kütlə olmuşdur. Həmin maddə polis əməkdaşları tərəfindən qablaşdırılmış, həmin yad cisimin çıxarılması anı isə videoya çəkilmişdir. Bundan sonra Elvin xəstəxanadan buraxılmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 09 sentyabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı əsəbəsi ərazisində yerləşən “Səbət bazarı”nın qarşısında yaxınlaşarkən əlində tutduğu bükülünü ağız boşluğuna qoyaraq udduğundan dərhal ilkin tibbi yardım göstərilməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 10 sentyabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs etiraf etdiyi, şəkisini bildiyi və udduğu 7 qram metamfetaminin çıxarılması mümkün olmadığından, Gəncə şəhərində Gəncə şəhərində yerləşən “Memorial” hospitalında endoskopiya edilərək udduğu şəffaf rəngli selofanda olan metamfetaminə bənzər kütlə qida borusundan ağızseliyi ilə islanmış vəziyyətdə çıxarılmışdır. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur “Baxış keçirilməsi barədə” 10 sentyabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 10 sentyabr 2024–cü il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən Şəmkir rayon Polis şöbəsinin X11 CAÜ-rə əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ağız boşluğundan aşkar olunmuş metamfetaminə bənzər kütlənin baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxsin şübhəli şəxs qismində tanınması haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin 11 sentyabr 2024–cü il tarixli 16/962 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamninə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki 01 ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 0,460 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, həmin metamfetamindən 0, 05 qramı ekpertiza tədqiqatına sərf edilmiş, 0,410 qram metamfetamin qalmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qida borusundan çıxarılmış, ekspert tədqiqatına sərf etdikdən sonra qalıq qalmış, təmiz çəkisi 0,410 qram narkotik vasitə olan psixotrop maddə olan metamfetamin, həmçinin, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin 09 sentyabr 2024-cü il tarixdə Şəmkir rayon mərkəzi xəstəxanasında udmuş olduğu və qida borusunda olan psixotrop maddənin həkimlər tərəfindən çıxarılmasına cəhd edilməsi zamanı qeydə alınmış, 10 sentyabr 2024-cü il tarixdə X2 qida borusundan çıxarılması zamanı qeydə alınmış, psixotrop maddə metamfetaminin olduğu zərfə baxış keçirilərək götürülməsi zamanı video çəkilişin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 04 ədəd DVD-R disk, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyi, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 21 sentyabr 2024–cü il tarixli, 1594 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edr. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 13 sentyabr 2024-cü il tarixli 882 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Əliyev X7 Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərari ilə cəzanın çəkilməmiş 01 il 05 ay 02 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 05 ay 02 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qərarından görünür ki, başqa iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir, o, həmin vaxtdan hal-hazıradək həbsdə saxlanılır. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 21 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərari xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzası başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərari ilə o, həmin cəzanın çəkilməmiş qalan 01 il 05 ay 02 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və hazırkı cinayət əməlini qeyd olunan 01 il 05 ay 02 gün müddət başa çatmadan törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinin tələbinə görə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67–ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətdiyi üçün müvafiq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməmiş qalan 01 il 05 ay 02 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və qeyd olunan 01 il 05 ay 02 gün müddət başa çatmadan yenidən qəsdən az ağır cinayət törətməişdir, bu da cinayətlərin residivini əmələ gətirir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun tibb müəssisəsində məcburi şəkildə saxlanıldığı 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 01 il 05 ay 02 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, CM-nin 67.1–ci maddəsinə əsasən hazırki hökmlə onun üzərində saxlanılmış cəza, ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2020–ci il tarixli hökmü ilə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 05 ay 02 günlük hissəsi ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2025-ci il tarixdən hesablanmalı, o, narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, başqa iş üzrə onun həbsdə saxlanması nəzərə alınmalı, iş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ-də saxlanılan, 0,410 qram metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə Şəmkir rayon mərkəzi xəstəxanasında udmuş olduğu və qida borusunda olan psixotrop maddənin həkimlər tərəfindən çıxarılmasına cəhd edilməsi zamanı qeydə alınmış görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk, 10 sentyabr 2024-cü il tarixdə X2 qida borusundan çıxarılması zamanı qeydə alınmış görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk, metamfetaminin olduğu zərfə baxış keçirilərək götürülməsi zamanı video çəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk və onun ifadəsinin video çəkilişinin görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, ondan ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 187 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirö edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tibb müəssisəsində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 02 (iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2020–ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 02 (iki) gün hissəsi ilə qismən birləşdirilsin, ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin, başqa iş üzrə onun həbsdə saxlanması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ-də saxlanılan, 0,410 qram metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə Şəmkir rayon mərkəzi xəstəxanasında udmuş olduğu və qida borusunda olan psixotrop maddənin həkimlər tərəfindən çıxarılmasına cəhd edilməsi zamanı qeydə alınmış görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk, 10 sentyabr 2024-cü il tarixdə X2 qida borusundan çıxarılması zamanı qeydə alınmış görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk, psixotrop maddə metamfetaminin olduğu zərfə baxış keçirilərək götürülməsi zamanı video çəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk və təqsirləndirilən şəxsin ifadəsinin video çəkilişinin görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 187 (bir yüz səksən yeddi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-102/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-102/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver